Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

İRƏVAN  QUBERNİYASI

Özlərini  zavallı  və  yazıq  görkəmdə  dünyaya  tanıtmaq  istə­

yən  ermənilər  illərdir iddia edirlər ki,  guya  191 5-ci  ildə erməni 

soyqırımı  olub.  Türklər  1,5,  yaxud  da  2  milyon  ermənini  qətlə 

yetirib.  Halbuki  tarixi  faktlar  başqa  söz  deyir.  Onların  yalanını 

üzə  çıxaran  fransız  konsulu  Zarzeçkinin  1914-cü  ildə  verdiyi 

məlumata  görə,  Türkiyədə  1  milyon  300  min  erməni  yaşayıb. 

Beləliklə,  konsulun  göstərdiyi  rəqəmlə  ermənilərin  uydurduq­

ları  rəqəm  uyğun  gəlmir.  Təbii  ki,  yalanla  gerçəklik  heç  za­

man  tutmaz.  Tarix  həmişə  doğru  faktları  təsdiq  edir.  1905-ci 

il  hadisələrində  indiki  Ermənistan  ərazisindən  350  min  nəfər­

dən  artıq  azəri  türkü  didərgin  düşdü  və  150  min  nəfər  qətlə 

yetirildi.  Bakıda  hakimiyyəti  ələ  keçirən  bolşeviklər  (başında 

Stepan  Şaumyan  dayanırdı)  Andronikin  başkəsən  quldur  dəs­

tələri  ilə  əlbir  şəkildə  Cənubi  Qafqazda  əsl  fəlakət  törətdilər. 

1918-1920-ci  illərdə  də  bu  bölgədə  azərbaycanlıların  soyqı­

rımı  həyata  keçirildi.  Bu  soyqırımı  nəticəsində  yarım  milyon 

azərbaycanlı  qətlə  yetirilmişdi.



İRƏVAN  -   bu  şəhərin  ətrafında  200  kənd  qarət  edilərək 

yandırıldı.  Erməni  quldur  birləşməsi  İrəvan  quberniyasında 

dinc  müsəlmanlara  atəş  açaraq  yerli  əhaliyə  amansızcasına 

divan  tutdu.  Təkcə  may  ayının  24-də  şəhərin  bir  məhəlləsində 

4  qadın,  2  uşaq,  5  kişi  qətlə  yetirildi.  1905-1910-cu  illərdə  İrə­

vanda  su  yerinə  qan  axıdıldı.  Ötən  əsrin  əvvəllərində  İrəvan 

quberniyasında  959  Azərbaycan  kəndi  olub,  352  min  azər­

baycanlı  yaşayıb.  Bu  hesabla  da  gərək  sonradan  Ermənistan 

adlanan  o  torpaqda  dəfn  olunmuş  ocaqlarımızın,  söndürülmüş 

çıraqlarımızın  sayını  xəyala  gətirək.

132


1905-ci  ilin  mayında  ermənilər  İrəvanın  Qarsaçay  bağça­

sında  azərbaycanlılara  ağlagəlməz  divan  tutublar.  Qırğın  nəti­

cəsində  yüzlərlə  soydaşımız  həlak  olub.  Əslində,  1905-ci  ilin 

mayında  erməni  quldurları  İrəvanda  müsəlmanlara  qarşı  soy­

qırımı  törətdilər.  Həlak  olanlar  arasında  təkcə  türklər  deyil, 

başqa  müsəlman  xalqlar  da  olub.  İrəvanın  ətraf  kəndlərində 

də  müsəlmanlara  qarşı  soyqırımı  həyata  keçirildi.  Ermənilər 

İrəvanın  Mənkus,  Güllücə,  Gəzəcik  kəndlərinə  hücum  edə­

rək  yerli  sakinlərə  min  cür  əzab  verdilər.  Silahsız  kənd  sa­

kinləri  doğma  yurdlarını  tərk  etmək  məcburiyyətində  qaldı. 

Onlar  müsəlmanları  diri-diri  təndirə  atır,  şişlə  qətlə  yetirir,  ağ­

lagəlməz  işgəncələrlə  həyatlarına  son  qoyurdular.  Quldurlar 

məscidi,  müsəlmanların  müqəddəs  kitablarını  da  yandırırdılar. 

Onlar  Novruz  adlı  qoca  bir  kişiyə  ağlagəlməz  işgəncə  verərək 

qətlə  yetirdilər.  80  yaşlı  kişinin  başını  keşiş  Hayrapet  kəsib. 

Erməni  terrorçularının  İrəvanda  törətdiyi  soyqırımları,  təəssüf 

ki,  ətraflı  şəkildə  tədqiq  edilməyib.  Ermənilərin  Azərbayca­

nın  qədim  mahallarında  törətdikləri  qırğınların  isə  indiyədək 

analoqu  tapılmayıb.  Əgər  1914-cü  ildə  İrəvan  quberniyasında 

237.684  nəfər  azərbaycanlı  yaşayırdısa,  1918-1920-ci  illərdə 

həyata  keçirilən  soyqırımıdan  sonra  artıq  bu  rəqəm  72  min 

97-yə  enmişdi.  1918-ci  ildə  Azərbaycan  rəhbərliyi  İrəvan  əra­

zisinin  ermənilərə  güzəşt edilməsinə  razılıq  verdi.  1918-1919- 

cu  illərdə  İrəvan  quberniyasında  88  kənd  dağıdılıb,  1.920  ev 

yandırılıb,  131.970  insan  öldürülüb.  Bu,  sonrakı  dövrlərdə  er­

mənilərin  torpaq  iştahasını  daha  da  artırdı.  1918-ci  ilədək  9,8 

min  kvadratkilometr  sahəsi  olan  qondarma  «Erməni  vilayəti»

1920-ci  ildən  Azərbaycan  torpaqları  hesabına  genişləndirilə­

rək  ərazisi  29,8  min  kvadratkilometrə  çatdırıldı.

ABARAN  -   bu  mahalda  sovet  hakimiyyətinə  qədər  50-dən 

artıq  yaşayış  məskəni  olub.  Bütün  yer-yurd  adları  da,  topo­

nimlərin  hamısı  türkcədir.  Vaxtilə  bura  köçürülən  ermənilər 

1905-ci  ildə  qapısında  çörək  yedikləri,  qonaqpərvərliyinə

133


pənah  gətirdikləri  azərbaycanlılara  qarşı  ağlagəlməz  vəhşi­

liyə  yol  verdilər.  Damcılı,  Danagirməz,  Hacıxəlil,  Qarabulaq, 

Əliqucaq,  Şirəkqala,  Gıillücə,  Böyük  Camılı,  Cəngi,  Babakişi, 

İmirli,  Təkərli,  Quruboğaz,  Korbulaq,  Gülablı  və  s.  kəndlər­

də  yaşayan  müsəlmanları  qılıncdan  keçirib,  yaşlı  insanların  və 

qadınların  kürəyinə  qaynar  samovar  bağlayaraq  onların  əzab­

larından  nəşələnmişlər.  Körpələri  yabalara  keçirərək  anaların 

sinəsinə  dağ  vurmuşlar.  Erməni  basqınçıları  bu  mahalın  xeyli 

hissəsini  viranəyə  çevirmişlər.

ŞÖRƏYEL  -   İrəvan  şəhərinin  100  kilometrliyində  yerləşən 

bu  mahalın ərazisində  hələ qədim dövrdən Ani  adlı  şəhər olub. 

Bu  şəhərin  xarabalıqları  Arpaçayın  sağ sahilində -  Türkiyə  əra­

zisində  indi  də  qalmaqdadır.  Uzun  illər  burada  arxeoloji  təd­

qiqatlar  aparıblar.  Ermənilər  nə  qədər  cəhd  göstərsələr  də  ki, 

Ani,  guya,  erməni  knyazlarının  qalası  olub,  aparılan  tədqiqat­

lar  təsdiqlədi  ki,  bu  şəhər  səlcuq  türkləri  tərəfindən  salınıb. 

Hətta  uzun  illər  Şəddadilər  sülaləsinin  hakimiyyətinə  məxsus 

olub.  Sanki  bunun  acığını  çıxmaq  üçün  1905-ci  ildə  onsuz  da 

dağılıb  sıradan  çıxmış  şəhəri  ermənilər  yer  üzündən  sildilər. 

Onun  ətrafında  isə  ağlagəlməz  vəhşiliklər  törətdilər.  Daşqala, 

Qoşavəng,  Bozdoğan,  Dovşanqışlaq,  Qayalı  kəndlərində  olan 

nəhr  və  çaylarda  qətlə  yetirilmiş  müsəlmanların  ah-nalələri 

uzun  illər şahidlərin  yadından  çıxmadı.  Hətta  sonradan  doğma 

yurda  qayıdan  soydaşlarımız  da  həmin  çay  və  bulaqlardan  is­

tifadə  edə  bilmirdilər.  1920-ci  ilin  Novruz  bayramında  ermə­

nilər  mahalın  ayrı-ayrı  kəndlərinə  basqın  edərək  200  nəfər

azərbaycanlını  qətlə  yetirdilər.



%?

AGBABA  -   bu  mahalda  yerləşən  çoxlu  maddi  mədəniyyət 

abidələri,  müxtəlif  fiqurlu  qəbir  daşları,  ibadətgahlar,  ocaqlar 

təsdiq  edir  ki,  Ağbaba  mahalı  da  Azərbaycanın  çox  qədim 

yaşayış  məskənlərindən  biri  olub.  Çar  Rusiyasının  təşəbbüsü 

və  köməyi  ilə  buraya  köçürülən  ermənilərin-nanəcibliyi  yer­

li  əhalini  çətin  vəziyyətə  salıb.  Daşnakların  təcavüz  və  təz­

134


yiqləri  nəticəsində  Ağbabanın  Sınıq,  Mumuxan,  Qonçalı, 

Ördəkli,  Seldağılan,  Mustoğlu,  Bağçalı,  Söyüdlü  kəndlərinin 

əhalisi  ölümdən  qurtulmaq  üçün  Türkiyəyə  qaçıblar.  Sonralar, 

ara  sakitləşəndə  yalnız  Qonçalı  kəndinin  sakinləri  qayıdıblar. 

Ördəkli,  Mustoğlu,  Bağçalı,  Qaraçanta,  Güllıibulaq  kəndləri 

isə  ermənilərin  ixtiyarında  qalıb.  Həmin  illər  QızıIclaş,  Qıda- 

şen,  QızıIki İsə,  Bozqala  kəndləri  də  talan  edilərək  yandırılıb, 

xarabalığa  çevrilib.



DƏRƏÇİÇƏK -   adından  da  göründüyü  kimi,  Azərbaycanın 

çox  dilbər  guşələrindən  biri  olub.  Hətta  Dədə  Qorqud  boy­

larında  adı  çəkilən  Altuntaxtın  Dərəçiçəklə  bağlı  olduğu  fikri 

də  məlumdur.  Bu  mahalın  kəndlərində  əzəldən  soydaşlarımız 

yaşayıb.  Dədə  Qorqud  boylarının  çoxunda  bu  mahaldakı  yer­

lərin  adları  çəkilir.  Məsələn,  Qayqocalı,  Bayandur,  Qumluyal 

və  s.  Hətta  oğuz  igidi  dəli  Qaraçarın  adını  yaşadan  Qaraçar 

daş  qalası  da  son  illərə  kimi  dururdu.  Təəssüf ki,  bu  doğma  el- 

oba da  erməni  vəhşilərinin  güdazına  getdi.  Onlar təkcə əhalini 

qılıncdan  keçirib  öz  isti  ocaqlarından  qovmadılar.  Həm  də 

türk-oğuz  tayfalarının  burada  yaşadığını  sübut  edən  qədim  qə­

biristanlıqları,  məbədgahları  dağıtdılar.  Dərəçiçək  mahalında 

törədilən  vəhşiliyin  ucbatından  sonralar  bura  qayıdan  insan­

lar  da  uzun  müddət  öz  övladlarına  ermənilərin  onların  başına 

hansı  oyunları  açdığını  demədilər.  1919-cu  ildə  bu  ərazidə 

yenidən  toqquşmalar  başladı.  Bığlı,  Əfəndi,  Hacımuğan,  Ağzı- 

bir,  Əyrivəng  kəndlərinin  əhalisi  erməni  hücumlarına  davam 

gətirməyərək  doğma  yurdlarından  didərgin  düşdü.  Aparılan 

tədqiqata  görə,  burada  3  min  nəfərə  yaxın  azərbaycanlı  -   qa­

dın,  uşaq,  qoca  həlak  olmuşdu.



GÖYÇƏ  -   1905,  1907,  1910  və  1915-ci  illərdə,  baş  verən 

erməni-müsəlman  savaşından  sonra  bu  mahalda  150  kənddən

30-u  yerlə  yeksan  edilmiş,  sonrakı  geriyə  dönmək  məqamında 

da  həmin  kəndlərdə  yaşayan  olmamışdı,  yəni  əhali  qalmamış­

dı.  Bir  tərəfdən  Göyçə  gölünə  söykənən,  digər  tərəfdən  də

135


Basarkeçərlə  dövrələnən  bu  qədim  mahalın  1905-ci  ildə  Kə­

vər,  Ağzıbir,  Ağqala,  Əfəndi  və  s.  kəndlərinin  əhalisi  tamamilə 

ermənilər  tərəfindən  öldürülüb.  Basarkeçərdə  1.296,  Gödək- 

bulaqda  515,  Aşağı  Zağalıda  521,  Tüskülüdə  224,  Qırxbulaq­

da  589  nəfər  soydaşımız  yaşayırdı.  Həmin  qırğınlar  zamanı, 

demək olar  ki,  o  əhalinin  80-90  faizi  qılıncdan  keçirilib.  Təkcə 

Zod  kəndində  42  südəmər  körpəni  ermənilər  təndir  şişlərinə 

keçirərək  anaların  gözləri  qarşısında  nəşəli-nəşəli  hərəkətlər 

törədirmişlər.  1919-cu  ilin  Novruz  bayramında  erməni  silahlı 

qrupları  mahalın  Kiçik  Məzrə  və  Hüseynquluağalı  kəndlərinə 

basqın  edərək  əhalini  qətlə  yetiriblər.  Ermənilər  hücum  za­

manı  bu  kəndlərdə  120  azərbaycanlı  öldürüblər.  Təkcə  1919- 

cu  ilin  yazında  ermənilər  bu  mahalda  60  min  sakini  olan  22 

kəndi  yandıraraq  əhalini  qırmışdılar.  Mahalın  Daşkənd  oyma­

ğına  hücum  edən  daşnaklar  20  azərbaycanlım  qətlə  yetiriblər. 

O  zaman  mahalda  məşhur  olan  Aşıq  Nəcəfi  girov  götürərək 

onu  iki  gün  ac-susuz  çalıb-oxudublar.  Sonra  da  Gültəpə  adlı 

yerdə  kürəyinə  samovar  bağlayaraq  küləyin  əksi  istiqamətinə 

getməyə  məcbur  ediblər.  Göyçənin  Şorca  kəndində  uşaqlar 

təndirə  atılıb,  bütün  kişilər  öldürülüb,  8  gözəl  qadını  kənddən 

apararaq  20  gün  öz  yanlarında  saxladıqdan  sonra  qətlə  yetirib­

lər...


Erməni  silahlı  dəstələri  70  evdən  ibarət  azərbaycanlılar  ya­

şayan  Haşman  kəndinə  hücum  edib  120  nəfər azəri  türkü  -  60 

kişi,  40  qadın  və  20  uşağı  qətlə  yetirirlər.  Onların  cəsədləri 

eybəcər  hala  salınır.  Göyçədə  gedən  qanlı  vuruşmalar  nəti­

cəsində  daşnaklar  bu  ərazidəki  bir  sıra  kəndləri  yer  üzündən 

silərək  əhalisinə  müxtəlif üsullarla  işgəncələr verib  həyatlarına 

son  qoyurlar.

PƏMBƏK  -   Çar  Rusiyası  dövründə  Gəncə  quberniyasının 

Qazax  qəzasına  daxil  olan  Pəmbək  dağ  silsilələri  ilə  əhatə 

olunan  çox  əsrarəngiz  bir  yaşayış  məskəni  olub.  Təəssüf  ki, 

1905-ci  ilin  fəlakəti  də  bu  yerlərdən  izsiz  keçməyib.  Mahalın

136


Yaqublu,  Qarakilsə,  Kolagirən,  Şahəli,  Hacıkənd,  Dərəkənd, 

Sarımsaxlı,  Hacıqara  kəndlərində  ermənilər  elə  bir  tufan  qo­

pardılar  ki,  bu  vahimədən  xilas  olan  azərbaycanlıların  xeyli 

hissəsi  həm  də  əlil  və  şikəst  qaldı.



VEDİBASAR  -   tarixi  məlumata  görə,  bu  mahalda  70  para 

kənd  olub.  Etnik  baxımdan  isə  bu  yerlərdə,  demək  olar  ki, 

ancaq  Azərbaycan  türkləri  yaşayıb.  XIX  əsrin  əvvəllərində  ma­

halda  cəmi  15  nəfər  (iki  ailə)  erməni  məskunlaşıb.  Ərazi  ruslar 

tərəfindən  işğal  edildikdən  sonra  Reyhanlı  və  Dəvəli  kəndlə­

rində  azərbaycanlılarla  qarışıq  yaşayan  ermənilər  də  siyahıya 

düşiib.  Əsrin  əvvəllərində  Andronikin  qisasçı  quldur  dəstələ­

rinin  hücum  etdiyi  bölgələrdən  biri  də  məhz  Vedibasar  maha­

lı  olub.  Vedibasarın  tərkibində  olan  Basarkeçər  və  Çənbərək 

bölgələrində  isə  60-dan  artıq  kəndin  əhalisinə  amansız  divan 

tutulmuş,  yüzlərlə  insan  terror  əməliyyatının  qurbanı  olmuş­

dur.


Ermənilərin  törətdikləri  vəhşiliklər  nəticəsində  Vedibasarda 

böyük  insan  tələfatı  olmuşdur.  Doğrudur,  xalqın  igid  oğulları  -  

Abbasqulu  bəy  Şadlinski,  Kərbəlayı  İsmayıl,  Səttaroğlu  Musa, 

Qəmlo  və  başqaları  daşnak  qoşunlarına  qarşı  qəhrəmanlıqla 

vuruşmuş,  onlara  ağır  zərbələr  endirmişlər.  Amma  türk  qanına 

susamış  ermənilər  azəri  türklərini  amansızlıqla  öldürürdülər. 

1918-1919-cu  illərdə  Gümrü  ətrafında  10  min  azərbaycan­

lı  qətlə  yetirildi.  Daşnaklar  Göyçənin  Toxluca,  Ağbulaq,  Cil, 

Babacan,  Şişqaya  kəndlərinə  hücum  edərək  əhaliyə  müxtəlif 

üsullarla  işgəncələr  verib  həyatlarına  son  qoydular.

Bir  faktı  da  demək  lazımdır  ki,  1918-ci  ilin  may  ayından

1920-ci  ilin  noyabrınadək  hakimiyyətdə  olan  daşnak  hökumə­

ti  440-dan  çox  türk  kəndini  yandırıb  yerlə  yeksan  etmiş,  yüz 

minlərlə  soydaşımızın  qaçqın  düşməsinə  səbəb  olmuşdur.



ZƏNGƏZUR -   1905-1906-cı  illərdə  ermənilər təkcə  İrəvan 

və Zəngəzur quberniyalarında  200-dən  çox  müsəlman  kəndini 

dağıdıb  yerlə  yeksan  etmiş,  əhalisini  soyqırımına  məruz  qoy­

137


muşlar.  Cəmi  bir  ay  ərzində  daşnaklar  Zəngəzur  mahalında 

Qarakilsə,  Şəki,  Ağdü,  Urud,  Xələs,  İncəvar,  Karxana,  Yeməz- 

li,  Mollalar,  Atqız,  Çöllü,  Daşnov,  Pirdovdan,  Zürül,  Fərcan  və 

başqa  kəndləri  dağıdaraq  yandırmışlar.  Silahsız  əhalini  soyqı­

rımına  məruz  qoymuşlar.  Onlar  türk  kəndlərində  elə  bir  xara- 

bazarlıq  yaradırdılar  ki,  bu  əraziləri  yerli  əhalidən,  yəni  azər­

baycanlılardan  birdəfəlik  təmizləsinlər.  1905-1907-ci  illərdə 

Zəngəzurda  ermənilər  tərəfindən  törədilən  soyqırımı  siyasə­

tindən  ən  çox  Qafanın  azərbaycanlı  əhalisi  əziyyət  çəkmişdir. 

Təkcə  bir gündə  200  nəfəri  qətlə yetirən  ermənilər  müsəlman­

lar  yaşayan  bütün  kəndləri  talan  edərək  yandırmışlar.

Erməni  daşnaklarının  Zəngəzurda,  xüsusilə  Qarakilsə  qə­

zasında  törətdikləri  ağlasığmaz  vəhşiliklər  nəticəsində  bu  əra­

zidə  15  azərbaycanlı  kəndi  yer  üzündən  silinmiş,  6  kənd  də 

dağıdılmışdı.  Məscidə  sığınmış  insanlara  od  vurulmuş,  qadın­

ları  iki  yerə  bölərək,  körpələri  süngülərə  keçirmişlər.  Zəngə­

zurda  törədilən  qırğının  dəhşətlərini  qələmə  almaq  həqiqətən 

çox  çətindir.  Təkcə  bir  faktı  demək  lazımdır  ki,  1918-1920-ci 

illərdə  Zəngəzurda  115  kənd  dağıdılıb,  7.729  azərbaycanlı  -  

3.257  kişi,  2.276  qadın,  2.196  uşaq  öldürülüb.



GƏRNİBASAR  -   Ağrı  vadisində  yerləşən  bu  mahal  İrəvan 

quberniyasına  çox  yaxındır.  Araz  çayı  bu  yerlərə  bir  gözəllik 

gətirirdi.  M illətçi  ermənilərin  məkrli  niyyətləri  bu  mahaldan 

yan  keçməyib.  Bu  mahalın  gözəl  ərazilərindən  olan  Qəmərli- 

də,  Sürməlidə  onlarla  yaşayış  məntəqəsi  yer  üzündən  silinib. 

Aşağı  Düyün,  Dəlilər  (Dəllər),  Bəcəyəzli,  Başnalı,  Aşağı  Ağ­

baş,  Ayaslı,  Darğalı  kəndlərində  törədilən  qırğın  nəticəsində 

əhalinin,  demək  olar  ki,  98  faizi  ölümdən  qurtulmayıb.



QIRXBULAQ  -   başına  bəlalar  gəlmiş  mahallardan  biridir. 

Yarandığı  gündən  sakinləri  ancaq  azərbaycanlılar  olub.  İrəvan 

şəhərinə  ən  yaxın  mahaldan  biridir.  Mahalın  mərkəzindən  İrə­

vana  olan  məsafə  cəmi  16  kilometrdir.  Elə  bu  yaxınlığına  görə 

də  başı  həmişə  ağrı-acılardan  açılmayıb.  Xaricdən  gələn  ermə­

138


nilər onun  müxtəlif kəndlərində  yerləşdirilib.  Azərbaycanlılara 

qarşı  terrora  rəvac  verilən  gündən  Qırxbulağın  kəndləri  də  hə­

mişə  hədəfdə  olub.  Kərpici i,  Başkənd,  Ellər,  Güllücə,  Murad- 

təpə,  Yelqovan,  Göykilsə,  Avdallar,  Qaraqala  Tutiyə  və  digər 

kəndlərdə  yaşayan  azərbaycanlılar  ayrı-ayrı  illərdə  müxtəlif 

bəlalarla  üzləşiblər.  Gah  döyülüblər,  gah  qətlə  yetiriliblər,  gah 

da  doğma  ocaqdan  biryolluq  qovulublar.  Mahalın  həmişəlik 

xarabalığa  çevrilən  kəndlərinin  özləri  yer  üzündən,  adları  da 

siyahılardan  silinmişdir.  Min  bir  zülmə,  işgəncəyə  məruz  qal­

malarına  baxmayaraq,  sağ  qalan  qırxbulaqlılar  yenə  də  doğ­

ma  yurda  dönməkdən  çəkinmirdilər.  Təəssüf  ki,  hər  gəlişdən 

bir  qədər  sonra  yenə  də  Qırxbulaq  qaynar  qazana  dönürdü. 

Xüsusilə  də  İrəvanda  yaşayan  dığalar  tez-tez  dəstə  bağlayaraq 

azərbaycanlı  ailələrinə  hücum  edirdilər.



KARBİ  -   1  şəhər  və  20-dən  artıq  yaşayış  məskənindən  iba­

rət  olan  bu  mahal  İrəvan-Gümrıi  şose  yolunun  üstündə  yer­

ləşdiyindən  ermənilər  onu  tez-tez  «yad»  edirdilər.  Xüsusilə 

də  Qızıldəmir,  İlançalan,  Cadqıran,  Pərpi,  Ucan  kəndlərində 

müxtəlif  qətliamlar  törədirdilər.  Erməni  silahlı  dəstələri  1905- 

ci  ilin  yayında  Əştərədə  əsl  qiyam  törətdilər.  Sonra  da  Alagöz 

dağının  cənub-şərq  ətəyində  yerləşən  müsəlman  kəndlərinə 

basqın  edərək  çoxlu  sayda  azərbaycanlı  (südəmər  uşaqlar, 

qocalar,  qadınlar,  kişilər)  öldürüblər.  Əştərəyin  yaxınlığındakı 

Uşu  kəndi  də  yer  üzündən  silinib.

Xüsusilə  də  1918-1920-ci  illərdə  rayonun  Talış,  Təkiyyə, 

İnəkli,  Tulnəbi,  Qızıldəmir  kəndlərinin  əhalisi  erməni  silahlı 

qüvvələrinin  qəfil  hücumuna  məruz  qaldığından  çox  az  insan 

bu  fəlakətdən  qurtula  bilib.



ZƏNGİBASAR  -   keçmişdə  İrəvan  quberniyasına  daxil  olan 

ən  böyük  mahallardan  biri  idi.  Zəngibasar  mahalının  kəndləri 

sovet hakimiyyəti  illərində iki  rayon arasında bölüşdürülmüşdü. 

Ermənilər Azərbaycanın  qədim torpaqlarına qədəm  basan  gün­

dən  Zəngibasarda  yaşayan  azərbaycanlıları  yox  etmək  üçün

139


həmişə  müxtəlif planlar qurublar.  Gah  onun  ərazisindəki  kənd­

ləri  başqa  mahallara  qatıblar,  gah  da  ayrı-ayrı  kəndlərə  hücum 

edərək  əhaliyə  divan  tutublar.  Qaraqışlaq,  Dəmirçi,  Uluxanlı, 

Rəncbər,  Sarvanlar,  Mehmandar,  Həbilkənd,  Aşağı  Necili  və 

b.  kəndlər  dəfələrlə  erməni  qəsbkarlarının  hücumuna  məruz 

qalıb.  Bir  erməni  daşnakı  öz  xatirələrində  bildirmişdi:  «Mən 

Zəngibasardakı  türk  əhalisini  qıranda  gülləyə  heyfim  gəlirdi. 

Onları  su  quyularına  dolduraraq  üstlərinə  ağır  daş  yığırdım  ki, 

elə  orada  da  ölsünlər.  Mən  bu  işdən  aldığım  ləzzəti  heç  nə 

ilə  əvəz  edə  bilmərəm».  Təəssüf  ki,  ermənilərin  1905-1915, 

1918-1920-ci  illərdə  bu  mahalda  həyata  keçirdiyi  soyqırımı 

uzun  müddət  ört-basdır  edilib.  Sovet  hökumətinin  köməyi  ilə 

bu  hadisələr  sonrakı  nəslə  milli  münaqişə,  siyasi  toqquşma, 

məhəlli  savaşma  kimi  təqdim  edilib.  Bu  məharətlə  pərdələnən 

siyasətin  arxasında  isə  I  Pyotrun  vəsiyyəti  dayanırdı.

DƏRƏLƏYƏZ  -   tarixin  qanlı  səhifələrindən  birini  də  bu 

mahalda  törədilən  müsibətlər  təşkil  edir.  1905-1907  və  1918-

1920-ci  illərdə  Dərələyəz  mahalında  ermənilər  tərəfindən 

törədilən  qırğınlar  nəticəsində  mahalın  elə  kəndləri  olub  ki, 

azərbaycanlıların  98 faizi  vəhşicəsinə qətlə yetirilib,  sağ qalan­

lar  da  vətəndən  qovulub.  Bu  illərdə  rayonun  kəndləri  daşnak- 

quldur  dəstələrinin  təcavüzünə  məruz  qalıb,  evlər  yandırılıb, 

adamlar  öldürülüb.  1918-1920-ci  illərdə  Andronikin  quldur 

dəstəsi  Dərələyəz  mahalında  yaşayan  30  mindən  çox  azəri 

türkünü  gülləbaran  edərək  sağ  qalanlarını  da  torpağından  di­

dərgin  salıb.  Bu  savaşda  da  öz  köhnə  vərdişlərindən  əl  çək­

məyən  qaniçənlər qadınları,  körpələri  diri-diri  yandırır,  xüsusi­

lə  də  uşaqları  süngülərə  taxaraq  özləri  üçün  bayram  edirdilər.

SƏRDARABAD  -   Ağrıdağ  vadisində  yerləşən  bu  mahal 

Türkiyə  ilə  sərhəddir.  Oğuz  türklərinin  yurdudur.  Ötən  əsrin 

əvvəllərindən  başlayaraq  Çar  Rusiyasının  köməyi  ilə  Sərdar- 

abadın  müxtəlif  kəndlərinə  ermənilər  yerləşdirilib.  O  biri  ma­

halların  başına  gələn  fəlakət  Sərdarabadın  da  taleyində  ağır

140


izlər  qoyub.  Qurtqulu,  Cəfərabad,  Xərbəyli,  Qamışlı,  Köçərli, 

Armudlu,  İydəli,  Xərbəyli  kəndləri  dəfələrlə  erməni  qəsbkar­

ları  tərəfindən  talan  edilib.  Sərdarabadın  yerli  camaatı  gəlmə 

ermənilərin  işgəncələrindən  zinhara  gələrək  doğma  ocağını 

tərk  edib.  Amma  onların  bu  cür qurtuluş  yolu  seçməyi  erməni­

lərin  xoşuna gəlməyib.  Yolu-izi  kəsərək  azərbaycanlıları  özləri 

bildiyi  şəkildə  «yola»  salıblar.  Amma  bu  gedişlə  sərdarabad- 

lıların  taleyi  çox  müəmmalı  olub.  Nə  ölü  siyahısına  düşüblər, 

nə  qaçqın.  Bütöv  bir  mahalın  əhalisi  ermənilər  tərəfindən 

qeyri-müəyyən  şəraitdə  qətlə  yetirilərək  gizlədilib.  Yəqin  ki, 

nə  vaxtsa  Qubadakı  kütləvi  qəbiristanlıq  kimi,  bu  biçarələrin 

də  nəşləri  basdırılmış  torpağın  sirri  açılacaq.



ÜÇKİLSƏ -  Sərdarabadın  yaxınlığındakı  bu  qəzanın  adı  çox 

sonralar  dəyişdirilərək  Eçmiədzin  edilib.  1905-ci  ilin  iyunun­

da  ermənilər  bu  qəzadakı  azərbaycanlı  kəndlərini  mühasirəyə 

alaraq  əvvəl  kişiləri  güllələyiblər.  Sonra  da  körpə  uşaqları, 

qocaları,  qadınları  qətlə  yetirərək  məscidi  yandırıblar.  Bu  qə- 

zadakı  Persi,  Nazrevan,  Kiçikkənd,  Kötüklü,  Qoşabulaq,  İrhu, 

Təkyə  kəndlərinin  dinc  əhalisinə  divan  tutduqdan  sonra  ya­

şayış  məskənləri  dağıdılıb.  «Daşnaksütyun»  terror  təşkilatının 

göstərişlərini  yerinə  yetirən  erməni  quldur  dəstələri  bu  qəza­

da  elə  qətliamlar  törədiblər  ki,  minlərlə  insanın  həyatına  son 

qoyulub.  O  illərdə  daşnakların  hədəfinə  tuş  gələn  insanların 

dəqiq  siyahısı  hələ  də  bəlli  deyil.  Çünki  bütün  baş  verənlər 

elə  amansızlıqla  həyata  keçirilib  ki,  bu  bəladan  qurtulan  ge­

riyə  baxmadan  qaçıb.  Qarşıda  isə  onu  nə  gözləyirdi,  heç  kim 

bilmirdi.

QARABAĞ

Ermənilərin  Qarabağda  1905-1907-ci  illərdə  törətdiklə­

ri  vəhşiliklər  barədə  (Şuşada  baş  verən  hadisələr  istisna  ol­

maqla)  çox  təsadüfi  hallarda  arxiv  materiallarına  rast  gəlmək 

mümkündür.  Təbii  ki,  Sankt-Peterburq  arxivlərinə  bu  fikri  şa­

n ı


mil  etmək  düzgün  deyil.  Ölkə  arxivlərində  problemlə  bağlı 

tədqiqat  işlərinin  başa  çatdırıldığına  da  hələ  hökm  vermək 

olmaz.  Məlumdur  ki,  həmin  mənbələrdə  çar  imperiyasının 

1900-191 7-ci  ilin  fevralına  qədərki  tarixi  kifayət  qədər  qoru­

nub  saxlanılmışdr.  Lakin  həmin  sənədlər  qapalı  fondlarda  ol­

duğundan  tədqiqatçıların  bu  mənbələrlə  tanışlığına  uzun  illər 

məhdudiyyətlər  qoyulmuşdur.  Müstəqillik  illərində  Qarabağın 

tarixi,  bu  əraziyə  ermənilərin  gəlməsi,  məskunlaşması,  Azər­

baycan  ərazilərini  özününküləşdirməsinə  cəhd  etdikləri  barə­

də  ciddi  tədqiqatlar  aparılmış,  bundan  başqa,  rus,  erməni  və 

müsəlman  tarixçilərinin,  eləcə  də  Qafqaza  gələn  səyyahların, 

qədim  dövr  tariximizin  böyük  araşdırıcılarından  olan  Herodo­

tun,  Strabonun  əsərlərində  kifayət  qədər  dürüst  məlumatlar 

qorunub  saxlanılmışdır.  Bir  sözlə,  dünyanın  dilbər  guşələrin­

dən  olan  Qarabağın  Azərbaycan  xalqına  məxsusluğu,  ayrılmaz 

tərkib  hissəsi  olması  əlimizdə  olan  bütün  tarixi  mənbələrdə 

birmənalı  şəkildə  təsdiq  edilir.  Ancaq  bu  ərazilər  millətçi  er­

mənilər  tərəfindən  zaman-zaman  erməniləşdirilməyə  məruz 

qalmış  və  daşnaksütyunçular  Türkmənçay  müqaviləsindən 

sonra  Qarabağın  erməni  torpağı  olduğunu  dönə-dönə  iddia 

etməyə  başlamışlar.  Çar  Rusiyası  isə  bu  torpaqlara  yeni-yeni 

erməni  köçlərini  yerləşdirməklə  tarixi  ədalətsizliklərə  məhəl 

qoymadan  həmin  ərazilərin  ermənilərə  məxsusluğu  illüziyala­

rını  formalaşdırmışdır.  Ona  görə  də  istər  1905-1907-ci  illərdə, 

istərsə  də  1918-1920-ci  illərdə  ermənilərin  ən  çox  vəhşiliklər 

törətdiyi  Azərbaycan  ərazilərindən  biri  Qarabağ  bölgəsi  ol­

muşdur.  Təbii  ki,  bu  hərəkətlərin  çoxu  cinayət  xarakteri  daşı­

mışdır.  Sənəd  və  materialların  nəzərdən  keçirilməsi  bir  daha 

təsdiq  edir  ki,  Qarabağ ətrafında  gedən  söhbətlər  həm  1918-ci 

ildə,  həm  də  sonrakı  illərdə  erməni  liderlərinin  separatçı  hə­

rəkətləri  nəticəsində  kəskinləşmiş  və  hər  dəfə  də  Azərbaycan 

tərəfinin  dərindən  düşünülmüş  tədbirləri  ilə  nizama  salınmış­

dı.  Erməni  daşnakları  isə  bütün  hallarda  bu  diyarın  azərbay­

canlı  sakinlərini  qan  dəryasında  boğmağa  cəhd  göstərmişlər.

142


Ermənilərin  bu  bölgədə  azərbaycanlılara  qarşı  düşmənçi- 

ik  siyasəti  1905-1907-ci  illər erməni-azərbaycanlı  münaqişəsi 

zamanı  özünü  aydın  şəkildə  göstərmişdi.  Lakin  onların  «ki­

çik  Ermənistan»  adlandırdıqları  Qarabağ  torpaqlarına  ilk  açıq 

iddiaları  Rusiyada  çarizmin  devrilməsindən  sonra  başlamışdı. 

Əvvəlcə  fevral  inqilabı,  sonra  oktyabr  çevrilişindən  erməni­

lər  öz  ərazi  iddiaları  üçün  məharətlə  istifadə  etmişdilər.  Cəl­

lad  Andronikin  bu  əraziyə  gəlməsi  ilə  ermənilərin  hərəkatı 

daha  azğın  xarakter  almışdı.  «Daşnaksütyun»  təşkilatının  bu 

illər  ərzində  güddüyü  başlıca  məqsədlərdən  biri  Qarabağın 

mühüm  strateji  mərkəzlərindən  olan  Şuşada  erməni  bayrağını 

ucaltmaq  idi.  Lakin  həmin  dövrdə  erməni  millətçiləri  nə  qədər 

cidd-cəhd  göstərsələr  də,  şuşalılar  onlara  qarşı  mərdanəliklə 

dayanmış,  bütün  vasitələrlə  daşnakların  öz  çirkin  məqsədlərini 

həyata  keçirmələrinə  imkan  verməmişdilər.

CƏBRAYIL-QARYAGİN  -   tarixi  mənbələrə  görə,  1905-ci  i 

iyun  ayının  13-dən  Gəncə  quberniyasının  Cəbrayıl-Qaryagin 

(indiki  Füzuli)  bölgəsində  ermənilərin  azərbaycanlılara  qarşı 

silahlı  çıxışları  başlamışdır.

Eləmin  gün  iki  nəfər  silahlı  «Daşnaksütyun»  əsgəri  Qacar 

kəndinin  sakini  Əhməd  Kərbəlayı  Qasım  oğlunun  evinə  gəlib 

müsəlman  camaatını  iyun  ayının  16-da  məşhur  Ağoğlan  mo­

nastırına  dəvət  edir.  Deyilən  vaxt  Ağoğlana  yığılan  ermənilər 

və  azərbaycanlılar  qarşısında  üç  nəfər  daşnak  natiq  çıxış  edə­

rək  azərbaycanlıları  dilə  tutur  ki,  hökumətə  qarşı  iğtişaşlarda 

birgə  hərəkət  etsinlər.  Azərbaycanlılar  isə  bu  çağırışa  qəti  eti­

razlarını  bildirirlər.  Bu  zaman  natiqlərdən  biri  onları  hədələyir 

ki,  «hərgah  yığıncaqda  danışılan  sözləri  müsəlmanlar  qəbul 

etməsə,  «Daşnaksütyun»un  cəza  qoşunu  tərəfindən  böyük 

təhlükələrə  tuş  gələcəklər».

EHəmin  yığıncaqdan  sonra  erməni  millətçilərinin  söylədiyi 

bəla  öncə  Şuşanın  üzərinə  çökdü.  İğtişaş  axırda  Cəbrayıl  uyez- 

dinə  sirayət edib  25  varlı  ailədən  ibarət olan  Divanəli  kəndinə

143


gəlib  çatdı  və  həmin  kənd  erməni  quldurlarının  qurbanı  oldu. 

Divanəli  qarət  edildikdən  sonra  «Daşnaksütyun»un  əsgərləri 

tərəfindən  od  vurulub  yandırıldı.  Hətta  qiymətli  dam-daşlar 

sökülüb  Süst  adlı  erməni  kəndinə  daşındı.  Divanəli  kəndi  da- 

ğıdılandan  sonra  Çarpaz  (950  evdən  ibarət  varlı  erməni  kəndi 

idi)  erməniləri  Veysəlliyə  hücum  edib  oranı  da  yandırıb  viranə 

qoydular.

Kədərli  VeysəlIi  hadisəsindən  sonra  «Daşnaksütyun»un  ter­

rorçu  dəstələri  150  evdən  ibarət  Qacar  kəndinə  hücuma  keç­

dilər.  Bu  hücumlara  firqənin  generalı  Sokrat  Məlik-Şahnazarov 

başçılıq  edirdi.  Altı  saat  davam  edən  süngü  və  xəncər davasın­

da  erməni  əsgərləri  böyük  itki  verərək  geri  çəkilməyə  məcbur 

oldular.  M.S.Ordubadi  yazır  ki,  bu  döyüşdə  55  ev  qarət  edilib 

yandırıldı.  Bu  vaxt  erməni  terrorçuları  müsəlman  qadınlarını 

əsir  almaq  fikri  ilə  azərbaycanlıların  sədlərinə  ümumi  hücuma 

başladılar.  Lakin  müsəlmanların  müdafiəsinə  qarşı  dura  bil­

məyib  ağır  tələfatla  yenidən  geri  çəkildilər.  Qacar  hadisələri 

zamanı  azərbaycanlılardan  12  nəfər  öldürülmüş,  döyüş  mey­

danında  150  meyit  qalmış,  ermənilərdən  isə  200-ə  qədər  ya­

ralanıb  həlak  olmuşdu.  Bu  müharibədə  müsəlmanların  malına- 

mülkünə  dəyən  zərər  90  mini  ötmüşdü.

Cəbrayıl  və  Qaryagin  uyezdinin  son  hadisələrini  qələmə 

alan  M.S.Ordubadi  öncə  ermənilərin  riyakarlığını  açıb  göstə­

rir,  bəd  niyyətlərini  ifşa  edirdi.  O  yazırdı  ki,  Bakı  faciəsindən 

sonra  bu  bölgədə  ermənilərlə  müsəlmanlar  arasında  mehriban 

bir  münasibət  yaranmışdı.  Lakin  bütün  bunlar  zahiri  bir  mə­

həbbət  imiş.  Əslində  isə  erməni  təxribatçıları  azərbaycanlılar 

yaşayan  kəndlərin  dağıdılıb  yandırılması,  qadınların  əsarətə 

alınması  barədə  planlar  üzərində  düşünürdülər.  Şuşa şəhərinin 

əvvəlinci  faciəsindən  sonra  əslən  şuşalı  olan  Mürsəl  Hacıqulu 

oğlu  Qaryagində  Qarabulaq  bazarında  qonaqlıq  edib  məhəlli 

hökumət  məmurlarını,  bir  çox  əyan  və  tacir  qismindən  də  də­

vət  etmişdi.  O  cümlədən  İsfəndiyar  bəy  Vəzirov və  Ağabəy  İş-

144


xanov  da  dəvət  edilmişdi.  Ağabəy  erməni  süvari  olaraq  həmin 

qonaqlıqda  görünmür.  Şübhədə  qalan  azərbaycanlılar  şəhərə 

teleqramlar  vururlar.  Oradan  cavab  gəlir  ki,  Şuşada  azərbay­

canlılarla  ermənilər  arasında  qızğın  müharibə  gedir.  Ermənilə­

rin  hərbi  qüvvələrinə  həmin  Ağabəy  İşxanov  başçılıq  edir.  Bu 

xəbəri  eşidən  müsəlmanlar  Şeyxməli  kəndinə  yığışırlar.

Bu  kənd  ətrafında  sübhdən  axşama  dörd  saat  qalana  qədər 

qanlı  vuruşma  gedir.  Azərbaycanlıların  həmlələrinə  davam  gə­

tirə  bilməyən  ermənilər  Düdükçü  kəndində  toplaşırlar.  Onları 

təqib  edən  azərbaycanlılar  daşnak  əsgərlərini  buradan  vurub 

çıxarırlar.  Ermənilərin  komandiri  Ağabəy  İşxanov  isə  əsir tutu­

lur.  Bundan  sonra  «Daşnaksütyun»un  əsgərləri  Çəmənli  kən­

dinə  hücuma  keçirlər.  Evləri  yandırıb  qarət  edir,  qadınlara, 

uşaqlara,  yaşlılara  aman  vermirlər.  Lakin  azərbaycanlıların 

müqavimətinə  dözməyib  ağır  vəziyyətə  salınan  ermənilər  Na- 

xulu  kəndinə  çəkilməyə  məcbur  olurlar.  Müharibənin  ertəsi 

günü  onlar  yenidən  Ağbulaq  adlı  erməni  kəndinə  toplaşıb  Çə­

mənliyə  hücum  etməyə  hazırlaşırlar.  Müsəlmanlar  bu  xəbəri 

alınca  xüsusi  nizamla  döyüşə  atılırlar.

Ağbulaq  müharibəsinin  səhəri  ermənilər  250  evdən  ibarət 

Xırmancıq  adlı  erməni  kəndinə  yığılıb  hər  tərəfdən  könüllü 

əsgər  toplayır  və  qüvvələrini  2.500-ə  qədər  artırırlar.  Qızğın 

döyüşlər  nəticəsində  azərbaycanlılar  kəndi  erməni  əsgərlərin­

dən  təmizləyirlər.  Bu  hadisələr  zamanı  Cəbrayıl  və  Qaryagin 

qəzalarında  azərbaycanlıların  VeysəlIi  və  Divanəli  kəndləri 

dağıdılır.  Qışlaq,  Məzrə  kəndləri  də  erməni  hücumlarına  mə­

ruz  qalır,  qarət  edilib  yandırılır.

1918-ci  il  və  1919-cu  ilin  əvvəllərində  Cəbrayıl  qəzası 

daha  çox  erməni  təzyiqlərinə  məruz  qalan  qəzalardan  biri  idi.

Dekabrın  2-də  erməni  silahlı  quldur  dəstəsi  Aşıq  Məlikli 

kəndini  yandırmış,  kənd  əhalisinin  əmlakını  talan  etmiş,  mal- 

qarasını  dəstə  üzvləri  arasında  bölmüşdü.  Elə  həmin  gün  er­

mənilər  Xolaflı,  Totor,  Şıxlar  kəndlərinə  də  hücum  etmiş,  ev­

---------------------  

145

 

---------------------



lərə  od  vurmuş,  mal-heyvanlarını  məhv  etmişdilər.  Dekabrın 

5-də  Qaragöylü  kəndinə  basqın  edilmiş,  kənd  sakinlərinə  külli 

miqdarda ziyan  vurulmuşdu.  Dekabrın  7-də Arış  kəndi  belə  bir 

hücuma  məruz  qalmışdı.  Həmin  ayın  18-də  Sirik  kəndi  dağı­

dılmış  və  yandırılmışdı.  1919-cu  il  fevralın  27-də  Ağcakənd, 

Bələnlər və  Mülkədarlı  kəndlərinin  erməniləri  ikinci  dəfə  bura 

hücum  etmişdilər.  1918-ci  ilin  sonları  və  1919-cu  ilin  əvvəl­

lərində  Cəbrayıl  qəzasında  erməni  silahlı  quldur  dəstələri 

azərbaycanlılar  yaşayan  Eyvazlı,  Dolanlar,  Şıxlar,  M əlikli  və 

başqa  kəndləri  də  qarət  edərək  viran  qoymuşdular.  Bu  qəzada 

azərbaycanlılara  vurulan  maddi  ziyan  on  milyonlarla  manata 

bərabər  idi.



ŞUŞA  -   Qarabağ  ermənilərinin  ən  ümdə  arzusu  Şuşa  qala­

sını  ələ  keçirmək  idi.  Ona görə  də  1905-ci  ildə  Şuşa  ən  qaynar 

nöqtələrdən  birinə  çevrilmişdi.  Şahidlərin  ifadələrinə  görə,  iğ­

tişaşlar  zamanı  ən  böyük  qırğın  bu  şəhərdə  baş  vermişdi.

Avqust  ayının  16-da  ermənilərin  qəflətən  təşkil  etdikləri 

hücumlara  şuşalılar,  əslində,  hazır  deyildilər.  Onlar  buna  heç 

əvvəldən  inana  bilmirdilər.  M.M.Nəvvab  1905-1906-cı  illərdə 

Şuşa  şəhərində  baş  verən  qırğınlar  barədə  yazırdı:  «Tuğ,  Tağ, 

Dağdağan,  Mirikənd,  Harov və  digər ətraf kəndlərin  ermənilə­

ri  cəm  olub  belə  qərara  gəlirlər  ki,  qalanı  (yəni  Şuşa  qalasını) 

asanlıqla  ələ  keçirmək  üçün  əvvəlcə  ətraf  kəndlərdə  yaşayan 

müsəlmanları  erməni  hücumları  ilə  təngə  gətirib  bir  qismi­

ni  qırmaq,  digər  qismini  isə  qaçırmaq  lazımdır.  Kəndlərdən 

müsəlmanları  təmizlədikdən  sonra  buralar xalis  «Hayastan  tor­

pağına»  çevriləcək».

Avqustun  16-dək  ermənilər  kütləvi  şəkildə  olmasa  da,  azər­

baycanlılara  qarşı  terror  hadisələri  törətmişlər.  Şuşa  qəzasın­

da  Vəng  kəndinin  300-dən  çox  erməni  qulduru  yaxınlıqdan 

keçən  karvana  basqın  etmişdi:  tacirlər  öldürülmüş,  əmlakları 

talanmışdı.

146


Lakin  1905-ci  il  avqustun  16-da  Şuşada  baş  verən  hadisələr 

erməni  xəyanətini  və  riyakarlığını  bir  daha  sübut  etdi.  Həmin 

gün  müsəlman  hissəsinə  bitişik  erməni  məzarıstanında  kazak- 

lar  bir  nəfər  ermənini  qətlə  yetirirlər.  Daşnaklar  bunun  güna­

hını  müsəlmanların  üzərinə  yıxır  və  şəhərdə  iğtişaş  törətməyə 

başlayırlar.  Birinci  gün  erməni  məhəlləsinə  qonşu  olan  Köçərli 

məhəlləsinə  hücum  olur.  Onlar  8  evi  yandırıb  sakinlərini  gül- 

lələyirlər.  Xəlfəli  məhəlləsində  daha  10  ev  yandırılıb  sakinləri 

qətlə yetirilir.  İğtişaşın  ilk günləri  müsəlmanlar çaşqınlıq  içində 

yalnız  özlərini  müdafiə  edirdilər.  Ermənilər  evlərdə,  həyətlər­

də  ələ  keçən  azərbaycanlıları  odlu  və  soyuq  silahla  yerindəcə 

öldürürdülər.

18  avqust  hadisələri  zamanı  Şuşada  dəhşətli  faciələr  baş 

verdi.  Erməni  quldur  dəstələri  məhəllə-məhəllə  gəzib  müsəl­

man  evlərinə,  mülklərinə  od  vurur,  dükanları  qarət  edib  dağı­

dırdılar.  Nəhayət,  müsəlman  könüllüləri  həmin  gün  güc  gəlib 

erməni  hissələrinin  qarşısını  alırlar.  Avqustun  19-da  azərbay­

canlılar  qüvvələrini  səfərbər  edib  yenidən  erməni  separatçıla­

rına  qarşı  qəti  hücuma  keçirlər  və  erməni  könüllüləri  müqavi­

mətə  dözməyib  geri  çəkilirlər.  Avqustun  20-də  müsəlmanların 

sakit  olduğunu  görən  erməni  millətçiləri  yeni  təxribatlar,  qətl­

lər  törətməkdə  davam  edirlər.  Sabahı  gün  «Daşnaksütyun»un 

əsgərləri  Realm  məktəbi  təmir edən  17  iranlı  fəhlənin  başlarını 

kəsirlər.

Bu  münaqişələrdə  azərbaycanlıların  20  evi,  çoxlu  dükan­

ları  dağıdılmış,  soxsaylı  dinc  sakinlər  həlak  olumşdu.  Malı­

bəyli  kəndi  talan  edilmiş,  Xankəndidə  kazakların  gözləri 

qarşısında  qadınlar  və  uşaqlar  qılıncdan  keçirilmiş,  doktor 

K.Mehmandarovun  və  azərbaycanlılardan  ibarət  silahlı  dəs­

təyə  başçılıq  edən  Nəcəfqulu  ağa  Cavanşirin  malikanələri 

yandırılmışdı.

Şuşa  qəzasında  qanlı  hadisələr  bununla  sona  yetməmişdir. 

Erməni-azərbaycanlı  münaqişələri  dövründə  burada  general-

147


qubernatorlar  dəfələrlə  dəyişdirilmişdi.  Baş  verən  hadisələr 

dövründə  sonuncu  general-qubernator  Qoloşşapov  olmuşdur. 

M.S.Ordubadi  yazırdı  ki,  Qoloşşapov  yalnız  zahirən  sadə  və 

təvazökar  görünürdü.  Əslində  isə  o,  tamahkar,  məkrli,  müftə- 

xor,  başqalarının  hesabına  varlanmış  bir  şəxs  idi.  Ermənilərin 

xahiş  və  şikayətlərinə  həmişə  diqqətlə  yanaşır,  azərbaycanlı­

ları  cərimələyir,  cəzalandırırdı.  Halbuki  hər  baş  verən  mənfi 

halları,  hətta  qətlləri  də  ermənilər  törədirdilər.

Qoloşşapov  geri  çağırılandan  sonra  yerinə  Alftan  təyin  edil­

mişdi.  General  Alftan  isə  hər  iki  tərəfi  bir  gözlə  gördüyündən 

bəzi  yerlərdə  vəhşilik  edən  erməniləri  cərimə  edir,  hətta  cəza 

da  verirdi.  Erməni  millətinə  isə  belə  bir  adam  qətiyyən  sərf 

etmədiyindən  daşnaklar  hiylələrə  əl  ataraq  onu  hakimiyyət 

nümayəndələrinin  gözündən  salırlar  və  o,  buradan  uzaqlaş­

dırılır.  Qoloşşapov  ikinci  dəfə  Şuşaya  gəldiyi  gün  dörd  nəfər 

müsəlman  bağdan  meyvə  apardıqları  vaxt  daşnaklar  tərəfin­

dən  Əsgəranda  öldürülür.

General  Qoloşşapovun  müsəlmanlara  iblis  münasibətini  bi­

lən  ermənilər  hər  an  bir  bəhanə  axtarırdılar  ki,  onu  müsəl­

manların  üstünə  qaldırsınlar.  Nəhayət,  1906-cı  il  iyulun  12-də 

ermənilər  bir  neçə  gün  əvvəl  öz  əcəli  ilə  ölmüş  həmvətənlə­

rini  generala  göstərərək  bildirirlər  ki,  bu  adam  azərbaycanlılar 

tərəfindən  qətlə  yetirilmişdir.  General  fikirləşmədən  Köçərli 

məhəlləsinə  artilleriya  atəşi  açılması  barədə  əmr  verir.  Həmin 

gün  bir  tərəfdən  kazak  dəstələri  və  piyada  rus  qoşunu,  di­

gər  tərəfdən  ətraf  kəndlərdən  yığılmış  10  minə  yaxın  erməni 

könüllüləri,  silahlı  nizami  əsgərlər  və  qaçaqlar  azərbaycanlı 

məhəllələrinə  doğru  hücuma  keçirlər.  Nəticədə  beş  gün  ərzin­

də  şəhərin  erməni  hissəsi  ilə  sərhəddə  olan  bütün  müsəlman 

evləri  top  atəşləri  ilə  dağıdılır  və  yandırılır.  Azğınlaşmış  qul­

durlar  südəmər  körpələri  elə  beşiklə  birlikdə  yandırır,  uşaqları 

analarının  əllərindən  alıb  başlarını  daşa  çırpırdılar.  Bu  qətli- 

amda  iştirak  etməkdən  boyun  qaçırmış  ermənilər  «Daşnak- 

sütyun»  terror  təşkilatının  hökmü  ilə  edam  olunmuşlar.

148


M.M.Nəvvabın  yazdığına  görə,  Köçərli  məhəlləsində  mər­

hum  şahzadə  Bəhmən  Mirzəyə  mənsub  olan,  sonra  oğlanla­

rı  və  ailəsi  yaşadığı  ev  də  Qoloşşapovun  fitvası  ilə  birləşmiş 

erməni-rus  quldur  dəstələri  tərəfindən  yandırılır.  Lakin  azər­

baycanlılar  bu  döyüşdə  də  mətinlik  göstərərək  erməniləri  ev­

lərinə,  kazakları  isə  qərargahlarına  qədər  qovurlar.  Qarşı  tərəf 

böyük  itkiyə  məruz  qalır.  Vəziyyəti  belə  görən  general  Qoloş- 

şapov  şəhərdə  olan  bütün  rus  qüvvələrini  döyüşə  daxil  etmək 

barədə  əmr  verir.  Döyüşlərin  beşinci  günündə  azərbaycan­

lıların  üzərinə  qəti  hücumlar  başlanır.  Lakin  müsəlmanların 

qalib  gəldiyini  görən  general  vuruşmanın  altıncı  günü  -   iyulun 

18-də  hər  iki  tərəfdən  vəkil  götürüb  şəhərin  azərbaycanlı  his­

səsinə  gələrək  barışıq  elan  edir.

1917-ci  ildə  Rusiyada  olan  dövlət  çevrilişindən  sonra  lazı­

mi  qədər  silah  əldə  etmiş  erməni  quldurları  azərbaycanlılara 

qarşı  özlərini  daha  həyasızcasına  aparmağa  başlayırlar.  «Daş- 

naksütyun»  partiyası  üstünlük  əldə  etmək  üçün  müsəlmanlar 

arasında  sinfi  mübarizəni  qızışdırırdı.  Nəticədə  bir  çox  azər­

baycanlı  mülkədarların,  o  cümlədən  Fərrux  bəy  Vəzirovun 

zəngin  və  nümunəvi  mülkü  dağıdıldı.

Bu  ərəfədə  Andronik  üç  dəfə  Zabuğ  dərəsindən  keçərək 

Qarabağın  mərkəzi  Şuşa  şəhərini  tutmağa  təşəbbüs  edir.  Lakin 

onun  hücumları  yerli  müsəlman  əhali  tərəfindən  dəf  edilir. 

Hər  dəfə  qanlı  döyüşlərdə  Andronik  böyük  itki  verərək  geri 

çəkilməyə  məcbur  olur.

Hər tərəfdən  erməni  əhatəsində  olan  Şuşanın  vəziyyəti  çox 

ağır  idi.  Əhalisinin  əksəriyyəti  azərbaycanlı  olan  Şuşa  və  ətraf­

dakı  bir  neçə  müsəlman  kəndi  173  erməni  kəndi  tərəfindən 

üzük  qaşı  kimi  əhatəyə  alınmışdı.  Bura  gedən  yolların  erməni­

lər  tərəfindən  kəsilməsi  nəticəsində  8  ay,  yəni  türklər  gələnə­

dək  Şuşa  şəhəri  və  dağ zonasındakı  azərbaycanlı  kəndlərində­

ki  azərbaycanlı  əhalinin  vəziyyəti  həqiqətən  faciəli  olmuşdu.

149


Şahidlərin  ifadələrinə  görə,  1918-ci  ilin  dekabrında  ermə­

nilər  ikinci  polis  sahəsinə  daxil  olan  Qoqo  kəndinin  azərbay­

canlılar  yaşayan  55  evdən  ibarət  xanimanlıqlarım  dağıdır  və 

yandırırlar.  Mülkədar  Cavanşirin  malikanəsi  də  dağıdılıb  yan­

dırılır,  ailə  üzvləri,  xidmətçiləri  qətlə  yetirilir.

Ermənilər  Tuğ  kəndinin  azərbaycanlılara  məxsus  hissəsini 

də  dağıdırlar.  Hətta  1919-cu  ilin  mayına  qədər  həmin  kəndin 

əhalisi  əsir  kimi  saxlanılmış,  onlardan  ermənilərin  hakimiyyə­

tinə  tabe  olmaq  tələb  edilmişdir.  1918-ci  ilin  payızında  ermə­

nilər  33  evdən  ibarət  Salakətin  kəndini  viran  qoymuşlar.  Elə 

həmin  vaxtlarda  Şıxınlı,  Kövşatlı,  Divanlılar  və  Çaraküz  kənd­

ləri  də  tamamilə  yandırılmışdı.  1918-ci  ilin  yayında  ermənilər 

Pərioğlular  kəndi  yaxınlığında  köçəri  alaçıqlarına  hücum  edə­

rək  onları  qarət  etmiş,  Zarıslı  kəndinə  məxsus  300-dən  yuxarı 

mal-qaram  aparmışlar.  Bundan  başqa,  Molla  Nəsrəddin  yolun­

da  Şuşadan  Cəbrayıla  un  dalınca  getmiş  12  nəfər  azərbaycan­

lını  qətlə  yetirmişlər.  Təkli  kəndinin  əhalisinin  700-dən  yuxarı 

qoyun  olan  sürüsü  quldur  dəstələrinə  paylanmışdı.  1919-cu 

il  martın  9-da  ermənilər  Şuşa  şəhərinə  yaxın  şose  yolunda  4 

nəfər  azərbaycanlı  əsgəri  güllələmişlər.  1918-ci  ilin  avqustun­

da  ermənilər  Atmazlı,  Keştmazlı  və  Qazanlı  kəndlərini  talan 

etmiş,  240  ailədən  ibarət  Gülablı  kəndini  dağıtmışlar.  Ermə­

nilər  Xıdırlı  kənd  icmasına  məxsus  çoxlu  mal-qaranı  aparmış­

lar.  Bundan  başqa,  Mərzili  kəndinin  azərbaycanlı  əhalisini  öz 

ata-baba  ocaqlarını  tərk  etməyə  məcbur  etmişlər.  1918-ci  ilin 

•  martında  quldur  dəstələri  Sokrat  Məlik-Şahnazarovun  başçılığı 

ilə  Abdal  kəndini  dağıtmışlar.  Həmin  ilin  avqustunda  Qara­

dağlı,  Xocavənd  kəndlərini  qarət  etmişlər.  Onlar  Xocalı  kən­

dində də  azərbaycanlı  əhalini  öz  yerlərini  tərk etməyə  məcbur 

etmişlər.  Məlumatdan  görünür  ki,  bu  hadisələr  zamanı,  sadə 

hesablamalara  görə,  qəzanın  Azərbaycan  əhalisinin  çəkdiyi 

zərər  100  milyon  manatdan  çox  olmuşdu.-Öldürülənlər  üzə­

rində  ağlagəlməz  vəhşiliklər  edilmişdi.

150


Ermənilərin  bütün  pozuculuq  hərəkətlərinə  baxmayaraq, 

Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  və  müvəqqə­

ti  general-qubernator  X.Sultanovun  ciddi  səyləri  nəticəsində

1919- cu  il  avqustun  sonlarında  Azərbaycan  hökuməti  ilə  Qa­

rabağ  Erməni  M illi  Şurası  arasında  deklarasiya  imzalanır.  Bu 

deklarasiya  ilə  Qarabağ  erməniləri  Azərbaycan  hökumətinin 

hakimiyyətini  tanıyır.  Azərbaycan  hökuməti  isə  onlara  mədəni 

milli  muxtariyyət  hüququ  verir.

Lakin  bununla  belə,  sülhü  qəbul  etməyən  erməni  ideoloq­

ları  «Ararat  Respublikası»  hökumətinin  gizli  tapşırıqlarını  hə­

yata  keçirmək  üçün  yollar  axtarır,  yeni  çaxnaşmalara  hazırlaşır 

və  bunun  üçün  fürsət  gözləyirlər.  Ermənilərin  belə  bir  çıxışı

1920- ci  il  mart  ayının  22-də  Novruz  bayramı  günü  baş  verir. 

Həmin  gün  Şuşa  şəhəri,  Şuşa  qəzası  və  onunla  qonşu  olan 

digər  qəzalarda  eyni  vaxtda  ermənilər  qiyam  qaldırırlar.  Mart 

ayının  23-də  bütün  günü  şəhərdə  atışma  gedir,  gün  batana 

yaxın  qiyamçılar  Azərbaycan  ordu  hissələri  qarşısında  dayana 

bilməyərək  şəhəri  tərk  etməyə  məcbur  olurlar.  Ermənilər  eyni 

vaxtda  Xankəndiyə  də  hücumlar edirlər.  Onların  da  hücumları 

dəf  olunur.  Yalnız  Əsgəran  qalasına  hücum  edən  ermənilər 

qeyri-bərabər  döyüşdə  azərbaycanlı  əsgərləri  oradan  çıxarır, 

qalanı  ələ  keçirirlər.  Bu  hadisələr  haqqında  daxili  işlər  naziri 

Mustafa  bəy  Vəkilov  öz  məruzəsində  qeyd  edirdi  ki,  erməni­

lər  bu  vuruşa  başlamaq  üçün  böyük  hazırlıq  işləri  görmüşlər. 

Ümumi  bir  xəbərdarlıq  siqnalı  da  olmuşdur.  Şuşa  şəhərinin 

yaxınlığındakı  Şuşa  kəndində  atılan  top  atəşi  ilə  verilən  xəbər­

darlıq  üzrə  Şuşa  qəzası  kəndləri  ilə  yanaşı,  Qarabağın  Cavan­

şir  və  Zəngəzur  qəzalarında  da  erməni  əhalisi  qiyam  etmişdi. 

Əlbəttə,  bu  qiyam  nə  qədər böyük  bir  miqyasda  hazırlansa  da, 

onların  hücumları  dəf  edilmişdir.



CAVANŞİR  -   «Daşnaksütyun»  üzvlərinin  Cavanşir  qəzasın­

da  törətdikləri  qırğınların  əsas  səbəbi  bu  ərazilərdə  yaşayan 

azərbaycanlıları  yurdlarından  qovub,  həmin  yerlərə  erməni­

151


ləri  köçürmək  idi.  Bu  məqsədlə  onlar  Tərtər  və  Xaçın  dai­

rələrindəki  kəndləri  dağıdaraq  Gəncədən  Şuşaya  qədər  şose 

yolu  çəkmək  qərarına  gəlmişdilər.  «Daşnaksütyun»  komitəsi 

həmin  yolun  çəkilməsi  üçün  60  min  manat  pul  da  ayırmışdı. 

O  dövrdə  Cavanşir  uyezdi  üç  polis  sahəsinə  bölünərək  idarə 

olunurdu.  Birinci  və  ikinci  sahələrdə  Həsənqaya,  Sərv,  Ya­

rımca,  Sistula,  Kaxrılar  kəndlərindən  başqa  yerdə  qalan  kənd­

lər  azərbaycanlılara  məxsus  idi.  Üçüncü  sahə  isə  Dağbasar 

kəndlərindən  ibarət  olub,  əsasən  varlı  və  sərvət  sahibi  olan 

ermənilərin  əlində  idi.  Bu  sahədə  azərbaycanlıların  yaşadıqla­

rı  Dəmirli,  Hacıqərvənd,  Çıraqlı,  Umudlu,  İmarət  Qərvənd, 

Xaçın  çayı  boyunca  Şaxavənd,  Köynəpay,  Əliağalı,  Sırxavənd, 

İsmayıIbəyli  kimi  dağlıq  kəndləri  var  idi  ki,  onlara  da  Kolanılar 

deyilirdi.  Ermənilərin  xəfiyyə  cəmiyyəti  çalışırdı  ki,  bu  kənd­

ləri  ələ  keçirsin.  Çünki  onlara  elə  bir  yol  lazım  idi  ki,  İrəvan, 

Şuşa,  Zəngəzur  və  Gəncə  erməniləri  bir-biri  ilə  daim  əlaqədə 

ola  bilsinlər.  M.S.Ordubadi  yazırdı  ki,  daşnaklar  azərbaycanlı 

kəndlərinə  ciddi  zərbələr  vurmaq  üçün  hər  an  tədarükdə  idi­

lər.

1905-ci  il  sentyabrın  26-da  odlu  silah  daşıyan  bir  dəstə 



«Daşnaksütyun»  vəhşiləri  Əsəd  adlı  bir  müsəlmanı  öldürür. 

Bu  xəbər  camaata  çox  pis  təsir  bağışlayır.  Belə  ki,  həmin  gün 

ermənilərdən  bir  neçə  yük  barıt,  bomba,  tüfəng  və  İsveçrə­

dən  göndərilmiş  odlu  silahlar  müsadirə olunur.  İstintaq  zamanı 

müəyyən  edilir  ki,  içi  bomba  və  barıtla  dolu  iki  yeşik  sursat 

kənd  müəllimləri  Andriyans,  Mirzəyans  və  Sabah  Sahakyans 

adlı  şəxslərə  yetişməli  imiş.  Bu  hadisədən  bir  neçə  gün  sonra 

«Daşnaksütyun»un  firqə  üzvləri  Hacıqərvənd  kəndinin  sakini 

Hümmət  bəy  Paşabəyoğlunu  əsir  edib  aparır  və  vəhşicəsinə 

qətlə  yetirirlər.  Eyni  vaxtda  Sırxavənd  kəndindən  meşəyə  get­

miş  Abbasqulu  və  İman  Həsənxan  oğlu  ermənilər  tərəfindən 

öldürülür,  başları  kəsilir,  meyitləri  isə  yandırılır.  Bu  vəhşilikləri 

cavabsız  görən  separatçılar  1905-ci  il  oktyabrın  3-də  şeypur

152


sədaları  altında  400  nəfərdən  yuxarı  erməni  atlıları  ilə  xalqı­

mızın  qəddar  düşməni  Amazaspın  başçılığı  altında  Sırxavənd 

kəndinə  hücuma  keçirlər.  Bu  yürüşdən  qorxuya  düşən  kənd 

əhalisi  meşələrə  qaçanda  quldur  ermənilər  tərəfindən  qətlə 

yetirilir.  Az  bir  zamanda  Sırxavənd  kəndi  «islam  cəsədləri»  ilə 

dolur.  Ondan  sonra  Sırxavəndə  qonşu  olan  Əliağalı  kəndləri 

talan  edilib  dağıdılır.  Məşhur  mülkədar  İsmayıl  bəy  və  Cavad 

ağa  Cavanşirin  imarətləri  də  qarətdən  sonra  yandırılır.  Vəh­

şilər  südəmər  uşaqları  beşiyində  odlayır,  bəzən  də  anaların 

qucağından  alıb  divarlara  çırparaq  parça-parça  edib  süngülərə 

keçirirlər.

Əhvalatdan  bir  gün  sonra  bu  ağrılı  xəbər  Tərtər  qəsəbəsinə 

yetişir.  General  Taqaşvili  sülh  üçün  iddiaçı  olan  millətləri  Tər­

tərə  dəvət etsə  də,  azərbaycanlılardan  başqa  ora  heç  kəs  ayaq 

basmır.  «Daşnaksütyun»  orduları  həmin  il  noyabrın  22-də  Ma- 

dagiz,  Çaylı,  Namis  və  digər  erməni  kəndləri  könüllülərinin 

köməyi  ilə  Dəmirli  kəndini  mühasirəyə  alırlar.  Sonra  kəndin 

imarətləri  atəşə  tutulur.

Separatçı  quldur  birləşmələrinə  müqavimət göstərmək  üçün 

Cavanşir qəzasının  müsəlmanları  şura çağırıb tədbirlər görmək, 

müdafiədən  hücuma  keçib  erməniləri  qovmağı  təklif  edirlər. 

Lakin  çox  təəssüflər  olsun  ki,  Cavanşir  bəyləri  həmin  şuranın 

işinə  mane  olur,  təkliflərini  qəbul  etmirlər.  Bu  da  noyabrın

31-də  Hacıqərvənd  və  Çıraqlı  kəndlərinin  faciələri  ilə  nəticə­

lənir.  Həmin  kəndlərin  camaatı  Pürxud  kəndinə  çəkilir.  Ermə­

nilər  bu  kəndi  də  qarət  edib  yandırırlar.  Oktyabr  ayının  3-dən 

dekabr  ayına  qədər  Dəmirli,  Çıraqlı,  Hacıqərvənd  və  Pürxud 

kəndləri  yanıb  qurtarır.  Bu  vaxt  Tərtər  dərəsində  Umudlu 

kəndindən  başqa  bir  müsəlman  kəndi  qalmamışdı.  Ona  görə 

də  kənd  camaatı  Pivovarovdan  mühafizə  üçün  kömək  istəiyr 

ki,  buradan  köçüb  getsinlər.  Qəza  rəisi  müxtəlif  bəhanələrlə 

azərbaycanlıların  bu  müraciətinə  də  baxmır.  Umudlu  camaatı 

1905-ci  il  dekabrın  26-da  qiymətli  əşyalarını  arabalara  yüklə­

153


yib,  sürülərini  də  götürüb  kəndi  tərk  edir.  Lakin  yolda  erməni 

hiyləsinə  düçar  olurlar.  Vəhşilər  bu  insanları  da  qəddarcasına 

qətlə  yetirirlər.  Qarışıqlıqda  həmin  gecə  insan  sallaqxanasın­

dan  yalnız  30  nəfər  sağ  qurtara  bilir.

M.S.Ordubadi  özünün  «Qanlı  illər»  əsərində  yazırdı:  «Bə­

şər  tarixinə  nəzər  salsaq  görərik  ki,  indiyə  qədər  heç  bir  xalq 

qadın  tayfasına  bu  qədər cəfa  etməmişdir  ki,  ermənilər  Umud­

lu  camaatına  etdilər.  Bir ananın  qabağında  3-4  balasını  qurban 

edib,  balalar  əl-ayaq  çaldıqda  ananı  gözləri  yaş  ilə  dolu  bir 

halda  bihörmət  etmək  insafdırmı?!  Budurmu  erməni  mədəniy­

yəti?!  Bu  xəbis  rəftarla  istiqlaliyyət  həvəsində  olan  bir  millətin 

axırı  nə  olacaqdır,  xəyalındayam.  150-yə  qədər övrət və  kişini 

doğrayıb,  bir-biri  üstə  qalayıb  atəş  ilə  yaxmaq  mədəniyyətli 

bir  millətə  yaraşandımı?..  Bircə  Cavanşirdə  olan  məzlumiyyət 

layiqincə  yazılsa  idi,  islamların  məzlumiyyətini  isbat  üçün  ki­

fayət  edərdi».

Erməni  daşnakları  1906-cı  il  yanvarın  birinci  günü  Amazas- 

pın  rəhbərliyi  ilə  Papravəndə  hücum  edirlər.  Lakin  burada  on­

lar  biabırcasına  məğlubiyyətə  uğrayırlar.

1917-ci  ilin  dekabrından  başlayaraq  Kolanlı  icmasına  da­

xil  olan  kəndlər  ermənilər  tərəfindən,  demək  olar  ki,  tamami­

lə  dağıdılmışdı.  Daşnak  quldur  dəstələri  həmin  azərbaycanlı 

kəndlərində  basqınlar  törətmiş,  onlardan  Ermənistan  Respub­

likasına  tabe  olmağı  tələb  etmişlər.  Hətta  azərbaycanlılardan 

zorla vergi  toplamışlar.  Həmin  kəndlərin  əhalisinin  bu  cür kölə 

vəziyyəti  bir  çox  aylar,  bəzi  kəndlərdə  isə  hətta  1918-ci  ilin 

sentyabr-dekabr aylarına qədər davam etmişdi.  Nəhayət,  ermə­

nilərin  əlindən  cana  doymuş  həmin  kəndlərin  əhalisi  qərara 

gəlmişlər  ki,  nə  yolla  olursa-olsun  erməni  quldur  dəstələrinin 

əhatəsini  yarıb  arandakı  azərbaycanlı  kəndlərinə  getməlidir­

lər.  Onlar  bu  əməliyyatı  həqiqətən  dəhşətli  tələfatlar  hesabına 

həyata  keçirə  bildilər.  Qaçqın  kəndlilərin  çoxu  -   xüsusilə  qa­

dınlar  və  uşaqlar  soyuqdan,  aclıqdan  və  xəstəlikdən  yollarda

154


məhv  olmuş,  qaça  bilməyənlər  -   xəstə,  qoca  və  hətta  əlillər 

belə  qəddarcasına  güllələnmiş,  xəncərlə  doğranmışlar.

Toqquşmalar  zamanı  bir  neçə  kənd  camaatı  (İmarət  Qər­

vənd,  Umudlu)  ermənilərin  təqibindən  yaxa  qurtarmaq  üçün 

hətta  qarlı  Murov  dağının  keçilməz  yollarına  üz  tutmuş  və 

daha  çox  itki  vermişdi.  Ermənilərin  həyasızlığı  o  yerə  çatmış­

dı  ki,  1918-ci  ilin  yaz  və  yay  aylarında  Cavanşir  qəzasının 

düzənlik  hissəsinin  müsəlman  əhalisinə  qarşı  da  zorakılıq  tət­

biq  edilmişdi.  Ermənilər Tərtər çayının  qabağını  kəsərək  başqa 

istiqamətə  yönəldir  və  qəzanın  aran  kəndlərinin  əkinlərini  su­

suz  qoyaraq  onlara  böyük  zərər  vururdular.  İş  o  yerə  çatmışdı 

ki,  aran  kəndlərində  içməli  su  belə  yox  idi.

Fövqəladə  Təhqiqat  Komissiyasına  təqdim  olunmuş  araşdır­

malara  və  onların  əsasında  tərtib  edilmiş  aktlara  görə  Cavanşir 

qəzasında  ermənilərin  müsəlman  əhaliyə  vurduğu  zərər  on­

larca  milyon  manata  bərabər  olmuşdur.



Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin