AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

VIII mühazirə 
 
 
276
memorandumlarda Qafqazda konfederasiya ideyasına müsbət 
yanaşdıqlarını qeyd etmişdilər. Lakin ermənilər  ərazi sərhəd 
məsələsinə daha çox əhəmiyyət verir və konfederasiya ideyası 
əleyhinə təbliğat aparır, Qafqazdakı vəziyyət barədə Avropa və 
ABŞ ictimaiyyətində yanlış  təsəvvür yaradırdılar. Azərbaycan 
və Gürcüstan nümayəndələrinin etirazına baxmayaraq 
ermənilər Türkiyənin 7 şərq vilayətini, keçmiş  İrəvan 
quberniyası, Tiflis və Yelizavetpol quberniyalarının cənubunu 
və Qars torpaqlarını  tələb edirdilər. Azərbaycan nümayəndə 
heyəti ermənilərin təbliğatına qarşı Avropa və Amerikanın 
özündə  əks-təbliğat işini təşkil etməyə  məcbur oldu. 
Azərbaycan nümayəndələri ingilis, fransız dillərində bir neçə 
kitabça hazırlayıb çap etdirmiş, Avropada və Amerikada 
yayılmasını  təşkil etmişdilər. Bu kitabçalarda Azərbaycanın 
tarixi,  əhalisinin antropologiyası  və etnik tərkibi, təsərrüfatı, 
Azərbaycan Respublikasındakı 
vəziyyət, ermənilərin 
təcavüzkar hərəkətləri haqqında məlumatlar verilirdi. 
Azərbaycan nümayəndə heyətinin  ən  əhəmiyyətli təbliğat 
işlərindən biri «Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh 
nümayəndəliyinin tələbləri» adlı kitabın hazırlanması idi. 
Kitabda Azərbaycanın tarixi haqqında dəyərli məlumatlar 
verilirdi. Bu sənəd üç mühüm tələb ilə bitirdi: 1) Sülh konfransı 
Azərbaycanın müstəqilliyini tanısın. 2) Nümayəndə heyəti sülh 
konfransının işinə  cəlb olunsun. 3) Azərbaycan Respublikası 
Millətlər Liqasının üzvlüyünə qəbul edilsin. 
Azərbaycan nümayəndə heyətinin diplomatik 
fəaliyyətinin mühüm uğuru 1920–ci il yanvarın 11–də Paris 
konfransının Ali Şurası tərəfindən Azərbaycanın istiqlalının de-
fakto tanınması  və Azərbaycanın beynəlxalq münasibətlərin 
subyektinə çevrilməsi idi. Bakıda 20–dən artıq xarici dövlətin 
diplomatik nümayəndəliyi yaradılmışdı. 
 
5. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
277
 
1919-cu ilin sonu və 1920-ci ilin əvvəllərində Azərbaycanda 
vəziyyət çox gərgin idi. Bir tərəfdən sovet müdaxiləsi təhlükəsi, 
ictimai qüvvələrin, siyasi partiyaların qütbləşməsi, Azərbaycanın 
inkişaf yollarına dair baxışların, mövqelərin barışmazlığı, iqtisadi 
və maliyyə böhranının üst-üstə düşməsi Azərbaycan Xalq 
Cümhuriyyətinin vəziyyətini xeyli gərginləşdirdi. 
Parlamentdə  və hökumətdə  də parçalanma baş verdi. 
Mövcud quruluşu devirmək yolunu seçən qruplar meydana 
gəlmişdi. 
1920-ci ilin yanvarında Antanta ölkələri tərəfindən 
Azərbaycanın istiqlaliyyətinin tanınması baş verəcək təhlükəni 
sovuşdurmadı. Sovet Rusiyasının Azərbaycanın daxili işlərinə 
müdaxiləsi genişləndi. Sovet Rusiyası millətlərin təyini – 
müqəddərat hüququna dair verdiyi çoxsaylı  bəyannamələrə 
məhəl qoymayaraq Azərbaycanın müstəqilliyini tanımır və 
onun Rusiyadan ayrılması kimi siyasi bir aktla razılaşmaq 
istəmirdi. 
Bu zaman «Müstəqil Sovet Azərbaycanı»  şüarı  və müs-
təqil Kommunist partiyasının yaradılması  məsələsi irəli 
sürüldü. Bütün kommunist təşkilatlarını: RK(b)P Bakı 
təşkilatını, «Hümmət», «Ədalət» təşkilatlarını KP halında 
birləşdirmək lazım idi. 1919-cu ilin mayında keçirilən 
Ümumbakı partiya konfransında beynəlmiləl prinsip üzrə 
Azərbaycan KP nın yaradılmasına rəy verildi. 
1920–ci il fevralın 11-də Bakıda fəhlə klubu binasında 
gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının 1 qurultayı 
oldu. Qurultayda bütün kommunist partiyalarının Az. KP-ı adı 
altında birləşdirildiyi bəyan edildi və 43 nəfərdən ibarət MK 
seçildi.  
RK(b)P-nın bölməsi kimi yaranan Azərb. KP-nın I qu-
rultayı partiya təşkilatlarını mövcud hökuməti, yəni AXC-ni 
yıxmağa və Sovet hökumətini qurmağa istiqamətləndirdi. 

VIII mühazirə 
 
 
278
1920-ci ilin yanvar – fevral aylarından Rusiya Azərbay-
canı  işğal etmək planını hazırlayırdı. Azərbaycanı  işğal etmək 
işini asanlaşdırmaq üçün ermənilərin Qarabağa hücumu təşkil 
edildi. Qızıl Ordu ilə razılığa gələn ermənilər Novruz bayramı 
günlərində qəflətən Xankəndi qarnizonuna hücum etdilər. Hərbi 
Nazirliyin gördüyü təcili tədbirlər nəticəsində erməni hərbi 
hissələri Xankəndindən kənarlaşdırıldılar. Lakin ermənilər 
rusların köməyi ilə  Əsgəran qalasını  ələ keçirdilər.  Əsgəran 
qalasını geri almaq və Qarabağda erməni qiyamını yatırtmaq 
üçün Azərbaycan hökuməti general Həbib Səlimovun başçılıq 
etdiyi ordunun böyük bir hissəsini Qarabağa göndərməyə 
məcbur oldu. Əsgəran qalası tezliklə azad edildi və Qarabağ 
qiyamı yatırıldı. 
Rusiya Qarabağ hadisələrini təşkil etməklə Azərbaycan 
hökumətinin diqqətini ora yönəltmək istəyirdi. Belə  də oldu. 
Qarabağda baş verən hadisələr Azərbaycan parlamentində 
müzakirə edildi. Parlamentin bəzi üzvləri Qızıl Ordunun 
köməyinin zəruri olduğunu qeyd etdilər. Rusiya Azərbaycan 
hökuməti daxilində özünə arxa yaratmaq istəyirdi. Buna da 
müəyyən dərəcədə nail olmuşdu. Azərbaycan hökuməti  şimal 
sərhədlərdə olan qoşunları Qarabağa yönəltməklə Azərbaycana 
giriş yolunu açmış oldu. 
1920–ci il aprelin 25–dən 26–na keçən gecə rus qoşunları 
Azərbaycana  şimaldan hücum etdilər. Xaçmazı, Yalamanı 
tutdular və Bakının girəcəyində dayanaraq Azərbaycan 
hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum 
göndərdilər. Ultimatumu müzakirə etmək üçün aprelin 27–də 
parlamentin iclası keçirildi. İclasda xeyli davam edən 
müzakirələrdən sonra qan tökülməməsi üçün müəyyən  şərtlər 
daxilində təslim olmağa qərar verildi. 
 Bununla da, Azərbaycanın 23 aylıq istiqlalına son 
qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşadı. 
Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
279
mərhələ olmuş  və xalqımızın gələcəyinin, müstəqilliyinin, 
azadlığının, suverenliyinin təməlini qoymuşdur. 
 
Ədəbiyyat 
1.
 
Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti 
1918-1920. Bakı: 1990 
2.
 
Azərbaycan Xalq Cümhuriyyəti (1918 – 1920). Parlament. 1, II 
cildlər. Stenoqrafik hesabatlar. Bakı: Azərnəşr, 1998 
3.
 
İbrahimov Z.İ. Azərbaycan xalqının ingilis – amerikan 
işğalçılarına qarşı mübarizəsi. Bakı: 1950 
4.
 
Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası. Bakı: 1990 
5.
 
Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: 1990 
6.
 
Rəsulzadə M.Ə. Əsrimizin Siyavuşu. Bakı: 1991 
7.
 
Рустамова  Дж.  Национальная  буржуазия  в  период  Азербай-
джанской Демократической Республики. Баку: 2007 
8.
 
Süleymanov M. Azərbaycan ordusu. Bakı: 1998 
9.
 
Həsənov C. Azərbaycan Beynəlxalq münasibətlər sistemində 
(1918 – 1920). Bakı: 1993. 

Azərbaycan 20-30-cu illərdə 
 
 
279
Prof. F.F.İbrahimli 
Dos. B.O.Əziz 
 
IX. AZƏRBAYCAN 20-30-cu İLLƏRDƏ 
 
1.
 
Aprel (1920-ci il) çevrilişi və Azərbaycanda Kommunist 
hakimiyyətinin qurulması. Sovet işğal rejiminə qarşı mü-
barizə. Üsyanlar və müqavimət hərəkatı. 
2.
 
Respublikanın formal müstəqilliyinin sonu və  ərazi bü-
tövlüyünə qəsdlər 
3.
 
Azərbaycanda sənayeləşdirmə və kollektivləşmə siyasətinin 
həyata keçirilməsi. 
4.
 
30-cu illərin siyasi məhkəmə prosesləri və onun 
Azərbaycan üçün nəticələri. 
 
1. Aprel (1920-ci il) çevrilişi. 
Azərbaycanda kommunist hakimiyyətinin qurulması.  
Sovet işğal rejiminə qarşı mübarizə.  
Üsyanlar və müqavimət hərəkatı 
 
1920-ci ilin əvvəllərindən etibarən Azərbaycana qarşı 
xarici təhlükə gücləndi. Azərbaycanın istiqlaliyyətinin Antanta 
dövlətləri tərəfindən tanınması Sovet Rusiyasının ölkəmizə 
qarşı siyasi qısqanclığını daha da artırdı. Cəbhələrdəki 
qələbələrdən sonra vəziyyəti xeyli yaxşılaşmış Sovet Ru-
siyasının xarici siyasətində günün vacib məsələlərindən biri 
kimi «Azərbaycan məsələsi» dururdu. «Новый  мир» qəzeti 
1920-ci il 13 yanvar tarixli «Tufan qarşısında» adlı 
məqaləsində yazırdı: «Azərbaycanda Sovet hakimiyyətini bərpa 
etmək lazımdır…  İnqilabi Rusiya təqvimi ilə desək, biz 
oktyabrqabağı günlər içərisindəyik». 
Bu ideoloji təbliğatın və ciddi xəbərdarlığın arxasında çox 
məkrli niyyət dururdu ki, bu da 1920-ci il aprelin 27-də həyata 
IX mühazirə 
 
 
280
keçirildi. 
Aprelin 27-də XI Ordunun süngülərinə söykənən kom-
munistlər Azərbaycan milli hökumətini devirib hakimiyyəti ələ 
keçirdilər. Bu həqiqəti çevrilişi həyata keçirən bolşeviklərin 
özləri etiraf etdilər. Məsələn: Həmid Sultanov (Xalq Daxili 
İşlər Komissarı) Azərbaycan K(b)P-nin II qurultayındakı 
(1920-ci il oktyabr) çıxışında bildirirdi: «Hakimiyyətin 
devrilməsində  mən özüm şəxsən iştirak etmişəm. Mən yaxşı 
başa düşürdum ki, arxamızda Yalamada yerləşən qırmızı sün-
gülər dayanır. Mən tələbləri hökumətə  təqdim edəndə MK-ya 
ümid etmirdim ki, o işi ləngidə bilər. Ancaq arxayın idim ki, 
qırmızı süngülər indi də olmasa sabah, o birisi gün burada 
olacaqdır. Bu müddətdə məni və mənim yoldaşlarımı öldürsələr 
belə, Bakı  fəhlələri qalxacaq və Sovet hakimiyyətinə hazır 
şəkildə yiyələnəcəklər. Belə  də oldu, biz Sovet hakimiyyətini 
hazır şəkildə aldıq, bizə onu qabda gətirdilər». 
Aprelin 28-də AK(b)P MK Azərbaycan Müvəqqəti 
İnqilab Komitəsini Azərbaycanın ali siyasi hakimiyyət orqanı 
elan etdi. İnqilab Komitəsi elə ilk müraciətdən XI Orduya qarşı 
silahlı müqavimət göstəriləcəyi təqdirdə terrora əl atacığını 
bəyan etdi. Lakin ilk günlərdə  nə xalq, nə  də milli ordu 
tərəfindən XI Orduya qarşı elə bir ciddi müqavimət 
göstərilmədi. Bu bir sıra səbəblərlə bağlı idi: 
1) hadisələrin mahiyyətini dərk edən və işğalçı qoşunlara 
qarşı çıxmağa qadir olan qüvvələr başa düşürdülər ki, yaranmış 
qüvvələr nisbətində müqavimət mənasızdır və saysız 
qurbanlarla nəticələnə bilər; 
2) 1918-ci ilin mart qırğınının dəhşətlərini yaşayanlar 
vahimə keçirir, dağlara, meşələrə  çəkilir və bu işin hansı 
sonluqla qurtaracağını gözləyirdilər; 
3) Azərbaycanda yaşayan çoxsaylı rus, erməni və digər 
millətlərin nümayəndələri XI Ordunun timsalında özlərinin 
müdafiəçilərini görür və yaranmış qeyri-milli hökumətə üs-

Azərbaycan 20-30-cu illərdə 
 
 
281
tünlük verirdilər. 
4)  işğalçı XI Ordunun önündə  gələn türkiyəli zabitlər 
xalqa bildirirdilər ki, ordu Azərbaycanda qalma-yacaq və 
buradan keçib Anadoluya, ölüm-dirim savaşı aparan Türkiyəyə 
köməyə gedəcək. 
5) Azərbaycan hökuməti xalqa baş verən hadisələrlə bağlı 
müraciət etmədi. Bu səbəbdən xalq ilkin dövrdə nə baş verdiyni 
anlaya bilmədi.  
1920-ci il aprelin 27-dən avqustun 25-dək Azərbaycanın 
16 qəzasında  İnqilab Komitələri təşkil edildi. Bu komitələrdə 
fəaliyyət göstərən 70 nəfərdən 41-i kommunist idi. 
Aprel çevrilişindən sonra Azərbaycanda ilk dövrdə ali 
qanunverici və icraedici orqan kimi Müvəqqəti  İnqilabi 
Komitə elan edilmişdi. Onun tərkibi əsasən azərbaycanlılardan 
ibarət idi: N.Nərimanov – sədr, M.Hüseynov, Ə.Qarayev, 
H.Sultanov, A.Əlimov (Sovet Rusiyası Xalq Milli İşlər Ko-
missarlığı Kollegiyasının üzvü olan N.Nərimanov Leninin 
göstərişi ilə Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar 
təyin olunmuşdu (O, Bakıya mayın 16-da gəlmişdi).  İnqilab 
Komitəsi aprelin 28-də öz qərarı ilə respublikanın yeni 
hökumətinin – Xalq Komissarları  Şurasının tərkibini təsdiq 
etdi. Yeni hökumətin sədri və Xalq Xarici İşlər Komissarı 
N.Nərimanov olsa da, bu zahiri xarakter daşıyırdı. 
Əsl həqiqətdə Azərbaycanda aprel çevrilişi nəticəsində 
hər birinin öz məqsəd və  mənafeyi olan müxtəlif siyasi 
qüvvələr hakimiyyətdə  təmsil olunmuşdu. Bunları  şərti olaraq 
aşağıdakı kimi qruplaşdırmaq olar: 
a) Moskvanın siyasi xəttini Azərbaycanda həyata keçirən 
müxtəlif millətlərin nümayəndələrini təmsil edən qüvvələr; 
b) «Beynəlmiləlçi» azərbaycanlı bolşeviklər; 
c) Xalqın azadlıq yolunu sosializmdə görən milli hissli və 
milli baxışlı kommunistlər; 
ç) Siyasi çevrilişdən istifadə edib, Respublikada 
IX mühazirə 
 
 
282
hakimiyyətə  gəlmiş  və intiqam hissi ilə  fəaliyyət göstərən 
erməni kommunistlərindən ibarət qüvvələr. 
Dəyişikliklər həyata keçirilərkən yerli şəraiti, milli adət-
ənənələri, dil və din amillərini nəzərə almağı  tələb edən 
N.Nərimanov hesab edirdi ki, respublika azərbaycanlı kom-
munistlər tərəfindən idarə olunmalıdır. O, bildirirdi ki, Azər-
baycanın milli simasını  səciyyələndirən cəhətlər ciddi surətdə 
saxlanılmalı  və gücləndirilməlidir. Azərbaycanın «si-
masızlaşdırılmasının» qəti surətdə  əleyhinə olan N.Nərimanov 
və onun tərəfdarları bütün hakimiyyəti  əslində öz əlində 
cəmləşdirmiş Kommunist Partiyasının rəhbər orqanlarında azlıq 
təşkil edirdilər. Azərbaycanda fəaliyyət göstərən 
kommunistlərin  əsas hissəsi qeyri-azərbaycanlı-lardan ibarət 
olduğu üçün respublikanın müstəqilliyinin müvəqqəti hal oldu-
ğunu öz əməllərində sübut edirdilər. Milliyyətcə erməni olan 
kommunistlər çox böyük səlahiyyətli Bakı Partiya Komitəsinin 
ətrafında birləşərək öz məkrli niyyətlərini həyata keçirmək 
istəyirdilər. Onlar 1920-ci il mayın 5-6-da keçirilmiş birinci 
Ümumbakı partiya konfransında  şəhər partiya komitəsinə  və 
onun bürosuna öz tərəfdarlarının seçilməsinə nail oldular. 
Beləliklə, respublikada milli, mənəvi və iqtisadi problemlərin 
həllində qarşıdurmanın əsası qoyuldu. 
Azərbaycanda işğalçı Sovet rejimi– proletariat diktaturası 
üç formada həyata keçirilmişdir.  İşğalın ilk günlərindən tətbiq 
edilən forma inqilab komitələri oldu. Bu orqan malik olduğu 
səlahiyyət və mahiyyət etibarı ilə çar Rusiyasının Vətənimizdə 
tətbiq etdiyi komendant üsul idarəsi ilə eyni idi. Bir qədər sonra 
inqilab komitələrindən yoxsul komitələrinə, daha sonra 
sovetlərə keçildi. 
Bolşeviklərin hakimiyyətə  gəlməsinin ilk günlərindən 
Azərbaycanda diktatura bərqərar oldu. Xalqın adından çıxış 
edən bolşeviklər yeni yaranan dövləti proletar diktaturası 
adlandırsa da, əsil həqiqətdə isə bu bir partiyanın hökmranlığı 

Azərbaycan 20-30-cu illərdə 
 
 
283
idi. Kommunistlər özlərindən başqa bir siyasi qüvvənin möv-
cudluğuna qarşı barışmaz mövqe tuturdular. Onların təkidilə 
Aprel çevrilişindən dərhal sonra «İttihad», «Müsavat», «Əhrar» 
və digər siyasi partiyalar xalqın düşməni elan edildi. AXC-in 
tanınmış  rəhbərlərinin bir hissəsi həbs olundu, digərləri isə 
vətəni tərk etməyə məcbur edildi. 
Azərbaycan hökuməti tərəfindən terroru həyata keçirən 
əsas təşkilat  Fövqəladə Komissiya idi. Bununla yanaşı, 
respublikada və xüsusilə  qəzalarda fəaliyyət göstərən XI 
Ordunun  Xüsusi  şöbəsi  də tam sərbəst fəaliyyət göstərir və 
hökuməti belə saymırdı. Bu şöbənin işçiləri qəzaya qoşun 
girdikdən sonra varlı adamların bir hissəsini həbs edir, bir 
hissəsini isə güllələyirdilər.  İlk günlərdən, yüzlərlə günahsız 
adam onların qanlı əməllərinin qurbanı olmuşdu. 
 Qızıl Ordu tutduğu  ərazilərdə özbaşınalıqlar törədirdi. 
Əsgərlər və zabitlər  ən azı bir həftə tutduqları  ərazidə soy-
ğunçuluq etdilər. Əhali, banklar talandı. Yığılan sərvətlər, qızıl-
gümüş, 300 min ton neft, 730 min pud pambıq və çoxlu ipək 
əvəzsiz Rusiyaya daşındı.  
Azərbaycanın başqa bir bəlası bolşeviklər tərəfindən hə-
yata keçirilən «müsadirə  əməliyyatı» idi. «Müsadirə» adı 
altında az-çox imkalı adamların, o cümlədən ziyalıların siyahısı 
tutulur, onların evlərində  təhqiramiz formada axtarışlar 
aparılırdı. Bu axtarışlar zamanı XI Ordunun əsgərləriXüsusi 
şöbənin  və  Fövqəladə Komissiyanın  əməkdaşları insanların 
ləyaqətini tapdalayır, onların namus və qeyrət hisslərinə 
toxunurdular. 
Azərbaycanda bolşeviklərin özlərini necə apardıqlarını 
Rusiyanın Azərbaycandakı canişini, Xalq Təsərrüfatı Şurasının 
sədri  N.İ.Solovyov daha dəqiq ifadə etmişdir. O, V.İ.Leninə 
yazdığı  «Çevrilişdən sonrakı iki ayda (may-iyun) bizim 
Azərbaycanda siyasətimiz» adlı hesabat qeydində yazırdı: 
«Azərbaycanın yeni hökuməti – İnqilab Komitəsi 
IX mühazirə 
 
 
284
azərbaycanlılardan təşkil edilsə də, heç kimə sirr deyil ki, onun 
üzərində Azərbaycan Kommunist Partiyasının hakimiyyəti 
vardır. Bu partiyada rəhbərlik erməni-gürcü qrupunun əlin-
dədir. Bu rəhbər qrupun üzvləri kütləvi həbs və  ən yaxşı 
nümayəndələri güllələmək yolu ilə sanki Azərbaycan millətini 
başsız qoymağı  qərara almışlar. Bütün müsəlman ziyalıları  və 
milli burjuaziya nümayəndələri güllələnir, küçədə kütləvi 
şəkildə  həbs edilən müsəlmanlara qarşı ermənilərin istehzaları 
müsavatçıların əvvəlcədən etdiyi belə bir xəbərdarlığı təsdiqlə-
yir ki, Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi, müsəl-
manların düşmənlərinin qələbəsidir, ümummilli bədbəxtlikdir». 
1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədər  48 
min  azərbaycanlı  (əsasən ziyalılar) məhv edildi. Bütün bu 
özbaşınalıqlar aprel hadisələrini sükutla qarşılayan Azərbaycan 
xalqının səbrini tükəndirdi və xalq ayağa qalxdı. Nəticədə 
1920-ci il 26 maydan 20 iyunadək Gəncədə, Tərtərdə, 
Ağdamda, Şuşada və Zaqatalada silahlı üsyan baş verdi. 
Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən və 
müstəqilliyi  əlindən alındıqdan sonra ictimai-siyasi təşkilatlar, 
partiyalar, milli ordu hissələri sovet rejiminə qarşı mübarizəyə 
qalxmış, üsyanlar təşkil etmişdilər. Bu mübarizə öz xarakteri 
etibarı ilə 1875-ci ildən başlayan milli-azadlıq hərəkatının 
tərkib hissəsi olmaqla onun dördüncü – sonuncu mərhələsini 
təşkil edir. Sonuncu mərhələ 1920-ci il aprelin 27-dən 18 
oktyabr 1991-ci ilə qədərki dövrü əhatə edir. 
Qeyd edək ki, işğalcı XI Qırmızı Orduya qarşı müqavimət 
onların sərhədimizi keçdiyi ilk gündən başlamışdı. Ordumuzun 
vətənpərvər döyüşçüləri Yalama, Xudat, Xaçmaz və  Xırdalan 
dəmiryol stantsiyalarında işğalçılara qarşı mərdliklə vuruşdular. 
Quba süvari polkunun proporşiki (giziri) Ağaəli Babazadənin 
rəhbərliyi altında 4 top və 10 pulemyotla silahlanmış iki rota, 
300 nəfərdən ibarət könüllü süvari eskadronu və 200 nəfərlik 
jandarm dəstəsi Yalama stansiyası yaxınlığında 2 saata yaxın 

Azərbaycan 20-30-cu illərdə 
 
 
285
istilaçılara qarşı  qəhrəmancasına döyüşmüşdülər. Xaçmaz 
stansiyasında döyüşçülərimiz körpünü yandırmış, 
yoldəyişdiriciləri sıradan çıxarmışdılar. Ancaq işğalçıların 
qüvvələrinin sayca üstün olmaları  nəticəsində XI Ordunun 
hücumunun qarşısını almaq mümkün olmadı. 
Vətənimizdə yadelli işğalçılara qarşı tezliklə bir çox 
üsyanlar baş verdi. Belə üsyanlardan biri Cavanşir qəzasında 
baş vermişdi. Belə ki, 1920-ci ilin may ayının 23-də Cavanşir 
qəzasının Nuxa süvari alayı rus hərbi hissəsinə qarşı hücuma 
keçib düşmən əsgərlərini tərksilah etmişdi. 
Şübhəsiz, yadellilərə qarşı  Gəncə  şəhərində baş verən 
üsyan öz miqyası etibarı ilə digərlərindən seçilirdi. Hələ mayın 
əvvəllərində Mirzə Davud Hüseynov Gəncədəki 3-cü piyada 
alayının komandiri, polkovnik Cahangir bəy Kazımbəyova 
Qərbdəki Milli Ordu hissələrini cəmləşdirib Sovet 
hakimiyyətinin  şərtləri altında fəaliyyətə başlamağı  əmr 
etmişdi. Ancaq o heç bir dəyişiklik görmədıkdə Azərbaycan 
ordusunun rəhbərliyini dəyişmək,  əsgərləri tərksilah etmək 
qərarına gəldi. Əvvəlcə Gəncə komendantı şahzadə Məhəmməd 
Mirzə Qacar, sonra I piyada diviziyasının rəisi general-mayor 
Cavad bəy Şıxlinski və C.Kazımbəyov vəzifədən uzaqlaşdırıldı. 
Mayın 12-də  şəhərin qubernatoru Xudadat bəy Rəfıbəyli 
həbs edilərək Bakıya aparılmış  və mayın 22-də güllələnmişdi. 
Şimali Qafqazda formalaşdırılmış  və XI Ordu ilə  Gəncəyə 
gətirilmiş  «Şəriət alayı» da özünü burada çox pis aparır, yerli 
əhali içərisində gündə bir şayiə yayırdı. Alayın başçısı Zülfüqar 
adamların içərisində nifrət qazanmışdı. Bu səbəbdən şəhərdəki 
üsyan zamanı camaat onu ələ keçirərək parça-parça etmişdi.. 
May ayının 22-də  hərbçilərdən bir qrupu C.Kazım-
bəyovun təşəbbüsü ilə hələ bolşeviklərin əlinə keçməmiş Nüz-
gar kəndinə toplaşdı. Onlar silahlı üsyana qalxaraq 
dəmiryolunu tutmaqla Bakı ilə  Qərb bölgəsinin  əlaqəsini 
kəsmək, oradakı  Qırmızı Ordu birləşmələrinin geriyə – Azər-
IX mühazirə 
 
 
286
baycanın içərilərinə  hərəkətinin qarşısını almaq, bolşevik 
hakimiyyətinə son qoymaq qərarına gəldilər. Üsyan rəhbərləri 
Qarabağda yerləşən milli ordu birləşmələri ilə  əlaqə yatarmaq 
üçün bölgəyə iki nəfər zabit göndərdi. O dövrdə, Qarabağın 
bəzi yerlərində yerli əhali  əsgərlərin köməyi olmadan 
kəndlərdən bolşevikləri qova bilmişdi. Bundan başqa 
Gürcüstanla fəaliyyət birliyinə nail olmaq məqsədilə Tiflisə 
Gəncədə gizli yaşayan iki gürcü polkovniki də yola salınmışdı. 
Beləliklə, bir tərəfdən Gürcüstan Respublikasının, digər 
tərəfdən isə Zaqatala və Qarabağdakı Milli Ordu birliklərinin 
yardımına arxalanan üsyançılar uğur qazanacaqlarına inandılar. 
Şəhərdəki hərbi hissələri xəlvəti döyüşə hazırlıq vəziyyətinə 
gətirdilər, hiss olunmadan təlim məşqləri keçirilirdi. Bundan 
xəbər tutan qırmızı ordu hissələri mayın 25-dən 26-a keçən 
gecə Azərbaycan diviziyası əsgərlərinin qərargahlarına hücuma 
keçdilər. Bu hücum dəf olunduqdan sonra əsgərlər əks hücumla 
şəhərin müsəlmanlar yaşayan hissələrində XI Ordu 
qruplaşmalarını  tərksilah edərək 600 nəfərdən ibarət  şəxsi 
heyəti  əsir götürdülər. Gecə ikən məhbuslar həbsxanalardan 
azad edildi, şəhər  əhalisi silahlandırılaraq 1800 nəfərlik 
hərbçilərlə birlikdə döyüşə başladı. Döyüşən qüvvənin sayı 12 
min nəfərə çatdırıldı. 
Mayın 26-da üsyana rəhbərlik etmək üçün general Cavad 
bəy  Şıxlinskinin, Məhəmməd Mirzə Qacarın, Cahangir bəy 
Kazımbəyovun və başqalarının iştirakı ilə Hərbi Şura yaradıldı. 
Şəhərin müsəlmanlar yaşayan hissəsi bir həftə üsyançıların 
əlində qaldı. 
Üsyançılar mayın 26-sı gündüz dəmiryol stansiyasına 
hücum edərək axşama yaxın oranı tutdular. Bu zaman, Daxili 
İşlər Komissarı  Həmid Sultanovla XI Ordu birləşmələri 
Gəncəyə gəlib, gecə ikən stansiyanı geri ala bildilər. 
Mayın 27-də  şəhər  şimal tərəfdən aramsız top atəşinə 
tutulduğu bir vaxtda Yelenendorf (indiki Göy göl rayonu) 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin