Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə90/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   470
 

* * * 

 

ƏLƏKBƏR HÜSEYNZADƏ (3.10.1887 - 4.11.1967) 

 

Azərbaycan Respublikasının əməkdar artisti (1957), Stalin mükafatı laureatı (1946) Ələkbər 



Hüseyn oğlu Hüseynzadə 3 oktyabr 1887-ci ildə Bakıda zərgər ailəsində doğulub. Beş il 

mollaxanada oxuyub və sonra rus-tatar məktəbində təhsilini davam etdirib. 

İlk dəfə  səhnə müəllimi Səməd bəy Hacıəliyevin təşəbbüsü ilə  Nəcəf bəy Vəzirovun 

quruluşunda "Tamahkarlıq düşmən qazanır" (Vasaq Mədətov) tamaşasında Molla Cəbi rolunda 

çixıb. Bu gündən sonra müxtəlif teatr truppalarında çıxış edən  Ələkbər Hüseynzadə  əsasən 

komediya aktyoru kimi tanınıb. 

Ələkbər Hüseynzadə 1913-cü ildə tamaşaya qoyulan "Arşın mal alan"da Soltan bəyin ilk 

ifaçısı kimi böyük şöhrət qazanmış və uzun illər həmin rolun ən yaxşı yaradıcısı olmuşdur. "Arşın 

mal alan" filmində  də Soltan bəy roluna məhz o çəkilib və bu rola görə Stalin mükafatına layiq 

görülüb. Aktyor "Nicat" və "Müdiriyyət" truppalarında dramatik rollarla yanaşı, musiqi əsərlərindən 

"Məşədi  İbad"da Hambal və  Məşədi  İbad, Zülfüqar bəy Hacıbəyovun "Ər və arvad"ında Kəblə 

Qubad rollarını da oynayıb, müxtəlif operalarda da çıxış edib. 

1920-ci ilin mayında bugünkü Milli Dram Teatrı yenidən formalaşanda onun truppasına 

Ələkbər Hüseynzadə  də daxil olub. Yaradıcılığı  əsasən realizmi, səmimiyyəti və  həyatiliyi ilə 

səciyyəvi olan aktyorun çoxsaylı rollarından bunları xüsusi göstərmək olar: Hacı Qara və Kərəməli 

("Hacı Qara", Mirzə  Fətəli Axundzadə),  Şeyx Nəsrulla və Hacı  Həsən ağa ("Ölülər", Mirzə  Cəlil 

Məmmədquluzadə), Həsən ("Ac həriflər"), Hacı  Fərzəli ("Dursunəli və ballıbadı", Sultanməcid 

Qənizadə), Molla Cəbi ("Molla Cəbi", Mirmahmud Kazımovski), Təlxək və Hacı  Səməd ağa, 

Kərbəlayı  Bəndəli və Mirzə Qoşunəli ("Pəri cadu" və "Bəxtsiz cavan", Əbdürrəhim bəy 

Haqverdiyev), Hüseynqulu, Hacı Salman, Hacı  Məmmədhüseyn və  Məşədi Cavad ("Dövləti-

bisəmər",  İsmayıl Rüstəmbəyov), Yolçu, Ədhəm xan və  Şah Sultan Hüseyn xan ("Nadir şah", 

Nəriman Nərimanov), İsgəndər xan ("Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), Serqo ("Şeyx 

Sənan", Hüseyn Cavid), Zabit və Abdulla çavuş ("Vətən", Namiq Kamal), Qraf İqnatov ("Sultan 



Əbdüləzizin xəli", Mehdi bəy Hacınski), Yuhan, Saman ("Ərmənusə" və "Xalid ibn Valid", Yusif 

Talıbzadə), "Boqdan ("Tamahkarlıq", Əhməd Qəmərli), Lodoviqo ("Otello", Vüyam Şekspir), Molla 

Nəsrəddin ("Molla Nəsrəddin", Qulamrza Şərifzadə),  Əmir ("Yezid ibn Müaviyyə", Mehdi 

Hacıbababəyov - Hacınski), Türen ("1812-ci il" və yaxud "Moskva yanğını", Baxmetov), 

Şeyxülislam, ("Köhnə Türkiyə", Rza Zaki Lətifbəyov), Kərbəlayı  Vəli ("Pulsuzluq", İvan 

Turgenevdən təbdil edəni Ceyhun Hacıbəyli), Yuvil ("Uriel Akosta", Karl Qutskov), Babakişi, Hacı 

Əhməd, Allahverdi ("Sevil", "Almaz" və "1905-ci ildə", Cəfər Cabbarlı). 

Aktyor "Arşın mal alan" operettasındakı Soltan bəy rolunu opera teatrının və Musiqili 

Komediya Teatrının quruluşlarında da oynayıb. 

Ələkbər Hüseynzadə Bakıda Sultan Muradovun "Kəblə Xudu", Əliağa Vahidin "Milli 

meyxana", Baba Qubinskinin "Yeni kupletlər" oyun-məzhəkələrini tamaşaya hazırlayıb. 

Sənətkar 4 noyabr 1967-ci ildə Bakıda vəfat edib. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin