Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə76/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   470
MİLLİ  DRAM TEATRININ  

MÜXTƏLİF ADLARI 

 

Bir daha xatırlatmağa ehtiyac var ki, bugünkü Milli Dram Teatrının tarixi milli peşəkar səhnə 



sənətimizin yaranması ilə bir gündən götürülüb. Onun fəaliyyəti iki dövrə ayrılır. 


Birinci dövr: Teatr həvəskarlardan ibarət qüvvələrin, sonralar müxtəlif adlı, lakin peşəkar 

səciyyəli dəstələrin, mədəni-maarif cəmiyyətlərinin nəzdindəki bölmələrin və truppaların timsalında 

inkişaf yolu keçib (1873-1919). 

İkinci dövr: Teatrın təsisatlı (institusional) mədəniyyətin faktı olandan sonraki yaradıcılıq 

yolu (24 oktyabr 1919-cu ildən bu günə qədər). 

Eyni zamanda o da qeyd olunmalıdır ki, teatr yetmiş iki il ərzində (1919-1991) öz adını 

dəfələrlə dəyişdirmək məcburiyyətində qalıb. Burası da məlumdur ki, Azərbaycan əlifbası XX əsrdə 

üç dəfə  dəyişilib.  Ərəb hürufatından latın hərflərinə, ondan kiril hərfləri  əsasında düzəldilmiş 

əlifbaya, ondan isə yenə latın qraflkasma keçilib. Həmin əlifbalarda çıxan Azərbaycan mətbuatı və 

rusdilli qəzetlər öz informasiyalarında, məqalələrində, resenziyalarında və elanlarında teatrın adını 

öz dövrünə uyğun şəkildə verib. Bu, gənc teatr tədqiqatçılarında, eləcə də həmin dövrün mətbuatı ilə 

maraqlanan tələbələrdə çaşqınlıq yarada bilər. Buna görə də Milli Dram Teatrının ad dəyişmələrini 

geniş açıqlamağa ehtiyac var. 

Bakı  şəhərində yaranıb fəaliyyət göstərən bu teatr dövlət təsisatına 1919-cu ildə keçib. 

Bununla da kollektiv "Hökumət Teatrosu" adlanıb. Eyni zamanda afişalarda, proqramlarda, qəzet 

məqalələrində  sənət ocağının adı "Azərbaycan Dövlət Türk Teatrosu", "Dövlət Türk Teatrosu", 

"Dövlət Teatrosu" kimi də yazılıb. 

Rəsmi olaraq 24 oktyabr 1919-cu ildən 27 aprel 1920-ci ilə kimi bu adla (adlarla) fəaliyyət 

göstərən teatrın öz binası olmayıb. Kollektiv hazırladığı tamaşalarını  əsasən opera teatrının 

binasında oynayıb. 

Rusiyadan gələn bolşeviklər 1920-ci ilin 28 aprelində Azərbaycanı, təbii ki, birinci növbədə 

Bakını ilhaq ediblər. Ölkəmiz Azərbaycan Sovet Sosialist Respublikası (ASSR) adlanıb. Bundan 

sonra Respublika Xalq Maarif komissarlığı  nəzdində incəsənət bölməsi yaradılıb. Bölmənin 

rəhbərliyi dramaturq və  səhnə xadimi Əbdürrəhim bəy Haqverdiyevə tapşırılıb. Hökumət 

Teatrosunun yaradıcı qüvvələrinin böyük əksəriyyəti bu truppada cəmləşiblər. Təzə ictimai-siyasi 

tələblərlə, həmçinin də təzə mənəvi-əxlaqi ölçülərlə fəaliyyətə başlayan kollektivə yeni ad verilib: 

"Birləşmiş Dövlət Teatrosu. Müstəqil Azərbaycan Hökumətinin Türk Teatr Truppası" Teatr 1920-ci 

il mayın 4-də  Şəmsəddin Saminin "Dəmirçi Gavə" faciəsi ilə yeni yaradıcılıq mərhələsinə  qədəm 

qoyub. 


Tamaşalar Opera Teatrında və fəhlə klublarında (daha çox Mərkəzi Fəhlə klubunda. Hazırkı 

konstitusiya Məhkəməsinin yerləşdiyi bina) göstərilib. Birləşmiş Dövlət Teatrına opera teatrının 

kollektivi və müxtəlif millətlərin müvəqqəti teatrları da daxil idilər. Tağıyev teatrı binası 1920-ci 

ildə rəsmi sənədlə Türk Teatr Truppasına (Milli Dram Teatrına) verilib. Hökumət iki il əvvəl yanmış 

binanın əsaslı təmirinə və bərpasma başlayıb. 

Azərbaycan SSR Xalq Maarif komissarlığının 1 mart 1922-ci il tarixli qərarı ilə Azərbaycan 

(türk) teatr truppası müstəqil elan edilib. Yəni rus, yəhudi, Ukrayna... truppalarından və rus operası 

dəstəsindən ayrılıb. Üç nəfərdən,  Əbdürrəhim bəy Haqverdiyevdən, Ağa Kərim  Şərifovdan və 

Əzimovdan ibarət repertuar şurası yaradılıb. 

Mart ayındakı qərardan bir müddət sonra hökumət rəsmi sənədlə teatrın adını yenə dəyişib. 

Bu dəfə kollektiv "Türk Dövlət Teatrosu" adlanıb. Az müddət keçib və teatra inqilabçı Dadaş 

Bünyadzadənin adı verilib. Hazırlanan tamaşalar üçün dərc olunan proqramların və afişaların yuxarı 

hissəsində sənət ocağı belə təqdim edilib: Yoldaş Dadaş Bünyadzadə adına Türk Dövlət Teatrosu. 

1922-ci ilin ilk günlərində Birləşmiş Dövlət Teatrı yenidən bərpa edilib. Lakin ciddi 

cəhdlərdən sonra Azərbaycan truppası öz müstəqilliyini saxlaya bilib və birləşmiş teatrın (rus 

operası  və rus operettası kollektivlərinin) ümumi tabeliyindən çıxıb. Kollektiv özü rəmzi mənada 

birləşmiş teatr adlanıb, çünki opera və operetta truppaları da onun nəzdində idi. Bu il yanvar ayının 

17-də Türk Dövlət Teatrosu öz binasında (Tağıyev teatrında) Mirzə  Fətəli Axundzadənin "Hacı 

Qara" (rejissor Aleksandr İvanov) komediyası ilə pərdələrini açıb. Kollektiv bu binada 1960-cı ilin 



avqust ayına kimi çalışıb. Avqustda çağdaş memarlıq üslubunda təzəcə tikilmiş  və Füzuli 

meydanında yerləşən indiki binasma köçüb. 

Opera truppası 1925-ci ilin ikinci yarısında Türk Dövlət Teatrosundan ayrılıb. Lakin yenə 

müstəqil olmayıb və Rus Operasının nəzdinə verilib. Sonralar həmin kollektiv Azərbaycan Dövlət 

opera teatrı (bir qədər sonra "Balet" sözü də bu ada əlavə olunub) adlanıb. 

1938-ci ildə isə opera teatrı truppasının operetta janrına meyilli qüvvələrinin  əsasında 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yaradılıb. Teatra Cəlil Məmmədquluzadənin adı 

verilib. 

Göründüyü kimi, bir kollektivin yaradıcılıq zəmini  əsasından üç müxtəlif teatr doğulub. 

Onlar müstəqil yaradıcılıq yolu keçərək formalaşmışlar və öz fəaliyyətlərini indi də davam etdirirlər. 

Azərbaycan SSR Xalq Maarif komissarlığının kollegiyası 24 aprel 1923-cü ildə Bakıdakı 

mövcud teatrların adlarının dəyişdirilməsi barədə  qərar verib. Həmin qərardan sonra Rus Operası 

Teatrı "Böyük Dövlət Teatrı" (BDT), Dadaş Bünyadzadə adına Türk Dövlət Teatrosu "Dövlət 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin