MİLLİ DRAM TEATRINDA
AKTYOR YARADICILIĞI
(1910-1940)
İkinci dərs
İyirminci əsrin əvvəllərində Bakıda milli antor sənəti iki qol əsasında inkişaf edib. Təbii ki,
romantik və realist aktyor məktəblərini təmsil edənlərin əksər qismi mənsub olduqları üslubun
estetik mahiyyətini, psixoloji-fəlsəfi əsaslarını dərindən, bütün incəlikləri ilə bilmirdilər. Bir qrup
sənətkarlar isə ilk növbədə fitri istedadlarına arxalanıblar. Məhz həmin mənəvi dayaqla yanaşı,
şüurlu surətdə yaradıcılıqlarının mahiyyətini təşkil edən, oyun estetikasının prinsiplərini cilalamağa
və zənginləşdirməyə səy göstəriblər. Beləliklə, bu dərsdə yaradıcılıqları ilə tanış olacağınız səhnə
fədailərinin sənətə şüurlu münasibətləri sayəsində romantik və realist aktyor məktəblərinin güclü
ənənəsi yaranıb. Yaranıb, inkişaf edib, formalaşıb, özünün poetika səciyyələrini müəyyənləşdirib,
estetik prinsiplərini təsdiqləyib və qüdrətli bir ənənə kimi bu gün də davam etməkdədir.
Dostları ilə paylaş: |