"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə63/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   59   60   61   62   63   64   65   66   ...   78
Conferance Book Economy.(3)


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

304  

26-27 October 2018, Baku, Azerbaijan 

- istehsal və idxalın dəyişməsi ilə əlaqədar daxili bazarın quruluşu

- real  tələbatın  artmasının  istehsalın  artmasına  təsiri  və  ya  ehtiyatların  azalmasına  görə  və 

idxalın artması; 

- iqtisadi aktivliyin, məşğulluğun və gəlirlərin dəyişməsi

- istehsal və istehlak qiymətlərinin dəyişməsinin əhalinin alıcılıq qabiliyyətinə təsiri və müvafiq 

olaraq  konyunktur  dəyişikliyi  (konyunktur  dəyişikliyi  əvvəl  dünya,  sonra  ölkə  və  nəhayət  təsərrüfat 

vahidi  səviyyəsində  baş  verir).  Təcrübə  göstərir  ki,  müasir  informasiya  texnologiyalarının  və 

metodologiyanın  tətbiqi  statistik  məlumatların  işlənməsində  köklü  dəyişikliyə  səbəb  olmuşdur.  Belə 

ki, köhnə üsullarla informasiyanın işlənməsi alınmış nəticənin keyfiyyətinin lazımi səviyyədə olmasını 

təmin etmir.  

Bu metodoloji material əsasən üç bölmədən ibarətdir: 

 statistik məlumatların keyfiyyət göstəriciləri

 statistik məlumatların istehsalı prosesində əmələ gələn tipik səhvlər; 

 statistik müayinələrdə səhvlərin hesablanması metodu. 

Statistik  məlumatların  faydalılığı,  dəqiqliyi,  reprezentativliyi,  müqayisəliliyi,  əldə  edilmə 

mümkünlüyü,  şəffaflığı,  əlaqəliliyi,  əhatə  dairəsi  keyfiyyət  göstəriciləri  bölməsində  araşdırılmışdır. 

(5,s45)  Statistik  müşahidə  prosesində  əmələ  gələn  səhvlər  müxtəlif  mərhələləri  (seçmə,  sorğu  və 

məlumatların işlənməsi) əhatə edir. Yaranan səhvlərin təsnifatı ikinci bölmədə göstərilmişdir.  

Üçüncü  bölmədə  səhvlərin  hesablanma  alqoritmi  araşdırılır.  Əmələ  gələn  səhvlərin  səviyyəsi 

seçmə əlaməti üzrə variasiya əmsalından, müayinənin əhatə dairəsindən, sorğuya cavab vermə dərəcə-

sindən, klasterləşmədən və s. amillərdən asılı olduğu üçün, müşahidə prosesinin müvafiq mərhələlərin-

də nəzarət zəruridir. Ona görə də müşahidə proqramında keyfiyyətə nəzarət sistemi texnoloji prosesin 

bütün mərhələlərini əhatə etməlidir. Qeyd edilməlidir ki, bu mövzunun hazırlanmasında statistika üzrə 

beynəlxalq  təşkilatların  təlimatlarına,  müşahidələrin  aparılmasına  dair  dərsliklərə  və  mövcud  təcrü-

bələrə  istinad  edilmişdir.  Son  3  il  ərzində  ölkə  daxilində  inflyasiya  bir  qayda  olaraq,  xarici  ticarət 

tərəfdaşı  ölkələrindən  aşağıdır.(6,s,165).Faktiki  kapital  adekvatlığı  göstəriciləri  Mərkəzi  Bankın 

müəyyən  etdiyi  minimal  normalar  və  beynəlxalq  təcrübədə  qəbul  olunmuş  minimal  səviyyədən 

yüksəkdir.  İl  ərzində  xarici  iqtisadi  əməliyyatların  müsbət  saldosunun  əldə  olunmasında  neft-qaz 

sektoru mühüm rol oynamışdır. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin və təbii qazın 

ixracı  və  bu sektora  cəlb  edibn  xarici  kapitalın  hesabına formalaşır.Fikrimizcə,  ölkə  iqtisadiyyatının 

hazırkı  inkişaf  durumunda  Azərbaycan  hökuməti  investisiyaların  artırılmasından  və  tənzimləmə 

vasitəsi  kimi  iqtisadiyyatın  pul  kütləsi  ilə  təminatının  tarazlaşdırılmasından  istifadə  etməlidir. 

Beynəlxalq  təcrübəyə  görə  investisiyaların  artımı  xeyli  dərəcədə  pul  kütləsinin  təklifindən  asılıdır. 

Keçən əsrin  50-  ci illərində  meydana  gələn  monetarizm  nəzəriyyəsinin  nümayəndələri  də  belə  hesab 

edirlər ki, iqtisadi inkişafı müəyyən edən birinci vasitə puldur. Monitarizmdə pul kütləsinə təsərrüfat 

konyunkturuna  güclü  təsir  göstərən  amil  kimi  baxırlar.  Onların  fikirincə,  tədavüldə  olan  pul  kütləsi 

qiymətlərin  və  milli  gəlirin  dinamikasına  birbaşa  uyğun  gəlməlidir, daha  doğrusu,  onların arasındakı 

nisbət düz mütənasib asılılığa malikdir.  

Respublikamızda  monetizasiya  səviyyəsi(6,7%)  iqtisadi  təhlükəsizliyin  beynəlxalq  səviyyədə 

qəbul  edilən  astana  kəmiyyətindən(50%)  xeyli(43,3  faiz  bəndi)  geri  qalır.  İnkişaf  etmiş  ölkələrin 

təcrübəsi sübut edir ki, pul kütləsinin ÜDM- ə nsibətinin müvafiq təhlükəsizlik indikatorundan xeyli 

aşağı  olması  iqtisadi  proseslərin  gedişində  xoşagəlməz  halların  formalaşması  mənbəyi  kimi  çıxış 

edir.(7,s,235)   

Azərbaycan üçün monetizasiya səviyyəsinin indiki birrəqəmli durumu ölkədə pul əməliyyatları-

nın  dollarlaşmasına,  eləcə  də  qarşılıqlı  borcların  artımına  rəvac  verən  təhlükəli  təhdidlərdən  hesab 

edilir.  Ona  görə  də  gələcəkdə  ölkənin  pulla  təminatı  səviyyəsinin  tədricən  iqtisadi  təhlükəsizliyin 

müvafiq  astana  kəmiyyətinə  yaxınlaşdırılması  üçün  lazımi  addımlar  atılmalıdır.Bununla  yanaşı, 

manatın  xarici  dönərli  valyutalara  nisbətən  məzənnəsinin  müəyyənləşdirilməsi  mexanizminin 

təkmilləşdirilməsi  üzrə  tədbirlərin  görulməsi,  habelə,  əhalinin  mənzil  şəraitini  yaxşılaşdırmaq  və 

sərbəst pul kütləsini daşınmaz əmlak bazarına yönəltmək məqsədilə ipoteka kreditinin yaradılması və 

inkişafı  üzrə  dövlət  proqramının  işlənib  hazırlanması  nəzərdə  tutulmuşdur.  Bundan  əlavə,  ölkədə 

həyata  keçirilən  alqı-satqi  əməliyyatlarında,  o  cümlədən  ticarət  şəbəkələrində  xarici  valyutalarla 

hesablaşmaların qarşısını almaq məqsədilə hüquqi, inzibati və təşkilati tədbirlərin işlənib hazırlanması 

və həyata keçirilməsi zərurəti əsaslandırılmışdır. 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

305  

26-27 October 2018, Baku, Azerbaijan 

NƏTİCƏ 

Qeyd  olunanlardan  belə  nəticəyə  gəlmək  olar  ki,  ölkədə  iqtisadi  artım  sürətinin  dayanıqlı 

olmasını təmin etməyin əsası Ümumi Daxili Məhsulun pul kütləsinin həcminə uyğunluğunun tənzim-

lənməsindən ibarətdir. Onu da qeyd etmək lazımdır ki, dövriyyədəki pul kütləsi həcminin dəyişməsinə 

ani  müddətdə  reaksiya  verən  qiymətlərin  nəzarətsiz  yüksəlişi  şəraitində  pulun  dövretmə  sürətinin 

nizamlanması  tədbirləri  yalnız  qısamüddətli  səmərə  verə  bilər.  Yaddan  çıxarmaq  olmaz  ki,  iqtisadi 

artım yalnız tədiyyəqabiliyyətli tələbin səviyyəsinin əmtəə təklifinə uyğunluğu şəraitnidə mümkündür. 

Əgər tələb davamlı olaraq təklifdən geri qalarsa, onda bizim son vaxtlar şahidi olduğumuz əmtəə təklifi 

də ixtisar olunacaqdır. Mərkəzi Bank inflyasiyanın və məşğulluğun gələcək dinamikasını öyrənməklə 

mühüm  nəticələr  əldə  etmişdir.  İnkişafın  istiqamətlərinin  düzgün  proqnozlaşdırılması  və  obyektiv 

qərarların generasiyası dolğun və hərtərəfli informasiya təminatına  əsaslanır və yalnız doğru statistik 

məlumatları ekonometrik təhlil, modellər vasitəsi ilə proznozlaşdırmaq mümkündür. Alınmış nəticələr 

çərçivəsində  tsikli  qabaqlayan  və  tsiklə  nisbətdə  gecikən  indikatorlar  formalaşdırılmışdır.  İl  ərzində 

müxtəlif  ekonometrik  metodlardan  istifadə  etməklə,  biznes  tsiklləri  və  iqtisadi  fluktuasiyaların 

mənbələri  tədqiq  edilmişdir.  “Tsiklik  barometrinölçülməsi”  adı  ilə  aparılan  bu  tədqiqat  çərçivəsində 

məcmu buraxılış kəsirinin mövcud vəziyyəti və perspektiv dəyişmə meyli, habelə iqtisadiyyatın tsikl 

üzrə  yerləşmə  nöqtəsi  qiymətləndirilmişdir.  İqtisadi  (maliyyə  və  qeyri-maliyyə)  aktivlərə  sərmayə 

qoyuluşu  ekoloji,  iqtisadi  və  insan  kapitalınin  kəmiyyət  və  keyfiyyətinin  düzgün  statistikasını  tələb 

edir.  Bu  məsələlərin  vaxtında  həll  edilməməsi  qoyulmuş  sərmayələrin  effektivliyini  və  strukturunu 

müəyyənləşdirmək  üçün  çətinlik  yaradır.  Hətta  fəaliyyətin  son  nəticəsi  ilə ilkin xərclərin  müqayisəsi 

belə  mümkün  olmur.  Uzunmüddətli  dövrdə  iqtisadi  diversifikasiya  və  ixrac  yönümlü  iqtisadiyyatın 

dəstəklənməsi  istiqamətində  idxal  və  ixracın  daxili  və  xarici  tələbə,  həmçinin  məzənnəyə  elastikliyi 

tədqiq edilmişdir. Alınmış nəticələr qlobal şokların və məzənnədəki dəyişikliklərin  transmissiyasının 

qiymətləndirilməsindəmühüm rola malikdir. Maliyyə sisteminin inkişafının tədqiqiistiqamətində bank 

sektorunun  maliyyə  vasitəçiliyi  və  iqtisadi  artım  arasında  əlaqə  qiymətləndirilmişdir.Bütün  bu 

problemləri  sistemli  araşdırmaq  ücün  beynəlxalq  təşkilatlar  tərəfindən  davamlı  inkişaf  konsepsiyası 

irəli  sürülmüşdür.  Həmin  konsepsiyaya  əsasən  sərmayənin  optimal  qoyuluşu  ölkədə  iqtisadi  inkişafa 

və sosial ədalətin bərpa olunmasına yönəndilir. 



 

İSTIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT 

1. 


Azərbaycanın statistik göstəriciləri , Bakı-2013-cü il. 

2. 


Azərbaycanın statistik göstəriciləri , Bakı- 2014-cü il. 

3. 


Z.F.Məmmədov Pul və Banklar. Bakı -2008 ,399 s. 

4. 


Ələkbərov Ə.Ə. Sosial-iqtisadi inkişafın maliyyə - büdcə parametrlərinin                                                                

tənzimlənməsi (monoqrafiya) Bakı, «Elm», 2007, 448 s. 

5. 

Трубникова Е.И. Координация деятельности органов контроля за исполнением                                               



федерального бюджета // Финансы и кредит. 2008, № 6 

6.    Ə.Q.Əlirzayev Təcrübə meyllər və perspektiv istiqamətlər. Bakı-2005 

7.  

Dünya ölkələrinin bank sistemi. T.T.Əliyeva , T.V.Əsgərova. Bakı -2016 



 

 

 



 

FİSKAL SİYASƏT VƏ İQTİSADİ ARTIM. DÖVLƏT              

XƏRCLƏRİNDƏ OPTİMALLIQ PRİNSİPLƏRİ 

 

i.ü.f.d, Abbasov Ceyhun Abbas 

Bakı mühəndislik Universitet 

ceyhunabbasoglu@gmail.com

 

 



XÜLASƏ 

Tədqiqat  işində  dövlət  xərclərinin  optimal  bölgüsünün  tədqiqi  ilə  əlaqədar  nəzəri  müddəalar  müzakirə 

edilmiş  və  neftlə  zəngin  ölkələrdə  optimallaşdırma  məsələsinin  həlli  üçün  hesablamalar  həyata  keçirilmişdir. 

Məlumdur ki, dövlət xərcləri iqtisadi təsnifat üzrə kapital və cari olmaqla iki əsas istiqamətə ayrılır. Bu səbəbdən 

əsas tədqiqat obyektinə həm də tarazlıq məsələsinin quruluşu və həlli xüsusiyyətləri də daxil edilmişdir. Çünki, 

hökumətin kapital xərcləri ümumi buraxılışın inputu olduğu halda, cari xərcləri isə ev təsərrüfatlarının faydalılı-



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

306  

26-27 October 2018, Baku, Azerbaijan 

ğının endogen dəyişəni olur. Müəyyən olunmuşdur ki, Azərbaycanda dövlət büdcəsinin kapital və cari xərclərinin 

iqtisadi  artıma  maksimum  təsir  etməsi  üçün  kapital  xərclərinin  büdcə  xərclərindəki  payı  24.8%,  cari  xərclərin 

payı 75.2% olmalıdır. 



Açar sözlər: Fiskal xərclər, kapital və cari xərclər, ev təsərrüfatlarının faydalılığı, ümumi buraxılış funk-

siyası, dayanıqlı iqtisadi artım.  



FISCAL POLICY AND ECONOMIC GROWTH. OPTIMIZATION PRINCIPLES                                              

OF GOVERNMENT SPENDING 

ABSTRACT 

In the research work, the theoretical framework related with the aplication of the optimal composition of 

Government spending  has been discussed and the calculation for solution of optimization problem  was carried 

out for oil reach countries. It is known that, public spending is divided into two major areas - capital and current, 

as an economic classification. Therefore, the main research object also includes the structure and the solution of 

the  equilibrium  issue.  Because  the  Government's  capital  expenditure  is  the  input  of  a  output  function,  while 

current  expenditure  is  an  endogenous  variable  in  the  households'  utility  function.  It  was  determined  that,  the 

share of capital expenditures in state budget should be 24.8% and the share of current expenditures  - 75.2% in 

order to maximize the economic growth in Azerbaijan. 

Key words: Fiscal Expenses, capital and current expenses, the households' utility, output function, sustai-

nable economic growth. 

 

 

1. Giriş 

Fiskal xərclərin  bu  və  ya  digər  formada  bölüşdürülməsinin effektlərinin  qiymətləndirilməsi  ilə 

əlaqədar  dünya  miqyasında  məşhur  olan  tədqiqat  işləri  kimi  Barro  [1]  və  Devarajan  [2]  tərəfindən 

aparılmış  tədqiqat  işlərini  misal  göstərmək  olar.  Həmçinin  Chen  tərəfindən  qiymətləndirilmiş  və 

hökumətin investisiya və istehlak xərcləri ilə iqtisadi artım arasındakı əlaqəyə həsr olunmuş endogen 

artım  modeli  də  ən  çox  maraq  çəkən  metodologiyalardan  biridir  [3].  O  Barronun  yanaşmasını  əsas 

götürməklə  içtimai  istehlak  xərclərini  ev  təsərrüfatlarının  faydalılıq  funksiyasına,  məhsuldar  olduğu 

fərz  olunan  investisiya  xərclərini  isə  istehsal  (ümumi  buraxılış)  funksiyasına  əlavə  etmiş  və  iddia 

etmişdir  ki,  məhsuldar  içtimai  xərclərin  geniş  payına  malik  olan  ölkələr  yüksək  iqtisadi  artıma  da 

malik  olurlar.  Göründüyü  kimi  burada  içtimai  xərclərin  (O  hökumətin  kapital  və  istehlak  xərclərini 

nəzərdə tuturdu) mövcudluğu yox onun məhsuldarlığı və ya səmərəliliyi önə çəkilir.  

Digər tədqiqatçılardan Chen və b. [4], Lee və s. müəlliflər tərəfindən təqdim olunmuş tədqiqat 

işlərində də həmçinin hökumət büdcəsinin optimal bölüşdürülməsi və onların iqtisadi inkişafdakı rolu 

ilə əlaqədar maraqlı nəticələrə rast gəlmək olar. Qeyd olunan bu tədqiqatçıların işləri ilə yanaşı dövlət 

büdcə  xərclərinin  optimal  bölgüsünün  tədqiqinə  həsr  olunmuş  bir  sıra  digər  beynəlxalq  və  yerli 

tədqiqat işləri də vardır ki, onlardan bəziləri barədə qısa şərhlər verməyə çalışacağıq. Məsələn; Chen 

hökumət  xərclərinin  iqtisadi  artıma  təsirinin  səmərəliliyinin  təhlil  olunması  məqsədi  ilə  bu  xərclərin 

istehlak və investisya xərcləri arasında optimal bölüşdürülməsi problemini tədqiq etmişdir [5, s. 123-

136].  Bundan  başqa  biz  həmçinin  Chun-Hung  Chen  və  b.  [4,  s.  57–74],  Yan  and  Mukai  [6,  s.  345–

371],  Pujowidianto,  Lee,  Chen  [7],  Hillestad  [8,  s.  1091-1098]  və  başqa  tədqiqatçıların  büdcə 

xərclərinin  optimal  bölüşdürülməsi  məsələsi  ilə  əlaqədar  təklif  etdikləri  tədqiqat  işləri  ilə  də  tanış 

olduq. 


Bəzi yerli tədqiqat işlərində də bu problemlə yaxından əlaqəli olan problemlərin tədqiqinə rast 

gəlmək mümkündür. Belə ki, Türkiyədə təşkil olunmuş X Ekonometrika və statistika konfransına tək-

lif edilmiş “Bütçe harclama kanallarının sosyo-ekonomik kalkınma göstergelerine etkisi” adlı tədqiqat 

işində [9] Azərbaycan iqtisadiyyatı üzrə büdcə xərclərinin fiskal və monetar siyasətin bir sıra göstəri-

cilərinə (inflyasiya,  əmək  haqqı, ÜDM-in artımı və s.) təsiri ekonometrik qiymətləndirilərək təhlillər 

aparılmışdır.  Bundan  başqa  Bakı  şəhərində  «Qloballaşma  və  regional  iqtisadi  inkişaf»  mövzusunda 

keçirilən beynəlxalq konfransın "Müasir qloballaşma dövründə davamlı insan inkişafı konsepsiyası və 

insan kapitalı” adlı materialında investisiya xərcləri, o cümlədən büdcə xərclərinin (Təhsil, elm səhiy-

yə və s) İnsan kapitalı, İnsan İnkişafı İndeksinə təsirinin ekonometrik modeli verilmişdir.  

Qeyd olunduğu kimi işin əsas məqsədi büdcə xərclərinin qeyd olunan xərc maddələri arasında 

optimal bölgüsünün müəyyən edilməsidir ki, hansı ki, bu bölgüdə büdcə xərclərinin hər nəfərə düşən 

gəlirlərin  artımına  maksimum  təsiri  təmin  olunur.  Optimallaşdırma  kursundan  məlumdur  ki,  xətti  və 

qeyri-xətti proqramlaşdırma məsələləri optimal həllərin tapılmasında geniş istifadə olunurlar.  


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

307  

26-27 October 2018, Baku, Azerbaijan 

2. Metodologiya  

Bu  problemin  metodologiyası  iki  əsas  fundamental  makroiqtisadi  məsələnin  üzərində 

qurulmuşdur.  Belə  ki,  dövlət  xərclərinin  iqtisadi  artıma  maksimum  təsirinin  tədqiq  olunmasında 

faydalılıq və ümumi buraxılış funksiyalarından istifadə olunur. Gəlin əvvəlcə faydalılıq funksiyası ilə 

başlayaq. Chakravarty mənfi olmayan elastiklik əmsalı ilə verilən ümumi faydalılıq funksiyasının ilk 

dəfə  D.  Bernoulli  tərəfindən  təklif  olunduğunu  göstərmişdir  [10,  s.  338-355].  Digər  tərəfdən  isə  O 

optimal  yığım  səviyyəsini  tədqiq  edərkən  bu  məsələnin,  yəni  optimal  yığım  səviyyəsinin  faydalılıq 

funksiyasının fonunda iqtisadi artıma  təsiri  məsələsinin  ilk  dəfə  Ramsey  [11,  s. 543-559]  tərəfindən 

araşdırıldığını qeyd etmişdir.  

Dövlət  xərclərinin  optimal bölüşdürülməsi  və  iqtisadi artım  məsələsi ilk  dəfə  Barro tərəfindən 

tədqiq  edilmişdir  [12,  s.  103-125].  O  “Government  Spending  in  a  Simple  Model  of  Endogeneous 

Growth”  adlı  əsərində  dövlət  xərclərinin  iqtisadi  artıma  maksimum  təsir  edə  biləcək  optimal 

bölgüsünün  müəyyənləşdirilməsi  metodologiyasını  işləyib  hazırlamışdır.  Onun  konsepsiyası  sabit 

gəlirli  kapitala  əsaslanan  endogen  artım  modelinin  üzərində  qurulmuşdur.  Barro  fərz  edir  ki, 

hökumətin bütün xərcləri investisya (ing: productive) xarakterli xərclərdir [12]. Onun fikrincə sonsuz 

həyat,  qapalı  iqtisadiyyat  şərtləri  daxilində  ev  təsərrüfatları  həmişə  özünün  faydalılığını  maksimum 

etməyə rasional reaksiya göstərir.  

3. Büdcə xərclərinin səmərəliliyinin qiymətləndirilməsi 

Beləliklə,  yuxarıda  müzakirə  olunmuş  nəzəri  çərçivələrdən  istifadə  etməklə  aparılmış 

hesablamalar  nəticəsində  dövlət  büdcəsinin  kapital  xərclərinin  optimal  payının  təyin  olunması  üçün 

optimallıq şərti aşağıdakı kimi müəyyən olunmuşdur: 

Əgər 𝜔

1



 dövlət büdcəsinin kapital xərclərinin optimal payıdırsa, hansı ki, bu bölgü ilə hökumət 

dayanıqlı iqtisadi artıma maksimum təsir edə biləcək, onda ümumi buraxılış funksiyasında 𝑓

𝑔

1

 və 



𝑓

𝑔

2



 

bərabər olmalıdırlar. Burada, f ümumi buraxılış funksiyasıdır. 

Deməli, 

𝑓

𝑔



1

− 𝑓


𝑔

2

= 0 tənliyinin dövlət büdcəsinin kapital xərclərinin payına (𝜔



1

) nəzərən həlli 

bizə dövlət büdcə xərclərinin optimal bölgüsünü (

𝜔

1



) verir. Beləliklə, əgər 

𝜔

1



 optimal həldirsə, onda 

dayanıqlı  iqtisadi  artımın  (𝜇)  dövlət  büdcəsinin  kapital  xərclərinin  payına  (𝜔

1

)  nəzərən  törəməsi  bu 



nöqtənin (

𝜔

1



) sol tərəfində müsbət (

𝜇

𝜔

1



> 0), sağ tərəfində isə mənfi (𝜇

𝜔

1



< 0) olacaqdır. Bu belə bir 

məntiqi  nəticəyə  gəlməyə  imkan  verir  ki,  əgər 

𝑓

𝑔

1



> 𝑓

𝑔

2



  olarsa,  onda  dayanıqlı  iqtisadi  artımın 

büdcənin  kapital  xərclərinə  nəzərən  törəməsi  müsbət,  yox  əgər 

𝑓

𝑔

1



< 𝑓

𝑔

2



  şərti  mövcud  olarsa,  onda 

qeyd olunan marjinal dayanıqlı iqtisadi artım mənfi olacaqdır. 

Bu bölmədə büdcə xərclərinin səmərəliliyi optimallaşdırma məsələsi vasitəsi ilə araşdırılmışdır. 

Optimallaşdırma  məsələsi  büdcə  xərclərinin  hər  nəfərə  düşən  gəlirlərə  maksimum  təsirirnin 

müəyyənləşdirilməsi  kimi  qoyulmuşdur.  Büdcə  xərclərinin  kapital  və  cari  xərc  maddələri  arasında 

optimal  bölüşdürülməsi  məsələsinin  nəzəri-metodoloji  xüsusiyyətləri  2-ci  bölmədə  ətraflı  müzakirə 

olunmuşdur.  Əgər  𝜔

1



  dövlət  büdcəsində  kapital  xərclərinin  optimal  payı  olarsa,  onda  istehsal  və 

yaxud  ümumi  buraxılış  funksiyasının  dövlət  büdcəsinin  kapital  xərclərinə  nəzərən  birinci  tərtib 

törəməsi  (

𝑓

𝑔



1

) ümumi buraxılış funksiyasının dövlət büdcəsinin cari xərclərinə nəzərən birinci tərtib 

törəməsinə  (

𝑓

𝑔



2

)  bərabər  olmalıdır.  Burada,  f  istehsal  və  yaxud  ümumi  buraxılış  funksiyasıdır.  Bu 

funksiyadan 

𝑓

𝑔



1

 və 


𝑓

𝑔

2



 marjinal ifadələrini aşağıdakı kimi təyin edə bilərik:  

𝑓

𝑔



1

= 𝛿


2

1

𝑔



1

 (3.1) 


𝑓

𝑔

2



= 𝛿

3

1



𝑔

2

 (3.2) 



Burada, f istehsal və yaxud ümumi buraxılış funksiyasını, 

𝑔

1



 və 

𝑔

2



 uyğun olaraq dövlət büdcə-

sinin kapital və cari xərclərini, 

𝛿

2

 və 



𝛿

3

 uyğun olaraq dövlət büdcəsinin kapital və cari xərclərinin ve-



rilmiş empirik istehsal funksiyasındakı əmsallarını ifadə edir. 

Beləliklə, Yuxarıda qeyd olunduğu kimi dövlət büdcəsinin kapital və cari xərclərinin istehsala 

və ya ümumi buraxılışa maksimum təsir etməsi üçün 

𝑓

𝑔



1

 və 


𝑓

𝑔

2



 bir-birinə bərabər olmalıdır. Bunu aşa-

ğıdakı kimi yaza bilərik:  

 

𝛿

2



1

𝑔

1



= 𝛿

3

1



𝑔

2

 (3.3) 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

308  

26-27 October 2018, Baku, Azerbaijan 

(3.3) eyniliyində verilmiş 

𝑔

1

 və 



𝑔

2

 müvafiq olaraq dövlət büdcəsinin kapital və cari xərclərinin 



məbləğləridir. 

𝛿

2



  və 

𝛿

3



  əvvəlki  bölmədə  aparılmış  qiymətləndirmələrdə 

𝛿

2



= 0.10,  𝛿

3

= 0.30  kimi 



əldə olunmuşdur.  

Beləliklə,  müəyyən  olundu  ki,  Azərbaycanda  dövlət  büdcəsinin  kapital  və  cari  xərclərinin 

iqtisadi artıma maksimum təsir etməsi üçün kapital xərclərinin büdcə xərclərindəki payı 24.8%, cari 

xərclərin payı 75.2% olmalıdır.  



4. Nəticə 

Beləliklə empirik təhlil göstərdi ki, 2005Q1-2017Q3 dövrü üçün Azərbaycanda ümumi buraxılış 

funksiyasının dövlət büdcəsinin kapital xərclərinə nəzərən marjinal dəyəri (birinci tərtib törəməsi) bu 

funksiyanın dövlət büdcəsinin cari xərclərinə nəzərən marjinal dəyərindən kiçik olmuşdur (𝑓

𝑔

1

< 𝑓



𝑔

2

). 



Lakin  müəyyən  edildiyi  kimi  dövlət  büdcəsinin  kapital  xərcləri  o  vaxt  məhsuldar  sayıla  bilər  ki, 

𝑓

𝑔



1

> 𝑓


𝑔

2

  olsun.  Başqa  sözlə,  dayanıqlı  iqtisadi  artımın  dövlət  büdcəsinin  kapital  xərclərinin  payına 



nəzərən birinci tərtib törəməsi (

𝜇

𝜔



1

) o vaxt müsbət ola bilər ki, 

𝑓

𝑔

1



> 𝑓

𝑔

2



 şərti ödənilsin. Tədqiqatın 

nəticəsi  isə  göstərdi  ki,  əksinə  2017-ci  ilin  3-cü  rübündə  ümumi  buraxılış  funksiyasının  dövlət 

büdcəsinin kapital xərclərinə nəzərən birinci tərtib törəməsi, dövlət büdcəsinin car xərclərinə nəzərən 

birinci  tərtib  törəməsindən  kiçikdir  (

𝑓

𝑔

1



< 𝑓

𝑔

2



).  Bu  isə  o  deməkdir  ki,  büdcənin  kapital  xərcləri 

məhsuldar  olmamışdır.  Onun  payının  daha  da  yüksəldilməsi  ölkənin  dayanıqlı  iqtisadi  artımının 

dəyişiminə müsbət təsir etməyəcəkdir. Biz bu təhlili 2018-ci il üçün genişləndirə bilərik. Beləki, 2018-

ci ildə dövlət büdcəsinin xərclərinin 20905.7 mln. manat olması proqnozlaşdırılır [15, s. 22]. Deməli 

əgər  dövlət  bu  xərclərin  5184.6  mln.  manatını  kapital  yönümlü,  15721.1  mln.  manatını  isə  cari 

xərclərə  yönəltsə  onda  büdcə  vəsaitinin  bu  cür  xərclənməsi  iqtisadi  artıma  maksimum  artırıcı  təsir 

göstərəcəkdir. Dövlət büdcəsinin səmərəliliyinin təhlili nəticəsində müəyyən edildi ki, Azərbaycanda 

dövlət  büdcəsinin  kapital  və  cari  xərclərinin  iqtisadi  artıma  maksimum  təsir  etməsi  üçün  kapital 

xərclərinin büdcə xərclərindəki payı 24.8%, cari xərclərin payı 75.2% olmalıdır. 

 


Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin