Ələkbər Məmməd oğlu
Quliyev –1946-cı ildə Qaradağlı
kəndində doğul-muşdur. Qara-
dağlı kənd əsas məktəbini bitir-
mişdi, sadə peşə adamı idi. 1991-
ci il mart ayının 8-də Qaradağlı
kəndinin 3 km.-də “Kar daş”
adlanan ərazidə erməni silahlı
birlikləri tərəfindən qətlə yetiril-
ib. Ailəli idi.
Qaradağlıda dəfn olunub.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
39
***
Bütünlüklə erməni kəndlərinin çevrəsində olan Qaradağlı
28.06.1991-ci il tarixdə hər yandan erməni silahlı birlikləri
tərəfindən atəşə tutularkən, atışma 3 saata yaxın davam etmiş,
kəndin bir neçə yaşayış evi yandırılmışdır.
Atışma səngiyəndən sonra kəndin 3 km.-də, Vərəndəli
adlanan yerdəki fermada güclü yanğın baş verdiyi bəlli olub.
Hadisə yerinə gələnlər dəhşətli terror hadisəsinə şahid olub:
Fermada olan 6 nəfərin hər biri diri-diri yandırılmışdı. (Ha-
disəni araşdırmaq üçün yaradılmış istintaq qrupu, atılmış
güllələrin və istifadə olunmuş silahların rus hərbçilərinə aid
olduğunu sübut edib. Hadisədə günahkar olan ermənilərdən
bir qrupu tutulsa da, sonradan müəmmalı şəkildə azadlığa
buraxılıblar...)
Həmin terror qurbanlarını təqdim edirik:
Bakir Qaçay oğlu Tağıyev
– 1948-ci ildə Xocavənd rayo-
nunun Vərəndəli kəndində do-
ğulmuşdur. Orta təhsilini Qara-
dağlı kənd orta məktəbində ba-
şa vurduqdan sonra bir müddət
kolxozda çalışmış, sonra hərbi
xidmətə çağırılmış və xidmətin
ardınca yenidən kolxozda əmək
fəaliyyətinə davam etmişdir.
Ailəli idi, 6 övladı yadigar
qalıb.
Qənirə Paşayeva, Şaiq Aslanov
40
Tohid Cəlil oğlu Məmmədov
– 1936-cı ildə Xocavənd rayonu-
nun Vərəndəli kəndində doğul-
muş, Qaradağlı kənd orta məktə-
bində ibtidai təhsil almışdır.
İşgüzar, əməksevər sadə zəh-
mət adamı olan Tohid Məmmə-
dov, 11 uşaq atası idi.
Ġltifat Əjdər oğlu ġirinov –
1962-ci ildə Qaradağlı kən-
dində doğulmuşdur. İltifat sadə
peşə, halal zəhmət adamı idi. Mə-
lum qətl zamanı İltifatın yanmış
meyidini onunla eyni vaxtda qətl
edilmiş anası Qaragöz Həbil
qızının meyidindən çətinliklə ayı-
ra bilmişdilər. O, mümkün olduğu
qədər – son nəfəsini verincəyədək
anasını qorumağa çalışmış, lakin
bunu bacarmayınca... onunla bir-
gə həlak olmuşdur.
Ġltifat ġirinov 2 uşaq atası idi.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
41
Qaragöz
Həbil
qızı
ġirinova – 1936-cı ildə Xoca-
vənd rayonunun Vərəndəli
kəndində doğulmuşdur.
(1951-ci ildə Vərəndəli
kəndi ləğv olunduqdan sonra
kəndin digər sakinləri kimi o
da Qaradağlı kəndinə köçü-
rülmüşdü.)
Zəhmətkeş
insan olan
Qaragöz ġirinova həm də
qayğıkeş ana idi. O, dünyaya
8 övlad gətirib, tərbiyə etmiş-
di.
Səbiqə Mürsəl qızı Hüsey-
nova – 01 iyul 1936-cı ildə
Qaradağlı kəndində doğulmuş-
dur. İlk təhsilini doğma kən-
dində almış, hələ gənc yaşla-
rından başlayaraq əmək fəaliy-
yəti ilə məşğul olmuşdu.
2 övlad anası idi.
Qənirə Paşayeva, Şaiq Aslanov
42
Məxmər
Məcid
qızı
Hüseynova – 1928-ci ildə Qa-
radağlı kəndində doğulmuş-
dur.
Məxmər Hüseynova gü-
lərüz, səmimi, işgüzar və qay-
ğıkeş ana idi.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
43
Qənirə Paşayeva, Şaiq Aslanov
44
Növbəti qanlı terror hadisəsi: 8 sentyabr 1991-ci il
tarixdə baş verdi. Ağdamdan Qaradağlıya gələn sərnişin avto-
busu Xocavənd-Xankəndi yolunun 5 km.-də pusquda durmuş
erməni silahlıları tərəfindən güclü atəşə tutuldu. Avtobus gül-
lələrdən deşik-deşik olunca, 40-a yaxın sərnişindən 2 gənc
oğlan, 6 qadın olmaqla 8 nəfər qətlə yetirildi.
Cəzasız qalan ermənilər daha da azğınlaşaraq, növbəti
qanlı planlar hazırlayıb həyata keçirirdilər. Beləliklə, göstərilən
tarixdən etibarən kəndə sərbəst gediş-gəliş mümkünsüz hala
gəlmişdi.
Həmin gün səhid olanlar:
Əloğlan Əlaslan oğlu
Quliyev – 25 sentyabr 1973-
cü ildə Qaradağlı kəndində
doğulmuşdur. Qaradağlı kənd
orta məktəbini bitirdikdən
sonra bir müddət Rusiya Fe-
derasiyasında yaşamış, daha
sonra yenidən doğulub boya-
başa çatdığı kəndə qayıtmış-
dı. Lakin düşmən bu gəncin
ömrünü yarı yolda kəsdi: 18
yaşlı Əloğlan, 8 sentyabr
1991-ci ildə ermənilər tərə-
findən qətlə yetirildi.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
45
Gündüz Əlqəmə oğlu
Quliyev – 27 fevral 1969-cu
ildə Qaradağlı kəndində do-
ğulmuşdur. Qaradağlı kənd
orta məktəbinin səkkizinci
sinfini bitirdikdən sonra təhsi-
lini texniki peşə məktəbində
davam etdirmiş, 1986-cı ildə
“qaynaqcı” peşəsi üzrə tam
kurs bitirərək müxtəlif sahə-
lərdə əmək fəaliyyəti ilə məş-
ğul olmuşdu. Sadə əmək ada-
mı idi.
Nazənim
RəĢid
qızı
Quliyeva – 04 sentyabr 1955-
ci ildə Qaradağlı kəndində
doğulmuş, Qaradağlı kənd or-
ta məktəbini bitirmişdir.
Nazənim Quliyeva 7 öv-
lad anası idi.
Qənirə Paşayeva, Şaiq Aslanov
46
Rahilə ġahmar qızı Hüseyno-
va –1948-ci ildə Qaradağlı kəndin-
də doğulmuşdur. Qaradağlı kənd o-
rta məktəbini bitirmişdi. 7 övlad
anası idi.
(Zorla cəlb olunduğumuz əda-
lətsiz (və elan olunmamış) mühari-
bə - Ermənistanın Azərbaycan tor-
paqlarına təcavüzü Rahilə xanımın
ailəsinə böyük bədbəxtliklər gətirdi.
Onun oğlu Xanalı Hüseynov 1992-
ci il fevral ayının 16-da erməni
silahlı birliklərinin Qaradağlı kəndinə hücumu zamanı şəhid
olmuş, bir gün sonra isə məktəb yaşlı digər oğlu ĠbiĢ və həyat
yoldaşı Həbib Hüseynov ermənilər tərəfindən əsir götürülüb,
sonra da qətlə yetirilmişdi.)
RəxĢəndə Bayram qızı
Hüseynova – 1902-ci ildə Qa-
radağlı kəndində doğulmuşdur.
RəxĢəndə Hüseynova qay-
ğıkeş və mehrian bir insan idi.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
47
Qənirə
Həmid
qızı
Hüseynova – 1939-cu ildə
Qaradağlı kəndində doğul-
muşdur. Qaradağlı kənd or-
ta
məktəbini
bitirmişdi.
Səkkiz övlad anası idi (on-
lardan ikisi ermənilər tərə-
findən qətlə yetirilib).
Gülzəndə Bakir qızı
Səmədova – 1960-cı ildə
Qaradağlı kəndində doğul-
muşdur. Qaradağlı kənd
orta məktəbini bitirmişdi.
Gülzəndə Səmədova üç
övlad anası idi.
Qənirə Paşayeva, Şaiq Aslanov
48
Validə
Həmid
qızı
Babayeva – 1932-ci ildə
Qaradağlı kəndində doğul-
muşdur. İbtidai təhsilini hə-
min kənddə almışdı. Olduq-
ca zəhmətkeş insan, altı öv-
lad anası olan Validə xanım,
1991-ci il sentyabr ayının 8-
də Ağdam şəhərindən qayı-
darkən məlum qanlı hadisə
nəticəsində ağır güllə yarası
almış, başqa üç nəfərlə birgə
vertolyotla Bakı şəhərinə
çatdırılsa da, həyatını xilas
etmək mümkün olmamış, bir il müddətində yataq xəstəsi
olduqdan sonra 12 sentyabr 1992-ci ildə vəfat etmişdir.
***
Həmin vaxat avtobusda olmuş və təsadüf nəticəsində sağ
qalan kənd sakinlərindən 5 nəfəri aldıqları yara və keçirdikləri
stresin nəticəsində sonradan həyata vəda etdilər. Onların siya-
hısı:
1. Əvəz Mahmud oğlu Hüseynov
2. Ənvər MiriĢ oğlu Hüseynov
3.
Ürzüyar Pəsi qızı Hüseynova
4. Göyçək Həmid qızı Hüseynova
5. Ġltifat Yelmar oğlu Əzizov.
***
Ermənilərin 8 sentyabr 1991-ci il tarixli avtobus saldırısın-
dan sağ qalanların siyahısı (Təəssüf ki, onların da bir çoxu
sonrakı hadislər dönəmində erməni zülmünün ağır nəticələrini
öz həyatlarında bilavasitə daşımalı oldular):
Qaradağlı soyqırımı şahidlərin dili ilə
49
1. Ümudvar İsa oğlu Əliyev - işğal günü əsir götürülüb
2. Təyyar Əmirxan oğlu Əliyev
3. Almazxan Arazxan oğlu Hüseynov
4. Durna Cəlil qızı Hüseynova
5.
Möhübbət Qaçay oğlu Süleymanov - işğal günü əsir
götürülüb
6. Minarə Cəfər qızı Şirinova - işğal günü əsir düşüb
7. Ədalət Şahmar oğlu Məmmədov - işğal günü şəhid olub
8. Zülü Məhəmməd oğlu Əliyev
9. Minbirgül Əsgər qızı Hüseynova
10. Çimnaz Ələmşad qızı Hüseynova
11. Nisə Hüseyn qızı Hüseynova
12. Zülfiqar Həmzə oğlu Hüseynov – sürücü, aldığı ağır
yaradan əlil olub
13. Fəxriyyə Mahmud qızı Hüseynova
14. Əlqəmə Baloğlan oğlu Quliyev - işğal günü əsir düşüb
15. Böyükkişi Lələ oğlu Şirinov - işğal nəticəsində həlak
olub
16. Rəşid Həşim oğlu Bayramov - işğal nəticəsində həlak
olub
17. Elmidar Rəşid oğlu Bayramov - işğal nəticəsində həlak
olub
18. Afərim Alıhüseyn qızı Bayramova
19. Həbib Həmzə oğlu Hüseynov - işğal nəticəsində həlak
olub
20. Əbülfət Hilal oğlu Əliyev
21. Vidadi Aydın oğlu Abbasov
Qənirə Paşayeva, Şaiq Aslanov
50
VƏZĠYYƏT GÜNBƏGÜN
AĞIRLAġIRDI...
Böyük Vətən Müharibəsi
iştirakçısı, 1910-cu il təvəllüdlü
Qasım Hüseyn oğlu Əliyev 08
yanvar 1992-cı il ildə kəndin
yaxınlığında ermənilər tərəfin-
dən vəhşicəsinə qətlə yetirilmiş,
onun 100-ə yaxın şəxsi qoyunu
ermənilər tərəfindən aparılmış-
dır. Həmin gün Azərbaycan
Milli Ordusunun kəndin müda-
fiəsində dayanan əsgəri, 23 yaş-
lı Məzahir Gülverdiyev də
ağır döyüşdə şəhid olaraq Qara-
dağlı torpağının qurbanı oldu...
(Hər iki şəhidin cəsədi kənddən böyük çətinliklə - vertolyot
vasitəsi ilə çıxarılmışdır.)
Artıq Qarabağı Qarabağın əsl sakinlərindən – azərbaycan-
lılardan təmizləmə siyasəti özünün son həddinə yaxınlaşır,
Qaradağlının halqası tam daralırdı. 19 dekabr 1991-ci ildə
Qaradağlı kəndinin 12 km.-də yerləşən Xocavənd rayonunun
Xocavənd kəndi işğal edildi. Növbəti hədəf Qaradağlıdır.
Bütövlükdə ermənilərin məskunlaşdığı iyirmiyə yaxın
kəndinin əhatəsində olan Qaradağlı, Xocavənd (keçmiş
Martuni) - Xankəndi yolunun üzərində yerləşirdi.
Kənddə durum getdikcə çətinləşirdi... Ağdamda olan kənd
sakinləri çox çalışsalar da, heç bir real kömək əldə edə bilmir
,
düşmən isə işğal niyyətlərini həyata keçirmək üçün yeni planlar
hazırlayırdı...
Qaradağlı soyqırımı şahidlərin dili ilə
51
1992-ci il fevral ayının 14-də
Kənxurd (Azərbaycan
torpaqlarını işğal siyasətinin əsas ideoloqlarından olan Zori
Balayanın anadan olduğu kənd), Qağarza, Ağkənd, Aşan,
Müşkabad, Ningi, Xankəndi və ermənilərin məskunlaşdığı
digər yaşayış məntəqələri istiqamətindən erməni silahlı
birlikləri xarici muzdluların və Xankəndində yerləşən 366-cı
alayın texnikasından, canlı qüvvəsindən istifadə etməklə,
əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı
kəndinə qəti və sürətli hücuma keçdi. Yalnız az miqdarda sadə
silaha sahib olan kənddə düşmənlə qeyri bərabər döyüş
başladı... Artıq məsələnin sonluğu aydın idi – qarşıda iki yol
dururdu: şərəfli ölüm və ya təslim olma. Qaradağlı sakinləri
birinci yola üstünlük verdi. Bu yolu seçən qaradağlılar 4 gün
ərzində son güllələrinə qədər müdafiə olundu. Silah-sürsatı
tükənən soydaşlarımızı sonda Ermənistan silahlı qüvvələri əsir
götürdü və bu insanların növbəti məşəqqəti başlandı.
Qənirə Paşayeva, Şaiq Aslanov
52
QARADAĞLI KƏNDĠNDƏ BAġ VERMĠġ
AXIRINCI DÖYÜġLƏRĠN XRONĠKASI
16.02.1992-ci il:
daha 4 nəfər Ģəhid oldu...
Nobil ƏliĢ oğlu Zeynalov
– 05 fevral 1955-ci ildə Xoca-
vənd rayonunun Qaradağlı
kəndində doğulmuşdur. İlk
təhsilini
doğma Qaradağlı
məktəbində almış, Xankəndi
Pedoqoji İnstitutunun Azər-
baycan dili və Ədəbiyyatı fa-
kültəsini bitirərək, Qaradağlı
kənd orta məktəbində müəllim
kimi çalışmışdır. Özünün yük-
sək mədəni və insani keyfiy-
yətləri ilə məktəb kollektivi və
kənd sakinlərinin sayğısını qa-
zanan Nobil Zeynalov, 1986-cı ildə məktəb direktoru vəzifəsi-
nə təyin olunmuşdu.
16 fevral 1992-ci ildə, Ermənistan silahlı qüvvələri tərəfin-
dən yönləndirilən erməni silahlı birləşmələrinin Qaradağlı
kəndinə növbəti hücumu zamanı baş verən döyüşdə şəhid
olmuşdur.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
53
Xanalı
Həbib
oğlu
Hüseynov – 1969-cu il de-
kabrın 12-də Qaradağlı kən-
dində doğulmuş, orta təhsilini
Qaradağlı məktəbində almış-
dır. Anası ermənilər tərəfin-
dən qətlə yetirilmişdir.
Asayiş keşikçisi olan Xa-
nalı Qaradağlının müdafiəsin-
də sonadək igidliklə iştirak et-
miş, 16 fevral 1992-ci ildə şə-
hid olmuşdur.
Altay Məhəmməd oğlu
Həsənov – 1970-ci il may
ayının 5-də Qaradağlı kən-
dində doğulmuş, orta təhsi-
lini Qaradağlı məktəbində
almışdır. O, cəsur və qorx-
mazlığı ilə seçilirdi.
Hər zaman müdafiənin
ön sırasında olan Altay da,
16 fevral 1992-ci il tarix-
dəki məlum düşmən hücu-
munu dəf edrkən, igidliklə
döyüşərək şəhid olmuşdur.
Qənirə Paşayeva, Şaiq Aslanov
54
Əsgər
Səməd
oğlu
Hüseynov – 1922-ci ildə Qara-
dağlı kəndində doğulmuş, do-
ğulduğu kənddə ibtidai təhsil
almışdır. II Dünya Müharibəsi-
nin iştirakçısı olan Əsgər Hü-
seynov, Berlinə kimi şərəfli
döyüş yolu keçmişdir.
16 fevral 1992-ci il tarixdə
erməni silahlı birliklərinin Qa-
radağlı kəndinə növbəti hücu-
mu zamanı evinə yaxınlaşan
ermənilərə müqavimət göstə-
rərkən qətlə yetirilib.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
55
17 FEVRAL 1992-Cİ İLDƏ – QARADAĞLININ ĠġĞAL
EDĠLDĠYĠ GÜN ġƏHĠD OLANLAR:
Əliqismət Qara oğlu Kərimov –
1969-cu il fevral ayının 26-da
Qaradağlı kəndində doğulmuş, Qara-
dağlı kənd orta məktəbini bitirmişdir.
Vətən torpaqlarının qorunmasında
igidliyi ilə daim fərqlənən polis
əməkdaşı Ə.Kərimov, erməni silahlı
birlikləri ilə mübarizədə həmişə öndə
olardı.
17 fevral 1992-ci ildə Qaradağlı
kəndinə ermənilərin qəti hücumu nə-
ticəsində Əliqismət hər iki ayağın-
dan yaralanmış və xeyli qan itirmiş-
di. Saat 16.00 radələrində Ermənistan silahlı qüvvələri Qara-
dağlını işğal edincə... Əliqismət gözlərini əbədi olaraq həyata
yumdu.
Manaf Ġslam oğlu DadaĢov -
1973-cü ildə Qaradağlı kəndində
doğulmuş, Qaradağlı kənd orta
məktəbində təhsil almışdır. O, 15
fevral 1992-ci ildə erməni silahlı
birləşmələrinin Qaradağlı kəndinə
hücumu zamanı 1 saylı müdafiə
postunda keşik çəkirdi. Həmin gün
həmkəndliləri Nobil Zeynalov, Al-
tay Hüseynov və Xanalı Həsənov
qəhrəmancasına şəhid oldu. Onlar-
dan bir az aralıda mövqe tutan Manaf isə ayaqlarından ağır ya-
Qənirə Paşayeva, Şaiq Aslanov
56
ralanaraq yerimə qabiliyyətini itirdi. Böyük çətinliklə, sürünə-
sürünə özünü həmkəndlilərinin olduğu digər müdafiə məntəqəsinə
çatdıra bilsə də, o da fevral ayının 17-də gözlərini əbədi olaraq
yumdu...
RəĢid HəĢim oğlu Bayramov –
1927-ci ildə Qaradağlı kəndində
doğulmuş, doğulduğu kənddə ibtidai
təhsil almışdır. Kənd sakinlərinin
böyük sayğısını qazanmış RəĢid
Bayramov, amansız müharibənin
gedişində iki övladını ( Soltan Bay-
ramov və Nazənim Quliyeva) itir-
mişdi. 60 yaşlı bu ağsaqqal özü də,
17 fevral 1992-ci ildə Ermənistan
silahlı qüvvələrinin Qaradağlı kən-
dinə növbəti hücumu zamanı düş-
mən gülləsinə tuş gələrək həlak olmuşdur... (Onun diğər oğlu
Elmidar Bayramov isə fevral ayının 17-də Qaradağlı kəndi
işğal olunan zaman əsir götürülərək qətlə yetirilib.)
Dostları ilə paylaş: |