Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə82/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   470
ALEKSANDR TUQANOV 

(31.3.1871-6.3.1960) 

 

Azərbaycan milli teatrının inkişafında böyük işlər görmüş rejissor və pedaqoq Aleksandr 



Aleksandroviç Tuqanov 31 mart 1871-ci ildə Moskvada doğulub. Teatr fəaliyyətinə aktyor kimi 

Moskvada həvəskar dəstədə, sonra korşun teatrında başlayıb. 

Ayrı-ayrı illərdə Tula, Hacıtərxan, Nijni Novqorod, Yaroslav, Bakı (1914), Riqa, Penza, 

Voronej və digər  şəhərlərdə aktyorluq edib. 1915-ci ildə Tiflisə  gəlib. K.Nikulinin truppasında 

çalışıb və həm də buradakı "Rusiya Teatr Cəmiyyəti Artistləri İttifaqı"na rəhbərlik edib. 

Aktyorluqla məşğul olduğu teatrlarda Hamlet və Petruççio ("Hamlet" və  "Şıltaq qızın 

yumşalması", Vilyam Şekspir), Çatski ("Ağıldan bəla", Aleksandr Qriboyedov) rollarının mahir 

ifaçılarından sayılıb. 

Uzun illər müxtəlif truppalarda fəaliyyət göstərən Tiflisdəki azərbaycanlı  səhnə  fədailəri 

1922-ci ildən Tiflis Dövlət Azərbaycan Dram Teatrı kimi yeni yaradıcılığa başlayıb. Kollektivin 

əsas aktyorları ilə

 

əvvəldən müxtəlif truppalarda yaradıcılıq ünsiyyətində olmuş Aleksandr Tuqanov 



bir il sonra Tiflis teatrına baş rejissor təyin edilib. Burada onun rejissorluğu ilə Cəfər Cabbarlının 

"Aydın", "Oqtay Eloğlu", Hüseyn Cavidin "Şeyda", "İblis", "Uçurum", "Şeyx Sənan", Vilyam 

Şekspirin "Otello", Fridrix Şillerin "Qaçaqlar", Şəmsəddin Saminin "Dəmirçi Gavə"  əsərləri 

tamaşaya hazırlanıb və repertuarın əsasını təşkil edib. 

Aleksandr Tuqanov Tiflis Azərbaycan Teatrının repertuarının zənginləşməsində, aktyor 

yaradıcılığının formalaşmasında cəsarətli addımlar atıb. O, teatrın repertuarında azərbaycanlı 

dramaturqların əsərlərinin üstünlük təşkil etMəsmə xüsusi diqqət yetirib. 

1924-cü ilin ikinci yarısında Aleksandr Tuqanov Azərbaycan hökumətinin qərarı ilə Bakıya 

dəvət olunub. İyun ayının 19-da o, Akademik Milli Dram Teatrına baş rejissor təyin edilib. Rejissor 

yeddi ildən çox bu kollektivə  rəhbərlik edib, kollektivin mövzu və  məzmun, üslub və forma 

istiqamətindəki müasirlik axtarışlarında səmərəli işlər görüb. 

1931-ci ildə teatrdaxili çəkişmələr nəticəsində kollektivdən ayrılan Aleksandr Tuqanov 

Bakıdan uzaq Şərqə gedib. Bir müddət sonra oradan Qroznıya gələrək müxtəlif teatrlarda işləyib. 

Milli Dram Teatrında yenə baş rejissor problemi yarananda Aleksandr Tuqanov 1935-ci ildə 

Bakıya çağırılıb. O, Akademik teatra baş rejissor göndərilib. İki il burada çalışan rejissor sonra Gənc 

Tamaşaçılar Teatrında işləməyə gedib. Bu kollektivin əsasən rus bölməsində tamaşalar hazırlayıb. 

GTT-da işləyə-işləyə Opera və Balet Teatrında, Dövlət Rus Dram Teatrında, həm də 

Akademik sənət ocağında quruluşlar verib. Əvvəllər Bakı Teatr Məktəbində  dərs deyən rejissor 

1945-ci ildən teatr institutunda pedaqoji fəaliyyət göstərib. 1947-ci ildən professor idi. 

Akedemik Milli Dram Teatrında Aleksandr Tuqanovun rejissorluğu ilə Mirzə  Fətəli 

Axundzadənin "Molla İbrahimxəlil kimyagər" (1924), "Hacı Qara" (1925, 1928, 1930), Hüseyn 

Cavidin "Şeyx Sənan" (1924, 1926), "Uçurum" (1924), "İblis" (1925, 1926), "Topal Teymur" 

(1926),    "Knyaz" (1930), Fitrətin "Hind ixtilaçıları"  (1924), Nikoİay Qoqolun "Müfəttiş" (1924, 

1929), Jan Batist Molyerin "Jorj Danden" (1924), "Don Juan" (1926), Aleksandr Dümanın "Qanlı 

qala" ("Nel qülləsinin sirri".   1924), Cəfər Cabbarlının "Aydın" (1924, 1926), "Oqtay Eloğlu" 

(1926, 1927), "Sevil" (1928), "Od gəlini" (1928, 1930), "Almaz" (1931, 1935), Əbdürrəhim bəy 

Haqverdiyevin "Pəri cadu" (1924, 1926), "Ağa Məhəmməd  şah Qacar" (1927), Cəlil 

Məmmədquluzadənin "Ölülər" (1924, 1926, 1928), Fridrix Şillerin "Qaçaqlar" (1924, 1928), 

"Vilhelm Tel"  (1925), "Məkr və məhəbbət  (1925), Vilyam Şekspirin "Otello" (1925),   "Hamlet" 

(1926), "Şıltaq qızın yumşalması" (1929), "Maqbet" (1936), "Romeo və Cülyetta" (1937),  Maksim 

Qorkinin "Yurdsuz insanlar"  ("Həyatın dibində". 1925), Vano Mçedaşvilinin "Qaçaq Kərəm" 

(1925, 1927), Adolf D'Enneri və Germonun "İki yetimə" (1925), Qriqori Genin "Trilbi" (1925), Jül 

Vernin "Kapitan Qrantın çocuqları" (1926), "80 gün dünya səyahəti" (1927), Nəriman Nərimanovun 

"Nadir şah" (1926), Brandon Tomasın "Tələbələrin kələyi" (1926), Fuldun "Axmaq" (1927), Biçer 




Stounun "Tom dayının koması" (1927), Rında Alekseyevanın "Dəmir divar" (1927), Aleksandr 

Suxovo-kobılinin "Kreçinskinin toyu" (1927), Şəmsəddin Saminin "Dəmirçi Gavə" (1928), Anatoli 

Qlebovun "Zaqmuq" ("Qullar bayramı". 1929), Konstantin Trenyovun "Düşmənlər" ("Lyubov 

Yarovaya". 1929), Viktor Hüqonun "Gülən adam" (1930), Əs Həbib Vəfanın "Bombey" (1930), 

Moris Meterlinkin "Göy quş" (1935), Aleksandr Puşkinin "Dubrovski" (1937), Onore de Balzakin 

"Ögey ana" (1939) pyeslərinin tamaşaları oynanılıb. 

Aleksandr Tuqanov Azərbaycan Dövlət Opera və Balet Teatrında Müslüm bəy 

Maqomayevin "Nərgiz" operasına monumental quruluş verib. Romantik pafosu, kompozisiya 

möhtəşəmliyi ilə seçilən tamaşa 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti 

dekadasında həm musiqismə, həm də rejissor işinə görə yüksək qiymətləndirilib. 

Opera truppası Milli Dram Teatrının nəzdində olanda (1925-ci ilin yayına qədər) Aleksandr 

Tuqanov muğam operalarımızın inciləri sayılan Üzeyir bəy Hacıbəyovun "Leyli və  Məcnun" və 

"Əsli və Kərəm" əsərlərini, "Arşın mal alan" operettasını tamaşaya hazırlayıb. 

Aleksandr Tuqanov Bakıdakı  yəhudi teatrında Karl Qutskovun "Uriel Akosta", erməni 

teatrında Nıkolay Qoqolun "Müfəttiş" (1939), Rus Dram Teatrında Fridrix Şillerin "Qaçaqlar" 

(1937), "Məkr və  məhəbbət" (1938), Jan Batist Molyerin "Tartüf", Vilyam Şekspirin "Romeo və 

Cülyetta"  əsərlərinə səhnə həyatı verib. 

Monumentalizmə meyil göstərən rejissor Gənc Tamaşaçılar Teatrında Maksim Qorkinin 

"Meşşanlar", Nikolay Qoqolun "Müfəttiş", Denis Fonfizinin "Nadan övlad", Aleksandr Ostrovskinin 

"Öz adamlarımızdır, dil taparıq", Fridrix Şillerin "Məkr və  məhəbbət", Valentina Lyubimovanın 

"Qızıl medal", "Onun dostları", Karlo Haldoninin "İki ağanın bir nökəri"  əsərlərinə  səhnə  təfsiri 

verib. 


Aleksandr Tuqanov Azərbaycan teatrında aktyor ansamblının formalaşmasma ciddi diqqət 

yetirib. 

Plastik hərəkətlərin vərdişlərinə yiyələnmək üçün aktyorlara gündəlik trinaj-məşqlər təyin 

edib. Onlara qrimdən, parikdən və Avropa pyeslərində geyimlərdən istifadənin, kübar və zadəgan 

davranış qaydalarının, təzim və müraciət ədalarının prinsiplərini öyrətınəyə başlayıb. 

Teatrda tamaşalar gec başlanır, bəzən gecə saat 2-də qurtarır, hətta yarımçıq saxlanılıb 

sabaha keçirilirdi. Aleksandr Tuqanov bu işdə ciddi intizam yaratmağa nail olub. 

Şekspirin,  Şillerin  əsərlərinin monumental üslub-formada oynanılmasını, bu tamaşaların 

bəşəri problemlərlə uyarlı səslənməsini təmin edib. 

Viktor Hüqo, Moris Meterlink, Onore de Balzak, Jül Vern, Biçer Stou kimi müəlliflərin 

adlarını Akademik teatrın repertuar siyahısına məhz Tuqanov daxil edib. 

Rol üzərində iş, tərtibat və tamaşa, musiqi, teatr və bu səpkili nəzəri məsələlərin Azərbaycan 

səhnəsində əyaniləşdirilməsində sənədli islahatlar aparıb. 

Sabit və məzmunlu, əlvan və mövzuca rəngarəng repertuar uğrunda Cəfər Cabbarlı ilə birgə 

yeni ənənələr yaradıb. 

Aleksandr Tuqanov Bakı Teatr Məktəbində  və sonralar Azərbaycan Dövlət Teatr 

İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Təcrübəli pedaqoqun onlarca yetirməsi 

ölkəmizin müxtəlif teatrlarında səmərəli yaradıcılıq axtarışları aparıblar. 

Azərbaycan milli teatrının inkişafında göstərdiyi xidmətlərinə, Milli Dram Teatrının 

yaradıcılıq üsluburıun monumental səpkidə formalaşmasındakı səmərəli fəaliyyətinə görə Aleksandr 

Tuqanov 4 aprel 1936-cı ildə respublikanın xalq artisti fəxri adı ilə təltif olunub. 

Rejissor 6 mart 1960-cı ildə Bakida vəfat edib. 

 

  




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin