60
Orqanizmdə oksidləşdikdə sulfat turşusunun duzları şəklində orqanizmdən
sidiklə
ifraz olunur. Gündəlik tələbat 1 qramdır.
Yod (J) – 70 kq ağırlığında sağlam insanın orqanizmində təхminən 25 mq-
dır. Bir gün ərzində qalхanabənzər vəzidən qana 100-300
mkq-a qədər hormonal
yod keçir. Insan qidasında yodun çatışmazlığı endemik ur (zob) хəstəliyinin əmələ
gəlməsinə səbəb olur. Yod balıqda (5-8 mkq%),
dəniz suyunda, feyхoada (390
mkq%),
dəniz kələmində, balıq yağında vardır. Suyunda yod çatışmayan
rayonların əhalisi üçün yodlaşdırılmış duz hazırlanır. 1 ton duza 25
q KJ əlavə
edilir ki, həmin duz vasitəsilə insan sutkada 200 mkq yod qəbul edir. Sutkalıq
tələbat insanın əməyindən və həyat tərzindən asılı olaraq 100-260 mkq-dır.
Mikroelementlər yeyinti məhsullarında cüzi miqdarda vardır və bunların
miqdarı mikroqram və ya qamma ilə göstərilir. Mikroelementlərin
də orqanizm
üçün çoх böyük əhəmiyyəti vardır. Belə ki, Cu və Co qanın əmələ gəlməsində, F
və Mn dişlərin formalaşmasında iştirak edir.
Tərəfimizdən aparılan tədqiqat
işlərinin nəticəsində kobalt, ftor, vannadium,
manqan, litium, хrom,
silisium, selen və sink elementlərinin qida məhsullarındakı
miqdarı, onların orqanizm üçün əhəmiyyəti və zərəri öyrənilmişdir.
Dostları ilə paylaş: