"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


AZƏRBAYCANDA UÇOT SİYASƏTİNİN FORMALAŞMASININ



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə62/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   58   59   60   61   62   63   64   65   ...   78
Conferance Book Economy.(3)


AZƏRBAYCANDA UÇOT SİYASƏTİNİN FORMALAŞMASININ 

NƏZƏRİ ƏSASLARI 

 

i.ü.f.d., dos. Abdullayev Loğman İmran oğlu 

Sumqayıt Dövlət Universiteti 

 

Quluzadə Çinarə Əlibəy qızı 

Sumqayıt Dövlət Universiteti 

 

XÜLASƏ 

Müasir  iqtisadi  şəraitdə  ölkəmizdə  uçot  siyasətinin  formalaşması  qəbul  olunmuş  normativ  sənədlərə  və 

beynəlxalq təcrübəyə əsaslanaraq aparılmanı tələb edir. Bu məqsədlə uçotun təşkili, hesabatların tərtibi və audit 

işinin aparılması Beynəlxalq Standartlar əsasında yerinə yetirilməlidir.  



Açar sözlər: uçot, maliyyə hesabatı, audit, beynəlxalq standartlar 

 

ABSTRACT 

Modern  economic  conditions  in  our  country  adoption  of  accounting  policy  and  normative  documents 

based on international experience to be carried out. For this purpose organization of accounting, compilation of 

reports and so on auditing work International Perform on the basis of standards should be met. 



Keywords: accounting, audit, financial reportç international standards

 

 



Giriş 

Ölkəmizdə  iqtisadi  fəaliyyətin  yeni  münasibətlərə  istiqamətlənməsi  ilə  əlaqədar  sahibkarlıq 

inkişaf etmiş, müəssisələrdə təşkilati formalar, hüquqi formalar yenilənmişdir. Müasir dünyada forma-

laşan  iqtisadi  yanaşmalara  uyğun  olaraq  məqsədyönlü  dəyişikliklərin  edilməsi,  müxtəlif  mülkiyyət 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

300  

26-27 October 2018, Baku, Azerbaijan 

növlərinin formalaşması və yeni idarəetmə mexanizmlərinin tətbiqi zərurəti yaranmışdır. Bütövlükdə 

qeyd olunan bu məqamlar birbaşa olaraq ölkədə uçot siyasətinin yeni formasının tətbiqini tələb edir. 

Yeni  qaydalara  uyğun  mühasibat  hesabatlarını  hazırlayan  müəssisələrdə  qeyd  olunanların 

formalaşması  daha  çox  önəm  kəsb  edir.  Təsərrüfat  subyektlərinin  hər  biri  qəbul  olunmuş  hüquqi 

qaydalara  uyğun  şəkildə,  müəssisənin  uçot  siyasətinə  əsaslanaraq  müəyyən  olunmuş  müddət  üzrə 

maliyyə hesabatları hazırlamalıdır. Hesabat dövründə hazırlanmış maliyyə hesabatlarında əks olunan 

məlumatlar  dəqiq  və  real  nəticələrə  uyğun  qeyd  olunmalıdır.  Ölkədə  təsərrüfat  subyektlərinin  qəbul 

olunmuş  yeni  və  mükəmməl  iqtisadi  münasibətlər  şəraitində  fəaliyyətinin  nəticəsi  şəffaf  maliyyə 

hesabatlarının hazırlanmasını tələb edir. Hazırlanan hesabatlar müəssisənin vahid dövr üzrə təsərrüfat 

fəaliyyətini, resurslardan istifadəetmə göstəricilərini müəyyənləşdirir. Əvvəlki dövrlərdən fərqli olaraq 

yeni  qaydalara  uyğun  hazırlanan  maliyyə  hesabatları  şəffaf  və  etibarlı  olmaqla  yanaşı  bir  neçə 

istiqamətdə  tərtib  olunmanı  göstərir.  Mənfəət  və  zərər  haqqında  hesabatda  vahid  dövr  ərzində 

müəssisənin fəaliyyətinin nəticəsi olaraq yaranan mənfəət və zərərin olması göstərilir [4]. Bu hesabat 

ümumən  gələcək  dövr  üçün  fəaliyyətin  davam  etdirilməsi  zərurətinin  rəhbərlik  tərəfindən  müəyyən 

olunması  baxımından  olduqca  zəruridir.  Məlum  məsələdir  ki,  təsərrüfat  subyekti  fəaliyyəti  əsasında 

mənfəət  əldə  olunmasında  maraqlıdır.  Zərərlə  yekunlaşacaq  iqtisadi  fəaliyyət  müəssisə  tərəfindən 

müəyyən müddət qarşılana bilər.  Məqsəd yalnız həmin sahədə sonradan bazarda üstünlük əldə etmə 

marağından  yarana  bilər.  Lakin  ardıcıl  olaraq  tənəzzül  tempinin  istiqamətlənməsi  və  müəssisənin 

zərərlə  işləməsi  həmin  sahə  üzrə  gələcəkdə  fəaliyyət  göstərmənin  məhdudlaşmasına  səbəbdir.  Belə 

qərarın  olmaması  üçün  real  şəraitdə  səmərəli  və  düşünülmüş  iqtisadi  fəaliyyət  yaranmalıdır.  Məhz 

müəssisə  tərəfindən  daha  məqsədyönlü  fəaliyyət  əsasında  mənfəət  yaranar  və  bu  hal  istehsalın 

genişlənməsinə əsasdır. Müəssisə tərəfindən iqtisadi fəaliyyətin uçota alınması maliyyə hesabatlarında 

əks  etdirilir.  Xüsusən  burada  maliyyə  nəticəsini  əks  etdirəcək  mənfəət  zərər  hesabatı  kapitalda 

dəyişikliklər haqqında hesabatla əlaqəli təqdim olunur. Hazırlanan hesabatlara nümunə olaraq diqqət 

yetirildikdə  məlum  olar  ki,  iki  hesabatda  real  nəticə  haqqında  məlumatlanma  təmin  edilir.  Təşkilat 

üçün  uzunmüddətli  dövr  ərzində  mənfəətin  əldə  edilməsi  marağı  mövcuddur.  Lakin  fərqli  hal  baş 

verərsə həmin təsərrüfat subyektinin iflasa uğraması baş verər. Təsisçilər, kredit təqdim edən tərəflər, 

qiymətli  kağızlar  əldə  etmiş  subyektlər  və  ümumən  digər  bu  sahə  ilə  əməkdaşlıq  etmək  istəyənlər 

müssisənin  mənfəət  zərər  göstəriciləri  haqqında  məlumatlanmada  maraqlıdırlar.  Onların  əldə  etmək 

istədikləri  informasiyalar  yeni  olan  uçot  siyasətinə  uyğun  formada  müstəqil  audit  rəylərinin  olması 

tələbini edir. Audit rəyi cari, gələcək dövrlər üzrə əsaslandırılmış şəkildə olmalıdır. Xüsusən müstəqil 

audit  fəaliyyəti  daha  səmərəli  xarakter  daşıyır.  Auditorların  vəzifəsi  müəssisənin  fəaliyyəti  haqda 

dəqiq  məlumatın  təqdim  olunmasını  təmin  etməkdir.  Bu  vaxt  audit  tərəfindən  verilən  rəylərdə 

müəssisə  tərəfindən  hazırlanmış  hesabatlarda  əks  edilən  informasiyaların  dəqiq  olması,  reallığı  tam 

əks etdirməsi, gələcək dövr üzrə imkanların qiymətləndirilməsi, aktivlər, öhdəliklər, kapital haqqında 

olan  məlumatların  real  əks  olumasının  təsdiq  edilməsi  qeyd  edilir.  Artıq  belə  rəylər  əsasında  digər 

istifadəçilər  müəssisə  haqqında  dəqiq  informasiyalara  malik  olurlar.  Müəssisələr  müstəqil  audit 

yoxlaması  əsasında  real  vəziyyəti  müəyyənləşdirir.  Bu  işdə  auditor  mühüm  yardımçı  olaraq 

fəaliyyətini göstərir. Audit fəaliyyəti hüquqi , normativ tipli sənədlərə əsaslanaraq fəaliyyət göstərir. 

Ölkəmizdə  audit  fəaliyyəti  ilə  bağlı  mühüm  hüquqi  əsas  mövcuddur.  Auditor  xidməti  haqqında  16 

sentyabr 1994-cü ildə Azərbaycan Respublikası qanunu qəbul edilib [2]. Ümumən auditor fəaliyyətini 

tənzimləyəcək  “Azərbaycan  Respublikasının  Auditorlar  Haqqında”  Əsasnaməsi  təsdiq  edilmişdir. 

Ümumən  audit  müəssisənin  uçot  məlumatlarının  düzgünlüyünü  müəyyən  edəcək  vasitəçi  bir 

subyektdir.  Müəssisə  üçün  dəqiq  uçot  informasiyasının  olması  gələcək  dövr  üzrə  proqnozun 

verilməsinə  səbəbdir.  İstifadə  edilən  maliyyə  vəsaitləri,  əmlakın  real  dəyərinin  müəyyən  olunması, 

vəsait qoyuluşlarının mövcud vəziyyəti , bu kimi digər mühüm iqtisadi əməliyyatlar nəticə etibarı ilə 

tərtib olunmuş hesabatlarda əks etdirilir. Audit rəyi həmin informasiyaların dəqiqliyini təsdiq edəcək 

bir sənəddir. Bu baxımdan audit yoxlamasının aparılması həmin müəssisədə yeni qəbul olumuş uçot 

qaydalarına  uyğun  hesabatların  hazırlanmasını  təmin  edir.  Audit  xidmətinin  göstərilməsi  üçün 

rəhbərlik  sərbəst  olaraq  sifariş  edir,  onun  rəyi  əsasında  mühüm  informasiyaya  malik  olur.  Auditor 

tərəfindən  müəssisənin  uçotu,  onun  düzgün  tərtibi  haqqında  müəssisə  rəhbərliyinə  dəqiq  məlumat 

verilir. Bu sahədə mühüm yardımçı olacaq auditor bağlanmış müqavilə əsasında təqdim olunan dövrü 

əhatə  edəcək  audit  yoxlamasını  həyata  keçirir.  Bütövlükdə  bu  proses  hüquqi  normativ  sənədlərə 

əsaslanaraq aparılır. Tərtib olunmuş hesabatlar yeni hesabat ilinin əvvəlində təsdiq olunur, bu hesabata 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

301  

26-27 October 2018, Baku, Azerbaijan 

audit rəyi əlavə edilir. Bununla da müəssisənin yeni dövr üçün uçot siyasəti rəsmiləşdirilir. Mühasibat 

uçotu  siyasəti  maliyyə  hesabatlarının  ayrılmaz  və  mühüm  hissəsidir.  Onun  əsas  məqsədi  əmlakın, 

maliyyə vəziyyətinin, əməliyyatların nəticələri haqqında etibarlı məlumatların qazanılmasının təmini, 

bütün müvafiq hesabat istifadəçilərinə lazımi idarəetmə və investisiya qərarları üçün lazımi tələbləri 

nümayiş etdirməkdir.  

 Müəssisədə  uçot  siyasəti  rəhbər,  baş  mühasib  tərəfindən  formalaşır.  Müəsisənin  uçot  siyasəti 

formalaşdırılarkən  əsasnaməni,  mühasibat  uçot  sistemini  tənzimləyən  digər  normativ  sənədlərin 

tələblərinə  uyğun  addım  atılmalıdır.  Uçot  siyasəti  yalnız  uçotun  metodlarının,  üsul  və  variantlarının 

seçilməsini  yox,  habelə  onların  aparılması  formasını  da  bildirir.  Uçot  siyasəti  formalaşdırılarkən  bir 

sıra  mühüm  xüsusiyyətlər  nəzərə  alınmalıdır.  Hər  bir  hesabat  ili  üzrə  ölkədə  lazımı  qanunverici 

sənədlərə  uyğun  uçot  siyasəti  formalaşır.  Təsərrüfat  subyektləri  uçot  siyasətini  formalaşdıran  zaman 

digər  təsərrüfat  subyektlərinin  əmlakından  və  öhdəliklərindən  öz  öhdəliklərini  və  əmlaklarını 

ayırmalıdırlar.  Uçot  siyasəti  müəssisənin  fasiləsiz  qaydada  uzun  müddətli  fəaliyyətinə,  müəssisənin 

gələcək  inkişafına,  borclarının  qaydasında,  vaxtında  ödənilməsinə,  əmlak  və  öhdəliklərinə  təminat 

verir.  Müəssisə  hesabat  dövrünə  öz  gəlirlərini,  xərclərini  dəqiq,  tam  aid  etməli,  ardıcıl  olaraq  bütün 

təsərrüfat  fəaliyyətinin  uçot  registrlərində  xronoloji  qeydiyyatını  təmin  etməlidir.  İnventarlaşmanın 

nəticələri  tam,  düzgün  formada  uçotda  əks  edilməlidir  və  bura  mövcud  əmlak,  öhdəliklər, 

hesablaşmalar, kapital və sair sərvətlərin inventarizasiya nəticələri daxil edilir.  

 Müasir iqtisadi texnoloji şəraitdə mühasibat uçotunun müasir dövriyyəsi mühasibat informasiya 

sisteminin əsas komponenti olduğu bir təşkilatın bütün təşkilati strukturlarını birləşdirən informasiya 

sisteminin  işlənməsinə  gətirib  çıxarır.  Burada  informasiya  sisteminin  əsas  mənbəyinin  başlanğıc 

nöqtəsi  məhz  mühasibatlıq  hesab  olunur.  Məlum  məsələdir  ki,  daxili  istifadəçilərin  məlumat 

ehtiyacları müəssisənin ölçüsünə görə dəyişir. Məsələn, kiçik bir şirkətin idarə olunmasında hər hansı 

mühasibat  məlumatı  yüksək  səviyyədə  əhəmiyyət  daşıyır.  Daha  böyük  bir  şirkətin  informasiya 

ehtiyacları  isə  daha  fərqli  olur.  Adətən  təşkilata  görə  bu  mövqe  qruplaşdırılır.  Mühasibat 

məlumatlarına əsasən, iqtisadi performansın ölçü sistemi müəyyənləşir. Mühasibat məlumatı həlledici 

proses üçün xammal rolunu oynayır. Mühasibat qərarları rəhbərliyin əsas məqsədinə nail olması üçün 

kömək edən digər bütün növ qərarların hazırlanmasına, fəaliyyətin davam etdirilməsinə gətirib çıxarır. 

Burada iqtisadi məlumatlardan səmərəli istifadə edilərsə, qarşıya qoyulmuş məqsədlərə rahat şəkildə 

çatmaq  olur.  Uçot  siyasəti  bütövlükdə  maliyyə  hesabatlarının  tərtibi,  təqdimi  məqsədilə  müəssisə 

tərəfindən qəbul olunmuş iş xüsusiyyətlərinə uyğun qaydaların, prinsiplərin, şərtlərin, təcrübələrin və 

əsasların məcmusunu nəzərdə tutur.  

Uçot  siyasəti  müəssisə  tərəfindən  qəbul  edilmiş  mühasibat  uçotunun  aparılma  qaydalarının 

məcmusudur.  Ümumən  uçot  siyasətinin  formalaşması  zamanı  mahiyyətin  forma  üzərində  üstünlüyü, 

ziddiyyətsizlik, tamlıq, rasionallıq kimi tələblər gözlənilməlidir.  

Uçot siyasətinin tətbiq ardıcıllığı bir sıra qənaətlə nəticələndirilir.  

  Birincisi  mühasibat  uçotu  siyasəti  işçilərə  mühasibat  əməliyyatlarını  qiymətləndirməyə 

kömək edir.  

  İkincisi böyük şirkətlərdə bir çox mühasib maliyyə fəaliyyətini araşdırır. 

Ölkəmizdə maliyyə hesabatlarının Beynəlxalq Standartlara uyğun tərtib olunması tələbi qanunla 

təsdiq  edilmişdir.  Lakin  hələ  də  büdcə  və  kommersiya  qurumlarında  uçot  siyasətinin  aparılmasında 

beynəlxalq  standartlara  əsaslanmada  ləngimələr  mövcuddur.  Eyni  zamanda  müəssisələrin  mənfəətlə 

hesabat  ilini  yekunlaşdırmaqları  üçün  beynəlxalq  standartlara  harmonizasiya  olunmuş  maliyyə, 

mühasibat  uçotu  standartlarına  tam  şəkildə  keçidin  təmin  edilməsi  və  müəssisə  rəhbəri  tərəfindən 

daxili audit işinin təşkili zərurəti yaranmışdır. Qəbul edilən qanun və təlimatlara əsasən ölkədə bütün 

təsərrüfat subyektlərində uçot siyasətinin Beynəlxalq standartlara əsasən aparılması dövrün tələbidir.  

  

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI 

1. 

Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında qanunu” Bakı 2004 



2. 

Azərbaycan Respublikasının “Auditor xidməti haqqında” qanunu. Bakı 1994  

3. 

Abbasov Q.Ə. “Mühasibat uçotu” Bakı 2015  



4. 

Abdullayev L.İ. “Maliyyə uçotu” Sumqayıt 2017  

5. 

www.maliyye.gov.az



 

6. 


www.e-qanun.az 

 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

302  

26-27 October 2018, Baku, Azerbaijan 

ÖLKƏMİZDƏ OLAN MALİYYƏ VƏ BANK                                                  

SİSTEMİ VƏ ONUN İNKİŞAFI 

 

dos. Təhminə Tahir qızı Əliyeva 

ADIU (UNEC) 

tehmine520@mail.ru

 

 

XÜLASƏ 

Tədqiqatın məqsədi -Məqalədə iqtisadiyyatın mərkəzləşdirilmiş idarəetmə prinsiplərindən bazar münasi-

bətlərinə keçid dövründə iqtisadi statistik təhlil və proqnozlaşdırmanın yeni metodoloji bazasının yaradılması və 

onun  iqtisadiyyata  tətbiq  olunması  araşdırılmışdır.  Həmçinin  məqalədəMərkəzi  Bankda  statistikanın  inkişafı 

çərçivəsində Statistik Analitik Hesabatlılıq Sistemi layihəsinin icrasının qrafik üzrə davam etdirilməsinin respub-

likanın bank sistemində oynadığı rola həmcinin ğöstərdiyi nəticələrə baxılmış və onun statistik təhlili araşdırılmışdır. 

Tədqiqatın metodologiyası –muqayisəli və analitik təhlil 

Tədqiqatın  nəticələri.  Makroiqtisadi  göstəricilərinin  dinamikasının  təhlili  göstərir  ki,  bank  –  maliyyə 

sisteminin  formalaşmasında  pul  kütləsi  iqtisadiyyatın  tələbatına  uyğunluğu  problemini  həll  etmədən  iqtisadi 

artımın dayanıqlığı olması problemini də sona qədər həll etmək mümkün deyildir. 

Açar sözlər: bank, maliyyə, bank-maliyyə sistemi, bank-maliyyə statistikası, hesabatlılıq sistemi. 

ABSTRACT 

In  this  paper  is  analized  a  development  of  the  new  methodological  basis  for  the  economic  statistical 

analysis and prognosing with its further apply to economy in the period of transition to market relations from the 

centralized management principles of economy. İn addition a continuation of the Statistical Analysis Reporting 

System according to the schedule as the project in the framework of development of statistics in Central Bank , 

its role in a banking system and statistical analysis has been carried out. 



Key  words:  the  bank-financial  system,  the  bank-financial  statistics,  reporting  system,  trans-national 

estimation. 



РЕЗЮМЕ 

В статье исследовано создание новой методологической базы экономико-статистического анализа 

и  прогнозирования  и  применения  ее  в  экономике  в  период  перехода  от  принципов  централизованного 

управления  экономики  к  рыночным  отношениям.  Кроме  того,  в  статье  изучена  роль  и  результаты 

продолжения  схематичного  выполнения  проекта  «Электронная  статистическая  и  аналитическая 

расчетная  система»  в  банковской  системе  республики  в  рамках  развития  статистики  в  Центральном 

Банке и произведен его статистический анализ. 

Ключевые  слова:  финансово-банковская  система,  финансово-банковская  статистика,  расчетная 

система, транснациональная оценка

 

 

Giriş 

Azərbaycanda  hazirda  bank  sektorunda  baş  verən  dəyişikliklərin  əsası  2016-cı  ildə  ölkəmizdə 

baş  verən  devalvasiya  ilə  əlaqədar  idi.  Belə  ki,  ABŞ  dollarının  bazarda  qiymətinin  bahalaşması 

ölkəmizdə  devalvasiyanın  olmasına  zəmin  yaratdı.  Məlum  səbəblərə  görə  də  ölkəmizin  maliyyə 

sistemindədə  xeyli  dəyişikliklər  oldu.  İqtisadiyyatda  baş  verən  proseslərin  və  ölkənin  pul  kredit 

siyasətinin  tənzimlənməsi  istiqamətində  ,  bu  proseslərin  qaydaya  salınmasına  yönəlik  olaraq  ölkə 

Prezidentinin  fərmanina  əsasən  görülən  işlərin  yekunu  olaraq  Maliyyə  Bazarlarına  Nəzarət  Palatası 

adlı qurum yaradıldı. Haırda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan iqtisadi fəallıq 

davam etdirilir ki, bu da bank sektorunun inkişafina öz töhvəsini verməkdədir. Bunun nəticəsi olaraq 

əvvəlki  illərdə  olduğundan  2016-cı  ildən  sonrakı  illərdə  Azərbaycanın  bank  sistemi  qlobal 



iqtisadiyyatda  gedən  mürəkkəb  proseslər  fonunda  əsas  göstəricilər  üzrə  daha  çox  müsbət  inkişaf 

dinamikasına nail olmuş, sabitlik və dayanıqlıq nümayiş etdirmişdir.Onu da qeyd etmək lazımdır ki, 

həyata keçirilmiş siyasət nəticəsində banklarm kapitalizasiyası üzrə “yol xəritəsi” uğurla icra edilmiş, 

bank  sektorunun  rəqabət  qabiliyyəti  yüksəlmiş  və  maliyyə  dərinliyi  artmışdır.  2017-cı  ildə  bank 

sektorunun  artım  tempinin  iqtisadiyyatın  artım  tempi  ilə  uzlaşması,  Mərkəzi  Bankın  əsas  prioriteti 

olmuşdur.  Bununla  əlaqədar,  bank  xidmətləri  bazarında  risklərin  qarşısının  alınması  məqsədi  ilə 

Maliyyə Bazarlarına Nəzarət Palatası bir sıra tədbirlər həyata keçirmişdir. 

Real sektor, xarici sektor, monetar sektor, bank-maliyyə sistemi və millihesablar sistemi analitik 

statistikanın  əhatəsi  genişləndirilmişdir.  Bank-maliyyə  statistikası  üzrə  hesabatlığın  və  statistik 

bülletenlərin  mikro  əhatəsinin  genişləndirilməsi  davam  etdirilir.  Aktivlərin  uzunmüddətli  dinamikası 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

303  

26-27 October 2018, Baku, Azerbaijan 

bank  sektorunun  sürətli  artım  fazasının  daha  təmkinli  artımla  əvəz  olunmasını  əks  etdirir.  Bankların 

bir çoxu dayanıqlılıq prinsiplərindən istifadə edərək banklarda resurs və aktivlərin inkişaf etdirilməsi 

üzərində müvəffəqiyyət qazanaraq oz daxili kapitallarının həcmini artıraraq bank sistemində muəyyən 

gəlirlərə  nail  olmuşlar.  Həmçinin  bu  dayanıqliliğa  tab  gətirməyən  banklar  isə  öz  növbəsində  muflis 

olaraq  bank  lisensiyalarından  imtina  etmişlər.  İl  ərzində  fəaliyyət  göstərən  xarici  kapitallı  bankların 

sayı  23-ə  çatmış  və  bank  sektoruna  xarici  kapital  investisiyalarının  həcmi  105,2  mln.  manat  (23%) 

artaraq 566,8 mln. manata çatmışdır. Banklar mürəkkəbləşən makroiqtisadi proseslər fonunda aparıcı 

reytinq agentlikləri tərəfindən müəyyən edilən reytinqlərini qoruyub saxlaya bilmişlər [1,s.7]Hesabat 

ilində  iqtisadiyyatın  maliyyə  xidmətlərinə  tələbatının  ödənilməsi,  maliyyə  xidmətlərinə  çıxış 

imkanlarının  artırılması  məqsədiləbankların  filial  şəbəkəsinin  və  digər  struktur  bölmələrinin 

genişləndirilməsiprosesi  davam  etmişdir.  2014-cü  il  ərzində  bankların  50  yeni  filialı  açılmış,  bank 

fıliallarının  sayı  752-ə  çatmışdır.  Yeni  14  bank  şöbəsi  açılmış  və  bank  şöbələrinin  sayı  148-ə 

çatmışdır.  Yeni  açılmış  bank  filiallarının  37-i  ölkənin  müxtəlif  regionlarının  payına  düşür.  Aparılan 

statistik  təhlilə  əsasən  01.01.2014-cü  il  tarixinə  cəmi  bank  fıliallarının  389-u  regionlarda  fəaliyyət 

göstərir.  2014-cü  ildə  də  kredit  təşkilatları  tərəfindən  regionların  kreditləşdirilməsi  prosesi  davam 

etdirilmişdir ki, il ərzində regionlara kredit qoyuluşları 54,6% artmışdır. Bank sektorunun inkişafı ilə 

yanaşı məhdud bank xidmətlərini göstərən digər maliyyə institutlarının dafəaliyyəti genişlənmişdir [2, 

s.6]  Qeyri-bank  kredit  təşkilatları,  о  cümlədən  kredit  ittifaqları,  bank  olmayan  kredit  təşkilatları  və 

digər  bu  növ  maliyyə  təsisatlarının  sayı  157-ə  onların  filiallarının  sayı  isə  212-ə  çatmışdır.  Aparılan 

islahatlar nəticəsində il ərzində qeyri-bank kredit təşkilatlarının ümumi aktivləri 20%, onlar tərəfindən 

verilmiş kreditlərin həcmi isə 21% artmışdır. Bank infrastrukturunun coğrafi şəbəkəsinin genişlənməsi 

iqtisadi  agentlərin,  xüsusilə  də  əhalinin  bank  xidmətlərinə  çıxış  imkanlarınıgenişləndirmişdir.  İl 

ərzində  bankların  ümumi  əmanət  və  depozitləri  (maliyyə  təşkilatlarının  depozitləri  daxil  olmaqla) 

23,9%  artaraq  15453,4  mln.  manata  çatmış  və  cəmi  öhdəliklərin  73,5%-ni  təşkil  etmişdir.  Həmçinin 

qeyd  etmək  lazımdır  ki,  2014-cü  ildə  əhalinin  əmanətləri12%  artaraq  7188,4  mln.  manata  çatmış, 

onların bankların öhdəliklərində xüsusi çəkisi isə 29% təşkil etmişdir. Korporativ sektorun depozitləri 

41% və ya 1148 mln. manat artaraq 01 yanvar 2015-ci il tarixinə 3966,9 mln. manat təşkil etmişdir. 

Müqayisə  üçün  qeyd  edək  ki,  2013-cü  ildə  korporativ  sektorun  depozitləri  bir  qədər  aşağı,  bu  il  isə 

artım  0,6%  olmuşdur.  Korporativ  sektorun  müddətli  depozitləri  66%,  tələbli  depozitləri  isə  33% 

artmışdır. Korporativ sektorun depozitlərinin resurs bazasında payı 16%-ə çatmışdır ki, 2016-cı ildə 

isə bu göstərici 12% olmuşdur.(3,s78) 

2016-cı  ildə  kredit  portfelinin  artım  tempinin  sabitləşməsi  fonunda  likvid  aktivlər  və 

investisiyaların  aktivlərdə  xüsusi  çəkisi  23%-ə  çatmışdır.  Kredit  portfelininartımının  əsas  mənbəyi 

əhalinin əmanətləri və korporativ sektorun depozitləri olmuşdur. Uzunmüddətli kreditlərin həcmi 21% 

artaraq ilin sonuna 15681.3 mln. manat təşkil etmişdir. Hesabat ilində bank sektorunun iqtisadi artıma 

maliyyə  dəstəyi  davam  etmişdir.  Belə  ki,  2016-cı  il  ərzində  banklar  üçün  iqtisadiyyatın  müxtəlif 

istehsal  sahələrinin  kreditləşməsi  prioritet  olmuşdur.  İl  ərzində  kredit  qoyuluşları  rabitə  və  nəqliyyat 

sektorunda  45%,  sənaye  və  istehsal  sektoruna  34%,  kənd  təsərrüfatı  və  emala  16%,  inşaat  və  əmlak 

sektoruna  8%  artmışdır.  Bank  sisteminin  məcmu  kapital  adekvatlığıartaraq  19,2%-ə,  Idərəcəli 

kapitalın  adekvatlıq  əmsalı  isə  artaraq  15,4%-ə  çatdırıldı.  (4,s294).  2016-cı  ildə  bankların  əldə 

etdikləri  mənfəət  (vergi  ödənilənədək)  458  mln.  manat  olmuş,  vergilər  ödənildikdən  sonra  isə  xalis 

mənfəətin həcmi ötən illə müqayisədə 38% artaraq 370,54 mln. manat təşkil etmişdir. 

Dövlətin  iqtisadi  və  sosial  təhlükəsizliyini,  maliyyə  və  təbii  sərvətlərdən  səmərəli  istifadə 

edilməsini  təmin  etmək  üçün  müvafiq  tədbirlər  hazırlanır  və  bütün  bu  tədbirlər  sistemi  dövlətin 

maliyyə  və  iqtisadi  siyasətinin  əsasını  təşkil  edir.  Maliyyə  siyasətinin  hasırlanması  zamanı  ticari 

malların,  yəni  qiymətləri  dünya  bazarında  müəyyən  olunan  əmtəələrin  konyunkturu  haqqında 

informasiya  dəyişdiyi  üçün  önun  dinamik  öyrənilməsi  və  gələcək  vəziyyətinin  proqnozlaşdırılması 

tələb  olunur.  Həmin  proqnozlar  ölkənin  büdcəsinin  tərtibində  və  müvafiq  iqtisadi  siyasətin 

hazırlanmasında  istifadə  edilir.  Qeyd  etmək  lazımdır  ki,  iqtisadiyyatın  inkişafına  təsir  göstərən 

aşağıdakı amilləri proqnozlaşdırma zamanı nəzərə almaq lazımdır: 

-  müxtəlif bazarlarda tələb və təklifin müqayisəli təhlili və istehsal qiymətləri arasında fərqlərin 

aşkar edilməsi; 

- təsərrüfat  vahidlərinin  istehsal  ehtiyyatlarının  və  maliyyə  vəsatlərinin  davamlılığının 

öyrənilməsi; 



Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin