Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində



Yüklə 5,65 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix06.09.2017
ölçüsü5,65 Mb.
#29114
1   2   3   4   5   6   7   8   9   ...   13

13  aprel  1994-cü  il.  Dağıstan  Respublikasının  “Daqes-
tanskiye Oqni” stansiyası yaxınlğında “Moskva-Bakı” sərnişin 
qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.  
03  iyul  1994-cü  il.  Bakı  Metropolitenin  “28  May”  və 
“Gənclik”  stansiyaları  arasında  elektrik  qatarındakı  partlayış 
nəticəsində  13  nəfər  həlak  olmuş,  42  nəfər  müxtəlif  dərəcəli 
bədən xəsarəti almışdır.    
   İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təli-
matçıları  Ermənistan  xüsusi  xidmət  orqanlarının  polkovniki 
Karen  Baqdasaryan  və  kapitan  Seyran  Sarkisyan  olmuşlar. 
Azərbaycan  Respublikasının  Ali  Məhkəmə  instansiyaları  tərə-
findən aparılmış araşdırmalar prosesində göstərilən terror aktla-
rının  həyata  keçirilməsində  Dağlıq  Qarabağın  qeyri-qanuni 
rejiminin  funksionerləri  və  Ermənistan  Respublikasının  xüsusi 
xidmət  və  digər  dövlət  orqanlarının  təşkilatçılığı,  maliyyə  və 
texniki  dəstəyi,  əksər  hallarda  isə  bilavasitə  iştirakı  prosessual 
qaydada sübuta yetirilmişdir.  
 
 
 
 
 
 
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26 
 
ERMƏNĠ TERROR TƏġKĠLATLARI 
HAQQINDA QISA BİLGİLƏR 
 
 “Armenakan”  :  1885-ci  ildə  yaradılıb.  Türkiyənin  Van, 
Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquş-
malar və terror aktları törədən bu təşkilat İran və Rusiyada ya-
şayan ermənilərlə işbirliyi içində olub.  
“Hınçak”:  1887-ci  ildə  Cenevrədə  yaradılıb.  Təşkilatın 
əsas  məqsədi  Türkiyənin  Anadolu  bölgəsini,  “Rus  Ermənista-
nı”  və  “İran  Ermənistanı”  adlandırdıqları  əraziləri  birləşdir-
məklə  “Böyük  Ermənistan”  dövləti  yaratmaq  olub.  Təşkilatın 
proqramının 4-cü bəndində göstərilir: “Qarşıya qoyulmuş məq-
sədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşki-
lat yaradılması metodu seçilməlidir.”  
“Daşnaksütyun”:  
1890-cı  ildə  Tiflisdə  yaradılıb.  Əsas  qayəsi  Azərbaycanın 
Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqların-
da “Böyük Ermənistan” dövləti qurmaqdır. 1892-ci ildə Tiflis-
də  ilk  qurultayını  keçirən  “Daşnaksütyun”  türklərə  qarşı  sui-
qəsdlərin  təşkil  olunması  barədə  qərar  çıxarmışdır.  Məhz  bu 
qurultaydan  sonra  “Daşnaksütyun”  “türkü,  kürdü  hər  yerdə, 
hər  bir  şəraitdə  öldür,  sözündən  dönənləri,  erməni  xainlərini 
öldür, intiqam al!” əmrini vermişdir.  
“Daşnaksütyun” tərəfindən yaradılan bir sıra terror qrupları 
mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış “Erməni soyqırı-
nın intiqamçıları” qrupu 1980-1982-ci illər ərzində Avstriya, 
Danimarka  və  Portuqaliyada  türk  diplomatlarını  qətlə  yetirib. 
(Məxfi  terror  qrupu  DRO  və  onun  bölmələri:  DRO-8,  DRO-
88, DRO-888, DRO-8888.) Daşnakların hazırda bu istiqamətdə 
fəaliyyəti davam edir.  
“Erməni  gizli  azadlıq  ordusu”  (ASOA):  1975-ci  ildə 
Beyrutda  yaradılıb.  Mənzil-qərargahı  Dəməşqdə  yerləşir.  Fə-

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
27 
ləstin  bazalarında  hazırlıq  keçən  mindən  artıq  döyüşçüsü  var-
dır.  Fəaliyyətinin  ilk  6  ilində  təşkilat  dünyanın  müxtəlif  ölkə-
sində  19  türk  diplomatının  ölümünə  səbəb  olan  terror  aktları 
keçirib.  
“Ermənistanın  azadlığı  uğrunda  erməni  gizli  ordusu” 
(ASALA):  1975-ci  ildə  yaradılan  təşkilatın  qərargahı 
Beyrutda, təlim-məşq bazaları isə Suriyada  yerləşir. Təşkilatın 
məqsədi Türkiyənin doğusu, Quzey İran və Azərbaycanın Nax-
çıvan  və  Dağlıq  Qarabağ  əraziləri  üzərində  “Böyük  Ermənis-
tan” qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan və-
təndaşlarına qarşı terror aktları həyata keçirir.  
Təşkilat “Əbu Nidal”,  “Qara sentyabr” kimi terror qrupları 
ilə  işbirliyi  etməsində  əsas  fiqurlardan  biri  ASALA-nın  lideri 
Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş 
Türkiyə  böyükelçisinin  ölümünə  görə  məsuliyyəti  öz  üzərinə 
götürmüş A.Akopyan (“Mücahid”) 01.08.80-ci ildə “Nyu-York 
Tayms” qəzetinə verdiyi müsahibədə bildirmişdir: “Bizim düş-
mənimiz  Türk  rejimi,  NATO
,
  habelə  bizlə  əməkdaşlıq  etməyən 
ermənilərdir!” 
(A.Akopyan  28.04.1988-ci  ildə  Yunanıstanın  paytaxtı  Afi-
na şəhərində öldürülmüşdür.) 
Livanda 1980-ci ilin aprelində ASALA birgə terror aksiya-
larının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyət-
lərini  rəsmiləşdirmişlər.  Beyrut  şəhərində  28.08.1993-cü  ildə 
verilən “Açıqlama”da ASALA “pantürkist neft borusu” (Bakı-
Tbilisi-Ceyhan ƏİBK) ilə bağlı layihənin həyata keçirilməsinə 
imkan verməyəcəyini bildirmişdir. 
“Geqaron”: 2001-ci ilin fevralında ASALA tərəfindən ya-
radılmışdır.  Məqsədi:  Güney  Qafqaz  və  Orta  Asiya  ərazisində 
türk  mənşəli  siyasi  lider,  diplomat  və  biznesmenlərə  qarşı  ter-
ror aktlarının keçirilməsidir. 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
28 
“Erməni Azadlıq Hərəkatı” (AOD): 1991-ci ildə Fransa-
da yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx işbirliyində bu-
lunaraq həyata keçirir. 
“Erməni  azadlıq  cəbhəsi”: 1979-cu ildə yaradılan bu ter-
ror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azər-
baycan əleyhinə terrorçular hazırlayır. 
“Orli qrupu”: 1981-ci ildə Fransada yaşayan erməni gənc-
ləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müx-
təlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib. 
“Erməni  soyqırım  ədalət  komandosları”:  1972-ci  ildə 
Vyanada  “Daşnaksütyun”ün  qurultayı  zamanı  yaradılıb.  “Er-
məni  soyqırımı  ədalət  komandosları”nın  məqsədi  erməni  əsilli 
gənc  Livan  vətəndaşlarını  hərbi  birləşmələrdə  toparlamaq, 
türklərə  (o  cümlədən  azərbaycanlılara)  qarşı  qanlı  terror  aksi-
yaları təşkil etməkdir. 
“Erməni  birliyi”:  1988-ci  ildə  Moskvada  yaradılmışdır. 
ASALA ilə sıx ilişkiləri var. Keçmiş sovet məkanında terrorçu-
ların  fəaliyyəti  üçün  onları  saxta  sənədlərlə  təmin  edir.  Qara-
bağa silah və muzdluların ötürülməsində iştirak edir. 
“Gənc  ermənilər  ittifaqı”:  Diplomatların  oğurlanması  ilə 
məşğul olan bu təşkilat 1990-cı ildə Fransada yaradılıb.  
“9  iyun  qrupu”:  Həbsdə  olan  erməni  terrorçularının  azad 
olunmasına çalışan bu təşkilat 1991-ci ildə İsveçrədə yaradılıb.  
“Ġsveçrə  qrupu”:  Avropanın  bir  çox  ölkəsində  fəaliyyət 
göstərən bu təşkilat Fransa, İtaliya və Yunanıstanda keçirilmiş 
4 terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür.  
“Demokratik  cəbhə”:  ABŞ,  Kanada  və  Batı  Avropada 
fəaliyyət  göstərir.  Başlıca  məqsədi,  Türkiyə  Cümhuriyətinin 
parçalanmasıdır. 
“Ġntiharçılar  eskadronu”:  1981-ci  ildə  Parisdə  yaradıl-
mışdır. Həmin ildə bu təşkilat Türkiyənin Fransadakı baş kon-
sulluğunun  zəbt  edilməsində  iştirak  etmiş,  nəticədə  qrupun  4 
nümayəndəsi,  həmçinin  keçmiş  rəhbəri  Yan  KaĢkayan  həbs 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
29 
edilmişdir.  Hazırda  qrupa  Vazqen  Sakasaslenyan  başçılıq 
edir. 
“Apostol”:  2001-ci  il  aprel  ayının  29-da  əsasən  Ermənis-
tan,  Suriya  və  Livan  vətəndaşlarından  ibarət  olan  Ermənistan 
Müdafiə  Birliyi  tərəfindən  yaradılmışdır.  Məqsədi:  Türkiyə  və 
Azərbaycan ərazilərində terror aktları keçirməkdir.  
Tarixin  müxtəlif  məqamlarında  erməni  vandalizmindən, 
erməni  terrorundan  Azərbaycanın  bütün  bölgəri  ziyan  çək-
mişdir. Şəhərlər, kəndlər və digər yaşayış məskənləri erməni 
quldurları tərəfindən yandırılaraq talan edilmiş, minlərlə gü-
nahsız insan qətlə yetirilmişdir. Belə yaşayış məntəqələrindən 
biri  də  Xocavənd  rayonunun  Qaradağlı  kəndidir  ki,  XX 
yüzildə  beş  dəfə  ermənilər  tərəfindən  dağıdılmışdır.  1905, 
1907,  1915,  1918-ci  illərdə  azərbaycanlılara  qarşı  həyata  ke-
çirilən  terror,  vandalizm,  soyqırım  aktları  sovetlər  dövründə 
müvəqqəti unudulsa da, bu faciə və ağrılar insanların yadda-
şından heç zaman silinməmişdir. 
 
 
 
 
 
 
 
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
30 
QARADAĞLI  KƏNDĠ 
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
31 
Qaradağlı kəndi – Xocavənd rayon mərkəzindən 13 km qərb-
də, Xocavənd-Xankəndi avtomobil yolunun qırağında, dağətəyi 
ərazidə  yerləşir.  Əhalisi  əsasən  heyvandarlıq,  taxılçılıq,  bara-
maçılıq,  üzümçülük  və  bostançılıqla  məşğul  olurdu.  Kəndin 
Qaradağlı,  Mirzəli,  Mirzəxanlı,
.
Məşəmmədli,  Usuflu,
 
Məm-
mərzəli,
 
Vərəndəli,  Alı,  Tağılı,  Məmmədsəfili,  Gəmcilli,
 
Gül-
pərilər, Əbülhəsənli adlı tirə və nəsilləri var. Şuşu, İtuçan qaya, 
Nağı  meşəsi,  Heydər  bağı,  Kar  daş,  Namaz  ölən  yol,  Şirinin 
meşəsi,  Sebinin  meşəsi,  Pambıqlı  dərə,  Qaranlıq  dərə,  Manas 
dərəsi,  Manas  düzü,  Musa  dərəsi,  Pişikli  dərə,  Dəhnə  dərəsi, 
Vərəndəli  dərəsi,  Bəylik  bağı,  Baba  bulağı,  Məmməd  bulağı, 
Bəylik  bulağı,  Kar  daş  bulağı,  Çanaq  bulağı,  Fındıqlı  bulaq, 
Qorğalı  bulağı,  Çiçək  bulağı,  Vərəndəli  kəhrizi  və  s.  coğrafi 
adlar qeydə alınıb. 
 
 
  
 
 
 
 
 
Qaradağ  toponimi  qara  və  dağ  sözlərinin  birləşməsindən 
yaranıb.  Qara  sözü  qədim  türk  dilində  “böyük”  və  “rəng” 
anlamları daşımışdır. Deməli, Qaradağ sözü “böyük, uca dağ”, 
süxurlarının  rəngi  qara  olan  dağ”  anlamındadır.  Dağ  (tağ
sözünə VI-VIII yüzilliklərə aid qədim türk yazılı abidələrində, 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
32 
Kaşğarlı  Mahmud  sözlüyündə  (XI  yüzil),  “Kitabi-Dədə 
Qorqud” dastanlarında da rast gəlinir. 
Azərbaycanda  (Ağdam,  Ağdaş,  Balakən,  Beyləqan,  Bərdə, 
Füzuli, Goranboy, Xaçmaz, Xocalı, Xocavənd, Şəki, Tərtər və 
Ucarda)  Qaradağlı  adlı  14  kənd  vardır.  Bu  oykonimin 
paralellərinə  Güney  Azərbaycan  (İran),  Qərbi  Azərbaycan 
(indiki  “Ermənistan”),  Türkiyə  və  digər  ərazilərdə  də  rast 
gəlirik. Keçən  yüzilliyin 30-cu illərinə qədər Laçın rayonunun 
Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. 
Bu  kəndin  adı  Sarı  Aşığın  bir  bayatısında  da  çəkilir.  XX 
yüzilin  60-cı  illərinədək  Qərbi  Azərbaycan  (“Ermənistan”) 
ərazisində də Qaradağlı adlı kənd qeydə alınmışdır. 
Dağlıq  Qarabağda  özünün  qədim  tarixi  ilə  yanaşı  başqa 
özəllikləri  ilə  də  seçilən  Qaradağlı  kəndi,  bu  gözəl  təbiətli 
coğrafiyada  dünyaya  gəlmiş  saf  əqidəli,  pak  niyyətli,  comərd 
insanları  ilə  hər  zaman  fərqlənmişdir.  Qarabağ  xanlığı 
dövründə,  istərsə  də  çar  Rusiyası  zamanında  Qaradağlı  elinin 
nüfuzlu ağsaqqalları, imkanlı adamları söz və mənsəb sahibləri 
olmuşlar. 
Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonrakı 
dövrdə,  yəni  1928-ci  ildə  Qaradağlı  kəndində  I  -  IV  sinif 
həcmində  ibtidai  məktəb  yaradılmış,  1956-cı  ildə  həmin 
məktəb genişləndirilərək 8 illik əsas məktəbə, 1974-cü ildə isə  
tam  orta  təhsil  verən  bilik  ocağına  çevrilmişdir.  İşğal 
ərəfəsində  (1991  -  1992-ci  tədris  ilində)  məktəbdə  təhsil  alan 
şagirdlərin sayı 350 nəfərdən çox olmuşdur. 
1951-ci ildə heç bir zərurət olmadan azərbaycanlıların yaşa-
dığı  Vərəndəli  kəndi  ləğv  edilərək  Qaradağlı  kəndinə  birləş-
dirilmişdir. Bu artıq Qarabağda erməni məkrinin (məqsədyönlü 
siyasətinin)  növbəti  mərhələsi  idi.  Belə  ki,  azərbaycanlılar 
yaşayan  kəndlərin  adları  məqsədli  şəkildə  dəyişdirilir,  başqa 
kəndlərlə  birləşdirilir  yaxud  tamamilə  ləğv  edilərək  əhalisinin 
digər  ərazilərə  köçürülməsi  təşkil  edilirdi.  Bununla  Muxtar 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
33 
Vilayətdə  demoqrafik  durumu  ermənilərin  xeyrinə  dəyişmək, 
seperatçılıq və terror əməllərinə əsaslı zəmin yaratmaq məqsədi 
güdülürdü.  Həmin  dövrə  kimi  fəaliyyət  göstərmiş  Qaradağlı 
kənd  sovetliyi  (icra  nümayəndəliyi)  də  ləğv  olunaraq  erməni 
kəndi  olan  Qağarza
 
kənd  sovetliyinə  birləşdirilmişdi.  Eyni 
vaxtda  Qaradağlı  kənd  kolxozu  da  ləğv  olunmuş  və  ermənilər 
yaşayan  kəndlərin  təsərrüfatları  ilə  birlikdə  “Miçurin”  adına 
kolxozda birləşdirilmişdi. 1971-ci ildə Qaradağlı kəndi erməni 
kəndlərindən  ayrılaraq  “Nəriman  Nərimanov”  adına  kolxoz 
yaratmış,  1980-ci  il  oktyabr  ayının  2-də  isə  Qaradağlı  kənd 
sovetliyinin fəaliyyəti yenidən bərpa olunmuşdur.  
Amalları  qurub-yaratmaq  olan,  yurdun  abad  olması  üçün 
gecə-gündüz  halal  zəhmətlə  yorulmadan  çalışan  azərbaycanlı-
ların həyat düzənləri elə 80-ci illərin sonlarından, Ermənistanın 
torpaq  iddiası  baş  qaldırandan  sonra  dərindən  pozuldu.  Zorla 
cəlb  olunduğumuz  ədalətsiz  müharibədə  bu  kənd  də,  bir  çox 
kənd  və  şəhərlərimiz  kimi  çox  fəlakətlər  yaşadı  və  200  təsər-
rüfatı, 800 nəfərdən çox sakini olan Qaradağlı kəndi 17 fevral 
1992-ci  ildə  ermənilər  tərəfindən  işğal  edilərək  yandırıldı, 
əmlakı talan edildi.  
Ermənistanın  Azərbaycana  qarşı  başlatmış  olduğu  elan 
olunmamış  müharibənin  gedişatında  Qaradağlı  kəndindən  43 
ailə  öz  başçısını  itirmiş,  78  nəfər  dinc  sakin  ermənilər  tərəfin-
dən qətlə yetirilmişdir. 
 
 
 
 
 
 
 
 
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
34 
 
 
GĠZLĠ NĠYYƏTLƏR 
AÇIQ ĠFADƏ OLUNMAĞA BAġLAYIRDI... 
 
 Hələ  Sovetlər  dövründə  belə  öz  təcavüzkarlıq  siyasətini 
müxtəlif  üsulvə  vasitələrlə  həyata  keçirməyə  yaxud  buna  əl-
verişli  zəmin  hazırlamağa  çalışan  ermənilər,  milli  münaqişəni 
qızışdırmaq  üçün  ən  qanlı  terror  olaylarını  törətməkdən  belə 
çəkinmirdilər. – 1967-ci ildə milli münaqişə yaratmaq üçün əs-
lən Qaradağlı kəndindən olan üç nəfərə böhtan ataraq həbs et-
dirən  ermənilər,  həmin  adamların  məhkəmədə  bəraət  almala-
rına  məhəl  qoymayaraq  günorta  çağı  (sovet  əsgərlərinin  gözü 
qarşısında (-!?)) həmin üç nəfər azərbaycanlının başını kəsərək, 
üzərlərinə  benzin  töküb  yandırmışdılar.  Bu  azərbaycanlılara 
qarşı  hazırlanan  və  həyata  keçirilən  qanlı  təxribat,  açıq  terror 
hadisəsi idi.  
XX  yüzilin  səksəninci  illərinin  sonlarında  Dağlıq 
Qarabağın Azərbaycandan qoparılması istiqamətində öz qeyri-
qanuni, heç bir tarixi, hüquqi (və digər parametrlər üzrə) əsası 
olmayan məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə 
edən  ermənilər,  Moskvanın  yüksək  statuslu  anti
-
azərbaycan 
meyilli  məmurlarından  güclü  şəkildə  yararlanırdılar.  O  dövrki 
respublika rəhbərliyi isə konkret mövqe bildirmək əvəzinə, xal-
qı Sovet rəhbərliyinin hansısa tədbirlər görəcəyinə inandırmağa 
çalışırdı.  
1988-ci  il  12  fevral  günü  ermənilər  gizli  niyyətlərini  açıq 
şəkildə ifadə etdikdən sonra, məlum Qarabağ hadisələri başlan-
dı. Hadisələrin başlandığı ilk günlərdən Dağlıq Qarabağda ya-
şayan  azərbaycanlılar  elə  bir  instansiya  qalmadı  ki,  öz  haqq 
səslərini çatdırıb, müraciət etməsinlər. Lakin bunlar heç bir nə-
ticə vermirdi. Münaqişə isə getdikcə genişlənir, daha qanlı xa-
rakter  alırdı.  ...Kəndlər,  şəhərlər  yandırılır,  talan  edilirdi.  Belə 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
35 
rayonlardan biri də Xocavənd rayonu idi. Zorla cəlb olunduğu-
muz  bu  ədalətsiz  müharibədə  Xocavəndlilər  öz  dədə-baba 
yurdlarının qorunması uğrunda 145 nəfər şəhid vermişdir ki, bu 
da  rayonun  azərbaycanlı  əhalisinin  hər  50  nəfərindən  biri  de-
məkdir. (Şəhid olan rayon sakinlərindən 13-ü qadın, 13-ü uşaq 
olmuşdur. Çoxlu sayda insan isə sağlamlığını itirərək əlil olub.)  
Rayonun Qaradağlı kənd sakinləri öz dədə-baba torpaqları-
nı  erməni  silahlı  birliklərindən  bacardıqları  qədər  qorumuş  – 
dörd il dirəniş göstərə bilmişlər. Qaradağlılardan 78 nəfər şəhid 
olmuşdur ki, bu da kənd sakinlərinin hər 10 nəfərindəndən biri 
deməkdi... 
 
 
 
 
 
 
 
 
 
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
36 
 
QARADAĞLI SOYQIRIMININ 
QISA XRONĠKASI: 
(ADLAR, QISA TANITIMLAR,  
FOTO VƏ FAKTLARLA...
 
...Qaradağlı kəndində ölümlə nəticələnən ilk qanlı hadisə 24 
noyabr  1990-cı  ildə  baş  verdi.  3  nəfər  dinc  sakini  (-biri  Qara-
dağlı kəndindən, digər ikisi isə qonaq olan azərbaycanlını) Xo-
cavənd-Xankəndi  yolunun  6  km.-də  qətlə  yetirən  ermənilər 
onların  sinələrinə  güllə  ilə  xaç  şəkli  çəkmişdilər.  Onlardan 
kənd  sakini  Xandəmir  Bəbir  oğlu  Hüseynov  Qaradağlıda, 
digər  iki  nəfər  isə  öz  ellərinə  -  Füzuli  rayonuna  aparılaraq, 
orada dəfn olunmuşdur. 
 
Xandəmir 
Bəbir 
oğlu 
Hüseynov  –  1932-ci  ildə  Xoca-
vənd  rayonunun  Qaradağlı  kən-
dində doğulub. Orta təhsilli, sadə 
zəhmət  adamı  idi.  Altı  övlad  
atası idi.  
24 noyabr 1990-cı ildə ermə-
nilər tərəfindən qətlə yetirilib. 
Və  çox  keçmədi  ki,  kənddə 
ölümlə nəticələnən növbəti qanlı 
hadisə baş verdi.  
09 yanvar 1991-ci ildə kəndə 
gələn  “UAZ”  markalı  avtomaşın 
erməni  silahlıları  tərəfindən  atə-
şə tutuldu, bir nəfər - Soltan Rə-
Ģid oğlu Bayramov həlak oldu.  

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
37 
(Həmin  hadisə  vaxtı  daha  4  nəfər  yaralanmışdı.  Yaralılar-
dan Nemət Əsgər oğlu Səmədov  Əfqar Musa oğlu Əzizov 
aldıqları yaralardan bir xeyli sonra dünyalarını dəyişdilər.) 
 
 
 
Soltan  RəĢid  oğlu  Bayra-
mov    -    1958  ci  il  oktyabr  ayı-
nın  27-də  Qaradağlı  kəndində 
doğulmuşdur. 
Orta  təhsilini 
burada  başa  vurduqdan  sonra 
Şuşa  Kənd  Təsərrüfatı  Texni-
kumunu  bitirmiş  və  daha  sonra 
isə  Azərbaycan  Kənd  Təsərrü-
fatı  İnistitutunun  (indiki  Azər-
baycan  Dövlət  Aqrar  Universi-
teti)  qiyabi  şöbəsində  təhsilini  
davam etdirmişdir.  
Qaradağlı  kənd,  Nəriman 
Nərimanov adına kolxozun ida-
rə  heyətinin  sədri  olan  Soltan 
Bayramov 09 yanvar 1991-ci ildə erməni silahlıları tərəfindən 
qətlə yetirilib.  
Ailəli idi, dörd övladı yadigar qalıb. 
       
 
 
 
 
 
 
 
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
38 
 
1991-ci il mart ayının 8-də Qaradağlı kəndi ətrafında 
qətlə yetirilən azərbaycanlılar: 
 
Zülfüqar 
Dəmir 
oğlu 
Hüseynov  –  1951-ci  il  noyabr 
ayının  10-da  Qaradağlı  kəndin-
də 
doğulmuşdur.  Qaradağlı 
kənd 8 illik məktəbində, Martu-
ni  (indiki  Xocavənd)  orta  mək-
təbində  oxumuşdur.  Ardınca 
Şuşa Kənd Təsərrüfatı Texniku-
munu  bitirən  Zülfüqar,  uzun 
müddət ixtisası üzrə işləmişdir.  
1991-ci  il  mart  ayının  8-də 
erməni  silahlı  birlikləri  tərəfin-
dən qətlə yetirilib.  
 Ailəli idi, beş övladı yadigar qalıb.    
 
Yüklə 5,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin