"MÜDİRİYYƏT"
TEATR TRUPPASI
Əsilində bu truppanın tam adı rəsmi sənədlərdə belə yazılıb: "Zülfüqar bəy və Üzeyir bəy
Hacıbəyov qardaşlarının müdiriyyəti". Bəzən isə afişalarda və qəzetlərdə dəstənin adı "Hacıbəyov
qardaşlarının müdiriyyəti" kimi verilib. Ən çox isə işlənən "Müdiriyyət" deyimi olub.
Bakının ən güclü aktyorlarının toplandıqları "Müdiriyyət" truppası 1916-cı ilin avqustunda,
əsasən, bəstəkar Üzeyir bəy Hacıbəyovun rəhbərliyi, təşəbbüsü və səyi ilə yaradılıb. Truppaya ilk
baş rejissor Abbasmirzə Şərifzadə dəvət edilib. Tezliklə dəstə öz nizamnaMəsmə əsasən,
operalardan, operettalardan, faciələrdən və Komediyalardan ibarət sanballı repertuar yaratmağa
başlayıb. Onlar kiçik vodevillər və məzhəkələr oynamaqdan bacardıqca imtina edirdilər. Üzeyir bəy
ilk tamaşanı göstərməyə tələsmirdi və truppa son dərəcə ciddi teatral rejimi ilə çalışırdı.
"Müdiriyyət" ilk pərdələrini sentyabrın 9-da opera teatrında Zülfüqar bəy Hacıbəyovun
"Aşıq Qərib" operasının tamaşası ilə açıb. Noyabr ayının 10-da isə Tağryev teatrında "Yezid ibn
Müaviyyə" (Curci Zeydanın romanı üzrə işləyəni Mehdi bəy Hacınski) dramı ilə yaradıcılığının yeni
janrda fəaliyyətinə başlayıb. "Müdiriyyət" ilin sonuna kimi dörd opera və üç operetta premyerası və
altı yeni dram tamaşası göstərib. Bununla da qısa müddətdə mövcud truppalar arasında aparıcılığı
ələ ala bilib. Müsəlman təqvimində səfər ayının başlanması ilə əlaqədar olaraq teatr bir müddət
opera və operetta oynamayıb. Bütün tamaşaların rejissorluğunu Abbasmirzə Şərifzadə və
dirijorluğunu isə Üzeyir bəy Hacıbəyov etmişdilər.
Musiqi əsərləri bu ardıcıllıqla oynanılıb və onların hamısı ilin sonunadək təkrar-təkrar
göstərilib.
Dostları ilə paylaş: |