Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   2   3   4   5   6   7   8   9   ...   28

miş,  xristianlıq  qəbul  edilən  vaxtda  isə  Osroyena  artıq  çoxdan 

müstəqil  idi.  Həmin  tarixçilər  bu  cür  təhriflərdən  əlavə  Osro­

yena tərəfindən  xristianlığın  birinci  qəbul  edilməsinin  əhəmiy­

yətini  hər  vasitə  ilə  azaltmağa  çalışırlar.  Onlar  iddia  edirlər 

ki,  xristianlığın  qəbui  edilməsi  V  Abqarın  (VIII  Manunun)  İsa 

Məsih  ilə  yazışması  barədə  apokrif  rəvayətlə  bağlı  olmuşdur. 

Edessa  çarının  kiminlə  yazışmasından  və  şəxsən  onun  xristi­

anlığı  qəbul  etməsinin  həqiqi  səbəblərindən  asılı  olmayaraq, 

fakt  faktlığında  qalır  -   bu  gün  qonşu  ölkənin  yalançı  təbliğatı 

nə  qədər cəhd  göstərsə  də,  xristianlıq  ermənilərdən  bir əsrdən 

çox  əvvəl  məhz  Osroyenacla  rəsmi  din  olmuşdur.

Serj  Sarkisyan  ibarə  ilə  qədim  yunan  coğrafiyaşünası  Stra- 

bona  istinad  edərək  bildirmişdir  ki,  guya  o,  ermənilərin  Cə­

nubi  Qafqazda  avtoxton  olmasını  qeyd  etmişdir.  Əslində  isə 

Strabon  bu  ərazilərin  erməni  çarları  tərəfindən  başqa  dövlət­

lərdən  və  xalqlardan  işğal  yolu  ilə  ələ  keçirildiyini  göstərir. 

Strabon  ermənilərin  özgə  torpaqlarını  ələ  keçirmək  meylini 

hələ  o  vaxt  görmüş  və  öz  kitabında  yazmışdır:  «Əvvəllər  kiçik 

bir  ölkə  olmuş  Ermənistan  Artaksiya  və  Zariadriya  müharibə­

ləri  nəticəsində  böyümüşdür.  Onlar  əvvəlcə  Böyük  Antioxun 

sərkərdələri  olmuş,  o,  məğlub  olandan  sonra  isə  çar  olmuşdu­

lar  (bunlardan  birincisi  Sofena,  Akisena,  Odomantida  və  bəzi 

başqa  vilayətlərin  çarı,  sonuncusu  isə  Artaksata  ətrafındakı  öl­

kənin  çarı  olmuşdur);  onlar  ətrafdakı  xalqların  vilayətlərinin 

bir  hissəsini  qopararaq  öz  ərazilərini  birlikdə  genişləndirmiş­

lər;  onlar  midiyalılardan  Kaspiana,  Favnitida  və  Basoropedanı, 

iberlərdən  dağətəyi  Pariadra,  Xorzen  və  Kür  çayının  o  tayında 

yerləşən  Qoqarenanı;  həliblərdən  və  mosineklərdən  Kareniti- 

da  və  Kiçik  Ermənistanla  həmsərhəd  və  onun  bir  hissəsi  olan 

Kserksenanı;  kataonlardan  Akilisenanı  və  Antitavr  ətrafındakı

28


vilayəti  və  nəhayət,  suriyalılarclan  Taroniticlanı  qoparmışdı­

lar»12.  Bundan  əlavə,  Strabon  xüsusi  qeyd  edirdi  ki,  ermənilər 

işğal  etdikləri  ərazilərdə  istila  olunmuş  xalqları  assimilyasiya 

etməyə  çalışırdılar:  «Buna  görə  indi  həmin  xalqların  hamısı  bir 

dildə  danışır»13.

Ermənistan  prezidentinin  komandasında  Strabonun  sözlərini 

çox  maraqlı  şəkildə  şərh  edirlər.  Onların  məntiqinə  görə,  əgər 

erməni  çarları  başqa  xalqların  ərazilərini  işğal  etmişlərsə,  onda 

ermənilər  həmin  torpaqlarda  dərhal  «avtoxton»  olurdular.

Qeyd  etmək  lazımdır  ki,  Ermənistan  müstəqil  dövlət  kimi 

çox  qısa  müddət  mövcud  olmuşdur.  Tarixdən  məlumdur  ki, 

bizim  eranın  əvvəlində  iyirmi  ildən  bir  qədər  artıq  müddət­

də  müstəqil  dövlət  kimi  mövcud  olduqdan  sonra  Ermənistan 

müstəqilliyini  itirərək  Roma-Parfiya  ərazisinə  çevrilmişdir, 

çünki  63-cü  ildən  sonra,  Roma  ilə  Parfiya  arasında  müqavi­

ləyə  əsasən,  Ermənistanın  ikiqat  müstəqilliyi  müəyyən  edil­

mişdir14.  Bütün  sonrakı  əsrlərdə,  ta  1918-ci  ilə  qədər  o,  digər 

dövlətlərdən  -   İran,  Roma,  Osmanlı,  Rusiya  imperiyalarından 

ya  vassal  kimi,  ya  da  tam  asılı  olmuşdur.  Müstəqil  Erməni 

çarlığının  mövcud  olduğu  qısa  dövrdə  onun  hökmdarları  də­

fələrlə  ölkə  ərazisini  genişləndirməyə  cəhd  göstərmişlər.  Çar 

Böyük  Tiqranın  hakimiyyəti  dövrü  istisna  olmaqla,  Ermənista­

nın  nəzarətinin  müasir  Azərbaycan  ərazisinə  yayılması  barədə 

elmi  sübutlar  yoxdur.  Yalnız  Tiqranın  hakimiyyəti  dövründə 

Ermənistan  öz  apogeyinə  çatmış  və  həqiqətən  Araz  çayından 

şimalda  yerləşən  torpaqları  müvəqqəti  tutmuşdur.  Hələ  ermə­

ni  çarı  Böyük  Tiqranın  sağlığında  dünyaya  gəlmiş  Strabonu 

həmin  hadisələrin  müasiri  adlandırmaq  olar.  Buna  görə  də  tə­

əccüblü  deyildir  ki,  Strabon  «Coğrafiya»  kitabında  haqlı  olaraq 

qeyd  edir  ki,  Orxistena  (ola  bilsin  həmin  vaxt)  Ermənistanın 

bir  vilayəti  olmuşdur.  Məlum  olduğu  kimi,  tarix  heç  vaxt  statik 

vəziyyətdə  qalmır -  ərazilər  genişlənmiş  və  kiçilmiş,  dövlətlər 

yaranmış  və  yox  olmuş,  sərhədlər  dəyişmişdir.  Bu  halda  onu

29


da  unutmamalıyıq  ki,  Tiqranın  dövründə  genişlənmiş  Erməni 

çarlığının  ərazisində  təkcə  ermənilər  deyil,  çox  xalqlar  yaşa­

yırdı.  Əhəmiyyətlisi  başqa  məsələdir  -   Strabon  heç  yerdə  de­

mir  ki,  əldən-ələ  keçməsi  tamamilə  mümkün  olan  Orxistenada 

ermənilər yaşamışdır.  Strabon  Arsaxın  bu  etnik tərkibi  və  xüsu­

sən  onun  əhalisinin  avtoxton,  yoxsa  gəlmə  olması  barədə  bir 

kəlmə  də  yazmır!  Lakin  çoxsaylı  başqa  mənbələrdə  və  başqa 

müəlliflərin  əsərlərində  Arsaxın  məhz  alban  əhalisindən  bəhs 

edilir.  Strabon  elə  həmin  kitabın  11-ci  bölməsində  qeyd  edir 

ki,  Kir  (Kür)  çayı  Albaniya  ərazisindən  (!)  axırdı15.

Müəlliflərinin  intellektual  səviyyəsini  səciyyələndirən  daha 

bir  absurd  tezis  ondan  ibarətdir  ki,  guya  Azərbaycanın  və  bir 

millət  kimi  azərbaycanlıların  yaranmasından  bir  əsrdən  az 

vaxt  keçmişdir  və  XX  əsrin  əvvəlinə  qədər  bu  ərazidə  olub- 

keçənlərin  onlara  heç  bir  aidiyyəti  yoxdur.  Görünür,  bu  cür 

sərsəm  bəyanatların  müəllifləri  adi  bir  məsələ  üzərində  fikir­

ləşməmişlər:  bürokratik  direktiv-məmur  etnogenezi  ilə  adi  in­

san  biologiyası  arasında  nə  əlaqə  var?  Əgər  çoxəsrlik  tarixə 

malik  olan  bir xalqın  adını  dəyişməyi  qərara  almış  partiya  rəh­

bərinin  öz  kabinetində  bircə  dəfə  «qələm  çalması»  əsasında 

millət  yaradıla  bilərsə,  bu  o  deməkdirmi  ki,  «yeni  yaradılmış» 

xalqın  ilk  nümayəndələrinin  nə  ataları,  nə  babaları,  nə  də  ulu 

babaları  olmuşdur  və  onlar  hamısı  sınaq  şüşəsində  klonlaşdı- 

rılmışdır?  Bu  gün  Azərbaycanda  keçən  əsrin  30-cu  illərində 

doğulmuş  yaşlı  nəsil  yaşayır.  Bu  nəslin  nümayəndələrinin  ço­

xunun  valideynləri  hələ  sağdır.  Onlar  Azərbaycan  türklərinin 

adlarının  dəyişdirilərək  azərbaycanlılar  adlandırılması  barə­

də  qərar  qəbul  ediləndən  əvvəl  dünyaya  gəlmişlər.  Erməni 

«intellektuallarının  məntiqinə  görə,  belə  çıxır  ki,  bu  iki  nə­

sil  etnik  baxımdan  müxtəlif  millətlərə  aiddir,  çünki  görün  ha, 

yaşlılar  azərbaycanlı  hesab  edilmək  üçün  kifayət  qədər  gənc 

deyil,  onların  30-cu  illərdə  doğulmuş  uşaqları  isə  özlərinin 

«bioloji»  əcdadlarının  m inillik  irsi  ilə  mənəvi  və  mədəni-tarixi

30


əlaqəyə  layiq  görülmək  üçün  kifayət  qədər  qoca  deyillər?!. 

Belə  çıxır  ki,  bir  xalqa  yeni  ad  verilən  gündən  həmin  xalqın 

çoxəsrlik  tarixi  dayanır  və  «sahibsiz»  olur,  başqa  bir  xalqın 

tarixi  başlanır,  üstəlik,  nəinki  atalar  və  oğulların  iki  «sərhəd» 

nəsli  arasında  əlaqə,  hətta  indi  artıq  «müxtəlif»  sayılan  m illət­

lər  arasında  əlaqə  də  qırılır.

Dövlət rəhbərlərinin  bu  cür absurd  bəyanatlarla  çıxış etməsi 

Ermənistandan  başqa  heç bir yerdə,  yəqin  ki,  mümkün  deyildir. 

Görəsən,  məsələn,  keçən  əsrin  60-70-ci  illərində  ermənilərin 

adlarını  dəyişdirərək onları  Ararat vadisinin  adına görə  «ararat- 

lılar»,  yaxud  Göyçə  gölünün  təzə  adına  uyğun  olaraq  «sevanlı- 

lar»  adlandırsaydılar,  bu  «alimlər»  hansı  havanı  «oxuyardılar»? 

Bu  halda  yeni  millətin  tarixi  başlanardımı?  Bu  halda  onlar  öz 

respublikasında  yaşamaq  hüququndan  məhrum  edilərdimi  və 

oradan  dərhal  deportasiya  edilməyə  layiq  olardımı?  Axı  orta 

əsr  manuskriptlərində  «ararat»  və  ya  «sevan»  xalqının  adını 

tapmaq  mümkün  deyil,  amma  həmin  manuskriptlərdə  hansısa 

ermənilər  barədə  söhbət  gedir,  halbuki  onların  mövcudluğuna 

partiya  qərarının  dərc  edildiyi  gün  son  qoyulmuşdur.

Bununla  belə,  hələ  orta  əsrlərin  ərəb  müəllifləri  Qafqaz 

Albaniyasının  ərazisini  çox  vaxt  «Azərbaycan»,  «Yuxarı  Azər­

baycan»  adlandırırdılar.  Məsələn,  əl-Kufi  Azərbaycan  hökm­

darının  Şəkidə  olmasından  bəhs  edərək  yazır  ki,  xəlifə  əl- 

Cərraha  «Azərbaycanda  dayanmağı»  əmr  etmiş,  «Azərbaycan 

vilayətindəki  əl-Baba  (Dərbəndə)  çatmış»,  «Azərbaycan  ölkə­

sinə  yola  düşmüş  və  Baylakanda  düşərgə  salmış...»,  «Azərbay­

can  ölkəsinə  yola  düşmüş  və  Bərdədə  dayanmışdır»16.

1864-cü  ildə  İngiltərənin  Təbrizdəki  konsulu  Keyt  Abbot 

Kral  Coğrafiya  Cəmiyyəti  üçün  memorandumda  yazırdı:  «Fars­

ların  Azərbaycan  kimi  tanıdığı  ölkə  onlarla  [İran  ilə]  Rusiya 

arasında  bölünmüşdür.  [Azərbaycanın]  ərazisi  təqribən  80.000 

kvadratmil  və  ya  Böyük  Britaniyanın  sahəsi  qədərdir.  Bu  əra­

zinin  5/8  hissəsi 

Rusiyaya  məxsusdur; 

beləliklə,  50.000-

31


kvadratmiIi  Rusiyaya  və  30.000  kvadratmili  İrana  məxsusdur. 

[Azərbaycanın]  Rusiya  hissəsi  şimaldan  və  şimal-şərqdən  Xə­

zər  sahilində  Bakı  ətrafına  qədər  uzanıb  gedən  Qafqaz  dağ­

ları  ilə  həmsərhəddir.  Qərbdə  ona  hazırda  Rusiyaya  məxsus 

olan  İmeretiya,  Minqreliya,  Quriya  və  Axıska  əyalətləri;  şərq­

də  Xəzər  dənizi,  cənubda  isə  sərhəd  Muğan  düzündən  Talış 

mahalına  qədər  Arass  (Araz)  və  kiçik  Astura  (Astara)  çayı  ilə 

qeyd  edilmişdir.  Bu  vilayətə  aşağıdakı  ərazilər  daxildir:  Kaxe- 

tiya,  Kartli,  Somexeti  və  Qazaxdan  ibarət  olan  Qruziya  və  ya 

Gürcüstan;  müsəlman  vilayətləri  İrəvan,  Naxçıvan,  Qarabağ, 

Gəncə,  Şirvan,  Şəki,  Şamaxı,  Bakı,  Quba,  Salyan  və  Talışın  bir 

hissəsi»17.

Yalançılıqda  və  «Azərbaycan  təbiiğatı»na  xidmət  etməkdə 

günahlandırılması  çətin  olan  ingilis  diplomatının  məlumatla­

rından  göründüyü  kimi,  XIX  əsrin  60-cı  illərində  İrəvan,  Nax­

çıvan  və  Qarabağın  əhalisi,  hətta  ermənilər  buraya  köçürülən- 

dən  sonra  da,  əvvəlki  kimi,  əsasən  Məhəmməd  ümməti  (yəni 

türk,  Sarkisyanın  xoşuna  belə  gəlirsə  -   azərbaycanlı)  idi  və 

bu  vilayətlər  Azərbaycana  aid  edilirdi.  Diaspordan  olan  qo­

naqlarına:  «200-300  il  bundan  əvvəl  filan  yaşayış  məntəqəsi­

nin  adı  necə  Azərbaycan  adı  ola  bilərdi?  Barı  türk  və  ya  fars 

adları  deyərdilər!»  -   deyə  ritorik  sual  verməklə  onlara  təsir 

göstərməyə  çalışan  bugünkü  Ermənistan  rəhbərlərinin  intel­

lektual  səviyyəsi,  təəssüf  ki,  belədir.  Amma  sən  demə,  yaşayış 

məntəqəsinin  adı  Azərbaycan  adı  ola  bilərmiş!  300  il  bundan 

əvvəl  də,  lap  min  il  bundan  əvvəl  də.  Serj  Sarkisyan  öz  au­

ditoriyasının  avamlığına  ümid  edərək  və  özü  də  bunu  bilmə­

diyindən  onlara  izah  etməmişdir  ki,  xüsusən  Cənubi  Qafqaz 

regionundan  söhbət  gedəndə  «Azərbaycan  dili»  və  «türk  dili» 

eyni  şeydir.  Əgər  bunu  başa  düşmək  çətindirsə,  onda  zəhmət 

çəksin,  eyni  qayda  ilə  fikirləşsin  görək  hayların  erməni  topo­

nimlərinə  nə  dəxli  var?

32


Axı  linqvistikada  qəbul  edilmiş  qaydaya  əsasən,  hay dili  yüz 

seçim  əlamətinə  görə  11  qrupa  və  44  dialektə  bölünür (Bax: 

Джаикян  Г.Б.  Общее  и  армянское  языкознание.  Ереван,  1978 

г.).  Dilçi  mütəxəssislərin  fikrincə,  xalqın  bu  qədər  çoxsaylı  dil 

və  dialekt  şaxələrinin  olması  bunu  deməyə  əsas  verir  ki,  hay 

dili  bir  xalqın  dili  deyildir.  Bu,  Ermənistan  ərazisində  qədim 

məzarlıq-larda  tapılmış  kəllələrlə  də  təsdiqlənir.  Həmin  kəllə­

lərin  baş  göstəriciləri  müasir  ermənilərin  baş  göstəricilərindən 

kəskin  fərqlənir  (Bax:  Рогтнский  Я.Я., Левин  M.Г.  Антрополо­

гия. M.,  1963, с.390).  Ermənilərin  16  antropoloji  tipə  bölünməsi 

tədqiqatçıları  heyrətləndirir.  Bir  xalqın  bu  qədər  antropoloji 

fərqləri  ola  bilməz.  Belə  çıxır  ki,  haylar  və  ermənilər  arasında 

əlaqə  məsələsini  cəsarətlə  şübhə  altına  almaq  olar.  Ola  bilsin 

ki,  Ermənistan  prezidentinin  komandasında  bu  barədə  fikirlə­

şərək  başa  düşərlər  ki,  yaşayış  məntəqəsi  200-300  il  bundan 

əvvəl  məhz  Azərbaycan  adına  necə  malik  ola  bilərdi.

Başqa  bir  məsələ  barədə  də  fikirləşmək  pis  olmazdı.  Ermə­

nilər  antropoloji  baxımdan  praktik  olaraq  yeganə  xalqdır  ki, 

onlar  Cənubi  Qafqaz  xalqları  üçün  xarakterik  olan  antropoloji 

tipə  uyğun  gəlmirlər.  Aparılmış  antropoloji  tədqiqatlara  əsa­

sən  deyə  bilərik  ki,  tarixi  Azərbaycanın  qərb  hissəsinin  əhali­

si  bütün  dövrlərdə  (eneolitdən  başlamış  müasir  dövrə 

Azərbaycanın  qalan  hissəsinin  əhalisinə  oxşar olmuşdur.  Müa­

sir  Ermənistan  ərazisində  ermənilərlə  bağlı  aşkar  edilmiş  ən 

qədim  antropoloji  tapıntılar  yalnız  XVII  əsrə  aiddir  və  yalnız 

Kenaker  nekropolunda  aşkar  edilmiş  tapıntılarla  təsdiqlənir. 

Onlar  bir  sıra  əlamətlərə  (kəllə  qutusunun  forması,  üz  skeleti­

nin  quruluşu  və  s.)  görə  əvvəlki  paleoantropoloji  seriyalardan 

əsaslı  şəkildə  fərqlənir  və  yeni  etnik  komponentlərdir.

Ermənilərin  diş-çənə  sisteminin  təhlili  də  onların  Dağlıq 

Qarabağ  zonasında  aborigenlər  olmamasına  dəlalət  edir18.

«Arsax»  toponimi  də  «erməni»  toponimi  olmuş  və  əlüstü 

«Vararakn»  adlı  «erməni  məskəni»  uydurulmuşdur.  Heç  bir 

mənbədə  «Vararakn»  deyilən  məskən  adı  çəkilmir.  Əlbəttə,

33


əgər  ermənilərin  tarixi  saxtalaşdırmaq  laboratoriyalarında  belə 

bir  şey  uydurmağa  və  əsası  Qarabağ  xanları  tərəfindən  qoyul­

muş  Xankəndinin  yerləşdiyi  əraziyə  bağlamağa  hələ  macal 

tapmayıblarsa.  «Berdzor»,  «Karvaçar»,  «Kaşataq»  və  bir  sıra 

başqa  uydurma  «qədim  erməni»  adları  kimi,  bu  «Vararakn» 

da  erməni  təbliğatının  faydasız  icadıdır.  Məsələn,  onlar  Azər­

baycanın  işğal  edilmiş  Ağdam  rayonunda  qanunsuz  arxeoloji 

qazıntılar  zamanı  aşkar  edilmiş  tikilinin  bünövrəsinin  ətrafın­

dakı  yeri  özbaşına,  ciddi  elmi  faktlara  əsaslanmadan  «Tiqrana- 

kert»  adlandırmağı  qərara  almışlar.  Sual  edilir:  nə  üçün  başqa 

ad  deyil,  məhz  «Tiqranakert»  və  nə  üçün  başqa  yerdə  deyil, 

məhz  bu  yerdə?  Təkcə  ona  görəmi  ki,  bu  yer  ermənilərin  xo­

şuna  gəlmişdir  və  tarixi  saxtalaşdırmaq  laboratoriyasının  ilhaq- 

çı  planlarının  həyata  keçirilməsinə  kömək  etmək  üçün,  adət­

ləri  üzrə,  saxta  şəhadətlərə  və  salnamələrə  istinad  edir  və  indi 

özləri  də  alimnüma  görkəmlə  bu  mənbələrə  istinad  edirlər?!

Əvvəllər  Azərbaycana  (məhz  Azərbaycana!)  məxsus  olmuş 

İrəvan  xanlığının  ərazisində  yüzlərlə  toponimin  sovet  döv­

ründə  vaxtilə  həmin  torpaqlarda  yaşamış  Azərbaycan  türklə­

rinin  izlərini  məhv  etmək  məqsədi  ilə  adları  dəyişdirilərək 

onlara  erməni  adları  qoyulmuşdur.  Bizim  dildə  mənası  olan 

bu  toponimlərin  erməni  dilində  heç  bir  mənası  yoxdur.  Bu 

toponimlər  haraya  yox  olmuşdur?  Şübhə  yoxdur  ki,  elə  hə­

min  tarixi  saxtalaşdırmaq  laboratoriyaları  bu  suala  cavab  ax­

tararkən  Basarkeçər  (Vardenis),  Qaranlıq  (Martuni),  Hamamlı 

(Spitak),  Cəlaloğlu  (Stepanavan),  Qarakilsə  (Sisyan),  Qarakilsə 

(Vanadzor),  Keşişkənd  (Yexeqnadzor),  Uluxanlı  və  ya Zəngiba- 

sar  (Masis),  İstibulaq  və  ya  Karvansara  (İcevan),  Dəvəli  (Ararat 

qəsəbəsi),  Gözlü  Kəmərli  (Metsamor),  Üç  Müədzin  (Eçmiəd- 

zin),  Alagöz  (Araqats),  Göyçə  (Sevan),  Arpaçay  (Axuryan)  və 

yüzlərlə  başqa  keçmiş  Azərbaycan  toponimləri  üçün  yüzlərlə 

yeni  «vararakn»lar  icad  edəcəklər.  Az  qala  Nuh  əyyamından 

qalmış  yeni  «qədim  erməni»  adlarının  guya  qeydə  alındığı  sax­

34


ta  «salnamələr»  üzə  çıxacaqdır.  Elə  həmin  laboratoriyalar  işğal 

edilmiş  şəhərlər  və  kəndlər  üçün  yeni  adlar  fikirləşib  tapmış 

və  bir  müddətdən  sonra  Ermənistan  rəhbərləri  yüksək  tribuna­

lardan  çıxış  edərək  yeni  «vararakn»lar  barədə  dünyaya  car  çə­

kəcəklər.  Ermənilər  artıq  Ukraynanın  Lvov  şəhərinin  də  adını 

dəyişdirərək  onu  Aryuts  adlandırmaq  istəyirlər!

«Erməni»  mənşəli  «Arsax»  toponiminə  gəldikdə  isə,  onun 

erməni  dilinə  və  Ermənistanın  erkən  tarixinə  heç  bir  aidiyyəti 

yoxdur.  Ermənistan  prezidentinin  Gorusda  səsləndirdiyi  tezis 

savadsızlıq  dərəcəsinə  görə  adamı  mat  qoyur:  «Bu  yerin  er­

məni  adı  -  Arsax  miladdan  əvvəl  VIII  əsrdə  təsdiqlənmişdir  və 

bunu  Yerevanın  təməlini  qoymuş  I  Arqiştinin  oğlu  II  Sarduri 

təsdiq  etmişdir».  Əvvələn,  I  Arqişti  və  II  Sarduri  hay  çarları 

deyil,  Urartu  çarları  olmuşdur.  Urartu  və  hay  xalqları  müxtəlif 

xalqlar  olmuş  və  müxtəlif  dil  ailələrinə  aid  olan  müxtəlif  d il­

lərdə  danışmışlar.  Görünür,  Sarkisyan,  «yeri  gəlmişkən»,  təkcə 

albanların  deyil,  həm  də  urartuluların  mədəni-tarixi  irsinə  ta­

mah  salmışdır.  İkincisi,  bu  ad  nə  münasibətlə  birdən-birə  er­

məni  adı  oldu?  Urartu  çarı  yalnız  «Arsax»  adını  təsdiqləmiş, 

lakin  onun  erməni  toponimi  olmasını  təsdiqləməmişdir!  O, 

yalnız  qeyd  etmişdir  ki,  belə  bir  vilayət  var,  vəssalam.  Belə  çı­

xır  ki,  əgər Qafqazda Arsax  adlı  bir vilayət olması  barədə  Misir 

fironları  və  ya  Çin  imperatorları  məlumat  vermiş  olsaydı,  onda 

bu  toponim  həmin  an  hökmən  Misir  və  ya  Çin  toponimi  ola­

caqdı?  Axı  Arsax  toponimi  təkcə  Bizans  mənbələrində  onun 

adının  çəkilməsinə  görə  antik  toponim  olmamışdır!  Başabəla 

erməni  alim  və  siyasətçilərinin  saxtalaşdırma  metodları  insanı 

mat  qoyur:  onlar  əvvəlcə  hurritdilli  urartuluları  hind-Avropa 

haylarına çevirir və onların  irsini  mənimsəyir,  sonra  isə Arsaxın 

«erməni»  adı  olmasını  bəyan  edirlər.  Özü  də  yalnız  ona  görə 

ki,  baxın  ha,  təzə  peyda  olmuş  «hay»  II  Sarduri  Arsaxın  adını 

çəkmişdir.  Halbuki  dünya  tarixşünaslığında  müəyyən  edilmiş 

konsensusa  görə,  bugünkü  ermənilərin  (haylar)  istər  Arsax  to-

35


poniminə,  istər  Urartu  sivilizasiyasına,  istərsə  elə  əsası  I  Arqişti 

tərəfindən  qoyulmuş  şəhərə  heç  bir  aidiyyəti  yoxdur.  Mənbə­

lərdə  Sünik,  Utik,  Paytakaran  kimi,  Arsax-Xaçen  də  Qafqaz 

Albaniyasının  tarixi  vilayəti  kimi  göstərilir.  Tarixi  inkişafın  qısa 

bir  dövründə  ərazisi  genişlənmiş  Erməni  çarlığının  siyasi  təsiri 

bu  vilayətə  aid  ola  bilərdi.  Axı  bir  sıra  başqa  imperiyalar,  xila­

fətlər,  çarlıqlar da  genişlənmiş  və  kiçilmiş,  tərəqqi  və  tənəzzül 

dövrlərini  yaşamışlar.  Bunun  nəticəsində  onların  nəzarət  et­

dikləri  ərazilərin  heç  də  bütün  əhalisi,  deyək  ki,  latın,  yunan, 

ərəb,  fars,  monqol,  osmanlı,  ingilis,  fransız  və  s.  olmamışdır. 

İşğal  edilmiş  ərazilərdə  yerli  xalqlar  yaşamaqda  davam  edirdi. 

Kür  çayının  sağ  sahilinin,  o  cümlədən  Arsaxın,  Paytakaranın, 

Utikin,  Sünikin  alban  əhalisi  barədə  hətta  Raffi,  B.İşxanyan, 

İ.Orbeli,  R.Suni  kimi  erməni  tarixçilərinin  özləri  də  yazırdılar. 

Dünyada  onlarca  digər  nüfuzlu  tarixçilər  də  bu  fikirdədir.

Məsələn,  münaqişənin  lap  əvvəlində,  1988-ci  ildə  ABŞ-ın 

Miçiqan  Universitetində  işləyən  erməni  tarixçisi  Ronald  Suni 

bugünkü  Qarabağın  ərazisində  orta  əsrlərdə  Qafqaz  albanla­

rının  dövlətinin  mövcud  olmasını  qeyd  edirdi:  «Orta  əsrlərdə 

türk  xalqları  Orta  Asiyadan  buraya  köçənə  qədər  Zaqafqaziya 

Qafqaz  Albaniyası  kimi  tanınmışdır.  Qafqaz  albanlarının  Bal­

kan  albanlarına  heç  bir aidiyyəti  olmamışdır,  o,  ermənilərə  ya­

xın  olan  xristian  xalqı  idi.  XI  əsrdə  səlcuqlar  buraya  gələndən 

sonra  dağlıq  hissədə,  yəni  Qarabağdan  başlamış  tarixi  Ermə­

nistanla  sərhədə  qədər  ərazidə  yaşayan  albanlar  xristian  kimi 

qalmış  və  nəticədə  ermənilərlə  qaynayıb  qarışmışlar.  Şərq  his­

sədə  -   ovalıqdan  Xəzərə  qədər  olan  ərazidə  isə  albanlar  türk 

əhali  ilə  qaynayıb  qarışmış  və  müsəlman  olmuşlar»19.

Bir  qədər  sonra,  hərbi  əməliyyatların  qızğın  çağında  o, 

«Ararat  tərəfə  baxış»  kitabında  yazırdı:  «Ən  qədim  dövrlərdə 

və  orta  əsrlərdə  Qarabağ Qafqaz  albanları  knyaziığının  bir  his­

səsi  olmuşdur.  Müasir  dövrümüzdə  artıq  mövcud  olmayan  bu 

müstəqil  etnodini  qrup  IV  əsrdə  xristianlığı  qəbul  etmiş  və  Er­

36


məni  kilsəsi  ilə  yaxınlaşmışdı.  Sonralar  alban  elitasının  yüksək 

təbəqəsi  erməniləşmişdir.  XI  əsrdə  səlcuqlar  Cənubi  Qafqaza 

girəndən  sonra  islamlaşdırma  prosesi  başlanmış  və  nəticədə 

Qarabağın  aran  hissəsinin  əhalisi  müsəlman  dinini  qəbul  et­

mişdir.  İndiki  azərbaycanlıların  birbaşa  əcdadı  sayılan  bu  xalq 

türk  dilində  danışır  və  islamın  qonşu  İranda  yayılmış  şiə  məz­

həbini  qəbul  etmişdir.  Dağlıq  hissədə  isə,  əsasən,  xristianlıq 

qalmış  və  Qarabağ  albanları  zaman-zaman  ermənilərlə  qay­

nayıb  qarışmışlar.  Alban  kilsəsinin  mərkəzi  Qanzasar  Erməni 

kilsəsinin  yepiskopluğundan  birinə  çevrilmişdir.  Bir  zamanlar 

müstəqil  milli  kilsənin  izləri  katolikos  adlanan  yerli  arxiyepis­

kop  statusunda  qalmışdır»20.

Digər  erməni  müəllifi  B.İşxanyan  yazırdı  ki,  «Dağlıq  Qara­

bağda  yaşayan ^ermənilərin  bir  hissəsi  qədim  albanların  nəs­

lindən  olan  yerli  əhali,  bir  hissəsi  isə  Türkiyə  və  İrandan  olan 

qaçqınlardır.  Onlar  üçün  Azərbaycan  torpağı  təqiblərdən  sığı­

nacaq  yerinə  çevrildi»21.

Erməni  alimləri  Qafqaz  Albaniyası  haqqında  «Qafqaz  mə­

dəniyyəti  aləmindən  Ermənistan  və  Gürcüstanla  eyni  əhəmiy­

yətli»  (İ.A.Orbeli)  dövlət  kimi,  alban  incəsənəti  və  memarlığı 

barədə  isə  Qafqaz  mədəniyyəti  tarixində  ayrıca  mövzu  kimi 

(İ.A.Orbeli,  S.T.Yeremyan  və  başqaları)  yazırdılar.  Erməni  ta­

rixçisi  İosif Orbelinin  fikrincə,  Albaniyanın  tərkibinə  daxil  olan 

Xaçen  knyazlığının  yüksəlişi  və  çiçəklənməsi  XII-XIII  əsrlərə 

təsadüf edir22.  Həmin  Orbeli  erməni  feodallarının  müasir  Dağ­

lıq  Qarabağın  vilayətlərini  zəbt  etməsi  və  müstəmləkəyə  çe­

virməsindən  yazırdı23.

Erməni  akademiki  S.T.Yeremyan  yazırdı:  «Əksər  hissəsi 

ərəb  işğalından  əvvəlki  dövrlərə  təsadüf  edilən  xristian  abi­

dələrinin  çoxu  qədim  Albaniyanın  erməniləşmiş  hissəsində  və 

hazırda,  əsasən,  erməni  əhalisinin  yaşadığı  qədim  alban  vila­

yətləri  olan  Arsax  və  Utikdə  qorunub  saxlanılmışdır»24.

37


Əgər Arsaxın  Albaniyanın  vilayəti  olması,  indiki  erməni  rəh­

bərliyinin  iddia  etdiyi  kimi,  yalan,  uydurma  və  «Azərbaycan 

təbliğatı»nın  məhsuludursa,  onda  erməni  müəllifləri  bu  barədə 

həqiqəti  niyə  yazırdılar?  Əgər  Arsaxın  Albaniya  ilə  heç  bir 

əlaqəsi  yox  idisə,  Gəncəsar  monastırı  sırf  «erməni»  monastırı 

kimi  yaradılmışdısa,  niyə  bu  məbədi  tikdirmiş  knyaz  Həsən 

Cəlal  tikilinin  üstündə  «mənim  alban  xalqım»  üçün  ucaldılmış 

«Albaniya  paytaxt  məbədi»  yazdırmışdı?  Məgər  kimsə  onları 

buna  vadar  edirdi,  bəlkə  onlar  «Azərbaycan  kəşfiyyatı»na  xid­

mət  edirdilər?  Erməni  tarixçiləri  özləri  Arsaxın  alban  xarakte­

rini  etiraf edirdilər!

Maraqlıdır  ki,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsindən  əvvəl  erməni  tarixçiləri  Arsaxın  Qafqaz  Alba­

niyasının tərkibinə daxil  olması  və bu  vilayətin  əhalisinin  alban 

olması  barədə  mübahisə  etmirdilər.  Münaqişənin  lap  əvvəlin­

də  Yerevanın  başabəla  tarixçiləri  antik  və  erkən  orta  əsrlər 

dövründə  Qafqaz  Albaniyası  dövlətinin  və  albanların  mövcud­

luğunu,  ümumiyyətlə,  inkar  etməyə  çalışırdılar.  Onların  bəzi­

ləri  isə  albanları  hətta  əfsanəvi  Atlantida  ilə  müqayisə  edirdi. 

Bu  «tarixçilər»  akademik  aləmdə  pis  vəziyyətə  düşdüklərini 

və  alimlərin  istehza  obyektinə  çevrildiklərini  anlayandan  sonra 

bu  vəziyyətdən  yetərincə  orijinal  üsulla  çıxmağa  cəhd  göstər­

mişlər:  onlar  Qafqaz  Albaniyasının  mövcudluğunun  danılmaz 

fakt  olduğunu  etiraf etsələr  də,  onun  sərhədlərində  bir  balaca 

«düzəliş»  etmiş  və  bu  sərhədləri  ərazi  iştahalarının  çəkdiyi 

yerə  -   Kür  çayınadək  uzatmışlar.  Bəlkə  də  ermənilərin  iddia­

ları  Abşeronadək  gəlib  çıxsaydı  (lap  ağıllarını  itirmişlər,  hələ 

də  «erməni  Bakurakert»dən  danışırlar),  Albaniya  Xəzərin  o  biri 

tayına  «köçməli»  olacaqdı.  Bu  halda  Yerevan  «tarixçiləri»  A l­

baniyanın  nə  üçün  səhvən  Orta Asiya  deyil,  Qafqaz  Albaniyası 

adlanmasım  izah  etməli  olacaqdılar.  Elmi  miflərə  və  xarici  si­

yasət  məqsədlərinə  tabe  etmək  məsələsində  erməni  tarix  elmi 

bəzən  absurd  səviyyəyə  çatır.

38


Haylardan  fərqli  olaraq,  albanlar  Arsaxın  və  Qafqaz  Alba­

niyasının  digər  əyalətlərinin  avtoxtonları  idi.  Tarixə  görə,  al­

ban  qəbilələri  Kürün  hər  iki  sahilində  yaşamışlar.  A.Y.Krımski 

çox  dəqiq  qeyd  etmişdir:  «Strabon  (XI,  7,  I  paraqraf)  sağ  sahil­

lə  sol  sahilin  əhalisinin  eyni  qəbiləyə  aid  olduğunu  bilirdi»25. 

Yuxarıda  qeyd  olunduğu  kimi,  Kürün  Albaniyadan  keçməsini 

Strabon  da  (XI,  I,  5;  XI,  III,  2;  XI,  IV,  2;  XI,  VIII,  3)  açıq-aydın 

göstərir26.

Alban  dövləti  təxminən  eramızdan  əvvəl  IV-III  əsrlərdə  ya­

ranmışdır  və  alban  əhalisi  ilk  dəfə  o  dövrün  hadisələri  ilə  əla­

qədar  xatırlanır27.  Eramızın  I  əsrindən  Albaniyada  Arşakidlər 

sülaləsinin  Parfiya  nəsli  hökmranlıq  edirdi.  Həm  erməni,  həm 

də  alban  tarixçiləri  bu  dövr  barədə  məlumat  verərək  yazırlar 

ki,  Albaniyanın  cənub  sərhədləri  Araz  çayından  keçirdi28,  baş­

qa  sözlə,  Araz  və  Kür  çayları  arasındakı  ərazi  Alban  dövləti­

nin  tərkibinə  daxil  idi.  Qarabağın  tarixi  torpaqları  -   Orxistena 

(Arsax),  Savdeya,  Otena,  Araksenanın  bir  hissəsi  məhz  burada 

yerləşirdi.

Erməni  müəllifi  Movses  Xorenatsi,  -   onun  məlumatlarını 

tarixçi  Moisey  Kalankatlı  da  təsdiq  edir,  -   Parfiya  hökmdarı 

Valarşakın  (ehtimal  ki,  II  Vononun  oğlu  I  Vologez  (eramızın 

51/52-79/90-cı  illəri)  «geniş  düzənliyi  iki  yerə  bölən  böyük 

Kür  çayı  boyunca  uzanan  nəhəng,  şanlı,  əhalisi  çox  olan 

şimal-şərq  diyarında  canişinlik  yaradaraq  adlı-sanlı,  müdrik  və 

ağıllı  Aranı29  (təyin  etmişdir)».  Bir  qədər  aşağıda  aydın  olur  ki, 

bu  böyük  və  şanlı  diyar  Albaniyadır:  «Sisakın  işlərindən  də 

xəbər  tut,  çünki  bu  böyük  və  şan-şöhrətli  qəbilə  barədə  Bi­

rinci  kitabda  yazmağı  unutmuşduq.  Onlar  Xnarakert30  adlanan 

Yerasx31  çayından  dağlara  tərəf  olan  hissəsi  daxil  olmaqla  Al- 

van  düzənliyinə  varis  olmuşlar.  Ölkə  isə  mülayim  xasiyyətinə 

görə  «alu»32  sözündən  götürülərək  Alvaniya  adlanırdı.  Onun 

nəslindən  olanlardan  biri,  adıçəkilən  adlı-sanlı  və  qəhrəman 

Draya  parfiyalı  Valarşak  tərəfindən  minbaşı-canişin  təyin  edil­

39


mişdi.  Deyilənə  görə,  utilər  qəbiləsi  və  qardmanlar,  savdeylər 

və  qarqarlar  knyaziıqlari33  onun  nəslindən  əmələ  gəlmişdir»34.

Qeyd  etmək  lazımdır  ki,  bu  etiraf  Aran  (Araz  və  Kür  çay­

ları  arasındakı  ərazi)  sakinlərini  «daim  yalan  danışan  alvan 

kişiləri»35  adlandıran  albanofob  Movses  Xorenatsiyə  məxsus­

dur.  Adıçəkilən  alban  qəbilələrindən  utilər,  savdeylər  şübhə­

siz,  qarqarlar  isə,  demək  olar  ki,  şübhəsiz  Qarabağ  zonasında 

məskunlaşmışdılar.  Deməli,  Arazın  döngəsindən  tutmuş Ağsta- 

fayadək  Kürün  bütün  sağ sahilində  alban  qəbilələri  məskunlaş­

mışdı.  Mənbələrdə  Qarabağ  bölgəsi  qəbilələrinin  alban  mən­

şəli  və  bu  ərazinin  Alban  dövlətinə  məxsus  olması  qəti  surətdə 

vurğulanır.

Movses  Xorenatsi  Paytakaran  əyalətinin  əhalisinin  də  al­

ban  olduğunu  yazır.  Çar  Trdat  gənc  missioner,  Vrtanesin  oğlu 

Qriqorisi  Sanatruk  adlı  birisinin  müşayiəti  ilə,  ehtimal  ki,  yer­

li  əhaliyə  (Xorenatsi  onları  «barbarlar»  adlandırır)  xristianlığı 

qəbul  etdirmək  üçün  oraya  göndərmişdi.  «Lakin  Trdatın  və­

fatı  xəbəri  gələndən  sonra  Sanatrukun  özünün  və  daim  fitnə- 

fəsadla  məş-ğul  olan  alban  kişilərinin  hiyləsinə  uyaraq  barbar­

lar  müqəddəsi  Xəzər  adlanan  dənizin  sahilləri  yaxınlığındakı 

Vatnean  düzənliyində  atın  dırnaqları  altına  qoyub  öldürmüş­

dülər...  Sanatruk  isə  taxt-taca  sahib  olaraq  Paytakaran  şəhərini 

zəbt  etmiş  və  başqa  xalqların  köməyi  ilə  Ermənistanın  bütün 

ərazisində  hakimiyyəti  ələ  keçirməyə  can  atmışdı».  Movses 

Xorenatsi  Sanatruka  Paytakaranı  ələ  keçirməkdə  kömək  etmiş 

«başqa  xalqlar»  deyəndə,  şübhəsiz  ki,  boyun  əyməyən  yerli 

əhalini  -   «alvan  kişiləri»ni  nəzərdə  tuturdu»36.

Qafqaz  Albaniyasını  tədqiq  edən  nüfuzlu  Qərb  mütəxəssis­

lərindən  biri,  Oksford  Universitetinin  professoru  Çarlz  Douset 

yazırdı:  «Katolikos  Con  və  Tovma  Arkruni  Boqa  əl-Qabirin 

854-cü  ildə  götürdüyü  əsirlər  arasında  üç  alban  knyazının  -  

knyaz  Xaçena  Atrnersex,  Smbatın  oğlu  knyaz  Şaki  SaxI  və  Ar- 

saxda  Ktişa  knyazı  Esay  Abu  Musanın  olmasını  xatırlayırlar»37.

40


Bir  ildən  sonra  alim  yazmışdı:  «Albaniyada  Arsaxın  qədim 

hissəsi  olan  Xaçen  müstəqilliyini  qoruyub  saxlamışdı.  Məlum­

dur  ki,  Mxitar  həm  də  knyaz  Vaxtanqın  xahişi  ilə  qanunlar 

məcəlləsi  tərtib  etmişdi»38.  Qafqazşünas  V.F.Minorski  yazırdı 

ki,  indiki  Azərbaycan  SSR-in  ərazisi  təxminən  qədim  Qafqaz 

Albaniyasına  uyğun  gəlir39.

Müstəqil  Alban  dövlətinin  süqutundan  sonra  Azərbaycan 

coğrafi  və  siyasi  anlayışının  bir  hissəsi  olan  Qarabağ  Sacilər 

Azərbaycan  dövlətinin,  X  əsrdə  Salarilər  dövlətinin  tərkibinə 

daxil  idi,  XI-XII  əsrlərdə  Şəddadilər dövlətinin,  XII-XIII  əsrlərdə 

Qarabağ  Atabəylər-Eldəgizlər  dövlətinin  bir  hissəsi  olmuşdur. 

Sonralar  o,  Qaraqoyunlular  və  Ağqoyunlular  dövlətlərinin  tər­

kibinə,  XVI-XVII  əsrlərdə  Qarabağ  bəylərbəyi iyin i n  tərkibində 

olan  Qarabağ  Səfəvilər  türk  dövlətinin  tərkibinə  daxil  olmuş­

dur.  Qarabağ  XVIII  əsrin  ikinci  yarısında  Qarabağ  xanlığının 

tərkib  hissəsi  olmuş  və  elə  onun  tərkibində  də  XIX  əsrin  əv­

vəllərində  Rusiyaya  birləşdirilmişdir.

Azərbaycanın  xristian  abidələri  erməni  ruhanilərinin  və  on­

larla  bağlı  elmin  saxtalaşdırma  obyekti  olmuşdur.  Əsrlər  boyu 

alban  kilsəsi  ilə  mübarizə  aparan  erməni  kilsəsi  planlı  şəkildə 

onu  özünə  tabe  etməyə,  sonralar  isə  ləğv  etməyə  çalışmışdır. 

Bu  siyasətin  bir  hissəsi  alban  əlyazmalarının  epiqrafikasının 

məhv  edilməsi  olmuşdur.  Azərbaycanın  xristian  memarlıq  abi­

dələrində  XI  əsrədək  erməni  epiqrafikası  yoxdur  (əgər  müasir 

daşyonanlar  işğal  olunmuş  ərazilərdə  yeni  «qədim»  erməni 

yazıları  oymağa  macal  tapmamışlarsa).  Daha  ilkin  alban  yazı­

ları  1836-cı  ildə  rus  Sinodunun  qərarı  ilə  alban  kilsəsi  erməni 

kilsəsinə  tabe  ediləndən  sonra  silinmişdir.  XI  əsrdən  sonrakı 

dövrə  aid  ermənidilli  epiqrafikanın  və  tarixi  yazılı  mənbələrin 

olması  yazıların  müəlliflərinin  etnik  deyil,  yalnız  konfessional 

mənsubiyyətindən  xəbər  verir.

1975-76-cı  illərdə  Ermənistanın  rəsmi  hakimiyyət  orqanları 

Amasya-Qazançı  'yolunun  tikintisi  zamanı  Amasya  rayonunun

41


Göllü  kəndinin  əhalisinin  qəbirüstü  xaçlara  və  oyma  yazılara 

görə  xristian  məzarlığı  saydığı  qədim  qəbiristanlığı  yerlə  yek­

san  etmişdilər.  Halbuki  həmin  xaçlar  erməni  xaçlarına,  hərf­

lər  isə  erməni  əlifbasının  hərflərinə  bənzəmirdi.  Mütəxəssis 

alimlər  və  Amasya  Rayon  Kommunist  Partiyasının  təbliğat  və 

təşviqat  şöbəsinin  müdiri  Armais  Arutunyan  məzarlardan  in­

san  cəsədinin  qalıqlarını  çıxarıb  onların  antropoloji  xarakteris­

tikasını  öyrənirdilər.  Bir  müddətdən  sonra  qəbirüstü  abidələri 

tamamilə  dağıdıb  yerlə  yeksan  etdilər.  Sakinlərin  «Siz  niyə  öz 

əcdadlarınızın  məzarlarını  dağıdırsınız»  sualına  A.Arutunyan 

cavab  verirdi  ki,  bunlar erməni  məzarları  deyildir.  Albaniyanın 

qeyri-erməni  xristian  izləri  bax  beləcə  məhv  edilirdi.

Azərbaycanın,  o  cümlədən  Qarabağın  xristian  memarlığı 

abidələri  artıq  özlüyündə  sübutdur  və  alban  tarixçiləri  Moisey 

Kalankatlının  və  Kirakos  Qandzakskinin  əsərləri  onların  etnik 

və  mədəni  mənsubiyyətini  təsdiq  edir.  Bu,  alban  çarlarının 

və.  knyazlarının  tikdirdiyi  abidələrdir.  Onların  arasında  Alba­

niya  çarı  Mömin  Vaçaqanın  ucaltdığı  ilkin  dövrə  aid  xristian 

məbədlərinin  dağıntıları  da  vardır.  Moisey  Kalankatlının  yaz­

dığına  görə,  çar  Mömin  Vaçaqan  «ilin  günlərinin  sayı  qədər» 

kilsə  tikdirmişdi.  Knyaz  Cavanşir  də  çoxlu  memarlıq  abidəsi 

tikdirmişdi.  Onlar  XII-XIII  əsrlərdə,  Alban  knyaziığının  yüksə- 

işi  dövründə  ucaldılmışdı.  Xaçen  knyazlığı  onların  arasında 

xüsusilə  seçilirdi.  Bu  nəslin  nümayəndəsi  Həsən  Cəlal  qısa 

müddət  ərzində  alban  knyaziıqlarını  birləşdirə  bilmiş  və  Alba­

niya  çarı  adını  qazanmışdı.  Onun  tikdirdiyi  Gəncəsar  məbədi 

Albaniya  katolikosluğunun  mərkəzinə  çevrilmişdi.  Xudavank 

monastır  kompleksi  Albaniyanın  Xaçen  knyazları  Böyük  Hə­

sən,  onun  oğlu  Vaxtanq  və  «böyük  bəylərbəyi  l<ürd»iin  qızı 

Arzu  Xatun  tərəfindən  tikdirilmişdi.

Müqəddəs  Yelisey  monastırı  Albaniya  maarifçisinin  adını 

daşıyırdı.  O,  alban  hökmdarı  Mömin  Vaçaqanın  hakimiyyəti 

dövründən  mövcuddur  və  onun  məzarı  da  elə  burada,  kiçik

42


kilsələrdən  birində  yerləşir.  Anım  monastırı  Xatiravank  daha 

,  bir  alban  knyaz  ailəsinin  məqbərəsi  kimi  tikilmişdir.  Qara­

bağın  bu  və  digər  monastırlarının  və  kilsələrinin  tarixi  çox 

qədim  keçmişdən  1836-cı  ilə  -   Gəncəsar  katolikosluğu  ləğv 

edilənədək  Qafqaz Albaniyasının  tarixi  ilə  sıx  bağlıdır.  Onların 

baniləri  alban  hökmdarları  və  knyazlarıdır.  Onların  adları  da 

açıq-aydın  etnik  mənsubiyyətindən  xəbər  verir.  Erməni  tədqi­

qatçısı  S.Lisitsyan  etiraf  etməli  olmuşdur  ki,  «Dağlıq  Qaraba­

ğın  müasir  monastırlarının  adlarından  görünür  ki,  sırf  erməni 

müqəddəslərinin  burada  fəaliyyəti  çox  zəif  olmuşdur».  Hətta 

XX  əsrdə  Qarabağın  xristian  əhalisi  erməniləşdiriləndən  sonra 

da  burada  sırf  erməni  müqəddəsləri  anılmırdı.  Təbii  ki,  daha 

erkən  əsrlərdə  Qarabağda  erməni  müqəddəslərinin  adına  tiki­

lən  monastırlar  və  kilsələr,  ümumiyyətlə,  yox  idi.  Alban  mo­

nastırları  və  kilsələri  ümumxristian  və  ya  yerli  alban  müqəd­

dəslərinin  şərəfinə  tikilirdi  ki,  bu  da  onları  erməni  məbədlə­

rindən  fərqləndirirdi.

Bu  gün  ermənilərin  işğal  etdikləri  torpaqlarda  mədəni  ter­

ror  həyata  keçirilir.  Separatçılar  tarixi-memarlıq  qoruğu,  orta 

əsrlərə  aid  Azərbaycan  şəhəri  Şuşanı  dağıtmışlar.  Burada  məs­

cidlər,  XVIII-XIX  əsrlərə  aid  evlər,  mülki  və  müdafiə  tikililəri 

dağıdılmışdır.  İşğal  zonasında  mülki  memarlığın  nadir  nümu­

nələri  -   Araz  çayı  üzərində  Xudafərin  keçidində  on  bir  və  on 

beş  tağlı  körpülər  qalmışdır.  Çoxsaylı  məscidlər,  o  cümlədən 

görkəmli  Azərbaycan  memarı  Kərbəlayı  Səfixan  Qarabağinin 

tikdiyi  məscidlər,  körpülər,  hamamlar,  xatirə  tikililəri,  XII-XIII 

əsrlərə  aid  Məlik  Acar,  XIV  əsrə  aid  Mir  Əli,  XIV  əsrə  aid  Xa­

çın  Dorbatlı,  XIII  əsrə  aid  Şeyx  Baba,  XVII  əsrə  aid  Pənah  xan 

məqbərələri  və  başqaları,  həmçinin  azərbaycanlıların  qəbiris­

tanlıqları  dağıdılmışdır.  Bütün  bunlar  mədəni  terrorun  və  işğal 

olunmuş  ərazilərdə  azərbaycanlıların  izlərinin  məqsədyönlü 

şəkildə  məhv  edilməsinin  nəticəsidir.

43


Əgər  islam  abidələrinə  qarşı  terror  siyasəti  yeridilirsə,  Azər­

baycan  mədəni  irsinin  digər  hissəsi  -   Qafqaz  Albaniyasının 

xristian  abidələri  ya  dağıdılır,  ya  da  erməniləşdirilir.  Alban 

knyazlarının  tikdirdiyi  və  Qafqaz  Albaniyasının  tarixi  ilə  bağ­

lı  xristian  məbədləri  və  monastır  kompleksləri  «ermənilərin- 

ki»  olur.  Erməni  tədqiqatçıları  bu  abidələr  üzərində  onların 

erməniləşdirilməsinə  yönəldilmiş  «bərpa»  işləri  aparırlar.  Bu 

işlər  işğal  olunmuş  ərazilərdə,  başqalarına  məxsus  abidələr 

üzərində  və  Azərbaycan  alimlərinin  iştirakı  olmadan  aparıldı­

ğı  üçün  qanunsuzdur.  Bu  abidələrdən  alban  mədəniyyətinin 

izləri  silinir.  «Bərpa»  işləri  adı  altında  saxtalaşdırma  aparılır 

və  alban  Qarabağ  memarlığının  səciyyəvi  xüsusiyyətləri  məhv 

edilir.  Təəssüf  ki,  bu  işlərə  bəzən  əcnəbi  mütəxəssislər  də 

cəlb  olunurlar.  İşğalçıların  fikrincə,  əcnəbilərin  iştirakı  onların 

uydurmalarına  «elmi  həqiqət»  gətirəcəkdir.

Ermənilər  (haylar)  XV  əsrin  ortalarınadək  Cənubi  Qafqaz­

da,  demək  olar  ki,  yaşamırdılar.  1441-ci  ildə  Qaraqoyunlu­

lar  türk-Azərbaycan  dövlətinin  hökmdarı  Cahan  şah  erməni 

katolikosluğunun  mərkəzini  əhalisi  tamamilə  türklər  olan  İrə­

van  yaxınlığındakı  Kilikiyanın  Sis  şəhərindən  qədimdə  alban 

monastırı  olmuş  Üçkilsə  monastırına  (yaxud  Uç  MCiədzinə) 

köçürmüşdür.  Sonralar  ermənilər  Üç  Mıiədzin  adını  dəyişərək 

«Eçmiədzin»  kimi  ifadə  etmişlər.  Erməni  dilində  bu  sözün  heç 

bir  mənası  yoxdur  (təbii  ki,  hər  hansı  erməni  sözünü  ona  uy­

ğun  dəyişməsələr).  Halbuki  Azərbaycan  türkcəsində  bu  sözün 

mənası  «üç  ınüəzzin»dir  («mııəzzin»  ərəbcə  azan  oxuyan  de­

məkdir).  Matenadaranda  saxlanılan  orta  əsr  sənədlərində  mə­

bədin  adı  məhz  «Üçkilsə»  kimi  xatırlanır40.  Erməni  katolikoslu­

ğunun  Üçkilsəyə  köçürülməsi  ilə  erməni  missionerləri  buraya 

üz  tutdular.  Onların  Cənubi  Qafqazda  nüfuzlarını  artırmaq 

imkanı  yaranmışdı.  Tezliklə  monastırın  özü  ermənilərin  dini 

mərkəzinə  çevrilmişdi.  Bu  torpaqların  XIX  əsrin  birinci  yarısın­

da  Rusiyaya  birləşdirilməsinədək  Cənubi  Qafqazda  Üçkilsənin 

hüdudlarından  kənarda  çox  cüzi  erməni  var  idi.

44


Əsasən  türk  əhalinin  yaşadığı  Cənubi  Qafqaza  köçənədək 

haylar  Van  gölü  ətrafında  yaşayırdılar.  Elə  buraya  da  onlar 

Balkanlardan  köçüb  gəlmişdilər.  Qədim  yunan  tarixçisi  He­

rodot  yazırdı  ki,  ermənilərin  əcdadları  Frigiya  torpaqlarından 

köçürülmüşlər41.  Bu  faktı  erməni  alimləri  özləri  də  etiraf  edir­

lər.  «Erməni  xalqının  tarixi»  kitabının  redaktoru  M.Q.Nersisyan 

yazır:  «Dəniz  xalqları»nın  məşhur  böyük  köçürülmə  dövründə 

(eramızdan  əvvəl  XIII-XII  əsrlər)  ermənilər  Balkanlardan  onlara 

qohum  olan  frakiya-frigiya  tayfaları  ilə  birlikdə  Kiçik  Asiyaya 

gəlmişlər»42.  A.Pastrmaçyan  da  bununla  razıdır.  O  hesab  edir 

ki,  hind-Avropa  mənşəli  frigiya  tayfalarından  biri  kimi  erməni­

lərin  Balkanlardan  Kiçik  Asiyaya  köçməsi  elm  aləmində  qəbul 

olunmuş  faktdır43.  Doğrudur,  onun  fikrincə,  bu,  6  əsr  gec  -  

eramızdan  əvvəl  VII-VI  əsrlərdə  baş  vermişdir.  Bunu  tədqiqat­

çıların  əksəriyyəti  etiraf  edir.

Görkəmli  rus  şərqşünası  İ.M.Dyakonov  yazırdı  ki,  «erkən 

erməni  dilinin  daşıyıcıları  Erməni  yaylasına  əkinçiliklə  məşğul 

olan  köçəri  maldarlar  kimi  gəlmişdilər.  Onlar  sinifli  cəmiyyət­

dən  xəbərsiz  idilər,  yaylanın  təbiəti  və  erkən  sinifli  cəmiyyətin 

sosial  şərtləri  ilə  isə  o  zaman  hələ  erməni  dilinə  keçməmiş 

avtoxtonlardan  tanış  olurdular  (Bax:  Дьяконов  И.М.  К  преды­

стории  армянского  языка  (о  фактах,  свидетельствах  и  логике). 

ИФЖ, 4,  1983, стр. 166).

Ermənistan  prezidentinin  tamamilə  cəfəng,  elmi  və  tarixi 

faktlarla  heç  bir  əlaqəsi  olmayan  bəyanatında  deyilir  ki,  «Qa­

rabağ  əhalisi  m inilliklər  boyu  guya  «yalnız  ermənilərdən»  iba­

rət olmuş,  «türk-müsəlman»  köçəri  tayfaları  isə  yalnız  XVIII  əs­

rin  ikinci  yarısında  buraya  köçməyə  başlamışlar.  Onların  sayı 

ötən  əsrin  əvvəllərində əhalinin  ümumi  sayının  yalnız  5  faizini 

təşkil  edirdi».  İnandırıcı  çıxsın  deyə  Sarkisyan  hansısa  müəm­

malı  «XVIII  əsr  rəsmi  türk  mənbələri»nə  əsaslanmışdır.  Təbii 

ki,  elmə  zidd  bu  cəfəngiyatın  müəllifi  məhz  hansı  mənbələri

45


nəzərdə  tutduğunu  dəqiqləşdirməmişdir,  çünki  ermənilərin  ta­

rixin  saxtalaşdırılması  laboratoriyalarında  belə  mənbələr  yox­

dur.  Əslində,  türk  arxivləri  bunun  əksini  sübut  edir.  2009-cu 

ilin  noyabrında  Türkiyə  Nazirlər  Kabineti  yanında  Mərkəzi 

Dövlət  Arxiv  İdarəsi  660  səhifəlik  arxiv  materiallarından  iba­

rət  «Qarabağ  Osmanlı  sənədlərində»  kitabını  nəşr  etdirmişdir. 

Kitab  «Siyasi,  hərbi  və  diplomatik  münasibətlər»  və  «Köçmə» 

hissələrindən  ibarətdir.  Kitabda  arxiv  materialları  əsasında  er­

mənilərin  Qarabağa  köçməsinə  dair  sübutlar  gətirilir.  Osmanlı 

arxivlərində  Qarabağda  ermənilərin  olmasını  xatırladan  heç 

bir  sənəd  yoxdur.  Bütün  sənədlərdə  söhbət  ermənilərin  Qara­

bağda  XVII-XIX  əsrlərdə  məskunlaşması  prosesindən  və  əhali­

nin  etnik  tərkibinin  dəyişməsindən  gedir.

Sarkisyanın  «kəşfi»,  yumşaq  desək,  erməni  tarixçilərinin 

yazdıqları  ilə  uyğun  gəlmir.  Məsələn,  Corc  Burnutyan  yazır: 

«Bir  sıra  erməni  mənbələri  1830-cu  illərdən  sonrakı  statistika­

dan  danışarkən  İran  hakimiyyəti  dövründə  Şərqi  Ermənistan­

da  ermənilərin  sayını  düzgün  göstərmir  və  onların  əhalinin 

ümumi  sayının  30-50  faizini  təşkil  etdiklərini  bildirirlər 

Sarkisyan  ermənilərin  ümumi  əhalinin  95  faizini  təşkil  etdiyini 

deyir!).  Həqiqətdə  isə,  rəsmi  statistika  məlumatlarına  görə,  rus 

işğalından  sonra  ermənilər  Şərqi  Ermənistanda  ümumi  əhali­

nin  güclə  20  faizini,  müsəlmanlar  isə  80  faizdən  çoxunu  təşkil 

edirdi.  İstənilən  halda  Rusiya  istilasınadək  ermənilər  burada 

heç  vaxt  çoxluq  təşkil  etməmişlər.  Kameral  siyahıyaalma  Şər­

qi  Ermənistanın  bir  neçə  mahalında  ermənilərin  çoxluq  təşkil 

etməsini  göstərir.  Bu  dəyişiklik  artıq  35  mindən  çox  müsəl­

manın  həmin  bölgədən  mühacirətindən  sonra  baş  vermişdir. 

Beləliklə,  İran  administrasiyası  illərində  heç  bir  dairədə  er­

mənilərin  çoxluq  təşkil  etməsini  sübuta  yetirən  sənəd  yox­

dur.  Çox  güman  ki,  ermənilərin  yerli  səviyyədə  çoxluq  təşkil 

etdiyi  yeganə  yer  Qərbibasar  mahalı  idi.  Burada  Üçkilsə  (Eç- 

miədzin)  erməni  dini  mərkəzi  yerləşirdi.  1832-ci  ildə  minlərlə

46


müsəlmanın  köçürülməsi,  İrandan  və  Osmanlı  imperiyasından 

57  min  erməni  immiqrantın  gəlməsi  ilə  xristian  əhalinin  sayı 

xeyli  artmış  və  müsəlmanlara  bərabər  olmuşdur.  Yalnız  rus- 

türk  müharibəsindən  sonra  1855-56-cı  və  1877-78-ci  illərdə 

Osmanlı  imperiyasından  daha  çox  erməni  köçüb  gələndən, 

buradan  isə  daha  çox  müsəlman  köçüb  gedəndən  sonra  ermə­

nilər,  nəhayət,  çoxluq  təşkil  etməyə  başladılar.  Hətta  bundan 

sonra  da  XX  əsrin  əvvəlləriədək  İrəvan  şəhəri,  əsasən,  müsəl­

man  şəhəri  olaraq  qalırdı»44.

Burnutyanın  misal  gətirdiyi  statistik  məlumatlara görə,  1826- 

1832-ci  illərdə  İrəvan  və  Naxçıvan  xanlıqlarında  müsəlmanla­

rın  sayı  təxminən  dörddə  üç  dəfə  azalmışdı.  Ermənilərin  sayı 

isə  köçkünlərin  hesabına  3,5  dəfə  artmışdı.  Burnutyan  daha 

sonra  qeyd  edir:  «Statistikadan  görünür  ki,  Rusiya  istilasına- 

dək  ermənilər Şərqi  Ermənistan  əhalisinin  təxminən  20  faizini, 

müsəlmanlar  isə  80  faizini  təşkil  edirdilər.  Rusiya  ilhaqından 

sonra  İrandan  və  Osmanlı  imperiyasından  bura  57  min  erməni 

immiqrant  gəlmiş,  35  min  müsəlman  Şərqi  Ermənistanı  tərk 

etmişdi.  1832-ci  ildə  ermənilər  ümumi  əhalinin  yarısını  təşkil 

edirdilər»45.

Rusiyanın  statistik  məlumatlarına  görə,  Türkmənçay  müqa­

viləsi  bağlanana  qədər  Qarabağ  xanlığında  ermənilər  daha 

az  idi.  İsveç  müəllifi  Svante  Kornelə  görə,  «Rusiyada  keçiri­

lən  siyahıyaalmaya  əsasən,  1823-cıi  ildə  ermənilər  Qaraba­

ğın  ümumi  əhalisinin  9  faizini  (qalan  91  faiz  müsəlman  kimi 

qeyd  olunmuşdu),  1832-ci  ildə  35  faizini,  1880-ci  ildə  isə  artıq 

üstünlük  təşkil  edirdilər -   53  faiz»46.

1928-ci  ildə  Türkmənçay  müqaviləsi  bağlandıqdan  sonra 

ermənilərin  İrandan,  Osmanlı  imperiyasının  şərq  əyalətlərin­

dən  İrəvan,  Naxçıvan  və  Qarabağa  kütləvi  köçürülməsi  baş­

landı.  Əməliyyata  rus  diplomat  və  şairi  Aleksandr  Qriboyedov 

rəhbərlik  edirdi.  O,  «Ermənilərin  İrandan  bizim  vilayətlərə 

köçürülməsi  haqqında  qeydlər»  adlı  yazısında  göstərirdi:  «Er­

47


mənilər daha  çox  müsəlmanların  mülkədar torpaqlarında  məs­

kunlaşdırılmışlar.  Yayda  hələ  buna  yol  vermək  olardı.  Torpaq 

sahibləri,  müsəlmanlar  əsas  etibarilə  köç  yerlərində  idilər  və 

başqa  dinə  mənsub  olan  gəlmələrlə  təmasda  az  olurdular». 

Eyni  zamanda,  Qriboyedov  gəlmə  ermənilərlə  yerli  müsəl­

manlar  arasında  gələcəkdə  mümkün  ola  biləcək  münaqişə­

lər  barədə  xəbərdarlıq  edirdi  (kameral  siyahıyaalma  statisti­

kasından  göründüyü  kimi,  müsəlmanlar  əsas  etibarilə  türklər, 

yəni  azərbaycanlılar  idi):  «Biz  onunla  (knyaz  Arqutinski  ilə), 

həmçinin  müsəlmanları  müvəqqəti  çətinliklərlə  barışdırmaq, 

ermənilərin  ilk  dəfə  buraxıldığı  torpaqları  həmişəlik  ələ  keçir­

mələri  barədə  qorxularının  kökünü  kəsmək  üçün  onlara  təsir 

göstərmək  barədə  çox  düşünürdük»47!

Ermənilərin  Qarabağa,  İrəvana  və  Naxçıvana  köçürülmə­

si  rus  yazıçısı  və  tarixçisi  S.N.Qlinka  tərəfindən  1831-ci  ildə 

Moskvada  çap  olunmuş  «Azərbaycan  ermənilərinin  Rusiya 

hüdudlarına  köçürülməsinin  təsviri»  kitabında  müfəssəl  şərh 

olunmuşdur.  1828-ci  il  fevralın  26-dan  iyunun  11-dək,  yəni 

üç  ay  yarım  ərzində  buraya  İrandan  8.249  erməni  ailəsi  və  ya 

ən  azı  40  min  erməni  köçürülmüşdür48.  Növbəti  bir  neçə  ildə 

bu  üç  keçmiş  xanlığa  Osmanlı  imperiyasından  daha  90  min 

erməni  köçürülmüşdür49.

1991-ci  ildə  daha  bir  rus  müəllifi  N.Şavrov  yazırdı:  «Ha­

zırda  Zaqafqaziyada  yaşayan  1  milyon  300  min  ermənidən 

bir  milyondan  çoxu  yerli  əhali  deyildir,  bizim  tərəfimizdən 

köçürülənlərdir».  «Onlar  əsasən  ermənilərin  sayının  çox  cüzi 

olduğu  Yelizavetpol  və  İrəvan  quberniyalarının  münbit torpaq­

larında  yerləşdirilirdi.  Bu  ermənilər  Yelizavetpol  quberniya­

sının  dağlıq  hissəsində  (Dağlıq  Qarabağ)  və  Göycə  gölünün 

sahillərində  məskunlaşdırılmışdılar»50.

Ermənilərin  Qarabağa,  İrəvana  və  Naxçıvana  köçürülməsi 

faktı  hətta  incəsənət  ustalarının  işlərində,  məsələn,  tanınmış 

rus  rəssamı  V.İ.Maşkovun  1828-ci  ildə  çəkilmiş  və  ermənilərin

48


İrandan  Araz  çayının  şimal  sahilinə  kütləvi  köçürülməsi  möv­

zusunu  parlaq  şəkildə  əks  edən  tablosunda  yer  almışdır.

Beləliklə,  Gorusda  beş  faizi  güclə  adlayan  «köçəri»  türk- 

müsəlman  əhalisi  və  Qarabağın  «yekcins»  «yerli»  erməni  əha- 

isi  haqqında  danışarkən  Serj  Sarkisyan  ermənilərlə  türklərin 

yerini  dəyişmiş  və  «köçəri»  sözünün  ünvanını  səhv  salmışdır. 

Statistik  məlumatlar  və  həmin  hadisələrin  şahidi  olmuş  müəl­

liflərin  (onların  «Azərbaycan  təşviqatına»  xidmət  etməsindən 

çətin  ki,  şübhələnmək  olar)  təsvirləri  Tiirkmənçay  müqavilə­

sinə  qədər  türk  əhalisinin  sayının  erməni  əhalisinin  sayından 

qat-qat  çox  olmasına  və  erməni  əhalisinin  sayının  Qarabağ 

və  bugünkü  Ermənistanın  (İrəvan  xanlığı)  Rusiyaya  birləşdiril­

məsindən  sonra  onların  bu  torpaqlara  köçürülməsi  nəticə­

sində  kəskin  surətdə  artmasına  dəlalət  edir.  Erməni  tarixçi­

lərinin  özləri  də  bunu  təsdiq  edirlər.  Onlardan  heç  biri  «türk 

köçəriləri»nin  «qədim  erməni»  torpaqlarına  köçürülməsi  və 

bu  vilayətlərin  «yekcins  erməni»  əhalisi  barədə  yazmır.  Onlar 

müfəssəl  və  dəqiq  surətdə  əks  hadisələri  qeyd  edirlər.

Ermənistanın  bugünkü  rəhbərləri  Qarabağda  çətin  ki,  «türk- 

müsəlman  köçəriləri»nin  buraya  gəlməsinin  ildönümü  ilə  əla­

qədar  ucaldılmış  abidə  taparlar.  Əvəzində  1978-ci  ildə  Ağ­

dərə  rayonunun  Marquşevan  kəndində  ermənilərin  Qarabağa 

köçmələrinin  150  illiyi  ilə  əlaqədar  abidə  açılmışdı.  Münaqişə 

başlayandan  sonra  abidənin  başına  nə  gəldiyi  və  Sarkisyanın 

həmyerlilərinin  onu  nə  səbəbdən  tez-tələsik  dağıtdıqlarını  Er­

mənistan  prezidenti  diaspordan  olan  jurnalistlərinə  gələn  dəfə

danışar.  Üstəlik  başa  salar  ki,  niyə  1805-ci  ildə  Qarabağın 

Rusiyanın  tərkibinə  daxil  olması  haqqında  müqavilə  (Kürəkçay 

müqaviləsi)51  hansısa  bir erməni  knyazı  tərəfindən  imzalanma­

mış,  türk  (Azərbaycan)  xanı  İbrahimxəliI  və  Rusiya  imperato­

runun  nümayəndəsi  general  Sisianov  arasında  bağlanmışdır. 

Yəqin  ona  görə  ki,  İbrahimxəl il  xan  «orada  təzə  peyda  olmuş» 

«beşfaizlik  köçəri  əhalini»  təmsil  edirmiş.

49


Rusiya  statistikasının  məlumatına  görə,  təxminən  həmin 

vaxt  (1810-cu  ildə)  Qarabağ  əhalisi  9.500  türk  və  2.500  er­

məni  ailəsindən  ibarət  idi52.  Təəccüblü  deyil  ki,  müqavilənin 

mətnində  «Ermənistan»  və  ya  «ermənilər»  sözləri  yoxdur  və 

ola  da  bilməzdi.  Buna  baxmayaraq,  uzun  illər  sonra  Ermənis­

tanda  «Qarabağ  ermənilərinin  könüllü  olaraq»  Rusiyanın  tər­

kibinə  daxil  olması  barədə  mif yaradacaqlar.

Akademik  S.P.Ağayan  Azərbaycan  maarifçisi  A.A.Bakıxano­

va  həsr  etdiyi  əsərində  XVIII  əsr  Şimali  Azərbaycan  xanlıqla­

rının  xəritəsini  dərc  etmişdir53.  Ancaq  erməni  akademiki  xəri­

təyə  Azərbaycanın  bir  xanlığının  ərazisini  daxil  etməmişdir, 

məhz  İrəvan  xanlığının.

Bununla  bərabər,  xəritədə  yer  almış  qeydlərdə  Ağayan  vur- 

ğulayır  ki,  bu  xəritəni  o,  P.İ.Kovalevskinin  «Rusiyanın  Qafqazı 

fəth  etməsi»54  kitabından  olduğu  kimi  götürmüşdür.  Ağayan 

yalan  deyir,  çünki  Kovalevskinin  əsərində  dərc  olunmuş  xəri­

tədə  bütün  xanlıqların,  o  cümlədən  İrəvan  xanlığının  ərazisi 

göstərilmişdir.  Bu  fakt  ustalaşmış  erməni  saxtakarlığının  əyani 

nümunəsidir!

1828-ci  il  martın  21-də,  Azərbaycan  türklərinin  qeyd  etdik­

ləri  Novruz  bayramı  günündə  imperator  I  Nikolay  öz  fərmanı 

ilə  əsrlər  boyu  mövcud  olmuş  İrəvan  və  Naxçıvan  xanlıqlarını 

ləğv  etdi  və  bu  ərazilərdə  İrandan  və  Türkiyədən  köçürülmüş 

ermənilər  üçün  qondarma  «Erməni  vilayəti»  yaratdı55.  Bununla 

da  köçürülmüş  ermənilər  üçün  Azərbaycan  torpaqları  olan  İrə­

van  və  Naxçıvan  xanlıqlarında  yeni  vətən  yaratmaq  yolunda 

ilk  addım  atıldı.

Cənab  Serj  Sarkisyanın  və  onun  ideya-siyasi  silahdaşlarının 

yadına  salmaq  pis  olmazdı  ki,  1918-ci  il  mayın  28-də  ermə­

nilər  müstəqil  dövlətin  qurulmasını  siyasi  mərkəzləri  olmadan 

bəyan  etmişdilər.  1918-ci  il  mayın  29-da  yeni  elan  edilmiş 

Azərbaycan  Xalq  Cümhuriyyəti  (AXC)  böyük  dövlətlərin  təz­

yiqi  altında  qədim  Azərbaycan  şəhəri  İrəvanı  və  ona  bitişik 

təxminən  9,5  min  kvadratkilometr  ərazini  ermənilərə  güzəştə

50

«


getməyə  məcbur  olmuşdur.  Yeri  gəlmişkən,  bu  gün  Ermənis­

tanın  ərazisi  29  min  kvadratkilometrdən  çoxdur.  Sual  olunur, 

nəyin  hesabına?  Müasir  erməni  dövləti  həmin  o  ermənilərə 

bağışlanmış,  keçmişdə  İrəvan  xanlığı  olan  Şimali  Azərbaycan 

əraziləri  hesabına  yaradılmışdır.

AXC  Nazirlər Şurasının  sədri  Fətəli  xan  Xoyski  güman  edirdi 

ki,  bununla  ermənilərin  bütün  ərazi  iddiaları  bitəcəkdir.  Lakin 

o,  böyük  səhv  edirdi.  Taleyin  hökmü  ilə  AXC-nin  süqutun­

dan  sonra  Ermənistanın  ekspansionist  siyasətinin  necə  inkişaf 

etdiyini  görmək  ona  nəsib  olmadı.  Çünki  1920-ci  il  iyunun 

19-da  «Daşnaksütyun»  partiyasının  Osmanlı  imperiyası  və 

Azərbaycan  Xalq  Cümhuriyyəti  rəhbərlərinin  məhv  edilməsi 

üzrə  «Nemezis»  əməliyyatı  çərçivəsində  o,  Tbilisidə  erməni 

terrorçu-daşnaksakanları  Aram  Erkanyan  və  Misak  Kirakosyan 

tərəfindən  qətlə  yetirildi.

Bütün  bunlar  etibarlı  arxiv  materiallarına,  müasirlərin,  həm 

bitərəf,  həm  də  erməni  tarixçilərinin  şəhadətinə  əsaslanan  ta­

rixi  faktlardır.  Onları  necə  saya  salmamaq  və  ya  daha  pisi, 

«Azərbaycan  saxtakarlıqları»  adlandıraraq  rədd  etmək  olar? 

Bəlkə  1919-cu  ildə  Mikoyanın  əvəzinə  Leninə  azərbaycan­

lılar  yazırdı:  «Daşnaklar,  erməni  hökumətinin  agentləri  Qara­

bağın  Ermənistana  birləşdirilməsinə  çalışırlar.  Lakin  bu,  Qa­

rabağ  əhalisi  üçün  Bakıda  həyat  mənbəyini  itirmək  və  heç 

vaxt  heç  bir  əlaqələri  olmayan  İrəvanla  bağlanmaq  demək 

olardı.  Erməni  kəndliləri  beşinci  qurultayda  qərara  gəlmişlər 

ki,  Azərbaycana  birləşsinlər»56?!  Məgər  1921-ci  ilin  iyununda 

Qafbüronun  plenumunda  Qarabağın  Azərbaycanın  tərkibində 

qalmasına  ermənilərin  özləri  (məsələn,  A.M.Nazaretyan)  səs 

verməmişdilər?!  Məgər  Qarabağ  ermənilərinin  liderlərinin  öz­

ləri  (məsələn,  Sero  Manutsyan)  bu  qərarı  alqışlayaraq  qeyd  et­

mirdilərmi:  «Azərbaycanın  tərkibində  muxtariyyət  aktı  erməni 

kəndliləri  tərəfindən  tam  yekdilliklə  qarşılanmışdır»?!  Qaraba­

ğın  1921-ci  ildə  Azərbaycanın  hüdudlarında  qalması  ilə  bağlı 

arxiv  sənədlərinin  dərc  olunmasına  baxmayaraq,  Ermənistanın

51


indiki  rəhbərləri  dünya  ictimaiyyətini  aldadıb  özlərinə  qarşı 

rəğbət oyatmaq  məqsədi  ilə  Qarabağın  Stalin  tərəfindən  Ermə­

nistandan  «ayrılıb»  Azərbaycana  «verilməsi»  barədə  özlərinin 

yaratdığı  mifi  dünyaya  yaymaqda  davam  edirlər.  Ancaq  Stalin 

və  Çiçerin  Qarabağın  Ermənistana  verilməsinin  tərəfdarı  idilər.

Dağlıq  Qarabağda  muxtar  vilayət  süni  qurum  idi.  Onun 

sərhədləri  artıq  o  zaman  erməni  əhalisinin  üstünlük  təşki 

etdiyi,  yığcam  yerləşmiş  Azərbaycan  kəndlərinin  ixtiyari  bir­

ləşdirilməsi  yolu  ilə  müəyyənləşdirilmişdi.  Burada  absurd  və­

ziyyətlər  yaranırdı.  AK(b)P  MK  Rəyasət  Heyətinin  1923-cü  il 

16  sentyabr  tarixli  qərarına  əsasən  İ.Dövlətov,  M.Bağırov  və 

E.Xanbudaqovdan  ibarət  komissiya  regionda  vəziyyəti  yox- 

amaq  üçün  Qarabağa  yollandı.  Daha  sonra,  AK(b)P  MK-ya 

1923-cü  il  3  oktyabr  tarixli  təqdimatında  M.C.Bağırov  yazırdı: 

«Xankəndi,  Şuşa  və  Abdallar  rayonunda  əhalisinin  sayı  8.000 

nəfərə  qədər  olan  bir  sıra  müsəlman  kəndləri  vardır:  Xəlfə- 

li,  Zarıslı,  Müsəlmanlar  və  b.  Onları  Abdallardan  daha  asan 

idarə  etmək  olar,  nəinki  Xankəndidən.  Yalnız  ona  görə  ki,  bu 

müsəlman  kəndlərinin  arasında  əhalisinin  1.150  nəfəri  erməni 

olan  Qaladərəsi  kəndi  yerləşir,  bütün  bu  rayonu  nədənsə  Xan­

kəndiyə  birləşdirmişlər,  üstəlik,  əhalisi  təxminən  10.000  nəfər 

müsəlman  olan  Şuşanı  da.  Cavanşir  qəzasında  otuz  müsəlman 

kəndi  arasında  bir  erməni  kəndi  yerləşib.  Nədənsə  onu  bu 

müsəlman  kəndlərinin  başı  üzərindən  Xankəndiyə  birləşdir­

mişlər»57.  Komissiyanın  hesabatlarından  göründüyü  kimi,  daim 

torpaq  azlığından  şikayət edən  ermənilərə  hətta  müsəlman  qə­

biristanlıqlarının  əraziləri  də  verilirdi.

Yarandığı  zaman  Dağlıq  Qarabağ  Muxtar Vilayətinin  ərazisi 

4160,5  kvadratkilometr  idi58.  Yalnız  iki  il  ərzində  (1923-1925) 

Azərbaycanın  torpaq  fondundan  DQMV-nin  tərkibinə  16  min 

desyatin  torpaq  verilmişdir59.  DQMV-nin  sahəsi  daim  genişlə­

nirdi  və  1933-cü  il  yanvarın  1-nə  olan  məlumata  görə,  artıq 

4431,7  kvadratkilometr  təşkil  edirdi60

52


Sovet  hakimiyyəti  illərində  Ermənistanın  özünə  Azərbay­

canın  tərkibinə  daxil  olan  geniş  torpaq  sahələri  verilmişdir. 

Ermənistanda  sovet  hakimiyyəti  qurulandan  çox  keçməmiş, 

1920-ci  ilin  dekabrında Zəngəzur  Ermənistana  verildi.  İki  ildən 

sonra  isə  artıq  «erməni»  Zəngəzuruna  əlavə  torpaqlar  verildi. 

Azərbaycan  SSR  Xalq  Torpaq  Komissarlığı  tərəfindən  1922- 

ci  il  oktyabrın  22-də  hazırlanmış  arayışda  məlumat  verilirdi: 

«Azərbaycan  SSR-in  bütün  ərazisi  7.989.105  desyatin  təşkil 

edirdi.  Göstərilmiş  ümumi  sahədən:  a)  Qazax  qəzasından  Er­

mənistana  379.984  desyatin  torpaq  verilmişdir;  b)  keçmiş Zən­

gəzur  qəzasından  Ermənistana  405.000  desyatin  torpaq  veril­

mişdir»61.

Xalq  Torpaq  Komissarlığının  Torpaq  Quruluşu  İdarəsinin 

1920-1923-cü  illər  üçün  hesabatında  deyilir:  «Əvvəllər  Zən­

gəzur,  Cavanşir  və  Qazax  qəzalarının  sərhədlərində  olan 

və  Azərbaycana  məxsus  otlaqların  150.000  desyatinə  qədər 

hissəsi  indi  Ermənistana  verildikdən  sonra  bu  iki  respublika 

arasında  mübahisəli  olan  zonaya  daxil  olduğundan  otlaqların 

əzəli  istifadəçiləri  -   Azərbaycan  maldarları  buraya  köçmə  za­

manı  böyük  narahatlıq  keçirirlər»62.

1929-cu  il  fevralın  18-də  tarixən  Azərbaycan  torpağı  olan 

Zəngəzurun  İranla  sərhədə  çıxan  sonuncu  parçası  Ermənistana 

verildi.  Zaqafqaziya  MİK-in  1929-cu  il  18  fevral  tarixli  qəra­

rı  ilə  Aran  Qarabağın  əraziləri  -   Azərbaycan  SSR  Cəbrayıl 

qəzasının  Nüvədi,  Eynadzor  və  Tuqut  kəndləri63,  həmçinin 

Ordubad  qəzasının  Kərkivan  kəndi  və  Kilid  kəndi  torpaqla­

rının  bir  hissəsi64  Ermənistana  verildi  və  əhalisi  azərbaycanlı­

lar  olan  yeni  «erməni»  torpaqlarında  süni  yolla  bu  vaxtadək 

mövcud  olmayan  Ermənistan  SSR-in  Meğri  qəzası  yaradıldı. 

Beləcə,  Naxçıvanın  Azərbaycanın  böyük  hissəsindən  ayrılma­

sı  və  türk  dünyasının  içində  süni  coğrafi  sədd  (paz)  yaradılma­

sı  başa  çatdırıldı.  Elə  həmin  qərarla  Naxçıvanın  digər  kəndləri 

-  Qurdqulaq,  Horadiz,  Xaçik,  Ağbin,  Ağxaç,  Alınalı,  Dağalma- 

lı,  İtqıran,  Sultanbəy  Ermənistana  verildi.  Beləliklə,  1933-cii

53


il  üçün  Naxçıvan  muxtariyyətinin  ərazisi  Qars  müqaviləsi  ilə 

müəyyən  olunmuş  əvvəlki  5.988  kvadratkilometrdən65  5.329,6 

kvadratkilometrədək  azaldı66.

Ermənistanda  hətta  ən  yeni,  lap  yaxın  keçmişdəki,  bu  gün 

yaşayan  nəslin  şahidi  olduğu  tarixi  faktları  danmaqdan,  xrono­

logiyanı  təhrif  etməkdən,  səbəb  və  nəticənin  yerlərini  dəyiş­

məkdən  utanmırlar.  Məsələn,  ermənilər  hər  yerdə  Sumqayıt, 

Kirovabad  və  Bakıdakı  talanlardan  danışırlar,  lakin  Qafanda, 

Meğridə,  Əsgəranda,  Qukarkda  talan  və  qətllərin  arxasında 

durduqlarını  dilə  gətirməməyə  çalışırlar.  Bu  hadisələr  zama­

nı  Ermənistanın  azərbaycanlı  əhalisi  Azərbaycan  şəhərlərində 

yaşayan  ermənilərdən  dəfələrlə  çox  ziyan  çəkmişdir.  İttifaq 

prokurorluğunun  materiallarında  əksini  tapmış  təkzibedilməz 

sübutlara,  şahidlərin  və ziyançəkmişlərin  ifadələrinə  baxmaya­

raq,  Sumqayıtda  və  digər  şəhərlərdə  ermənilərin  öz  soydaşla­

rının  qətlə  yetirilməsində  iştirakı  faktını  Ermənistanda  xatırlat- 

mamağa  (bəzən  isə  qəti  inkar edir və  «uydurma»  adlandırırlar) 

üstünlük  verirlər.  Qukarkda,  yaxud  Ermənistanın  digər  rayon­

larında  Sumqayıt  canisi  E.Qriqoryan  kimi  öz  soydaşlarına  qarşı 

talanlarda  iştirak  edən  heç  olmasa  bir  azərbaycanlı  olubmu? 

Azərbaycanlını  gizlədib  qonşusunun  həyatını  xilas  edən  heç 

olmasa  bir  Ermənistan  sakini  tapılıbını?

Təyyarə  qəzasında  həlak  olmuş  altı  Yuqoslaviya  xilasedici­

sinə  abidə  ucaldan  Ermənistan  1988-ci  ildə  təbii  fəlakət  zo­

nasına  tələsən  və  erməni  dispetçerlərin  hələ  də  təhqiq  edil­

məmiş  ziddiyyətli  komandaları  nəticəsində  həlak  olmuş  79 

azərbaycanlı  xilasedicinin  ailələrinə  heç  olmasa  elementar 

nəzakət  xatirinə  şifahi  başsağlığı  belə  vermədi.

İttifaq  dövlətinin  mövcudluğunun  son  illərində  keçmiş 

DQMV-ni  Azərbaycanın  tərkibindən  çıxarmaq  cəhdləri  birtə­

rəfli  xarakter  daşıyırdı,  SSRİ  Konstitusiyasının  bir  sıra  maddə­

lərinə  zidd  idi  və  1990-cı  il  3  aprel  tarixli  «Müttəfiq  respub­

likaların  SSRİ-nin  tərkibindən  çıxması  ilə  bağlı  məsələlərin

54


həlli  qaydaları»  adlı  SSRİ  Qanununu  pozurdu.  Ona  görə  də 

separatçıların  bütün  bu  cəhdləri  qanunsuz  idi.  SSRİ-nin  süqu­

tundan  sonra  onun  ərazisində  dünya  birliyi  tərəfindən  tanın­

mış və  BMT-yə  əvvəlki  sərhədləri  çərçivəsində  qəbul  olunmuş 

15  müstəqil  dövlət  yarandı.  BMT-nin  İnsan  haqlarının  müda­

fiəsi  üzrə  Alt  komissiyasının  üzvü  A.Eydenin  qeyd  etdiyi  kimi: 

«BMT  çərçivəsində  həm  keçmiş  SSRİ-nin,  həm  də  keçmiş  Yu­

qoslaviyanın  müttəfiq  respublikalarının  sərhədlərini  etnik  məs­

kunlaşma  deyil,  uti  possidetis  juris  əsasında  müəyyən  etmək 

barədə  geniş  konsensus  əldə  edildi.  Bu  o  deməkdir  ki,  federa­

siyanın  müttəfiq  respublikalarının  əvvəllər  mövcud  olmuş  sər­

hədləri  yeni  sərhəd  kimi  sayılmalıdır»67.  AŞ  PA-nın  məruzəçisi 

D.Atkinson  2004-cü  il  29  noyabr  tarixli  məruzəsində  birmə­

nalı  olaraq  qeyd  etmişdir:  «Azərbaycan  ərazisinin  əhəmiyyətli 

hissəsi  hələ  də  erməni  qüvvələrinin  işğalı  altındadır».  O,  eyni 

zamanda  xüsusi  vurğulamışdır  ki,  «Azərbaycanın  sərhədləri 

beynəlxalq  birlik  tərəfindən  1991-ci  ildə,  ölkə,  ərazisinə  Dağ­

lıq  Qarabağ  regionu  daxil  olan  müstəqil  dövlət  kimi  tanınan 

zaman  tanınmışdır»68.

Ermənilərin  siyasi  tarixi  siyasətçi  və  ideoloqların  səyi  ilə 

ermənilərin  milli  şüuruna  tiirkofobiya,  Azərbaycana  və  türkə 

aid  nə  varsa  hamısına  nifrət  hissi  hopmasını  söyləməyə  kifayət 

qədər  əsas  verir.  Onlar  hətta  heç  gizlətmirlər  ki,  erməni  döv­

lətinin  mövcudluğunu  dəstəkləyən  bu  zərərli  ermənilik  dünya­

görüşünün  başlanğıc  bazası  «1915-ci  il  soyqırımı»,  «Qarabağın 

və  Cavaxkın»  və  digər  ərazilərin  ilhaqı  kimi  ideya-siyasi  məq­

sədlərdir.  Bu  absurd  ideyaların  həyata  keçirilməsi  məqsədi  ilə 

həmin  dünyagörüşü  erməni  terrorçuları  və  separatçılarının  ən 

ağlasığmaz  cinayətlərinə  bəraət  qazandırır.

Ermənistanda  ümid  edirlər  ki,  tarixi  primitiv  şəkildə  saxta­

laşdırıb  beynəlxalq  təşkilatlara  Dağlıq  Qarabağın  guya  qədim 

erməni  torpağı  olduğunu  «sübut»  etməklə  onu  özlərinə  bir­

55


ləşdirməyə  nail  olacaqlar.  S.Sarkisyan  və  tarixi  saxtalaşdırmaq 

üzrə  laboratoriyadan  olan  erməni  «intellektualları»  çoxdan  b il­

məli  idilər  ki,  tarixi  proses  irəliyə  doğru  hərəkət  edir,  geriyə 

yox.  O  ki  qaldı  Dağlıq  Qarabağın  və  ya  onun  əvvəlki  adı  ilə 

desək,  Arsaxın  qədim  alban  torpağı  olmasına,  bunu  erməni 

tarixçilərinin  özləri  sübut  etmişlər.  Məsələn,  S.T.Yeremyan  ya­

zırdı:  «Bir  çoxu  ərəblərdən  əvvəlki  dövrə  aid  olan  külli  miq­

darda  xristian  abidələri  qədim  Albaniyanın  erməniləşmiş  his­

səsində,  hazırda  əsasən  erməni  əhalinin  yaşadığı  qədim  alban 

vilayətləri  Arsax  və  Utikdə  salamat qalmışdır»69.  Lakin  təəccüb 

doğuran  utanmadan  yalan  danışan  və  bu  yolla  dünya  birliyi­

nin  bəzi  üzvlərinin  rəğbətini  qazanmağa  çalışan  saxtakarla­

rın  və  onlarla  birlikdə  siyasətçilərin  həyasızlığıdır.  S.Sarkisyan 

öz  mövqeyini  nəzərə  alaraq  erməni  xalqının  taleyi  ilə  oyna­

mamalıdır.  Axı  hələ  heç  kimə  törətdiyi  cinayətlərə  görə  öz 

həmvətənlərinin  qəzəbindən  qurtulmaq  müyəssər olmamışdır. 

Müasir  dünyada  dövlət  sərhədlərinin  mif  və  antik  salnamələr 

əsasında  müəyyən  olunmadığını,  hər  hansı  ərazidə  monastırın 

mövcudluğu  və  ya  m illi  azlıqların  yaşaması  ilə  dəyişdirilmə­

diyini  bilməyin  vaxtı  çoxdan  çatmışdır.  Əks  halda  dünyanın 

siyasi  xəritəsi  bu  gün  başqa  cür  görünərdi  (məsələn,  Ermənis­

tan  yenidən  müstəqilliyini  itirib  dirçələn  Roma  imperiyasının 

tərkibinə,  ermənilərin  özləri  isə  Frigiyaya  qayıtmalı  olardılar), 

BMT  öz  Nizamnaməsini  hazırlamaq  əvəzinə  arxeoloji  məlu­

mat  və  manuskriptlərin  toplanması  və  öyrənilməsi  ilə  məşğul 

olar,  Təhlükəsizlik  Şurası  isə  tarixçilər  arasında  debat  yerinə 

çevrilərdi.  Ermənistan  rəhbərləri  artıq  başa  düşməlidirlər  ki, 

müasir  dünyada  ərazi  məsələləri  «kim  əzəldən  harada  yaşa­

mışdır  və  kim  haraya  köçmüşdür»  prinsipi  üzrə  tarixi  kon­

tekstdə  deyil,  beynəlxalq  hüquq  əsasında  həll  olunur.  Odur 

ki,  özlərini  və  cəmiyyətlərini  bu  əyalətçi  təfəkkürdən  xilas 

etməlidirlər.  Tarixi  təhrif  etmək  və  abidələri  dağıtmaq  hətta 

uğurlu  olsa  belə,  onlara  başqa  dövlətlərin  ərazilərini  zəbt  et­

56


məyi  əsaslandırmaqda  kömək  etməyəcəkdir.  Sərhədlərin  zor- 

a  dəyişdirilməsi  həmişə  müharibələrə  gətirib  çıxarır.  Siyasi 

lider  isə  öz  xalqını  müharibələrdən  qorumalı,  onu  uçuruma 

sürükləməməlidir.

Azərbaycanın  dəstəklədiyi  millətlərin  öz  müqəddəratını 

təyin  etmək  hüququ  hərcmərcliyi  və  sərhədləri  ağlına  gələn 

kimi  dəyişmək  hüququnu  nəzərdə  tutmur.  Bu  hüququn  Ermə­

nistanda  özünə  rəva  görülən  kimi  yozulması  yolverilməzdir. 

Əks  təqdirdə  bu  gün  dünyada  m illi  azlıqlar  olmazdı,  çünki 

onların  hamısı,  ən  xırdası  belə təyini-müqəddərat  hüququndan 

istifadə  edərək  özünü  dünya  birliyinin  müstəqil  subyekti  elan 

edər,  beynəlxalq  tanınma  haqqında  xahiş  edərdi.  Görünür,  bu 

prinsipin  primitiv  təfsirindən  irəli  gələn  xof  Ermənistan  hö­

kumətini  azərbaycanlıları  keçmiş  İrəvan  xanlığının  əzəli  tor­

paqlarından  planlı  şəkildə  qovmağa,  respublikalarını  monoet- 

nik  dövlətə  çevirməyə,  sonra  isə  Azərbaycan  ərazisinin  işğal 

edilmiş  hissəsində  də  etnik  təmizləmələr  aparmağa  vadar  et­

mişdir.  Hazırda  Dağlıq  Qarabağın  erməni  əhalisinin  aid  ol­

duğu  milli  azlıqların  təyini-müqəddəratının  yalnız  beynəlxalq 

hüquq  çərçivəsində  mümkün  olması  ilə  Ermənistan  barışmalı 

olacaqdır.  Bu  hüququn  prinsipləri  çoxsaylı  konvensiya  və  sə­

nədlərdə  təsbit  olunmuşdur  ki,  bunların  da  dürüst  ifadələri  ilə 

Ermənistanda,  şübhə  etmirik  ki,  yaxşı  tanışdırlar.  Ermənistan- 

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  tənzimlənməsi­

nin  hüquqi  bazası  1975-ci  il  Helsinki  Yekun  Aktıdır.  Orada 

təyini-müqəddərat  hüququ  dövlətin  ərazi  bütövlüyü  çərçivə­

sində  göstərilmişdir.

Dağlıq  Qarabağ Azərbaycanın  bir  hissəsi  olub  və  olacaqdır. 

O,  bir  sıra  nüfuzlu  beynəlxalq  təşkilatlar,  o  cümlədən  BMT, 

ATƏT,  Avropa  Şurası,  Avropa  Parlamenti,  İKT,  NATO,  GUAM, 

bir  çox  dövlətlərin  parlamentləri  və  dövlət  başçıları  tərəfin­

dən  bu  şəkildə  tanınmışdır.  O,  Azərbaycanın  bir  hissəsi  kimi 

ATƏT-in  Minsk  qrupunun  həmsədrləri  tərəfindən  də  tanınmış­

57


dır.  Həmsədrlər  bəyanatlarında  erməni  adı  ilə  yanaşı,  həm  də 

tarixi  Xankəndi  adını  işlədirlər,  təkcə  faktiki  erməni  icmasının 

liderləri  ilə  deyil,  həm  də  Dağlıq  Qarabağın  azərbaycanlı  ic­

masının  rəhbərləri  ilə  görüşlər  keçirirlər,  regiona  Azərbaycan 

ərazisindən  səfərlərini  «sərhədi  yox,  qoşunların  təmas  xəttini 

keçmək»  adlandırırlar.  BMT  Təhlükəsizlik  Şurasının  qətnamə­

lərində  Dağlıq  Qarabağ  «Azərbaycan  Respublikasının  Dağlıq 

Qarabağ  regionu»  kimi  göstərilir.  Digər  beynəlxalq  təşkilatla­

rın  sənədlərində  də  analoji  ifadələrə  rast  gəlmək  olar.  Əgər 

Ermənistanda  hələ  də  bu  incə  fərqləri  görə  bilmirlərsə,  dünya 

birliyinin  onları  dəstəkləmədiyini  başa  düşmək  üçün  heç  ol­

masa  sənədlərə  müraciət  etsinlər,  orada  hər  şey  açıq,  incə 

eyhamlarsız  yazılmışdır.

Yalnız  erməni  rəhbərlərinin  nitqlərində  «Dağlıq  Qarabağ 

respublikası»  adına  rast  gəlmək  olar.  Tam  tənha  qalmaları­

na  baxmayaraq,  onlar  özlərinə  və  öz  vətəndaşlarına  toxtaqlıq 

verməkdə  davam  edirlər  ki,  dünya  birliyi  onların  «ümidləri»ni 

dəstəkləyir.  İşğal  olunmuş ərazidə yaradılmış oyuncaq,  yalançı 

respublika  heç  kim  tərəfindən  tanınmayıbdır.  Bəzən  Ermənis­

tan  rəhbərlərinin  hədələdiyi  kimi,  onların  bu  ölkə  tərəfindən 

tanınması  bu  qanunsuz  qurumu  legitimləşdirməyəcək  və  Er­

mənistanın  vəziyyətini  daha  da  ağırlaşdıracaqdır.  Reallığı  dərk 

etmək  əvəzinə  Serj  Sarkisyan  Gorusdakı  nitqi  ilə  özünü  pis 

vəziyyətə  salmış  və  qonaqlara  yanlış  məsləhətlər  vermişdir. 

Başa  düşmək  çətin  deyil  ki,  Ermənistanın  gələcək  nəsilləri  bu 

səhvlərin  ağır  nəticələrini  öz  üzərlərində  hiss  edəcəklər.

«

58



Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin