Бизнесин тяшкили вя идаря едилмяси
150
XI FƏ Sİ L. Bİ ZNESDƏ REKLAM
FƏ ALİ YYƏ Tİ Nİ N TƏŞ Kİ Lİ
11.1. Reklam fə aliyyə tinin mahiyyə ti və mə zmunu
Düzgün reklam müraciəti - elanın diq-
qə ti özünə cə lbetmə də n mə hsulun satış ına im-
kan vermə sidir… Yüksə k sə viyyə li reklamçının
diqqə ti özundə n yayındırmamaq bacarığ ıdır.
Ə
gər naşı, təcrübəsiz işçiyə yaxşı reklam veril-
miş bu cür sə rt tə rif xoş gə lmirsə , mə n ona
mə slə hə t görürə m ki, o, öz ə vvə lki məşğ uliyyə t-
lə rinə qayıtsın və ə srin axırınadə k onlarla
məşğ ul olsun.
D.Oqilvi
Bazar münasibətlərinin inkişafı reklamsız imkansızdır. Ölkəmizdə
reklam müxtəlif formalı müəssisənin fəaliyyətində vacib şərtə çevrilmişdir.
O, milyonlarla insanların maraqlarına toxunur və onların həyatının ayrılmaz
hissəsinə çevrilir. Azərbaycan biznesi bütün bazar alətləri arasından reklamı
daha tez mənimsəyib və geniş istifadə edir. Bu onunla bağlıdır ki, reklam
marketinq kommunikasiya sistemində satışın stimullaşdırılması metodla-
rından ən əlverişlisidir.
Hər gün biz hamımız yerləşdiyimiz yerdən asılı olmayaraq reklam ilə
üzləşirik: işdə, evdə, nəqliyyatda, küçədə. O, hər yerdədir. İnsanların bir
qismi onu heç sevmir, nifrət edir. Bu ona görədir ki, reklam onların həyatına
daxil olaraq öz dəyərlərini tətbiq edir. Bəzi insanlar reklama anlayışlı
şə
kildə və yaxud yumor hissi ilə yanaşır, digərləri isə ona qarşı neytraldır.
Bu ondan irəli gəlir ki, reklamın müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də
mövcuddur.
Axı nəyə görə insanlar reklama bu cür münasibət göstərirlər. Çox
vaxt bu hal insanların hər gün gördükləri və üzləşdikləri reklamın özünü
təqdimetmə forma və keyfiyyətindən asılı olur.
Axı reklam nəyə görə lazımdır?
Bəlkə, reklamverənlər ona nahaqdan heç də artıq olmayan vəsait-
lərini sərf edirlər?
Ə
slində, reklam əlbəttə ki, gərəklidir. Hər şeydən öncə, reklam, tək-
lif edilən mallara olan tələbatı tənzimləyir. Reklamın hərəkət mexanizmi
çox sadədir – potensial alıcı özündə olmayan hər hansı bir mala edilmiş
reklamı eşidib və ya gördükdə onu almaq və ya əldə etmək istəyəcək, əlbətə
Бизнесин тяшкили вя идаря едилмяси
151
ki, buna imkanı çatarsa. Reklam – o gədər güclü alətdir ki, o, tamamilə
gərəksiz, lazımsız, rəqabətə dayanaqlı olmayan bir malın satınalmasına
kömək edə bilər.
Təəssüf ki, biz bir istehlakçı kimi tez-tez yorucu və keyfiyyətsiz,
yalnız qıcıqlandırıcı bir reklam ilə rastlaşırıq. Beləliklə, yadda saxlamaq
lazımdır ki. reklam işi də – bir incəsənətdir.
Malların istehsalçıdan alıcılara vaxtında çatdırılması, ayrı-ayrı isteh-
lakçı qruplarının sosial-demoqrafik xüsusiyyətləri, eləcə də insanların rasio-
nal tələbatları reklamın istifadəsini tələb edir. Bazar iqtisadiyyatı şəraitində,
rəqabət mühitində əmtəə çeşidinin mütəmadi olaraq yenilənməsi, mədəni-
məişət və təsərrüfat yönümlü əmtəələrin və bir çox texniki baxımdan mü-
rəkkəb olan məmulatların konstruksiya və quruluşunun çətinləşdirilməsində
reklamın rolu daha da artır. Əmtəələrin istifadəsində istehlakçı üsulları və
xüsusiyyətləri barədə əhalinin vaxtlı-vaxtında və ətraflı məlumatlandı-
rılması, reklamın başlıca məqsədidir. Reklamın başlıca məqsədlərini sxem
şə
klində göstərmək olar:
Ə
mtəə, firmanın və onun
məhsulunun prestijliyi
obrazının formalaşması
Satışın yüksəkliyini, gəlirin
artımını, əmtəə dövriyyəsi-
nin tezləşdirilməsini, lazımi
partnyorların axtarışı.
Satışın stimullaşdırılması.
Siyasi məqsədlərin, mənəvi
dayaqlarının gücləndiril-
məsi, təbiətin qorunması,
xəstələnmələrin azaldılması
və s. həyata keçirilir.
Sxem 11.1. Reklamın başlıca məqsədləri
Latın dilindən tərcümədə reklam – «reklamare» «ucadan çığırmaq, qış-
qırmaq» və ya «məlumatlandırmaq» deməkdir.
Azərbaycan Respublikasının 03.10.1997-ci ildə qəbul olunmuş
«Reklam haqqında» qanununda reklama bu cür tərif verilmişdir: «Reklam –
fiziki və hüquqi şəxslərə, əmtəələrə, fikir və yeniliklərə (reklam informa-
siyası) marağın formalaşması məqsədilə yayılan və ya bu marağın saxlanıl-
ması və yaxud qorunması, əmtəənin satışında köməklik, fikir və yeniliklərin
tətbiq edilməsi barədə informasiyadır». Bu qanun əhalinin dürüst məlumat-
landırılması hüququnu istehsal prosesində yaranan münasibətlərin tənzim-
Reklamın başlıca
məqsədləri
Prestijli
Kommersiyalı
Qeyri-kommersiya
Бизнесин тяшкили вя идаря едилмяси
152
lənməsini, bazarda əmtəələrin yayılması və yerləşdirilməsini Azərbaycan
Respublikasında hüquqi və fiziki şəxslərin iş və xidmətlərini müəyyən edir.
Reklamın geniş tərifi – onun mahiyyətini müasir zamanın müxtəlif
ictimai hadisəsi kimi əks etdirərək, əhalinin reklam informasiya fəaliyyətini,
müəyyən ictimai-ekonomik sahələri ilə məhdudlaşdırmayaraq reklamın ayrı-
ayrı növlərə bölünməsini istisna etmir. Bu kontekstdə reklamın ticarət,
siyasi, elmi, dini və bir çox başqa sahələrini dəqiq izləmək olar. Reklam
fəaliyyətinin növlərini bu cür təsnifatlandırmaq olar (cədvəl 11.1):
Cədvəl 11.1
Reklam fəaliyyətinin sosial sferaları
Reklamın predmeti
İ
qtisadiyyat
İ
stehsalat, ticarət, maliyyə, işçi qüvvəsinin təklifi, iş
axtarışı
Məişət xidmətləri
Təmir, tikiş, məişət və istifadə əşyalarının istehsalatı
İ
ntellektual xidmətlər
Təhsil, tibb, kitablar, mətbuat, falabaxma, turizm
Tamaşalar
Sirk, teatr, konsert
Din
Dini plakatlar, missioner çağırışlar, ritual aksiyalara
dəvət
Siyasət
Seçkilərdə namizədlər üçün təşviqat, mitinq,
nümayiş, manifestasiya şüarları
Hüquq
İ
tkin düşənlər barədə məlumatlar, cinayətkarların
axtarışı, məhkəmə proseslərinə dəvətlər
Elm və ekologiya
Maarifçilik istiqamətli reklam, buklet, prospekt,
plakat və xüsusi təyinatlı vərəqələrdə elmi
populyarlaşdırma.
Ailəvi və fərdlərarası münasibətlər
Nikah elanları, tanışlığa dəvət, birgə səyahət etməyə
çağırış, yeni işə başlanğıc
Xeyriyyəçilik
Xeyriyyə aksiyaları barədə məlumatlar, ianə etməyə
cagırış
Cədvəl 11.1-də qeyd olunmuş reklam fəaliyyətlərinin növləri müxtəlif
predmetlər və ya reklam təsirinin obyektlərinə malikdirlər.
Reklam fəaliyyətinin daha geniş yayılmış sferasına ticarət reklamı,
reklamın predmetinə isə – əmtəələr, ticarət müəssisələri və bu müəssisələrin
göstərdiyi xidmətlər aiddir.
Dünya təcrübəsindən reklamın gücü və rolu məlumdur. Birinci növ-
bədə o, özündə, adətən yığcam təqdim olunan bədii ifadə olunmuş emo-
sional təsvir edilmiş və potensial istehlakçıların diqqət və duyumuna əmtəə
və xidmətlər barədə ən vacib fakt və məlumatları çatdıraraq informasiyasını
daşıyır. Bununla belə qeyd etmək lazımdır ki, reklam – hər zaman informa-
siyadır, informasiya isə hər zaman reklam deyil. Reklamın səriştəliyi ondan
ibarətdir ki, o, müxtəlif illərin müasir nailiyyətlərinə və texniki tərəqqiyə
ə
saslanır.
Бизнесин тяшкили вя идаря едилмяси
153
Beləliklə, bütün reklam prosesinin istehlakçıya olan təsiri, onun həyat
fəaliyyətilə müasir ictimaiyyətin iqtisadi, sosial və etik məqsədləri ilə sıx
ə
laqədə qurulmasıdır.
Reklamın əsas xüsusiyyətləri bunlardır: dürüstlük, konkretlik, məqsəd-
yönlük, hümanizm və kompetentlik.
Dürüstlük – reklam tədbirinin təşkilatçısını əmtəələrin keyfiyyəti,
üstünlükləri və ləyaqətləri barədə informasiyanı reallığa uyğun şəkildə
çatdırmağa məcbur edən xüsusiyyətdir.
Konkretlik – reklam vasitələrinin mətnində işlədilən inandırıcı ar-
qument və hesabatlarla ifadə olunur; reklam qrafikasında bu prinsipə riayət
ehtiyac olmayan yersiz formalizmin və geniş kütləyə aydın olmayan üsulu
istisna edir.
Mə qsə dyönlük – reklamın məqsədyönlüyü o deməkdir ki, onun baş-
lanğıc nöqtəsi reklam olunan əmtəə və bazar konyunkturası, onun obyekti
isə istehlakçıdır. Reklamda məqsədyönlülük prinsipinə riayət, vəsaitlərin
qeyri-rasional xərclənməsinin qarşısını alır, bu və ya digər reklam vasi-
təsinin tətbiqinin effektivliyini qiymətləndirməyə, onun ticarət müəssisəsi-
nin gəlirinin artımına təsirini və həmçinin emosional və psixi təsir göstər-
məsinə imkan yaradır.
Ticarət reklamının humanizmliyi ondan ibarətdir ki, o, şəxsiyyətin
(fərdin) harmonik inkişafına, insanın ruhən yüksəlişinə, onun dünya görü-
ş
ünə, sağlamlığının möhkəmləndirilməsinə, məişət və istehsal estetikasının
yaxşılaşdırılmasına şərait yaradır.
Reklamın kompetentliyi ondan ibarətdir ki, o, müxtəlif elmi və tex-
niki tərəqqi nailiyyətlərinə arxalanır.
Reklamın əsas məqsədləri bunlardan ibarətdir:
•
Potensial alıcının diqqətini cəlb etmək;
•
Əldə olunacaq əmtəənin (xilmətin) alıcıya qalacaq xeyrindən bəhs
etmək;
•
Alıcıya əmtəəni daha da dərindən bilmək (öyrənmək) imkanı
yaratmaq;
•
Alıcıda əmtəə və ya xidmət barədə müəyyən səviyyədə biliyi
formalaşdırmaq;
•
Firma-istehlakçı və yaxud satıcı, həmçinin ticarət və sənaye markası
barədə alıcıda və iş tərəfdaşlarında xoş obraz (imic) yaratmaq;
•
Qeyd olunan əmtəəyə, xidmətə olan ehtiyacı formalaşdırmaq;
•
Firmaya müsbət münasibət formalaşdırmaq;
•
Potensial alıcını göstərilmiş (reklam olunmuş) əmtəənin rəqiblə-
rindən yox, məhz bu firmadan əldə edilməsinə sövq etmək;
•
Əmtəənin, xidmətlərin satışını stimullaşdırılmaq;
•
Əmtəə dövriyyəsinin tezləşdirilməsinə təsir göstərmək;
Бизнесин тяшкили вя идаря едилмяси
154
•
Konkret alıcını alınan əmtəənin daimi istifadəçisinə, həmin firmanın
daimi müştərisi olmağa yönəltmək;
•
Digər firmalarda etibarlı partnyor obrazını formalaşdırmaq;
•
Firma və firmanın əmtəələri barədə istehlakçıya xatırlatmaq;
Praktikada reklam nadir hallarda bir məqsəd güdür, bir qayda olaraq,
reklam tədbirində məqsədlər çarpazlaşır. Əsas məqsəd baxımından reklam
müxtəlif növlərdə ola bilər:
İ
mic reklamı (cəmiyyətdə müəssisənin prestijinin yaradılması
mə qsə dilə istifadə olunan reklam) – əsasən alıcı və partnyorlarda firma və
ə
mtəə barədə xoş təəssürat (imic) yaratmağa yönəldilir. Bu reklamı eti-
barlılıq, effektivlilik, alıcıya xoş münasibət, stabillik səciyyələndirir.
Stimullaş dırıcı reklam – əsasən, istehlakçılarda göstərilən (reklam
olunan) firmanın məhsulunu əldə etmək tələbatlarının stimullaşdırılmasına
yönəldilir. Burada konkret olaraq firmanın məhsullarının başlıca üstünlük-
ləri, onların müsbət cəhətləri digər analoji əmtəə və xidmətlərlə müqayisədə
göstərilir.
Stabillik reklamı – əsasən tərəfdaşları və istehlakçıları firmanın işinin
nəticələrindəki stabillik, onun bazarda möhkəm yer tutduğu barədə məlu-
matlandırılmağa yönəldir.
Firmadaxili reklam – işçilərdə öz müəssisələrinə inamı gücləndir-
məyə, onların işinin və şəxsi həyatının sıx əlaqədə olmaları hissini formalaş-
dırmağa yönəldilir. Belə hesab edilir ki, əgər müəssisənin hər bir işçisi öz
fəaliyyətinə dair lazımi qərarları qəbul edə və onların məsuliyyətini daşıya
bilərsə, onda işçilər firmadakı işlərindən razı qalaraq cəmiyyətdə bu
firmanın reklam daşıyıcılarına çevriləcəklər.
İ
stehsalın satışının genişləndirilməsi məqsədi ilə reklam – reklam
fəaliyyətinin başlıca sahəsidir.
Nə sihə tverici reklam – reklamın ən aqressiv növüdür, onun başlıca
məqsədi istehlakçını rəqib firmanın əmtəə və xidmətini deyil, məhz bu
ə
mtəə və xidməti almağa inandırmaqdır.
Müqayisə li reklam – o, nəsihətverici reklamın bir növüdür. O, əsasən
reklam olunan əmtəə və xidmətin, rəqib firmanın əmtəə və xidmətinin
müqayisə olunmasına yönəldilir. Belə ki, bir çox sivil dövlətlərin qanunveri-
ciliyi ilə rəqib əmtəəsini və ya istehlakçısını tənqid etməyə icazə verilmir,
bu cür reklam düşünülmüş və yumor hissinə malik olmalıdır, çox zaman elə
belə də olur.
Xatırladıcı reklam – potensial alıcıya müəyyən bir əmtəənin bazarda
mövcudluğu və onun xarakteristikası barədə xatırlatmaq üçün nəzərdə
tutulur.
Ə
saslandırıcı reklam – xatırladıcı reklamın bir növüdür. Onun rolu
artıq əmtəəni əldə etmiş istehlakçılara yardım göstərmək, onların etdiyi
Бизнесин тяшкили вя идаря едилмяси
155
seçimin düzgün olmasına inandırmaqdır. Bu ona yönəldilir ki, konkret alı-
cını daimi alıcı qismində təsbit etsin.
Mə lumatlandırıcı reklam – firma və onun buraxdığı məhsulun xarak-
teristikaları, üstünlükləri və yenilikləri barədə zəruri məlumatları təqdim
etməyə yönəldilir.
Preventiv (qoruyucu) reklam – bu reklama nümayişkaranə, lazım
olduğundan da çox vəsait sərf olunur. Bu cür reklamın məqsədi – rəqiblərin
mövqelərini nüfuzdan salmaqdır, hansı ki, reklam fəaliyyətinə çoxlu vəsait
sərf etmək iqtidarında deyildirlər. Aydındır ki, bu və ya digər reklam, eyni
zamanda reklamın bir neçə növlərini özündə cəmləşdirməyə qadirdir.
Amansız reklam – təkidli, inadlı reklam müraciətinin təqdim edilməsi
üsuludur.
Rə qabə tli reklam – rəqabət aparan firmalar tərəfindən buraxılan,
reklam olunan malları analoji malların kütləsindən fərqləndirən, onların üs-
tünlüyünü göstərən və alıcını məhz bu malı almağa inandıra bilən reklamdır.
Kontreklam – yararsız reklamın və onun nəticələrinin təkzibi üçün
yayılan reklamdır.
Kooperativ reklam – topdansatış və yaxud pərakəndə satışı ilə məş-
ğ
ul olanların istehsalçı ilə bərabər xərcini çəkdiyi reklamdır, həm də isteh-
salçı reklam üzrə tərəfdaşının reklam xərclərinin 100 %-ni kompensasiya
edə bilər.
Korporativ reklam – şirkətin xüsusi imicini yaratmaq və ya yaxşı-
laşdırmaq məqsədi güdən reklamdır.
Haqsız reklam – qeyri-dəqiq, həqiqətə uyğun olmayan, ikimənalı,
ş
işirdilmə, susma və ya reklama göstərilən tələblərin pozulması nəticəsində
reklam məlumatının alıcısını çaşdıran və ya çaşdıra bilən reklamdır.
Qeyri-də qiq reklam – həqiqətə uyğun gəlməyən məlumatlardan
ibarət olan reklamdır. Malın istehsal üsuluna və ya tarixinə, onun təyinatına
və yaxud istehlak xüsusiyyətlərinə, malın bazarda mövcudluğuna, malın
qiymətinə, əlavə ödəniş şərtlərinə, təminat öhdəliklərinə; reklam olunan
maldan istifadə etmədiyinə görə vətəndaşları və firmaları gözdən salmaqdır.
Qeyri-məqbul reklam–haqsız, qeyri-dəqiq, qeyri-etik, qəsdən yalan
yayan və s. reklamdır.
Kommersiya reklamı – son məqsədi gəlir əldə etməkdən ibarət olan
malların, xidmətlərin və yaxud ideyaların reklamıdır.
Qeyri-kommersiya reklamı – qeyri-kommersiya institutları və yaxud
onların maraqlar dairəsində sponsorluq edilən reklam və ianəçiliyi
stimullaşdırmaq məqsədi güdən, kiminsə lehinə səs verməyə çağıran və
yaxud diqqəti cəmiyyətin işlərinə cəlb etməyə yönəldən reklamdır.
Qeyri-etik reklam – əxlaqi prinsiplərə, cəmiyyətin mənəvi əsaslarına
uyğun gəlməyən reklamdır. Fiziki şəxslərin irqinə, milliyyətinə, peşəsinə,
sosial kateqoriyasına, yaş qrupuna, cinsinə, dilinə, dininə, fəlsəfi və digər
Бизнесин тяшкили вя идаря едилмяси
156
ə
qidələrinə münasibətdə təhqiredici sözlər, müqayisələr, obrazlar yolu ilə
istifadə oluna bilir, habelə dövlət rəmzlərinə (bayraqlar, gerblər, himnlər,
dini rəmzlər və s.) ləkə vuran reklamlar şəklində təzahür edə bilər.
Vadaredici reklam – istehlakçını dərhal hərəkətə sövq edən
reklamdır.
Siyasi reklam – siyasi partiya, hərəkat və öz məqsədlərinə çatmağa
yönəlmiş müəyyən sosial qrupun maraqlarını əks etdirən reklamdır.
Tə sdiqedici reklam – malın həyat tsiklinin yüksəliş və kamillik mər-
hələlərində həyata keçirilən reklamdır. Reklam zəncirində ikinci mərhələdir.
Təsdiqedici reklam istehlakçıda məlumatlılığı və bilikləri artırır.
Gizli reklam – istehlakçını müəyyən hərəkətə sövq edir. Həm də
istehlakçı tərəfindən bu reklam kimi dərk olunmur. Bəzi hallarda isə reklam
materialları oxucuların reklam yazılarından çox inanılan jurnalist məqalə-
lərində də təqdim oluna bilər. İstehlakçının dərk etmədən məruz qaldığı di-
gər manipulyasiyalar (xüsusi video əlavələr, qoşa səsyazısı) kimi belə
təsirlər gizli reklama aiddir.
Sosial reklam – keçirilən tədbirlərin və islahatların açıqlanması və
geniş xalq kütlələrinə çatdırılması məqsədilə istənilən reklam daşıyıcısı
vasitəsilə yayılan və dövlət orqanları və ictimai institutlar tərəfindən sifariş
edilən, qeyri-kommersiya xarakteri daşıyan informasiyadır.
Reklamın əsas funksiyalarını sxem şəklində göstərmək olar
(sxem 11.2):
Firma, əmtəə barədə
biliklərin formalaşması,
mövcudluğu, onların əsas
kəmiyyət və keyfiyyət
parametrləri və xüsu-
siyyətləri barədə məlumat
Hər-hansı bir hərəkətdə
tələbatların sövqedilməsi
və inkişafı (misal üçün
satınalmada) bilavasitə
hisslərə, öz-özünə qiymət
vermədə, istehlakçıların
niyyətində və.s
Tələbat artıq dərk olunan
vaxtı xatırlatma hərəkətə
sövqedilmə həyata keçirilir:
ə
ldə olunmada (satınal-
mada), əlaqələrin
qurulmasında
Sxem 11.2. Reklamın əsas funksiyaları
Bəzi müəlliflər reklamın daha bir «seçmə qabiliyyətli» (seçici) ad-
landırılan funksiyasını ayırıb və onu xüsusi nəzərdən keçirməyi təklif edir-
lər, hansıki, bir çox əmtəə və xidmətlər arasından reklama daha çox tələbatı
Reklamın əsas
funksiyaları
Məlumatlandırıcı
Psixoloji
Stimullaşdırıcı
Бизнесин тяшкили вя идаря едилмяси
157
olanları seçib ayıran rolunu yerinə yetirir, eləcə də istehlakçıya onların
içindən yalnız bəzi reklam məlumatlarına xüsusi diqqət yetirilməsinə imkan
verir. Fikrimizcə, bu cür məsələlər (məqsədlər) reklam öz əsas funksiya-
larını yerinə yetirən zaman əhəmiyyətli dərəcədə həllini tapır.
11.2. Reklam vasitələri və onların tətbiqi
Reklam vasitələri reklam məlumatının yayılmasına xidmət edən və la-
zımi reklam effektinin nail olunmasına imkan yaradan maddi vasitə qismin-
də çıxış edirlər.
Mətbuatdakı reklam, çap reklamı, audiovizual reklam, radio və tele-
reklam, sərgi və yarmarkalar, reklam suvenirləri, birbaşa poçt reklamı, küçə
reklamı, «Public Relations» tədbirləri və kompyuterləşdirilmiş reklam
vasitələri fərqlənirlər.
Mə tbuatdakı reklam – dövri mətbuatda dərc olunmuş müxtəlif rek-
lam materiallarını özündə əks etdirir. Onları şərti olaraq 2 əsas qrupa
ayırmaq olar: reklam elanları və ictimai-reklam xarakterli nəşrlər. Bunlara
aiddir: müxtəlif məqalələr, reportajlar, xülasələr, birbaşa və dolayı reklamın
daşıyıcıları.
Reklam elanı – dövri mətbuatda yerləşdirilən ödənişli reklam məlu-
matıdır. Klassik variantda elan böyük başlıq-sloqandan başlayır, hansıki,
reklamverənin kommersiya təklifinin üstünlüyünü və mahiyyətini yığcam
formada əks etdirir. Nisbətən kiçik şriftlə yazılmış reklam elanının əsas
mətn hissəsi reklam müraciətinin mahiyyətini təfərrüatı ilə, çox qısa şərh
edir, məhsulun xüsusiyyətini, onun üstünlüklərini istehlakçı üçün xeyirli
olanını seçir. Elanın sonunda istehlakçının müraciət edə biləcək ünvan
göstərilir.
Məqalələr və ictimai-reklam xarakterli digər nəşrlərdə, bir qayda
olaraq, müəssisənin fəaliyyəti haqqında xülasə formasında yazılmış mate-
riallar və ya müəssisənin rəhbərləri, iş partnyorları və istehlakçılar ilə müsa-
hibə formasında əks olunur. Reklam elanlarının və ictimai-reklam xarakterli
məqalələrin dərc olunması üçün dövri nəşriyyatın qəzet, jurnal, bülleten,
müxtəlif arayış kitabçaları, bələdçi-soraq kitabçaları kimi növlərindən
istifadə olunur. Mətbuatdakı reklam öz operativliyinə, təkrarlığına, geniş ya-
yılmasına arxalanaraq reklam vasitələrindən ən effektivlisidir. Bir sıra xarici
dövlətlərdə mətbuatdakı reklama çəkilən xərclər reklama sərf olunan bütün
vəsaitlərin mühüm hissəsini təşkil edir. Bizim ölkədə də reklamın bu növü
qətiyyətlə irəliləməkdədir. İldən-ilə reklam elanlarının nəşrinə sifariş qəbul
edən ictimai-siyasi və xüsusi nəşrlərin sayı artmaqdadır.
Dostları ilə paylaş: |