təhsilini Peterburq gimnaziyasında davam etdirib. 1904-cü ildə Bakıya qayıdan Cəlil Bağdadbəyov
müxtəlif neft mədənlərində dəftərxana işlərində çalışıb. Peterburqdakı təhsil illərində şəhərin
mədəniyyəti, xüsusən teatr sənəti ilə dərindən tanış olan gənc Cəlil 1907-ci ildə "Nicat" mədəni-
maarif təşkilatının dram truppasına aktyor götürülüb. O, "Nicat", "Səfa" teatr truppalarında
Hüseynqulu Sarabskinin təşkil və rəhbərlik etdiyi "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar
bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib. 1920-ci ildə Milli Dram
Teatrının truppasına götürülüb. Arada Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında da işləyib (1922-
Aktyorun müxtəlif teatr truppalarında və Akademik teatrda oynadığı əsas rollar: Təbib
("Zorən təbib", Jan Batist Molyer), Rza xan ("Nadir şah", Nəriman Nərimanov), Rotsman
("Qaçaqlar", Fridrix Şiller), Don Dieqo ("Əl Mənsur", Henrix Heyne), Hacı Qəmbər ("Yağışdan
çıxdıq, yağmura düşdük", Nəcəf bəy Vəzirov), Rodriqo, Qraf kent ("Otello" və "Kral Lir", Vilyam
Şekspir), İbrahim xan, Nəcəf bəy ("Ağa Məhəmməd şah Qacar" və "Dağılan tifaq", Əbdürrəhim bəy
Haqverdiyev), Camal bəy ("Keçmişdə qaçaqlar", Nəcəf bəy Vəzirov), Hersoq ("Şahın bərbəri",
Aleksey Lunaçarski), Şeyx Kəbir ("Şeyx Sənan", Hüseyn Cavid), Rıtsar ("Dəhşətli röya", Herhart
Hauptman), Kral Lüdovlk ("Nel qülləsinin sirri", Aleksandr Düma), Qraf ("İki yetimə", Adolf
D'Enneri və Germon).
Aktyor opera və operetta tamaşalarında da bir sıra yaddaqalan rollar ifa edib. O, müxtəlif
illərdə Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Leylinin anası), "Əsli və Kərəm" (Əsli və Şeyx
Nuran), "Şah Abbas və Xurşid banu" (Xurşid banu) operalarının, "Məşədi İbad" (Sərvər), "Arşın
mal alan" (Süleyman və Əsgər) operettalarının tamaşalarında oynayıb. Zülfüqar bəy Hacıbəyovun
"Aşıq Qərib"ində isə Dərviş və Aşıq Saleh rollarını ifa edib.
Cəlil Bağdadbəyov Dərbənddə Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (1908 və 1911),
Naxçıvanda Nəriman Nərimanovun "Nadir şah" (1911), Vladiqafqazda Mirzə Fətəli Axundzadənin
"Molla İbrahimxəlil kimyagər" (1912), Mahaçqalada Vasaq Mədətovun "Tamahkarlıq düşmən
qazanır" (1912), Bakıda Mirzağa Əliyevin "Məhkəmələr qapısında tökülən göz yaşları" (1916),
Hüseynqulu Sarabskinin "Cəhalət" (1917), Mirmahmud Kazımovskinin "Daşım-daşım",
Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" məzhəkələrinə və digər müəlliflərin müxtəlif janrlı
pyeslərinə səhnə quruluşu vermişdir. Osmanlı ədibi Namiq Kamalın "Qara bəla" ("Əkbər şah
hindu") dramını azəri türkcənə çevirib. "Hürriyyət günü" adlı məişət-sosial mövzulu və ictimai
xarakterli pyesi Azərbaycan həyat tərzinə uyğun təbdil edib. Aktyor və rejissor kimi çıxış edən Cəlil
Bağdadbəyov dəfələrlə İrəvanda, Tiflisdə, Vladiqafqazda, Mahaçqalada, Hacıtərxanda, İdil (Volqa)
çayının yaxasında yerləşən türkdilli yaşayış bölgələrində, Məkərədə (Nijni Novqorod), Orenburqda,
İranın şəhərlərində uzunmüddətli qastrol səfərlərində olub. Şamaxı, Salyan, Ağdaş, Zaqatala,
Qaryagin (indiki Füzuli), Şəmkir, Şuşa, Ağdam, Naxçıvan, Ordubad şəhərlərinin dram dərnəklərinə
və dövlət teatrlarına müntəzəm yaradıcılıq yardımı göstərib. Orada həm aktyor, həm rejissor kimi
çıxış edib, tamaşalar hazırlayıb, rollar oynayıb.
Fövqəladə təşkilatçılıq qabiliyyəti olan, rus, ərəb, fransız, fars, özbək, taclk dillərində sərbəst
danışan Cəlil Bağdadbəyov 1920-ci illərin ikinci yarısında Azərbaycan Xalq komissarları Sovetinin
qərarı ilə yerlərdə mədəniyyətin yüksəldilməsi üçün Orta Asiyaya göndərilib. 1941-ci ildə faşist
Almaniyası SSRİ-yə hücum edəndən bir qədər sonra Cəlil Bağdadbəyov Azərbaycan mədəniyyət
xadimlərinin tərkibində İrana gedib. O və rejissor Şəmsi Bədəlbəyli Təbrizdə yerli teatr həvəskarları
ilə tamaşalar hazırlamışlar. İrandan qayıdandan sonra Hüseynqulu Sarabski adına Qaryagin Dövlət
Dram Teatrında, Üzeyir bəy Hacıbəyov adına Şuşa Dövlət Musiqili Dram Teatrında, Seyid Əzim
Şirvani adına Şamaxı Dövlət Dram Teatrında, Mirzağa Əliyev adına Şəmkir Dövlət Dram Teatrında
və digər sənət ocaqlarında rejissorluq etmişdir.
Bütün ömrünü teatr sənətinin tərəqqismə, xalqın mənəvi-əxlaqi yüksəlişinə, mədəniyyətin
inkişafına sərf edən, yorulmadan və coşğun fədakarlıqla çalışan Cəlil Bağdadbəyov 17 iyun 1943-cü
ildə, Şuşa teatrında işləyərkən Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub.
Omrünün sonlarında mədəni-maarif səhnəsində işləyən Cəlil Bağdadbəyov 21 aprel 1951-ci
ildə Bakıda vəfat edib.
Dostları ilə paylaş: