TEATR TAMAŞALARININ
GÖSTƏRİLMƏ MƏKANI
(1873-1919)
Peşəkar teatr deyəndə və onun fəaliyyəti barədə düşünəndə sözsüz ki, ilk növbədə sənət
ocağının yerləşdiyi bina barədə də fikirlər oyanır. Elm sübut edib ki, teatr tamaşasının təlqin etdiyi
bədii-estetik zövqün kökündə tamaşa oynanılan binanın texniki imkanları və texnologiyası da
mühüm yer tutur. Teatr binasının arxitektura özəllikləri müxtəlif şəkillərdə səhnə sənətinin gözəllik
estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunun bədii səciyyələrini müəyyənləşdirir.
Dünya teatrının müxtəlif inkişaf dövrlərində formalaşan bədii zövqlərə uyğun olaraq teatr
tamaşalarının oynanılması üçün tikilən binaların memarlığında da böyük və əsaslı dəyişikliklər
aparılmışdır. Antik teatrın açıq havadakı binalarını əsrlər keçdikcə müxtəlif sənət izmlərinə, məsələn
kiassizm, barokko, qotika, modern... üslublarına məxsus memarlıq binaları əvəz etmişdir.
Azərbaycanda peşəkar teatr təşəkkül tapmamışdan əvvəl bəzi şəhərlərdə müxtəlif xarakterli
kütləvi seyretmə sarayları olmuşdur. Şuşada 1848-ci ildə, Şamaxı şəhərində isə 1858-ci ildə oyunlar
göstərmək, mərasim və müsamirələr keçirmək üçün memarlıq abidələri olan binalar tikilib. O
dövrün mətbuatının yazdığına görə, həmin binaların yaraşıqlı lojaları, geniş salonları, əlvan tərtibatlı
səhnələri olub.
Naxçıvan şəhərində ilk tamaşa Hacı Nəcəf Zeynalovun evinin böyük salonunda göstərilib.
Azərbaycanca tamaşalar İrəvanda müxtəlif varlıların evlərində, Tiflisdə kazyonnı teatrda, Arsruni
teatr binasında, Zubalov adına "Xalq evi"ndə, "Zadəganlar klubu"nda, Aşqabadda Dobrojenskinin
sirkində, Təbrizdə adi binada oynanılıb. Azərbaycanın böyük şəhərlərində iyirminci əsrin
əvvəllərində xüsusi "Cəmiyyət yığnağı" binaları tikilmişdi və el arasında, mətbuatda
"Obşestvennoye sobraniye" adlanan həmin mədəniyyət mərkəzləri tamaşalar oynamaq üçün ən
münasib yerlər idi. İrəvanda və Tiflisdə Dövlət Azərbaycan Dram Teatrı fəaliyyət göstərməyə başla-
yanda da həmin kollektivlərin texniki baxımdan səmərəli binaları olmamışdır. Dövlət teatrı hər iki
şəhərdə yöndəmsiz, darısqal, səhnəsi kiçik klublarda yerləşmişdir.
Gəncə Dövlət Dram Teatrı üçün bina 1936-cı ildə tikilib. Əslində köhnə bina yenidən
qurulub. Bir qədər sonra Naxçıvanda müasir memarlıq üslubunda səhnə ocağı hasilə gətirilib. Hər
iki bina indiyə qədər fəaliyyətdədir və texniki imkanları o dövrün primitiv tələblərinə uyğun olaraq
qalmaqdadır.
1938-1949-cu illər arasında Lənkəranda, Ağdamda, Ağdaşda, Göyçayda, Qubada, Şamaxıda,
Qaryagində (indiki Füzuli rayonu), Şuşada, Şəmkirdə, Ordubadda, Bərdədə, Qazaxda, Zaqatalada,
Salyanda, Sabirabadda Dövlət teatrları fəaliyyət göstərmişlər. Lakin onların heç biri üçün məxsusi
teatr binası tikilməmişdir. Onlar kilsədə, məsciddə, klublarda yerləşdirilmişlər və təbiidir ki, bütün
bunlar kollektivin səmərəli fəaliyyətinin estetik hüsnünə mənfi təsir bağışlamışdır. Dövlət statusu ilə
hazırda Sumqayıtda, Şəkidə, Lənkəranda, Mingəçevirdə, Qazaxda, Füzulidə (müvəqqəti Horadizdə
məskunlaşıb), Qusarda fəaliyyət göstərən dram, Salyandakı, Gəncədəki, Naxçıvandakı, Qaxdakı
Kukla teatrı kollektivləri qeyri-teatral binalarda çalışırlar. Hazırda didərgin həyatı yaşayan Ağdam
və Şuşa teatrlarının da müasir binaları yox idi.
Digər şəhərlərlə müqayisədə Bakının teatr arxitekturası daha rəngarəng və geniş şəbəkəli
olub. Bakıda ilk teatr binasını milyonçu Hacı Zeynalabdin Tağıyev 1883-cü ildə özünün taxıl
anbarının özülü üzərində tikdirib. Bir neçə dəfə yanıb yenidən qurulan teatr indiki Musiqili
Komediya Teatrının binasının yerində olub və 1990-cı illərin əvvəllərində sökülüb. Akademik Milli
Dram Teatrı 1922-ci ildən 1960-cı ilin avqustuna qədər orada yerləşib. Sonra həmin bina
muskomediya teatrına verilmişdi. 1920-ci ilə qədər bu bina "Tağıyev teatrı" və "Şəhər teatrı"
adlanıb.
Bakıda azərbaycanca ilk peşəkar teatr tamaşası göstərilən bina "Nəciblər klubu" adlanıb.
Həmin bina iyirminci əsrin əvvəllərinə qədər indiki Sabir bağının yanında, Gənclər meydanında
yerləşən binalarla üzbəüz olub. İkinci mərtəbəyə qalxan pillələrin sol tərəfindəki dəhliz tamaşaçı
salonuna aparırdı.
Qoşa qala qarşısındakı Gənclər meydanı 1920-ci ilə qədər Duma meydanı adlanıb.
Meydandakı mülk, hazırda "Konstitusiya məhkəməsi" adlanan binaya "Haşımovun evi" deyilirdi.
"Gürcü cəmiyyəti", "Artistlər cəmiyyəti", "Kommersiya klubu" da müxtəlif vaxtlarda bu binada
yerləşib. Binanın adı teatr afişalarında müxtəlif cür yazılıb.
"Obşestvennoye sobraniye" Səməd Vurğun küçəsində, Üzeyir Hacıbəyov və Xaqani
küçələrinin arasında yerləşən Zabitlər evinə deyilib. Bakı neftxudası Ağa Musa Nağıyev həmin
əzəmətli binanı 1890-cı ildə xeyriyyə məqsədli tədbirlər keçirmək üçün tikdirib. Bəzi mətbuat
səhifələrində, tamaşa elanlarında, afişalarda binanın adı "Musa Nağıyev teatrı" kimi də yazılıb.
Hazırda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binası (1900-1904
və 1910-1912-ci illərdə tikilib) "Obşestvennoye sobraniye"nin yay salonu adlanıb.
"Kolizey teatrı" Gənc Tamaşaçılar Teatrının indiki binasının yerində olub. Bir müddət opera
teatrı müqabilində həmin binada "Malı teatr" fəaliyyət göstərib.
"Nikitin qardaşlarının sirki" opera teatrının fasad qapısı ilə Bülbül prospektinin arasındakı
binanın yerində olub. 1904-cü ildə istifadəyə verilib. Yanandan sonra indiki Respublika Mərkəzi
Kitabxanasının həndəvərində taxtadan yenidən qurulub.
"Pelmel teatrı" həftəbecər kimi qəbul edilib. Milyonçu Hacıbaba Haşımovun oğlu
Yaponiyada xoşuna gələn kazino evini Bakıda, indiki Rus Dram Teatrı binasının yerində inşa
elətdirib. Bu bina bir müddət "Mlkado teatrı" da adlanıb.
Dostları ilə paylaş: |