PANFİLİYA TANAİLİDI (1891-15.10.1938)
Milliyyətcə yunan olan Panfiliya Nikolayevna Tanailidi 1891-ci ildə İrəvan xanlığı Zəngəzur
mahalının Basarkeçər kəndində doğulub. Ailəsi buraya Türkiyənin Qars şəhərindən gəlib və bir
müddət yaşayandan sonra Tiflisə köçüblər. Türkcə təmiz danışan Panfiliya xanım Tiflisdə rus və
gürcü dillərini də öyrənib.
Xüsuci təhsil görməyib. Zərif bədəni mütənasib biçimli idi və o, ən müxtəlif ritmli rəqsləri
uşaq yaşlarından məharətlə oynayıb. Buna görə də on dürd-on beş yaşlarından Tiflisin Kazyonnı
teatr, Zubalov adına "Xalq evi" kimi böyük salonlarında azərbaycanlıların keçirdikləri
müsamirələrdə, müxtəlif həvəskar teatr truppaların hazırladıqları tamaşalarda "Zəngəzurskaya" və
"Sürəyya" təxəllüsləri ilə çıxışlar edib.
Mustafa Mərdanov və Mirseyfəddin Kirmanşahlının təşkil etdikləri truppa-dəstələrlə İranda,
Türkiyədə qastrollarda Tanailidi dram, opera və operetta tamaşalarında oynayıb. Bu dövrdə ayrı-ayrı
illərdə Bakıya gələrək müxtəlif teatr dəstələrinin tərkibində tamaşalarda oynayıb. Tiflis Dövlət
Azərbaycan Teatrının yaradıcılarından biri də Panfiliya Tanailidi idi. 1925-ci ildə Tiflisdən gəlmiş
baş rejissor Aleksandr Tuqanovun dəvətilə Panfiliya Tanailidi yenidən Milli Dram Teatrının
truppasına daxil olub.
Panfiliya Tanailidi 1919-cu ildə Mehriban ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Şəmsa
("Trablis müharibəsi", Cəfər Cabbarlı), Azərbay ("Azərbay və Can", İsa bəy Aşurbəyli), 1925-ci
ildən sonra isə Kəblə Fatma ("Ölülər", Cəlil Məmmədquluzadə), Emiliya, Karvansaraçı, Cülyettanın
dayəsi ("Otello", "Şıltaq qızın yumşalması" və "Romeo və Cülyetta", Vilyam Şekspir), Marqarita,
Ledi Ariyella ("80 gün dünya səyahətində" və "Kapitan Qrantın uşaqları", Jül Vern), Şamama cadu
("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Tükəz ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Köylü
qadın, Rübabə, Marqo ("Topal Teymur", "Səyavuş" və "Knyaz", Hüseyn Cavid), Qəmər xanım
("Tələbələrin kələyi", Brandon Tomas), Tamara, Böyükxanım, Tafta ("Oqtay Eloğlu", "Aydın" və
"Sevil", Cəfər Cabbarlı), Marri ("Tom dayının koması", Biçer Stou), Karoleva Anna ("Gülən adam",
Viktor Hüqo), Amaliya ("Qorxu", Aleksandr Afinogenov), Qalçixa "Günahsız müqəssirlər",
Aleksandr Ostrovski), Nisə xala ("Polad Qartal", Aleksandr Korneyçuk), Nənə ("Göy quş", Moris
Meterlink) rollarını və digər səhnə surətlərini ifa edib.
1937-ci ildə tüğyan edən şəxsiyyətəpərəstiş dövrünün repressiyası Panfiliya Tanailididən də
yan keçməyib. Dekabr ayının 15-dən 16-na keçən gecə həbs olunub. Dəhşətli və işgəncəli istintaq
uzun müddət davam edib və aktrisanın güllələnməsi barədə hökm çıxarılıb. Şən xasiyyətli, şux
zarafatları uə kollektivin rəğbətini qazanmış Panfiliya Tanailidi 1938-ci il oktyabr ayının 15-də,
axşam saat onun yarısında Bakıda gullələnib. Məzarı yoxdur.
Dostları ilə paylaş: |