240
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər
vurulmasına görə -
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə
məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs
tətbiq olunur.
Qeyd:
1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3
promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin,
psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi
halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.
2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin
müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 334. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan
şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik
vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir
göstərən digər maddələrdən istifadə olunması
nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi
334.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs
tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən,
psixotrop maddələrdən və ya güclü təsir göstərən digər
maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə
edilməsinə görə-
beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə,
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək
müddətə inzibati həbs tətbiq olunur.
334.2. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə-
241
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
334.3. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş
xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər
vurulmasına görə-
səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına
görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan
iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
334.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək
hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş
vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə -
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
334.5. Bu Məcəllənin 334.4-cü maddəsində nəzərdə tutulmuş
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə, yaxud həmin xəta nəticəsində zərər çəkmiş şəxsin
sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər
çəkmiş şəxsə maddi zərər vurulmasına görə -
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
Maddə 335. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs
tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün
idarəetmə hüququ olmayan şəxsə verilməsi
335.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən
nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan
şəxsə verilməsinə görə-
fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz
manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə
edilir.
242
335.2. Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə-
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat
məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
335.3. Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş
xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması
nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına
görə-
fiziki şəxslər yüz səksən manat məbləğində, vəzifəli şəxslər beş
yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində
cərimə edilir.
335.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin
daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ
olmayan şəxsə verilməsinə görə -
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz
manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə
edilir.
335.5. Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə -
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur,
hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
335.6. Bu Məcəllənin 335.4-cü maddəsində nəzərdə tutulmuş
xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər
vurulmasına görə -
fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz
yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə,
xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir
243
ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min
manat məbləğində cərimə edilir.
Maddə 336. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs
tərəfindən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə olan şəxsə
verilməsi
336.1. Sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə
sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə
etmək üçün həmin şəxsə verilməsinə görə-
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat
məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
336.2. Bu Məcəllənin 336.1-ci maddəsində nəzərdə tutulmuş
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə-
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz
manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində
cərimə edilir.
336.3. Bu Məcəllənin 336.1-ci maddəsində nəzərdə tutulmuş
xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması
nəticəsində fiziki və ya maddi zərər vurulmasına görə-
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz
manat məbləğində, hüquqi şəxslər altı min manat məbləğində
cərimə edilir.
336.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin
daşınması üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə -
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz
manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində
cərimə edilir.
336.5. Bu Məcəllənin 336.4-cü maddəsində nəzərdə tutulmuş
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə
244
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə -
fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz
yüz manat məbləğində, hüquqi şəxslər altı min manat məbləğində
cərimə edilir.
336.6. Bu Məcəllənin 336.4-cü maddəsində nəzərdə tutulmuş
xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması
nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına
görə -
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min
manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində
cərimə edilir.
Maddə 337. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs
tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ
olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsi
337.1. Nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını və
sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik
hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün
həmin şəxsə verilməsinə görə-
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz
manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində
cərimə edilir.
337.2. Bu Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuş
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə-
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz
manat məbləğində, hüquqi şəxslər altı min manat məbləğində
cərimə edilir.
337.3. Bu Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuş
xətaların törədilməsi və yol hərəkəti qaydalarının pozulması
245
nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına
görə-
fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz
yüz manat məbləğində, hüquqi şəxslər səkkiz min manat
məbləğində cərimə edilir.
337.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin
daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ
olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə -
fiziki şəxslər altı yüz manat məbləğində, vəzifəli şəxslər min
manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində
cərimə edilir.
337.5. Bu Məcəllənin 337.4-cü maddəsində nəzərdə tutulmuş
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə -
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi
şəxslər on iki min manat məbləğində cərimə edilir.
337.6. Bu Məcəllənin 337.4-cü maddəsində nəzərdə tutulmuş
xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən
xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər
vurulmasına görə -
fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər iki min beş
yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə,
xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək
müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on beş min
manat məbləğində cərimə edilir.
Maddə 338. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları
tərəfindən yol hərəkəti qaydalarının pozulması
338.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına,
yəni:
246
338.1.1. piyada svetoforunun və ya nizamlayıcının işarələrinə
riayət edilməməsinə;
338.1.2. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin
qarşısına qəflətən çıxılmasına;
338.1.3. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı
qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin
tərk edilməməsinə görə-
iyirmi manat məbləğində cərimə edilir.
338.2. Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol
keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə-
iyirmi manat məbləğində cərimə edilir.
338.3. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə
qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin
bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat
vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün
nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə-
otuz manat məbləğində cərimə edilir.
338.4. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol
hərəkəti qaydalarının pozulmasına, yəni:
338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət
edilməməsinə;
338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə
mane olan yükün daşınmasına;
338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin
nişanlanması tələblərinin pozulmasına;
338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən
istifadə qaydalarını pozmaqla idarə edilməsinə;
338.4.5. nasaz velosipeddən istifadə etməyə;
338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına;
338.4.7. keçid üstünlüyü hüququna malik olan olan nəqliyyat
vasitələrinə yol verilməməsinə görə-
qırx manat məbləğində cərimə edilir.
247
338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən
tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına;
338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla
ötürülməsinə;
338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at
arabalarının (kirşənin) sürülməsinə;
338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya
nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol
nişanlanması tələblərinə riayət edilməməsinə;
338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq
vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların
bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə
görə-
qırx manat məbləğində cərimə edilir.
338.6. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə
tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol,
narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən
digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə
törədilməsinə görə-
yetmiş manat məbləğində cərimə edilir.
338.7. Bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə
tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına
yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə
maddi zərər vurulmasına görə-
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 339. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının
aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı
haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və
cərimənin alınması qaydalarının pozulması
248
339.1. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət
qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və
ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə
müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna
olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət
qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri
qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat
vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov
qoyulması qaydalarını pozmağa görə-
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat
məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
339.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması,
nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət
qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin
sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb
edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya
qeydiyyatdan çıxarılmasında, yaxud nəqliyyat vasitələrinin texniki
baxışının keçirilməsində və ya texniki sazlığı haqqında sənədin
verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların
həllindən qanunsuz olaraq imtina edilməsinə, yaxud texniki sazlığı
haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə
uyğun olmamasına görə-
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
339.3. Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi
haqqında ərizəyə baxılmamasına, yaxud baxılarkən
süründürməçiliyə yol verilməsinə və ya yol hərəkəti qaydaları üzrə
nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi
imtahanlara buraxmaqdan əsassız imtina edilməsinə görə-
iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
339.4. Müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən bu
Məcəllənin 150.4-cü maddəsinin tələbləri pozulmaqla cərimənin
249
inzibati xəta törətmiş şəxsdən müvafiq ödəniş sistemlərindən
istifadə etmədən bilavasitə alınmasına görə -
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
339.5. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında
iş üzrə protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın bu
Məcəllənin 122.1, 123.2, 124.1, 124.4-124.6, 125.4 və 126.3-cü
maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra
hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə, yaxud bu
Məcəllənin 122.1, 125.1, 125.3 və 125.6-cı maddələrində nəzərdə
tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının
informasiya sisteminə göndərilməməsinə (yerləşdirilməməsinə)
görə-
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Şəxs bu Məcəllənin 339.1-ci maddəsində nəzərdə tutulmuş
nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati
məsuliyyətə cəlb olunduqda, 10 gün ərzində nəqliyyat vasitəsini
dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu
müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati
məsuliyyətə cəlb olunmur.
Maddə 340. Kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının
aparılması, texniki baxışın keçirilməsi və texnikanın
sazlığı haqqında sənədin verilməsi qaydalarının pozulması
340.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən kənd təsərrüfatı texnikasının sahibləri və ya
sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə
texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən
idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş texnika icarə
müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna
250
olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət
qeydiyyatından keçirməməyə görə -
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat
məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
340.2. Bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş
kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması,
texnikanın qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat
nişanının verilməsi ilə əlaqədar texnikanın sahibindən
qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə,
texnikanın qeydiyyata alınmasında və ya qeydiyyatdan
çıxarılmasında, yaxud texniki baxışının keçirilməsində və ya texniki
sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol
verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina
edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu
sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə -
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Şəxs bu Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş
texnikanı dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda
texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə
cəlb olunduqda 10 gün ərzində texnikanı dövlət qeydiyyatından və
ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin
əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb
olunmur.
Maddə 341. Dayanma və ya durma qaydalarını pozmuş şəxsin
nəqliyyat vasitəsi barəsində qanunsuz hərəkətlər
Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə
edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına
yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə-
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
251
Qeyd: Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsinin
qaytarılması onun həmin maddələrdə nəzərdə tutulmuş əmələ görə
inzibati məsuliyyətə cəlb olunmasını istisna etmir.
Maddə 342. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat
vasitələrinin istismarı qaydalarının pozulması
342.1. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat
vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni:
342.1.1. nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə
yerindən tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa;
342.1.2. nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra
biləcək söhbətdə iştirak etməyə;
342.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində
olmamasına;
342.1.4. hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki
söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə;
342.1.5. su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat
vasitələrinə qəsdən sıçradılmasına;
342.1.6. nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol
örtüyünü zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq-sürtkü
materiallarının, kimyəvi maddələrin, tikinti və digər materialların
axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət
etməyə;
342.1.7. hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat
nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına;
342.1.8. küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsini
dayandırmamasına;
342.1.9. yol-nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat
vasitəsinin nasazlığı səbəbindən zədələnmiş nəqliyyat vasitələrinin
daşınması üçün və ya təbii fəlakət yerlərinə getmək üçün, yaxud
qanunla nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda yükdaşıyan
252
nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarının
əməkdaşlarına təqdim edilməməsinə;
342.1.10. beynəlxalq yük daşımaları həyata keçirən yük
avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf)
olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş
taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən
taxoqramları doldurmadan idarə edilməsinə görə-
qırx manat məbləğində cərimə edilir.
342.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat
vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni:
342.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan
və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat
vasitəsinin istismarına;
342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın
quraşdırılmasına və ya dəyişdirilməsinə;
342.2.3. nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar
üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər
düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin
əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə;
342.2.4. nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə
icazə verilməyən örtüklərin çəkilməsinə görə-
yüz əlli manat məbləğində cərimə edilir.
342.3. Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat
vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər
pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə
görə -
beş yüz manat məbləğində cərimə edilir.
342.4. Bu Məcəllənin 342.3-cü maddəsində nəzərdə tutulmuş
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə -
min manat məbləğində cərimə edilir.
|