ŞAMAXI
1902-ci ildə baş verən zəlzələ Şamaxıda böyük dağıntıla
ra səbəb olmuşdu, minlərlə insan qırılmış, şəhərdə və onun
ətraf kəndlərində həyat sanki donmuşdu. Böyük əziyyət və
min bir ağrı-acı ilə zəlzələnin törətdiyi fəsadları və dağıntıları
bərpa edən əhali 1905-1907-ci illərdə ermənilərin fitnələri və
cinayətləri ilə qarşılaşmışdı. Qatı millətçi Lalayev qardaşları
109
Şamaxıda sünni-şiə qarşıdurmasını canlandıra bilmişdilər. Əv
vəlcə onlar fürsət tapıb hər iki tərəfdən adamlar qətlə yetir
miş və camaatı bir-birinə qarşı qoymuşdular. Bundan sonra
isə sünni və şiə məscidləri arasında münaqişələr baş vermişdi.
Lakin Şamaxı ziyalılarının böyük səyləri nəticəsində qalmaqal
lar kütləvi hal almamışdı. Fitvaya uymayan müsəlmanlar gec
də olsa ermənilərin yalan və riyakar təbliğatını başa düşmüş,
Lalayev qardaşlarını susdurmuşdular. Həmin dövrdə Şamaxı
da lüterian tayfasından olan erməni millətçiləri xüsusi fəallıq
göstərmiş, terror hadisələri törətmişlər.
Şamaxılı Möhüb Əfəndinin arxivindən götürülən bir əlyaz
mada göstərilir ki, 1905-ci ildə Şamaxıda ermənilər tərəfindən
kütləvi qırğınlar törədilməsinə səylər olsa da, onların mənfur
niyyətləri baş tutmamışdı. Bu bölgədə yaranmış gərginliyin
sorağı Gəncəyə gedib çıxmışdı. Odur ki, erməni cəlladlarını
cəzalandırmaqdan ötrü əsasən şahsevənlərdən təşkil olunmuş
könüllü süvari dəstə Gəncədən Şamaxıya yola düşmüşdü. Bu
xəbəri eşidən erməni millətçiləri gecəykən oranı tərk etmiş
dilər. Erməni keşişləri isə o zaman böyük ad-san sahibi olan
Hacı Məcid Əfəndiyə minnətə gəlmişdilər. Qan tökülməsi-
ni məqbul bilməyən böyük din xadimi öz yaxın adamları ilə
Kürdəmirə - Gəncədən gələn dəstəni qarşılamağa getmişdi.
Hacı Məcid Əfəndi onları inandırmışdı ki, Şamaxıda ermənilər
faciə törədə bilməzlər. Hacının xahişini eşidən dəstə Gəncəyə
qayıtmışdı. Bu hadisədən sonra erməni millətçiləri niyyətləri
nin üstünə pərdə çəkmək üçün Hacı Məcid Əfəndini özlərinə
ağsaqqal bilmiş, bütün tədbirlərində onun yanına məsləhətə
getmişlər.
Məkrli erməni millətçiləri 1905-ci ildə Şamaxıda həyata
keçirə bilmədikləri genişmiqyaslı soyqırımı planlarını 1918-ci
ildə təşkil etməyə müvəffəq olmuşdular.
110
Belə ki, «Daşnaksütyun»un quldur dəstələri 1918-ci ilin
mart-aprel aylarında bu bölgədə dəhşətli qırğınlar törətmiş
dilər. Həmin qanlı hadisələrin də baş verməsində S.Şaumyan
və onun əlaltı larinin xüsusi rolu olmuşdur. O özü 1918-ci il
aprelin 13-də Xalq Komissarları Sovetinə göndərdiyi məktubda
etiraf etmişdi ki, Şamaxıya artilleriya və pulemyotları olan yeni
dəstələr göndərmişdir. Bu dəstələrə Şaumyanın yaxın silah
daşlarından olan və Şamaxı qırğınının əsas təşkilatçısı, xalqı
mızın qəddar düşmənlərindən biri daşnak S.Lalayev rəhbərlik
etmişdir.
Tarixi mənbələr göstərir ki, mart ayının 18-də Şamaxı şəhəri
nin sakinləri yuxudan sübh çağı top atəşlərinin sədaları altında
oyanmışlar. Evlərindən çıxarkən görmüşlər ki, şəhər cənubdan
ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən mühasirə
olunmuşdur. Buranın tamamilə azərbaycanlılardan ibarət aşağı
hissəsi top və pulemyot atəşlərinə tutulmuşdur. Şəhərin yuxarı
hissəsində yaşayan ermənilər isə azərbaycanlılar oian məhəl
lələri gülləbaran etmişlər. Bu hücum müsəlmanlar üçün tam
gözlənilməz idi. Çünki bir gün əvvəl erməni yepiskopu Baqrat
və malakanların nümayəndəsi Karabanov xaç və «İncil» qarşı
sında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində yaşayacaq
larına və onlara qarşı heç vaxt silahlı çıxışlar etməyəcəklərinə
and içmişdilər. Heç bir hazırlığı olmayan azərbaycanlılar əv
vəlcə müdafiəyə təşəbbüs etsələr də, top və pulemyot atəşləri
altında dayana bilməyib geri çəkilmişdilər.
Ermənilər və malakanlar həmləyə başladıqlarından bir neçə
saat sonra artıq şəhərin azərbaycanlılar yaşayan və erməni his
səsi ilə sərhəd olan «Piran-Şirvan» bölməsinə daxil ola bilirlər.
Onlar yerli əhalinin evlərini talan edir, yandırır, dinc sakinləri
qəddarlıqla qətlə yetirirdilər. Şəhərin ən abad, varlı və tanın
mış müsəlmanlarına məxsus evlərinə od vurulurdu.
«Daşnaksütyun»un üzvlərinin Şamaxı şəhərindəki bu vəh
şilikləri bir neçə gün davam etdi. Yalnız Gəncədən azərbay
111
canlı silahlı dəstələrinin buraya köməyə gəlməsindən qorxuya
düşən erməni-malakan quldurları Şamaxı qəzasının Qozlu-
Çay malakan kəndinə geri çəkildilər.
Gəncədən olan silahlı dəstələr Şamaxını tərk etdikdən bir
neçə gün sonra quldur dəstələri şəhərdə yenidən peyda oldu
lar. Bu dəfə talanlar və əhaliyə divan tutulması əvvəlkindən
daha böyük qəddarlıq, xüsusi qəzəb və qan içən I i klə həyata
keçirildi. Küçələr, həyətlər, evlər, məscidlər meyitlərlə dolu
idi. Bir sözlə, şəhərin azərbaycanlılar yaşayan bütün məhəllə
ləri tamamilə xarabazarlığa çevrildi, bir dənə də olsa azərbay
canlı evi salamat qalmadı.
Ə.Xasməmmədovun məruzəsində göstərilirdi ki, ermənilə
rin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı bir
neçə min azərbaycanlı qətlə yetirilmişdir. Onların arasında
tanınmış nüfuzlu şəxslər və ictimai xadimlər də var idi. Er
mənilər məşhur axund Hacı Cəfərqulunu xüsusi qəddarlıqla
öldürmüşdülər. Əvvəlcə onun saqqalını yolmuş, dişlərini sın
dırmış, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər.
Quldurların işgəncə ilə öldürdüyü nüfuzlu şəxslər sırasında
şəhər hakimi Teymur bəy Xudaverdov, 1-ci Dövlət Duması
na Şamaxıdan deputat seçilmiş Məhəmməd Əliyev, Hacıba
ba Abbasov, Əşrəf Hacıyev, Hacı ƏbclüIxəliI Əhmədov, Hacı
Əbdülhüseyn Zeynalov üç qardaşı ilə, Hacı İsrafil Məmmə
dov, M ir İbrahim Seyidov, Hacı İbrahim Salamov, Ağa Əhməd
Əhmədov, Hacı Əbdülqasım Qasımov, Eyyub ağa Veysov,
Zeynəb xanım Veysova, Əliabbas bəy İbrahimbəyov, Ələkbər
Qədirbəyov, Əbdürrəhim bəy Ağalarov, Məhiyyəddin Əfən
dizadə, Zəkəriyyə Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdul
layev, Hacı Molla Həsən Zeynalov və onun arvadı, Mahmud
Hacıağa oğlu və bir çox başqaları da var idi.
Ermənilər axund Hacı Cəfərqulunun evinə və həyətinə pə
nah gətirmiş çoxlu sayda azərbaycanlı qadın və uşağı da gül-
lələmiş, sonra isə meyitlərə od vurmuşdular. Hacı Cəfərqulu-
112
nun tamamilə yandırılmış evinin həyətində Fövqəladə Təhqi
qat Komissiyasının üzvləri çoxlu xırda insan sümükləri aşkar
etmişdilər. Meyitlərin iri sümüklərini isə türklər 1918-ci ilin
yayında erməniləri Şamaxıdan qovarkən yığıb basdırmışdılar.
Məruzədə göstərilirdi ki, bir neçə məscidin, evin və mağaza
ların xarabazarlıqlarının, habelə insan sümüklərinin 45 ədəd
fotoşəkilləri də çəkilmişdir. Şamaxı şəhərinin azərbaycanlı
əhalisinə vurulmuş ziyan, orta hesabla, bir milyard manatdan
çox olmuşdur. Şəhərə hücum, onun dağıdılması, dinc əhali
yə - qadına, qocaya, uşağa qəddarcasına divan tutulması er
mənilərin azərbaycanlılara qarşı m illi intiqam və düşmənçilik
hissindən irəli gəlirdi və bu, iki məqsəd daşıyırdı. Bir tərəfdən
onlar azərbaycanlıları kütləvi surətdə qırır, digər tərəfdən isə
öldürülən əhalinin evlərinin qarəti hesabına külli miqdarda
var-dövlət əldə edib varlanırdılar. Ona görə də Şamaxını talan'
edən erməni quldur dəstələri «Öldürüb talamaq! Talayıb öl
dürmək!» prinsipindən ilham alırdılar.
Şamaxı üzərinə hər iki hücum zamanı yanğınlar, talanlar,
qətllər nankor yerli ermənilərin köməyi ilə daşnaklar tərəfin
dən əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilmişdi. Bu
əməliyyatlara Stepan Lalayev, Qavriil Karaoğlanov, Arşak GüI-
bəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vla
sov, Samvel Doliyev, Petrosyants, ata və oğul İvanovlar, dəllək
Avanesov, şuşalı Aqamalov və digərləri rəhbərlik etmişdilər.
Təkcə mart ayında Şamaxının 58 kəndi erməni silahlı bir
ləşmələri tərəfindən dağıdılmışdı. Təxminən 8 mindən çox
insan öldürülmüşdü. 1918-ci ildə 15 min əhalisi olan Şama
xıda bu rəqəm 1921-ci ildə 1.701 nəfərə enmişdi. Bundan
başqa, şəhərdə azərbaycanlıların bütün hərəkət edən əmlakı
qarət edilmişdi. Azərbaycanlılara məxsus evlər dağıdılmışdı.
13 məscid, o cümlədən böyük tarixi abidə olan Cümə məscidi
yandırılmışdı.
113
Şamaxı şəhəri kimi, Şamaxı qəzasının azərbaycanlılar ya
şayan 86 kəndi də ermənilərin qəfil hücumlarına məruz qal
mışdı. Martın 18-də sübh çağı Şamaxı şəhəri ilə yanaşı, onun
3-4 verstliyində olan Ərdəxan kəndinə hücumlar olmuşdu. Bu
kənddə ermənilər böyük işgəncələrlə 237 nəfəri qətlə yetir
mişdilər.
1919-cu il aprelin 3-də Şamaxı qəza rəisi Fövqəladə Təh
qiqat Komissiyasına həmin qəzanın üç polis sahəsi - Qəbiris
tan, Mədrəsə və Kaşun üzrə ermənilər tərəfindən dağıdılmış
kəndlərin siyahısını göndərmişdir. Həmin siyahıya Qəbiristan
polis sahəsi üzrə 19, Mədrəsə polis sahəsi üzrə 41 və Kaşun
polis sahəsi üzrə 26 kəndin (cəmi 86 kənd) adı daxil edilmiş
dir. Komissiyanın apardığı təhqiqatlar əsasında 53 kənd üzrə
tərtib edilmiş yekun aktlarında ayrı-ayrı kəndlərdə ölənlərin
sayı və kəndə zərərin miqdarı göstərilmişdir: Navahı kəndində
995 nəfər azərbaycanlı öldürülmüşdü ki, onlardan 555 nəfəri
kişi, 260 nəfəri qadın və 140 nəfəri uşaq idi. Kəndə dəymiş
maddi zərər 60 milyon manat olmuşdu. Yəhyalı kəndində 922
nəfər öldürülmüşdü ki, onlardan da 360 nəfəri kişi, 412 nəfəri
qadın və 150 nəfəri uşaq idi. Maddi zərər 22 milyon manatı
keçmişdi. Qubalı Baloğlan kəndində 553 nəfər öldürülmüşdü.
Onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 135 nəfəri uşaq
idi. Maddi zərər 90 milyon manata yaxın olmuşdu. Kalva kən
dində 500 nəfər qətlə yetirilmişdi. Onlardan 250 nəfəri kişi,
150 nəfəri qadın, 100 nəfəri uşaq idi. Ümumi zərər 24 milyon
manat olmuşdu. Ağsu kəndində də 500 nəfər öldürülmüşdü.
Onlardan 200 nəfəri kişi, 300 nəfəri qadın idi. Maddi zərər
36,5 milyon manatı keçmişdi. Tircan kəndində 360 nəfər
öldürülmüşdü ki, onlardan da 300 nəfəri kişi, 40 nəfəri qadın,
20 nəfəri uşaq idi. Kəndə dəyən ümumi maddi zərər 21 m il
yon manata yaxın olmuşdu. Bağırlı kəndində 370 nəfər qətlə
yetirilmişdi ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın,
140 nəfəri uşaqlar olmuşdu. Zərər 12,5'milyon manata çat
ı n
mışdı. Qırğına məruz qalmış digər kəndlər üçün tərtib edilmiş
aktlarda da rəqəmlər göstərilən qayda üzrə aparılmışdı. Bütün
faktlar Fövqəladə Təhqiqat Komissiyasının üzvləri tərəfindən
imzalanmış və möhürlə təsdiq edilmişdi. Həmin aktlarda olan
rəqəmlər üzrə hesablamalara görə, Şamaxı qəzasının 53 kən
dində ermənilər 8.027 azərbaycanlını qətlə yetirmiş, onlardan
4.190 nəfəri kişi, 2.560 nəfəri qadın və 1.277 nəfəri uşaq
olmuşdu. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün
qiymətləri ilə 339,5 milyon manat təşkil etmişdi.
QUBA
1905-1907-ci illərdə ermənilər ən dəhşətli vəhşilikləri və
işgəncələri Qubada törətmişlər. Quba ölkəmizin şimal qapı
sı və müdafiə baxımından mühüm strateji əhəmiyyətə malik
mərkəzlərindən biridir. Bu gün olduğu kimi, ötən əsrin əv
vəllərində də Quba hərbi qüvvələri Bakı ətrafında dislokasiya
etməyə əlverişli imkanlara malik region kimi ermənilərin diq
qətini hələ 1903-cü ildən özünə cəlb etmişdi. Ermənilər onları
dəstəkləyənlərin yardımı ilə həmin ildən Bakıdakı hadisələrə
dəstək verə biləcək təxribatçıları, hərbi sursatı və canlı hərbi
qüvvələri Qusar polkunda yerləşdirməklə özlərinin cəbhələ
rini yaratmağa başladılar. Yəni Quba qəzasında da hadisələr
Azərbaycanın digər bölgələrində olduğu kimi, eyni istiqamət
də davam edirdi. 1903-cü ildə ermənilər tərəfindən burada ilk
addım atıldı.
1904-cü ilin Pasxa bayramında ermənilər şəhərdə özlə
ri üçün kilsə açmağın vacibliyini irəli sürdülər. Polismeyster
A.Yeqorov da ermənilərin təklifinə tərəfdar çıxdı. Lakin bu xə
bər şəhər əhalisi arasında güclü etiraza səbəb oldu. Ona görə
də bu işin reallaşdırılması təxirə salındı.
Artıq 1905-ci ildə azərbaycanlıların bu istiqamətdə həs
saslığını nəzərə alan təxribatçılar bilərəkdən şayiə yayırlar ki,
Qubanın bazar yolu üzərindəki kiçik məscidi kilsə kimi bərpa
115
edib ermənilərə verəcəklər. Bu məqsədlə məscidin yaxınlığın
da - lap onun qapısı ağzında bir dəllək dükanı açılır və şəhər
də keşiş kimi tanınan Akop Akopyan adlı birisi orada oturub
dəlləklik etməyə başlayır. Onun yanına əsasən ermənilər gəlir
di. Bir dəfə Hacı Molla Xəlil üç həmkarı ilə dəlləkxanaya girib
«Akop, yaman tələsirəm, saçıma bir ülgüc çək», - deyə onun
qarşısında stulda əyləşir. Akop bir göz qırpımında işə başlayır
və Hacının üz-gözü al qana boyanır. Onunla gələn şəxslər
Akopun əlindən ülgücünü alıb «Sən nə edirsən?» - deyə onu
kənara itələyirlər. Akop isə cavabında: «Kilsəyə qarşı çıxanda
bilmirdi ki, belə olacaq?» - deyə bağırır. Hacı ilə gələnlərin
biri onun başını sarıyıb şəhər xəstəxanasına, iki nəfər isə Ako
pun əllərini burub polis idarəsinə aparır. Bir azdan xəbər gəlir
ki, Qırmızı qəsəbəyə, Alpan, Alıc, Amsar və Möhüc kəndlə
rinə erməni silah1
1
lari hücum edib çoxlu qırğınlar törətmişlər.
Amsarda A.A.Bakıxanovun mülkünə od vurulmuş, burada ya
şayan ailə xəncərlə doğranıb qətlə yetirilmişdi.
Arxiv materiallarına və şahidlərin dediklərinə görə, Qusarın
kəndlərində də ermənilər Qusar polku əsgərlərini, buradakı
kazakları öz tərəflərinə çəkməyə müvəffəq olmuşdular.
Aprelin 1 7-də Nügədi bağlarında tanınmış tacir Müstəcəb
Mustafa oğlu qətlə yetirilir, camaat üçün aparılan un, düyü və
başqa ərzaqlar ermənilər tərəfindən talan edilir.
1905-ci ilin 18 avqustunda Quba sakinlərinə silahlı dəstə
ilə hücum edən ermənilər Qonaqkəndə gedən yolun üstündə
ki Dərindərədə üz-üzə gəlirlər. Dəstələr arasında güclü toq
quşma baş verir.
Mənbələrdən verilən məlumatlara görə, 1905-ci ilin avqust-
sentyabr aylarında ermənilər Qubanın mərkəzində 133 nəfəri
qətlə yetirmiş, Amsar, Alıc, Alpan, Cici kəndlərində 25 evə
od vurub yandırmış, 17 körpəni, 39 qadın və qocanı müxtəlif
kəndlərin su quyularına töküb üstünü torpaqlamışdılar. Bütün
bu vəhşiliklər yerlərdə azərbaycanlıların əks-hücumu ilə nəti
116
cələnmişdi. Avqustun 16-dan 1907-ci ilin dekabrına qədər da
vam edən toqquşmalarda nə qədər insan həlak olmuş, evlər,
mülklər yandırılmış, camaatın var-dövləti talan edilmişdi.
1918-ci ilin martından etibarən daşnak-bolşevik silahlı bir
ləşmələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri dəhşətli
soyqırımı aktının qurbanları sırasında Quba qəzası sakinlərinin
sayı xüsusilə çoxluq təşkil edir. Həmin vaxt Xalq Komissarla
rı Sovetinin sədri S.Şauınyan və hərbi komissar Korqanovun
tapşırığı əsasında erməni generalları Amazasp Azərbaycanın
şimalında, Lalayan isə mərkəzi və cənub rayonlarında «so
vet hakimiyyəti qurmaq» adı altında insanların başına misli
görünməmiş vəhşiliklər gətirmişlər. Amansız üsullarla kütləvi
qırğın törətmiş erməni generalı Amazasp Şaumyana ünvanla
dığı məktubda təkcə Quba qəzasında 10 mindən artıq müsəl
manı qətlə yetirdiyini fəxrlə yazırdı. Müxtəlif tarixi mənbələrə
əsasən, Amazaspın başçılıq etdiyi hərbi dəstə Quba qəzasın
da ümumilikdə 30 mindən çox dinc əhaliyə divan tutmuşdu.
Təkcə Quba şəhərində 1.800 uşaq, 2.000-ə yaxın qoca və
yaşlı qadın qətlə yetirilmişdi. Həmin insanlardan 3 mini Qu
banın şimal hissəsindəki Qudyalçay sahilində basdırılmışdır.
BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərov
tədqiqatlarında yazır ki, daşnak-bolşevik qoşunları Şamaxını
işğal etdikdən sonra mayın əvvəllərində Quba qəzasına da
xil olmuşlar. Onlar burada üç dəfə qırğın törətmişlər. Qubaya
hücum edənlər içərisində özünü bolşevik kimi qələmə ve
rən və 2 min əsgərə başçılıq edən David Gelovanidən başqa,
bolşevik Sturua da var idi. Onlardan əvvəl isə Muradyanın
rəhbərlik etdiyi 2 min erməni əsgəri burada qırğınlar, iğtişaş
lar törətmişdi. Ə.Əlibəyovun məlumatına görə, 1918-ci il may
ayının 1-də dəstə üç istiqamətdən şəhərə daxil olur. Təkcə
birinci gün şəhərin aşağı hissəsində 713 nəfər azərbaycanlı
öldürülür ki, onların da əksəriyyəti qadın və uşaqlar idi.
Şose və Bazar küçələrindəki evlər qarət edilir. Hücumun ikinci
Böyük
117
günü şəhərin birinci və ikinci hissəsində onlar 1.012 nəfər
azərbaycanlı qətlə yetirirlər ki, bu insanların da böyük əksəriy
yəti şəhərin yoxsul əhalisi və İrandan iş dalınca gəlmiş kişilər
idi. Talanlarsa heç cür səngimirdi.
Amazaspın dəstəsi Qubanın girəcəyindən tutmuş yuxarı
hissəsinədək şəhəri odlamağa başlayır. Daşnaklar küçədə qar
şılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə
yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-
deşik edir, gözlərini ovurdular.
Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il ma
yın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı
5 mindən artıq idi. Ona görə də onlar silahsız dinc əhaliyə
azğınlıqla divan tuta bilirlər. Həmin azğınlığın miqyasını tə
səvvür etmək üçün iki gün ərzində yalnız Quba şəhərində
4 minədək müsəlmanın öldürüldüyünü xatırlatmaq kifayətdir.
Bu rəqəm Quba şəhər əhalisinin beşdə biri demək idi.
Müsəlmanların dini heysiyyətinə toxunaraq məscidlərə od
vuran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26
məscidi yandırmışdılar. Müqəddəs dini ocaqları yerlə yeksan
edən daşnaklar Şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiy
mətli kitabları da məhv etmişdilər. Qubanın mərkəzində Əb
dürrəhim Əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı
1.300-ə yaxın qiymətli kitabı tonqala atmışdılar.
Amazaspın azğınlığı nəticəsində 1918-ci ilin ilk beş ayı ər
zində Quba qəzasında üst-üstə 15 mindən çox insan məhv
edilmişdi. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik bir
ləşmələri burada 122 (bəzi mənbələrdə 168 verilir) kəndi da
ğıtmışdılar. Həmin kəndlərdən 35-i bu gün də mövcud deyil.
Şəhər əhalisinin əmlakı da tar-mar edilərək oğurlanmışdı.
Təkcə Qubanın özündə Amazaspın əsgərləri 4 milyon manat
nağd pul, xeyli qızıl pul, 4 milyon yarım manatlıq qızıl, bril-
yant və digər qiymətli daş-qaş, 25 milyon manatlıq ev əşyaları
(qiymətli xalçalar, gümüş və büllur qablar), 25 milyon manat
118
ıq ərzaq ehtiyatı ələ keçirmişdilər. Sonralar həmin qızılların
və qızıl pulların bir hissəsi S.Şaumyan öz məsləkdaşları ilə
birlikdə həbs edilərkən onun yük çamadanlarında 80 milyon
məbləğindəki qızıl pulun içərisində olmuşdur.
Təkcə Qubanın özündə Amazaspın dəstəsi 105 ev yan
dırmışdı. Dəyən ziyan 100 milyonu ötmüşdü. İbrahim bəy
Şıxlarlıya, Məşədi Əli Hüseynova, Orucəli Məmmədova, Bə
kir Mehrəliyevə, Səttar Məmmədyarova, Hidayət Əmirbəyo-
va, Qafar Orucova, Əli bəy Zizikliyə, Rəcəb Orucova, Yusif
bəy Abdulsəlimbəyova, İsgəndər Abdullayevə məxsus böyük
mülklərin, şəhərdəki məscidlərin, bir sıra idarə və digər in
zibati binaların yandırılıb külə döndərilməsi əhaliyə olduqca
böyük ziyan vurmuşdu.
Həmin illərdə istefada olan polkovnik Hacı Ələkbər Quba
sakinləri adından Fövqəladə İstintaq Komissiyasının sədri
Ələkbər bəy Xasməmmədova aşağıdakı məzmunda məktub
göndərmişdi:
«Cənab sədr!
Fövqəladə İstintaq Komissiyasının üzvləri! Sizə məlum
olduğu kimi, erməni cəza dəstələri Bakıdakı mart qırğın
larının daha dəhşətli bir davamını Quba qəzasında həyata
keçirmişlər. İnsanlar amansızcasına qətlə y e tirilm iş ə z a b
və əziyyətlərə düçar edilmiş, qan su yerinə axıdılmışdır.
Təkcə Quba şəhərində üç mindən artıq körpə işgəncələrlə
öldürülmüş, şəhərin böyük bir hissəsi məzarıstana çevril
mişdir.
...Mən neçə-neçə qanlı döyüşlərin iştirakçısı olmuşam.
Rus-türk müharibələrində, Fin cəbhələrində, Birinci cahan
müharibəsində çoxlu qanlı döyüşlər görmüşəm. 1917-ci
ildə ömrümün son illə rin i sakit və rahat yaşamaq üçün
doğulduğum Quba şəhərinə qayıtmışam. Əlimdə əsa, çar
ordusunun istefa vermiş polkovniki libasında doğma vətənim
məni yenidən öz qoynuna almışdır. Ancaq buradakı rahat
119
həyatını uzun çəkmədi. Kaş mən başqa ölkəyə gedəydim,
vətənə qayıtmayaydım. Kaş mənim gözlərim erməni bıça
ğı ilə soyulmuş vətən övladlarının skalplarını, kürəyindən
soyulub saman təpilmiş cəsədlərini, ana və bacılarımızın
kəsilmiş döşlərini, hamilə gəlinlərim izin yırtılmış qarnından
çıxıb qalmış, hələ də nəfəsi üstündə olan körpələrimizin
bu acı taleyini görməyəydi.
Dünyanın heç bir məmləkətində, heç bir cahan savaşında
belə qəddar əm əllər görünməyib və tarix belə qəddarlıq
larla hələ rastlaşmamışdır. Qubadakı bu qanlı qırğını kifayət
qədər təsdiqləyən faktlar; sənədlər və canlı şahidlər var.
Təcili olaraq Qubaya istintaq komissiyası göndərməyinizi,
bu qətllərin təşkilatçısı və icraçısı olan Şaumyanın, Capa-
ridzenin, hərbi komissar Korqanovun, qatil D.A.Gelovaninin,
cəllad Amazasp Ağacanyanm, onun köm əkçiləri Nikolayın
və başqalarının qanlı əm əllərinə görə həbs olunub hərbi
tribunala verilməsini təmin etməyi sizdən xahiş edirik. Bu
müraciət Quba qəzasında nahaq yerə qanına qəltan edilən,
ev-eşiyi xara baz a ra çevrilən on m inlərlə qubalının fikrini
ifadə edir.
Sizdən təcili tədbirlərin həyata keçirilməsini tələb edi
rik!»
Elə həmin ilin noyabrında məruzə əsasında Fövqəladə Təh
qiqat Komissiyası Amazaspın cəza dəstəsində onun özü, müa
vini Nikolay və komissarı Venuntsdan başqa daha fəal üzvlə
rinə qarşı cinayət işi qaldırılması haqqında qərar qəbul etdi. İş
1920-ci il yanvarın 29-da Bakı Dairə Məhkəməsinin Prokuror
luğuna göndərildi.
1918-ci il mayın əvvəllərində erməni-daşnak birləşmələri
tərəfindən xüsusi amansızlıqla həyata keçirilmiş soyqırımı ilə
bağlı təkzibedilməz faktların əyani təsdiqinə çevrilmiş Quba
məzarlığı əsrlər boyu türk qanına susamış mənfur erməni mil
lətçilərinin əsl. mahiyyətini - insanlıqdankənar xislətini bir
---------
120
---------
daha qabarıq şəkildə aşkara çıxarır. Quba məzarlığının soy
qırımı aktının nəticəsi olduğu tam elmi təsdiqini tapmışdır.
Ermənilər zorakılıqla qətlə yetirdikləri insanları gizlətmək, in
sanlıq əleyhinə həyata keçirdikləri cinayətlərin izini itirmək
məqsədi ilə eni 4 metr 70 santimetr, uzunluğu 5 metr və dərin
liyi 2 metr olan iki quyudan istifadə etmişlər.
Xüsusi amansızlıqla qətlə yetirilərək dərin quyulara basdı
rılmış dinc insanların torpaqdan təmizlənmiş, üzərində işgəncə
izi bugünədək qalmış müxtəlif bədən sümükləri Quba soyqı
rımının miqyası və mahiyyəti barədə bir çox qaranlıq mətləb
lərdən xəbər verir. Qətliam zamanı insanların kəllə sümüklə
rinə müxtəlif küt və kəsici alətlərlə yetirilmiş ağır xəsarətlərin
izləri bugünıin özündə də qabarıq görünür. Məzarlıqda bir
ədəd olsun belə bütöv insan skeletinə rast gəlinməməsi isə de
məyə əsas verir ki, soyqırımı zamanı qətlə yetirilən insanların
cəsədləri müxtəlif hissələrə bölünüb. Belə görünür ki, erməni
cəlladları asan ölümü də dinc insanlara çox görüblər.
Məzarlıqdakı insan sümüklərini yaxından izləyərkən mə
lum olur ki, erməni cəlladları qətliam zamanı əsasən balta
və mismarlardan istifadə etmişlər. 1918-ci ilin mayında er
məni generalı Amazaspın rəhbərliyi altında Qubanı işğal et
miş daşnak-erməni dəstələri bir neçə gün ərzində dinc əhalini
öldürmək üçün xüsusi zorakılıqlara, əvvəlcədən düşünülmüş
işgəncə metodlarına əl atmışlar. O dövrün şahidlərinin sözlə
rinə görə, azğınlaşmış silahlı dəstələr hətta ahıllara, qadınlara
və qocalara da rəhm etməmiş, onları olmazın işgəncələrlə öl
dürməkdən həzz almışlar.
Həmin dövrdə erməni vandalizminin qurbanları təkcə dinc
azərbaycanlılar deyil, həm də digər millətlərin nümayəndələri
olmuşlar. Aparılmış arxeoloji qazıntılar zamanı onlarla kəllə
sümüyünün digər millətlərə məxsus olması üzə çıxıb. Bu sıra
da yəhudi və ləzgilər üstünlük təşkil etmişlər.
121
|