Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər


Pedaqogikanın  psixologiya  ilə  əlaqəsi



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#2903
1   ...   18   19   20   21   22   23   24   25   ...   31
Pedaqogikanın  psixologiya  ilə  əlaqəsi.  Pedaqogika  ilə  psixologiyanın 

əlaqəsini  təmin  edən  insanın  psixikasıdır:  psixikanı  hər  iki  elm  tədqiq  edir. 

Psixikanın inkişaf qanunauyğunluqlarını və mərhələlərini əsasən psixologiya, təlim 

və tərbiyə zamanı psixikanı maksimum inkişaf etdirməyin yollarını isə pedaqogika 

öyrənir. Təlim və tərbiyə zamanı uşaqların psixikasında baş verən dəyişikliklər nə 

qədər  dərindən  öyrənilir  və  nəzərə  alınırsa,  çıxarılan  nəticələr  və  verilən 

məsləhətlər  bir  o  qədər  əsaslı  olur.  Psixikanın,  yəni  qavrayışın,  təxəyyülün, 

təfəkkürün,  iradənin,  diqqətin  və  digər  psixi  proseslərin  və  psixi  xüsusiyyətlərin 

necə formalaşdığına psixologiya cavab verirsə, pedaqogika onları nəzərə alaraq nə 

öyrətmək,  nə vaxt  və  necə öyrətmək  suallarına cavab  verir.  Pedaqogika  psixoloji 

biliklərə istinad etdiyi kimi, psixologiya da pedaqoji bilikləri nəzərə alır.  

Pedaqogika və psixologiya bir-birinin köklü müddəalarını – pedaqogika uşaq 

psixikasını,  psixologiya  isə  pedaqogikanın  təlim  və  tərbiyə  nəzəriyyəsini; 



pedaqogika psixikanın inkişaf nəzəriyyəsini, psixologiya isə psixikanın inkişafında 

təlim və tərbiyənin roluna dair nəzəriyyəni və s. nəzərə alır.  

Təhsillə  bağlı  nə  nəzəri,  nə  də  praktik  problemlərin  həlli  baxımından 

pedaqogika  və  psixologiyanın  əlaqəsini  nəzərə  almamaq  mümkün  deyildir. 

Ə.Paşayev və F.Rüstəmov yazırlar: “Biz bu qarşılıqlı asılılığı obrazlı şəkildə belə 

ifadə  edirik:  pedaqogika  psixologiyasız  “kasıbdır”,  psixologiya  isə  pedaqogikasız 

“acdır”. Psixologiya üçün predmet hesab olunan pedaqogika üçün şərtdir və ya ək-

sinə,  pedaqogika  üçün  predmet  hesab  olunan  psixologiya  üçün  şərtdir,  yəni 

psixikanı  inkişaf  etdirmək  üçün  təhsil  şərtdir,  təhsil  vermək  üçün  isə  psixikanın 

inkişaf qanunauyğunluqlarını bilmək şərtdir.”  

Akademik  M.Mehdizadə  yazırdı  ki,  bu  problem  də  çox  mürəkkəbdir, 

böyükdür,  mühüm  və  zəruri  olan  bir  çox  məsələni  əhatə  edir.  Onların  nəzərə 

alınması və onlara əməl olunması təlim-tərbiyə prosesinin səmərəliliyini yüksəldir. 

Son  vaxtlarda  pedaqoji  psixologiya  onları  daha  çox  işıqlandırmağa  başlamışdır, 

lakin  təəssüf  ki,  bu  sahədə  iş  ləng  gedir,  məlum  psixoloji  tövsiyələr  ləng  tətbiq 

edilir,  çünki  kifayət  qədər  aydın  şəkildə  şərh  edilmir.  L.T.Oxotina  yazır:  “Çox 

müəllimlər  və  metodistlər  deyirlər  ki,  psixoloji  əsərləri  çətin  oxumaq  olur.  Bu 

sözlərin  əsası  vardır.  Təlim-tərbiyənin  psixoloji  məsələlərinin  heç  də  hamısı 

axıradək həll edilməmişdir, bir çoxu hələ mübahisəlidir və müəllimlər nəyi yalnız 

nəzərə  almaq,  nəyi  isə  fəaliyyətdə  rəhbər  kimi  qəbul  etmək  lazım  gəldiyini  asan 

müəyyən edə bilmirlər.” 

Həmin  nöqsanları  aradan  qaldırmaq  üçün  bu  istiqamətdə  tədqiqatları 

genişləndirmək,  pedaqoji  kadrların  psixoloji  hazırlığını  yüksəltmək,  təhsil 

prosesində psixoloji tövsiyələrdən istifadə etmək işində təcrübə mübadiləsi həyata 

keçirmək lazımdır.  

Pedaqoji  və  psixoloji  fikir  tarixindən  görünür  ki,  tərbiyə  haqqında 

nəzəriyyələr,  adətən,  psixika  haqqında  nəzəriyyələrə  uyğun  gəlmişdir.  Bu, 

tamamilə təbii hadisədir və səhv qənaət üçün əsas olmamalıdır.  

Pedaqoji  tədqiqatlarda  psixoloji  eksperimentin  faydasını  nəzərə  alan  bəzi 

mütəxəssislər  yanlış  olan  belə  bir  nəticəyə  gəlmişlər  ki,  guya  bütün  pedaqoji 

qaydalar  psixoloji  tədqiqata  əsaslanmalıdır.  Xüsusi  vurğulayaq  ki,  pedaqogikanı 

psixologiyanın yedəyinə bağlamaq yolverilməzdir.  

Bir sıra psixoloqlar (B.M.Teplov, L.S.Vıqotski, S.A.Rubinşteyn, L.V.Zankov 

və  başqaları)  eksperimental  yolla  isbat  edə  bilmişlər  ki, xüsusi  təşkil  edilən  təlim 

və  tərbiyə  vasitələri  ilə  uşaqlarda  psixikanın,  qabiliyyətlərin  inkişaf  sürətini 

artırmaq mümkündür. 

Təfəkkürün 

xüsusiyyətlərinə  müəllimin  bələd  olması  da  təlimin 

müvəffəqiyyətini  təmin  edən  əsas  amillərdəndir.  Psixologiyada  isbat  olunmuşdur 

ki,  məntiqi  təfəkkürü  bir  sıra  amillər  səciyyələndirir:  ardıcıllıq,  tənqidilik, 

müstəqillik,  oxşar  və  fərqli  cəhətləri üzə çıxartmaq,  ümumiləşdirmələr  etmək,  öz 

nəticəsinin düzgünlüyünü isbat etmək və s. Təfəkkürün əlamətlərindən hali olan və 

onları  öz  işində  tətbiq  edən  müəllim  şagirdlərində  məntiqi  təfəkkürün  inkişafını 

təmin  edə  bilir.  Bu  cür  faktları  nəzərə  alan  pedaqogika  həm  psixikanın  öz  daxili 

qanunları  üzrə  inkişaf  etdiyini  söyləyən  nəzəriyyəni,  həm  də  psixikanın 

dəyişməsini  başdan-başa  mühitin  təsiri  ilə  izah  edən  nəzəriyyəni  birtərəfli  hesab 




edir;  psixikanın  inkişafına  şəxsin  daxili  mənəvi  imkanları  ilə  ətraf  mühit  amilləri 

də, onun fəaliyyəti də güclü təsir göstərir. Buna görə də pedaqogika uşaqların fərdi 

və  yaş  xüsusiyyətlərini,  qabiliyyətlərini  üzə  çıxarmağı  və  nəzərə  almağı,  onların 

fəaliyyət növlərini və üsullarını müəyyənləşdirməyi zəruri hesab edir.  




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin