müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində
alıb və sonra Bakıda oxuyub. 1906-1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji
təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa
ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb.
Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində
Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda "Müsəlman artistləri
cəmiyyəti"nin, "Nicat", "Həmiyyət" teatr truppalarının fəal üzvü olub. Sonralar "Səfa"
cəmiyyətinin teatr truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının
müdiriyyəti"ndə aktyorluq edib.
1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrına üzv olan Hacıağa Abbasov bir müddət
burada çalışıb. Həyat və sənət dostu Mirzağa Əliyevlə birgə 1921-ci il noyabrın 13-də Bakı Türk
Azad Tənqid və Təbliğ Teatrını yaradıblar, özü direktor olub. Həmin sənət ocağı bu iki aktyorun adı
ilə bağlı olduğuna görə tamaşaçılar arasında "Hacımirz" teatrı kimi tanınıb-sevilirdi. 1925-ci ildə
Hacıağa Abbasov Akademik teatra direktor təyin olunub. Bakı Teatr Məktəbində direktor işləyib
(1929-1937). Repressiya illərində təqib olunduğuna görə bir müddət Orta Asiya respublikalarında
yaşayıb. Səksən yeddi yaşında Bakıda dünyasını dəyişib və doğma kəndində torpağa tapşırılıb.
Əsas rolları: Şeyx Nəsrulla ("Ölülər", Mirzə Cəlil Məmmədquluzadə), Mirzə Mehdi xan,
Şamdan bəy ("Nadir şah" və "Şamdan bəy", Nəriman Nərimanov), Ağa Kərim xan, Hacı Qəmbər
("Ağa Kərim xan Ərdəbili" və "Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Molla İbrahimxəlil ("Molla
İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), Qubad ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Osip
("Müfəttiş", Qoqol), Moisey ("Yəhudilər", Yevgeni Çireov).
Aktyor Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", "Arşın mal alan", "Ər və arvad"
operettalarında Məşədi İbad, Soltan bəy, Kəblə Qubad rollarını müxtəlif quruluşlarda dəfələrlə və
uğurla oynayıb.
Sənətdə qazandığı nailiyyətlərə və teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə görə
Hacıağa Abbasova xalq artisti fəxri adı verilib (1932).
Hacıağa Abbasov 7 may 1975-ci ildə Bakıda vəfat edib.
Dostları ilə paylaş: