Soyqirimi: tarixin qanlı salnaməsi


Ermənilərin  Osmanlı  imperiyasında



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   2   3   4   5   6   7   8   9   ...   28

Ermənilərin  Osmanlı  imperiyasında 

türklərə  qarşı  törətdikləri  soyqırımı

Son  iki  əsrdə  «dənizdən-dənizə  Böyük  Ermənistan» 

xülyasını  milli  məqsədə  çevirən  bədxah  qonşularımız 

ərazi  ilhaqı  siyasətini  həyata  keçirərkən  bəşəriyyət 

əleyhinə  yönəlmiş  ən  dəhşətli  cinayətlərə  əl  atdıqları 

halda  insanlığa  sığmayan  bu  vandalizm  aktlarını,  bir 

qayda  olaraq,  türklərin  və  azərbaycanlıların  adına  yaz­

mağa  çalışmışlar.  Müsəlmanlara,  əsasən  də  türklərə 

düşmən  kimi  yanaşan  ermənilər  özlərinin  regionda 

çirkin  ərazi  iddialarını  gerçəkləşdirmək  üçün  bu  qon­

darma  soyqırımı  iddialarının  ayrı-ayrı  ölkələrdə  ta­

nınmasına  yönəlmiş  genişmiqyaslı  kampaniya  aparırlar.

1915-ci  il  aprelin  24-də  Osmanlı  Türkiyəsinin  guya 

«1,5  milyon  nəfər  ermənini  milli-etnik  zəmində  qətlə 

yetirməsi»  kimi  iftira  xarakterli  kampaniya  da  ermə­

ni  mifomaniyasının  real  təhlükəlilik  dərəcəsini  aşkar 

nümayiş  etdirir.

Acınacaqlısı  həm  də  budur  ki,  özləri  haqqında  daim  «məz­

lum  millət»  obrazı  yaratmağa  çalışan  ermənilər  bu  çirkin  id­

dialarını  Türkiyəyə  və  Azərbaycana  xoş  münasibətdə  olmayan 

bəzi  dövlətlərə  və təşkilatlara  qəbul  etdirə  bilmişlər.  Məsələyə 

siyasi  motivlərlə yanaşan, özlərinin  merkantil  maraqları  naminə 

ikili  standartlara  yol  verərək  ermənilərin  qondarma  iddialarını 

dəstəkləyən,  əldə  bəhanə  edən  həmin  dövlətlər  və  təşkilatlar, 

əslində,  tarixi  həqiqətin  nədən  ibarət  olduğunun  qətiyyən  fər­

qində  deyillər.  Tarixən  «erməni  məsələsbndən  Türkiyəyə  qar­

şı  «təzyiq  vasitəsi»  kimi  yararlanmış  həmin  qüvvələr  bu  gün 

də  rəsmi  Ankaraya  təsir  göstərmək  üçün  qondarma  erməni 

soyqırımı  iddialarından  bəhrələnirlər.  Açıq  demək  lazımdır  ki,

82


məsələnin  mahiyyətində  bəzi  dövlətlərin  ermənilərə  rəğbəti 

deyil,  daha  çox  türk  və  islam  dünyasına  olan  kin-küdurəti, 

aşkar  qərəzi  dayanır.

Patoloji  baxımdan  yalançılıqla  üzvi  surətdə  bağlı  olan  xəs­

təlik  psixologiyada  mifomaniya  kimi  səciyyələndirilir.  Məkrli 

xislətləri  ilə  yalan  və  böhtanı  dövlət  siyasətinə  çevirmiş  ermə­

nilərin  50  ildən  çox  müddətdə  dünyanı  qondarma  soyqırımı 

kampaniyası  ilə  çaşdırmaq  cəhdləri  onların  məhz  belə  bir  psi­

xoloji  vəziyyətdə  olduqlarına  şübhə  yeri  qoymur.  Uydurduq­

ları  yalanlara  sanki  özləri  də  inanmış  kimi  görünən  ermənilər 

kompakt  yaşadıqları  bütün  dövlətlərdə  «soyqırımına  məruz 

qalmış  millət»  olduqlarını  iddia  edir,  saxta  təbliğatlarını  ze- 

hinlərə  yeritmək  üçün  dəridən-qabıqdan  çıxırlar.  Tarixi  faktlar 

isə  göstərir  ki,  ötən  əsrin  əvvəllərində  ənənəvi  olaraq  hava­

darlarının  himayəsinə  sığınaraq  onlardan  hər  cür  dəstək  alan 

ermənilər  qonşu  xalqların  əzəli  əraziləri  hesabına  dövlət  qur­

maq  üçün  azərbaycanlılara  və  türklərə  qarşı  misli  görünməmiş 

soyqırımı  və  terror  aktları  törətmişlər.  Hazırda  dünyanın  bir 

çox  ölkələrinin  arxivlərində  qorunub  saxlanan  tarixi  sənədlər­

də  ermənilərin  hələ  o  zamandan  qonşu  xalqlara  qarşı  aşkar 

ərazi  iddiaları  ilə  çıxış  etmələri,  onları  kütləvi  qırğınlara  mə­

ruz  qoymaları  tam  təsdiqini  tapır.  Həmin  tarixi  sənədlər  1915- 

ci  ilin  aprelində  Şərqi  Anadoluda  1  milyon  500  min  erməni­

nin  guya  türklər  tərəfindən  qətlə  yetirilməsi  barədə  yayılan 

informasiyaların  da  cəfəngiyat  olduğunu  təsdiqləyir.

Həmin  dövrün  hadisələri  ilə  ümumi  tanışlıq  deməyə  əsas 

verir  ki,  hələ  XIX  əsrin  sonlarında  Türkiyədə  yaşayan  erməni­

lər  müxtəlif  iddialarla  bu  ölkədə  üsyanlar  təşkil  etmiş,  məkrli 

niyyətlərini  həyata  keçirməyə  çalışmışlar.  Anadolunun  şərqin­

də  sıx  şəkildə  yaşayan  ermənilərin  ilk  üsyanı  1890-cı  ildə  baş 

vermiş,  Van,  Sason,  Adana  ərazilərini  əhatə  etmişdir.  1905-ci 

ildə  hətta  türk  sultanına  qarşı  sui-qəsd  planlaşdıran  ermənilər 

çirkin  niyyətlərini  həyata  keçirməyə  müvəffəq  olmamışlar.

83


Həmin  vaxt  bölgədə  fəallaşan  və  təşkilatlanan  erməni  komitə- 

əri  mülki  əhaliyə  qarşı  xüsusi  zorakılıq  və  amansızlıq  nümayiş 

etdirmişlər.

1914-cü  ildə  Birinci  dünya  müharibəsinin  başlanması  ilə 

ermənilərin  Türkiyə  əleyhinə  daha  geniş  və  fəal  iş  aparması­

na  əlverişli  tarixi  şərait  yaranmışdı.  1915-ci  ilin  əvvəllərində 

Çar  Rusiyası  Türkiyəyə  müharibə  elan  edərkən  məhz  ermə­

nilərdən  vasitə  kimi  yararlanmış,  Anadolu  vilayətinin  şərqində 

yaşayan  erməni  əhalisini  yağlı  vədlərlə  aldadıb  öz  tərəfinə 

çəkməyə  nail  olmuşdu.  Çar  II  Nikolay  türklərə  qarşı  vuruşmaq 

istəyən  erməni  əsgərlərinin  digər  cəbhələrdən  ayrılıb  Qaf­

qaz  cəbhəsinə  gəlmələri  üçün  xüsusi  dekret  də  imzalamış­

dı.  Türkiyədə  yaşayan  erməniləri  silahlandırıb  müharibəyə 

hazırlamaq,  bu  ölkənin  daxilində  üsyanlar  təşkil  etmək,  türk 

ordusunun  arxa cəbhə  ilə  əlaqəsini  kəsmək,  rus ordusunun  ge­

riyə  hərəkətini  asanlaşdırmaq  üçün  daşnak  ideoloqlarına  külli 

miqdarda  maliyyə  vəsaiti  ayrılmışdı.  Çar  Rusiyası  Osmanlı  im­

periyasını  diz  çökdürüb  hakimiyyəti  ələ  alacağı  təqdirdə  ermə­

niləri  ali  vəzifə  kürsülərində  əyləşdirəcəyi,  onlara  azadlıq  və 

geniş  səlahiyyətlər  verəcəyi,  habelə  regionda  müstəqil  erməni 

dövlətinin  yaranmasına  kömək  göstərəcəyi  ilə  bağlı  üzərinə 

müəyyən  öhdəliklər  də  götürmüşdü.  Bu  vədlərdən  şirniklənən 

Anadolu  erməniləri  isə  sürətlə  silahlanaraq  dinc  əhaliyə  qarşı 

kütləvi  qırğınlara  başlamış,  Çar  Rusiyasının  Türkiyə  ilə  müha­

ribədə  qalib  gəlməsinə  çalışmışlar.  Erməni  terror  təşkilatların­

dan  xüsusi  təlimat  almış,  silahlanmış  ermənilər  həmin  dövrdə 

Türkiyənin  bir  çox  yaşayış  məntəqələrini  dağıtmış,  türklərlə 

yanaşı,  kürdləri  də  qətlə  yetirmiş,  dinc  insanlara  divan  tutmuş­

lar.

Anadoludan  və  Qafqazın  bəzi  vilayətlərindən  gətirilmiş  5 



diviziyalıq  könüllülər dəstəsi  Andronikin  rəhbərliyi  altında  yüz 

min  nəfərdən  çox  günahsız  türkü  öz  doğma  ata-baba  torpaq­

larında  ağır  işgəncələrlə  qətlə  yetirmişdir.  Türkiyədə  fəaliy­

84


yət  göstərən  müxtəlif  erməni  partiyalarının  liderləri,  çoxsaylı 

özək  rəhbərləri,  həmçinin  Eçmiədzin  kilsəsinin  din  xadimləri 

bu  qətliamlar  zamanı  öz  soydaşları  olan  daşnaklara  hər  cür 

kömək  göstərmişlər.

Yaranmış  ağır  vəziyyətdə  Ənvər  paşanın  rəhbərlik  etdiyi 

Türkiyə  hökuməti  ölkədə  azğınlıq  edən  bəzi  erməni  dəstə­

lərinin  Rusiya  ilə  işbirliyinin  qarşısını  almaq  və  tərksilah  et­

mək,  habelə  dinc  əhalinin  təhlükəsizliyini  qorumaq  üçün  on­

ları  müharibə  zonalarından  uzaqlaşdırmaq  qərarına  gəlmişdi. 

Osmanlı  dövlətinin  1915-ci  il  27  may  tarixli  «Köç»  qərarı  da 

ermənilərin  müharibə  olan  bölgələrdən  sabit  regionlara  kö­

çürülməsinin  şərtlərini,  qaydalarını,  mal-mülkün  haqqının 

ödənilməsini,  köçürülmə  karvanlarının  hərəkət  istiqamətlərini, 

onların  yollarda  qorunmasını,  dayanma  məntəqələrini,  hərə­

kət  xəttini  və  digər  məsələləri  özündə  əks  etdirmişdir.

Həmin  dövrdə  Osmanlı  dövləti  ermənilərlə  müsəlmanlar 

arasında  müəyyən  toqquşmaların  qarşısını  almaq  üçün  müva­

fiq  tədbirlər  də  görmüşdü.  Ermənilərin  ağlasığmaz  vəhşili­

yindən  dəhşətə  gəlmiş  Osmanlı  dövlətinin  daxili  işlər  naziri 

Tələt  paşa  dövlətçilik  əleyhinə  təxribatla  məşğul  olan  2.345 

nəfər  cinayətkar  erməninin  həbsi  barədə  sərəncam  vermişdir. 

Bundan  sonra  türk  təhlükəsizlik  qüvvələri  ermənilərin  ruslarla 

işbirliyinə  son  qoymaq  məqsədi  ilə  1915-ci  il  aprelin  24-də 

2.345  nəfər erməni  təxribatçısını  -   «Qnçaq»,  «Daşnaksütyun», 

«Ramqavar»  kimi  terrorçu  təşkilatlarının  fəallarını  həbs  etmiş­

di.  Həmin  şəxslərə  qarşı  milli-etnik  zəmində  hər  hansı  soy­

qırımı  aktı  həyata  keçirilməmiş,  onlar,  sadəcə,  xəyanətlərinə 

və  dinc  əhaliyə  divan  tutduqlarına  görə  qanun  qarşısında  ca­

vab  vermişlər.  Ermənilərin  dünyaya  car  çəkərək  «soyqırımı» 

adlandırdıqları  bu  hadisə,  əslində,  Osmanlı  dövlətinin  fərmanı 

əsasında  ruslarla  işbirliyinə  gedən  2.345  nəfər  erməni  terror­

çusunun  tutulub  saxlanmasıdır.

85


Bu  hadisədən  dərhal  sonra  Eçmiədzin  katolikosu  Gevorq 

Türkiyədə  ermənilərə  qarşı  guya  kütləvi  qırğınlar  törədildiyi 

barədə  ABŞ  Prezidentinə  teleqram  göndərmiş,  erməni  terror­

çularının  cəzalandırılmasını  «soyqırımı  aktı»  kimi  qələmə  ver­

mişdir.  O, təcili  surətdə  «günahsız və əzabkeş»  erməni  xalqına 

kömək  əlinin  uzadılmasını  xahiş  etmiş,  Çar  Rusiyasının  ABŞ- 

dakı  səfiri  isə  Amerika  hökumətini  bu  qondarma  soyqırımı 

barədə  məlumatlandırmışdır.  Həmin  mərhələdən  etibarən 

«Daşnaksıityun»  və  digər  erməni  terror  təşkilatları,  Eçmiəd­

zin  kilsəsi,  bütövlükdə  erməni  ictimaiyyəti  «dənizdən-dənizə 

Böyük  Ermənistan»  xülyalarını  gerçəkləşdirmək  üçün  qondar­

ma  erməni  soyqırımı  iddialarını  dünya  xalqlarının  beyninə  ye­

ritmək  istiqamətində  geniş təbliğat  kampaniyasına  start vermiş­

lər.  O  vaxtdan  bəri  24  aprel  tarixinin  Ermənistanda  qondarma 

«soyqırımı  qurbanlarını  anma  günü»  kimi  qeyd  olunmasına 

başlanılmışdır.

Professor  Anar  İsgəndərov  özünün  «Türk-müsəlman  əhali­

sinə  qarşı  həyata  keçirilən  soyqırımı»  adlı  silsilə  məqalələrin­

də  bu  məsələyə  toxunaraq  yazır:  «Erməni  ideoloqları  dünyanı 

inandırmaq  istəyirlər  ki,  guya  1915-ci  il  aprelin  24-də  daxili 

işlər  naziri  Tələt  paşa  erməni  əhalisinin  dövlət  səviyyəsində 

qırılmasına  dair yazılı  göstəriş  vermişdi.  Bu  günə  qədər erməni 

millətçiləri  həmin  sənədin  əslini  fakt  kimi  heç  kəsə  göstərə 

bilmirlər.  Ona  görə  ki,  belə  bir  sənəd  ümumiyyətlə  yoxdur... 

Hətta  1919-cu  il  Paris  Sülh  Konfransı  dövründə  Osmanlı  rəh­

bərlərinin  gizli  yazışmaları  diqqətlə  yoxlanıldıqdan  sonra  da 

ermənilərin  kütləvi  surətdə  öldürülməsi  barədə  heç  bir  sənəd 

və  əmr  tapılmayıb.  Əksinə,  Avropadan  gələn  məmurlar  belə 

bir  faktla  rastlaşıblar  ki,  köçürülən  erməni  əhalisinin  təhlükə­

sizliyini  təmin  etmək  üçün  Osmanlı  dövləti  tərəfindən  onlarla 

əmr  və  göstəriş  verilmişdir».

1914-cü  ildə  Türkiyənin  Birinci  dünya  müharibəsinə  qoşul­

ması  ilə  ermənilər  belə  bir  fakt  qarşısında  qaldılar:  «Böyük  Er­

86


mənistan»  yaratmaq  istədikləri  ərazilərin  bir  hissəsi  Türkiyədə, 

o  biri  hissəsi  almanlara  və  türklərə  qarşı  vuruşan  Rusiyada  idi. 

Çox  düşünmədən  onlar  özlərini  antitürk  qüvvələrin  yanında 

gördülər.

Hərbi  əməliyyatlar  başlayan  kimi  Türkiyə  Böyük  M illət 

Məclisinə  Ərzurumdan  deputat  seçilən  Qaro  Basdırmacan 

əsasən  ermənilərdən  ibarət  hərbi  hissələrlə  birlikdə  rusların 

tərəfinə  keçdi.  Yeri  gəlmişkən,  türklər  heç  vaxt  ermənilərin 

səmimiyyətinə  inanmadıqları  üçün  tarix  boyu  onları  orduya 

götürməzdilər.  Sultanlıq  zəiflədiyi  son  dövrlərdə  isə  məcbur 

olub  onları  da  əsgəri  xidmətə  çağırırdılar.  Bu  da  tezliklə  öz  acı 

nəticələrini  verdi...

Qaronun  başçılıq  etdiyi  dəstələr  getdikcə  daha  da  azğınla­

şaraq  türk  kəndlərini  dağıdır,  əhalini  amansızcasına  qırırdılar. 

XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  Türkiyədə  baş  verən  bu 

qanlı  hadisələrlə  əlaqədar  ingilis  tarixçisi  Filip  Prays  yazırdı: 

«Müharibənin  başlaması  ilə  bu  rayonların  erməni  əhalisi  (şərq 

vilayətləri  nəzərdə  tutulur)  Qafqazdakı  rus  hakimiyyət  orqan­

ları  ilə  xəlvəti  əlaqələr  qurdular  və  hamıdan  gizli  türk  vila­

yətlərindən  rus  ordusu  üçün  könüllülər toplamağa  başladılar... 

Şərq  vilayətlərində  hərbi  xidmətdən  yayınmalar  kütləvi  xarak­

ter  almışdı.  Rus  zabitlərinin  rəhbərliyi  altında  erməni  dezer- 

tirlərdən  ibarət  xeyli  alaylar  yaradılmışdı.  Türk  parlamentinin 

iki  erməni  deputatı  Rusiyaya  qaçmışdı.  Ermənilərin  buraxdığı 

qəzetlər  qisasa,  türkləri  əzabla  öldürərək  analarını  ağlatmağa 

çağırırdı.  Ermənilərin  etdiyi  cinayətlər  heç  kəsdə  şübhə  do­

ğurmur».

Tək  bir gündə -  21  fevral  1914-cü  ildə  Qarsda  və  Ərdəhan- 

da  erməni  quldur dəstələri  tərəfindən  30  min  türk  qətlə  yetiril­

mişdi.  Körpələri  alıb  tonqala  atır,  insanlara  vəhşicəsinə  əzab­

lar  verirdilər.  Bu  qətllərin  bilavasitə  başında  «Qnçak»  erməni 

terror  təşkilatının  ideoloqu,  türk  parlamentinin  deputatı  Ste­

pan  Ter-Danielyan  dururdu.  Ermənilərin  düşünülmüş  fəaliyyət

87


planı  haqda  o  vaxt  Bitlis  vilayətinin  qubernatoru  Mustafa  bəy 

3-cü  Ordunun  komandanına  yazırdı:  «Erməni  liderlərin  qərarı­

na  əsasən,  hərbi  əməliyyatlar  başlayan  halda  erməni  əsgərləri 

əldə  silah  düşmən  tərəfə  keçməlidirlər.  Türk  qoşunları  uğur 

qazansa,  ermənilər  hərəkət  etməyəcək,  əksinə,  əgər  ordumuz 

geri  çəkilsə,  onların  yaratdıqları  partizan  dəstələri  qoşunların 

hərəkətinə  maneələr  törətməlidirlər».

Elə  bu  vaxtlar  Sivas  qubernatoru  məlumat  verirdi  ki,  «ələ 

keçənlərin  verdiyi  məlumata  görə,  ermənilərin  vilayətdə

30.000  nəfər  silahIısı  var  ki,  onların  da  yarısı  artıq  rus  ordusu 

ilə  birləşib.  O  biri  yarısına  isə  arxadan  türk  qoşunlarına  zərbə 

endirmək  tapşırığı  verilib».

1915-ci  ilin  mayında  rusların  Şərqi  Anadoluya  hücumları­

nın  gücləndiyi,  ingilis  və  fransızların  Çanaqqala  əməliyyatları­

na  başladığı  bir  dövrdə  ermənilər  «dost»larının  yazdığı  ssena­

riyə  uyğun  olaraq  Zeytun,  Van  və  Muşda  ayağa  qalxdılar.  Ma­

yın  6-da  ermənilər  monoetnik  zona  yaratmaq  məqsədi  ilə  Van 

şəhərində  müsəlmanları  qırıb  çatdılar.  Akademiklər  C.Əliyev 

və  B.Budaqovun  müəyyənləşdirdiyinə  görə,  təkcə  Van  vilayə­

tində  erməni  terrorçularının  qətlə  yetirdiyi  dinc  əhalinin  sayı

3.000  nəfərdən  çox  idi.  Yeri  gəlmişkən,  22  iyun  1915-ci  ildə 

hökumət  qüvvələri  Van  şəhərinə  daxil  olduqda  gördükləri 

mənzərədən  dəhşətə  gəldilər.  Şəhərin  bütün  müsəlman  əha­

lisi  ermənilər  tərəfindən  amansızlıqla  qətlə  yetirilmişdi.  Hətta 

hadisədən  8  gün  sonra  bütün  bunların  şahidi  olmuş  general 

Nikolayev  hansısa  Tero  və  Xeço  adlı  ermənilərin  rəhbərlik  et­

dikləri  quldur  dəstələrinin  vəhşiliklərindən  hiddətlənərək  ya­

zırdı  ki,  onları  topa  tutmaq  lazımdır.  İndi  5.000  nəfərin  qətlə 

yetirildiyi  həmin  yerdə  türklərin  soyqırımı  abidəsi  ucalır.

Vandakı  qırğınlar  bununla  bitmədi.  Növbəti  dəfə  ermənilər 

22  may  1916-cı  ildə  Vanda  yenidən  qırğınlar  törətdilər.  Er­

məni  başkəsənləri  1.000-dən  artıq  uşağı  boğaraq  öldürdülər. 

Meyitlərin  qulaqları,  burunları  kəsilmiş,  gözləri  çıxarılmışdı. 

Budəfəki  itkilərin  sayı  isə  15.000  nəfəri  adlamışdı.

88


1915- 

ci  il  mayın  9-da  eyni  şəkildə  Bitlisdə  123  nəfər  qətlə 

yetirildi.  Tarixçi  Rafael  de  Noqqalesin  yazdığına  görə,  «on­

lar  əllərinə  keçən  bütün  dinc  müsəlmanları  vəhşicəsinə  qırıb 

çatırdılar».  Ümumiyyətlə,  gürcü  tarixçisi  Q.Marxuliyanın  yaz­

dığı  kimi,  onların  mübarizə  metodu  ancaq  bundan  ibarət  idi: 

«...İnsanları  silahlandırmaq  üçün  bütün  vasitələrə  əl  atmaq, 

...toqquşmalar  təşkil  etmək  və  hökumət  məmurlarını  aradan 

götürmək,  ...dövlət  idarələrini  talan  etmək və dağıtmaq...  Məq­

sədə  çatmaq  üçün  hər  şeyə  icazə  verilirdi  -   təbliğata,  terrora, 

qiyama».  C.K.Makkartinin  tədqiqatlarına  görə,  XX  əsrin  əvvəl­

lərində  baş  verən  bu  qanlı  hadisələrdə  2,5  milyon  müsəlman 

həlak  olmuşdur.  Bütün  bu  deyilənlərə  statistikanın  soyuq  və 

qəddar  nəzərləri  ilə  bir  də  baxmağa  çalışaq:  8  may  1916-cı 

ildə  Andronikin  quldur  dəstələri  Tərcan  qəzasının  müsəlman 

kəndlərində  563  nəfəri  məhv  etdi.

11 

may  1916-cı  ildə  quldurlar  Malazgird  şəhərində  20.000 



nəfəri  öldürmüş,  uşaqları  əzablar  verdikdən  sonra  odda  yan­

dırmışlar.

Həmin  vaxt Van  yaxınlığındakı  Köprüköy  kəndində  200  nə­

fər  erməni  azğınlığının  qurbanı  olmuşdur.

22  may  1916-cı  ildə  yenə  həmin  Van  şəhərində  ermənilər 

əhalini  kütləvi  şəkildə  zəhərləyib  yüzlərlə  insanın  ölümünə 

səbəb  olmuşlar.

Elə  həmin  gün  qaçqınlarla  dolmuş  Ergəl  və  Atiyan  kəndlə­

rinin  yaxınlığında  quldurlar  8.000  nəfərin  həyatına  son  qoy­

muşlar.


23  may  1916-cı  il.  Van  yaxınlığında  Seyi  kəndində  əksə­

riyyəti  uşaq,  qoca  və  qadın  olan  300  nəfər  türk  ermənilərin 

gülləsinə  tuş  oldu.

1916- 


cı  ilin  iyununda  Ədrəmid  şəhərində  15.000  nəfər 

öldürülmüşdü.  Patronlara  «qənaət»  etmək  məqsədi  ilə  insan­

ları  ən  dəhşətli  üsullarla  məhv  etmişdilər.

89


Sonralar  bütün  bu  cinayətlərə  görə  1.397  nəfər  Türkiyənin 

ədalət  məhkəmələri  qarşısında  dayandı.  Onların  bir  çoxuna 

ölüm  hökmü  kəsildi...

24 


aprel  1915-ci  ildə  bütün  erməni  komitələrinin  fəaliyyəti 

dayandırıldı,  bu  təşkilatın  2.345  nəfər  rəhbər  üzvü  həbs  edildi. 

Ermənilərin  «genosid  günü»  dedikləri  bu  tarixin,  göründüyü 

kimi,  «erməni  genosidi»nə  heç  bir aidiyyəti  yoxdur.  Bu,  türklə­

rin,  müsəlmanların  genosid,  soyqırımı  günü  kimi  anılsa,  daha 

düzgün  olar!

Qaldı  ermənilərin  İran  və  Qafqaz  cəbhəsindən  ölkənin 

müxtəlif ərazilərinə köçürülməsinə, gürcü alim Q.Marxuliyanın 

ifadəsi  ilə  desək,  «ermənilərin  köçürülməsinə  səbəb  onların 

xəyanəti  və  qiyamları  oldu.  Ermənilərə  elə  gəlirdi  ki,  ələ  ke­

çirdikləri  torpaqlar  Birinci  dünya  müharibəsindən  sonra  onlara 

qalacaq və onlar orada  müstəqil  Ermənistan  dövləti  yaradacaq­

lar...»

Qondarma  genosid  iddiaları  ilə  dünyada  özləri  haqqında 



«əzabkeş  və  məzlum  millət»  imici  yaratmağa  çalışan  ermə­

nilərin  özlərinin  1918-ci  ilin  martında  azərbaycanlılara  qar­

şı  soyqırımı  törətməsi  tarixi  faktlarda  dolğun  əksini  tapmışdır.

1918-ci  il  martın  30-31-də  Bakı  Kommunası  və  erməni  şovi­

nistləri  Azərbaycanda  kütləvi  qırğınlar,  qətliamlar  törətməklə 

bəşər  tarixində  misli  görünməmiş  soyqırımına  imza  atmışlar. 

Bir  neçə  gün  ərzində  təkcə  Bakıda  12  min  insan  sırf milli-etnik 

zəmində  qətlə  yetirilmiş,  kütləvi  qətliamlar  Azərbaycanın  Şa­

maxı,  Quba,  Qarabağ  və  digər  bölgələrini  də  əhatə  etmişdir. 

Yalnız  1918-ci  ilin  sentyabrında  Nuru  paşanın  başçılıq  etdiyi 

ordunun  Bakını  xilas  etməsindən  sonra  bu  qırğınların  qarşısı 

qismən  alınmışdır.

Qondarma  erməni  soyqırımı  iddiaları  uzun  illər  ərzində 

Türkiyə  və  Azərbaycana,  həmçinin  hər  iki  ölkənin  görkəm­

li  ictimai-siyasi  xadimlərinə  qarşı  törədilmiş  terror  aktlarına 

və  digər  cinayətkar  əməllərə  «zəmin  hazırlamaq»  məqsədi

90


güdmüşdür.  Tarixi  faktlar  göstərir  ki,  məhz  ermənilərin  fitvası 

ilə  1920-ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  görkəmli 

siyasi  xadimləri  -   N.Yusifbəyli,  F.Xoyski,  X.Xasməmmədov, 

H.Ağayev  vəhşicəsinə  qətlə  yetirilmişlər.

«Daşnaksütyun»  partiyasının  yaratdığı  «Nemezis»  («Cəza») 

adlı  xüsusi  terror  qrupu  isə  1920-ci  il  martın  15-də  Osmanlı 

hökumətinin  daxili  işlər  və  hərbi  müdafiə  naziri  olmuş  Tə­

lət  paşaya  Berlinin  böyük  prospektlərindən  birində  atəş  aç­

mışdı.  Onun  qatili  Soqomon  Teyləryan  həbs  olunsa  da,  Berlin 

dairə  məhkəməsi  hüquqi  deyil,  siyasi  qərar  çıxararaq  «ermə­

ni  soyqırımı»nı  əldə  rəhbər  tutan  erməni  terrorçusuna  bəra­

ət  hökmü  çıxarmışdı.  Bu  rüsvayçı  hökmdən  ruhlanan  erməni 

terrorçuları  İstanbulda,  Romada,  Berlində,  Tiflisdə,  Buxarada 

və  digər  şəhərlərdə  tanınmış  türk  ictimai-siyasi  xadimlərinə 

qarşı  qanlı  terror  aktları  həyata  keçirmişlər.

1972-1991-ci  illərdə  erməni  terrorçuları  dünyanın  əksər 

ölkələrində  Türkiyənin  görkəmli  siyasi  xadimlərinə,  məşhur 

diplomatlarına  və  tanınmış  iş  adamlarına  qarşı  300-dən  çox 

terror  əməliyyatları  törətmişlər.  Bu  terror  aktlarının  100-dən 

çoxu  ASALA terror təşkilatının  «Orli»,  «9  İyun»  və  «3  Oktyabr» 

qruplaşmaları  tərəfindən  24  ölkənin  38  şəhərində  həyata  ke­

çirilmişdir.

1988-ci  ildən  Azərbaycana  qarşı  növbəti  dəfə  aşkar  əra­

zi  iddiaları  ilə  çıxış  edən  Ermənistan  ata-baba  yurdlarından 

azərbaycanlıları  deportasiya  edərkən  müxtəlif  vandalizm  akt­

larına,  o  cümlədən  terror  aktlarına  əl  atmışdır.  Sonrakı  mər­

hələdə  bəzi  dövlətlərin  himayəsi  və  dəstəyi  ilə  Azərbaycan

cələnmiş  çoxlu  sayda  terror  aktları  planlaşdırmış  və  həyata  ke­

çirmişdir.  Ərazi  ilhaqı  məqsədi  ilə  terrorçuluğu  və  separatizmi 

özünə  başlıca  vasitə  seçən  ermənilər  1988-ci  ildən  Azərbay­

canda  373  qanlı  terror  aktı  törətmiş,  nəticədə  1.600-ə  yaxın 

insan  həlak  olmuş,  1.808  nəfər  yaralanmışdır.  Terror  aktları

91


nəticəsində  həlak olanların  böyük  əksəriyyətini  qadın,  uşaq  və 

qocalar  təşkil  etmişdir.

Ermənilərin  qondarma  soyqırımı  iddialarının  həqiqətdən  ta­

mamilə  uzaq  olduğunu  təkcə  tarixi  faktlar  deyil,  elə  onların 

özlərinin  müəyyən  isterik  davranışları  da  tamamilə  təsdiqləyir. 

Ümumiyyətlə,  qondarma  erməni  soyqırımı  iddiaları  4  məkrli 

məqsədin  həyata  keçirilməsinə  xidmət  edir:  1)  «Soyqırımı»nın 

bütün  dünyada  tanınması;  2)  Türkiyənin  «soyqırımı»nı  etiraf 

etməsi;  3)  Türkiyənin  «soyqırımı»na  uğramış  adamların  vərə­

sələrinə  təzminat  ödəməsi;  4)  Türkiyənin  şərqində  ermənilərə 

torpaq  verilməsi.  Şübhəsiz,  belə  cəfəng  iddialar  həm  də 

Türkiyəni  Ermənistana  münasibətdə  yumşaltmağa  -   sərhədləri 

açmağa.məcbur  etmək,  habelə  qardaş  ölkənin  beynəlxalq  nü­

fuzuna  xələl  gətirmək,  onun  Avropa  Birliyinə  gedən  yolunu 

bağlamaq  məqsədi  güdür.

Hələ  2005-ci  ilin  aprel  ayında  Türkiyənin  Baş  naziri  Rəcəb 

Tayyib  Ərdoğan  Ermənistanın  sabiq  prezidenti  R.Koçaryana 

müraciətlə  qondarma  erməni  soyqırımı  iddialarının  araşdırıl­

ınası  üçün  müştərək  komissiyanın  yaradılmasını,  bu  məsələ 

ilə  bağlı  bütün  sənədlərin  arxivlərdən  üzə  çıxarılmasını  təklif 

etmişdi.  Türkiyə  Arxivləri  İdarəsinin  rəhbəri  Yusuf  Sarınay  isə 

ermənilərin  hər  il  aprelin  24-ıi  tarixini  dünyaya  «erməni  soy­

qırımı  günü»  kimi  təqdim  etmələrinin  yalan  olduğunu  sübuta 

yetirmək  məqsədi  ilə  Osmanlı  dövrünə  aid  arxivlərin  qapıla­

rını  dünya  ölkələrinin  tarixçilərinin,  alimlərinin  üzünə  açdıq­

larını  bəyan  etmişdir.  Bu  təklifə  indiyədək  cavab  verməyən 

ermənilərin  real  faktlara  əsaslanmadığı,  bu  qondarma  iddiadan 

ideoloji  və  siyasi  məqsədlərlə  yararlandığı  indi  dünya  ictima­

iyyətinə  də  yaxşı  bəllidir.

Məlumat  üçün  bildirək  ki,  1944-cü  ilədək  «soyqırımı»  anla­

yışı  beynəlxalq  ictimaiyyətə məlum olmamış,  bu termin  ilk dəfə 

yəhudi  mənşəli  polşalı  hüquqşünas  Rafael  Lemkin  tərəfindən 

işlədilmişdir.  O,  soyqırımını  müəyyən  insan  qruplarının  möv­

cudluğunun  vacib  əsaslarını  məhv  etməyə  yönəlmiş  müxtəlif

92


cinayətkar  hərəkətlərin  koordinasiya  olunmuş,  planlı  şəkildə 

həyata  keçirilməsi  kimi  səciyyələndirmişdir.  1945-ci  ildə  isə 

Nürnberq  Hərbi  Tribunalı  faşist  liderlərini  bəşəriyyət  əlehyinə 

cinayətlərdə  ittiham  etmişdir.  İlk  dəfə  olaraq  Nürnberq  Hər­

bi  Tribunalının  Nizamnaməsinin  6-cı  maddəsində  beynəlxalq 

cinayətlərin  nədən  ibarət  olduğu  göstərilmiş,  eləcə  də  soyqı­

rımı  cinayəti  insanlıq  əleyhinə  olan  cinayətlər  kateqoriyasına 

daxil  edilmişdir.

BMT-nin  «Soyqırımı  cinayətinin  qarşısının  alınması  və  onun 

cəzalandırılması  haqqında»  9  dekabr  1948-ci  il  tarixli  Kon­

vensiyasının  2-ci  maddəsinə  görə,  «Soyqırımı  hər  hansı  milli, 

etnik,  irqi  və  dini  qrupun  qismən  və  ya  bütövlükdə  məhv  edil­

məsi  məqsədi  ilə  törədilən  aşağıdakı  hərəkətlərdən  biridir:  a) 

bu  cür  qrup  üzvlərinin  öldürülməsi;  b)  bu  cür  qrup  üzvlərinə 

ağır  bədən  xəsarətlərinin  və  yaxud  əqli  qabiliyyətinə  cicidi 

zərər yetirilməsi;  c)  qəsdən  hər hansı  bir qrupun  tam  və  ya  qis­

mən  fiziki  məhvini  nəzərdə  tutan  həyat  şəraitinin  yaradılması; 

ç)  bu  cür  qrup  daxilində  doğumun  qarşısını  almağa  yönəlmiş 

tədbirlərin  həyata  keçirilməsi;  d)  bir  insan  qrupuna  mənsub 

olan  uşaqların  zorla  başqasına  verilməsi».

Soyqırımı  cinayətinin  ictimai  təhlükəl i I iyi  hər  hansı  milli, 

etnik,  irqi  və  ya  dini  qrupun  bütövlükdə  və  ya  qismən  məhv 

edilməsi,  yaxud  məhv  edilməsi  təhlükəsinin  yaranması,  habe­

lə  həmin  qrupların  tarixi,  mədəni,  mənəvi  və  s.  dəyərlərinin 

yer  üzündən  silinib  getməsi,  yaxud  bunun  üçün  şəraitin  ya­

radılması  ilə  xarakterizə  olunur.  BMT-nin  «Soyqırımı  cinayə­

tinin  qarşısının  alınması  və  onun  cəzalandırılması  haqqında» 

9  dekabr  1948-ci  il  tarixli  Konvensiyasında  aşkar  göstərilir  ki, 

soyqırımı  cinayətinin  baş  verməsi  üçün  xüsusi  niyyətin  olması 

zəruri  hesab  edilir.  Qondarma  iddialarla  çıxış  edən  ermənilər 

isə  Osmanlı  imperiyasının  milli-etnik  zəmində  guya  bu  millətə 

qarşı  «soyqırımı  həyata  keçirdiyini»  təsdiqləyən  heç  bir  fakt 

ortaya  qoya  bilməmişlər.

93


Təəssüflə  demək  lazımdır  ki,  buna  baxmayaraq,  «erməni 

soyqırımı»  iddiaları  ötən  əsrin  ortalarında,  yəni  «soyqırımı» 

ifadəsi  rəsmən  beynəlxalq  hüquqi  status  alandan  cəmi  iki  il 

sonra  gündəmə  gəlmişdir.  Erməni  kilsəsinin  irəli  sürdüyü  id­

dialar  sonradan  Amerika  və  Avropada  erməni  lobbisinin  fəal 

iştirakı  ilə  məkrli  bir  kampaniyaya  çevrilmişdir.  Bədnam  qon­

şularımız  özlərinin  qondarma  soyqırımı  iddialarının  ilk  dəfə 

1965-ci  il  aprelin  20-də  Uruqvayda  tanınmasına  nail  olmuşlar. 

1982-ci  il  aprelin  29-da  Kiprin  yunan  icması  analoji  qərəzli

qərara  imza  atmışdır.  Daha  sonra  Argentina,  Rusiya,  Yunanıs-

• 



tan,  Kanada,  Livan,  Belçika,  Vatikan,  İtaliya,  Fransa,  İsveçrə, 



Slovakiya,  Hollandiya,  Polşa,  Almaniya,  Venesuela,  Litva,  Çili, 

o  cümlədən  Avropa  Parlamenti  qondarma  erməni  soyqırımını 

tanımaq  barədə  qətnamə  və  bəyanat  qəbul  etmişdir.  Təkcə 

2010-cu  ildə  ABŞ  və  İsveçin  qanunverici  orqanları  müvafiq 

qətnamə  layihəsini  təsdiqləmiş,  Böyük  Britaniya  və  İspaniya 

isə  erməniləri  məyus  etmişlər.  Ukraynanın  Xarkov  vilayətinin



ш

zyum  Şəhər  Şurası  isə  Azərbaycan  diasporunun  fəal  iş  apar­

ması  nəticəsində  «erməni  soyqırımı»nın  tanınması  haqqında 

ədalətsiz  qərarını  ləğv  etmişdir.

Bir  faktı  da  vurğulamaq  lazımdır  ki,  ermənilər  məkrli  iddia­

larını  tanıtmaq  üçün  hələ  Sovetlər  birliyi  dövründən  fəal  iş 

aparmış,  qondarma  soyqırımı  qurbanlarına  abidələr  ucaltmış­

lar.  SSRİ  rəhbərliyinin  bu  məsələdə  maraqlı  olması  erməni 

şovinistlərini  daha  da  ruhlandırır,  «soyqırımı»  kampaniyasının 

sistemli  şəkildə  aparılmasına  imkan  yaradırdı.  Sovet  hökuməti 

Azərbaycana  münasibətləri  dostluq  notları  üzərində  köklə­

məyi  məsləhət  gördüyü  halda,  erməniləri  sanki  yeni-yeni  təx­

ribatlara  şirnikləndirmək  yolu  tutmuşdu.  Əslində,  ötən  əsrin 

80-ci  illərinin  ortalarından  Azərbaycana  qarşı  başlanmış  növ­

bəti  ərazi  iddiaları  da  məhz  bu  çirkin  kampaniyanın  məntiqi 

nəticəsi  olmuşdur.

94


Ermənilər  son  50  ildə  qondarma  iddialarını  ayrı-ayrı  ölkə­

lərdə tanıtmaqla  kifayətlənməmiş,  qondarma  abidələrin,  xatirə 

lövhələrinin  qoyulmasına  nail  olmuşlar.  Bu  məqsədlə  virtua 

məkanın  imkanlarından  da  geniş  şəkildə  istifadə  edən  ermə­

nilər  saxta  iddialarını  təbliğ  edən  45  min  veb  sayt  yaratmış, 

habelə  çoxsaylı  kitablar,  filmlər  çəkdirmişlər.  Almaniyada  bu 

saxta  mövzu  hətta  dərsliklərə  salınmış,  Fransa  M illi  Assam­

bleyası  isə  qondarma  erməni  soyqırımını  tanımamağa  görə  ci­

nayət  məsuliyyəti  nəzərdə  tutan  qərar  qəbul  etmişdir.  Bütün 

bunlar  bir  daha  göstərir  ki,  erməni  mifomaniyası  bu  gün  Av­

ropa  ölkələrinin  böyük  əksəriyyətinin  başı  üstünü  qara  kabus 

kimi  almışdır.

Qondarma  erməni  soyqırımı  ilə  bağlı  qətnamə  və  bəyanat 

qəbul  edən  dövlətlərin  nümayəndələri  nə  Türkiyə,  nə  digər 

Qərb  dövlətlərinin  arxivlərində  olmuş,  sadəcə,  siyasi  motivli 

qərəzli  və  ədalətsiz  qərarı  rəsmiləşdirmişlər.  Belə  qərar  qəbul 

edən  dövlətlərin  əksəriyyətinin  Avropa  Birliyinin  üzvü  olması 

da  təsadüfi  görünmür.  Siyasi  müşahidəçilərin  fikrincə,  həmin 

dövlətlər  belə  süni  maneələrlə  müsəlman  dövləti  olan  Türki­

yənin  təşkilata  gedən  yoluna  sipər  çəkməyə,  Avropa  Birliyi­

ni  «xristian  klubu»  kimi  qoruyub  saxlamağa  çalışırlar.  Bu  da 

təsadüfi  deyildir  ki,  hələ  1987-ci  ildə  Fransanın  xüsusi  səy­

ləri  ilə  qondarma  erməni  soyqırımını  tanıyan  Avropa  Parla­

menti  2005-ci  ildə  həmin  ədalətsiz  qərarını  yenilərmiş,  üstəlik, 

Türkiyə  hökuməti  qarşısında  Ermənistanla  sərhədləri  açmaq 

tələbini  irəli  sürmüşdür.  Həmin  qərarda  Türkiyənin  1915-ci 

ildə  baş  verənləri  «soyqırımı»  kimi  tanıması  Avropa  Birliyinə 

üzvlüyün  əsas  şərtlərindən  biri  olaraq  göstərilmişdir.  Doğru­

dur,  direktiv  ^Copenhagen  meyarlarından  fərqli  olaraq,  Avropa 

Parlamentinin  qərarları  Türkiyə  üçün  tövsiyə  xarakteri  daşıyır.

Ümumiyyətlə,  qondarma  erməni  soyqırımı  ilə  bağlı  cəfəng 

iddialar göstərir ki,  regionda,  bir qayda olaraq, qeyri-konstruktiv 

mövqedən  çıxış  edən  Ermənistanın  Türkiyə  ilə  münasibətləri

95


normallaşdırma  «səyləri»  də  səmimiyyətdən  tamamilə  uzaq­

dır.  Türkiyə  və  Azərbaycanın  qırılmaz  strateji  müttəfiqliyi  fo­

nunda  ermənilərin  bu  istiqamətdəki  məkrli  cəhdlərinin  də  if­

lasa  uğrayacağına  heç  bir  şübhə  yoxdur.  Dövlət  başçısı  İlham 

Əliyevin  də  dəfələrlə  bəyan  etdiyi  kimi,  türk  və  Azərbaycan 

diasporlarının  son  illərdəki  birgə  fəaliyyəti,  müdafiədən  fəal 

hücum  mövqeyinə  keçməsi  ermənilərin  saxta  iddialarla  dünya 

ictimaiyyətini  çaşdırmaq  cəhdlərinin  qarşısını  alır.  Zaman  keç­

dikcə  bədnam  qonşularımızın  «soyqırımı»  iddialarının  məkrli 

və  qərəzli  kampaniya  olduğunu  daha  çox  dövlət  başa  düşür, 

ermənilərin  saxta  göz  yaşlarına  inanmırlar.

96


Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin