AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
241
naziri Tələt paşa və xarici işlər naziri Əhməd Nəsimi bəy 
Almaniya ilə bir daha müzakirələr aparmaq üçün Berlinə gəldi. 
Berlində onlar Sovet səfiri A.İoffe ilə Bakı məsələsini müzakirə 
etdilər. Bu görüşdə Tələt paşa Bakı məsələsinin danışıqlar yolu 
ilə  həll olunmasını  təklif etdi. Tələt paşa Türkiyənin rus 
ərazisini işğal etmək niyyətində olmadığını bildirdi. Eyni 
zamanda türk ordusu tərəfindən Bakının zəbt olunmasının 
müntəzəm xarakter daşımadıgını, Nuru paşanın rəsmi bir şəxs 
olmadığını və ona dövlət tərəfindən bir səlahiyyət verilmədiyini 
bildirdi. Görüşlərin sonunda Tələt paşa Qafqaz işlərinə heç bir 
surətdə qarışmayacağına dair rəsmən yazılı bir təminat verməyə 
hazır olduğunu da bildirdi. 
Həmçinin, türk ordusunun tezliklə Bakıdan çəkiləcəyini 
bəyan etdi. Tələt paşanın bu cür davranmağı müharibənin 
sonunun yaxınlaşdığına və Osmanlı dövlətinin məğlub ola-
cağına qabaqcadan bir işarə idi. Almaniya tərəfindən Os-
manlının Qafqaz siyasəti dəstəklənmədiyi üçün, türk diplo-
matiyası Rusiyaya bəzi güzəştlərə getməyə hazır olduğunu 
göstərdi. Tələt paşanın bu mövqeyindən cəsarət alan İoffe 
1918-ci il 24 sentyabr görüşündə Bakının tamamən boşal-
dılmasını  və  dəymiş  zərərin ödənilməsini Türkiyə  tərəfindən 
tələb etdi. Sovet səfirinin bu cürətli davranışına qarşı Tələt paşa 
türklərin hər hansı bir sahəni Sovet Rusiyasına təslim 
etməyəcəyi fikirini çatdırdı. Berlində bir ay davam edən 
görüşlər heç bir nəticə vermədi. 
Xarici işlər naziri Əhməd Nəsimi bəy Sovet Rusiyasına 
verdiyi son notada türk ordusunun Bakını tutmasında haqlı 
olduğunu bildirdi. Nəhayət, Sovet hökumətindən tələb etdi ki, 
özünün elan etdiyi millətlərin öz müqəddaratını  təyinetmə 
hüquq prinsipinə səmimidirlərsə, bunu Qafqazdakı millətlərə də 
şamil etsinlər. Çatdırıldı ki, V.İ.Leninin millətlərə öz 
müqəddəratını  təyin elmə hüququ vermə planı Sovet 
Rusiyasının daxili vəziyyətini düzəldənə  qədər istifadə olunan 
VII mühazirə 
 
 
242
aldadıcı bir vasitədir.  
Birinci Dünya müharibəsi dövründə Almaniyanın Azər-
baycan siyasəti də diqqəti daha çox cəlb edir. Almaniyanın 
Cənubi Qafqaz siyasətinin maraqlı cəhətləri aşağıdakılar idi. 
Osmanlı dövləti birinci dünya müharibəsinə bilavasitə 
Almaniyanın təhriki ilə qoşulmasına baxmayaraq, Almaniya 
müharibənin sonuna qədər öz müttəfıqlik missiyasını  şərəflə 
yerinə yetirmədi. Beləliklə, türk ordusunun Bakı hərəkatı nəinki 
alqışlandı, əksinə, bu hərəkatın qarşısını almaq üçün Almaniya 
Sovet Rusiyası ilə bir cəbhədən çıxış etdi. 
Almaniyanın Qafqaz siyasətinin ağırlıq mərkəzini Bakı 
neftinin ələ keçirilməsi planı təşkil edirdi. Türk ordu qrupunun 
Qafqaz yürüşü üçün Gümrü-Tiflis-Gəncə dəmir yolu əhəmiyyət 
kəsb edirdi. Almaniyanın Gürcüstandakı siyasi təmsilçisi olan 
general fon Kress türk ordusunun bu nəqliyyat dəhlizindən 
istifadəsinə ciddi mane olurdu. General fon Kressin Gürcüstan 
hökumətinə tapşırığına uyğun olaraq Gürcüstanın nəqliyyat 
xətti Osmanlı dövlətinin üzünə bağlandı. Almaniya bu yolla 
həm gürcüləri, həm də erməniləri türklərə qarşı  cəbhə 
yaratmağa vadar edirdi. Çünki Almaniya Gürcüstanda olan 
qüvvələri ilə Bakını  işğal edə bilməyəcəyini yaxşı başa 
düşürdü. Bakını tuta bilməyəcəyi təqdirdə, heç olmasa türklərlə 
birlikdə Bakıya girmək niyyətində idi. 
Tiflisdə general fon Kress Şərq orduları qrup komandanı 
Xəlil paşaya göndərdiyi teleqramda bildirirdi ki, Bakı şəhərində 
asayişin qurulmasında, sizin sərəncamınıza bir alman taburu 
göndərməyə hazırıq. Bu yolla Almaniya bir alman taburu 
hesabına əldə olunan zəfərdən pay almaq istəyirdi. 
Türkiyə  tərəfi fon Kressin teleqramına cavabı uzatdı  və 
təkbaşına Bakını tutmaq üçün vaxt qazandı. Almanlar türk 
ordusunun Azərbaycan hərəkatını qabaqlamaq üçün başqa 
vasitələrdən də istifadə etmək istəyirdi. Bunun üçün Osmanlı 
Baş  Qərərgahında mühüm vəzifələrdə çalışan alman zabitləri 

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
243
xüsusi bir plan hazırlamışdı. Bu plana görə türkləri 
qabaqlamaqla Batum-Tiflis-Bakı  dəmir yolu ilə alman hərbi 
birləşməsini hərəkət etdirmək, Xəzər dənizində donanmanın 
hesabına nəzarəti  ələ almaq və  nəhayət,  İrandan sıxışdırılmış 
ingilislərin yerinə  Ənzəlidə  hərbi qərargah yaratmaq idi. Bu 
üçbucaqda nüfuzunu artırmaqla almanlar Bakıda
 
hakimiyyəti 
ələ keçirmək istəyirdi. Bu məsələdə almanlar gürcü və 
ermənilərə ümid bəsləyirdi. 
Təsadüfi deyil ki, Azərbaycan Cümhüriyyətinə Almaniya 
çox qısqanclıqla yanaşırdı. Azərbaycan hökumətini tanımayan 
Almaniya heç azərbaycanlıları da türk qəbul etmirdi. Almaniya 
hökuməti deyirdi ki, azərbaycanlılar tatardılar. Bu yolla 
almanlar Azərbaycan ilə Türkiyə arasında olan etnik yaxınlığı 
inkar etmək istəyirdi. 
Ümumiyyətlə, Avropa dövlətlərinin Birinci Dünya müha-
ribəsi illərində Azərbaycana dair siyasətini ümumiləşdirərkən 
belə nəticəyə gəlmək olur ki, onların Azərbaycana göstərdikləri 
«qayğı» Osmanlı dövləti istisna olmaqla Azərbaycan xalqının 
mənayefinə deyil, həmin dövlətlərin geosiyasi maraqlarına 
xidmət edirdi. 
 
8. Birinci Dünya müharibəsi illərində  
Naxçıvanda yaranmış siyasi vəziyyət 
 
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan 
Naxçıvan torpağı, Birinci Dünya müharibəsi illərində 
ermənilərin çirkin planlarına görə çətin vəziyyətə düşmüşdü. 
1917-ci il bolşevik çevrilişindən sonra imzalanan 
Erzincan mütarəkəsi ilə (18 dekabr 1917) ruslar Şərqi 
Anadoludan çəkilməyə başladı. Ancaq rus ordusu çəkilərkən 
işğal etdikləri  əraziləri ermənilərə  təslim etməyə çalışırdı. 
Qafqaz cəbhəsini başıpozuq tərk edən rus hərbçiləri silahlarını, 
regionun xristian əhalisinə, xüsusən ermənilərə təhvil verirdi. 
VII mühazirə 
 
 
244
Ermənilər mütəşəkkil ordu yarada bildilər. Bu işdə onlara 
bolşevik hökuməti yaxından kömək edirdi. 
Bolşevik-sovet ordu komandanılığının 26 dekabr 1917-ci 
il 136 saylı  əmrinə  əsasən erməni ordu korpusu təşkil edildi. 
Korpusun tərkibinə 1-ci və 2-ci piyada diviziyası  və erməni 
könüllü dəstələri daxil idi. Komandiri antitürk məsləkli erməni 
generalı Andranik idi. 1918-ci ilin əvvəllərində erməni ordusu 
17 minə çatdırılmışdı. Ona görə  də ermənilər, mərkəzi  İrəvan 
(Rəvan) olmaqla, Ərzurum, Qars, Van, Bitliş, Muş, Naxçıvan 
və Zəngəzur daxil olmaqla bölgədə bir erməni dövləti yaratmaq 
üçün öz birliklərini təşkil etməyə başladı.  
Qafqaz müsəlmanları, eləcə  də Naxçıvanın  əhalisi, 
erməni komitələrinin bölgədə müsəlmanlara qarşı  həyata 
keçirdiyi vəhşiliyin qarşısını almaq üçün türk ordusunun 
vəziyyətə münasibət bildirməsini tələb edirdi. Bu arada, davam 
edən Brest-Litovski danışıqlarında bir nəticə alınmırdı. Digər 
tərəfdən, rus ordusunda baş alıb gedən nizamsızlıq regionda 
mürəkkəb vəziyyət yaratdı. 
Qafqaz regionunun müsəlman-türk əhalisi üçün yaranmış 
təhlükəli vəziyyətini nəzərə alan türk ordu komandanlığı  bəzi 
tədbirlər gördü. Tərik Vəhip paşanın komandanlığı altında 3-cü 
türk ordusu yenidən təşkil edildi. Polkovnik Kazım Qarabəkir 
paşanın komandanlığı altında Türk Qafqaz Ordusu hərbi 
əməliyyatlara başladı. Aparılan hərbi  əməliyat nəticəsində 
Ərzincan, Trabzon, Ərzurum, Batum işğaldan azad edildi. 
Kazım Qarabəkir paşa 1918-ci il aprelin 25-nə kimi erməni 
qüvvələrindən Qarsı boşaltmalarını tələb etdi. Qars aprelin 25-
də türk qüvvələrinə təslim oldu.  
Azərbaycan-türk 
ərazilərində erməni hərbi 
birləşmələrinin dinc əhaliyə qarşı  həyata keçirdiyi soyqırımı 
dayandırmaq üçün Türk 3-cü ordu komandanlığı, 1918-ci il 
may ayının 15-də Arpa çayının şərqində yerləşən Gümrünü ələ 
keçirmək  əmrini aldı. Bu zaman Naxçıvanın cənubunda 

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
245
yerləşən ermənilər, ingilis və amerkanlardan yardım alaraq türk 
qüvvələrinə müqavimət göstərməyə çalışırdı. 
I Qafqaz Türk Ordu qrupu Kazım Qarabəkir paşanın 
rəhbərliyi altında Culfanın  şimalından hərəkətə keçərək, er-
məniləri bu bölgədən çıxardı. Bununla da Araz çayının cənubu 
ermənilərdən təmizlənmiş oldu. 
1918-ci il iyulun 14-də Andranik Naxçıvana gəlib, 
Azərbaycan kəndlərinə qarşı kütləvi qırğınlar törətməyə baş-
ladı. Türk Ordu komandanlığı  tərəfindən Naxçıvanın er-
mənilərdən azad olunması tapşırığı II Qafqaz Türk Ordu 
qrupuna həvalə olundu. 
Naxçıvan 3000 piyada, 500-600-ə  qədər erməni atlı 
silahlı dəstəsinin işğalı altında idi. 
1918-ci il iyul ayının 19-da II Qafqaz Türk Ordu qrupu 
və 35-ci piyada alayı Naxçıvana doğru hərəkətə keçdi. Türk 
hərbi birləşmələri 1918-ci il iyulun 20-də Naxçıvana girdi. 
Andranikin dəstəsi darmadağın edildi. 
Beləliklə, Naxçıvan erməni işğalı  və zülmündən azad 
oldu. Bundan sonra, Kazım Qarabəkir paşa, 1918-ci ilin 
avqustunda qərargahını Naxçıvana göçürdü. 
Brest-Ltovski sülhünün şərtinə uyğun olaraq, 1918-ci il 
iyulun 14-də Qars, Ərdahan və Batum əhalisi plebistit 
(səsvermə) keçirdi. Əhali Osmanlı dövlətinə birləşmək qərarını 
verdi. 1918-ci il avqust ayının 15-də Sultan Vahidəddin Qars, 
Ərdahan və Batumun Osmanlıya birləşməsi haqqında fərman 
imzaladı. 
Osmanlı hökuməti, 1918-ci il sentyabr ayının 14-də 
Batumi və Qars vilayətlərinin təşkili haqqında qərar verdi.  
Naxçıvan Qars nahiyyəsinə daxil oldu.  
I Dünya müharibəsinin Osmanlı dövlətinin məğlubiyyəti 
ilə nəticələnəcəyini hiss edən İttifaq və Tərəqqi Partiyası istefa 
vermək məcburiyyətində qaldı.  Əhməd  İzzət Paşa kabineti, 
Türk Ordusunun Qafqaz ərazilərini 1918-ci il dekabr ayının 3-ə 
VII mühazirə 
 
 
246
kimi tərk etməsi qərarını imzaladı. Bu birbaşa (30 oktyabr 
1918) Mudros barışığı ilə bağlı idi. 
Türk ordusu Naxçıvanı da tərk etməli idi. 
1918-ci il oktyabr ayının 21-də Baş nazir Əhməd  İzzət 
paşa Gümrü, İğdır və Naxçıvan qəzalarında olan hərbçilərin hə-
min  ərazilərdən çəkilməsini istədi. Bu addım regionun mü-
səlman-türk  əhalisini dəhşətli təhlükə, erməni işğalı ilə üz-üzə 
qoydu. 
Belə olan halda Naxçıvan  əhalisi 9-cu Ordu komandanı 
Yaqub Sevgi paşaya müraciət etdi. 
Müraciətdə aşağıdakı istəklər irəli sürüldü. 
1.
 
Osmanlı ordusu geri çəkilməsin; 
2.
 
Əgər  əsgərlərin geri çəkilməsi zəruri isə, onda 
əhalinin mühafizəsi üçün hər qəzada bir qisim əsgər qalsın; 
3.
 
Qəzalara gələcək xristianlar tərəfindən 
müsəlmanların məhv edilməsinin qarşısı alınsın. 
Müsəlman-türk  əhalisinin narazılığını haqlı hesab edən 
Yaqub Sevgi Paşa, durumu İstanbula bildirməyi lən-gitmədi. 
Lakin İstanbuldan müsbət cavab alınmadı. 
Erməni silahlı birləşmələri, yaranmış vəziyyətdən istfadə 
edərək 27 dekabr 1918-ci il tarixdə Yaponun nəzarətində olan 
dəstə ilə Naxçıvanın qərbindəki Auş  kəndinə hücum edərək 
2000 nəfər dinc əhalini öldürdü. 
Qarsın güneyindən Ordubada qədər olan bölgə 
ermənilərin təhdidi altında idi. 
Müsəlman-türk  əhalisi özünü erməni təcavüzündən 
qorumaq üçün Naxçıvan başda olmaqla, Şərur, Eçmiəzdin, Sür-
məli və İrəvanın cənubunda yaşayan müsəlman-türklər Qəmərli 
kəndinə toplaşdılar. Qızğın müzakirələrdən sonra, mərkəzi 
İğdır olmaqla sədr və 6 üzvdən ibarət olan bir hökumət 
qurdular. Hökumətin sədri Əmir bəy Əkbərzadə, Hərbi nazir – 
Qarslı Cahangirzadə İbrahim, Maliyyə naziri- Qəmbər Əli bəy 
Bənanyarlı, Mülkiyyət naziri –Bakir bəy Rizazadə, Xarici işlər 

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
247
naziri –Həsən ağa Səfazadə,  Ədliyyə naziri-Məhəmməd 
Bəyzadə idi. 
Araz Türk hökuməti  əhalinin təhlükəsizliyini təmin et-
mək məqsədi ilə ciddi tədbirlər gördü. 9-cu Ordu komandanı 
Yaqub Sevgi paşanın yardımı ilə 20 tabur təşkil edildi. Könüllü 
olaraq bu bölgədə qalan türk əsgər və zabitləri də bu taburlara 
daxil oldular. 
Ermənilərin törətdikləri qətliam, işgəncə  və zülmlərin 
qarşısını  mərdliklə alan Araz Türk hökuməti, erməni silahlı 
dəstələrini Naxçıvandan çıxarmağa müvəffəq oldu. 
1918-ci il noyabr ayının 30-da Qars şəhərində böyük bir 
konqres toplandı.  
Ordubad, Naxçıvan, Sərdərabad, İğdır, Qəmərli, Ahiska, 
Ahılkelek bölgələrindən millət vəkili sifəti ilə 70 nəfər nü-
mayəndə konqresə qatılmışdı. Konqresin qəbul etdiyi qərara 
görə, mərkəzi Qars şəhəri olmaqla Batumdan Ordubada, Ağrı 
dağından Qara dəniz sahillərinə kimi uzanan müsəlman türk 
ərazilərində Milli Şura hökuməti yarandı. Ahıska hökuməti və 
Araz Türk hökuməti Milli Şura hökumətinə birləşdi. 
12 nazirdən ibarət olan hökumətin başçısı  İbrahim bəy 
Cihangiroğlu idi. 
1918-ci il noyabr ayının 11-də Almaniyanın təslim 
olması ilə I Dünya müharibəsində hərbi əməliyyatlar dövrü ba-
şa çatdı. Bundan sonrakı  mərhələdə Naxçıvan daha mürəkkəb 
vəziyyət ilə üz-üzə qaldı. Erməni komitələri, ingilis, amerikan 
və bolşevik yardımı sayəsində Naxçıvan torpaqlarını  ələ 
keçirmək istədi. Lakin qəhrəman Naxçıvan  əhalisi, mərdliklə 
vuruşaraq öz torpaqlarını erməni işğalından qurtara bildi. 
Birinci Dünya müharibəsi nəticəsində Osmanlı dövlətinin 
ərazisinin Avropa dövlətləri tərəfindən bölüşdürülməsi, dünya 
neftinin 66%-nə malik olan Yaxın  Şərqin Avropa dövlətləri 
tərəfindən zəbt olunmasıdır. 
Bu müharibə Rusiya və Avropa üçün də itkisiz ötüşmədi. 
VII mühazirə 
 
 
248
Rusiyada bolşeviklərin hakimiyyətə  gəlməsi ilə Rusiya 
və Almaniya arasında bağlanan Brest-Litovski sülhünün şərt-
lərinə uyğun olaraq Rusiyanın  əlindən 3 mln km

–ərazi, 62 
milyonluq  əhali çıxdı. Rusiyanın sərhədləri paytaxt şəhəri 
Sankt-Peterburqa yaxınlaşdığı üçün paytaxt Moskva şəhərinə 
köçürüldü. 
Birinci Dünya müharibəsinin  ən önəmli sonuclarından 
biri Avropanın XVIII əsrdən bəri uzun sürən uzunmüddətli 
dəniz və ticarət üstünlüyü təhlükəyə düşdü. Dünya 
iqtisadiyyatında «Avropa üstünlüyü dönəmi» sona çatdı. 
Avropa ABŞ-dan asılı vəziyyətə düşdü. 
Birinci Dünya müharibəsi Avropaya 350 milyard dollar 
həcmində  zərər vurdu. Avropada 10 milyon insan öldü, 20 
milyon yaralanaraq şikəst oldu. Təkcə Fransada 20-32 yaş 
həddində əhalinin yarısı müharibənin qurbanı oldu.  
Bütövlükdə Birinci Dünya müharibəsinin sonunda 
formalaşan Versal sistemi dünyaya sülh gətirə bilmədi. 
 
Ədəbiyyat 
1.
 
Baharlı (Vəlili) M.H. Azərbaycan. Bakı: Azərnəşr, 1993, 203s. 
2.
 
История  Азербайджана  по  документам  и  публикациям.  Под 
ред. акад. З.М.Буниятов. Баку: Элм, 1990, 382с. 
3.
 
Əliyev H.Z. Türkiyə Birinci Dünya müharibəsi dövründə. Bakı: 
Azərb SSR EA, 1965, 168s. 
4.
 
Həsənov C. Azərbaycan Beynəlxalq münasibətlər sistemində. 
1918-1920. Bakı: Azərnəşr, 1993, 362s. 
5.
 
Kurat A.H. Türkiyə  və Rusiya. Ankara Üniversitesi. Basım evi, 
1970, 755s. 
6.
 
Qasımov M. Birinci Dünya müharibəsi illərində böyük dövlətlə-
rin Azərbaycan siyasəti (1914-1918-ci illər). Bakı: Adiloğlu, 
2001, 406s.  
7.
 
Musayev  İ.  Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət (1907-
1920-ci illər). Bakı: 1992 
8.
 
Musayev  İ. Azərbaycanın Naxçıvan və  Zəngəzur bölgələrində 
siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). 

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
249
Bakı: 1998, 385 s. 
9.
 
Ə.Şıxlinski. Xatirələrim. Bakı: Azərnəşr, 1994. 
 

VIII mühazirə 
 
 
248
Dos. A.Z.İbrahimova 
 
VIII. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ 
(1918 – 1920) 
 
1.
 
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması  ərəfəsində 
ölkədə ictimai-siyasi vəziyyət 
2.
 
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması  və onun ilkin 
addımları 
3.
 
AXC-nin daxili siyasəti 
4.
 
AXC-nin xarici siyasəti 
5.
 
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu 
 
 
1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində 
ölkədə ictimai-siyasi vəziyyət 
  
Ölkəmizdə bütün siyasi proseslərin gedişini 
müəyyənləşdirmiş Petroqraddakı 1917-ci il oktyabr çevrilişi 
nəticəsində bolşeviklərin hakimiyyətə  gəlməsi Bakıda da 
içtimai-siyasi qüvvələr arasında gedən mübarizəni daha da 
kəsginləşdirdi. 
Bakıda hakimiyyət məsələsi müxtəlif ictimai-siyasi 
qüvvələri çox kəskin  şəkildə qarşı-qarşıya qoymuşdu.  Əgər 
eser, menşevik və daşnaklar koalision demokratik bir hökumət, 
yəni Zaqafqaziyanın müxtəlif şəhərlərində olduğu kimi İctimai 
Təhlükəsizlik Komitəsi yaratmaq istəyirdilərsə, bolşeviklər 
hakimiyyətin Bakı Sovetinə verilməsi tələbi ilə çıxış edirdilər. 
Bu məsələ oktyabr ayında keçirilən Bakı Sovetinin iclaslarında 
gərgin mübahisə və diskussiyalara səbəb oldu. Eser, menşevik 
və daşnaklar nə  qədər çalışdılarsa, öz istədiklərinə nail ola 
bilmədilər. Bakı Sovetinin 26, 27 oktyabr tarixli geniş 
iclaslarında içtimai təhlükəsizlik komitəsinin yaradılması 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
249
haqqında qətnamə  qəbul edilsə  də bolşeviklər onun əleyhinə 
çıxdılar və proletariat tərəfindən müdafiə edilmədiyini 
bildirərək növbəti iclasların keçirilməsinə nail oldular. 
Bakı Sovetinin məhz 31 oktyabr və 2 noyabr tarixli 
iclasları bolşeviklərin qələbəsinin ilkin mərhələsini təmin etdi. 
Sovetin yeni seçilən  İcraiyyə Komitəsi Bakıda ali hakimiyyət 
orqanı elan edildi. Bakı Soveti İcraiyyə Komitəsinin tərkibinə 
43 nəfər üzv və üzvlüyə namizəd seçilmişdi:  Şaumyan, 
Caparidze, Fioletov, Basin, Pinder, Munzafarov, Ovsyannikov, 
Petruxin, Avakyants, Zarqaryants və b. 
Fevral inqilabından sonra olduğu kimi, oktyabr 
çevrilişindən sonra da Sovetin rəhbər orqanlarının 
yeniləşdirilməsi ilə mühüm vəzifələrə erməni və rus millətindən 
olan bolşeviklər təyin olundular.  
Eser-menşeviklər Bakı Soveti tərəfindən hakimiyyətin 
ələ alınmasını qeyri-qanuni saydıqlarından etiraz əlaməti olaraq 
2 noyabr tarixli iclası  tərk etmişdilər. Nəticədə 488 
nümayəndədən 144 nəfəri zalı  tərk etmişdi. Yerdə qalan 344 
nəfərin əksəriyyəti həqiqi deputatlar deyil, Sovetə cəlb edilmiş 
mədən-zavod komissiyalarının, polk, rota komitələri 
nümayəndələri idi. Menşeviklər bildirirdilər ki, demokratik 
yolla seçilməyən mədən-zavod komissiyaları proletariatın 
təmsilçisi ola bilməzdi. 
Bolşeviklər eser, menşevik, daşnak deputat çoxluğu 
şəraitində müvəffəqiyyət qazana bilməyəcəklərini başa düşərək 
mədən-zavod komissiyaları nümayəndələrini Sovetə  cəlb 
edərək onlara səs vermək hüququ vermiş, bu da onlara qələbə 
qazandırmışdı. 
Fevral inqilabından sonra Müvəqqəti hökumətin yerli 
orqanı kimi yaranan və  hələ  də formal olsa da fəaliyyət gös-
tərən  İctimai Təşkilatların  İcraiyyə Komitəsinin (İTİK) 
buraxılması haqqında Bakı Sovetində noyabrın 13-də  qərar 
qəbul edilir. Noyabrın 12-də Bakı Sovetinin iclasında  İçtimai 

VIII mühazirə 
 
 
250
təhlükəsizlik komitəsinin buraxılması haqqında qərar qəbul 
edilmişdi.  
Sovetin idarə heyətini ələ keçirən bolşeviklər ilk növbədə 
öz hegemonluqlarını  təmin etmək üçün seçkilər keçirməyi 
qərara aldılar. 
Bakı Sovetinə seçkilərə hazırlıq getdiyi bir şəraitdə, 
noyabrın 11-də Tiflisdə  Cənubi Qafqaz diyarının bütün siyasi 
partiyalarının, milli və içtimai təşkilatların nümayəndələrinin 
iştirakı ilə keçirilən müşavirədə Cənubi Qafqazı müstəqil idarə 
edən hakimiyyət orqanının yaradılması haqqında qətnamə 
qəbul edildi. Noyabrın 15-də diyarın 3 əsas millətinin və siyasi 
qüvvələrin nümayəndələrinin daxil olduğu Cənubi Qafqaz 
Komissarlığı yaradıldı. Onun tərkibinə azərbaycanlılardan 
X.Xasməmmədov, F.X.Xoyski, M.Y.Cəfərov, X.Məlikaslanov 
daxil idi. Komissarlığa gürcü menşeviki E.P.Qeqeçkori 
rəhbərlik edirdi. Bu orqanın qəbul etdiyi Bəyannamədə «Yeni 
hökumətin Müəssisələr Məclisi çağrılanadək müvəqqəti olaraq 
Cənubi Qafqazda hərc-mərcliyə son qoymaq və bolşevik 
Rusiyasına qarşı mübarizə  məqsədi ilə  təşkil olunduğu» 
bildirilmişdi.  
Bununla da Azərbaycanda ikihakimiyyətlilik yarandı. 
Bakı şəhəri və onun ətraf kəndləri Bakı Sovetinin hakimiyyəti 
altında idisə, Azərbaycanın qalan hissəsi Zaqafqaziya 
Komissarlığına tabe idi. 
Azərbaycanda yaranmış mürəkkəb bir şəraitdə Bakı 
Soveti tədricən siyasi orqana çevrilən Bakı  şəhər duması, 
müsəlman, erməni Milli Şuraları ilə yanaşı  fəaliyyət 
göstərməyə  məcbur idi. Bolşeviklər Dumanı  ləğv edə 
bilmirdilər. Çünki şəhər təsərrüfatı, xüsusi ilə  ərzaq, maliyyə 
sahələri, milis Dumanın sərəncamında idi. Bakı Sovetinin isə 
hələ təsərrüfat kadrları yox idi 
Yerli  əhali arasında böyük nüfuza malik olan müsəlman 
Milli  Şuraları isə özlərini Komissarlığın yerli səlahiyyətli 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
251
orqanları hesab edirdilər. Bolşeviklər Bakı Sovetində öz möv-
qeyini möhkəmləndirməmiş  həmin orqanları  ləğv etməyə cürət 
etmirdilər. Ona görə  də  əsas diqqət ilk növbədə Bakı Sovetinə 
seçkilərin keçirilməsinin təşkilinə yönəldilmişdi. 
1917-ci il dekabrın 12-16 da Bakı Sovetinə keçirilən seç-
kilər nəticəsində 51 bolşevik, 41 daşnak, 38 sol eser, 28 sağ 
eser, 11 menşevik, 21 müsavatçı, yəni bütövlükdə 190 deputat 
seçilmişdi.  
Dekabr seçkiləri kimi Bakı Sovetinin 31 dekabr tarixli 
iclası da bolşeviklərin Sovetdə öz mövqeyini 
möhkəmləndirmək işində mühüm rol oynadı. Həmin iclasda 
İcraiyyə komitəsinin yalnız Sovet hakimiyyətini müdafiə edən 
partiyaların nümayəndələrindən ibarət təşkil edilməsi haqqında 
qərar qəbul edildi. Sovetin tərkibinə daxil olan partiya 
fraksiyaları hakimiyyət məsələsinə öz münasibətlərini 
bildirərkən sol, sağ eserlərdən, daşnaklardan fərqli olaraq 
menşeviklər qətiyyətlə hakimiyyətin Sovetlərə verilməsinin 
əleyhinə  çıxdılar. Menşeviklər Sovet ilə Dumanı birləşdirmək 
və koalision hökumət yaratmaq təklifini irəli sürdülər. Müsavat 
fraksiyası seçkilərin demokratik keçirilməməsinə etirazlarını 
bildirsələr də, hakimiyyətin Sovetlərə verilməsi ilə razılaşmalı 
oldular. 
1918-ci ilin əvvəllərində Bakı Sovetinin rəhbərliyi siyasi 
hakimiyyətini möhkəmlətmək məqsədi ilə müəyyən tədbirlər 
gördü. Köhnə inzibati məhkəmə orqanları ləğv edilərək yeniləri 
yaradıldı. Həmin ilin yanvarında Sovet hərbi inqilabi komitəsi 
nəzdində inqilabi tribunal təsis edildi. Şəhər Dumasının 
fəaliyyəti məhdudlaşdırılaraq maliyyə,  əhalinin  ərzaqla 
təchizatı, nəqliyyat, poçt, teleqraf üzərində  nəzarət Sovetin 
ixtiyarına verildi. 1918-ci il 15 yanvar tarixli dekretə  əsasən 
Bakı Soveti silahlı qüvvələrini yaratmağa başladı. Qızıl 
qvardiya dəstələri cəbhələrdən qayıdan erməni  əsgərlərinin 
hesabına genişdəndirilirdi. Sovet qoşun hissələri erməni daşnak 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin