a. xəstənin əlverişsiz şəraitdə yaşaması (yataqxana, kommunal rahatlıqların olmaması və s.);
b. xəstənin epidemioloji vacib obyektdə işləyən şəxslərlə, eləcə də uşaq məktəbəqədər
müəssisələrə gedən uşaqlarla ailədaxili, otaqdaxili təmasda olması;
c. xəstə özü epidemioloji vacib obyektdə işləyir.
Xəstənin evdə qalmasına sahə həkimi icazə verir, bəzən isə epidemioloqla məsləhətləşir sonra
icazə verir. Əgər xəstə evdə qalırsa, onu digər ailə üzvülərindən təcrid edirlər. Xəstə üçün otaq ayrılır
(əgər belə imkan yoxdursa, onda yatağı pərdə ilə ayırırlar) və ayrı qab-qacaq verilir. Xəstəyə qulluq edən
şəxslər ocaqda lazım olan dezinfeksiya işlərini aparırlar.
Əgər xəstəni hospitalizə etmək lazımdırsa, onda sahə həkimi yoluxucu xəstələrin təxriyyə işinə
baxan müəssisələrə xəbər verməlidir. Şəhərlərdə yoluxucu xəstələrin təxriyyəsi işinə GEM-in
dezinfeksiya şöbəsi və ya dezinfeksiya stansiyası baxır. Həmin müəssisələrin xüsusi nəqliyyat vasitələri
var. Xəstəni stasionara gətirdikdən sonra həmin nəqliyyatda dezinfeksiya işləri aparırlar. Xəstəni
stasionarın qəbul şöbəsində müayinə edirlər, onun paltarlarını xüsusi torbalara yığıb dezinfeksiyaya
göndərirlər. Müayinədən sonra xəstəni təyin edilmiş diaqnoza uyğun şöbəyə göndərirlər. Diaqnozu təyin
edilməmiş xəstələri boksa və ya izolyatora yerləşdirirlər.
Yoluxucu xəstələrə qulluq edən tibb işçilərinin həmin xəstəliklərə tutulma qorxusu var. Yoluxucu
xəstəliklərin qrupundan asılı olaraq profilaktik tədbirlər aparılır. Bağırsaq infeksiyası olan xəstələrə
qulluq edən tibb işçiləri şəxsi gigiyena qaydalarına riayət etməlidirlər. Belə ki, onlar xəstələrlə təmasda
olduqda və onların istifadə etdiyi əşyalara toxunduqda əllərini təmiz yumalı, adi tibbi xalatda, kolpakda
(ləçəkdə) işləməlidirlər, qoruyucu paltarı isə soyunmamış və əlləri sabunla təmiz yumamış qida qəbul
etmək, su içmək və siqaret çəkmək qəti qadağandır.
Tənəffüs yolu infeksiyaları zamanı profilaktik tədbirlərlə yanaşı respiratordan da istifadə edilir.
1 nömrəli Bakı Tibb Kolleci
144
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Qan infeksiyaları zamanı qolun və şalvarın manjetində bağlar olan, eləcə də boğazı kip tutan yaxalığı
olan qoruyucu kostyumdan (kombinezon) istifadə edilir. Belə kostyum buğumayaqlıların bədənə
keçməsinə imkan vermir.
Xüsusi təhlükəli infeksiyası olan xəstələrlə işlədikdə taun əleyhinə kostyumdan istifadə edirlər.
Taun əleyhinə kostyum hava-damcı yolu ilə yoluxmadan, qan soruculardan, yoluxmuş obyektlərə
bilavasitə toxunduqda yoluxmanın qarşısını alır. Bu kostyumu xüsusi qayda ilə geyinib-soyunurlar.
Taun əleyhinə kostyumun tərkibinə aşağıdakılar daxildir:
1. qolun və şalvarın manjetində bağların olması ilə qalın parçadan tikilmiş kombinezon;
2. üz açıq olmaqla başı və boynu kip bağlayan kapyuşon;
3. uzunboğaz çəkmə (rezindən);
4. pambıq-tənzif sarğı;
5. konservativ eynək;
6. rezin əlcəklər;
7. belində, boynunda və manjetlərində bağları olan uzun xalat.
Taun əleyhinə kostyumu istifadə etdikdən sonra dezinfeksiya etmək lazımdır.
1 nömrəli Bakı Tibb Kolleci
145
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 5
Yoluxucu xəstəliklərin spesifik profilaktikası
Dərsin məqsədi:
Süni immunizasiyanı aparmaq üçün istifadə edilən preparatlarla tanışlıq və
onların saxlanma qaydası. İmmunizasiyaya göstəriş, onun aparılma müddətini və bakterial preparatların
dozalanmasını öyrənmək.
Dərsin planı:
1. Aktiv və passiv immunizasiya prinsipləri, bakterial preparatların növləri və onların immunizasiyaya
göstərişi haqqında söhbət.
2. Bəzi yoluxucu xəstəliklər üçün immunizasiya təlimatı. İşçi dəftərlərdə cədvəllərin düzəldilməsinin
öyrənilməsi. Həmin cədvəllərdə immunizasiyanın dozaları və müddəti qeyd edilir.
3. Bakterial preparatların növlərini nəzərdən keçirmək. Onların yararlığını yoxlamaq və yararsız
bakterial preparatlara aktların yazılmasını öyrənmək.
Dərsin qısa məzmunu:
Yoluxucu xəstəliklərin ləğvində, azaldılmasında immunoprofilaktika əsas effektli tədbirdir. Bu
birinci növbədə tənəffüs yolu infeksiyalarına aiddir. Müxtəlif infeksiyalarda immunizasiyanın
əhəmiyyəti eyni deyil. Bununla əlaqədar olaraq “immunoprofilaktika ilə idarə olunan infeksiyalar” və
“immunoprofilaktika ilə idarə olunmayan infeksiyalar” anlayışları daxil edilib.
Kütləvi və ağır gedişli yoluxucu xəstəliklərin xəbərdarlıq edilməsində effektli preparatlar olduqda
vaksinoprofilaktikanın aparılması məqsədəuyğundur.
Vaksinlər antigenlərdən ibarətdirlər və onları yeritdikdən sonra orqanizmdə aktiv süni immunitet
əmələ gəlir. Müxtəlif yollarla mikroorqanizmlərə təsir göstərərək antigenləri əldə edirlər. Buna uyğun
olaraq vaksinlərin bir neçə növünü ayırd edirlər. Vaksinlərin aşağıdakı növləri var:
1. Diri vaksinlər–mikroorqanizmlərin zəiflədilmiş və ya virulentliyi azaldılmış kulturasından
hazırlanıb. Bura çiçək, poliomielit, parotit, qızılca, vərəm, qrip, brusellyoz, tulyaremiya, qara yara, taun,
səpkili yatalaq, sarı qızdırma, Kü-qızdırması, gənə ilə yayılan ensefalit əleyhinə vaksinlər aiddir;
2. Ölü (inaktivləşmiş) vaksinlər – kimyəvi (fenol, formalin, spirt, aseton və s.) və fiziki (yüksək
temperatur, ultrabənövşəyi, qamma şüalanma) üsullarla inaktivləşmiş mikroorqanizmlərin kulturasından
hazırlanıb. Bura göyöskürək, qarın yatalağı, quduzluq, leptospiroz, vəba, qrip əleyhinə vaksinlər aiddir;
3. Kimyəvi vaksinlər – kimyəvi maddələr, ultrasəs, sentrifuqa və s. üsullarla təsir etdikdən sonra
mikroorqanizmlərin antigenindən hazırlanın preparatdır. Bura meninqokokk infeksiyası, qarın yatalağı,
brusellyoz, vəba, səpkili yatalaq, qrip, taun əleyhinə vaksinlər aiddir;
4. Anatoksinlər – kimyəvi maddələr və ya fiziki üsulla təsir etdikdən sonra mikroorqanizmlərin
zərərsizləşmiş toksinlərindən hazırlanan preparatdır. Həmin təsir nəticəsində toksin toksiklik xassəsini
itirir, lakin antigen xassəsini saxlayır. Adətən anatoksinləri təkrari yeridirlər. Bura difteriya, tetanus,
vəba, stafilokokk infeksiyası, botulizm, qazlı qanqrena anatoksinləri aiddir. Bunlar birləşmiş və mono
şəklində istifadə edilir. Bununla yanaşı tərkibində bir neçə birləşmiş antigendən ibarət preparatlardan
(kombinə edilmiş, assosiasiya edilmiş), polivaksinlərdən istifadə edilir. Bura aiddir: AGDT, ADT,
qızılca+parotit+məxmərək, divaksin (qarın yatalağı+A və B paratifləri, qızılca+parotit) və s.
Son vaxtlar vaksinlərin yeni perspektiv növlərindən istifadə edilir. Bura ribosomlu (dizenteriya,
salmonellyoz əleyhinə), gen mühəndisliyi (B hepatiti əleyhinə), subtək (qrip, B hepatiti əleyhinə),
sintetik, antiidiotipik vaksinləri aiddir.
Tərkibində antitel olan preparatların orqanizmə yeridilməsindən passiv immunitet (immunzərdab,
bakteriofaqlar) əmələ gəlir. Bu preparatların əmələ gətirdiyi immunitet bir neçə gündən 4-6 həftəyə
qədər davam edir. Təcrübədə homoloji (insan qan serumundan hazırlanmış) və heteroloji
(hiperimmunizasiya edilmiş heyvanların vena qanından hazırlanmış) preparatları ayırırlar.
1 nömrəli Bakı Tibb Kolleci
146
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Bakterial preparatlara bakteriofaqlar (onlar insanın orqanizmində bir neçə gün qalaraq,
mikroorqanizmləri öldürmək xassəsinə malikdirlər) və interferonlar (insanın leykositlərindən alınır) da
aiddir.
Profilaktik peyvəndləri planlı və epidemioloji göstəriş əsasında aparırlar. Planlı peyvəndlər
epidemioloji vəziyyətdən asılı olmayaraq bütün əhali qrupları arasında aparılır. Bura poliomielit, vərəm,
difteriya, göyöskürək, tetanus, qızılca, B virus hepatiti əleyhinə aparılan peyvəndlər aiddir. Hər hansı bir
xəstəliyin müəyyən ərazidə yayılma təhlükəsi olduqda və ya təcili vaksinoprofil aktika aparmaq lazım
gəldikdə, ya da əlverişsiz rayonlara (tulyaremiya, malyariya və s. xəstəlik ocaqları olan rayonlara)
getdikdə epidemioloji göstəriş əsasında peyvəndlər aparılır.
Hər bir bakterial preparatın üzərində etiket (ampula, korobka və s.) var. Həmin etiketin üzərində
preparatın adı, istifadə etmək qaydası, preparatın miqdarı (ml və ya doza ilə), harada hazırlandığı qeyd
edilir. Preparatın üzərində seriyanın nömrəsi, dövlət nəzarətinin nömrəsi, tarixi, preparatın yararlıq
müddəti göstərilir.
Preparatın keyfiyyətinin yaxşı olması onun saxlanma qaydasından asılıdır. Əsasən bakterial
preparatları yaxşı saxlamaq üçün onları işıqdan, yüksək və aşağı temperaturdan qorumaq lazımdır. Əksər
preparatlar 2-8°C temperaturda saxlanılır. Bütün anatoksinləri (AGDT, ADT və s.) 0°C temperaturdan
aşağı temperaturda saxlamaq olmaz.
Hal-hazırda “Soyuq zəncir” sistemindən istifadə edilir. Düzgün miqdarda təsirli və yararlı peyvəndin
ehtiyacı olan uşaqlara çatdırılmasını təmin edən insan, nəqliyyat və avadanlıqlardan ibarət olan sistem
“Soyuq zəncir” adlanır. “Soyuq zəncir” sistemi ona görə vacibdir ki, peyvəndlər çox həssas maddələrdir
və çox isti və ya çox soyuq temperaturun təsiri altında öz keyfiyyətini itirirlər. Peyvənd “Soyuq zəncir”
sisteminin hər bir mərhələsində (daşınanda, soyuducu və ya soyuq anbarda saxlanıldıqda və
immunlaşdırma vaxtı işlədildikdə) düzgün temperaturda saxlanılmalıdır.
Hər bir immunoloji preparatın üzərində etiket (ampula, korobka və s.) var. Həmin etiketin üzərində
preparatın adı, ondan istifadə etmək qaydası, preparatın miqdarı (ml və ya doza ilə), harada hazırlandığı
qeyd edilir.
Xaricdən alınan immunubioloji preparatlar aşağıdakı sənədlərlə müşahidə olunmalıdır:
1. Əczaçılıq fəaliyyətinə görə lisenziyanın surəti;
2. Preparatın üzərində təyin edilmiş nümunənin qeydiyyat vəsiqəsinin surəti;
3. Preparatın satılan (reallaşan) seriyası üçün uyğun sertifikatın surəti.
Tibbi immunobioloji preparatların nəqliyyatı, “Soyuq zəncir”in gözlənməsi və əlverişli nəqliyyat
növü ilə həyata keçirilir.İmmunobioloji preparatın hər partiyasında termoindikator olmalıdır.
İmmunobioloji preparatları hazırlayan müəssisə vaksinləri elə çatdırmalıdır ki, onların yararlılıq müddəti
respublika (rayon) ambarlarına daxil olan andan başlayaraq 3 ay müddətində istifadə etməyə imkan versin.
İstifadə etməzdən əvvəl immunobioloji preparatları hər tərəfli yoxlamaq lazımdır. Aşağıdakı
hallarda preparatlar zay (brak) sayılır və alıcı həmin vaksin partiyasının qəbul edilməsindən imtina etmək
haqqı var:
1. “Soyuq zəncir”in pozulması faktları (dəlilləri) aşkar edildikdə;
2. Müşayiətedici sənədlər olmadıqda;
3. Zədələnmiş qablaşdırma (çatlamış ampula və flakon, sınmış karobkalar);
4. Yararlılıq müddəti qurtardıqda.
Uşaq poliklinikalarını, uşaq məktəbəqədər müəssisələrini, tibbi-sanitar və feldşer-mama
məntəqələrini immunobioloji preparatlarla GEM-in epidemioloji şöbəsi təmin edir. Eyni zamanda həmin
preparatların vurulması, saxlanması, daşınması, istifadəsinə dair məsləhətlər verir. Alınan və paylanan
immunobioloji preparatların hesabatı daima xüsusi jurnallarda qeyd olunmalıdır. Dəqiq və müntəzəm
olmayan məlumatlar vaksinlərin çatışmazlığına və ya artıqlaması ilə olmasına gətirib çıxarır. Bu da
profilaktik peyvəndlər planının pozulmasının səbəbi ola bilər. Ona görə bütün qeydiyyatların dəqiqliyini
ayda bir dəfə yoxlamaq lazımdır.
1 nömrəli Bakı Tibb Kolleci
147
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Uşaq poliklinikalarını, uşaq məktəbəqədər müəssisələrini, tibbi-sanitar məntəqələrini bakterial
preparatlarla GEM-in epidemioloji şöbəsi təmin edir. Eyni zamanda həmin preparatların vurulması,
saxlanması, daşınması, istifadəsinə dair məsləhətlər verir.
1 nömrəli Bakı Tibb Kolleci
148
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 6
Profilaktik peyvənd təqvimi
Dərsin məqsədi:
Milli profilaktik peyvənd təqviminin elmi və təşkilatı əsaslarının quruluşu
və həyata keçirilməsi.
Dərsin planı:
1. Milli profilaktik peyvənd təqvimi və onun xarici analoqları
2. Yeni milli profilaktik peyvənd təqvimində nəzərdə tutulan dəyişikliklər
3. Planlı və epidemioloji göstəriş əsasında aparılan peyvənddə immunobioloji preparatların siyahısı və
xüsusiyyətləri.
Dərsin qısa məzmunu:
Milli peyvənd təqvimi
˗ instruktiv-metodik sənəddir. Bu sənəddə Azərbaycan Respublikasında
lisenziyalı vaksinlərin tədbiq olunma sxemi, müddəti, yaş həddi, peyvəndə göstəriş və əks göstərişlər
müəyyən edilib.
İstənilən ölkə üçün vaksinoprofilaktikanın rasional sxeminin təşkili genişləndirilmiş immunizasiya
proqramının, xəstəliyin səviyyəsinin, sosial şəraitin, vak-sinlərlə təmin edilməsi və digər məsələlərin
həllindən asılıdır. Hər bir ölkədə milli peyvənd təqviminə vaxt aşırı baxılır və həmin ölkə üçün aktual olan
xəstəliklərin siyahısı daxil edilir.
Milli peyvənd təqviminə əsasən hepatit B, vərəm, difteriya, göy öskürək, tetanus, poliomielit,
qızılca, epidemik parotit, məxmərəyə qarşı peyvəndlərin aparılması vacibdir. Azərbaycan
Respublikasında Səhiyyə nazirliyinin 2004 cü ildə təsdiq etdiyi və hazırda istifadədə olan peyvənd
təqvimi alternativ preparatlardan istifadə etməyə imkan verir, xüsusən də vacib olan, kombinə edilmiş
vaksin inyeksiyaların sayının azaldılmasına imkan verir.
Peyvənd sxeminin qurulmasında və yaş həddinin təsdiqində konkret yoluxucu xəstəlikdən qorunmaq
üçün orqanizmin mükəmməl immun cavabının xüsusiyyətləri nəzərə alınır. İmmunlaşdırmanı təqvimdə
təyin edilmiş müddətdə və hər yaşa uyğun göstərilən preparatlarla aparmaq lazımdır.
Dünyanın müxtəlif ölkələrində istifadə olunan immunobioloji preparatların sayı 20-dən çoxdur.
Başqa ölkələrin milli immunlaşdırma proqramlarına digər vaksinlər də daxil edilmişdir. Bura
pnevmokokk infeksiyası, su çiçəyi, qarın yatalağı, vəba əleyhinə vaksinlər aiddir. Bəzi ölkələrdə də bu
vaksinlərin immunizasiya proqramına daxil edilməsi nəzərdə tutulmuşdur.
1 nömrəli Bakı Tibb Kolleci
149
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 7
“Soyuq zəncir” və ona nəzarət sistemi
Dərsin məqsədi:
“Soyuq zəncir”in təyini, vaksinlərin düzgün saxlanması və daşınması üçün
istifadə edilən avadanlıqlar, onlardan istifadə və onlara qulluq qaydalarının öyrənilməsi.
Dərsin planı:
1.
“Soyuq zəncir” və onun saxlanılmasının şərtləri.
2.
“Soyuq zəncir” üçün avadanlıqlar və onlardan istifadə edilməsi.
3.“Soyuq zəncir”in vəziyyətinə nəzarət
Dərsin qısa məzmunu:
İmmunobioloji preparatların istehsalçıdan peyvənd ediləcək uşağa
qədər uyğun optimal temperatur şəraitində saxlanılma və daşınma sisteminə “soyuq zəncir” deyilir.
Bəzi vaksinlər istiliyə və donmağa həssasdırlar. Bu da onların keyfiyyətini azaldır, yəni onların
daşınması və saxlanması zamanı temperatur rejiminin gözlənməməsi nəticəsində immunogen aktivliyi ya
hissəvi ya da tamamilə itir. Onların aktivliyinin qorunması üçün vaksinlərin düzgün saxlanması və
daşınması həyati vacib məsələdir. Eyni zamanda “Soyuq zəncirə” riayət edilməsi sizin apardığınız
immunlaşdırmanı təhlükəsiz və effekli olmasını təmin edir.
“Soyuq zəncir”i təmin etmək üçün aşağıdakılar vacibdir:
1. GEM-də və tibb müəssisələrində vaksinlərin +2˚C +8˚C temperaturda saxlanması;
2. Peyvəndlər aparılan zaman vaksinlərin və həlledicilərin uyğun temperatur rejimində
saxlanılması;İstifadə edilməmiş vaksin flakonlarının temperatur rejiminə riayət edilməklə geriyə, tibb
müəssisəsinə qaytarılması;
3. Vaksinlərin düzgün saxlanılması və daşınması üçün soyuducu avadanlıqların istifadəsini təmin edən
xüsusi təlim keçmiş personal;
4. Soyuq zəncir üçün avadanlıqlar və onlardan istifadə edilməsi;
5. Soyuq zəncirin vəziyyətinə nəzarət.
“Soyuq zəncir” sistemində aşağıdakı avadanlıqlardan istifadə edirlər;
1. soyuducu otaqlar (kameralar) və ya iri soyuducu piştaxtalar (üstdən açılan);\
2. dondurucu kameralar və ya dondurucu piştaxtalar (frizerlər);\
3. dondurucular;
4. məişət soyuducuları;\
5. termokonteynerlər;
6. termoçantalar;
7. soyuducu elementlər;
8. termoindikatorlar;
9. termoqraflar;
10. termometrlər və s.
Soyuducu otaqlarda hər növ immunobioloji preparatların saxlanması üçün nişanlanmış stellajlar
düzəldilib. Soyuducu otaqlarda temperatur rejiminə nəzarət termoqrafın köməkliyi ilə həyata keçirilir.
Tibb müəssisələrində
immunobioloji preparatları məişət soyuducularında
saxlayırlar.
Soyuducular vaksinləri saxlamaq üçün soyuducu kamera və soyuducu elementləri dondurmaq və
saxlamaq üçün dondurucu kamera ilə təchiz olunurlar.
Peyvənd aparan tibb müəssisələrində soyuducu kameranın tutum həcmi
aşağıdakı tələblərə cavab verməlidir:
1. Vaksin və həlledicilərin 1 aylıq ehtiyatı
2. Vaksin və həlledicilərin 1-2 həftəlik ehtiyatı (aylıq ehtiyatın 25-30% qədər)
3. Elektrik enerjisinin kəsilməsi zamanı soyuducuda uyğun temperaturu saxlamaq üçün dondurulmuş
soyuducu elementlər və yaxud suyu olan qablar (butulkalar)
1 nömrəli Bakı Tibb Kolleci
150
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Hər bir tibb müəssisəsində soyuduculara cavabdeh olan şəxs və onun olmadığı
vaxtlar üçün “əvəzedici“si təyin edilməlidir. Bu əməkdaşın vəzifəsinə daxildir:
1. vaksinlərin, həlledicilərin və soyuducu elementlərin saxlanılması;
2. gündə 2 dəfə soyuducuda temperaturun yoxlanılması və qeydiyyatı;
3. soyuq zəncir üçün nəzərdə tutulmuş avadanlığın saz vəziyyətdə saxlanılması
Məişət soyuducuları 2 kameradan ibarət olur:
1. Əsas kamera (soyuducu) - vaksin və həlledicilərin saxlanılması üçün nəzərdə tutulur. Bu kamerada
temperatur +2˚C +8˚C arasında olmalıdır. Burada temperatur xüsusi termostat vasitəsilə nizamlanır.
2. Dondurucu kamera
- soyuducu elementlərin dondurulması üçün nəzərdə tutulur, burada
temperatur 0˚C-dən aşağı olmalıdır.
İmmunoloji preparatlar saxlanılan soyuducularda dərmanlar, məlhəmlər, qan zərdabı nümunələri və
s. saxlamaq olmaz, elecə də qida məhsulları saxlanıla bilməz. Soyuducunun qapısını tez-tez açmaq olmaz,
çünki bu soyuducunun kamerasında temperaturun artmasına səbəb olur.
Vaksinlərin və həlledicilərin saxlanılması üçün vacib temperatur rejiminin yaradılmasında
soyuducuların düzgün doldurulması böyük əhəmiyyət kəsb edir.
Soyuducular aşağıdakı kimi doldurulmalıdır:
1. dondurucu kamerada soyuducu elementlər dondurulur və saxlanılır;
2. bütün vaksinlər və həlledicilər, soyuducu kamerada saxlanılmalıdır. Əgər soyuducu kamerada yer
çatmırsa, onda həlledicini otaq temperaturunda saxlamaq olar. Bununla yanaşı həlledicilər peyvənd
aparılan zaman soyuducuya yerləşdirilməli və soyuq şəkildə vaksinlə qarışdırılmalıdır.
3. vaksin qutuları rəflərdə elə yerləşdirilməlidir ki, onların arasında havanın dövr etməsi üçün sərbəst
məsafə qalsın. Donmağa həssas olan vaksinlər dondurucu kameradan, soyuducu elementlərdən və
soyuducunun divarından aralı yerləşdirilməlidir.
4. soyuducudan götürülmüş, lakin istifadə edilməmiş, bağlı vaksin flakonları ayrıca qutulara yığılmalı və
üstündə “ birinci növbədə istifadə etməli ” yazılmalı və növbəti dəfə peyvənd aparılan zaman ilk olaraq
işlədilməlidir.
5. əgər “açıq” çox dozalı vaksin flakonları ( OPV, AGDT, ADT, HB ) qalmışdırsa, onlar da ayrıca qutulara
yığılmalı və üstündə “ birinci növbədə istifadə etməli” yazılaraq 6 günə qədər müddətdə ilk olaraq istifadə
edilməlidir.
6. əgər flakonda olan indikator vaksinin yüksək temperaturda çox qalmasını göstərirsə, onda onu ayrıca
qutuya yerləşdirib üstünə “ birinci növbədə istifadə etməli” yazıb növbəti peyvənd zamanı istifadə
edilməlidir.
7. soyuducunun aşağı rəfində və qapısında ancaq su ilə dolu qablar saxlanılmalıdır.
Termokonteynerlər-termos prinsipi ilə işləyən xüsusi konteynerdir. Belə konteynerlər tibb işçiləri
tərəfindən immunobioloji preparatların anbardan daşınması, tibb müəssisələrindən kənarda peyvənd
işinin aparılması üçün istifadə edilir, həmçinin soyuducu qəflətən sıradan çıxdıqda onlardan istifadə edilə
bilər.
Termoçantalar-termoizolyasiya olunmuş xüsusi qab olub, ölçülərinə, çəkisinə görə
termokonteynerlərdən kiçikdirlər və onları əldə daşımaq mümkündür. Termoçantalar ya vaksinlərin
peyvənd məntəqəsindən kənara daşınması, yaxud da tibb müəssisələrində peyvənd aparılan zaman
vaksinlərin uyğun temperaturda saxlanılması məqsədilə istifadə edilir.
Soyuducu elementlər-əsasən yastı düzbucaqlı plastikdən olan qablardır ki, su ilə doldurularaq
dondurulur. Bunlar vaksinlər saxlanılan termokonteynerlər və termoçantalarda aşağı temperatur
yaratmaq üçün istifadə edilir. Hər bir peyvənd otağında (məntəqəsində) 2 dəst soyuducu element
olmalıdır: bir dəst işdə olmalıdır, digəri isə, yəni ikinci dəst dondurularaq ehtiyat kimi saxlanılır.
Soyuducu elementləri dondurmaq üçün 24 saat vaxt tələb olunur və onları dəfələrlə dondurmaq olar.
Soyuducu elementlərdən düzgün istifadə edilməsi vaksinlərin yaxşı keyfiyyətdə saxlanılmasının vacib
şərtlərindəndir.
1 nömrəli Bakı Tibb Kolleci
151
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
“Soyuq zəncir”in vəziyyətinə nəzarətin yerinə yetirilməsidə vaksinlərin və həlledicilərin
saxlanılması və daşınması zamanı temperatur rejimi haqqında məlumatın toplanması vacibdir. Buna
aşağıda qeyd ediləcək avadanlıqların məlumatları xidmət edir.
Dostları ilə paylaş: |