Pedaqogikanın sosiologiya ilə əlaqəsi. İnsanlar məhz tərbiyə vasitəsilə
sosiallaşır, cəmiyyətin sosial təcrübəsinə qoşulur. İnsanlara formalaşma prosesində
məqsədyönlü tərbiyə ilə yanaşı sosial mühit, sosial münasibətlər də təsir edir.
Digər tərəfdən tərbiyəvi təsirlər bilavasitə sosial mühitdə reallaşır, həyata tətbiq
edilir. Deməli insandan, onun arzu və istəyindən asılı olmayaraq o, sosial mühitlə
qarşılıqlı əlaqəyə girir. Pedaqoji proses isə bu qarşılıqlı əlaqəyə nəzarət etməli,
sistemli tərbiyəvi təsirlərlə sosioloji təsir arasında məqsədyönlü, səmərəli və
düzgün münasibət yaratmalıdır.
Dostları ilə paylaş: |