Pedaqokanın etika ilə əlaqəsi. Pedaqogika etika ilə qarşılıqlı əlaqəlidir.
Fəlsəfi elm olan etika, əxlaq tərbiyəsinin əsasını təşkil edir. Pedaqoji prosesdə
əxlaqın meydana gəlməsi, təşəkkülü haqqında məlumatlar da əhəmiyyətli yer tutur.
Pedaqogikanın həmçinin ədəbiyyat, incəsənət, tarix, erqonomika, məntiq,
gigiyena və daha bir çox digər elmlərlə də qarşılıqlı əlaqəsi vardır. Pedaqogika
nəinki başqa elmlərin nailiyyətlərinə, həm də bütün digər elmlərə, onların
inkişafına təkan verir. Pedaqogikanın digər elmlərlə qarşılıqlı əlaqəsi sayəsində
tamam yeni elm sahələri də yaranır.
Pedaqogika elminin digər elmlərlə təmasda inkişafı o demək deyildir ki, guya
pedaqoji bilikləri başqa elm sahələrində axtarmaq lazımdır, hansı ki, vaxtı ilə
K.D.Uşinskinin “Antropologiya” əsərində belə meyil qabarıq şəkildə ifadə
edilmişdir.
Pedaqogikanın digər elmlərlə əlaqələrini aşağıdakı kimi xülasə etmək olar:
–
pedaqogika başqa elmlərin əsas ideyalarından, nəzəri müddəalarından və
ümumiləşdirilmiş nəticələrindən istifadə edir;
–
pedaqogika başqa elmlərin tədqiqat metodlarından istifadə edir;
–
fəlsəfə, psixologiya, ali sinir fəaliyyətinin fiziologiyası, sosiologiya və
başqa elmlərin apardığı tədqiqatların konkret nəticələri pedaqogikada tətbiq
olunur;
–
pedaqogika insanı öyrənən kompleks tədqiqatlarda iştirak edir .
Dostları ilə paylaş: |