2.0 DÖVLƏT RƏSMİLƏRİ İLƏ SÖVDƏLƏŞMƏ
Dövlət rəsmiləri üçün səfərlə bağlı xərclər də daxil olmaqla, hədiyyə və qonaqlığın (H və Q) təklif edilməsi
xüsusi narahatlıq doğuran məsələlərdəndir. Aşağıda verilmiş prinsiplərə CMS korrupsiya ilə mübarizə
siyasəti tətbiq edilir. Bəzi ölkələrdə onların rəsmilərinin qəbul edə biləcəkləri hədiyyə və əyləncənin
dəyər və xarakterinə çox ciddi məhdudiyyətlər qoyulur. Özəl biznes tərəfdaşları arasında məqbul ola
biləcək H və Q biznes və dövlət rəsmisi arasında məqbul olmaya bilər. Bundan əlavə, əgər siz CMS
adından dövlət rəsmiləri ilə işləyən üçüncü şəxslərə münasibətdə lazımi hüquqi araşdırma apara
bilməsəniz və ya belə hüquqi araşdırma nəticələrinə laqeyd yanaşsanız, üçüncü tərəfin davranışı həm siz
və həm də CMS üçün məsuliyyətlə nəticələnir.
PRİNSİPLƏR
Dövlət rəsmilərinə H və Q təklif etmək üçün siz CMS Direktorundan icazə almalısınız.
H və Q dəyəri müvafiq ödəniş növü və ölkə üçün nəzərdə tutulmuş həddi aşmamalıdır.
Azərbaycanda nəzərdə tutulmuş hədd 55 AZN-dir.
Siz H və Q-ni dövlət rəsmisinin həyat yoldaşı, ailə üzvü və ya ziyarətçilərinə təklif etməməlisiniz. .
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 12 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
Siz hər hansı dövlət rəsmisinin qeyri-biznes səfər və qonaqlığı üçün ödəniş etməməlisiniz.
Siz dövlət rəsmiləri üçün H və Q ilə bağlı tətbiq edilən bütün qanunlar və CMS-nin daxili
proseduralarına əməl etməlisiniz.
3.0 HƏDİYYƏLƏR VƏ QONAQPƏRVƏRLİK (H VƏ Q)
H və Q heç zaman sizin biznesə dair qərarlarınıza təsir etməməli, siz və ya CMS üçün heç bir öhdəlik
yaratmamalıdır.
SİZİN MƏSULİYYƏTİNİZ
Siz H və Q-nin sizin biznesə dair qərarlarınıza təsir etməsinə imkan verməməli və ya başqalarının təsirə
məruz qaldıqlarını düşünməsinə səbəb olmamalısınız. Əgər siz təsirə məruz qalsanız və ya kiməsə təsir
etməyə cəhd etsəniz, siz ya hüquqi, ya nizam-intizam tədbiri ilə üzləşə və ya işdən azad edilə bilərsiniz.
PRİNSİPLƏR
CMS işçilərini biznes tərəfdaşlarından H və Q almaqdan çəkindirir.
Əgər öz rəhbər və ya supervayzeriniz, həmkarlarınız, ailəniz, dostlarınız və ya ictimaiyyətə bunu
söyləməkdən özünüzü narahat hiss edərsinizsə, H və Q-ni rədd edin
Nə siz və nə də sizin ailə üzvləriniz heç zaman CMS biznesi ilə aşağıdakı təklif etməyin, verməyin,
istəməyin və ya qəbul etməyin:
-qanunsuz və ya qeyri-düzgün H və Q;
-pul və ya pul ekvivalentləri;
-şəxsi xidmətlər;
-kreditlər;
-biznes tərəfdaşının olmadığı zaman tədbir və ya naharlar; və ya
-vacib biznes qərarları verildiyi müddətlərdə H və Q.
Tabe olduğunuz rəhbərin təsdiqi alınmazsa, heç zaman dəyəri nəzərdə tutulmuş hədləri aşan H
və Q təklif etməyin, verməyin, istəməyin və ya qəbul etməyin.
Aşağıda verilənlər qeyd edilməlidir:
-dövlət rəsmilərinə verilmiş və bir fincan kofe ilə eyni nominal dəyərdə olması gözlənilən bütün H və
Q-lar;
-maraqlar toqquşması yaratdığı düşünülə bilən istənilən H və Q;
-üçüncü tərəflərə verilən və ya alınan, dəyəri yol verilən dəyər hədlərini aşan bütün H və Q-lar; və
-dəyəri yol verilən dəyər hədlərini aşan bütün rədd edilmiş H və Q-lar.
Öz biznes tərəfdaşlarınıza məlum olan H və Q barədə CMS siyasəti formulə edin.
Öz rəhbərinizlə korporativ qonaqlıq və ya sponsorluğu müzakirə edin.
Qanun-qaydalara əməl edin.
Əgər CMS siyasətləri ilə ziddiyyət təşkil edərsə, yerli ənənələrə əməl edilə bilməyəcəyini
anlayın.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 13 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
ÖZÜNÜ YOXLAMAQ
H və Q-nin qəbulunun sizin üzərinizdə məsuliyyət yaratdığını hiss etmisinizmi?
hədiyyə hər hansı sövdələşməyə görə müstəsna mükafat və ya stimul kimi verilibmi?
H və Q qeyri-düzgün və ya qanunsuzdurmu?
H və Q vaxtı çox dəqiqdirmi (məs, danışıqlar zamanı)?
4.0 İCMALARLA İŞ BİRLİYİ VƏ ONLARIN HÜQUQ VƏ LƏYAQƏTİNƏ HÖRMƏT
Biz Caspian Marine Services Ltd şirkətində biznesimizi həyata keçirdiyimiz ölkələrdə müsbət dəyişikliyə
nail olmaq istəyirik. Caspian Marine Services Ltd şirkətində biz ən yüksək etik standartlara əməl edirik və
əməliyyat apardığımız icmaların etibarını qazanacaq şəkildə davranırıq. Şirkətdə biz həmçinin yerli
icmalar, habelə bizim şirkət olaraq qanuni maraqlarımızın olduğu qeyri-hökumət təşkilatları (QHTlər)
timsalında müvafiq orqanlarla açıq və səmimi münasibətlər yaratmaq üçün səylə çalışırıq. Biz qarşılıqlı
münasibətlərdə olduğumuz icma, QHT və digər təşkilatların hüquq və ləyaqətinə hörmət edirik.
PRİNSİPLƏR
• işlədiyiniz yerdə yerli qanun-qaydalara əməl edin.
• Bu Kod və hüquqi tələblərlə ziddiyyət təşkil etmədikləri həddə yerli mədəniyyət və biznes
ənənələrinə uyğun işləyin.
• İcma üzvlərinin ləyaqətli münasibət bəsləyin və onların hüquqlarına hörmət edin. Xüsusi
vəziyyətlərə və yerli xalqın hisslərinə həssaslıqla yanaşın.
• Praktiki cəhətdən mümkün olduğu hallarda ixtisaslı yerli personal cəlb edin
• QHT-lərlə müzakirələr və ya təmasa başlamazdan əvvəl öz rəhbəriniz, yerli İcmalar və Kənar
Məsələlərlə məşğul olan komandanı bu barədə məlumatlandırın.
Caspian Marine Services Ltd şirkəti icma və ya ölkədə qarşılıqlı üstünlük qazandıracaq yerli icma inkişafı
təşəbbüsləri və vətəndaş hüquqlarının qorunmasına ruhlandırır. Müvafiq hallarda biz onlarda işçilərin
iştirakını dəstəkləyirik. Əgər siz hər hansı yolla buna cəlb olunarsınızsa, hər hansı real və ya güman edilən
maraqlar toqquşmasına yol verməyin. Əlavə məlumatlar üçün bax: bu Kodun "Maraqlar Toqquşması"
adlı bəndi.
5.0 MARAQLAR TOQQUŞMASI (MT)
Sizin şəxsi münasibətləriniz, kənar fəaliyyətlərdə iştirakınız və ya digər müştərək müəssisədə marağınız
qərarlarınıza təsir edəndə və ya təsir etməsi güman ediləndə MT ilə üzləşirsiniz.
SİZİN MƏSULİYYƏTİNİZ
Siz MT-yə yol verməməlisiniz. Sizin CMS qərarlarınıza hər hansı şəxsi və özəl məsələlər təsir etməməlidir.
MT sizin qərar çıxarma qabiliyyətinizə təsir edə və ya təsir etməsi güman edilə bilər. Bu siz və CMS
reputasiyasına mənfi təsir göstərir. Bu Kod və ya hər hansı qanun-qaydaların tələblərinə əməl edə
bilməmək işdən azad olma da daxil olmaqla, nizam-intizam tədbirinin görülməsi ilə nəticələnir.
PRİNSİPLƏR
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 14 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
Öz tabe olduğunuz rəhbər və ya supervayzerinizi CMS-də sizin qərar və ya hərəkətlərinə təsir
edən, yaxud da təsir etməsi güman edilən hər hansı məsələ barədə məlumatlandırın.
Əgər faktiki və ya potensial MT olduğuna inanırsınızsa, tabe olduğunuz rəhbərə bütün aidiyyəti
faktları yazılı şəkildə təqdim edin
MT yaradan və ya yaratması güman edilən qərarlar verməyin.
Podratçı və təchizatçılarla işlərinizdə qərəzsiz, peşəkar və rəqabətli olun.
Kənar material gəlir əldə etmək üçün öz bilik və ya vəzifənizdən istifadə etməyi planlaşdıranda
CMS-ni bu barədə məlumatlandırın
Əgər müvafiq qanun-qayda və CMS siyasətinə əməl edirsinizsə, icma, dövlət, təhsil və digər
qeyri-mənfəət təşkilatlarının işində münasib bildiyiniz vaxtda fəallıq nümayiş etdirə bilərsiniz.
Əgər bu heç bir faktiki və ya potensial MT ilə nəticələnməzsə, münasib bildiyiniz vaxtda digər
biznesdə maraqlar əldə edə və kənar peşəkar fəaliyyətləri həyata keçirə bilərsiniz. Əgər buna
dair hər hansı şübhələriniz olarsa, öz tabe olduğunuz rəhbər və ya supervayzerinizlə
məsləhətləşin.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 15 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
ÖZÜNÜ YOXLAMAQ
Siz qohum və ya dostunuzu işə qəbul edirsinizmi, idarə edirsinizmi, bunun üçün nəzərdən keçirir
və ya qiymətləndirirsinizmi?
Siz öz vəzifənizdən şəxsi mənfəət üçün istifadə edirsinizmi?
Siz məxfi məlumatları şəxsən əldə etmisinizmi?
Sizin şəxsi münasibətləriniz biznes qərarlarınıza təsir edirmi?
6.0 İNSAYDER SÖVDƏLƏŞMƏSİ
Material qeyri-ictimai məlumata malik olduqda və ya bu cür məlumatı həmin səhm, yaxud da
digər qiymətli kağızlarla sövdələşmə aparan şəxslə paylaşdıqda siz belə səhm və digər qiymətli
kağızlarla ticarət zamanı insayder sövdələşməsində iştirak edirsiniz.
SİZİN MƏSULİYYƏTİNİZ
Siz məxfi biznes məlumatlarını qorumalı, xüsusən də səhm və ya digər qiymətli kağızlarla ticarət
zamanı öz şəxsi mənfəətiniz üçün istifadə etməməli və ya başqa birisinin bunu etməsini tövsiyə
etməməlisiniz. Siz şayiə yaymamalı, yanlış məlumatlarla çaşdırmamalı və ya qiymətləri
manipulyasiya etməməlisiniz. İnsayder sövdələşməsi və bazar möhtəkirliyi qanunsuz fəaliyyətlər
olub cərimə, işdən azadetmə və ya həbs qəti-imkan tədbiri ilə nəticələnə bilir.
PRİNSİPLƏR
İnsayder sövdələşməsi və bazar möhtəkirliyi haqda qanunlara əməl edin.
Bazar qiymətlərini manipulyasiya etməyin.
Bazarda şayiələr və ya yanlış məlumatlar yaymayın.
Əgər hər hansı həmkarınızın insayder sövdələşməsi və ya bazar manipulyasiyasına cəlb
olunduğuna inansanız, bu barədə CMS-i məlumatlandırın.
ÖZÜNÜ YOXLAMAQ
Sizdə insayder məlumatı varmı?
Siz və ya sizin bilavasitə ailəniz CMS maraqlarını daxil edən bazar sövdələşmələri
planlaşdırırmı?
Siz məxfi məlumatları paylaşmısınızmı?
Siz bazarda şayiələr yaymısınızmı və ya bazarı çaşdırmağa çalışmısınızmı?
7.0 ÇİRKLİ PULLARIN YUYULMASI
Çirkli pulların yuyulması pul və ya aktivlərin cinayət mənşəyi, yaxud xarakteri qanuni biznes
sövdələşmələri zamanı gizlədiləndə, yaxud da qanuni vəsaitlər terrorçuluğun
maliyyələşdirilməsi də daxil olmaqla, cinayət fəaliyyətlərini dəstəkləmək məqsədilə istifadə
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 16 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
edəndə baş verir. Çirkli pulların yuyulması ilə mübarizə haqda qanunun şamil edildiyi
pozuntulara aşağıdakılar aiddir: təhqiqata zərər vurma və ya əngəlləmə və şübhəli fəaliyyəti
bildirməmə.
SİZİN MƏSULİYYƏTİNİZ
Cinayətkarlar CMS-i çirkli pulların yuyulması və ya cinayət fəaliyyətlərinin maliyyələşdirilməsi
üçün istifadə edə bilər. Biznesi, bizim perspektiv biznesin ilkin əsasını anlamaq, pul və əmlakın
mənşə və təyinatını müəyyən etmək məqsədilə, siz müvafiq tərəf müqabili ilə bağlı hüquqi
araşdırma həyata keçirməlisiniz. Şübhəli sövdələşmələri və çirkli pulların yuyulması hallarını
şirkətə bildirməlisiniz. Bu hərəkətlərin edilməməsi cərimə, işdən azadolma və ya həbs qəti-
imkan tədbiri ilə nəticələnə bilir.
PRİNSİPLƏR
Şübhəli cinayətkarlar və ya cinayətdən əldə edilən gəlirlərlə heç zaman məşğul olmayın.
Hər hansı şübhəli sövdələşmə və ya fərdləri CMS-ə bildirin (CMS öz növbəsində, bu
məsələni səlahiyyətli orqanlara məruzə edəcək.)
Pul gəlirləri və ya cinayətkar əməllər nəticəsində əldə edilmiş gəlirlərə alınmış əmlakdır
əldə etməyin, istifadə etməyin və ya saxlamayın.
Cinayət yolu ilə əldə edilmiş əmlakın mənşə və ya məzmununu gizlətməyin.
Cinayət yolu ilə əldə edilmiş əmlakın əldə edilməsi, sahiblik və ya nəzarətinə şərait
yaratmayın.
Barəsində təhqiqat aparılacaq şəxsə məxfi məlumat verməyin.
Aidiyyəti məlumatları saxtalaşdırmayın, gizləməyin, məhv etməyin və ya atmayın.
ÖZÜNÜ YOXLAMAQ
Sövdələşmənin təfərrüatlarını yoxlaya bilərsinizmi?
Hər hansı şəxs gözlənilən bazar şərtlərindən kənar kommersiya şərtlərini təklif edirmi?
Hesablaşma metodları qeyri-adidirmi və ya bir-birilə əlaqəli olmayan tərəflər cəlb
olunubmu?
Bütün hüquqi araşdırma yoxlamaları qaydasındadırmı?
8.0 SİYASİ FƏALİYYƏT
Bizneslərimizi həyata keçirdiyimiz hər yerdə bizim korporativ siyasi fəaliyyətə yanaşmamız aydın
və güzəştsizdir:
•
CMS birbaşa hər hansı partiyanın siyasi fəaliyyətində iştirak etmir.
•
CMS istər pul və ya istərsə də natura şəklində siyasi ödənişlər etmir.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 17 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
Biz işçilərimizin hər ölkəyə uyğun şəkildə siyasi prosesdə fərdlər kimi iştirak hüququnun
olduğunu təsdiq edirik. Bunu edən işçilər CMS-i təmsil etmədiklərini aydın bildirməlidirlər. Biz
partiya siyasətində birbaşa iştirak etməsək də, lobbiçilik də daxil olmaqla, bizim müxtəlif yollarla
işlədiyimiz şirkət, heyət və icmaların qanuni maraqları ilə bağlı mövzular üzrə siyasi
müzakirələrdə iştirak edirik. CMS maraqları adından həyata keçirilən lobbiçilik fəaliyyəti yüksək
səviyyədə tənzimlənir və yalnız səlahiyyətli şəxs tərəfindən aparılmalıdır.
PRİNSİPLƏR
• öz fərdi siyasi rəy və hərəkətlərinizin CMS deyil, özünüzə məxsus olduğunu dəqiqləşdirin.
• Əgər öz siyasi fəaliyyətiniz və ya yaxın qohumumuzun fəaliyyətləri maraqlar toqquşması,
yaxud da qanunsuz əməl görüntüsü yaradarsa, bu barədə tabe olduğunuz rəhbəri
məlumatlandırın.
• Əgər siz dövlət vəzifəsini əldə etmək və ya qəbul etməyi planlaşdırırsınızsa, bu barədə tabe
olduğunuz rəhbərliyi məlumatlandırın. Hər hansı rəsmi vəzifələrin sizin müştəri və təchizatçılarla
işinizə nə cür təsir edəcəyini müzakirə edin, bunun işinizə mənfi təsirini minimallaşdırmaq üçün
öz rəhbərinizlə birgə yaradıcı əməkdaşlıq edin.
• Özünüz və ya müştəri, yaxud təchizatçıların maraqlarını təmsil edən digər şəxslərlə hər hansı
qeyri-müntəzəm təmaslardan əvvəl tabe olduğunuz rəhbərinizlə məsləhətləşin. Buraya dövlət
siyasəti və ya hüquqi/normativ dəyişiklikləri ilə bağlı təmaslar daxildir. Bu tələb standart
tenderin verilməsi prosesləri və dövlət qeydiyyatında olan proseduralar timsalında adi dövlət
proseslərinin tələb etdiyi təmaslara şamil edilmir
Heç zaman
• şirkətin vaxt, əmlak və ya avadanlığını öz şəxsi siyasi fəaliyyətlərinizi həyata keçirmək və ya
dəstəkləmək üçün istifadə etməyin. Siyasi prosesdə yalnız özünüz üçün münasib vaxtda və öz
resurslarınızla iştirak etdiyinizdən əmin olun.
• Lobbiçilik fəaliyyətlərini icazə olmadan həyata keçirməyin.
İanələrə İcazə verilmirmi?
Bəli, ianələrə icazə verilir, məktəb və ya yerli hökumət orqanlarına natura şəklində ödənişlər
sizin icma ilə qarşılıqlı münasibətlərində vacib rol oynayır və bu Kodla icazə verilir. Onlara yerli
qaydalar tətbiq edildiyinə görə, bunlarla həmişə sizin yerli Rabitə əlaqələri və Kənar Məsələlərlə
məşğul olan komanda məşğul olmalıdır. İanələr həmişə məktəb və ya dövlət orqanında işləyən
hər hansı fərdə deyil, onların özünə ödənilməlidir.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 18 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
BU FƏSİLDƏ VERİLƏNLƏR
Antitrast (Rəqabət) Qanunu
İxracata Nəzarət və Sanksiyalar
İdxalata Nəzarət və Sanksiyalar
YERLİ VƏ BEYNƏLXALQ
TİCARƏT
CMS azad, ədalətli və etik şirkət olmağa sadiqdir. Siz tətbiq edilən bütün ticarət qanunlarına
əməl etməli və CMS-in əsas dəyərlərinin bütün sövdələşmələrinizə tətbiq edildiyindən əmin
olmalısınız. Bu qanun-qaydalara riayət etməmək bizim biznesimizə ciddi təsir edə və cinayət
məsuliyyətinə məruz qoya bilər. Siz isə, işdən azad olma, cərimə və həbs qəti-imkan tədbiri ilə
üzləşə bilərsiniz.
5. Milli və Beynəlxalq Ticarət
1.0 ANTİTRAST (RƏQABƏT) QANUNU
Antitrast qanunu sərbəst təşkilatlanmanı qoruyur, ticarəti və ya haqlı rəqabəti məhdudlaşdıran davranışı
qadağan edir. Bu qanun hər bir biznes səviyyəsində tətbiq edilir. Bu qanunlar qiymət sövdələşməsi,
bazar paylaşması və ya ədalətsiz tender təklifi sövdələşmələri və ya inhisarçılıqğa nail olmaq, yaxud da
saxlamaq şəklində qanunsuz əməllərlə mübarizə aparır. CMS antitrast qanunlarının pozuntusuna
dözümsüz yanaşır.
SİZİN MƏSULİYYƏTİNİZ
Siz CMS rəqiblərinin qiymət və ya qiymətin hər hansı elementlərini (məsələn, endirim, endirim və əlavə
haqları) sövdələşdirməsi ilə razılaşmamalısınız. Siz xüsusi bazarlar və ya xüsusi müştəri, yaxud da
hesablar üzrə rəqabət aparmamağa dair başqalarının dedikləri ilə razılaşmamalısınız. Siz ticarət və ya
tenderlərin qiymətlərini razılaşdırmamalı və beynəlxalq miqyasda tətbiq edilmiş sanksiyalarla bağlı
hallardan başqa hər hansı müştəri və ya təchizatçıların boykot edilməsinə razılıq verməməlisiniz.
İstehsal, istehsal qabiliyyəti və ya hasilatın azaldılması, yaxud da stabilləşdirilməsinə dair rəqiblərlə
razılaşmalar əldə edilməsi qadağandır. Bundan əlavə, siz məhsulun minimal təkrar satış qiymətini təyin
etmək üçün müstəqil diler və ya təkrar satıcılarla razılaşma əldə etməməlisiniz. Rəqabət əleyhinə
davranış CMS biznes və reputasiyasının ədalətlilik və açıqlıq prinsipinə zərər vurur. Haqlı rəqabət
əleyhinə əməllər yolverilməzdir. Bunlar əksər ölkələrdə qanunsuz olub, ağır cərimə və həbslə nəticələnə
bilir.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 19 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
PRİNSİPLƏR
Hətta qeyri-rəsmi qaydada, qanuni əsaslar olmadan, rəqiblərlə qiymət qoyma, istehsal, müştəri
və ya bazarlara dair razılıq əldə etməyin. Hər hansı təcrübənin qanuni olub-olmamasına dair
həmişə qanuni məsləhət alın.
CMS qiymət qoyması, istehsalı, müştəri və bazarlarına dair qərarlar yalnız CMS tərəfindən qəbul
edilməlidir
rəqiblərlə aşağıda verilənləri müzakirə etməyin:
-CMS məşğul olduğu və məşğul olacağı təchizatçı, müştəri və ya podratçılar; və ya
-CMS-in satmaq niyyətində olduğu bazar və sövdələşmə aparacağı şərtlər.
Rəqabət baxımdan həssas məsələlər ortaya çıxarsa, sənaye toplantılarını tərk edin və toplantını
tərk etdiyinizin hiss edildiyindən əmin olun. Bu məsələni CMS Hüquqi İşlər üzrə Rəhbərinə
bildirin. .
Əgər siz hər hansı potensial rəqabət əleyhinə təcrübələr barədə öyrənsəniz və ya belə
təcrübələrin qanuni və ya qanunsuz olduğundan əmin olmasanız, CMS-ə bu barədə məlumat
verin.
ÖZÜNÜ YOXLAMAQ
Rəqabət üçün həssas məlumat sənaye toplantısında müzakirə edildimi (birbaşa və ya dolayısı
ilə)?
Öz diler və ya distribütorlarımızın təkrar satış qiymətini təyin etməyə səy göstərmişəmmi?
Sizin təchizatçı və ya müştəriləriniz hər hansı rəqabət əleyhinə davranışa cəlb olunubmu?
Tabeliyimdə olan şəxslərin nə etdiklərini bilirəmmi?
Lazımi hüquqi məsləhəti əldə etmişəmmi?
Dostları ilə paylaş: |