"Akademik Milli Dram Teatrı".
HÜSEYN CAVİD
(25.10.1882-5.12.1941)
Azərbaycan romantik dramaturgiyasının görkəmli nümayəndələrindən biri Hüseyn Caviddir.
Mənzum dram janrının, mütərəqqi romantizının milli ədəbiyyatımızda banisi kimi tanınır. Hələ lap
gənc yaşlarından poeziyamızın ən müxtəlif şeir formalarından istifadə edib. Yaradıcılığı forma
əlvanlığına, janr zənginliyinə, estetik səciyyələrinə görə möhtəşəmdir. Böyük sənətkarlıqla yazılmış
lirik, psixoloji, ictimai-sosial şeirləri, gərgin süjetli, mürəkkəb kompozisiyalı poemaları vardır.
Dram janrı yazıçının ədəbi irsinin əsasını təşkiİ edir. Onun ictimai-sosial, fəlsəfi faciələri, lirik-
romantik məhəbbət faciəsi, tarixi-siyasi dramları vardır.
Poeziya nümunələri yazınağa gənclik illərindən başlayıb, lakin yaradıcılığının kamillik dövrü
1910-1936-cı illər və 1937-ci ilin bir neçə ayı sayılır.
Hüseyn Abdulla oğlu Rasizadə 25 oktyabr 1882-ci ildə Naxçıvanda doğulub. "Cavid" onun
təxəllüsüdür və fars dilində mənası "əbədi" deməkdir. Valideynləri həmin diyarın Şahtaxtlı
kəndindəndir, Naxçıvana sonradan köçüblər və Cavid də burada anadan olub. Atası ruhani idi.
Özündən başqa dörd qardaşı və üç bacısı olan Hüseyn əvvəlcə ruhani təhsili alıb. On dörd yaşında
mollaxananı atıb və həmin dövrdə Naxçıvanda çox məşhur olan "Məktəbi-tərbiyə" təhsil ocağına
gəlib. Bu məktəbin təşkilatçısı və əsas müəllimi maarifpərvər yazıçı, şair, teatr xadimi Məmmədtağı
Sidqi idi.
Hüseynin icazəsiz və gizlin atdığı bu addım atası Abdulla kişinin xoşuna gəlməyib. O,
Hüseyni məktəbə buraxmayıb. Yalnız Məmmədtağı Sidqinin böyük canfəşanlığından sonra Abdulla
kişi oğlunun oxumasma razı olub. Hüseyn bu məktəbdə dörd il təhsil alıb və 1898-ci ildə oranı
bitirib. Özünün klassik üslubda ilk şeirlərini məktəb illərində "Gülçin" (farsca gül dərən, seçmə,
bağban mənaları var) və "Salik" (ərəbcə bir yolu gedən, bir təriqətə mənsub olmaq deməkdir)
təxəllüs-imzaları ilə yazıb.
İti zehni, dərin mühakimə qabiliyyəti, incə zövqü olan Hüseyn təhsilini davam etdirmək
istəyib. Amma qəfildən göz xəstəliyinə tutulub. Atası onu müalicə almaq üçün Təbriz şəhərinə
göndərib. Gələcəyin mütəfəkkir şairi və dramaturqu 1899-1903-cü illərdə Təbrizdə yaşayıb. O dövr
üçün mütərəqqi sayılan şəfaxanada müalicə alıb. Eyni zamanda, Talibiyyə mədrəsəsində təhsilini
başqa istiqamətdə davam etdirib. Müəllimi Məmmədtağı Sidqidən və böyük qardaşı Şeyx
Məhəmməddən öyrəndiyi ərəb və fars dillərinin sayəsində dünya ədəbiyyatı, əsasən klassik şərq
poeziyası, fəlsəfə elmi ilə dərindən məşğul olub, yorulmadan sənət incilərini mütaliə edib. Elə
burada da ali təhsil almaq qərarını bir daha qətiləşdirib.
İyirmi üç yaşında kifayət qədər ədəbiyyat və həyat təcrübəsi toplamış, dünyanın müxtəlif
fəlsəfi cərəyanlarının əsaslarına yiyələnmiş Hüseyn 1905-ci ildə Türkiyənin İstanbul şəhərinə gəlib.
Dörd il bu şəhərin məşhur universitetinin (darülfünunun) dil-ədəbiyyat şöbəsinin tələbəsi olub. Çətin
şəraitdə mühazirələri böyük diqqət və həssaslıqla dinləyib. Fəlsəfə tarixi ilə daha ciddi məşğul olub.
Cavid təxəllüsü ilə lirik, sentimental və fəlsəfi şeirlər yazıb.
Vətənə 1909-cu ildə, "Hüseyn Cavid" kimi qayıdan ədib əvvəlcə Naxçıvanda, sonra Tiflisdə,
Gəncədə və Bakıda (1915-ci ildən) müxtəlif məktəblərdə müəllimliklə məşğul olub, şagirdlərə dil-
ədəbiyyat fənnini tədris edib. Arada Bakını müvəqqəti tərk edən şair-dramaturq 1917-ci ildə yenə
Bakıya qayıdıb və haqsız yerə "vətən xaini" damğası ilə həbs olunana qədər burada yaşayıb.
Yaradıcılıqla ciddi məşğul olan Hüseyn Cavid çoxlu pyeslər və şeirlər yazıb, kitablar nəşr
etdirib. Lakin onun səhnə əsəri Bam şəhərində ilk dəfə 1920-ci ilin dekabrında oynanılıb. Bundan
bir il əvvəl isə Aşqabad şəhərindəki azərbaycanlılardan ibarət teatr həvəskarlarının truppası Cavidin
iki əsərini oynayıb.
1937-ci ildə şəxsiyyətə pərəstişin tüğyan etdiyi dövrdə şair-dramaturqu həbs ediblər. Ona iş
kəsilib və "cəzasını" çəkmək üçün Sibirə sürgün edilib. Məşəqqətli şəraitə, dəhşətli şaxtalara,
dustaqlara göstərilən qeyri-insani münasibətlərə dözməyən Hüseyn Cavid 5 dekabr 1941-ci ildə
Sibirin İrkutsk şəhəri yaxınlığındakı həbs düşərgəsində dünyasını dəyişib.
Uzun illər məzarının yeri də bilinməyən Hüseyn Cavidin qəbri 1982-ci ildə Bakıya gətirildi.
Buradan isə Naxçıvana aparılaraq doğma vətənində torpağa tapşırıldı. Məzarının üzərində möhtəşəm
sərdabə ucaldılıb.
* * *
Bəzi mənbələrə görə, Hüseyn Cavidin ilk dram əsəri "Balaxanı yollarında" pyesidir. Lakin
həmin əsər əldə deyil və avtoqrafı olmadığına görə onun "Ana"dan əvvəl yazıldığını dəqiq söyləmək
çətindir. Buna görə də "Ana" əsəri azərbaycanca yazılmış ilk mənzum dram sayılır. Şair-dramaturq
həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Mövzusu Dağıstan həyatından alınıb. Dramın
qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları
tərənnüm olunub. "Ana" dramı ilk dəfə 1913-cü ildə Tiflisdə çap edilib.
"Maral" faciəsi nəsrlə yazılıb və 1912-ci ildə tamamlanıb. Mövzusu "Ana" kimi Dağıstan
həyatından götürülmüş bu dram 1917-ci ildə Bakıda kitab şəklində çap edilib. Hüseyn Cavidin bu
əsərində qadın azadlığı (Humay və Maralın mürəkkəb xarakterləri timsalında), feodal-burjua
düşüncə tərzinin naqis tərəfləri, cəmiyyətdə yenilik duyğuları (Cəmil bəy) ilə mühafizəkar köhnəlik
(Turxan bəy) arasındakı barışmaz mübarizənin reallıqları dramaturji konfliktin mərkəzində durur.
Növbəti pyesi "Şeyx Sənan"ı nəzınlə işləyən dramaturq onun üzərində 1912-1914-cü illərdə
Naxçıvanda və Tiflisdə yaşayarkən iki il işləyib. Faciə 1914-cü ildə tamamlanıb. Əsər lirik-dramatik
məhəbbət faciəsi janrında yazılıb. Əvvəlcə Bakıda çıxan müxtəlif qəzetlər faciədən parçalar veriblər.
Ayrıca kitab şəklində "Açıq söz" qəzetinin mətbəəsində çap olunub (1917).
"Şeyx Sənan" faciəsində dramaturq dünyagörüşü, məhəbbətə münasibəti panteist fəlsəfi
ideyaların zəminində formalaşmış Şeyx Sənanın lirik-romantik, fəci və mürəkkəb psixoloji obrazını
yaradıb. Dramaturq hadisələri bəşəri fəlsəfi dəyərlər axarına salmaq məqsədilə Şeyx Sənanın
sevgilisini xristian, gürcü qızı Tamara (Xumar) ilə verib. Müsəlman övladının xristian qızına aşiq
olması klassik Şərq poeziyasında çox və geniş işlənib. Cavid isə bu mövzunu öz qəhrəmanı Şeyx
Sənanın faciəvi taleyi fonunda təsvir etməklə onu ideallaşdırmır. Əksinə, real həyat fəlsəfəsi, qəlbi
humanist insani duyğularla çırpman canlı məhəbbət aşiqi obrazı yaradıb.
Hüseyn Cavid nəsrlə yazdığı "Şeyda" dramını 1911-19l2-ci illərdə tamamlayıb. Hətta "Ana"
dramı kitabının girışində dramaturqun "Rəmzi" pyesi də olduğu göstərilib. Xatırladım ki, "Şeyda"
pyesinin "Rəmzi" və "Nakam" adları da var. Lakin dram son dəfə 1916-cı ildə redaktə edilib və elə
həmin dövrdə də kitab şəklində buraxılıb. Buna görə də pyesin yazılma tarixi həmin il göstərilib və
göründüyü kimi, bu, yanlışdır. "Şeyda" dramında həm cəmiyyətin sosial ziddiyyətləri, həm də ayrı-
ayrı fərdlərin dünyagörüşlərindəki, mənəviyyatlarındakı təzadlar konfliktin özəyini təşkil edir. Fəhlə
və sahibkar münasibətləri fonunda mürəkkəb ictimai-sosial mühitin canlı mənzərəsmi yaradan
dramaturqun romantik azadlıq soraqlı Şeyda Rəmzi, anarxist mövqe tutan mürəttib Qara Musa,
cəmiyyətin real tipi Məcid əfəndi obrazları milli dramaturgiyamızda yeni xarakterlərdir.
"Uçurum" faciəsi nəzmlə işlənib. Dramaturq əsəri 1917-ci ildə bitirib, lakin kitab şəklində
1926-cı ildə nəşr olunub. Hüseyn Cavidin bu əsəri romantik ruhlu ailə faciəsi janrında yazılsa da,
mahiyyəti və fəlsəfi fikir dərinliyi ilə güclü ictimai-sosial xarakter daşıyır. Hadisələr İstanbulda baş
verir. Dramaturq fransız məişətini, ailə-əxlaq münasibətlərini kor-koranə təqlid etmələrinin
müqabilində türklərin üzləşdikləri mənəvi-psixoloji faciələri qələmə alıb. Bu əsərdə Cavid
yaradıcılığı üçün yeni olan Gövərçin, Uluğ bəy, Anjel, Cəlal, Yıldırım kimi maraqlı dram obrazları
vardır.
Hüseyn Cavid 1918-ci ildə yaradıcılığı üçün çox əhəmiyyətli olan, onun şah əsərlərindən
sayılan "İblis" mənzum faciəsini tamamlayıb. Hərb və insanlığın fəlakəti, savaş və humanizının
müsibəti problemlərinə Şərq fəlsəfi düşüncə tərzi əsasında yanaşan dramaturqun növbəti səhnə əsəri
ilk növbədə romantik faciədir. Cavid hərb aparan hansısa dövlətin siyasətini deyil, bütövlükdə
müharibənin faciələrini, iblisliyin insanlığı məhvə sürükləməsini mürəkkəb dramatik kolliziyalarda,
psixoloji və fəlsəfi təzadlarla oxuculara çatdırıb.
"İblis" faciəsi Hüseyn Cavidin mübahisəli və ədalətsiz tənqidlərə ən çox məruz qalan
əsərlərindəndir. Dramaturq İblis obrazının müqabilində filosof ruhlu Arif, ağsaqqal İxtiyar şeyx,
məsum şəfqət bacısı Rəna, türk zabiti Vasif, ərəb zabiti İbn Yəmin surətlərini yaradıb. Onların
müxtəlif dünyagörüşlərinin toqquşmasında iblislik ideyası estetik kateqoriya kimi kəsərli görünür.
Faciənin əsas ideya yükünü, dramaturq qayəsini əsərin sonunda İblisin dili ilə söylənilən bu misralar
dərindən əks etdirir: "İblis nədir? - Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? -
İblis!.."
"Afət" dramatik faciəsini Hüseyn Cavid İstanbulda oxuyarkən yazıb. Lakin üzə çıxarmayıb
və 1917-1920-ci illərdə əsər üzərində yenidən işləyib. Bir il sonra isə "Afət"in son variantı
Akademik Milli Dram Teatrına təqdim olunub. Bu pyes ruhən, mövzu və problematika baxımından
ədibin "Uçurum" faciəsinə yaxın və doğmadır. Fransız aristokratiyasının kor-koranə təqlidi, fransız
əxlaq normalarının türk gəncliyinin mənəviyyatına vurduğu zərbələr "Afət"də də ictimai-sosial
konfliktin əsasında qoyulub. Lakin dramaturq füsunkar Afət, mühərrir (jurnalist) Özdəmir, məsum
Alagöz, məğrur Altunsaç, qadınları riyakarlıq toruna salmaqda mahir olan Doktor Qaratay, sadə
qəlbli, həyatda pərişan görünən Ərtoğrul surətlərini yeni ifadə vasitələri ilə zənginləşdirib.
Məhəmməd peyğəmbər obrazını milli dramaturgiyamızda ilk qələmə alan Hüseyn Cavid
olub. O, "Peyğəmbər" mənzum dramını 1922-ci ildə yazıb. Əsər həmin il və 1923-cü il-də "Mədəni-
maarif" jurnalının müxtəlif saylarında çap edilib. İştirakçılar (Əşxas) verilməyən pyes dörd pərdədən
ibarətdir. Hər pərdədə Məhəmməd peyğəmbərin həyatının müxtəlif tarixi dövrü verilib. Buna görə
də həmin pərdələr Bisət (göndərmə, peyğəmbərin xalqı islam dininə çağırmağa hazırlaması), Dəvət
(islam dinini qəbula dəvət), Hicrət (köçmə, Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə getməsi)
və Nüsrət (zəfər, Allahın köməyi ilə nail olmaq, peyğəmbərin islamı qəbul etdirməsinin sonuncu
mərhələsi) adlanır. Cavid poeziyasının fəlsəfi qüdsiyyəti, Cavid dramaturji təfəkkürünün poetik
hüsnü yeni bədii məziyyətlərlə "Peyğəmbər" dramında da təcəssüm tapıb. Məhəmməd peyğəmbər
obrazı idealizədən uzaqdır. Dramaturq onu öz ideyası uğrunda mətin mübariz, qüdrətli idraka malik,
möhtəşəm zəka sahibi olan real insan, dahi tarixi şəxsiyyət kimi təsvir edib.
Hüseyn Cavid tarixi dram janrında "Topal Teymur" adlı kamil səhnə əsəri yaradıb. Əsərin
mövzusu XIV əsrin iki nəhəng hökmdarı - teymurilər imperiyasının banisi, Orta Asiya hökmdarı
Əmir Teymurun və Türkiyə sultanı Yıldırım Bəyazidin apardıqları axırıncı qanlı müharibədən
(1402) götürülüb. "Topal Teymur" dramındakı Şair Girmani müəyyən mənada Hüseyn Cavidin
özüdür, onun ideyalarının, insanlıq, hökmdarlıq, məhəbbət, ülviyyət, mərdlik duyğularının
tərənnümçüsüdür. Xalq oyun-tamaşalarındakı liliput oyunçularının estetikası əsasında işlənmiş Cücə
personajı dramaturqun kəskin satirasının və kinayəli sarkazmının tərənnümçüsüdür.
"Knyaz" mənzum faciəsi Hüseyn Cavidin inqilabi mövzuda yazdığı dramlar cərgəsinə
daxildir. Əsər ədəbiyyatda və Akademik Milli Dram Teatrının bəzi afişa və proqramlarında "Dəli
knyaz" adı ilə də verilib. Pyesin mövzusu 1920-ci illərin əvvəllərində Gürcüstan həyatından
götürülüb. Hələ Almaniyanın Berlin şəhərində gözlərindən müalicə alanda bu ideya dramaturqu
düşündürüb. Bunun üçün şairin "Azər" poemasının "Mühacirlər yuvası" (1926-cı il) bölümünü
xatırlamaq kifayətdir. Lakin Cavid növbəti faciəsini 1929-cu ildə bitirib. Milliyyətcə gürcü olan,
inqilabi ideyalar uğrunda çarpışan Anton xarakteri psixoloji dramatizmi, Knyaz surəti ehtiraslı
coşğunluğu, çılğın romantizmi, Jasmen obrazı ehtiraslarının əsirinə çevrilməsi və kinto personajı
milli gürcü koloriti, şən və koloriti yumoru ilə faciəyə bədii təravət, dramaturji əlvanlıq veriblər.
Dramaturqun növbəti mənzum faciəsi beş pərdədən ibarət "Səyavuş"dur. Müəllifin 1932-ci
ildə tamamladığı möhtəşəm dram əsərinin mövzusu şərqin mütəfəkkir şairi Əbülqasim Firdovsinin
"Şahnamə" mənzum epopeyasındakı "Dastani-Səyavuş" poemasının məşhur süjetindən götürülüb.
"Azər-nəşr" tərəfindən 1933-cü ildə çap edilmiş "Səyavuş" dramında görkəmli İran padşahı
Keykavusun, Suriya padşahının qızı, Keykavusun arvadı Südabənin, Turanın böyük
hökmdarlarından Əfrasiyabın, əfsanəvi pəhləvan Rüstəm Zalın, Əfrasiyabın qardaşı, Turan
pəhləvanı Gərşivəzin, Əfrasiyabın ağıllı sərkərdəsi, xeyirxah insan Piranın xarakterləri yüksək
sənətkarlıqla qələmə alınıb. Elə məhz buna görə və bir də qədim süjetin çağdaş ictimai-siyasi
motivlər, mənəvi-əxlaqi dəyərlər səviyyəsində işlənməsi baxımından "Səyavuş" faciəsi həm
Cavidin, həmçinin milli dramaturgiyamızın incilərindən, orijinal bədii nümunələrindən sayılır.
Hüseyn Cavid 1935-ci ildə yenə Şərq klassik poeziyasının dahilərindən birinə müraciət edib.
Bu dəfə o, mütəfəkkir fars şairi Ömər Xəyyamın həyatına müraciət edərək "Xəyyam" adlı dramını
yazıb. Dram 1935-ci ildə keçirilən pyeslər müsabiqəsində üçüncü mükafata layiq görülüb. Filosof-
mütəfəkkir Xəyyamın yaradıcılığı və keşməkeşli həyatı Hüseyn Cavidi gənc yaşlarından
maraqlandırıb. Dramaturq rübai ustasının on altı müxtəlif poetik nümunəsini farscadan əruzun
müxtəlif bəhrlərində dilimizə çevirərək öz əsərinə daxil edib. Əsərdə müəllif ideyanın mahiyyətinə
uyğun olaraq, müxtəlif psixoloji hadisələrin təsvirində Xəyyamın poetik nümunələrindən iqti-baslar
edib. Həmin iqtibaslar Xəyyamın həyat, insanlıq, məhəbbət, xeyirxahlıq fəlsəfi düşüncələri ilə
səsləşir, dramatizjmi gücləndirir. İlk dəfə 1963-cü ildə çap edilmiş dramda Xəyyamla yanaşı,
dövrünün böyük diplomatı Xacə Nizam (Nizamülmülk Əbu Əli Həsən ibn Əli), ismaililər
hakimiyyətinin banisi Həsən Sabbah, İran Səlcuqlar sülaləsinin ikinci hökmdarı Alp Arslan, Alp
Arslanın oğlu, səlcuqların üçüncü hakimi Məlikşah Cəlaləddin, Abbasiyə xilafətinin iyirmi yeddinci
xəlifəsi Müqtədbillahın (Abdulla ibn Əhməd) maraqlı bədii surətlərini yaradıb. Eyni zamanda bədii
təfəkKürün məhsulu olan Sevdanın (Xəyyamın sevgilisi) canlı xarakterini qələmə alıb.
"İblisin intiqamı" beşpərdəli dramını Hüseyn Cavid 1937-ci ilin martında bitirib. Bu əsər
müəyyən mənada dramaturqun "İblis" faciəsinin davamıdır. "İblis" faciəsində olan Iblis, Arif, Rəna
obrazları "İblisin intiqamı"nda da verilib. Dram əsəri Cavidin həyat yoldaşı Müşkünaz xanımın
köçürdüyü əlyazması əsasında ilk dəfə Hüseyn Cavidin seçilmiş əsərlərinin dördüncü cildində
(1985) çap olunub. Pyes mürəkkəb tarixi şəraitdə, yəni İtaliya və Yaponiyanın 1936-1937-ci illərdə
faşist dövlətlərinin blokunu yaratmağa səy göstərdiklərı bir zamanda yazılması və sülhü təbliğ
etməsi ilə çox dəyərlidir. Cavidin bu əsərdəki dili əvvəlki dram əsərlərinin dilindən sadəliyi,
şirəliliyi, çağdaş Azərbaycan ədəbi dilinə yaxınlığı ilə seçilir.
Dahi dramaturqun təxminən 1930-1932-ci illərdə yazdığı "Telli saz" dramı itib. Dramaturqun
qızı Turan Cavidin köməkliyi ilə əsərin süjetini bərpa etmək mümkün olub. Onun "Xəyyam" faciəsi
ilə bir dövrdə yazdığı "Şəhla" pyesi də hələlik tapılmayıb.
Hüseyn Cavid dram əsərləri teatrlarımızda ən çox tamaşaya qoyulmuş dramaturqlardandır.
O, milli poetik teatrın banisi sayılır.
Dostları ilə paylaş: |