"İnsanpərvərlər klubu" Səməd Vurğun küçəsi ilə üzüaşağı, Dənizkənarı bulvara tərəf
düşəndə yolun solunda, Tolstoy küçəsinin tinində ucalıb. Binanın üzü Nəsiminin abidəsinə baxıb.
Son illərə qədər mətbəə kimi fəaliyyətdəydi, sonra ticarət mərkəzinə çevrildi. 2004-cü ildə sökülüb
və yerində yaşayış binası tikilib.
Bakılılar arasında köhnə univermaq kimi tanınan, hazırda böyük ticarət mərkəzi olan nəhəng
binaya "Tağıyev pasajı" deyilib. Tağıyevin 1898-ci ildə tikdirdiyi, əsasən məktəblilər üçün dərs və
geyim ləvazimatı satılan həmin binada kiçik tamaşa salonu olub.
Dostları ilə paylaş: |