"Darablı" onun səhnə təxəllüsüdür. Bir müddət tamaşalarda təxəllüsünü "Darablinski"
Rza Nəcəfəli oğlu Hüseynov (Darablı) 1883-cü ildə Bakıda doğulub. Əvvəlcə mədrəsədə,
sonra türk-rus məktəbində təhsil alıb. Savadını ölkə xaricində ali məktəbdə davam etdirməyə çalışıb,
lakin buna nail ola bilməyib. Mədəniyyətin müxtəlif sahələrinə maraq göstərib. 1911-ci ildən ara-
sıra "Nicat" mədəni-maarif cəmiyyətinin truppasında epizodik, sözsüz surətlər oynayıb və üç il
sonra isə müntəzəm şəkildə teatr tamaşalarında iştirak edib. Azərbaycanın ilk parodiyaçı
Rza Darablı "Nicat", "Səfa", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının
müdiriyyəti" truppalarında dram, faciə, komediya, opera və operetta tamaşalarında maraqlı rollar
oynayıb. Üzeyir bəy Hacıbəyovun "Şah Abbas və Xurşidbanu" operasındakı Məstavər obrazının
yaxşı ifaçısı olub. 1919-cü ildən bugünkü Milli Dram Teatrının truppasında aparıcı aktyorlardan biri
kimi çıxışlar edib. 1925-1928-ci illərdə Moskvada Mərkzi Teatr Sənəti Texnikumunda təhsil alıb və
Komediya və dram aktyoru Rza Darablının yaradıcılığını iki dövrə ayırmaq olar: 1919-cu ilə
Birinci dövrdəki əsas rolları: Vəli, Hambal ("Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy
Hacıbəyov), Qacar, Həmzə bəy, İblis ("Ağa Məhəmməd şah Qacar", "Dağılan tifaq" və "Pəri cadu",
Əbdürrəhim bəy Haqverdiyev), Məşədi Oruc və Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə),
Şamdan bəy, Şah Təhmasib ("Dilin bəlası" və "Nadir şah", Nəriman Nərimanov), Tofiq bəy,
Mustafa paşa, Haris ("Bakı müharibəsi", "Ədirnə fəthi" və "Trablis müharibəsi", Cəfər Cabbarlı),
Ismayıl bəy və İbrahim ("Keçmişdə qaçaqlar", Nəcəf bəy Vəzirov).
Teatr dövlət statusu alandan sonra Rza Darablı daha uğurla Ənvər bəy, Belokurov,
Yanardağ, İbad ("Yulduz, yaxud Trablis müharibəsi", "Yaşar", "Od gəlini" və "Almaz", Cəfər
Cabbarlı), İbn Yəmin və İblis, Şeyx Sənan, Knyaz ("İblis", "Şeyx Sənan" və "Knyaz", Hüseyn
Cavid), Qəhtan ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Mixail Petroviç ("Qaçaq Kərəm", Vano
Mçedaşvili), Əlimərdan ("Eşq və intiqam", Süleyman Sani Axundov), Arsini ("Nei qülləsinin sirri",
Aleksandr Düma), Dərviş Abbas ("Molla İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), Ursus
("Gülən adam", Viktor Hüqo), Şpigelberq ("Qaçaqlar", Fridrix Şiller), Qapral Barbaru
("İntervensiya", Lev Slavin), Mironov ("Özgə uşağı", Vasili Şkvarkin), Usta Bəhlul ("Şahnamə",
Canan), Məhkəmə sədri ("Dubrovski", Aleksandr Puşkin), Molla Ağabala ("Toy", Sabit
Rəhman) rollarını ifa edib.
1940-cı il oktyabrın 24-də Pyer Bomarşenin "Fiqaronun toyu" komediyasında oynadığı
Antonio rolu Rza Darablının teatrda son səhnə obrazıdır.
Səhnə fəaliyyəti ilə yanaşı, Bakı Teatr Məktəbində dərs deyib, filmlərə çəkilib.
Rza Darablı 23 mart 1942-ci ildə Bakıda vəfat edib.
Dostları ilə paylaş: