Mühazirə MÖvzu 1 Epidemiologiya fənni, üsulları və inkişaf tarixi MÖvzu 2



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə19/34
tarix06.06.2020
ölçüsü3,39 Mb.
#31611
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   34
Epidemiologiya pdf 1N BTK


İnfeksiya mənbəyi.  
Qara  yarada  insan üçün  infeksiya mənbəyi qismində  otyeyən heyvanlar, o 
cümlədən iri və xırdabuynuzlu mal-qara, at, dəvə, qoyun, keçi, həmçinin donuzlar iştirak edə  bilər. 
Yoluxma mexanizmi. 
Qara yara törədicisinin insana ötürülməsi xəstə  heyvanla,  onun cəmdəyi, 
heyvani mənşəli infeksiyalaşmış xammal, həmçinin törədici ilə çirklənmiş torpaqla təmas zamanı həyata 
keçir. 
İnsanın yoluxması daha çox infeksiya mənbəyi  ilə  birbaşa təmas zamanı  (mal-qaraya qulluq və s.) 
və ya bəzi yoluxma amilləri ilə (gön, dəri, yun və s.), yəni qara yara basillərinin zədələnmiş dəri örtüklərinə 
(sıyrıntı, cırmaq yeri, kəsiklər və s.) düşməsi ilə baş verir. Bəzən insanların xəstələnməsi müxtəlif torpaq 
işlərini yerinə yetirdikdə törədici ilə çirklənmiş torpaqla  təmas zamanı baş verir. 
Qara yara zamanı yoluxma amilləri qismində infeksiyalaşmış məhsullar iştirak edə bilər. Lazımi 
termiki emaldan keçməmiş infeksiyalaşmış ət və ət məhsullarının istifadəsi zamanı qida yolu ilə nadir 
yoluxma halları məlumdur. 
Эцман едилир  ки,  гара  йара  иля трансмиссив  йолла  (эюйцн вя йа пайыз милчяйинин щцъуму 
заманы) йолухма мцмкцндцр, лакин инсанларда бу йолухма йолу тясдигини эюзляйир. 
Гара  йара  аерозоллары (щава-тоз йолу) иля йолухма  мцмкцндцр.  Бу,  онунла баьлыдыр ки, 
спорлар гуру инфексийалашмыш щейван хаммалынын – йун, щейванын ъод тцкц, сач, дяри вя с. емалы 
иля баьлы олан мцхтялиф техноложи просесляр заманы щавайа дцшя биляр. Сойуг мцщарибя дюврцндя бу 
йолухма цсулу (Баъиллус антщраъис спорларындан аерозолларын сцни йарадылмасы) хцсусиля еффектив 
щесаб олунурду. 
Щяссаслыг
Гара  йара  иля йолухмайа  гаршы  инсанларын тябии  щяссаслыьы нисбятян йцксякдир 
(йолухма рискиня мяруз галан шяхслярин 20%-ня гядяри хястялянир) вя щава-тоз йолухма йолунда 
практик олараг цмумидир. 
Patogenez. 
Qara yara törədicisi üçün giriş qapısı, adətən, zədələnmiş dəri sayılır.  Nadir hallarda 
basil tənəffüs yollarının və mədə-bağırsaq yolunun selikli qışasından daxil olur. Törədicinin dəriyə daxil 
olma yerində nekroz, yanaşı toxumaların ödemi və regionar limfadenitlə birgə seroz- hemorragik iltihab 
ocağı şəklində qara yara karbunkulu əmələ gəlir. 
Klinikası
Qara yara zamanı insanda inkubasiya dövrü cəmi bir neçə saat  davam  edə  bilər, bəzən 
8 günə qədər uzanır, əsasən isə 2-3 gün çəkir. 
Xəstəlik məhdud (dəri və visseral) və ya yayılmış (septik) formada inkişaf edə bilər. 

1 nömrəli Bakı  Tibb Kolleci 
122 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Diaqnostika. 
Diaqnoz  klinik-epidemioloji  və  laborator  məlumatların  əsasında  qoyulur. 
Laborator diaqnostikaya bakterioskopik və bakterioloji metodlar aiddir, erkən diaqnostika məqsədilə  - 
immunoflüoressensiya  metodundan  istifadə  olunur.  Həmçinin  qara  yaranın  allerqoloji  diaqnostikası 
tətbiq olunur ki, bu da antraksinlə dəriiçi sınaqla aparılır və xəstəliyin 5 -ci günündən müsbət nəticələr 
verir. Laborator müayinələr üçün material kimi vezikulların və karbunkulların möhtəviyyatı, həmçinin 
septik formada bəlğəm, qan, ifrazatlar və qusuntu kütlələri götürülə bilər. 
 
 
Qara yaradan ölmüş insanların cəsədlərini, əgər diaqnoz təsdiq olunmuşdursa, təşrih etmirlər. Qara 
yaradan ölmüş insanları (meyitləri) adı qəbiristanlıqda epidemik təhlükəsizlik tədbirlərinə əməl etməklə 
basdırırlar. 
1. Qara yara ilə xəstənin (meyitin)  olduğu yer  dezinfeksiya  edilir.  Xəstənin əşyaları kamera üsulu ilə 
zərərsizləşdirilir. 
2.  Qara yara ilə xəstə şəxs və ya heyvanlarla təmasda olmuş şəxslər üzərində ocaq tam ləğv olunana qədər 
tibbi müşahidə qoyulur. 
İnsanların profilaktik planlı  vaksinasiyası. 
Qara  yaraya  qarşı  peyvəndə  aşağıdakılar cəlb 
olunur: 
1.  qara yara törədicilərinin diri kulturaları, yoluxmuş  laborator heyvanlar və ya  törədicilərlə 
yoluxdurulmuş müayinə materialı ilə işləyən şəxslər; 
2.  zoobaytarlıq işçiləri və ya heyvanları öldürməzdən əvvəl onlara qulluq edən, həmçinin sənəti ilə 
əlaqədar onların kəsimi, cəmdəklərin emalı və dərinin soyulması ilə məşğul olan şəxslər; 
3.  heyvan mənşəli xammalın toplanması, saxlanması, daşınması və birincili emalı ilə məşğul olan 
şəxslər. 
 
Qara yaraya qarşı vaksinasiya 
diri qara yara STİ (Sanitar-Texniki İnstitut) vaksini ilə iki dəfə 
21  gün intervalla aparılır.  Revaksinasiya hər il 1  il intervalla  həyaa keçirilir  (xəstələnmənin  mövsümi 
yüksəlişinə qədər). Qara yara xəstəsi yoluxucu  xəstəxanaya  və  ümumi  xəstəxananın yoluxucu şöbəsinə, 
sonuncular olmadıqda isə (kənd yerində) ayrıca palatada hospitalizasiya  olunur. 
Qara yaraya qarşı ən geniş yayılmış daha perspektiv vaksinlər bunlardır: 

1 nömrəli Bakı  Tibb Kolleci 
123 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Amerikan  istehsalı 
–  zəiflədilmiş,  kapsulsuz,  B.anthracis  ştamının  əsasında  hazırlanmış, 
inaktivasiya,  absorbsiya  olunmuş,  qara  yara  ekzotoksininin  qoruyucu  antigeninə  (PA)  malik  və 
bakteriyalardan  təmizlənmiş  vaksindir.  Vaksin  spesifik  anti  –  PA  AB-tərkibli  əks  cisimlərin  hasilini 
stimulyasiya edir.  Sterne, Ames və RP42 ştamlarına qarşı güclü protektiv xassələrə malikdir.  Vaksinin 
effektivliyi  qara  yaranın  dəri  forması  ilə  xəstələrin  kiçik  populyasiyasında  sınaqdan  keçirilmişdir. 
Meymunlar  üzərində qoyulmuş təcrübədə (0 və 2 həftədə yeridilmişdir)  aerozol  yoluxma  zamanı vaksin 
yüksək effektivlik göstərmişdir. 
Rusiya  istehsalı 
–  zəiflədilmiş  basil  kulturalarının  əsasında  sporlardan  hazırlanmış  diri 
vaksindir (STİ-1). 
Qara yaranın təcili profilaktikası içərisində qara yara çöpləri və ya sporları olan  materiala təmasda 
olan,  həmçinin  meyitlərin  basdırılmasında  iştirak  edən,  qara  yara  ilə  xəstələnmiş  heyvanların 
öldürülməsi, onların kəsimi, cəmdəklərinin emalı ilə məşğul olan şəxslərə qarşı aparılır. 
Təcili profilaktika zamanı antibiotiklərdən istifadə olunur. 

1 nömrəli Bakı  Tibb Kolleci 
124 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU 65 
Quduzluq 
 
Quduzluq  virus  etiologiyalı kəskin  yoluxucu  xəstəlikdir.  Mərkəzi  sinir  sisteminin pozulması ilə 
müşaiyət olunur. Çünki virus sinir mərkəzlərini və beyin qabığını zədələyir. 
Hazırda yer kürəsində hər il quduzluq xəstəliyindən 1000-ə  yaxın insan tələf olur, 1 mln-a yaxın 
insan bu  xəstəliyə qarşı peyvənd olunur. 60-cı illərin ortalarında 28 ölkə (İngiltərə, Yaponiya, Avstraliya) 
və Skandinaviya yarımadası bu xəstəlikdən tamamilə azad olmuşlar. 
Qısa tarixi məlumat. 
İtlər və digər ev heyvanları arasında yayılmış quduzluq xəstəliyi  haqqında 
(b.e.ə.500-cü il) Demokrit və (b.e.ə. 322-ci il) Aristotel aşkar etmişlər. 
Hazırda quduzluq yer üzünün bütün nöqtələrində var. Quduzluq bir çox heyvan  növlərində müşahidə 
edilmişdir. Bura itlər, donuzlar, atlar aiddir. Quduzluq həmçinin insanlar arasında da var. 
Etiologiyası. 
Xəstəliyin  törədicisi  süzülən  viruslardır  rabdoviruslar  ailəsinə  aiddir.  Bu  viruslar 
aşağı  temperaturaya  davamlıdır.  Viruslar  kimyəvi  maddələrin  təsirindən  tələf  olur  (15-20  dəqiqə). 
Quduzluq virusu insanın eləcə də müəyyən qrup canlıların mərkəzi sinir sistemində parazit  həyat keçirir. 
Quduzluqdan ölmüş heyvanın mərkəzi sinir sisteminin  toxumalarında  xüsusi  çisimciklər tapılır, bu ilk 
dəfə  1887-ci  ildə  Babeş,  1903-cü  ildə  isə  Neqr  tərəfindən  aşkar edilmişdir.  Buna Neqri  çisimcikləri 
deyilir. Bu diaqnostikaya kömək edir. 
Patogenez və klinikası
Dişlənmiş  nahiyyə  başa yaxın  yerləşdikdə  inkubasiya  dövrü  qısalır. 
Xəstəlik tədricən başlayır. Ümumi zəiflik, kefsizlik, az qızdırma ilə yanaşı, yara yerində ağrı, şişkinlik, 
qızartı olur. Xəstələr qəmgin və həyəcanlı olur, qorxur. Pis yatır, qorxulu yuxular görür, təkliyi sevir, 2-
3 gündən sonra oyanıqlıq əlamətləri başlayır, hidrofobiya (sudan qorxma) tutmaları əmələ gəlir; su içmək 
istədikdə, hətta onu gördükdə, səsini eşitdikdə xəstə boğulur, göyərir, qışqırır. Bu cür tutmanı hava axını 
(aerofobiya)  da  törədə  bilər.  Tutma  zamanı  qırtlaq,  udlaq  əzələləri  dartılır,  xəstənin  nəbzi  sürətlənir, 
psixikası,  tənəffüsü  pozulur,  bədəni  titrəyir,  narahatlıq  və  qorxu  əmələ  gəlir.  Xəstənin  sifəti  dəyişir, 
gözləri  bərəlir,  başı  dala  dartılır  və  aqressiv  hallar  (özünü  və  ətrafdakıları  dişləməklə,  cırmaqlamaq, 
tüpürmək,  mebeli,  qapı-pəncərəni  sındırmaq,  paltarını  cırmaq  və  s.)  baş  verir.  Bu  zaman  xəstə  xeyli 
güclü olur, onun huşu pozulur, eşitmə və görmə halüsinasiyası qeyd olunur. 
İnkubasion  dövrü  12  gündən  bir  ilə  qədərdir.  Bu  dövr  orqanizmə  düşmüş  virusun  tərkibindən 
asılıdır. 
İnfeksiya  mənbəyi. 
Quduzluq -  zoonoz  xəstəlikdir.  Xəstə  insanın  ağız  suyunda virus  olsa  da, 
praktiki  olaraq  insandan    yoluxma  halı    mümkün  deyil.  Quduzluqla  yoluxa  biləcək  və  insanları 
yoluxduracaq  heyvanların əhatə dairəsi çox genişdir. Bunların içərisində epizootik və epidemik cəhətdən 
itlər  ailəsində,  əsasən  canavar,  tülkü,  it,  çaqqal  vasitəsi  ilə  yayılır.  Vəhşi  heyvanlardan  itlər,  itlərdən 
pişiklər və təsərrüfat heyvanları yoluxurlar. 
İnsanın  yoluxma mənbəyi əsasən itlər və pişiklərdir. İtlərdə bəzən sakit (iflici)  quduzluq müşahidə 
edilir. Heyvandan heyvana bu xəstəlik dişləmə nəticəsində yoluxur, bu halda epizootiya baş verir. 
İnfeksiyanın  yayılma  mexanizmi. 
İnsanın    quduzluğa  yoluxmasının  ən  sadə  yolu  vəhşi 
heyvanın  insanı  dişləməsidir  ki,  bu  zaman  virus  ağız  suyu  vasitəsi  ilə  yaraya  düşür.  Bundan  başqa  da 
yoluxma yolları mümkündür. Lakin bunların hamısı sonda ağız suyu vasitəsi ilə yaraya virusun düşməsinə 
gətirib çıxarır. 
Epidemioloji xüsusiyyətləri: 
Quduzluğun yayılması sosial faktorlar asılıdır.  Bura  aiddir: küçə 
itləri və pişiklərinin təmizlənməsi, evdə saxlanan heyvanların antirabik vaksininin alması və s. Yoluxma ən 
çox yay vaxtına təsadüf  edir  ki, bu da bu vaxtlarda insanların daha  çox küçədə, bağda,  açıq yerdə olması 
ilə əlaqədardır. Ən çox yayılma isə qeyd etdiyimiz kimi, və hşi heyvanların dişləməsi ilə baş verir. 
Profilaktikası. 
Ən əhəmiyyətli tədbir-heyvanlar arasında quduzluğun  ləğv  edilməsidir. Sahibsiz 
it və pişikləri məhv etmək, vaksinasiya aparmaq lazımdır. Dişləmə yerini sabunlu su ilə 

1 nömrəli Bakı  Tibb Kolleci 
125 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
yaxşı-yaxşı yumaq, spirt və yod sürtmək məsləhət görülür. Yaranın kənarlarını kəsmək, onu tikmək olmaz. 
Heyvan dişləmiş adam vaksinasiya olunmaq üçün mütləq xəstəxanaya göndərilməlidir. İnsanı dişləmiş it 
10 gün müddətində müşahidə altına alınmalıdır. Əgər quduz olarsa, bu müddət  ərzində heyvan ölməlidir. 
İnsanı quduz heyvan dişlədikdə  və  dişləmiş  heyvan  tapılmadıqda,  dişləmə  yeri başda, üzdə, boyunda, 
əllərdə, gövdədə olduqda, yara dərin və çox olduqda, onda həmin şəxsə mütləq quduzluq əleyhinə peyvənd 
edilməlidir. Heyvandarlar və itə baxanlar  peyvənd (antrobik vaksin) olunurlar. Vaksin ilk dəfə fransız alimi 
Paster təklif etmişdir. Vaxtında edilən peyvənd xəstəliyin qarşısını almaqda etibarlı vasitədir. 
GEM  bu işlə  xüsusi  olaraq  məşğul  olur.  Belə  ki,  GEM  epidemioloji  müşahidənin  aparılmasına, 
dişləmiş heyvan haqqında bütün məlumatların toplanmasına və xəstə  heyvanlarla  təmasda  olan şəxslərin 
müayinəsinə nəzarət edir. Vaksinin necə və hara vurulması təcrübədə izah  olunacaq. 
Profilaktik tədbir baytar həkimlə, zoonoz olduğuna görə birlikdə aprılır. 

1 nömrəli Bakı  Tibb Kolleci 
126 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU 66 
Tetanus 
 
Skelet  əzələlərinin  onik  və tetanik  qıcolmaları  ilə  gedən  kəskin  yoluxucu xəstəlikdir.  Tetanusun 
çöpləri spor şəklində, əsasən torpaqda uzun müddət  yaşayır. Onlar  su, göyərti, meyvə -tərəvəz vasitəsilə 
insan və heyvanın bağırsağına düşür, yenə də xaric olur. Lakin   dərinin  müxtəlif zədələnmələri (kəsilmə, 
deşilmə, sıyrıntı, yanıq, donma), heyvan və quşların dişləməsi zamanı insan tetanusa yoluxur. Ev şəraitində 
abort və doğuş zamanı baş verən tetanus xüsusi ilə ağır olur. Çox  vaxt tetanusa uşaqlar, kənd təsərrüfatı 
işçiləri,  heyvandarlıqla  məşğul  olanlar  xəstələnirlər.  Mikrob  yarada  çoxaldıqda  orada  toksin  toplanır, 
hərəki sinirlər boyu onurğa beyninə və beynə gəlir, hərəki mərkəzləri zədələyir. 
Etiologiyası. 
Törədicisi  çöplər  olan  Bacillaceae  ailəsi,  Clostridium  cinsinə  məxsusdur. 
Klostridium-hərəkətli  anaeroblardır.  Əlverişsiz  şəraitə  düşdükdə  spor  əmələ  gətirir.  Klostridiumun 
vegetativ  formaları  az  davamlıdır.  3  dəqiqə  qaynadıldıqda  məhv  olurlar.  Sporları  isə  onlardan  fərqli 
olaraq yüksək temperatur və dezinfeksiyaedici maddələrə çox davamlıdırlar. Qaynadıldıqda yalnız 30  - 
50  dəqiqədə  onlar  məhv  olurlar.  Törədicinin  vegetativ  formaları  spesifik  ekzotoksin  əmələ  gətirir. 
Tetanus toksini ən güclü bakterial zəhər sayılır ki, bu toksinlər yalnız botulizm toksinindən geri qalır (öz 
xüsusiyyətlərinə görə). 
Patogenez. 
Tetanus klostridiumu neyrotrop toksinlər əmələ gətirir, hansı ki, bu toksinlər müxtəlif 
ifliclərə  səbəb  olur.  Bu  da  toplanmış  toksinlərin  hərəki  sinirləri  boyu  onurğa  beyninə  və  baş  beynə, 
periferik  sinirlər  vasitəsi ilə gəlir və  hərəki mərkəzləri  zədələyir. Əsas  simptomlar bunlardır:  qıcolma 
sindromu - bunun nəticəsində ürək-damar sisteminin fəaliyyəti və tənəffüs funksiyası pozulur. Asfiksiya, 
ürək fəaliyyətinin və tənəffüsün iflici, xəstəliyə müxtəlif iltihabi xəstəliklərin qoşulması (pnevmoniya, 
sepsis) nəticəsində ölüm baş verə bilər. 
Klinik mənzərə. 
İnfkubasiya dövrü bəzi ədəbiyyatlarda 5  gündən 14 günə  kimi, ağır  hallarda isə 
2 gündən 1 aya kimi davam edə bilər. Bəzi ədəbiyyatlara görə bu dövr qısa olarsa, xəstəlik bir o qədər ağır 
keçir. Prodormal dövrdə isə bəzən yara ətrafında ağrılar olur ki, bu da xəstəni narahat edir. Xəstəlik əsasən 
3 formada keçir: 1) yüngül; 2) orta; 3) ağır. 
Xəstəliyin ilk və xarakter əlaməti çeynəmə əzələlərinin qıcolması nəticəsində ağızın kilidlənməsi 
- trizmdir. Bu vəziyyətdə baş, bədən arxaya doğru əyilir (körpü vəziyəti), ayaqlar tam açılır, qollar bükülür 
və  gövdəyə  sıxılır  -  bu  ənsə,  boyun,  gövdə,  ətraf  əzələlərinin  tonik  qıcolmasıdır  ki,  bu  zaman  qarın 
əzələləri bərkdir, sidik, nəcis ifrazı, əmmə, çeynəmə, udma aktları pozulur. Ara bir skelet əzələləri xeyli 
dartılır,  bərkiyir,  onlarda  şiddətli ağrı baş verir.  Xəstənin  bədəni müəyyən  vəziyyətdə fiksasiya olunur, 
üzü  dəyişir.  Belə  qıcolmaların  sayı  və  həmçinin  qıcolmanın  müddəti  tetanusun  ağırlıq  dərəcəsindən 
asılıdır. Həmçinin bu özü ağırlıq dərəcəsini müəyyən etməyə imkan verir. 
Diaqnoz
Klinik  göstəricilərə  görə  təyin  edilir.  Laborator  üsulda  çətinlik  yaradan  törədicinin 
ayrılması və götürülməsi ilə bağlıdır. Bu zaman əzələlərdən bioloji sınaq üçün götürmək olar, bu sınaq 
yaranın  ən  dərin  yerindən  götürülməlidir.  Götürülmüş  sınağın  nəticəsi  "+"  olarsa,  1  -2  gündən  sonra 
heyvanda tetanus meydana çıxacaq. 
Profilaktika  və  mübarizə  tədbirləri
.  Ən  effektli  profilaktik  tədbir  tetanus  əleyhinə 
anatoksinlə  aktiv  immunizasiya  aparılmalıdır.  Uşaqlar  arasında  planlı  şəkildə  peyvəndlərin  vurulması 
aparılır, bura AGDT və  ADT-M  vaksinləri  aiddir.  Vaksinasiya  və  revaksinasiya  aktiv immunizasiyanın 
sonunda aparılır. İmmunitetin saxlanması üçün 10 il ərzində intervalla revaksinasiya (0,5 ml dozada ADT-
M anatoksini) aparılması vacibdir. 
Tetanus əleyhinə aktiv immunizasiya - AT- anatoksinindən 0,5 ml dozada 30-40 gün intervalı ilə dəri 
altına  yeridilir.  Revaksinasiya  isə  6  aydan 2  ilədək  intervalla  0,5  ml    dozada  anatosksinin  dəri  altına 
yeridilməsi ilə aparılır. 

1 nömrəli Bakı  Tibb Kolleci 
127 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Zərdab vurulduğunu təsdiqləyən sənədi olmayan yetkin yaşlı şəxsləri yoxlamaq məqsədiylə 1 ml 
AT və 250 TV (3 ml) tetanus əleyhinə insan qammaqlobulini və ya 3000 TV tetanus əleyhinə peyvəndi 
vurulur. 
Təcili profilaktika aşağıdakı hallarda göstərişlidir: 
travma və  dəri  örtüyünün tamlığının 
pozulması;  II,  III  və  IV  dərəcəli  yanıqlar;  evdə  qəbul    olunmuş    doğuşlar;    qanqrena    və  toxuma 
nekrozlaşmasında, abseslərdə; vəhşi  heyvan dişlədikdə; mədə-bağırsaq sistemində cərrahi əməliyyatlarda 
və başqa hallarda. 
Bundan başqa tetanusun profilaktikasına aiddir: 
travmatizmlə  mübarizə,  yaranın cərrahi 
işlənməsi; doğuşun qəbulunda və abortlarda aseptika qaydalarına riayət edilməsi; həmçinin rayon və kənd 
yerlərində  yaşayan hamilə  qadınların  tetanus  əleyhinə  immunizasiya  edilməsi.  Bu  profilaktik  tədbirlər 
kənd yerlərində yaşayanlar, idmançılar, heyvandarlıqla məşğul olanlar arasında da aprılmalıdır. Ən kiçik 
zədələnmə hallarında belə dərhal həkimə müraciət edilməlidir. 
Planlı vaksinasiya 5 aylıqdan 17 yaşa qədər uşaqlara vaxtaşırı olaraq tetanus anatoksini vurulur. Belə 
uşaqların  tetanusa  yoluxması  az rast  gəlsə  də,  yaralandıqda onlara  azı 1  dəfə    əlavə   olaraq  anatoksin 
yeridilir. Peyvənd olunmamış şəxslər zədələndikdə tetanusa qarşı təcili fəal-passiv profilaktika aparılır. 
Xəstənin yarası təmizlənir. Tetanus əleyhinə zərdab və anatoksin vurulur. 

1 nömrəli Bakı  Tibb Kolleci 
128 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU 67 
QİÇS 
 
İnsanın immunçatışmamazlıq virusu (İİV) əsasən təmas mexanizmli antroponoz xəstəliyi törədir. 
O, immun sisteminin zədələnməsi ilə səciyyələnir ki, bu  da qazanılmış immunçatımamazlıq 
sindromunun (QİÇS) inkişaf etməsinə və ikincili xəstəliklərdən ölümün baş verməsinə  gətirib çıxarır. 
Törədici. 
İİV    retroviruslar  (Retroviridae)  ailəsinə, ləng gedişli viruslar  (Lentivirus) 
yarımaləsinə aiddir. Lentivirusların 7 növü məlumdur ki, onlardan 6 -sı heyvanlar üçün  patogendir  və 
yalnız 1-i (İİV) insanda  xəstəlik törədir. İnsanın  immunçatışmamazlıq virusu –  İİV  (Human 
immundificiency virus – HİV) 1983-cü ildə Fransada  limfadenopatiya ilə xəstənin  qanında 
leykositlərdən ayrıd edilmişdir. 
Virusun  2  serotipi  təsvir  olunmuşdur:  İİV-1  və  İİV-2,  onlar  bir-birindən  struktur  və  antigen 
xüsusiyyətlərinə görə fərqlənirlər. İİV-1 daha böyük  epidemioloji əhəmiyyət daşıyır ki, hazırda məhz bu 
serotip dominantlIq edir. 1-ci  serotipin  ştamları 3 qrupa bölünmüşdür: M, N, O. M  qrupunda 10 subtip 
aşkar edilmişdir ki, onlar belə göstərilir: A, B, C, D, F1, F2, C, G, K. 
Təbii şəraitlərdə İİV qurumuş substratda bir neçə ay ərzində, böyük miqdarda virus hissəcikləri 
olan mayelərdə, məsələn, qan, eyakulatda bir neçə gün, dondurulmuş qan zərdabında bir neçə il qalır. 
56^C temperaturda 30 dəqiqə qızdırılma virusun infeksion titrinin 100 dəfə azalmasına səbəb olur, 
70-80^C-də  virus 10  dəqiqədən  sonar  məhv  olur; 70%-li  etil  spirtinin  və 60%-li  hidrogen peroksidin 
təsiri ilə 1 dəqiqəyə məhv olur. 
İnfeksiya mənbəyi 
– xəstəliyin istənilən mərhələsində, o cümlədən inkubasiya dövründə olan 
İİV-ə  yoluxmuş  şəxsdir.  İİV  bütün  bioloji  mayelərdə  (qan,  sperma,  uşaqlıq  yolu  şirəsi,  ana  südü, 
tüpürcək,  göz  yaşı,  tər  və  s.)  ola  bilər  və  transplasentar  səddi  keçə  bilər.  Lakin  virus  hissəciklərinin 
bioloji mayelərdə miqdarı müxtəlifdir, bu da onların epidemioloji əhəmiyyətini fərqləndirir. 
Yoluxma  mexanizmi. 
İİV  aşağıdakı  mexanizmlərlə  ötürülür:  təbii  –  təmas,  şaquli  və  süni 
(artifisial).  Virusun  yoluxma  mexanizmi  müxtəlifdir:  cinsi,  transplasentar,  parenteral  (infeksiya, 
transfuziya, transplantasiya). Dominantlıq edən yoluxma mexanizmi təmas mexanizmi   olub,  cinsi yolla 
həyata keçir. Cinsi yolla ötürülmənin rolu sperma və uşaqlıq yolu şirəsində virusun  yüksək qatılığı ilə 
şərtlənir. 
İİV-in kişi-kişi, kişi qadın, və qadın-kişi istiqamətində ötürülməsi mümkündür. 
Immunşatışmamazlıq  virusu  infeksiyalaşmış  qanın  və  ondan  hazırlanmış  məhsulların  (eritrosit 
kütləsi, trombositlər, təzə və dondurulmuş plazma) köçürülməsi zamanı ötürülür. 
HİV  insanı  müxtəlif  infeksiyalardan  və  bədxassəli  şişlərdən  qoruyan  immun  sisteminə  təsir 
göstərir. HİV immun sisteminin müəyyən (CD4 adlanan) hüceyrələrini zədələyir. CD4 hüceyrələrinin 
qanda  miqdarının  azalaması  immun  sisteminin  zədələnmə  dərəcəsi  və  xəstəliyin  mərhələsi  haqqında 
məlumat  verir.  HİV  infeksiyası  ləng  gedən  infeksiyalarına  aiddir.  HİV-ə  yoluxmadan  sonra  ilk  illər 
ərzində insanın immun sistemi virusa qarşı müqavimət göstərə bilir. 
Yoluxma anından, spesifik  klinik  əlamətlərin  büruzə verməsinə qədər  olan  dövr bir  neçə il (orta 
hesabla 6-10 il) davam edə bilər. HİV ilə yaşayan bəzi insanlarda, klinik əlamətlər hətta 20 və ya daha çox 
il aşkar olunmur. Xəstəliyin gedişi bir çox amillərdən: orqanizmin ümumi vəziyyətindən, müvafiq olaraq 
– immun sisteminin vəziyyətindən, həyat tərzindən, zərərli vərdişlərin olub olmamasından və ümumiyyətlə 
insanın  öz  həyatına  və  diaqnozuna  münasibətindən  asılıdır.  Zaman  keçdikcə  virusun  və  orqanizmin 
mübarizəsi  immun  sistemin  zəifləməsinə  gətirib  çıxarır  və oppotunistik  adlanan  bir  çox  infeksiyalara 
(vərəm,  pnevmosist,  pnevmoniya,  və  s.)və  bədxassəli  şişlərə  (kapoşi,  sarkomasi,  limfomalar)  qarşı 
insanın həssaslığı artır.  AİDS/QİÇS  –   Qazanılmış  İmmunçatımamazlığı Sindromudur. AİDS diaqnozu 
HİV – müsbət insana o zaman qoyulur ki, onda CD4 hüceyrələrinin miqdarı o səviyyəyə qədər azalır ki, 
xəstəliyin klinik əlamətləri oppotunistik infeksiyalar yaxud, onkoloji xəstəliklər şəklində aşkar olunur. 

1 nömrəli Bakı  Tibb Kolleci 
129 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
HİV-in ötürülmə yolları: 
Yoluxma üçün kifayət miqdarda  HİV orqanizmin 4 (dörd) mayesində 
olur. Qan, sperma, vaginal maye və ana südü. Virus  ətraf mühitin amillərinə  qarşı davamsızdır və onların 
təsiri altında tez bir zamanda məhv olur. Tüpürcək, tər, göz yaşı,  sidikdən praktiki olaraq HİV ilə yoluxma 
mümkün deyil, çünki bu mayelərdə virusun miqdarı kifayət qədər çox deyil. 
Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin