Zibər Abdıhüseyn qızı Rüstə-
mova – 1918-ci ildə Qaradağlı kən-
dində doğulmuşdur. Onun bütün
ömrü doğma kəndində keçmişdir.
Zibər Rüstəmova kənd sakinləri tə-
rəfindən hər zaman sayğı ilə qarşıla-
nan mehriban bir ağbirçək idi.
17 fevral 1992-ci ildə ermənilə-
rin Qaradağlı kəndini işğal günündə
öz həyətində həlak edilmişdir...
Qaradağlı soyqırımı şahidlərin dili ilə
57
Arif Ġbrahim oğlu Bayramov –
1940-cı il oktyabr ayının 1-də
Qaradağlı kəndində doğulmuş, Qara-
dağlı kənd məktəbini bitirmişdir.
Halal zəhmətlə dolanan Arif
Bayramov doqquz övlad atası idi.
Qaradağlının müdafiəsi zamanı
ermənilərin snayperdən açdığı atəşlə
qətlə yetirilmişdir.
Qənirə Paşayeva, Şaiq Aslanov
58
SOYQIRIM AKTININ SƏHĠFƏLƏRĠ...
Ermənistan Silahlı Qüvvələrinin mənsubları əsir götürdük-
ləri kənd sakinlərinin olduğu “KAMAZ” markalı yük avtomo-
billərini müxtəlif yerlərdə, o cümlədən Qaradağlı-Xankəndi yo-
lu üzərində yerləşən erməni kəndlərində saxlayır, vəhşi ritual
nümayiş etdirirlərmiş kimi həmin kəndlərdən toplanmış insan-
ların gözləri qarşısında günahsız insanları birbaşa atəşlə qətlə
yetirir, öz hərəkətlərindən “yırtıcı zövq”ü alır... sonra yenidən
yola davam edirdilər...
İlk öncə “Pir”də gerçəkləşdirilən bu qeyri-insani hərəkət,
sonra “Bəylik Bağı” adlanan yerdə baş verdi. Əksəriyyəti
gənclər olmaqla, 23 nəfər azərbaycanlı ermənilər tərəfindən
güllələndi, əksəriyyəti yaralı halda “silos quyusu”na tökülərək
üzərləri torpaqlandı... - Bu barədə hadisənin canlı sahidi,
həmin gün təsadüf nəticəsində sağ qalan Vidadi Qardaşxan
oğlu Hüseynov bilgi vermişdir.
Hadisənin dəhşəti yalnız o deyil ki, ermənilər gənc azərbay-
canlıları güllələyirdi, bundan daha dəhşətlisi odur ki, atanın-
ananın, qardaşın gözləri qarşısında onların doğmaları
güllələnirdi. Şahid danışır ki, gənclər sinələrini açaraq daha
öncə güllələnmək istəyirdi ki, başqalarının dəhşətini görmədən
həlak olsunlar...
Əsirlərin bəziləri elə oradaca güllələnmiş, qalanları isə
yaralı halda Xankəndinə aparılaraq, daha ağır aqibətə urcah
edilmişlər...
“Bəylik Bağı”ndan sonra azərbaycanlıların qanı axıdılan
növbəti “duracaq”... “Zəki Bulağı” deyilən yer oldu. Aşağıda
ardıcıl olaraq “Pir”, “Bəylik Bağı” və “Zəki Bulağı”nda,
habelə ermənilərin məskunlaşdığı Ningi (Cəmiyyət) kəndində
qətl edilmiş azərbaycanlılar haqqında qısa bilgi verilir:
Qaradağlı soyqırımı şahidlərin dili ilə
59
SOYQIRIM AKTININ “PĠR” SƏHĠFƏSĠ...
Eldar Ġsa oğlu DadaĢov -
1939-cı il fevral ayının 6-da Qara-
dağlı kəndində doğulmuş, Qa-
radağlı kənd yeddi illik məktəbini
bitirmişdir. El-obanın sayğın sakin-
lərindən idi. 17 fevral 1992-ci il
tarixdə Qaradağı kəndi işğal olun-
duqdan sonra digər həmkəndliləri
və oğlu Uğur ilə birlikdə ermənilər
tərəfindən girov götürülən Eldar
DadaĢov, kəndin kənarında –
“ Pir”
adlanan
yerdə
qətlə
yetirilmişdir. Oğlu Uğur isə kəndin 2 km.-dəki “ Bəylik Bağı”
deyilən yerdə güllələnmişdir.
ġahmurad Abdıhüseyn oğlu
Hüseynov – 1928-ci ildə Qara-
dağlı kəndində doğulmuş, Qara-
dağlı kənd məktəbində ibtidai
təhsil almışdır. Yeddi uşaq atası,
olduqca qonaqpərvər və dostcanlı
insan olan ġahmurad Hüseyno-
va kənd sakinləri hər zaman sayğı
ilə yanaşırdılar. 17 fevral 1992-ci
il tarixdə Qaradağı kəndi işğal
olunduqdan sonra digər həm-
kəndliləri ilə birlikdə əsir götürül-
müş və kəndin kənarında –
“ Pir”də hamının gözü qarşısında
qətlə yetirilmişdir.
Qənirə Paşayeva, Şaiq Aslanov
60
Dəmir Musa oğlu Hüseynov –
1920-ci ildə Qaradağlı kəndində
doğulmuş, Qaradağlı kənd məktə-
bində ibtidai təhsil almışdır. II Dün-
ya Müharibəsi iştirakçısı olmuş,
şərəfli döyüş yolu keçmişdir. Səkkiz
övlad boyüdüb boya-başa çatdırmış
Dəmir Hüseynov, ailəsini halal zəh-
mətlə dolandıran zəhmətkeş insan
idi. 17 fevral 1992-ci il tarixdə Qa-
radağı kəndi işğal olunduqdan sonra
nəvəsi 17 yaşlı Fədail ( Fədailin ata-
sı Zülfüqar 1991-ci il mart ayının 9-da ermənilər tərəfindən
qətlə yetirilmişdi) və digər həmkəndliləri ilə birlikdə əsir götü-
rülmüşdür.
Ermənilər əsir götürdükləri kənd sakinlərindən əsasən gənc-
ləri seçərək başqa maşınlara yığarkən D.Hüseynov nəvəsinə
həyan olmaq üçün onunla eyni avtomobilə minir. Ermənilər
yük avtomobilini “Pir”də saxlayınca, onu da nəvəsi Fədaillə
birgə yerə düşürüb güllələyirlər...
Fədail
Zülfüqar
oğlu
Hüseynov – 1975-ci ildə Qara-
dağlı kəndində anadan olmuşdur.
Qaradağlı kənd orta məktəbinin
şagirdi idi. Şəhid övladı olan Fə-
dail (yuxarıda da qeyd etdiyimiz
kimi), 17 fevral 1992-ci ildə Qara-
dağı kəndinin ermənilər tərəfindən
işğalı zamanı digər həmkəndliləri
ilə birgə girov götürülmüş, “Pir”də
babası ilə birgə güllələnmişdir.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
61
SOYQIRIM AKTININ “BƏYLĠK BAĞI” SƏHĠFƏSĠ...
Telman
Tevon
oğlu
Tağıyev –1953-cü il fevral
ayının 20-də Qaradağlı kən-
dində doğulmuşdur. Keçmiş
Martuni
beynəlmiləl
orta
məktəbini bitirmişdi. Beş öv-
lad atası olan Telman Tağı-
yev Qaradağlı kənd orta mək-
təbində
maşınşünaslıqdan
dərs deyirdi. O, Qaradağlı
kəndinin qorunmasında fəal
iştirak etmişdir.
Bəlli olduğu kimi, Qara-
dağlının işğal edildiyi gün kən-
din yüzdən artıq sakini əsir götürülmüşdü. Kəndin 2 km.-dəki
“Bəylik Bağı” adlanan ərazidə əsasən cavanların olduğu “əsir daşı-
yan avtomobil” saxlanılaraq, əsirlərin bir bölümü burada güllələn-
mişdir. Şahid ifadəsi ilə təsdiq olunub ki, gənc azərbaycanlılar av-
tomobildən yerə atlanaraq, əli silahlı ermənilərin üzərinə gedərək,
“Qarabağ bizimdir”, “Bu torpaqlar heç vaxt sizin olmayacaq!” de-
yə etiraz səslərini ucaldırmışlar... Məhz bu vaxt Telman Tağıyev
əlində gizlətdiyi qumbaranı partlat-mağa macal taparaq, özü ilə
yanaşı bir neçə erməni silahlısını da həlak etmişdir.
Qənirə Paşayeva, Şaiq Aslanov
62
Faiq Həsrət oğlu Tağıyev
– 1961-ci il yanvar ayının 2-
də Qaradağlı kəndində doğul-
muşdur. Qaradağlı kənd orta
məktəbində
təhsil
almışdı.
Dörd övlad atası idi.
Ermənistan silahlı qüvvə-
ləri Qarabağda azərbaycanlı
əhaliyə qarşı silahlı basqınlara,
terror hadisələrinə başladıqları
zamandan Faiq də Vətənin
müdafisəinə qalxmışdı. Qara-
dağlı işğal edilincə, Faiq də əsir götürülmüş və “Bəylik Ba-
ğı”nda qətlə yetirilmişdir.
Ədalət
ġahmar
oğlu
Məmmədov –1958-ci il may
ayının 31-də Qaradağlı kən-
dində doğulmuşdur. Qaradağlı
kənd orta məktəbini bitirmişdi.
Rusiya Federasiyasının No-
voçerkask Meliorasiya Mühən-
disləri İnstitutunu bitirmişdir.
Yüksək biliyə malik, işinə
vicdanlı münasibət bəsləyən
bir insan olan Ə.Məmmədov,
el-obanın sayğın insanlarından
idi. O da Vətənin müdafi-
səində iştirak edirdi. Bir müddət sonra isə Ə.Məmmədov, artıq
Qaradağlı kənd könüllü özünümüdafiə dəstəsinin komandiri
idi. Qaradağlı işğal edilincə, “Bəylik Bağı”nda güllələnənlər-
dən biri də o idi.
Ə.Məmmədov ailəli idi. İki övladı yadigar qalıb.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
63
Məmməd Əmirxan oğlu
Məmmədov –1950-ci il av-
qust ayının 28-də Qaradağlı
kəndində doğulmuşdur. Qara-
dağlı kənd əsas məktəbini,
sonra isə keçmiş Martuni bey-
nəlmiləl orta məktəbini bitir-
mişdi. Ardınca Şuşa Kənd
Təsərrüfatı
Texnikumunda
oxuyan M.Məmmədov, uzun
müddət ixtisası üzrə çalışmış-
dır. Ermənilərin torpaq iddia-
larının baş qaldırdığı vaxtdan
başlayaraq, digər həmkəndliləri kimi M.Məmmədov da doğma
kəndini müdafiə edir, onun keşiyində dururdu.
Qaradağlı işğal edilən gün “Bəylik Bağı”nda güllələnənlər-
dən biri də M.Məmmədov idi.
M.Məmmədov ailəli idi, beş övladı yadigar qalıb.
Ərəstun
Ağalar
oğlu
Məmmədov – 1969-cu il av-
qust ayının 29-da Qaradağlı
kəndində doğulmuşdur. Qara-
dağlı kənd orta məktəbində təh-
sil almışdı. Yüksək əxlaqi key-
fiyyətlərə malik olan Ərəstun,
kəndin sayğılı gənclərindən idi.
Doğma kəndin qorunmasında
hər zaman ön sırada olan Ərəs-
tun da, 1992-ci ilin 17 fevral gü-
nü ermənilər tərəfindən “Bəylik
Bağı”nda güllələnmişdir.
Qənirə Paşayeva, Şaiq Aslanov
64
Şahid ifadəsi ilə təsdiq edilmişdir ki, erməni silahlıları
əsasən gənclərin olduğu avtomobili dayandırıb, burada 10 nə-
fəri öldürəcəklərini, əgər on nəfər könüllü düşməsə onda
hamını güllələyəcəklərini bildirincə, avtomobildən ilk olaraq
Ərəstun yerə atılmış və sinəsini açaraq “Vurun, vurun,
əclaflar! Onsuz da Qarabağ bizim olacaq!” deyə hayqırmışdır.
Və onun bu dirənişinə qarşılıq olaraq, Ermənistan silahlı
qüvvələrinin əsgərləri avtomatın dolu darağını onun açıq
sinəsinə boşaltmışlar...
Fehruz Mahmud oğlu
Hüseynov – 1952-ci il may
ayının 17-də Qaradağlı kən-
dində doğulmuşdur. Qara-
dağlı kənd səkkiz illik mək-
təbini bitirmişdi. Sadə zəhmət
adamı olan F.Hüseynov, fizi-
ki cəhətdən güclü, mərd, qo-
naqpərvər bir insan idi. Vətə-
ninin qorunmasında iştirak
edən könüllülərdən idi.
Qaradağlının işğal edildiyi
gün F.Hüseynov da ermənilər
tərəfindən əsir götürürülmüş
və “Bəylik Bağı”nda güllələnərək qətlə yetirilmişdir.
F.Hüseynov beş övlad atası idi.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
65
ĠbiĢ Həbib oğlu Hüsey-
nov –1977-ci il iyun ayının
16-da Qaradağlı kəndində do-
ğulmuşdu. Qaradağlı kənd or-
ta məktəbinin şagirdi idi.
İbişin anası Rahilə Hü-
seynova hələ 8 sentyabr
1991-ci ildə ermənilər tərə-
findən qətlə yetirilmişdi. 14
fevral 1992-ci ildə erməni si-
lahlı birliklərinin kəndə növ-
bəti hücumu zamanı ĠbiĢin
qardaşı Xanalı şəhid olmuş-
du. Qaradağlı işğal olunan gün, ĠbiĢ və atası Həbib Hüsey-
nov digər həmkəndliləri ilə birlikdə erməni silahlıları tərəfin-
dən əsir götürülmüşdü. ĠbiĢ “Bəylik Bağı”nda köksündən gül-
lələnmişdir. (ĠbiĢin atası Həbib Hüseynov isə ermənilər yaşa-
yan Cəmiyyət kəndində qətlə yetirilmişdir.)
Nəbi Mütalib oğlu Quli-
yev –1971-ci il dekabr ayının
22-də Qaradağlı kəndində do-
ğulmuşdur. Qaradağlı kənd orta
məktəbini bitirmişdi. İdmana
böyük marağı olan Nəbi, sər-
bəst güləş üzrə keçirilən yarış-
larda həmişə yüksək yerlər tu-
turdu. Doğma kəndinin ağır
günlərində müdafiənin ön sıra-
larında olmuşdur. Özəlliklə,
1992-ci il fevralın 15-i, 16-sı,
17-i tarixlərdə kəndin mü-
Qənirə Paşayeva, Şaiq Aslanov
66
dafiəsində qəhrəmancasına mübarizə aparmışdır.
Ermənilərin “Bəylik Bağı”nda güllələdiyi cavanlardan biri
də Nəbi idi...
Xaliq Məhərrəm oğlu
Əliyev – 1975-ci il avqust
ayının 1-də Qaradağlı kən-
dində doğulmuşdu. Qaradağlı
kənd orta məktəbində oxu-
yurdu. Ermənistanın Azər-
baycana təcavüzü başlananda
Xaliqin 13 yaşı vardı.
Qaradağlının işğal günü
əsir götürülərək, “Bəylik Ba-
ğı”nda” güllələnənlərdən biri
də Xaliq idi.
Aftandil Xanlar oğlu
Nağıyev – 1977-ci il avqust
ayının 22-də Qaradağlı kən-
dində doğulmuşdur. Qaradağlı
kənd orta məktəbinin şagirdi
idi. Təbiətcə sakit, olduqca
tərbiyəli, dərslərində çalışqan
bir şagird olan Aftandili
müəllimləri də, şagird yoldaş-
ları da çox sevirdilər. 17 fev-
ral 1992-ci ildə Qaradağlı iş-
ğal olunduqdan sonra qardaşı
Seyyurla birgə əsir götürül-
müş Aftandil də “Bəylik Bağı”nda qətl edilmişdir. (Digər “əsir
Qaradağlı soyqırımı şahidlərin dili ilə
67
daşıyan avtomobil”də olan qardaşı Seyyur
isə çənə nahiyə-
sindən güllə yarası almış və yalnız təsadüf nəticəsində sağ
qalmışdır.
Niftalı
Bakir
oğlu
Hüseynov – 1975-ci ildə
Qaradağlı kəndində doğul-
muşdur. Qaradağlı kənd or-
ta məktəbinin şagirdi idi.
Cəlb olunduğumuz bu əda-
lətsiz və amansız müharibə
balaca Niftalının da qəlbin-
də sağalmaz yaralar qoy-
muşdu. 1991-ci il sentyabr
ayının 8-də ermənilərin tö-
rətmiş olduqları terror aktı
nəticəsində onun anası Qə-
nirə xanım həlak olmuş,
bacısı Gülzəndə isə onurğa sütunundan ağır güllə yarası almış-
dı. (Gülzəndə bir qədər sonra - 23 iyun 1992-ci ildə onurğasın-
dakı sağalmaz güllə yarasından dünyasını dəyişmişdir.)
Qaradağlı işğal olunduqda əsir götürülmüş Niftalı da “Bəy-
lik Bağı”nda qətl edilmişdir...
Qənirə Paşayeva, Şaiq Aslanov
68
Məhi
Surxay
oğlu
Rəhimov – 1922-ci ildə Xo-
cavənd rayonunun Əmirallar
kəndində doğulmuş, doğul-
duğu kənddə ibtidai təhsil
almışdır. Sonralar Qaradağ-
lıya köçən Məhi Rəhimov,
təsərrüfatda çalışmış, az vaxt
ərzində kənd sakinləri ilə
qaynayıb-qarışmış, camaatın
sayğısını qazanmışdır. Kən-
din qorunmasında digər həm-
kəndliləri ilə çiyin-çiyinə da-
yanan M.Rəhimov da, 17
fevral 1992-ci ildə digər kənd sakinləri ilə yanaşı girov götürül-
müş və “Bəylik Bağı”nda ermənilər tərəfindən qətl edilmişdir.
Uğur Eldar oğlu Da-
daĢov – 1975-ci ildə Qara-
dağlı kəndində doğulmuşdur.
Qaradağlı kənd orta məktəbi-
nin şagirdi idi. Xarakterli,
qorxmaz bir yeniyetmə olan
Uğur, kəndi erməni təcavü-
zündən qoruyanların sırasına
qoşulmuşdu.
17 fevral 1992-ci ildə di-
gər kənd sakinləri ilə yanaşı
Uğur və atası Eldar DadaĢov
da ermənilər tərəfindən əsir
götürülmüşdü. Erməni vandalları atanı kəndin qırağında -
Uğurun gözləri qarşısında qətl etmiş, onun özünü isə “Bəylik
Bağı”nda qətlə yetirmişlər.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
69
Rəhim
Möykəmə
oğlu
Doluxanov – 6 dekabr 1969-cu
ildə Xocavənd rayonunun Qara-
dağlı kəndində doğulmuşdur.
1986-cı ildə Qaradağlı kənd orta
məktəbinin
səkkizinci
sinfini
bitirib. Həmin il Abşeron rayonu
147 saylı Orta Texniki Peşə
Məktəbinə daxil olur. 1989-cu
ildə peşə məktəbini bitirib. 1989-
cu ilin noyabrında hərbi xidmətə
çağrılan Rəhim, SSRİ Silahlı Qüvvələrindən tərxis olunduqdan
sonra Qaradağlı kəndinə qayıdaraq və kənd özünümüdafıə
dəstəsinə qoşulub.
Qaradağlının işğal günü əsir götürülən Rəhim "Bəylik
Bağı"nda qətlə yetirilib.
Qənirə Paşayeva, Şaiq Aslanov
70
Mobil
Mürsəl
oğlu
Vəliyev – 1952-ci ildə Ağdam
şəhərində doğulmuş, həmin
şəhərdə orta təhsil almışdır.
Sonralar Qaradağlıya köçən
Mobil, sadə, zəhmətkeş, xeyir-
xah bir insan idi. Erməni təca-
vüzkarlığı başlayandan Qara-
dağlının özünümüdafiəsində o
da iştirak edirdi.
Qaradağlı kəndi işğal olu-
nan gün ermənilər tərəfindən
əsir götürülmüş və “Bəylik Ba-
ğı”nda qətlə yetirilmiş azərbaycanlılardan biri də o idi.
Ailəli idi, altı övladı yadigar qalıb.
Qərib
Həsrət
oğlu
Mustafayev – 1962-ci iyul
ayının 1-də Beyləqan rayo-
nunun Dünyamalılar kən-
dində doğulmuş, Dünyama-
lılar kənd orta məktəbində
təhsil almışdır. (Qəribin əs-
lən Qaradağlı kəndindən
olan atası 1981-ci ildə ailə-
likcə yenidən doğma kəndi-
nə dönmüşdü.)
Ermənilərin Qaradağlıya
hücumları
başlayandan
Q.Mustafayev də, Qara-
dağlı Milis (- o zamankı adı
Qaradağlı soyqırımı şahidlərin dili ilə
71
ilə) Bölməsinin gənc əməkdaşlarından biri kimi kəndin qorun-
masında iştirak edirdi.
Qaradağlı kəndi işğal olunan gün - 17 fevral 1992-ci ildə
ermənilər tərəfindən əsir götürülmüş Q.Mustafayev də,
“Bəylik Bağı”nda qətlə yetirilmişdir.
Ailəli idi, iki övladı yadigar qalıb.
Nəsimi
Kazım
oğlu
Kazımov – 1968-ci il iyul
ayının 15-də Qaradağlı kən-
dində doğulmuşdur. Qara-
dağlı kənd orta məktəbini
bitirmişdi. Qısa, ancaq şərəfli
bir ömür yaşayan, Vətən yo-
lunda şəhid olan oğullardan
biri də Qaradağlı Milis Böl-
məsinin
əməkdaşı
olan
N.Kazımov idi.
Qaradağlı kəndi düşmən
tərəfindən işğal olunan gün,
kəndin sağ qalan sakinləri ilə
bir yerdə Nəsimi də əsir götürülmüş və “Bəylik Bağı”nda qətlə
yetirilmişdir.
Nəsimi Kazımov hələ ailə həyatı qurmamışdı.
Qənirə Paşayeva, Şaiq Aslanov
72
Dostları ilə paylaş: |