Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində



Yüklə 5,65 Mb.
Pdf görüntüsü
səhifə6/13
tarix06.09.2017
ölçüsü5,65 Mb.
#29114
1   2   3   4   5   6   7   8   9   ...   13

 Zakir 
Gülüm 
oğlu 
Tağıyev  –  1963-cü  il  noyabr 
ayının  20-də  Qaradağlı  kən-
dində  doğulmuşdur.  Qara-
dağlı  kənd  orta  məktəbini 
bitirmişdi.  Şuşa  Kənd  Təsər-
rüfatı Texnikumundan məzun 
olduqdan  sonra  Qaradağlı 
kənd 
Mədəniyyət 
Evinin 
direktoru  vəzifəsində  çalışır-
dı.  Ermənistanın  Azərbaycan 
torpaqlarına işğalçılq hərəkət-
ləri  başlanandan  sonra  Zakir 
də  kəndin  müdafiəsinə  qalx-
mışdı. O da 17 fevral 1992-ci 
ildə əsir götürülmüş və “Bəylik Bağı”nda qətlə yetirilmişdir.  
Zakir ailəli idi, bir qız övladı yadigar qalıb. 
 
 Nahid 
Adil 
oğlu 
Hüseynov –1971-ci il noyabr 
ayının  17-də  Qaradağlı  kən-
dində  doğulmuş,  Qaradağlı 
kənd  orta  məktəbini  bitirmiş-
dir.  O,  idmanın  sərbəst  güləş 
növünə  maraq  göstərir,  bu 
növ  üzrə  qatıldığı    yarışlarda 
həmişə  uğurla  çıxış  edirdi. 
Doğma  yurdunun  qorunması 
uğrunda  igiliklə  mübarizə 
apararaq  şəhid  olan  oğulları-
mızdan  biri  də  Nahid    idi. 
1992-ci  ilin  17  fevral  günü 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
73 
Qaradağlı  düşmənlər  tərəfindən  işğal  olununca,  Nahid  də 
kəndin sağ qalan digər sakinləri kimi ermənilər tərəfindən əsir 
götürülmüş, “Bəylik Bağı”nda güllələnmişdir. 
Nahid şəhid olarkən 21 yaşı vardı, hələ subay idi. 
 
  Alov  Əfqar oğlu Əzi-
zov  –  1968-ci  il  sentyabr 
ayının  1-də  Qaradağlı  kən-
dində  doğulmuşdur.  Qara-
dağlı  kənd  orta  məktəbini 
bitirmişdi.  Hərbi  xidmətini 
Sovet Ordusu tərkibində Əf-
qanıstanda  keçmiş,  tərxis 
olunduqdan  sonra  təhsilini 
davam etdirmək üçün  Azər-
baycan Pedaqoji Rus dili və 
Ədəbiyyatı  İnistitutunun  (  - 
indiki BSU) qiyabi şöbəsinə 
daxil olmuşdu. O, Qaradağlı 
kənd  orta  məktəbində  “Rus 
dili” fənnini tədris edirdi.  
Dağlıq  Qarabağda  cərəyan  edən  hadisələr,  Qaradağlı  kən-
dində  durumun  günü-günündən  gərginləşməsi  Alovu  da  kitab-
qələmi  silahla  əvəz  etməyə,  doğma  yurdun  müdafiəsinə  qalx-
mağa vadar etmişdi. 1992-ci ilin yanvar ayının 12-də ermənilə-
rin kəndə növbəti həmləsinin qarşısı alınarkən o, ayağından ya-
ralanmışdı. Çətinliklə Ağdam xəstəxanasına çatdırılan Alov, üç 
günlük müalicədən sonra yenidən Qaradağlıya qayıtmışdı.  
1992-ci  ilin  17  fevralında  –  kəndin  işğal  günü  əsir  götürü-
lən Alov və qardaşı AtəĢ otuz nəfərə yaxın həmkəndlisi ilə bir-
gə  “Bəylik  Bağı”nda  ermənilər  tərəfindən  güllələnərək  qətlə 
yetirilmişdir.  
Alov Əzizov subay idi. 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
74 
 AtəĢ Əfqar oğlu Əzizov – 
1971-ci  il  fevral  ayının  13-
də  Qaradağlı  kəndində  doğul-
muşdur.  Qaradağlı  kənd  orta 
məktəbini  bitirmişdi.  1990-cı 
ildə  Azərbaycan  Texnologiya 
İnistitutuna (indiki Azərbaycan 
Texnologiya Universiteti) daxil 
olmuşdu. 
Kəndinin  müdafiəsində  da-
yanan  gənclərin  sırasında  AtəĢ 
də var idi. Qaradağlı işğal olu-
nanda  əsir  götürülən  AtəĢ  və 
(artıq yuxarıda da bilgi verdiyi-
miz  kimi)  böyük  qardaşı  Alov 
digər həmkəndliləri ilə birgə “Bəylik Bağı”nda düşmənlər tərə-
findən güllələnərək qətlə yetirilmişdir.  
Qardaşı Alov kimi AtəĢ də hələ subay idi. 
 
 Talıb  Yaqub  oğlu  Mus-
tafayev  –  1973-cü  il  yanvar 
ayının  26-da  Qaradağlı  kən-
dində doğulmuşdur. Qaradağ-
lı kənd orta məktəbində təhsil 
almışdı.  Uşaqlıqdan  idmanın 
karate  növü  ilə  məşğul  idi. 
Bir müddət Rusiyanın İrkutsk 
vilayətində  yaşayan  Talıb, 
burda  Texniki  Peşə  Məktəbi-
nə  daxil  olmuşdu.  Erməni  tə-
cavüzkarlığı 
şiddətlənəndə 
Talıb doğulub boya-başa çat-
dığı  kəndə  qayıtmış  və  özü-

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
75 
nümüdafiə dəstəsinə qoşulmuşdu.  
Qaradağlı  işğal  olunarkən,  kəndin  sağ  qalmış  sakinləri  ilə 
birgə əsir götürülən Talıb da “Bəylik Bağı”nda düşmənlər tərə-
findən güllələnərək qətlə yetirilmişdir.  
 
 Zahid Zeynal oğlu Əli-
yev – 1955-ci il oktyabr ayı-
nın  1-də  Beyləqan  rayonun 
Əlinəzərli  kəndində  doğul-
muş,  ibtidai  təhsilini  Əlin-
əzərli  kəndində  almışdır. 
Sonra  ailəsi  Qaradağlı  kən-
dinə  köçdüyündən,  Zahid 
Əliyev  orta  təhsilini  Qara-
dağlıda  davam  etdirmişdir. 
Ardınca Bərdə şəhər 47 say-
lı  Texniki  Peşə  Məktəbinə  
daxil  olmuş  Zahid  Əliyev, 
burada  tam  kursu  başa  vur-
duqdan sonra, təhsilini artır-
maq üçün Şuşa Kənd Təsər-
rüfatı Texnikumunun qiyabi şöbəsinə daxil olmuşdu.  
O,  Nəriman  Nərimanov  adına  kolxozda  xəzinədar  vəzifə-
sində çalışırdı. Ermənistanın təcavüzkarlığı açıq xarakter alan-
da, Zahid də doğma yurdun müdafiəsinə qalxmışdı. 
Qaradağlı  kəndi  işğal  olunarkən  kəndin  digər  sakinləri  ilə 
bir yerdə əsir götürülən Zahid,  “Bəylik Bağı”nda güllələnərək 
qətlə yetirilmişdir.  
Dörd övladı yadigar qalıb.    

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
76 
 
Mirzəli Nüsrət oğlu Quliyev – 
1952-ci  il  aprel  ayının  15-də 
Qaradağlı  kəndində  doğulmuşdur. 
Qaradağlı  kənd  məktəbində  nata-
mam orta təhsil almışdı. 
O,  Qaradağlıda  əmək  fəaliyyəti 
ilə məşğul idi. Erməni təcavüzkarlı-
ğı  başlayanda  Mirzəli  də,  kəndin 
özünümüdafiə  dəstəsinə  qoşulmuş-
du.  Qaradağlı  kəndi  ermənilər  tərə-
findən  işğal  olununca,  kəndin  sağ 
qalmış  digər  sakinləri  ilə  bir  yerdə 
əsir  götürülmüş  Mirzəli,  “Bəylik  Bağı”nda  güllələnərək  qətlə 
yetirilənlərdən biridir.  
Mirzəlinin beş övladı yadigar qalıb.   

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
77 
 
SOYQIRIM AKTININ 
“ZƏKĠ BULAĞI” SƏHĠFƏSĠ... 
 
 
 Sərvər Ġldırım oğlu Abbasov –  
1962-ci  il  noyabr  ayının  10-da 
Qaradağlı  kəndində  doğulmuş,  Qa-
radağlı  kənd  orta  məktəbində  təhsil 
almışdır.  Ali  təhsilini  Azərbaycan 
Kənd  Təsərrüfatı  İnistitutunun  (indi-
ki Azərbaycan  Dövlət  Aqrar Univer-
siteti)  Aqranomluq  fakültəsində  al-
mış və mütəxəsis kimi doğma kəndi-
nə qayıtmışdır.  
Sərvər  Abbasov  el-oba  içərisin-
də  sayğılı  insanlardan  idi.  1991-ci 
ilin yanvar ayında o, milis leytenantı 
olaraq,  Qaradağlı  kəndinə  sahə  müvəkkili  vəzifəsinə  təyin 
olunmuşdu.  Kəndin  erməni  silahlılarından  qorunmasında  onun 
və  digər  həmkarlarının  bəlli  xidmətləri  olmuşdur.  17  fevral 
1992-ci ildə Qaradağlı məlum işğala uğradı, kəndin bir çox sa-
kinləri kimi  S.Abbasov da ermənilər tərəfindən əsir götürüldü 
və  “Zəki  bulağı”  deyilən  yerdə  təcavüzkarlar  tərəfindən  güllə-
lənərək qətlə yetirildi. 
S. Abbasovun iki övladı yadigar qalıb. 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
78 
 
Elmidar RəĢid oğlu Bayramov 
–  1960-cı  il  oktyabr  ayının  20-də 
Qaradağlı  kəndində  doğulmuş,  Qa-
radağlı  kənd  orta  məktəbində  təhsil 
almışdır. Ardınca Ağdam Kənd Tə-
sərrüfatı  Texnikumuna  daxil  olmuş 
və orada tam kursu başa vuraraq aq-
ronomluq ixtisasına yiyələnmişdi.  
Qaradağlı  kolxozunda  üzümçü-
lük  briqadiri  kimi  çalışmağa  başla-
yan  Elmidar,  bacarıqlı  bir  insan 
kimi  tezliklə  hamının  sayğısını  qazanmışdı.  Məlum  Qarabağ 
olayları – Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüz-
karlığı başlanandan sonra Elmidar da vətənin müdafiəsinə atıl-
mışdı.  
(1991-ci  il  yanvar  ayının  9-da  onun  qardaşı  Sultan,  sent-
yabr ayının 8-də isə bacısı Nazənim ermənilər tərəfindən qətlə 
yetirilmişdi.) 
Qaradağlı  kəndi  ermənilər  tərəfindən  işğal  olunanda  o  da 
əsir  götürülənlər  arasında  idi.  Elmidarın  olduğu  yük  avtomo-
bili “Zəki bulağı”nda dayandırılmış və o, təcavüzkarlar tərəfin-
dən güllələnərək qətlə yetirilmişdir.  
Ailəli idi, iki qız övladı yadigar qalıb. 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
79 
 
SOYQIRIM AKTININ 
NĠNGĠ (CƏMĠYYƏT) SƏHĠFƏSĠ... 
 
   Zahid  Əyyub  oğlu  Xəlilov 
– 1949-cu il noyabr ayının 12-də 
Qaradağlı  kəndində  doğulmuş-
dur.  Qaradağlı  kənd  orta  mək-
təbinin  səkkizinci  sinifini  bitir-
miş, ota təhsilini isə Martuni bey-
nəlmiləl  məktəbində  başa  vur-
muşdu.  Ardınca  Şuşa  Kənd  Tə-
sərrüfatı Texnikumuna  daxil olan 
Z.Xəlilov,  burada  baytarlıq  ixti-
sasına  yiyələnmişdi.  Ermənista-
nın Azərbaycan torpaqlarına qarşı 
təcavüzə başlaması Z.Xəlilovu da 
Vətənin  müdafiəsinə  qaldırmışdı 
və  o,  kənd  özünümüdafiə  dəstə-
sində  öz yerini almışdı. 
Qaradağlı Ermənistan silahlı qüvvələri tərəfindən işğal olu-
nunca  girov  götürülənlərdən  biri  də    Z.Xəlilov  idi.  Onun  da 
mindirildiyi  yük  avtomobili  ermənilərin  məskunlaşdırıldığı 
Ningi  (Cəmiyyət)  kəndində  dayandırılmış  və  o,  təcavüzkarlar 
tərəfindən qətlə yetirilmişdir.  
Ailəli idi. İki övladı yadigar qalıb. 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
80 
 
 
   Həbib  Həmzə  oğlu  Hüsey-
nov  – 1938-ci ildə Qaradağlı kən-
dində 
doğulmuşdur.  Qaradağlı 
kəndində  poçt  müdiri  vəzifəsində 
işləyirdi. Həbib Hüseynov dürüst, 
hamı  ilə  xoş  ünsiyyət  yaratmağı 
bacaran  insan  idi.  Cəlb  olunduğu-
muz  ədalətsiz  və  elan  olunmamış 
müharibə  onun  ailəsinə  böyük 
bədbəxtliklər  gətirdi.  8  sentyabr 
1991-ci  ildə  həyat  yoldaşı  Rahilə 
xanım, 16 fevral 1992-ci ildə oğlu 
Xanalı  ermənilər  tərəfindən  qətlə 
yetirilmişdi.  
Fevralın 17-də isə  Həbib Hüseynov özü və  məktəbli oğlu 
ĠbiĢ ermənilər tərəfindən əsir götürülmüşdür. Əsirlər zorla yük 
maşınlarına mindirilərkən ata və oğul bir-birindən ayrı düşmüş, 
(artıq  yuxarıda  bilgi  verdiyimiz  kimi)  İbiş  “Bəylik  Bağı”nda 
qətlə yetirilmiş, H.Hüseynov isə Ningi kəndinə gətirilərək, bu-
rada  nümayişkarcasına  başından  güllə  ilə  vurularaq  qətlə  ye-
tirilmişdir.  
(Beləliklə,  amansız  müharbə  bu  ailədən  4  nəfərin  öm-
rünə  son  qoydu  ki,  bu  da  tək  bir  ailənin  yox,  bütövlükdə 
xalqımızın baĢına gələn olumsuz hadisələrin çox acı bir ör-
nəyidir...) 
 
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
81 
 
ƏSĠRLĠKDƏ OLARKƏN QƏTLƏ YETĠRĠLƏNLƏR 
      
   Əsirlərin bir qismi Qaradağlı-Xankəndi yolu boyunca qətl edil-
miş, hələ qətl edilməmiş əsirlərin faciəsi, məşəqqəti isə davam edirdi. 
Onlar  ermənilər  tərəfindən  dəhşətli  əzab  və  işgəncələrə  məruz  qalır, 
döyülür,  təhqir  edilirdilər.  Ən  adi  insanlıq  hissini  belə  itirmiş 
Ermənistan  silahlı  qüvvələrinin  mənsubları  əsir  və  girovlara  qarşı 
bütün  amansızlıqları  etdikdən  sonra  da...  yetinmədmiş  və  əsir  azər-
baycanlıların bir bölümünü də əsirkən qətlə yetirilmişlər...  
Onlarla tanıĢ olaq: 
 
Ġmran  Əhməd  oğlu 
Hüseynov  –1936-cı  ildə 
Qaradağlı  kəndində  doğul-
muş,    Qaradağlı  kənd  mək-
təbində təhsil almışdır. Sadə 
peşə  adamı,  zəhmətkeş  in-
san idi.  
Ġ.Hüseynov  10    övlad 
böyüdüb,  boya-başa  çatdır-
mışdı.  Qaradağlı  kəndi  Er-
mənistan  silahlı  qüvvələri 
tərəfindən  işğal  olunan  gün 
əsir  götürülənlərdən  arasın-
da  Ġmran  Hüseynov  və 
onun həyat yoldaşı Həqiqət xanım da vardı.  
Əsirlikdə verilən işgəncələrin, döyülmə və təhqirlərin sonu-
cu olaraq Ġ.Hüseynov 1992-ci il fevral ayının 27-də Xankəndi 
həbsxanasında dünyasını dəyişmişdir...  
    

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
82 
 
BöyükkiĢi  Lələ  oğlu  ġirinov 
–  1931-ci  ildə  Xocavənd  rayo-
nunun  Vərəndəli  kəndində  doğul-
muşdur.  (1951-ci  ildə  Vərəndəli 
kəndi  heç  bir  zərurət  olmadan 
ləğv  edildikdən  sonra  onların 
ailəsi də digər kənd sakinləri kimi 
Qaradağlı kəndinə köçmüşdü.)  
Düzgün davranışlı, halal adam 
olan  BöyükkiĢi  ġirinov,  Qara-
dağlı  kəndinin  sayılıb-seçilən  ağ-
saqqallarından idi. Qaradağlı işğal 
olunarkən əsir götürülənlərdən bi-
ri  də  o  idi.  Əsirlikdə  verilən  iş-
gəncələrin  sonucunda,  B.ġirinov  mart  ayının  24-də  Xankəndi 
həbsxanasında dünyasını dəyişmişdir.  
Bir övladı yadigar qalıb. 
 
Kamil  Sərdar  oğlu  Tağıyev 
– 1973-cü il avqust ayının 31-də 
Qaradağlı  kəndində  doğulmuş, 
Qaradağlı  kənd  orta  məktəbində 
oxumuşdur.  Tərbiyəli  bir  gənc 
kimi  hamının  sayğısını  qazan-
mışdı. Kamil doğma kəndinə er-
məni 
həmlələrinin 
qarşısının 
alınmasında  dəfələrlə  iştirak  et-
mişdi.  Qaradağlı  işğal  olunan 
gün,  əsir    götürülənlərdən    biri  
də  Kamil  və  onun  atası  Sərdar 
Tağıyev idi.  
Əsir  götürülənlər  Xankəndi 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
83 
şəhərinə gətirilərək, burada həbsxana və soyuq zirzəmilərə yer-
ləşdirilmişdilər.  Burada  gördüyü  işgəncə  və  əzabların  sonucu 
olaraq,  25  mart  1992-ci  ildə  Kamil  Tağıyev  də  həyata  göz-
lərini yummuşdur.  
 
Fazil Cavad oğluVəliyev –  
1957-ci il noyabr ayının 14-
də  Qaradağlı  kəndində  doğul-
muş,  Qaradağlı  kənd  orta  mək-
təbində  oxumuş,  ardınca  125 
saylı  Texniki  Peşə  Məktəbində 
dülgər  ixtisasına  yiyələnmişdir. 
İşgüzar, sadə və dürüst bir insan 
idi. 
Fazil  Vəliyev  vətənpərvər 
bir  insan  kimi  doğma  kəndinə 
erməni  həmlələrinin  qarşısının 
alınmasında    iştirak    etmişdir.  
Qaradağlı  ermənilər  tərəfindən 
işğal  olunan  gün,  əsir  götürü-
lənlərdən biri də o idi.  
Əsir götürülmüş digər həmkəndliləri kimi Fazil Vəliyev də 
Xankəndi  şəhərinə  gətirilmiş  və  burada  həbsxana  ortamında 
hər  gün  gördüyü    işgəncə  və  əzablardan  20  mart  1992-ci  ildə 
dünyasını dəyişmişdir.  
Beş övlad atası idi. 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
84 
 
Əlastan Nəriman oğlu Qu-
liyev  –  1944-cü  ildə  Qaradağlı 
kəndində  doğulmuş,  Qaradağlı 
kənd  məktəbində  təhsil  almış-
dır.  İşgüzar,  sadə  və  dürüst  bir 
insan idi. 
Oğlu 
Əloğlan 
Quliyev 
1991-ci  ilin  8  sentyabrında  er-
mənilər  tərəfindən  qətlə  yetiril-
mişdi.  
Ə.Quliyev  Qaradağlıya  er-
məni  həmlələrinin  qarşısının 
alınmasında dəfələrlə iştirak et-
mişdi.  
Qaradağlı  ermənilər  tərəfin-
dən işğal olunan gün əsir götürülənlərdən biri də o idi.  
Əsir götürülən digər həmkəndliləri kimi o da Xankəndi şə-
həri-nə  gətirilmiş,  həbsxanada  yerləşdirilmişdi.  Həbsxanada 
hər  gün  döyülən,  işgəncə  və  əzablara  məruz  qalan  Ə.Quliyev, 
1992-ci il mart ayının 21-də - Azərbaycanlılar üçün qutsal olan 
Yenigün  (Novruz)  Bayramında  Xankəndi  həbsxanasında  qəd-
darlıqla döyülərək qətlə yetirilmişdir.  
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
85 
ġura Avdıhüseyn oğlu Hü-
seynov – 1934-cü ildə Qaradağ-
lı kəndində doğulmuş, Qaradağ-
lı kənd yeddi illik məktəbini bi-
tirmişdir. İşgüzar, sadə bir insan 
idi.  Beş  övlad  böyüdüb,  boya-
başa çatdırmışdı. 
Qaradağlı  ermənilər  tərəfin-
dən  işğal  olunan  vaxt,  kəndin 
sağ  qalmış  digər  sakinləri  ilə 
birgə o da əsir götürülərək Xan-
kəndinə  gətirilmiş,  həbsxanaya 
atılmışdı.  Həbsxanada  hər  gün 
döyülən,  işgəncə  və  əzablara 
məruz  qalan  ġura  Hüseynov,  1992-ci  il  mart  ayının  31-də 
Xankəndi həbsxanasında həyata gözlərini yummuşdur... 
 
 ġura Ġbad oğlu Nazarov –  
1925-ci  ildə  Qaradağlı  kən-
dində  doğulmuş,    Qaradağlı 
kəndində ibtidai təhsil almışdır. 
Səkkiz övlad atası idi. 
ġ.Nazarov  işgüzar,  torpağa 
bağlı bir insan idi.  
Qaradağlı  kəndi  ermənilər 
tərəfindən  işğal  olunan  gün, 
kəndin  sağ  qalmış  sakinləri  ilə 
birgə  əsir  götürülənlərdən  biri 
də ġ.Nazarov idi.  
Əsir  götürülən  digər  həm-
kəndliləri  kimi  o  da  Xankəndi 
şəhərinə  gətirilərək,  həbsxana 
divarları  arasına  atılmışdı.  Həbsxanada  hər  gün  mənəvi,  fiziki 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
86 
işgəncə  və  əzablara  məruz  qalan  ġ.Nazarov,  1992-ci  il  mart 
ayının  21-də  -  Azərbaycanlılar  üçün  qutsal  olan  Yenigün 
(Novruz)  Bayramında  Xankəndi  həbsxanasında  qəddarlıqla 
döyülərək qətlə yetirilmişdir.  
 
 
 
 Kamal 
Bəylər 
oğlu 
Quliyev  –1927-ci  ildə  aprel 
ayının  1-də  Qaradağlı  kən-
dində  doğulmuş,  burada  ibti-
dai  təhsil  almışdır.  Uzun  illər 
kənd  təsərrüfatının  müxtəlif 
sahələrində  çalışan  Kamal 
Quliyev, işgüzar, torpağa bağ-
lı bir insan idi.  
Qaradağlı  ermənilər  tərə-
findən  işğal  olunanda  əsir  gö-
türülənlərdən  biri  də  o  idi.  O 
da  bir  çox  həmkəndlisi  kimi 
Xankəndi  şəhərinə  gətirilmiş, 
həbsxana divarları arasına atılmışdı. 
Həbsxanada  hər  gün  döyülən,  işgəncə  və  əzablara  məruz 
qalan  ixtiyar  yaşlı  K.Quliyev,  1992-ci  il    aprel  ayının  2-də 
Xankəndi həbsxanasında qətlə yetirilmişdir...  
Yeddi övlad atası idi. 
 
 
 
 
 
 
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
87 
 
 
TALELƏRĠNDƏN XƏBƏR ALINMAYAN 
QARADAĞLILAR... 
 
...Qanlı faciədən yeni faciələr doğurdu. Erməni vandal-
ları  neçə-neçə  insanın  taleyini  öz  bildikləri  kimi  müəyyən 
edir,  ata-anaların,  qardaĢ  və  bacıların  ürəyinə  sağalmaz 
dağlar çəkirdilər... 
Oğul  itkisinin,  övlad  yoxluğunun  nə  qədər  ağır,  dözülməz 
olduğu bəllidir. Lakin övladının sonrakı taleyi haqqında heç bir 
bilginin  olmamasına,  əzizinin  izsiz-soraqsız  yoxa  çıxmasına 
dözmək və yaşamaq daha çətin, daha dəhşətlidir..! Hər an övla-
dı haqqında bir xəbər eşitmək ümidi ilə yaşayan, hər yerdə göz-
ləri  ilə  onu  axtaran  və  illər  keçdikcə  bu  yoxluğun  əbədiyyətə 
qədər  olacağını  yəqin  edən  ana  ömrünün  hər  dəqiqəsinin,  hər 
saatının nə qədər kədərli olduğunu sözlə ifadə etmək çətindi... 
Bu əzabı ürəyində çəkən və  yaşadanlar, 19  fevral 1992-ci ildə 
əsir  saxlandıqları  Xankəndi  həbsxanasından  çıxarılaraq  namə-
lum istiqamətdə aparılan, sonrakı talelərindən heç bir xəbər ol-
mayan  Vətənin,  Hafizin,  Mikayılın,  Əbülfətin,  Füzulinin 
doğmaları və yaxınlarıdır...  

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
88 
 
Yüklə 5,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin