1 nömrəli Bakı Tibb Kolleci
106
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
şəxslər və yaxın qonşuları müayinə olunur. Kənd yerində təkrari xəstəlik aşkar edildikdə həyətyanı
müayinə aparılır və malyariyaya şübhəli şəxslərdən müayinə üçün qan götürülür.
Laborator diaqnostikası
: Malyariya plazmodilərini aşkar etmək üçün Romonovski-Cimza
üsulu ilə boyanmış nazik və qalın qan yaxmasından istifadə edirlər.
1 nömrəli Bakı Tibb Kolleci
107
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 58
Qayıdan yatalaq
Məzmunu:
Epidemik (bitlə yoluxan) və endemik (gənə ilə yoluxan) qayıdan yatalaqların
epidemiologiyası, profilaktika və mübarizə tədbirləri.
a) Epidemik qayıdan yatalaq (bitlə yoluxan)
Bitlə yoluxan epidemik qayıdan yatalaq və ya spiroxetoz hərarət tutmaları və hərarətsiz dövrlərin
bir-birini ardıcıl əvəz etməsi, baş və əzələ ağrıları, dalaq və qara ciyərin böyüməsi ilə özünü göstərən
kəskin yoluxucu xəstəlikdir. Əhali arasında bitlilik çoxaldıqda geniş yayılır.
Qısa məlumat tarixi:
Əvvəllər məlum olmasına baxmayaraq, epidemik qayıdan yatalaq ilk dəfə
1842-ci ildə ingilis alimi Cenner tərəfindən təsvir edilmişdir. Xəstəliyin törədicisi 1868 -ci ildə Berlin
xəstəxanasının prorektoru Obremeyer tərəfindən kəşf edilmişdir. Rus alimlərindən Q.N.Minx (1874) və
İ.İ.Meçnikov (1881) özlərini xəstənin qanı ilə dəri zədələnməsi vasitəsilə yoluxdurub xəstələnərək
Obremeyerin kəşfini sübut etmişlər. 1892-ci ildə O.O.Moçutkovski xəstəliyin bitlər vasitəsilə
keçirilməsi fikrini irəli sürmüşdür. 1902-ci ildə İngilis həkimi Mekki isə Hindistanda qayıdan yatalaqlı
xəstədən yığdığı bitlərin orqanizmdə xəstəliyin törədicisini tapır: 1912 -1914-cü illərdə Nikol, Bleqo və
Konsey eksperiment şəraitində bitlər vasitəsilə xəstəliyin keçirilməsini sübut etdilər.
Etiologiyası:
Epidemik qayıdan yatalağın törədicisi - Borellia recurrentis spiroxetalardır. Bunlar
spiral şəkilli nazik telcikdən ibarətdir. Ucları sivri olub, uzunluğu 8 -16 mkm, qalınlığı 0,25- 0,39 mkm,
qıvrıqlarının sayı 4-dən 12-yə qədərdir, çox hərəkətlidirlər. Qram-mənfi, sporsuz, kapsulsuz olub
Romanovski-Gimza üsulu ilə rəngləndikdə mavi bənövşəyi rəng alır. Xarici mühitdə çox davamlıdırlar.
45-48°C-də yarım saat müddətində tələf olurlar. İnsan orqanizmində spiroxetlər retikuloendotel
sistemi toxumalarında artırlar.
Patogenez və klinikası
: Spiroxetlər orqanizmə tamlığı pozulmuş dəri və ya selikli qişadan daxil
olur, qanda artaraq hərarət tutmalarına səbəb olur. Qanda spesifik əkscisimciklər əmələ gələn kimi
spiroxetlərin bir hissəsi saxlanaraq yeni residiv verən başqa antigen quruluşlu mikrob irsinə çevrilir ki,
bu da əvvəlki tutma zamanı orqanizmdə əmələ gələn əks cisimlərə qeyri-həssas olurlar. Ona görə də
hərarət dövründə intensiv inkişaf nəticəsində qanda çoxlu spiroxetlər dövr edir və növbəti hərarət tutması
başlayır. Spiroxetlər yeni irs əmələ gətirmə qabiliyyətini itirdikdə və yaranmış immunitetin təsirindən
sağalma baş verir.
Xəstəliyin inkubasiya dövrü adətən 7 gündür (3 gündən 14 günə qədər). Birinci hərarət tutması 7
gün davam edir. Çox vaxt 1-2 həftə apireksiya dövrü ilə 2-3 hərarət tutmaları baş verir. Get-gedə
tutmaların müddəti qısalır.
İnfeksiya mənbəyi
: Epidemik qayıdan yatalağında yeganə infeksiya mənbəyi xəstə insandır
(xüsusi ilə hərarət tutmaları dövründə). Əgər onun bədənində və paltarında bit olarsa, apireksiya və
rekonvalesensiya dövründə də ətrafdakılar üçün təhlükəlidir.
Yoluxma mexanizmi
: Törədici xəstədən sağlam insana ən çox yoluxmuş paltar biti vasitəsilə
keçir. Baş və qasıq bitlərinin əhəmiyyəti həddindən artıq azdır. Bit xəstənin qanını sorduqdan sonra 6-8
gün sonra onun hemolimfasında spiroxetləri görmək olur, bunlar bitin bədənində 28 gün müddətində
saxlanılır. Bitin xitin örtüyü pozulduqda (ayaqlarının sınması, əzilməsi) onun hemolimfası ilə spiroxetlər
dəri üzərinə düşür və ordan qaşınma nəticəsində əmələ gələn sıyrımlardan orqanizmə daxil olur. Bundan
başqa törədicilər orqanizmə selikli qişadan da daxil ola bilərlər.
Epidemioloji xüsusiyyətləri
: Epidemioloji cəhətdən qayıdan yatalaq səpkili yatalağa
bənzəyir. Bir sıra Avropa, Asiya və Afrika ölkələrində də bu xəstəliyin geniş yayılması qeyd edildi. Bu
xəstəlik qış fəslinin axırında daha çox qeyd edilir (mart-aprel), bu qış fəslində əhalinin sıx yaşaması və
isti paltar geyinməsi ilə də əlaqədardır. Epidemiyanın yayılmasında nəqliyyat vasitələri (xüsusi ilə
1 nömrəli Bakı Tibb Kolleci
108
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
dəmiryol) böyük rol oynayır. Epidemik qayıdan yatalaq səpkili yatalaq və gənə səpkili yatalağı ilə eyni
vaxtda baş verə bilər.
Laborator diaqnostika
: Epidemik qayıdan yatalağın diaqnostikasıda əsasən mikroskopik və
qismən seroloji üsuldan istifadə edilir. Xəstənin qızdırması yüksək olan dövrdə barmaqdan qan alıb nazik
və qalın yaxma preparatları hazırlayırlar. Boyadıqdan sonra (Romanovski-Gimza, Morozov, Fuksin)
qaranlıq sahədə mikroskopla spiroxetlər aşkar edilir və seroloji üsuldan da istifadə edilir.
b) Gənə ilə yoluxan qayıdan yatalaq.
Gənə ilə yoluxan qayıdan yatalaq (epdemik və ya gənə spiroxetozu) kliniki gedişinə görə epidemik
spiroxetoza oxşayır. Bu təbii ocaqlı zoonoz xəstəliyinə aiddir. Törədi cisi Borellia cinsinə aid olan
sproxetlərdir.
Profilaktika və mübarizə tədbirləri:
Epidermik qayıdan yatalağın epidemiyaları əhalinin rifah
halı yaxşılaşdıqca sönməyə başlayır. Xəstəliyin profilastikası xəstələrin vaxtında aşkar edilməsi və
əhalinin bitliliyinin ləğv edilməsindən ibarətdir. Qayıdan yatalağa şübhə oyandıqda hərarət tutmaları
zamanı qan yaxması hazırlanıb şərtilə təcrid edilir. Xəstə təcrid ediləndən sonra ocaqda geniş dezinseksiya
işi aparılır.
Xəstənin və ou müşayət edənlərin paltarı dezinseksiya edilir. Axırıncı xəstə və rekonvalessent evə
yazılandan sonra ocaqda 1 ay müddətində epidemioloji nəzarət aparılır.
Gənə qayıdan yatalağı ilə xəstələnənlər xəstəxanada müalicə olunur. Bu xəstəliyin profilaktikası
əsas iki istiqamətdə aparılır:
1. insanı gənələrin hücumundan qorumaq;
2. xarici mühitdə (mənzil, həyat, gəmiricilərin yuvaları, mağaralar və s.) gənələri məhv etmək.
Xəstələnməkdən qorunmanın ən yaxşı sadə üsulu primitiv tikilmiş binalarda, mağaralarda, gəmirici
olan ərazidən və s. iri vəhşi heyvanların yuvalarının ətraf ərazisindən istifadə etməməkdir. Yatanları
gənə dişləməsindən qorumaq üçün milçətkənlərdən istifadə etmək olar, yatağı torpaq divardan kənarda
qoymaq lazımdır. Ac gənələr mağaralarda insana gündüz də hücum edirlər. Ona görə
də repelentlərlə və insektisidlərdən istifadə olunur.
1 nömrəli Bakı Tibb Kolleci
109
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 59
Kü-qızdırması
Kü-qızdırması
- müxtəlif yollarla insana keçən və qızdırma, intoksikasiya, bəzən atipik
pnevmoniya əlamətləri ilə təzahür edən təbii ocaqlı rikketsiozdur. Epidemik rikketsiozlardan başqa bir
qrup rikketsiozlar da vardır ki, bundan biri Kü qızdırmasıdır. Bu xəstəlik haqqında ilk məlumat Derrik
1937-ci ildə Avstraliyada qeydə almışdır. Xəstəliyin adı birinci hərflə izah olunmuşdur, yəni "kueru"- aydın
olmayan deməkdir. Rusiyada bu xəstəliyin başqa adını-pnevmorikketsioz - rus alimi P.F.Zdorodovskiy
təklif etmişdir.
Etiologiyası
Törədicisi: - Rickettsia (coxiella) Burneti
kok, çöp və sapşəkilli, L-formaya keçə bilən
mikroorqanizmlərdir, tərkibində OX
1 9
proteyin antigeni yoxdur. Xarici mühitdə davamlıdır. Xüsusilə
quruma onlara gec təsir edir. Heyvanın peyinində və sidiyində bir neçə həftə, yununda 9 -12 ay, ətində 30
günə qədər, steril süddə 270 gündən çox ölmür. Qaynatdıqda 10 dəq. məhv olur. Kapilyarların endotel
qatını zədələmir. Əsasən MFH-də çoxalır və universal retikuloendotelioz törədir.
Xəstəliyin törədicisi Berieta rikketsiyalarıdır. Heyvanlar buna həssasdırlar. İlk dəfə 1939 -cu ildə
Beriet aşkar etdiyinə görə alimin şərəfinə adlanır. Beriet rikketsiyaları toyuq embrionunun yumurta sarısı
kisəsində becərilir. Bu rikketsiya xarici mühit amillərinə çox davamlıdır. Otaq temperaturunda olan suda
160 gün, 4 tempetarurlu steril süddə 273 gün, yağda, pendirdə 1,5 -3 ay, duzlu ətdə 150 gün qalır.
Dezinfeksiyaedici məhlulunda (xloramin, fenolda) 1-5 dəq. tələf olur.
Patogeniz və klinikası
: Xəstəliyin inkubasiya müddəti 7-28 gündür. Xəstəliyin klinik
mənzərəsi müxtəlif olur. Adətən o birdən-birə başlayır, qızdırma, baş ağrısı və əzələ ağrıları, səpki olmur
və ağ ciyərdə iltihab müşahidə edilir. Xəstəlikdən sonra möhkəm immunitet yaranır.
Rikketsiya dəridə, tənəffüs yolları və mədə-bağırsağın selikli qişalarında, konyunktivada dəyişiklik
vermədən limfa axarına və qana düşür.
İnkubasion dövr 3-32, orta hesabla 12-19 gün çəkir.
İnfeksiya mənbəyi
: Xəstəlik zoonoz mənşəli infeksiyadır. Təbiətdə bu infeksiyanın daimi
mənbələri rikketsiyalı gənələr, ev heyvanları, vəhşi heyvalar və quşlardır. Rikketsiyalar gənənin
bədənində 3 ilə qədər qala bilər və nəcislə ifraz olunur.
Xəstəliyin yoluxma yolları:
Xəstəliyin yoluxması insana ərzaqdan (ət, süd, sudan), eləcə də
tənəffüs yolu, zədələnmiş dəridən və selikli qişadan, nadir hallarda gənələr dişlədikdə keçir.
Epidemioloji xüsusiyyətləri
: Kü qızdırmasına dünyanın hər yerində təsadüf edilir. Bu xəstəliyə
heyvandarlıq təsərrüfatında işləyənlər arasında daha çox qeydə alınır.
Xəstəliyə 20-50 yaşlarda təsadüf edilir. Xəstələnmə dərəcəsi müxtəlif ola bilər. Kişi və qadınlar
arasında bu xəstəliyə fevral-may aylarında təsadüf edilə bilər.
Təbiətdə xəstəliyin rezervuarını 70 növdən çox gənə, 47 növ quş və 60 növdən çox məməli təşkil
edir. Rikketsiya onların nəcisi və sidiyi ilə ifraz olunur, çox vaxt aerogen yolla ev heyvanlarına, o
cümlədən itə və ev quşlarına keçir. Heyvanların nəcisi, bəlğəmi, südü, dölyanı mayesi rikketsiyalarla
zəngin olur. İnsan aerogen, təmas, alimentar yollarla və gənələr vasitəsilə transmissiv yoluxur.
Xəstələnmə heyvandarlar arasında, yaz ayları daha çox təsadüf edilir. Kü-qızdırması hər yerdə rast gəlir
və müxtəlif yaşlı şəxslər ona tutula bilir. İnsan infeksiyanı yaymır.
Diaqnozu:
Qandan, sidikdən və bəlğəmdə rikketsiyaın tapılması hətta silinmiş formada belə
diaqnozu təsdiq edir. Lakin praktikada aqlütinasiya reaksiyaları daha böyük əhəmiyyətə malikdir. Onlar
8-10-cu günlərdən tətbiq olunur. Qanı 4-6 gündən bir yoxladıqda anticism titri 2-4 dəfə artır. Əsasən
KBR və AR-də ilk vaxtlar titr 1:8-1:32 olur, sonralar l:512-yə qədər çoxalır. Burnet rikketsiyalarının
antigeni ilə qoyulan reaksiyalar bir neçə ay, hətta il sonra da müsbət qalaraq diaqnozu retrospektiv təyin
edir. Mikroblardan hemaqlütinogen və onların lizatlarını almaq mümkün olmadığı
1 nömrəli Bakı Tibb Kolleci
110
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
üçün Kü-qızdırmasının diaqnozunda hemaqlütinasiya və neytrallaşdırma reaksiyaları işlədilmir. Bəzi
hallarda dəri daxili sınaq qoyulur.
Xəstəliyə qarşı mübarizə və profilaktika tədbirləri -
Kü qızdırması zamanı aparılan
mübarizə baytar və tibb işçiləri ilə birlikdə aparılır. Sanitar-baytarlıq zamanı aparılan tədbir xəstə
heyvanların ifrazatlarının vaxtında və düzgün dezinfeksiya işlərinin aparılmasından ibarətdir. Tibbi sanitar
tədbirlərdə isə kənd təsərrüfatı ilə əlaqədar olan şəxslərin xüsusi geyimlərinin olmasına və onları
zərərsizləşdirilməsinə fikir verilməlidir. Süd bidonlarının, eləcə də müxtəlif istifadə olunan qablar 3%-li
xloramin məhlulu, sonra isə isti sabun-soda ilə yuyulmalıdır. Xəstələr hospitalizasiya olunur. Lazım
gəldikdə vaksindən istifadə edilir. Xəstəlik zamanı sınaqdan da istifadə edilir. 0,1ml 24 - 48 saatdan sonra
oxunur.
Baytar, epidemiya əleyhinə və sanitar-gigiyenik tədbirlərdən ibarətdir. Kü-qızdırmasının endemik
ocaqlarında ferma işçiləri və heyvanat məhsulları ilə təmasda olanlar
C.burneti-dan
hazırlanmış ölü,
ya diri vaksinlə peyvənd almalıdır. Diri vaksin daha effektlidir. O draje şəklində qəbul edilir, ya da dəri
üstünə, dəri altına yeridilir. 2 ildən sonra təkrar peyvənd aparılır. Ku-qızdırması və bruselloz əleyhinə
vaksini birlikdə vurmaq mümkündür. Heyvandarlar şəxsi gigiyena qaydalarına ciddi əməl etməli, heyvanat
məhsullarını yaxşı bişirməlidir. İş vaxtı rezin əlcək və çəkmə geymək, döşlük asmaq lazımdır.
1 nömrəli Bakı Tibb Kolleci
111
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 60
Hemorragik qızdırmalar
Hemorragik qızdırmalar (HQ)
- qan damarlarının zədələnməsi hemorragiya və
intoksikasiya sindromları ilə təzahür edən virus mənşəli təbii ocaqlı, endemik infeksion xəstəliklərdir.
İndiyə qədər HQ-nin 15-ə yaxm kliniki formaları təsvir olunmuşdur. Belə ki, HQ-ni 5 virus ailəsinin
nümayəndələri: arenaviruslar - Lassa, Argentina (Xunin), Boliviya (Maçupo), Venesuela (Quanarito),
Braziliya (Sebiya) qızdırmalarını; bunyaviruslar - Rift-Balli Vadisi və Konqo-Krım-Xəzər
qızdırmalarını; flaviviruslar -sarı qızdırmanı; filoviruslar - Marburq və Ebol qızdırmalarını;
toqaviruslar - denge, Kyasanur meşə və böyrək sindromlu qızdırmaları törədirlər.
HQ-nin rezervuarları primatlar
- insan, meymunlar və digər heyvanlar, iri və xırda
buynuzlular, gəmiricilər, habelə həşaratlar - gənələr və ağcaqanadlardır. İnsan orqanizmi HQ-yə qarşı
yüksək həssaslıq göstərir. Xüsusilə endemik ocağa gələnlər tez yoluxur və ağır xəstələnirlər.
HQ-nin inkubasion dövrü
3-46 gün arasında tərəddüd edir. İlk 3 gün ərzində sistemli
orqanların zədələnməsini əks etdirən simptomlar tədricən, ya qəflətən başlayır. Bundan sonra xəstələrin
vəziyyəti kəskin surətdə pisləşir, qanaxma və dəriyə qansızma petexiya, ekximoz, iynə yerindən,
burundan, diş ətindən qanaxma, konyunktivaya qansızma baş verir. Daxili qanaxma- qanqusma, qanlı nəcis,
hematuriya və uşaqlıq qanaxması da təsadüf edilir.
Epidemioloji xüsusiyyətlərinə görə HQ dörd qrupa bölünür:
1. gənə hemorragik qızdırmaları - Krım-Konqo hemorragik qızdırması (KKHQ), Omsk hemorragik
qızdırması (OHQ), Kyasanur meşə xəstəliyi;
2. ağcaqanad hemorragik qızdırmaları - sarı qızdırma, denge hemorragik qızdırması, Rift-Valli
qızdırması, Çikunqunya qızdırması;
3. kontagioz hemorragik qızdırmalar - böyrək sindromlu hemorragik qızdırma (BSHQ), Argentina
hemorragik qızdırması, Boliviya hemorragik qızdırması;
4. rezervuarı məlum olmayan hemorragik qızdırmalar - Ebol virus xəstəliyi, Marburq virus xəstəliyi.
Böyrək sindromlu hemorragik qızdırma (BSHQ)
Böyrək sindromlu hemorragik qızdırma - intoksikasiya, hemorragiya, böyrəklərin zədələnməsi ilə
özünü göstərən kəskin virus xəstəliyidir.
BSHQ yuxarı və orta Volqa boyunda, Uralda, Rusiyanın mərkəzi və Şimali-Qərb rayonlarında,
Şimali Qafqazda, Belorusiyada, Ukraynada və dünyanı bir çox ölkələrində təsadüf edilir.
Etiologiyasi: BSHQ-nın törədicisi Bunyaviridae ailəsinə aiddir, 1976-cı ildə Apodemus agrarius
gəmiricilərindən, 1978-ci ildə xəstələrdən əldə edilmiş və Hantaan (Koreyada çay adıdır) virusu
adlandırılmışdır. Virus sferikdir, RNT-si var, diametri 95-110 nm-dir. 30 sero-tipindən 4-ü Hantaan,
Puumala, Seul və Dobrava (Belgrad) tipləri BSHQ törədirlər. Qızdırma dövrü qanda və sidikdə olur.
Xarici mühitin və dezinfeksiyaedici maddələrin təsirinə davamsızdır.
N.b Törədici, nuklein turşusu, əsas serotipləri.
Epidemiologiyası:
Müxtəlif növ gəmiricilər - çöl siçanı, qara və boz siçovul, meşə siçanı
BSHQ-nin mənbəyi ola bilər. Virus gəmiricinin sidiyi, kalı, ağız suyu ilə ifraz olunur. Sidikdə 12 ay, ağız
suyu və nəcisdə 1 aya qədər tapılır. Yoluxma hava-toz yolu ilə, gəmiricilərə, ya onların infeksiyalaşdırdığı
- samana, ota, çırpıya toxunduqda, çiy meyvə-tərəvəz yedikdə alimentar yolla baş verir.
Çox vaxt təsərrüfat işləri
- odun yığmaq, ot biçməklə məşğul olan 16-50 yaşlı kişilər yoluxur.
Kənd təsərrüfatı məhsulları yığımına cəlb olunmuş şəhər əhalisi, tələbələr, turistlər, əsgərlər arasında
məhdud epidemiya baş verir. İyun-oktyabr ayları BSHQ-nin mövsümü hesab olunur.
Şəhərlərdə sporadik xarakter daşıyır. İnsandan insana keçmir. Virusla işləyənlər, gəmiriciləri
seleksiya edən vivarium işçiləri, BSHQ-yə yoluxa bilər.
1 nömrəli Bakı Tibb Kolleci
112
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Patogenezi:
Orqanizmə düşəndən sonra virus RES hüceyrələrində çoxalmağa başlayır.
Virusun əsas reproduksiya yeri qan damarlarının endotel hüceyrələri olur.
Klinikası:
İnkubasion dövr 4-42 gün, çox vaxt 2-3 həftə çəkir. BSHQ-nin kliniki gedişi dörd
mərhələyə bölünür: başlanğıc, oliquriya, poliuriya və rekonvalessensiya dövrləri.
Profilaktikası:
gəmiricilərə qarşı mübarizə, yəni deratizasiya və ərzaq məhsullarını onlardan
qorumaq tədbirlərindən ibarətdir.
1 nömrəli Bakı Tibb Kolleci
113
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 61
Taun
Taun
- karantin infeksiyaları qrupuna aid olub kəskin təbii-ocaqlı yoluxucu xəstəlikdir, ümumi
vəziyyətin son dərəcə ağırlaşması, qızdırma, limfa düyünlərinin, ağciyərlərin və digər daxili orqanların
zədələnməsi, çox vaxt sepsisin inkişaf etməsi ilə müşayiət olunur. Xəstəlik yüksək letallığı ilə
səciyyələnir.
Етиолоэийаsı: Törədici
taun çöpüdür (lat. Yersinia pestis), 1894-cü ildə Fransa alimi Yersen
və yapon alimi Kitasato tərəfindən eyni vaxtda kəşf olunmuşdur. Taunun törədicisi - Yersinia pestis
Enterobacteriaceae ailəsinə, Yersinia cinsinə daxildir.
Taun törədicisi aşağı temperaturlara qarşı davamlıdır, bəlğəmdə yaxşı qalır, ancaq 55°C
temperaturda 10-15 dəqiqə ərzində məhv olur, qaynadıldıqda isə praktik olaraq həmin an ölür. Orqanizmə
dəri (birələr, bir qayda olaraq, Xenopsylla cheopis dişlədikdə), yuxarı tənəffüs yollarının, həzm yolunun
selikli qişası, konyunktiva vasitəsilə daxil olur.
Hər il taunla 2,5 milyona yaxın-şəxs xəstələnir və çox təəssüf ki, bu rəqəmlər artmağa meyillidir.
Qısa tarixi məlumat
. Taun qədim vaxtlardan məlum olan xəstəlikdir, onun haqqında ilk məlumatlar II
əsrin sonu, III əsrin başlanğıcına təsadüf edir. Ən böyük epidemiyalardan biri - "Yustinian taunu" (551-
580) Şərqi Roma İmperayasında baş vermiş və bütün Yaxın Şərqi əhatə
etmişdir. Bu epidemiyadan 20 milyondan çox şəxs ölmüşdür.
Taun - bioloji silah kimi
. Taun törədicisinin bioloji silah kimi istifadə olunması dərin tarixi
köklərə malikdir. Məsələn, qədim Çində və orta əsr Avropasında əldə olunmuş məlumatlar yoluxmuş
heyvanların (atların və inəklərin) cəsədlərinin, insan meyitlərinin türklər və monqollar tərəfindən su
mənbələrinin və su təchizatı sistemlərinin çirkləndirilməsi üçün istifadə etdiklərini göstərir. Bəzi
şəhərlərin mühasirəsi zamanı yoluxmuş materialın istifadə faktı barəsində də məlumatlar vardır.
Yoluxma mexanizmi
. İnsan taun çöpünün "sahibindən" bilavasitə heyvanların dərisini soyduqda
və "vasitəçilər"lə - birələrlə yoluxa bilər (məsələn, Çində baş vermiş "liman taunu" zamanı). Siçovulların
kütləvi ölümü zamanı birələr gəmiricilərin ölmüş cəsədlərini yeni sahib axtarmaq məqsədilə tərk edirlər.
İnsanın əhatəsində son dərəcə təhlükəli xəstəliyi yayan minlərlə həşərat meydana gəlir.
Gəmiricilər arasında taunun yoluxma mexanizmi transmissiv olub müxtəlif növlərə və cinslərə aid
birələr tərəfindən həyata keçirilir. Təbii şəraitlərdə taun törədicisinin təbiətdə saxlanması istiqanlı
heyvanlardan çox birələr sayəsində təmin olunur, belə ki, onlar törədicinin təbiətdə başlıca rezervuarları
sayılırlar.
İnsan taunla birənin dişləməsi zamanı, yəni transmissiv yolla yoluxur ki, bu da gəmiricilər arasında
törədicinin təbii ötürülmə mexanizminə tam müvafiq gəlir. Yoluxmuş şəxs xəstəliyin formasından asılı
olaraq öz növbəsində taunun törədicilərini hava-damcı və ya birələrin müxtəlif növlərinin dişləməsi yolu
ilə ötürə bilər.
Taun bakteriyaları ilə yoluxmuş birələrin dişləməsi zamanı insanda dişləmə yerində içərisi
hemorragik möhtəviyyatla dolmuş papula və ya pustula (dəri forması) əmələ gələ bilər. Sonra proses
limfangit əlamətləri olmadan limfa damarları ilə yayılır. Limfa düyünlərinin makrofaqlarında
bakteriyaların çoxalması onların kəskin böyüməsinə, birləşməsinə və konqlomneratların (bubon forması)
əmələ gəlməsinə gətirib çıxarır. İnfeksiyanın sonradan yayılması (bu, heç də mütləq deyildir - xüsusilə də
müasir antibakterial terapiya fonunda) daxili orqanların praktik olaraq hamısının zədələnməsi ilə
müşayiət olunan septik formanın inkişafına gətirib çıxara bilər.
İnfeksiya mənbəyi
. Klassik təsəvvürlərə əsasən taun təbii-ocaqlı xəstəliklərə aiddir, infeksiya
mənbəyi kimi səhra və yarımsəhra zonalarında yaşayan gəmiricilərin müxtəlif növləri (sünbülqıran,
marmotlar, o cümlədən tarbaqanlar, qum siçanları) iştirak edir. Bu gəmiricilərdə kifayət dərəcə yüksək
letallığa malik ümumi septik infeksiya inkişaf edir. Bundan başqa, təbii şəraitlərdə qara və boz (az
dərəcədə) siçovullar yoluxa bilər.
|