G Ə N C Ə
1905-1907-ci illərdə Gəncədə baş verən iğtişaşlarla bağlı
həqiqətləri əks etdirən çox mühüm sənədlər olub. Bu isə hə
min qanlı hadisələrin ədalətli qiymətləndirilməsinə əsas verir
di. Lakin sonralar həmin sənədlər ölkə arxivlərindən tamamilə
təmizlənib. Bu barədə hələlik əldə olan Tiflis Dövlət Arxivinin
sənədləri və M.S.Ordubadinin «Qanlı illər» kitabında veril
miş məlumatlardır ki, onlar da Əliəkbər bəy Rəfibəyli tərəfin
dən toplanıb rus dilində çap edilən jurnaldan götürülmüşdür.
M.S.Ordubadinin oxuculara təqdim edilmiş əsərində Gəncə
faciələrinin başlanması belə təsvir edilir: «1905-ci il noyabr
aynın 18-də Toğana kəndinin sakinləri Bayram Məşədi Mə-
həmmədəli oğlu, Mehrəli Zeynal oğlu, Əmrah Həsən oğlu,
Mirzə Məhəmməd Əli oğlu Kolanlı yolu ilə evlərinə üç at
yükü buğda apardıqları vaxt erməni bağlarının arxasından atə
şə tutulurlar. Nəticədə Bayram və Mehrəli öldürülür... Yol
daşlarından Bayram Həsən oğlu gülləbaran zamanı malları
ölənlərin yanında buraxıb yolun yuxarı səmtinə doğru qaçır...
Müsəlman kömürçıilər yetişib zavallını xilas etməklə mallarını
da alıb özünə tapşırırlar». Bu əsnada kömürçülər daha iki nə
fər azərbaycanlının qan içində olduğunu görür, yenidən Molla
Cəlilli məhəlləsinə qayıdıb araba ilə cəsədləri gətirməyə yol
lanırlar.
Qətlə yetirilənlərin yoldaşları istintaq olunduqda qatillərin
Gəncə sakini Avetis Avetisovun, Qriqor Tiyunovun və onların
silahdaşlarının olduğu meydana çıxır. Bununla da Gəncə qə
zasında erməni-azərbaycanlı münaqişəsi başlanır.
«Daşnaksütyun»un quldur dəstələri döyüşə 9 radələrində
başlayıb, saat 11-ə on beş dəqiqə işləmişə qədər davam et
dirmiş, yalnız bundan sonra vuruşlar müsəlman məhəllələrinə
sirayət etmişdir. Buna qədər isə azərbaycanlılar sakit durmuş
lar. Şəhərdə noyabrın 19, 20, 21-də havaya güllələr atılmış,
dükanlar qarət edilmişdir. Bu vaxt Gəncəyə gələn Qafqaz ca
122
nişininin müavini general Malamaya ermənilər münaqişəni
kəsmək haqqında söz versələr də, noyabrın 23-ü gecəsi azər
baycanlılara qəflətən basqın etmişlər.
M.S.Ordubadi «Qanlı illər» əsərində ermənilərin azərbay
canlılara qarşı törətdikləri qırğınların ardıcıllıqla icmalını ver
mişdir. Həmin icmaldan məlum olur ki, hələ noyabrın 8-də
«Daşnaksütyun» firqəsinin 4 üzvü Bəhmənli sakini Abbas Hə
sən oğlunu Dərəbağ bağında öldürmüşdür. Sonra Qoşaçinar
adlanan erməni hissəsində heç bir səbəb olmadan Əmiras-
lan Əlipaşa oğlunu, Cabbar Hüseyn oğlunu, Rüstəm İsmayıl
oğlunu, Rza Cəbrayıl oğlunu və Molla Cəlilli kəndinin digər
sakinlərini gıilləbaran etmişlər. Canilər isə Avetis Oqanesov,
papaqçı Qrişa, Vaso Amospirov və başqalarının olduğu müəy
yənləşdirilmişdir. Bu hadisədən bir neçə gün sonra kazaklar
bədəni başsız, qolları dalından bağlanmış bir iranlının cəsə
dini tapmışlar. General Malamaya bu barədə məlumat verilsə
də, o, bununla bağlı heç bir tədbir görməmişdi. Yenə həmin
ərəfədə Məşədi Sadıq adlı bir müsəlmanın ermənilər tərəfin
dən doğranmış bədəni tapılmışdır. Noyabrın 12-də ermənilər
Amospirovun dəyirmançısı Kərbəlayı Fərəc Həsən oğlunu öl
dürürlər. Canilər «Daşnaksütyun»un əsgərləri imiş. Noyabrın
16-da Azad kəndinin yuxarı hissəsində Böyük Koloniya küçə
sində Zurnabatandan gələn iki nəfər Qasım Böyükkişi oğlu
nu və bir Bəhmənli sakinini tutub olmazın işgəncələr verirlər.
Noyabrın 18-də ermənilər Toğanlı kəndinin sakini Bayram
Məşədi Məhəmmədəli oğlunu öldürürlər. Bütün bunlardan
məlum olur ki, Gəncədə kütləvi qırğınlara başlamazdan əvvəl
ermənilər tərəfindən 30 nəfər silahsız və günahsız müsəlman
öldürülmüşdür. Evlər yandırılmış, azərbaycanlıların dükanları
qarət edilmiş, talanlar törədilmişdir.
1918-ci ildə isə Bakıdan sonra Şamaxı şəhərini odlara düçar
edən ermənilər (erməni məhəlləsindən və iki kilsədən savayı)
Gəncə istiqamətində irəliləməyə başlamışlar.
123
Erməni M illi Şurası quldur dəstələrini Hacıqabul, Kürdəmir
və Göyçay, eləcə də Salyan və Lənkəran istiqamətlərinə gön
dərərək yerli əhalini - azərbaycanlıları qırmaq barədə əmrlər
hazırlamışdılar. Şamaxı və Göyçay istiqamətində göndərilən
silahlı dəstələrə S.Şaumyanın yaxın dostları Stepan Lalayev və
Tatevos Əmirov başçılıq edirdilər.
Gəncədə azərbaycanlıların kütləvi qırğınlarını təşkil etmək
üçün ermənilər çox böyük hazırlıq işləri aparırdılar. Məsələn,
S.Şaumyan Bakı Sovetinin sədri kimi belə bir göstəriş vermişeli
ki, Bakıda olduğu kimi, Gəncədə də hərbi alayların ixtiyarında
olan bütün silahlar ermənilərin əlində cəmləşdirilsin. Əslində,
o vaxtlar Zaqafqaziya Seymi belə qərar çıxarmışdı ki, Gəncə
də yerləşən 216-cı və Bakıda yerləşən 219-cu alaylar özlərinin
bütün silahlarını və sursatlarını müvafiq olaraq yeni yaradılan
Gəncə və Bakı müsəlman alaylarına versinlər. Amma ermə
nilər bununla heç razılaşmırdılar. Onlar hər vasitədən, hiylə
və üsuldan istifadə edərək 216 və 219-cu alayların silahlarını
əllərində saxlamağa müvəffəq oldular.
Gəncədə ermənilərin bu hərəkətləri çox böyük narazılıqla
ra səbəb oldu. Azərbaycanlılarla ermənilər arasında qanlı toq
quşmalar başlandı. Vəziyyətin getdikcə ağırlaşması həm Bakı
da, həm də Tiflisdə ciddi narahatlıq doğurdu. Yaranmış gərgin
likdən çıxış yolu tapmaq məqsədi ilə Zaqafqaziya Seymindən,
müsəlman və erməni milli şuralarından, habelə «Müsavat»
partiyasından səlahiyyətli nümayəndələr Gəncəyə göndərildi.
Danışıqlardan sonra azərbaycanlılar M illi Ordunun yaradılma
sı işində xeyli fəallıq göstərdilər. Ermənilərin hər cür maneçi
liklərinə, fitnə-fəsadlarına baxmayaraq, qısa müddət ərzində
həm Gəncədə, həm də Azərbaycanın digər yerlərində Milli
Ordunun yaradılması sahəsində bir sıra konkret işlər görüldü.
Bütün bu məsələlərin müqabilində ermənilər həm gizlində,
həm də aşkar bir çox əks-tədbirlərə əl atdılar. S.Şaumyan Bakı
Xalq Komissarları Soveti adından 1918-ci il iyunun 6-da ermə
124
nilərdən ibarət hərbi hissələrin Gəncə üzərinə hücumu barə
də əmr hazırladı və daşnak əsgərlərinə xüsusi tapşırıqlar verdi.
Şamaxı şəhərini və onun ətraf kəndlərini viran qoyan,
müsəlman əhalini ucdantutma qıran vəhşi daşnaklar Gəncə
istiqamətində irəliləməyə başladılar. Erməni silahlı qüvvələri
əgər Bakıdan Şamaxıya üç günə gedib çıxmışdılarsa, onlar iki
gün ərzində Ağsu və Göyçayı da zəbt etməyə imkan tapdılar.
Vəziyyət çox ağırlaşırdı. Bütünlükdə həm yeni yaradılmış
Azərbaycan Xalq Cümhuriyyətinin, həm də bir millət kimi
azərbaycanlıların taleyi məsələsi ortaya çıxmışdı. Faciənin
qarşısını almaq üçün qəti tədbirlər görmək vaxtı çatmışdı. Hə
min günlər barədə qocaman müəllim M.Axundovun xatirələri
çox maraqlıdır. O yazırdı: «Bu vaxt bizim milyonçular İrana
müraciət edib kömək istəyirdilər. İran isə ancaq üçüncü müra
ciətdən sonra cavab verdi ki, biz sizin daxili işinizə qarışmırıq.
Bundan sonra H.Z.Tağıyev Türkiyəyə, Ənvər paşaya müraciət
edir. Ənvər paşa dərhal İstanbulun müdafiəsindən seçmə türk
diviziyalarını çıxarıb Azərbaycana köməyə göndərir. Bu za
man Tovuzda atamgil qiymətdən ağır, çəkidən yüngül əşyaları
yığıb qaçmağa hazırlaşırlar. Bir azdan xəbər çatır ki, türklər
eşelonla köməyə gəlirlər. Atamgil əllərində duz-çörək, gözlə
rində yaş türkləri qarşılamaq üçün vağzala çıxırlar».
Türk diviziyaları Göyçayda ermənilərin qarşısını kəsir və
onları məğlub edərək Bakıya daxil olurlar. Hər stansiyada
bir zabit, 5-6 əsgər qoyurlar ki, yerli azərbaycanlılardan özü
nümüdafiə dəstələri yaratsınlar.
1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti
yarandı. İyun ayının 4-də, yəni bir həftə sonra Azərbaycan
Respublikası ilə Türkiyə dövləti (Osmanlı imperiyası) arasında
dorştluq və qarşılıqlı yardım barədə müqavilə imzalandı. M illi
Şura Tiflisdə təxminən üç həftəlik fəaliyyətdən sonra iyun ayı
nın 16-da Gəncə şəhərinə köçdü. Azərbaycan milli dövlətinin
yaradılması və hökumətin müvəqqəti olaraq Gəncədə yerləş
125
məsi bu qədim şəhərdə ermənilərin daha geniş şəkildə əl-qol
açmalarına imkan vermədi, onların hazırladıqları bir çox plan
lar alt-üst oldu.
NAXÇIVAN
Çar hökumətinin köçürmə siyasətinə qədər Naxçıvan diya
rı əhalisinin 82,8 faizini azərbaycanlılar təşkil edirdi, ermə
ni əhalisinin sayı isə 17,2 faizə bərabər idi. Rus tədqiqatçısı
S.Qlinka «Ermənilərin Rusiya ərazilərinə miqrasiyası haqqın
da» (Moskva, 1831) əsərində yazırdı ki, Türkmənçay müqavilə
sindən üç ay sonra keçmiş Rusiyanın yeni ərazilərinə, yəni Çar
Rusiyası tərəfindən işğal olunmuş sabiq Naxçıvan, İrəvan və
Qarabağ xanlıqlarına 40.000 erməni köçürülmüşdür. Bu «kö
çü rm ə n in təşəbbüsçüsü milliyyətcə erməni olan X.Y.Lazarev
idi. O, hələ İkinci Rusiya-İran müharibəsi bitməmiş 1827-ci
ildə ermənilərin Şimali Azərbaycana köçürülmələrinin layihə
sini tərtib edərək çar hökumətinə təqdim etmişdi.
1905-ci ilin fevralında Bakıda baş verən erməni-müsəlman
toqquşması may ayının əvvəllərində Naxçıvan camaatında da
xüsusi narahatlıq doğurmuşdu. Qafqaz canişinliyinin yüksək
rütbəli erməni və ermənipərəst məmurları vasitəsilə silah-
landırılan xüsusi dəstələr 1905-ci ildə digər yerlərdə olduğu
kimi, Naxçıvanda da azərbaycanlılara qarşı silahlı hücumlar
edib, həmin ərazilərdən onları təmizləməklə ermənilərin say
üstünlüyünə nail olmaq istəyirdilər. Çünki həmin dövrdə Qaf
qazdakı 54 qəzadan yalnız beşində ermənilər çoxluq təşkil
edirdilər.
Mirmövsüm Nəvvabın «1905-1906-cı illərdə erməni-müsəl
man davası» və Məmməd Səid Ordubadinin «Qanlı illər»
əsərlərindən məlum olur ki, Naxçıvanda ermənilərin müsəl
manlara qarşı ilk həmlələri 1905-ci ilin mayında başlamış və
faciəvi qırğın kimi müxtəlif fasilələrlə 1907-ci ilə qədər davam
etmişdir. Həmin dövrdə ermənilər azərbaycanlıların yaşadıqla
126
rı kəndlərə geclən yolları bağlamış, onların bir-biri ilə əlaqəsi
ni, əslində, tamam kəsmişdilər. Ermənilər bu ərazidə yaşayan
kəndlərin dörd bir tərəfinə çoxsaylı silahlı əsgərlər yerləşdir
mişdilər. Şəhərdə söhbət gəzirdi ki, ermənilər cürbəcür odlu
silahlarla azərbaycanlılara qəfildən hücum edəcəklər. Digər
tərəfdən isə, təxribatçılar şayiə yaymışdılar ki, «Qafqazda bi
zim əlimizin üstündə gərək əl olmasın». Bu fikirlərlə yerli ca
maatı çaşdıran erməni millətçiləri heç kəsdən qorxmayıb azər
baycanlılara hər cür əziyyət verməkdə idilər. Mayın 5-də saat
3 radələrində Cəhri kəndinin üç azərbaycanlı sakini ermə
ni kəndi Şıxmahmuddan keçdikləri vaxt ağır yaralanırlar. Bu
xəbər şəhər əhlində daha çox həyəcan yaradır və ermənilər
həmin gündən dükanlarını bağlayıb kimisi kilsəyə, kimisi də
evlərinə yığışırlar. Mayın 7-də Tumbul adlı erməni-müsəlman
kəndində (bu kəndin iki hissəsi müsəlman, bir hissəsi ermə
ni idi) bir azərbaycanlı öldürülür. May ayının 9-da naxçıvanlı
Əli Hacı Bayramzadə səhrada Əliabad adlı erməni kəndliləri
tərəfindən gecə vaxtı yeddi güllə yarası ilə qətlə yetirilir. Ayın
11-də Kültəpə erməni kəndinin varlısı ermənilər tərəfindən
ailəsi ilə birlikdə öldürülür. Günah isə müsəlmanların üzərinə
qoyulur.
Həmin gecə vitse-qubernator Baranovski yolla gedən bir
ermənidən çoxlu bomba müsadirə edir. May ayının 11-də er
mənilər bütün şəhəri atəşə tuturlar. Cəhri kəndindən başlayan
qarışıqlıq, yanğın və talanlar həmin il noyabrın 26-na qədər
davam edir. Bir faktı qeyd edək ki, qubernator bu hadisələri
görür və eşidirdi, amma heç bir tədbir görmək fikrində deyildi.
Noyabrın 26-sı gecəsi isə Naxçıvanda odlu-alovlu, miisibət-
li bir gecə olmuşdur. «Gecə saat 7 radələrində dəhşətli sədalar
eşidilirdi. Məlum olduğu kimi, həmin səs bazar qarovullarının
səsi imiş. Hərdənbir beşatılan sədaları da eşidilirdi. Camaat
evindən çıxıb bazara girmək istəsə də, kazaklar hər tərəfdən
atışma salıb mane olurdular. Xülasə, güllə səsi iki saat davam
127
edib camaatı heyrət içində qoymuşdu... Bir azdan şəhəri tüstü
bürüyüb, bazar tərəfdən qəmli bir işıq şəhəri ara-sıra işıqlan
dırdı. O vəziyyətdə bazar yanar dağ və vulkanlara bənzədi.
Bir saatdan sonra məlum oldu ki, hərif kazaklar və ermənilər
əlbir olub müsəlman bazarını tamam qarət edəndən sonra ora
od vurmuşlar». Camaatın illər boyu zəhmətlə qazandığı var-
dövlət bir neçə saatın içində yanıb kül olmuşdu. Bu yanğında
85 dolu dükan, 75 anbar və bir neçə boş dükan yandırılmışdı.
3 gün - noyabrın 27-dən 30-dək bazarda əsla yeməyə bir şey
qalmamışdı. Camaat son dərəcə ehtiyac içində idi. Noyabrın
29-da gecə şəhərin ikinci hissəsində kazaklar müsəlman evlə
rini atəşə tutub qarət etmişdilər...
Ümumiyyətlə, Naxçıvan hadisələri zamanı buranın Azərbay
can kəndlərində 10 anbara, 150 dükana od vurulmuş, 350 gü
nahsız müsəlman qətlə yetirilmiş, 250 nəfər isə yaralanmışdı.
Rusiyada çarizmin devrilməsi ermənilərin Azərbaycanda
həyata keçirdikləri türk-müsəlman soyqırımlarının yeni dal
ğasına başlanmasına təkan verdi. 1917-ci ilin əvvəllərindən
1918-ci ilin martınadək təkcə İrəvan quberniyasında 197 azər
baycanlı kəndi dağıdıldı və boşaldıldı. Onların da müəyyən
hissəsi həmin quberniyaya daxil olan Naxçıvan qəzasına və
digər qonşu qəzalara aid idi.
1918-ci ildə M illi Komitənin sədri M ir Hidayət Seyidzadə-
nin verdiyi məlumata görə, erməni silahlı qüvvələri Naxçı
van üzərinə iki istiqamətdən hücum etməyi planlaşdırmışdılar.
Onlar həmin dövrdə Sədərək, Qəməriyyə kəndlərinə basqın
edərək bu yaşayış məntəqələrini dağıtmış, sonra isə Şərur və
Naxçıvan qəzası istiqamətində hərəkət etməyə başlamışdılar.
Erməni silahlı qüvvələri bu köməyi İrəvandan və Aleksandro-
poldan, yəni Gümrü şəhərindən almışdılar.
İkinci quldur dəstəsinin Zəngəzur istiqamətindən gəlməsi
gözlənilirdi. Məlumatda həyəcanla bildirilirdi ki, əgər on beş
gün ərzində tədbir görülməsə, Ordubad düşmən tapdağı altın
128
da qalacaq, hər iki istiqamətdən hücum edən düşmənə cavab
verilə bilməyəcək.
S.Şaumyanın vasitəçiliyi ilə Sovet Rusiyasının himayə və
yardımına nail olmuş ermənilər, xüsusilə də Andronikin silah
lı quldur dəstəsi 1918-ci ilin iyun-avqust aylarında Naxçıvan
mahalının dinc türk-müsəlman əhalisinə heç bir çərçivəyə sığ
mayan vəhşiliklə divan tutur. İşğalçılara müqavimət göstərən
Yaycı (Culfa rayonu) kəndinin əhalisi qətlə yetirilir, kənd vi
ranə qoyulur. Culfa rayonu ərazisində Araz çayı üzərindəki
körpü yandırılır və Ordubadda iki min türk-müsəlman əhali
öldürülür. Qadınlara, uşaqlara, qocalara belə rəhm edilmir,
əliyalın insanların kürəyinə qaynar samovar bağlayır, hamilə
qadınların qarınlarını süngü ilə yırtır və başqa insanlığa sığ
mayan işgəncələr verirdilər. Bu vəhşətdən qaçmağa çalışan
300-ə qədər dinc sakin Araz çayını keçərkən suya düşüb bo
ğulur. Yaycı kəndində ermənilər tarixdə bənzəri olmayan vəh
şiliklər törədirlər.
Digər bir erməni silahlı dəstəsi 1918-ci ildə «Yapon» lə
qəbli quldurun başçılığı ilə Naxçıvan şəhərindən 40 kilometr
şimalda yerləşən Almalı yaşayış məntəqəsinin əhalisini qıraraq
onları öz tarixi yurdlarından didərgin salmışdı. Təxminən 200
kişi öldürülmüş, xeyli gənc qadın əsir aparılmışdı. Osmanlı
ordu hissələrinin Kazım Qarabəkir paşanın komandanlığı ilə
Naxçıvan bölgəsinə gəlişi mahalın əhalisini daha irimiqyaslı
qırğınlardan xilas etdi.
1919-cu ilin əvvəlində erməni polkovniki Doluxanovun
başçılıq etdiyi qüvvələr Şərur-Sədərək ərazilərində onları duz-
çörəklə qarşılayan dinc əhaliyə qarşı zorakılıqlar törətmişlər.
Müsəlmanlar yaşayan 8 kənd mühasirəyə alınmış, Dəmirçi
kəndi dağıdılaraq qarət olunmuş, 60 nəfər həbs edilərək İrə
vana göndərilmiş, 200 nəfər Arazı keçmək istərkən çayda bo
ğulmuşdur. Yerli əhalinin ciddi müqaviməti ilə qarşılaşan er
məni hərbi hissəsi geri çəkilməyə məcbur olmuşdur. 1919-cu
129
ilin martında Ordubad tərəflərdə Aşot Movsesyantsın quldur
dəstəsi azğınlıq törədirdi. O özünü «qəza rəisi» elan etmişdi.
Arxiv sənədlərinə görə, hər gün 5-10 azərbaycanlı erməni
qaniçənlərinin qurbanı olurdu.
1919-cu ilin birinci yarısında Naxçıvan mahalında həyata
keçirilən ingilis və erməni idarəçiliyi zamanı da oranın azər
baycanlı əhalisinə qarşı ağlasığmaz zorakılıqlar edilmişdir.
Təxminən iki aylıq - 1919-cu ilin may-iyul aylarında «erməni
idarəçiliyi» müddətində yalnız Naxçıvan şəhərində 330-dək
axtarış aparılmış, 600 nəfərə yaxın dinc sakin həbs olunmuş,
təqribən 150 nəfərə isə dəhşətli işgəncələr verilmişdir (Naxçı
van ensiklopediyası. II cild, 2005).
1919-cu ilin ortalarına yaxın Naxçıvanda ermənilərin təzyi
qi daha da artmağa başlamışdı. Onu da qeyd edək ki, artıq bu
vaxta qədər Andronik Naxçıvan ərazisindən keçərək Zəngəzur
üzərinə getmişdi. Bu zaman onun qoşununun keçdiyi kəndlər
bütünlüklə dağıdılmış, əhalisi isə öldürülmüşdü.
Ermənilərin Naxçıvan və ona bitişik ərazilərə azğın hücum
ları, vəhşilikləri başladığı dövrdə əli silah tutmağı bacaran
əhalinin çox hissəsi ayağa qalxmış, öz doğma torpaqları
nı mərdliklə qorumuşdu. Məhz buna görə də ermənilər heç
də hər yerdə istədiklərinə nail ola bilməmişdilər. Abbasqulu
bəy Şadlinskinin, Kəlbalı xan Naxçıvanskinin, Hacı Xəlil ağa
İmanovun yaratdığı özünümüdafiə dəstələri daşnakların uzun
müddət qarşılarını ala bilmiş, onların neçə-neçə Azərbaycan
kəndləri üzərinə hücumuna, soyqırımı keçirməsinə yol vermə
mişdilər.
Ermənilərin yürütdükləri «yandırılmış torpaq» - etnik tə
mizləmə siyasəti nəticəsində Naxçıvan mahalı 191 8-1920-ci
illərdə böyük qaçqınlar ordusu problemi ilə də üzləşmişdi.
Bir tərəfdən ermənilərin İrəvan ətrafında və Zəngəzurdan qov
duqları türk-müsəlman əhali Naxçıvana pənah gətirmiş, digər
tərəfdən isə Andronikin işğalı və «erməni idarəçiliyi» zamanı
130
bölgənin xeyli yerli sakini Cənubi Azərbaycana üz tutmuş
du. Erməni hərbi hissələrinin Ordubad mahalına 1920-ci ilin
martındakı hücumları da çoxsaylı dinc əhalinin qırılması ilə
nəticələnmişdi.
Naxçıvan mahalının türk-müsəlman əhalisi Şimali Azərbay
can Rusiya tərəfindən yenidən işğal olunduqdan sonra, so
vet hakimiyyətinin ilk vaxtlarında da ermənilərin törətdikləri
soyqırımlarına məruz qalmışdır. Belə dəhşətli qırğınlardan biri
1920-ci ilin yay aylarında həyata keçirilmişdir. Erməni silahlı
qüvvələrinin Zəngibasar-Vedibasar-Şahtaxtı-Şərur istiqamə
tindəki qanlı yürüşü zamanı həmin ərazilərin dinc əhalisinə
qarşı törədilən vəhşilik və zorakılıqlara dair rəsmi araşdırma-
təhqiqatlar dəhşətli faciələri üzə çıxarmışdır:
Zəngibasarda 48 kənd tamamilə yandırılmış, 8 qız və gənc
qadın əsir aparılmış, 400-dən çox uşaq, 150 qoca kişi və qadın
öldürülmüş, 100 xəstə yandırılmış, 816 qaçqın Arazda boğul
muş, 160 min nəfər isə Cənubi Azərbaycana keçərək orada
evsiz qalmışdı. Vedibasarda 118 kənd yandırılmış, 900 nə
fər artilleriya atəşləri ilə öldürülmüş, 6 qadın əsir aparılmış,
300-dən artıq uşaq və qoca qətlə yetirilmişdi. Dərələyəzdə
74, Şərur və Şahtaxtıda isə 76 kənd yandırılmışdı. Şərurda
810 nəfər xəstə yatağındaca qətlə yetirilmiş, 144 qadın əsir
götürülmüş, 72 nəfər top atəşi ilə məhv edilmiş, 150 qoca və
qadın öldürülmüşdü. Şahtaxtıda isə 3 qadın əsir aparılmış, 35
uşaq, 14 qoca kişi, 8 qadın və 9 xəstə güllələnmişdi.
Bütövlükdə 1918-1921-ci illərdə erməni quldur dəstələri
tərəfindən Naxçıvan bölgəsində 73.727 nəfər türk-müsəlman
əhali vəhşicəsinə qətlə yetirilmişdir.
Bütün bu mahallardan 50.000 mal-qara aparılmış, 500 min
nəfərlik əhali tamamilə yoxsul vəziyyətə salınmışdı. Kütləvi
qırğın və talanlardan Cənubi Azərbaycana qaçanların 45 min
dən çoxu aclıq və xəstəliklərdən tələf olmuşdu. Qaçqınların
70 mini Cənubi Azərbaycanda, 400 min nəfəri isə Naxçıvanda
131
və onun ətrafındakı ərazilərdə yurdsuz-yuvasız qalmışdı (Nax
çıvan ensiklopediyası. II cild, 2005).
Dostları ilə paylaş: |