Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə91/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   470
ƏZIZƏ MƏMMƏDOVA (1892-14.8.1961) 

 

Azərbaycan teatrının ilk milli professional aktrisalarından olan Əzizə xanım 1892-ci ildə 



Tiflisdə doğulub. Atası  Əbdübağı Zülalov dövrünün tanınmış xanəndəsi idi. Atasından ilk musiqi 

təhsili alan Əzizə  uşaq yaşlarından yaxşı qarmon çalmağı öyrənib. Həddi-büluğa çatmamış, atası 

onu Şəkili Salmana ərə verib. 1908-ci ildə əri vəfat edən Əzizə Məmmədova körpə qızı, gələcəyin 

xalq aktrisası  olan  Sona  Hacıyeva ilə Tiflisə, atası evinə qayıdıb. Ata, qızı  və  nəvəsi Tiflisdə, 

Aşqabadda yaşayıblar və 1919-cu ildə Bakıya köçüblər. 

Musiqiyə, incəsənətə coşğun maraq göstərən  Əzizə xanım tanışları vasitəsilə  əvvəl  Əbilov 

adına, qısa müddət sonra isə qadınlardan ibarət  Əli Bayramov adına klublarda fəal üzvlərdən biri 

olub. 1921-ci ilin payızında Bakı  Türk  Azad  Tənqid və  Təbliğ Teatrı  təşkil olunanda onun 

yaradıcılarından Mirzağa  Əliyev və Hacıağa Abbasov müəyyən səhnə  təcrübəsi toplayan Əzizə 

Məmmədovanın buraya aktrisa dəvət ediblər. 1923-cü ildə Akademik Milli Dram Teatrına dəvət 

alan sənətkar üç ilə qədər hər iki sənət ocağında işləyib. 1925-ci ilin axırlarında isə yalnız Akademik 

teatrda çalışıb və 1930-cu il-lərdə qısa müddət yenə Türk İşçi Teatrında (əvvəlki Tənqid və Təbliğ 

Teatrı) oynayıb. 

Bakı Türk İşçi Teatrında Anatoli Qlebovun "İncə" (Zeynəb Əkrəmzadə), Hacıbaba Nəzərli 

və Süleyman Rüstəmin "Yanğın" (İncə qarı), Süleyman Rüstəmin "Qana qan" (Səkinə), Vladimir 

Kirşonun "Küləklər şəhəri" (Qadın) tamaşalarında oynayıb. 

Akademik Milli Dram Teatrında oynadığı əsas rollar bunlardır: Tükəzban ("Vaqif", Səməd 

Vurğun), Sonanın anası, Pəri xanım ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə  Fətəli 

Axundzadə), Cəfər Cabbarlının dramlarında Gülsüm ("1905-ci ildə"), Fatmanisə  və Xanımnaz 

("Almaz"), Şərəbanı ("Yaşar"), Gülgəz ("Oqtay Eloğlu"), Güllü ("Qardaşlar", Rəsul Rza), Sədaqət 

xala ("Yadigar", İslam Səfərli), Lətifə ("İldırım", Cabbar Məcnunbəyov), Atlasın anası ("Həyat", 

Mirzə İbrahimov), Luka Lukiçin arvadı ("Müfəttiş", Nikolay Qoqol), Marfa ("Özgə  uşağı", Vasili 

Şkvarkin), Anna İvanovna ("Prokurorun qızı", Yuri Yanovski), Terentyevna ("Dubrovski", 

Aleksandr Puşkin), Tokarçuk ("İntervensiya", Lev Slavin), Zalxa ("Toy", Sabit Rəhman). 

Əzizə  Məmmədova "Azərbaycanfilm"də istehsal olunan "Almaz", "İsmət", "Hacı Qara", 

"Görüş", "Yeni horizont", "Səhər" filmlərində müxtəlif epizod rollara çəkilib. 

Tamaşaçıların sevimlisi olan aktrisa teatr sənətində göstərdiyi xidmətlərə görə 1 fevral 1936-

cı ildə Azərbaycan respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. Əzizə Məmmədova 14 

avqust 1961-ci ildə Bakıda vəfat edib. 

Kiçik, lakin məlahətli səsi olan Əzizə  Məmmədova səhnə  təbiiliyi, koloritli xalq yumoru, 

çevik improvizə bacarığı ilə realist aktyor məktəbinin səciyyəvi sənətkarlarından biri kimi 

tarixiləşib. O, öz məlahətli oxusu ilə opera və operettalarda ariozoları, kupletləri ürəyəyatımlı tərzdə 

oxuyub. 



 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin