Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində



Yüklə 5,65 Mb.
Pdf görüntüsü
səhifə7/13
tarix06.09.2017
ölçüsü5,65 Mb.
#29114
1   2   3   4   5   6   7   8   9   10   ...   13

 Vətən 
Əmirxan  oğlu 
Əliyev  –  1972-ci  il  aprel  ayı-
nın  13-də  Qaradağlı  kəndində 
doğulmuş, Qaradağlı kənd orta 
məktəbini bitirmişdir. Olduqca 
tərbiyəli,  səmimi  və  ürəkli  bir 
oğlan olan Vətən, kənd sakin-
lərinin sevimlisi idi. Ermənilə-
rin torpaq iddiası ilə xalqımıza 
təcavüzü başlanan gündən Və-
tən  də  digər  vətənpərvər  kənd 
sakiləri ilə çiyin-çiyinə doğma 
yurdunun  müdafiəsinə  qalx-
mışdı.  
Qaradağlı  ermənilər  tərəfindən  işğal  olunanda,  o  və  özün-
dən böyük qardaşı ġahruz da əsir götürülənlərin arasında idi.  
Vətən  digər  əsir  götürülənlərlə  yanaşı    Xankəndi  şəhərinə 
aparılmış, həbsxanaya  atılmışdı.  
Özünün  və  vətəninin  başına  gələnlərlə  heç  cür  razılaşa 
bilməyən Vətən, bunu özünə böyük təhqir hesab edir, bir çıxış 
yolu axtarırdı. 1992- ci il  fevral ayının 19-da səhər saatlarında 
o  və  digər  dörd  gənc  azərbaycanlı  əsir  Xankəndi  həbsxana-
sından  çıxarılıb,  naməlum  istiqamətə  aparıldılar...  Onların 
sonrakı taleləri bu günə kimi bəlli deyil. 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
89 
 
 
Hafiz 
Elmaz 
oğlu 
Axundov – 1973-cü il yanvar 
ayının  10-da  Qaradağlı  kən-
dində  doğulmuş,  Qaradağlı 
kənd  kənd  orta  məktəbində 
oxumuşdu.  Şuşa  Kənd  Təsər-
rüfatı  Texnikumunda  təhsil 
alırdı. O, Qaradağlıya düşmən 
həmlələrinin  qarşısının  alın-
masında yaxından iştirak edir-
di.  
Qaradağlı  kəndi  ermənilər 
tərəfindən işğal olunanda Hafiz də girov götürülmüş, Xankən-
dinə aparılmışdı.  
19 yaşı təzəcə tamam olmuş Hafiz, 1992-ci il fevral ayının 
19-da səhər saatlarında   digər dörd gənc həmkəndlisi ilə birgə 
Xankəndi  həbsxanasından  çıxarılmış  və  naməlum  istiqamətə 
aparılmışdır.  Digərləri  kimi  onun  da  sonrakı  taleyi  bu  günə 
kimi dəqiq müəyyən edilməmişdir.  

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
90 
 
Mikayıl Ġslam oğlu DadaĢov 
–  1970-ci  ildə  Qaradağlı  kəndin-
də  doğulmuşdur.  Qaradağlı  kənd 
kənd  orta  məktəbinin  səkkizinci 
sinifini bitirmişdi və təhsilini 125 
saylı  Texniki  Peşə  Məktəbində 
davam  etdirirdi.  Mikayıl  doğma 
kəndinin  müdafiə  olunmasında 
çox yaxından iştirak edirdi. Qara-
dağlı  ermənilər  tərəfindən  işğal 
olunanda,  kəndin  sağ  qalmış 
sakinləri  ilə  yanaşı  Mikayıl  da 
əsir    götürülmüş,  Xankəndinə 
aparılaraq  həbsxanaya  atılmışdı. 
1992-ci  il    fevral  ayının  19-da  səhər  saatlarında    həbsxanadan 
çıxarılmış  və  naməlum  istiqamətə  aparılmış  gənc  azərbay-
canlılardan  biri  də  Mikayıl  idi.  Sonrakı  taleyi  bu  günə  kimi 
dəqiq müəyyən edilməmişdir.  
 
 
Əbülfət  Mehman  oğlu 
Hüseynov  –1975-ci  il  iyul 
ayının 1-də Qaradağlı kəndində 
doğulmuş, Qaradağlı kənd orta 
məktəbində 
təhsil 
almışdır. 
Olduqca  bacarıqlı,  çevik  və 
səmimi  olması  ilə  kənd  sakin-
lərinin  sevimlisinə  çevirilən 
Əbülfət,  yaşının  az  olmasına 
baxmayaraq,  doğma  kəndinin 
müdafiə olunmasında  yaxından 
iştirak edirdi.  

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
91 
Qaradağlı  ermənilər  tərəfindən  işğal  olunanda,  kəndin  sağ 
qalmış  sakinləri ilə bərabər o da əsir götürülmüş, Xankəndinə 
aparılaraq həbsxanaya atılmışdı. 1992-ci il  fevral ayının 19-da 
səhər  saatlarında  həbsxanadan  çıxarılıb,  naməlum  istiqamətə 
aparılanlardan biri də Əbülfət idi.  
Onların  sonrakı  taleləri  bu  günə  kimi  dəqiq  müəyyən 
edilməmişdir.  
 
Füzuli  Cavad  oğlu  Vəli-
yev  –1968-ci  il  aprel  ayının 
15-də Qaradağlı kəndində do-
ğulmuş,  Qaradağlı kənd kənd 
orta  məktəbində  təhsil  almış-
dır. Ermənilərin torpaq iddiası 
başlanan gündən Füzuli də di-
gər vətənpərvər kənd sakinləri 
ilə  birgə  doğma  yurdunun 
müdafiəsinə  qalxmış,  silahlı 
həmlələrin  qarşısının  alınma-
sında  yaxından  iştirak  etmiş-
dir.  
Füzuli  1991-ci  ildən  Qa-
radağlı  kənd Milis Bölməsinin əməkdaşı idi.  
Qaradağlı  kəndi  ermənilər  tərəfindən  işğal  olunanda  əsir 
götürülənlərdən biri də Füzuli idi.  
1992-ci il fevral ayının 19-da səhər saatlarında ermənilərin 
Vətən, Hafiz, Mikayıl və Əbülfətlə birlikdə Xankəndi həbsxa-
nasından çıxarıb naməlum istiqamətə apardığı beşinci azərbay-
canlı Füzuli idi.  
Sonrakı taleyi bu günədək dəqiq müəyyən edilməyənlərdən 
biri  olan  Füzuli  ailəli  idi.  1992-ci  il  yanvar  ayının  24-də  ana-
dan  olmuş  qızı  Xəyalə  hələ  də  adını  eşidib  üzünü  görmədiyi 
atasının yolunu gözləyir... 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
92 
 
ELAN OLUNMAMIġ MÜHARĠBƏ 
BAġLANANDAN BƏRĠ MÜXTƏLĠF 
VAXTLARDA ġƏHĠD OLANLAR

 
 
Səlim  Kazım  oğlu  Kazı-
mov  –  1958-ci  il  aprel  ayının 
15-də  Qaradağlı  kəndində  do-
ğulmuş,  Qaradağlı  kənd  orta 
məktəbini  bitirdikdən  sonra, 
təhsilini  Bakı  Yüngül  Sənaye 
Texnikumunda davam etdirmiş-
dir. Texnikumu bitirdikdən son-
ra  Səlim  ixtisası  üzrə  işləməyə 
başlamış və sonuncu iş yeri Şu-
şa  İstehlak  Cəmiyyətinin  Qara-
dağlı  kəndində  fəaliyyət  göstə-
rən  qarışıq  mallar  dükanı  ol-
muşdur.  
Qaradağlı  ermənilər  tərəfindən  işğal  edilən  gün  Səlimin 
qardaşı Nəsimi qətlə yetirilmiş,   atası  Kazım  Kazımov  isə 
əsir    götürülmüşdü.  Səlim  atasının  əsirlikdən  azad  olunması 
üçün bütün imkanlardan istifadə edir, yollar axtarırdı. Nəhayət, 
K.Kazımov 31 mart 1992-ci ildə erməni əsirliyindən azad edil-
di.  Lakin  Səlim  mart  ayının  29-da  Ağdam  rayonu  ərazisində 
həlak olmuşdu və atasını görə bilmədi...  
Ailəli idi, 3 övladı yadigar qalıb. 
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
93 
 
Elsevər Teyyub oğlu Tağı-
yev  –1976-cı  il  may  ayının  26-
da  Qaradağlı  kəndində  doğul-
muşdu.  Qaradağlı  kənd  orta 
məktəbində təhsil alırdı.  
 O, nümunəvi bir şagird idi.  
Elsevər  18  oktyabr  1991-ci 
ildə  ermənilər  tərəfindən  qətlə 
yetirilmişdir.  
 
 
 
 
 
 
 
Elçin  Möhübbət  oğlu  Sü-
leymanov  –1965-ci  il  sentyabr 
ayının 3-də Qaradağlı kəndində 
doğulmuşdur.  Qaradağlı  kənd 
orta məktəbini bitirdikdən sonra 
Rusiyanın  İrkutsk  vilayətinə 
getmiş, burada Politexnik İnisti-
tutuna daxil olmuşdu.  
Ermənilərin  Qarabağda  tö-
rətdiyi vandalizm aktları barədə 
eşidən  Elçin,  doğma  kəndinə 
qayıtmış,  özünümüdafiədə  işti-
rak etmişdir.  
O,  15  dekabr  1991-ci  ildə 
münaqişə zəminində ermənilər tərəfindən qətlə yetirilmişdir.  
Subay idi.   

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
94 
 
 
Ġltifat 
Yelmar 
oğlu 
Əzizov  –1964-cü  il  oktyabr 
ayının  24-də  Qaradağlı  kən-
dində  doğulmuşdur.  Qaradağlı 
kənd orta məktəbini bitirmişdi.  
Dağlıq  Qarabağda  erməni 
təcavüzkarlığı    başlanan  gün-
dən  Ġltifat  Əzizov  da  digər 
həmkəndliləri  kimi 
doğma 
yurdun  müdafiəsinə,  təcavüz-
karlara qarşı mübarizəyə qalx-
mışdı.  Ġltifat  müharibənin  ge-
dişində  aldığı  yaralardan,  ke-
çirdiyi  mənəvi  və  psixoloji 
sarsıntılardan 26 may 1993-cü ildə dünyasını dəyişmişdir.  
Ailəli idi, 2 övladı yadigar qalıb. 
 
Nazim  Qiyas  oğlu  Vəli-
yev –1 aprel 1961-ci ildə Qa-
radağlı  kəndində  doğulmuş-
dur.  Orta  məktəbi  Qaradağlı-
da  bitirdikdən  sonra  N.Vəli-
yev,  Şuşa  Kənd  Təsərrüfatı 
Texnikumuna  daxil  olmuş  və 
Baytarlıq  ixtisası  üzrə  təhsili-
ni davam etdirmişdir. 
Qaradağlıda  gedən  uzun-
müddətli  döyüşlərdə  N.Vəli-
yev  özünümüdafiə  dəstəsinin 
tərkibində  erməni  silahlı  bir-
liklərinə qarşı döyüşlərdə iştirak etmişdir.  

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
95 
Müharibənin  qızğın  vaxtlarında  Nazimlə  bərabər  bir  neçə 
kənd  sakini  ermənilər  tərəfindən  əsir  götürülmüşdü.  Yerli 
sakinlərin  səyi  nəticəsində  24  saatdan  sonra  əsir  götürülənləri 
azad  etmək  mümkün  olmuşdu.  Lakin  sonrakı  döyüşlərin 
birində səngər yaxınlığında mərmi partlayışı zamanı N.Vəliyev 
Psixi və nevroloji travma nəticəsində kəskin beyin qan dövranı 
pozğunluğu keçirmiş və həlak olmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
96 
 
ƏSĠRLĠKDƏN AZAD OLUNDUQDAN  
AZ SONRA VƏFAT EDƏNLƏR
 
 
Qaradağlı  kəndi  iĢğal  edildikdən  sonra  ermənilər 
tərəfindən  əsir  götürülən  kənd  sakinlərindən  54  nəfəri 
Xankəndi  və  Əsgəranda  2  aydan  artıq  müddətdə  əsirlikdə 
saxlanılmıĢdır. Bu insanların əksəriyyəti əsirlikdə olduqları 
dövrdə  ermənilər  tərəfindən  verilən  ağır  iĢgəncə  və  əzab-
ların,  məruz  qaldıqları  mənəvi  və  psixoloji  sarsıntıların 
nəticəsi  olaraq  əsirlikdən  azad  olunduqdan  az  bir  vaxt 
sonra vəfat etmiĢlər. Onların siyahısını təqdim edirik: 
 
1. Familət Gəray oğlu Şirinov 
2. Zülümxan Miriş öğlu Hüseynov 
3. Yusif Nəriman oğlu Quliyev 
4. Minayə Səməd qızı Əmirxanova 
5. Sitarə Səməd qızı Hüseynova 
6.  Məhəmməd Hüseyn oğlu Həsənov (oğlu şəhid olub) 
7. Qulu Əyyub oğlu Xəlilov (qardaşı şəhid olub) 
8. Şəmil Alı oğlu Məmmədov 
9. Sərdar Qaçay oğlu Tağıyev (oğlu və qardaşı şəhid olub) 
10. Əvəz Qaçay oğlu Tağıyev (qardaşı şəhid olub) 
11. Mirvari Təhməz qızı Hüseynova 
12. Güllər Dostu qızı Tağıyeva 
13. Mina Mirxudar qızı Sadıqova 
14. İlqar Qasım oğlu Əliyev- (atası şəhid olub) 
15. Tevon Həbil oğlu Tağıyev (oğlu şəhid olub) 
16. Atlıxan  Fərman oğlu Hüseynov 
 17. Firudun  Hümbət oğlu Hüseynov, 
  
 
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
97 
 
ġAHĠD  QARADAĞLILAR 
 
Onlar yaĢayır, amma  necə deyərlər,  fiziki cəhətdən ya-
Ģasalar  da,  əsirlikdə  çəkdikləri  məĢəqqətləri  hələ  də  onları 
sözün  bütün  mənalarında  təhdid  edir.  Onlar  o  ağılalmaz 
hadisələri,  o  müdhiĢ  günləri  yaddaĢlarında  ağır  yük  kimi 
daĢıyır, həm səhhətlərində - gerçəkdə, həm yuxularında er-
məni  vəhĢətlərini  bir  daha  yaĢayanlardı...  Dünya  onların 
səsini, fəryadını nə zaman eĢidəcək?! Onlar öz fiziki ömür-
lərində Haqqın, Ədalətin təntənəsini görə biləcəklərmi?!. 
  
1. Şirinov Şamxal  Familət oğlu 
2. Əmirxanov Güloğlan Ənbər oğlu (əlil) 
3. Əliyev Oruc Məhərrəm oğlu (qardaşı şəhid olub, özü isə 
əlildir) 
4. Süleymanov Möhübbət Qaçay oğlu 
 
5. Şirinov Elşən Elman oğlu (əlil) 
6. Şirinova Minarə Cəfər qızı 
7. Quliyev Əmiraslan İman oğlu (əlil) 
8. Nağıyev
 
Seyyur Xanlar oğlu (qardaşı şəhid olub, özü isə 
əlildir) 
9. Quliyeva Sədaqət İmran qızı (oğlu və əri şəhid olub) 
10. Quliyev Rafiq Əlaslan
 
oğlu (atası və qardaşı şəhid olub, 
özü isə əlildir) 
11. Əliyev Nofəl Qasım oğlu (atası şəhid olub) 
12. Abbasov Aydın Mehdi oğlu 
13. Məmmədov Ələddin Alı oğlu 
14. Quliyev Əlqəmə Baloğlan oğlu (oğlu şəhid olub) 
15. Tağıyev Tapdıq İnqilab oğlu
 
16. Tağıyev Talıb İnqilab oğlu (əlil) 
17. Tağıyev Xudayyət Məmməd oğlu 
18. Hüseynov Vidadi Qardaşxan oğlu 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
98 
19. Hüseynov İlqar Qardaşxan oğlu 
20. Hüseynova Həqiqət Yusif qızı (əri şəhid olub) 
21. Quliyeva Gərəkməz Mirxudar
 
qızı 
22.  Əliyev  Şahruz  Əmirxan  oğlu  (qardaşı  şəhid  olub,  özü 
isə əlildi) 
23. Hüseynov Novruz Həmzə oğlu (qardaşı şəhid olub) 
24. Quliyeva Tavar Hüseyn qızı 
25. Kərimov Qara Hüseyn oğlu (oğlu şəhid olub) 
26. Babayev Rabil Rahib oğlu 
27. Kazımov Kazım Əbülhəsən oğlu (iki oğlu şəhid olub) 
28. Əliyev Umudvar İsa oğlu 
39. Doluxanov Məhkəmə Müseyib oğlu (oğlu şəhid olub) 
30. Hüseynov Baxşeyiş Əkbər oğlu (əlil). 
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
99 
 
ERMƏNĠLƏRĠN QARADAĞLIDA TÖRƏTDĠYĠ 
SOYQIRIMI BARƏDƏ ETĠRAFLARI 
 
"... O, soyuqqanlılıqla "B-7"-ni çiyninə qoydu, hədəfi seçdi 
və  tətiyi  basdı.  Birinci  mərmi  gurultu  ilə  ikinci  mərtəbədəki 
künc  pəncərədən  içəri  daxil  oldu,  içəridə  hər  şeyi  yandırdı. 
Pəncərədən  sarı  alov  püskürdü.  Bu,  siqnal  idi  və  hücum 
edənlər kəndi güllə yağışına tutdu...” 
Markar Melkonyanın  
Mənim qardaşımın yolu" kitabından  
 
Tam  sübuta  yetirilmiş  faktdır  ki,  bu  müharibədə 
muzdlularla  yanaşı  erməni  terror  təşkilatlarının  çoxlu  sayda 
üzvləri də ermənilər tərəfdən vuruşmuşlar. Bunlardan biri və ən 
fəalı  Fransa, ABŞ, Livan və bir sıra digər Avropa ölkələrində 
Türkiyə  siyasət  adamlarına,  ümumən  türklərə  qarşı  terror 
aktları törətmiş, “Asala” terror təşkilatının aparıcı fiqurlarından 
biri sayılan beynəlxalq terrorçu Monte Melkonyandır. 
 
Markar  Melkonyan  öz  əsərini  qardaşı,  "ASALA"  beynəl-
xalq erməni terror təşkilatının rəhbərlərindən biri olmuş Monte 
Melkonyanın  Azərbaycan  torpaqlarının  işğalındakı  iştirakına 
həsr edib. XX yüzilin 70-80-ci illərində Monte Melkonyan Av-
ropanın bir sıra ölkələrində, o cümlədən Fransada dinc insanla-
ra  qarşı  bir  sıra  qanlı  aksiyalar  təşkil  etmişdir.  1983-cü  ildə 
Melkonyanın və onun silahdaşı Vazgen Sisliyanın təşkilatçılığı 
və rəhbərliyi ilə Fransanın Orli hava limanında "Türk hava yol-
ları" şirkətinə məxsus təyyarəyə qarşı terror aktı həyata keçiril-
mişdir. Bu aksiyadan sonra Fransanın hüquq-mühafizə orqanla-
rı tərəfindən həbs edilən Melkonyan 1989-cu ildə erməni terror 
təşkilatlarının rəsmi Parisə çoxsaylı hədələri və təzyiqləri nəti-
cəsində  azadlığa  buraxılmış  və  "persona-non-qrata"  elan 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
100 
edilmişdir. Monte Melkonyanı şəxsən tanıyan və Fransa həbs-
xanasında onunla görüşmək imkanı qazanmış tanınmış erməni 
publisisti və rejissoru Ted Boqosyan Amerikanın "Radio Open 
Source"  radiosuna  müsahibəsində  demişdir:  "Monte,  demək 
olar ki, mənimlə eyni ildə Böyük Kaliforniya vadisində anadan 
olmuşdur. O, özünəməxsus  şəkildə  erməni həqiqətləri ilə bağlı 
axtarışlarda idi. O, radikallaşdı, gizli fəaliyyətə başladı, ermə-
ni  terror  təşkilatına  qoşuldu,  həmçinin  silah  və  narkotik  mad-
dələrin alveri ilə məşğul olmağa başladı. Montenin sifarişi ilə 
Fransada  əsasən  türk  səfirlikləri,  biznes  nümayəndəliklərinə 
qarşı çoxlu sayda dinc insanların ölümü ilə nəticələnmiş qanlı 
aksiyalar həyata keçirildi." 1989-cu ildə Monte Melkonyan Er-
mənistana dəvət olunmuş və burada Azərbaycana qarşı işğalçı-
lıq kampaniyasının fəal iştirakçılarından biri olmuşdur. O, Qa-
radağlı,  Xocalı  və  Azərbaycanın  bir  sıra  digər  yaşayış  məntə-
qələrində dinc insanlara qarşı soyqırım cinayətlərinə bilavasitə 
rəhbərlik edən şəxslərdən olmuşdur.  
 
Markar  Melkonyan  "Mənim
 
qardaşımın  yolu"  kitabında 
Montenin Qaradağlının işğalında iştirakı ilə bağlı bunları yazır:  
 
"... O, soyuqqanlılıqla "B-7"-ni çiyninə qoydu, hədəfi seçdi 
və  tətiyi  basdı.  Birinci  mərmi  gurultu  ilə  ikinci  mərtəbədəki 
künc  pəncərədən  içəri  daxil  oldu,  içəridə  hər  şeyi  yandırdı. 
Pəncərədən sarı alov püskürdü. Bu, siqnal idi və hücum edən-
lər kəndi güllə yağışına tutdu. 
 
...Günorta saat 5-də dəstələr tapşırığı yerinə yetirdi. Həmin 
gün  erməni  tərəfdən  cəmi  bir  döyüşçü  öldürülmüşdü.  Düşmən 
tərəfdən  isə  iki  nəfər  öldürülmüş,  əsir  götürülmüş  48  nəfər 
azərbaycanlı isə yük avtomobilinə tərəf irəliləyirdi. Əsirlər Ste-
panakertə  (Xankəndinə  –red.)  aparıldı  və  azərbaycanlıların 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
101 
əlində  olan  erməni  əsirləri  ilə  dəyişdirilənə  qədər  orada 
saxlanıldı. 
 
...Arabo və Aramo dəstələrinin döyüşçüləri (Qaradağlı kən-
dinin  işğalında  iştirak  etmiş  muzdlu  erməni  terrorçularından 
ibarət dəstələr – red.) kəndin kənarında içərisində dinc insan-
ların,  o  cümlədən  qadınların  da  olduğu  38  əsiri  xəndəyə  atdı-
lar. Arabo və Aramo dəstələrinin əsgərləri əsirləri güllələməyə 
başladılar və bıçaqları ilə, istisnasız olaraq, hamısını doğrad-
ılar.  Aştarakdan  olan  vətənpərvər  dəstəsinin  5  üzvündən  biri 
olan  Edo  bir  neçə  nəfərin  üzərinə  benzin  tökdü  və  yandırılmış 
kibriti onların üstünə atdı. Monte xəndəyə yaxınlaşanda orada 
yanmış meyitlərin qalıqları var idi. 
 
...Ümumilikdə,  iki  gün  ərzində  Qaradağlıda  və  onun  ətra-
fında 53 azərbaycanlı qətlə yetirilmişdi...” 
 
(Qeyd.  Qaradağlı  kəndində  baĢ  vermiĢ  bu  dəhĢətli  ha-
disələrin araĢdırılması ilə məĢğul olan Azərbaycan Respub-
likası Hərbi Prokurorluğunun xüsusi istintaq qrupu erməni 
terrorçularının  cinayət  əməlləri  barədə  Azərbaycan  Res-
publikası Cinayət Məcəlləsinin soyqırım maddəsi ilə cinayət 
iĢi  açıb  və  cinayətkarlar  müəyyənləĢdirilərək  barələrində 
beynəlxalq axtarıĢ elan edilib.) 
 
 
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
102 
 
QARADAĞLI SOYQIRIMI 
ġAHĠDLƏRĠN DĠLĠ ĠLƏ 
(şahidlərin üslubuna toxunulmamışdır
 
 Qara  Hüseyn  oğlu 
Kərimov  (Qaradağlı  kənd 
sakini): 
 -  1992-ci  il  fevral  ayı-
nın 15-də axşamacan güclü 
atışma  oldu.  Silahımız  ça-
tışmırdı.  Kəndə  kömək  də 
gəlmirdi.  Müdafiə  postla-
rında ölən və yaralananlar 
var idi.  Erməni qoşun böl-
mələri  kəndə  aramsız  hü-
cumlar təşkil edirdi.  Kənd-
də  Zivər  adında  bir  qadın 
vardı.  Nəvəsi  Vəfa  üçün 
saxladığı  toy  üzüyünü  sandıqdan  çıxarıb  barmağına  taxmışdı 
ki, kənd birdən işğal olunsa və  qaçmaq məcburiyyətində qalsa, 
heç  olmasa  onu  özü  ilə  apara  bilsin.  Ermənilər  onu  öldürüb, 
üzüklü  barmağını  da  kəsib  aparmışdılar.  Oğlum  Əliqismət  və 
Kamal onun meyidini bir təhər gətirib dəfn edə bildilər.  
 
Həmin  günün  gecəsi postda Nobili, Xanalı və Altayı da öl-
dürmüşdülər. Gecə düşən kimi idarənin yanından Musa dərəsi-
nə  endik  ki,  oradan  təhlükəsiz  yerlə  gedib  onların  meyitlərini 
gətirək.  Mənimlə  həmkəndlilərim  Arif,  Dəmir,  Tavar  və  Mə-
həmməd  müəllim  də  getdilər.  Ermənilər    meyitləri  yandırmış-
dılar.  
Fevral  ayının  17-si  səhər  saat  5  olardı.  Gördük  ki,  “Zəki 
bulağı” tərəfdən çoxlu maşın gəlir. Gələnlər erməni silahlıları 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
103 
idi. Çoxlu hərbi qüvvə kəndə dolurdu. Ermənilərin məskunlaş-
dığı qonşu kəndlərdən də gələn silahlılar vardı. Kənddəki idarə 
binasının  alt  mərtəbəsində  toplaşdıq.  Ermənilər  hər  tərəfdən 
binanı atəşə tutmuşdular.  Oğlum Əliqismət üst mərtəbədə düş-
mənlərə  cavab  atəşi  açırdı.  Ermənilər  Əliqisməti  vurdular.  O, 
ölüm ayağında ürək-dirək verib dedi ki, düşmənə təslim olma-
yın,  son    nəfəsinizədək    kəndi  müdafiə  edin,  qoymayın  işğal 
altına düşsün. 
Binanı  tam  mühasirəyə  almışdılar.  Çıxış  yolumuz  yox  idi, 
bizi əsir götürdülər.  Ermənilərin arasında xarici muzdlular da 
var idi. Əllərimizi bağlamışdılar. Oğlum Əliqismət hələ də can 
verirdi.  Gözlərimin  içinə  baxırdı.  İstədim  yaxınlaşam,  kömək 
edəm qoymadılar.  
Gör  neçə  illər  keçib  amma  hələ  də  o  an  hər  dəfə    yadıma  
düşdükcə  dəhşətə  gəlirəm. 
 
Ermənilər orada çəkiliş də aparırdılar. Kamera qarşısında 
elə  danışırdılar  ki,  guya  ölənlərin  hamısı  ermənilərdi.  Əllə-
rində qırmızı plakat tutmuş ermənilər də vardı. Ermənicə başa 
düşməsək də, plakatlara nəsə şüar yazdıqları bilinirdi. Bilinirdi 
ki, bu yalançı çəkilişi haradasa  yaymaq  üçün  edirlər.  
Çəkilişləri  aparandan  sonra  bizi  cərgəyə  düzdülər.  Yaş-
lıları,  qadınları  və  yaralıları  bir  maşına,  cavanları  isə  başqa 
maşınlara  doldurdular.  Kənddən  çıxanda  müqəddəs  “Pir”in 
yanında  maşını  saxladılar.  Gündüz  saatları  idi.  Eldar  və 
Şahmurad  adlı  iki  nəfəri  öldürüb  meyitlərini  yola  atdılar.  10-
15 km getdikdən sonra maşını Cəmiyyət (Ningi) kəndinin toyuq 
ferması  olan  ərazisində  saxladılar.  Bizi  aparan  erməni 
komandir  poçtun  müdiri  Həbibi  orda öldürdü. 
Bizi  əsir  aparan  erməni  silahlılarının  içərisində  qonşu 
kəndlərdən olan ermənilər də var idi. Onlardan biri kəndçimiz 
Zahidi əvvəllərdən tanıyırmış. Birdən həmin erməni soruşdu ki, 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
104 
Zahid  də  aranızdadırmı?  Zahid  cavab  verəndə  erməni 
komandiri onu da güllələdi.  
Biz  Malıbəyli  körpüsünə  çatanda  erməni  silahlıları  maşını 
saxlayıb  yerə  düşməyimizi  əmr  etdilər.  Bu  vaxt  cavanları 
gətirən  maşın  da  Malıbəyli  körpüsünə  çatdı.  Gördük  ki, 
maşında  adam  az  qalıb.  Kəndçimiz  Əbülfəti  gördüm.  Ondan 
soruşdum  ki,  bəs  uşaqlar  hanı?  Dedi  ki,  uşaqları  öldürdülər. 
Məlum  oldu  ki,  ermənilər    cavan  əsirləri  mindirdikləri  maşını 
“Bəylik  bağı”  deyilən  ərazidə  saxlayıb  çoxunu  elə  oradaca  
güllələyiblər.  
Erməni  silahlıları  o  soyuq  qış  günündə  bizi  cərgəyə  düzüb 
paltarlarımızı  çıxarmağı  əmr  etdilər.  Sonra  bizi  Xankəndinə 
qədər o soyuqda piyada aparıb zirzəmiyə saldılar. Bizi türməyə 
salanadək  açıq  havada  qarın  içində  8-9  saat  saxlamışdılar. 
Gecə  çox  üşüyürdük.    Gecəni  orda  qaldıq.  Fevral  ayının  18-i 
idi. Güclü qar yağmışdı. Su əvəzinə qar yeyirdik.  
Səhər tezdən 5 nəfəri əsiri çıxarıb, harasa apardılar.  
Mart ayının 13-də məni, İlqarı və Nofəli bizimkilər geri ala 
bildilər. Əsirlikdən xilas ola bildim. Əmim oğlu Şahlar bizi öz 
evinə  gətirdi.  Oğlum  Əliqismətin  meyitini  Ağdam  məscidindən 
aparıb “Uzun dərə” deyilən yerdə dəfn etdim. Arzum ürəyimdə 
qaldı.  O,  hələ  evlənməmişdi.  Sağlığında  deyirdi  ki,  qoy 
müharibə  qurtarsın  sonra  baxarıq.  Gözaltısı  vardı,  toy  üçün 
paltar, üzük də almışdıq,  nə isə... 
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
105 
Yüklə 5,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin