Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə75/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   470
Rejissorlar: Aleksandr İvanov, Abbasmirzə Şərifzadə və Sidqi Ruhulla (növbəti rejissor). 

Rəssam: Əzim Əzimzadə. 

Aktrisalar:  Qəmər Topuriya, Yeva Olenskaya, Aleksandra (Şura) Olenskaya, Nataliya 

Lizma, Məxfurə Yerimakova, Panfiliyia Tanailidi, Leyla xanım. 



Aktyorlar: Həsən Səbri Abdullazadə, Məhəmmədtağı Bağırov, Ələkbər Hüseynzadə, Xəlil 

Hüseynov, Hüseynağa Hacıbababəyov, Ağasadıq Gəraybəyli, Rza Darablı, Bağır Cabbarzadə,  Əli 

İslam Dadaşov, Möhsün Sənani (Cəfərov), Q.Mahmudov, Mirabdulla Miriyev (Mirinski), Yunis 

Nərimanov, Hüseynqulu Sarabski, Sidqi Ruhulia, Mir Paşa Sadıqov, Hacıbaba  Şərifzadə, 

Abbasmirzə Şərifzadə. 

Göründüyü kimi, Mirzağa  Əliyevin, Hacıağa Abbasovun, Əbülhəsən Anaplının, Murad 

Muradovun və bir sıra digər tanınmış aktyorların adları siyahıda yoxdur. Onlar Dövlət teatrının 

tamaşalarında oynasalar da, hələ ki, müstəqil fəaliyyətindən qalmayan "Müdiriyyət"in dəstəsində 

çalışırdılar. Baş rejissor gah Şərifzadə, gah da Aleksandr İvanov olublar. 

Rəsmi açılışına kimi kollektiv 1919-cu ildə S.Lanskoyun "Qəzavat" (4 yanvar. Rejissor 

Hüseyn Ərəblinski), Təhsin Nahidin "Hicranlar" (6 yanvar. Rejissor Abbasmirzə Şərifzadə), Mehdi 

bəy Hacınskinin "Sultan Əbdülhəmidin xəli" (6 yanvar. Rejissor Rza Darablı), İsa bəy Aşurbəylinin 

"Azərbay və Can" (16 yanvar. Rejissor Aleksandr İvanov), "Cəhənnəm" (23 sentyabr. Rejissor 

Hacıbaba Şərifzadə), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri Cadu" (17 yanvar. Rejissor Abbasmirzə 

Şərifzadə), "Ağa Məhəmməd  şah Qacar" (14 fevral. Rejissor Abbasmirzə  Şərifzadə), Mirzə Rza 

Vaizzadənin "Səyavuş" (4 mart. Rejissor İsmayıl Hidayətzadə), Cəfər Cabbarlının "Ədirnə fəthi" (25 

aprel. Rejissor Abbasmirzə  Şərifzadə), "Bakı müharibəsi" (17 sentyabr. Rejissor Abbasınirzə 

Şərifzadə), Nəriman Nərimanovun  "Nadir şah"  (16 may. Rejissor Abbasmirzə  Şərifzadə), Cəfər 

Bünyadzadənin "Üç yoldaş" (6 iyun. Rejissor Rza Darablı), Namiq Kamalın "Vətən" (23 iyun), Cəlil 

Məmmədquluzadənin "Ölülər" (4 avqust. Rejissor Mirzağa  Əliyev), Nəcəf bəy Vəzirovun 

"Müsibəti-Fəxrəddin" (20 avqust. Rejissor Hüseynqulu Sarabski), Mirzəbala Məmmədzadənin 

"Bakı uğrunda müharibə" ("Bakı uğrunda müharibə və yaxud Nuru paşanın igidliyi" (16 sentyabr. 

Rejissor Abbasmirzə  Şərifzadə)  əsərlərinin tamaşalarını, eyni zamanda operalar və operettalar 

oynayıb. 

Teatrın rəsmi açılışı oktyabrın 24-də olub və bu mədəniyyət hadisəsi dörd gün bayram edilib. 

Dalbadal "Azərbay və Can", Şəmsəddin Saminin "Dəmirçi Gavə" (rejissor Sidqi Ruhulla), "Bakı 

müharibəsi" və "Bakı uğrunda müharibə" tamaşaları göstərilib. Rəsmi açılışda başda dövlət başçısı 

Nəsib bəy Nəsibbəyov olmaqla, bütün hökumət üzvləri iştirak ediblər. 




İlin sonuna kimi teatr Hüseyn Bədrəddin və  Məhəmməd Rüfətin "Əmir  Əbül Üla" (31 

oktyabr. Rejissor Aleksandr İvanov), Mehdi bəy Hacınskinin "Yezid ibn Müaviyyə" (4 noyabr. 

Rejissor Aleksandr İvanov), Cəfər Cabbarlının "Yulduz, yaxud Trablis müharibəsi" (11 noyabr. 

Rejissor Aleksandr İvanov), Jan Batist Molyerin "Zorən təbib" (6 dekabr. Rejissor Aleksandr 

İvanov), Vilyam Şekspirin "Otello" (12 dekabr. Rejissor Aleksandr İvanov),  İsmayıl 

Rüstəmbəyovun "Dövlə-tibisəmər" (19 dekabr. Rejissor Sidqi Ruhulla), gündüz və axşam Nəriman 

Nərimanovun "Şamdan bəy" və  Cəlil Məmmədquluzadənin "Ölülər" (26 dekabr. Rejissor 

Abbasmirzə Şərifzadə) komediya və dramlarını, Üzeyir bəy və Zülfüqar bəy Hacıbəyovların musiqi 

əsərlərini oynayıb. 

Teatr kiçik məzhəkələr və vodevillər də oynayır, repertuar tərtibində bəzən primitivliyə yol 

verirdi. Hələ tam və sabit repertuar qurulmamışdı. Təzə  əsərləri tamaşaya hazırlamağa sanki risk 

göstərilmirdi. Əsasən əvvəllər dəfələrlə oynanılan pyeslər repertuarda üstünlük təşkil edirdi. 

Kollektiv belə sürüşkən ovqatla da 1920-ci ildə  fəaliyyətə başlayıb.  Əbdürrəhim bəy 

Haqverdiyevin "Ac həriflər", "Kimdir müqəssir?",  Nəcəf bəy Vəzirovun  "Ev tərbiyəsinin bir şəkli" 

məzhəkələri, "Mən ölmüşəm", "Bizim kirayənişin özünü öldürdü", "Xor-xor" təbdilləri, Mirmahmud 

Kazımovskinin "Daşım-daşım", İvan Turgenevin "Pulsuzluq", Nadejda Loxmanovanın "Napoleonun 

ölümü" əsərləri tez-tez oynanılırdı. Bu tamaşalar teatrın yaradıcılıq iqlimində təkanverici rol oynaya 

bilmirdi. 

Aleksandr  İvanov romantik səciyyəli "Qaçaqlar" (Fridrix Şiller. 17 yanvar), "Kral Lir" 

(Vilyam Şekspir. 19 mart), Abbasmirzə Şərifzadə şən ovqatlı "Hacı Qara" (Mirzə Fətəli Axundzadə. 

13 fevral), qəhrəmanlıq pafoslu "Dəmirçi Gavə" (Şəmsəddin Sami. 16 aprel), Sidqi Ruhulla əsil 

traglkomediya siqlətli "Ölülər" (Cəlil Məmmədquluzadə. 27 fevral), melodrama janrında işlənmiş 

"Bəxtsiz cavan" (Əbdürrəhim bəy Haqverdiyev. 29 fevral), psixoloji zəminli "İntiqam" (Namiq 

Kamal. 12 mart) tamaşaları ilə kollektivin yaradıcılıq iqlimini mövcud durğunluqdan xilas edə 

bilmişdilər. 

Bu tamaşalarda Abbasmirzə Şərifzadənin Karl Moor və Gavə, Sidqi Ruhullanın Kral Lir və 

Fərhad, Mirzağa  Əliyevin Hacı Qara və Kefli İsgəndər,  Əbülhəsən Anaplının Kərəməli və Hacı 

Bəxşəli, Rza Darablının Şeyx Əhməd rolları yüksək peşəkarlıq səciyyələri və yeni görünən estetik 

məziyyətləri ilə seçilirdilər. 

1920-ci ilin 28 aprelində Azərbaycana Sovet Hakimiyyəti gəlib.  İyun ayının 1-də bütün 

teatrlar milliləşdirilib və  Əbdürrəhim bəy Haqverdiyev teatr komissarı  təyin olunub. Türk Dram 

Teatrı yenə Bakıda azərbaycanlıların  ən güclü səhnə  sənəti kollektivi olub. İl  ərzində baş rejissor 

Kürsüsündə Aleksandr İvanov və Abbasmirzə  Şərif zadə bir-birilərini  əvəz ediblər. Bir-iki nəfər 

istisna olmaqla teatrın kollektivinin özəyini əvvəlki aktyorlar təşkil ediblər. 

Tədricən ideoloji basqı yaradıcılıq iqliminə təsir göstərməyə başlayıb. İlk vaxtlar sırf dövlət 

təminatında olan teatr repertuarda ciddi büdrəmələrə yol verib. 

1920-ci ilin ən böyük teatr hadisəsi Hüseyn Cavidin əsərlərinin repertuara ayaq açmasıdır. 

Abbasmirzə  Şərifzadənin quruluş verdiyi "İblis" faciəsinin premyerası dekabrın 21-də olub. Əsas 

rolları Abbasmirzə Şərifzadə (İblis), Kazım Ziya (Vasif), Rza Təhmasib Mirseyfəddin Kirmanşahlı 

(Arif), Rza Darablı  (İbn Yəmin),  Şura Olenskaya (Xavər), Məhəmmədtağı Bağırzadə  (İxtiyar), 

Rüstəm Kazımov (Elxan), Möhsün Sənani (Zabit) ifa ediblər. 

"İblis" tamaşası ilə Milli Dram Teatrında poetik teatrın təməli qoyulub 

 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin