Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


RZA TƏHMASİB (20.4.1894-14.2.1980)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə93/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   470
 

RZA TƏHMASİB (20.4.1894-14.2.1980) 

 

Realist aktyor məktəbinin yetirmələrindən biri də xarakterlər ustası, mürəkkəb, psixoloji, 



ictimai-sosial zəmini "gizli" obrazları yüksək peşəkarlıqla ifa edən aktyor, teatr və kino rejissoru 

Rza Təhmasibdir. 

Rza Abbasqulu oğlu 20 aprel 1894-cü ildə Naxçıvanda, mədəniyyəti və elmi yüksək 

qiymətləndirən bir ailədə doğulub.  İlk təhsilini Naxçıvanda alıb və doğma dillə yanaşı, rus dilini 

mükəmməl öyrənib. Səhnəyə də ilk dəfə 1907-ci ildə məktəbdə hazırlanan Nikolay Qoqolun "Ölü 

canlar"ında Çiçikov rolunda çıxıb. Tamaşa rusca oynanılıb. 

Tanınmış tacir olan, Türkiyə, İran, İrəvan, Tiflis... ilə alış-veriş əlaqələri qurmuş Abbasqulu 

bəy 1910-cu ildə oğlunu Tiflisə oxumağa yollayıb. Gənc Rza burada səkkizillik ticarət məktəbinin 

dördüncü sinifinə daxil olub. Az müddətdə Tiflisin ədəbi-mədəni həyatı ilə tanış olan Rza Təhmasib 

buradakı Azərbaycan teatr həvəskarları dərnəyinə üzv yazılıb. Təhsil ocağını 1915-ci ildə bitirib və 

işləmək üçün Bakıya göndərilib. O, müxtəlif idarə (kontor) işlərində çalışıb. 1920-ci ilin payızında 

Milli Dram Teatrına işə götürülüb. 

Milli səhnəmizdə obrazın səhnə  təfsirinə (traktovkasma) ciddi yanaşan, sifət ifadələrinin 

(mimikanın) xarakterin açılmasında mühüm amil olduğunu  əyani göstərən aktyorlar arasında 




ilkinlərdən biri də Rza Təhmasib idi. Cəfər Cabbarlının tiplər qalereyasında Aydın və Dövlət bəy 

("Aydın"), Elxan və  Əbu Übeyd ("Od gəlini"), Balaş ("Sevil"), Hacı Əhməd ("Almaz"), İmamyar 

("Yaşar"), General-qubernator ("1905-ci ildə"), Mirzə Cəlil Məmmədquluzadənin ölməz İsgəndər və 

Hacı  Həsən ağa ("Ölülər"), Hüseyn Cavidin İblis və Arif ("İblis"),  Şeyx Sənan ("Şeyx Sənan"), 

Keykavus ("Səyavuş"), Dəli knyaz ("Knyaz"), Əbdürrəhim bəy Haqverdiyevin Fərhad və Hacı 

Səməd ağa ("Bəxtsiz cavan"), Pərviz xan ("Köhnə dudman"), Nəcəf bəy Vəzirovun Fəxrəddin və 

Rüstəm bəy ("Müsibəti-Fəxrəddin"), Mirzə  İbrahimovun Süleyman ("Həyat") kimi səhnə 

personajlarının ifaçıları  sırasında mahir xarakterlər aktyoru Rza Təhmasibin öz yaradıcılıq 

nailiyyətləri var. 

Onun tərcümə  əsərlərində oynadığı rollar silsiləsində  bədii ləyaqəti, yumor təbiiliyi, 

koloritinin dadı-duzu ilə Aleksey Lunaçarskinin "Şahın bərbəri" (Aristid), Konstantin Trenyovun 

"Lyubov Yarovaya" (koşkin), Aleksandr Korneyçukun "31-43" ("Donanmanın məhvi". Strijen), 

Nikolay Qoqolun "Müfəttiş" (Bələdiyyə  rəisi) və Maksim Qorkinin "Həyatın dibində" (Aktyor) 

pyeslərinin tamaşalarındakı obrazları teatr ifaçılıq sənətimizin parlaq səhifələrini təşkil edir. 

Aktyor kimi teatrın aparıcı  sənətkarlarından olan Rza Təhmasib Milli Dram Teatrında 

rejissorluq da edib. 1930-cu ilin axırlarından isə kino yaradıcılığına keçib. "Arşın mal alan" filmi 

onun ən uğurlu işidir. Bu filmə görə Stalin mükafatına layiq görülüb. 

Rza Təhmasib altmışıncı illərin birinci yarısında Azərbaycan Teatr Cəmiyyətinin (indiki 

Teatr Xadimləri  İttifaqı) sədri olub. Əvvəllər Bakı Teatr Məktəbində, 1946-cı ildən ömrünün 

sonunadək teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib. Azərbaycan Respublikasının 

əməkdar incəsənət xadimi (17 iyun 1943) və xalq artisti (29 iyun 1964) fəxri adları ilə təltiflənib. 

Rza Təhmasib 14 fevral 1980-ci ildə Bakıda vəfat edib və ikinci Fəxri xiyabanda dəfn 

olunub. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin