Həyat dövrəsi
: Alveokokk tülkü, canavar, İtin bağırsağında yaşayır. Sürfə- çoxkameralı
alveokokk qovucu , gəmiricilərin orqanizmində və bəzən insanda inkişaf edir. Yırtıcılar gəmiriciləri
yedikdə yoluxurlar, gəmiricilər isə öz növbəsində yırtıcının ifrazatı ilə xaric olmuş onkosferləri udduqda
yoluxurlar. İnsan tülkü, canavar dərisi və ya iti sığalladıqda onkosferlərlə çirklənmiş əllər vasitəsi ilə
yoluxa bilər, həmçinin çirklənmiş giləmeyvə, tərəvəzdən, açıq su mənbəyi suyundan istifadə etdikdə
yoluxur.
Klinik şəkli və diaqnozu:
Alvekokkun törətdiyi xəstəlik alvekokkoz adlanır və qaraciyərdə
düyünşəkilli şişin inkişafı ilə xarakterizə edilir. Xəstəliyin erkən mərhələsində qaraciyər nahiyyəsində
ağrılar və ağırlıq hiss olunur. Xəstəlik proqressiv gedişli, uzunsürəndir. Proqnozu pisdir. Alvekok
düyünü qonşu orqanlarda inkişaf edə, metastazlar verə bilir.
Diaqnoz:
Exinokokkozda olduğu kimidir. Müalicə cərrahi yolladır.
Profilaktika və mübarizə tədbirləri
: Onkosferlər ətraf mühitdə uzun müddət qalırlar.
Yırtıcıların dərisi ilə işlədikdə, itlə təmasda olduqda şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır.
Yabanı giləmeyvələri ciddi şəkildə yuduqdan sonra yemək lazımdır. Yoluxma təhlükəsinə məruz qalan
şəxsləri (ovçular, yabanı meyvə toplayanlar) müayinədən keçirirlər Xəstə və üzərində cərrahi əməliyyat
aparılmış şəxslər 2 ildən bir laborator müayinə olunmaqla ömürlük dispanser müşahidəyə alınırlar.
1 nömrəli Bakı Tibb Kolleci
93
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 48
Nematodlar sinfi: Askaridoz və Trixosefalyoz
Nematodlar (Nematoda) sinfinə aid helmintlər girdə qurdlar olub, uzanmış və buğumsuz bədənə
malikdirlər. Adətən müxtəlifcinslidirlər. İnkişaf birbaşa və ya sahibi dəyişməklə gedir. Nematodların
törətdikləri xəstəliklərə nematodozlar deyilir.
Askarid-Ascaris lumbricoides. İri müxtəlifcinsli nematoddur. Dişisi 20-40 sm,, erkəyi 15-20 sm
uzunluqdadır. Bədənin sonu sivriləşib, ağ və ya çəhrayı rəngli sərt kutikula ilə örtülüb. Baş hissədə üç iri
dodaq xarakterikdir və bu mikroskopun kiçik böyüdücüsündə aydın görünür. Erkəyin quyruq ucu cəftə
kimi qatlanıb. Askaridin yumurta mayalanmış və mayalanmamış ola bilər.
Həyat dövrəsi
: Askarid insanın nazik bağırsağında parazitlik edir. Bir dişi askarid sutka
ərzində 200.000-ə qədər yumurta ifraz edir. Onlar insan nəcisi ilə ətraf mühitə düşürlər. Nəm, isti
torpaqda kifayət qədər oksigen olduqda yumurtada sürfə yetişir. Ətraf mühitin temperaturundan asılı
olaraq onların inkişafı 3 həftədən bir neçə aya qədər çəkə bilər. Torpaqda yumurta bir neçə il diri qalır.
İçərisində yetişmiş sürfə olan yumurta torpaqdan əllərə, tərəvəzə, giləmeyvələrə düşür və buradan da
ağıza düşür. Ərzağın yumurtalarla çirklənməsinə milçəklər səbəb olurlar. Udulmuş yumurtadan
bağırsaqda sürfələr sıxaraq venoz sistemə daxil olur və qanla ürəyin sağ hissəsindən keçərək
ağciyərlərə daxil olur. Burada sürfələr kapillyarı dağıdaraq alveolun daxilinə düşür. Buradan bronxlara
və yenidən udlağa düşür və seliklə udulurlar. Bağırsaqda 2,5-3 aydan sonra yaşlı yetkin askaridə
çevrilirlər. İnsanda onlarla askarid parazitlik edə bilər. Askarid insan orqanizmində 1 ilə qədər yaşayır.
Klinik şəkli
: Askarid insanda askaridoz xəstəliyini törədir. Sürfələr miqrasiya mərhələsində
bağırsağı, qaraciyəri, xüsusən ağciyərləri zədələyir. Ağciyərlərdə uçucu eozinofil infiltratlar əmələ
gəlir, qansızmalar baş verir. Xəstədə öskürək, sinədə ağrı, temperaturun yüksəlməsi şəklində
askaridozun ağciyər mərhələsi meydana çıxır. Bağırsaq mərhələsində, yəni askarid artıq bağırsaqda
parazitlik etdikdə iştah azalır, ürəkbulanma, qarında ağrı, qeyri-sabit nəcis olur. Xəstəni pis yuxu, baş
ağrıları narahat edir, iş qabiliyyəti azalır. Askaridlər bağırsaq keçməməzliyinin səbəbi ola bilərlər, öd
yollarına, yemək borusuna, tənəffüs yollarına keçə bilərlər və bu, ölümə səbəb ola bilər. Askarid bir
çox xəstəliklərin gedişini ağırlaşdırır.
Diaqnoz
: Erkən, ağciyər mərhələsində bəlğəmin müayinəsində bəzən sürfələri aşkar etmək olur.
Yumurtaları nəcisin mikroskopiyası ilə bağırsaq mərhələsində aşkar etmək olar. Bu zaman mayalanmış
və ya mayalanmamış yumurta tapıldığı mütləq göstərilməlidir. Bu, mikroocaqda xəstənin epidemioloji
rolunu qiymətləndirməyə imkan verir. Askaridin ancaq erkəkləri, gənc, cinsi yetişməmişləri bağırsaqda
olduqda nəcisdə yumurta olmur. Müalicənin səmərəliliyini yoxlamaq üçün nəcisin laborator analizi 2
həftədən sonra aparılır.
Müalicə:
Piperazin, vermoks, pirantel, dimedrol, stasionar şəraitdə oksigen və s. işlədilir.
Profilaktika və mübarizə tədbirləri
: Əsas tədbirlərdən biri invaziyalı şəxslərin əhalinin
kütləvi müaiynəsi ilə aşkara çıxarıb dərhal dehelmintizasiyaya cəlb etməkdir. Nəcis xlorlu əhənglə və ya
sərt qaynatmaqla zərərsizləşdirilir ki, askarid yumurtaları torpağa düşüb onu çirkləndirməsin. Torpağı
nəcislə çirklənmədən qorumaq üçün yaşayış yerlərinin sanitar abadlığı böyük əhəmiyyət daşıyır. Hər bir
həyətyanı sahədə abad ayaqyolu olmalı, zibil dərhal kompostlama yolu ilə zərərsizləşdirilməlidir.
Dirrikləri təzə, zərərsizləşdirilməmiş tullantılarla gübrələmək qadağandır. Azərbaycanın torpaq
qanunvericiliyinə görə idarə, müəssisə və təşkilatlar torpağı istehsalat çirkli suları ilə və digər tullantılarla
çirkləndirməməlidirlər.
1 nömrəli Bakı Tibb Kolleci
94
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 49
Anizakidoz
Anizakidoz (anisacidosis)
. İlk dəfə 1960-cı ildə Hollandiyada insanlarda çox vaxt sonu
letallıqla nəticələnən ağır bir xəstəlik aşkar edildi. Bu xəstəliyi bağırsağın “eozinofil fleqmonası”
adlandırdılar. Məlum oldu ki, xəstəliyin törədiciləri atlantik sinək balıqlarında parazitlik edən (Anizakis)
anizakis sinfinə mənsub olan nematodların sürfələridir. Sonrakı tədqiqatların nəticəsində aydın oldu ki,
anizakidozun törədiciləri dünyanın bütün okean və dənizlərində yayılmışdır və onların definitiv sahibi
dəniz məməliləridir. Anizakis sinfinə malik olan nümayəndələr 26 növ kitəbənzərlərdə və 12 növ
kürəkayaqlılarda, onların sürfələri isə bu nematodların aralıq sahibləri sayılan 120 növ balıqlarda qeydə
alınmışdır.
İnsan anizakidlərin sürfələri ilə qidada zərərsizləşdirilməmiş aralıq sahibi olan balıq ətindən
hazırlanmış məhsulları və eləcə də molyuskalardan istifadə etdikdə yoluxur. İnsan orqanizminə düşmüş
sürfələr müəyyən inkişaf mərhələsi keçirir, lakin sonrakı morfogenez başa çatmır. Belə ki, insan invaziya
üçün “bioloji dalan”dır.
Anizakidoz müxtəlif ölkələrdə qeydə alınır. Yaponiyada hər il xəstələrin sayı 3000 -ə çatır, buna
səbəb onların qidada çiy halda müxtəlif növ balıqlardan istifadə etməsidir.
Şimali Avropanın bir sıra ölkələrində əhali qidada yaxşı duzlanmamış siyənək, ABŞ-da somqa və
xanı balığından istifadə etdikdə yoluxur. Son illərdə anizakidoza yoluxma halları artmışdır. Buna səbəb
satış məqsədi ilə bazarlarda çoxlu miqdarda balıqların gətirilməsi və eləcə də əksər restoranlarda termiki
emaldan yaxşı keçirilməmiş milli balıq xörəklərinin bişirilməsidir.
İnvaziya kəskin kəskin allergik əlamətlərlə və mədə-bağırsaq yolunun selikli qişasında əmələ gələn
parazitar qranulomalarla və nəticədə əmələ gələn bağırsaq keçməməzliyi və ağrı sindromu ilə xarakterizə
olunur.
Diaqnoz
anamnezdə (balıq qəbul edilməsi) və klinik mənzərəyə əsasən təyin edilir. Bəzən
qusuntu kütləsində və nəcisdə sürfələr aşkar edilir.
1 nömrəli Bakı Tibb Kolleci
95
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 50
Trixoseffalyoz
Tükbaş-Trichocephalus trichiurus.
Yunanca trichos-tük və kephale-baş deməkdir. 3-5 sm
uzunluğunda nazik helmintdir. Qabaq tərəf nazikləşərək tükü və ya sapı xatırladır və bədən uzunluğunun
2/3-ni təşkil edir. Bədənin sonu qalınlaşıb, onda bağırsaq yerləşir, dişilərdə həm də uşaqlıq yerləşir.
Nazik ucu bağırsaq divarının selikli qişasına keçir, arxa tərəfi isə bağırsaq boşluğuna keçir.
Həyat dövrəsi
: Tükbaş insanın yoğun bağırsağında parazitlik edir. Yumurta nəcislə xaric olur.
Torpaqda temperatur və rütubət kifayət miqdarda olduqda (15-37
0
C) yumurtada invazion sürfələr inkişaf
edir. Ətraf mühitin temperaturundan asılı olaraq yumurtaların yetişməsinə 2 həftədən 3 -4 aya qədər vaxt
tələb olunur. Yumurta torpaqda 1-2 il sağ qalır. Yetişmiş sürfəsi olan yumurta insanı yoluxdura
bilər.Yoluxma tərəvəzlə, meyvə ilə və çirkli əllərlərlə baş verir. Yetişmiş yumurtadan bağırsaqda sürfə
çıxır, xovlara daxil olur və orada 3-10 gün inkişaf edir. Sonra xovu dağıdaraq yenidən bağırsaq boşluğuna
düşür, yoğun bağırsağa çatır, ona yapışır və 1 ay ərzində yaşlı helmintə çevrilir. Tükbaşın insan
orqanizmində ömrü bir neçə ilə çatır.
Klinik şəkli
: Tükbaş insanda trixosefalyoz xəstəliyi törədir. Parazit çox olduqda mədə- bağırsaq
sisteminin fəaliyyəti pozulur. Xəstəni ürəkbulanma, mədəaltı nahiyyədə ağrı narahat edir və bu, mədə
yarası xəstəliyinə oxşayır. Kor bağırsaq nahiyyəsində ağrılar çox zaman səhv olaraq xroniki appendisit
simptomu kimi qiymətləndirilir. Qeyri-sabit nəcis, mədə turşuluğunun azalması, çox zaman baş ağrıları
meydana çıxır.
Diaqnoz:
Nəcisin mikroskopiyasına əsaslanıb. Tükbaş yumurtalarının aşkarı üçün zənginləşdirmə
üsullarından və yaxmanın Kato üsulu ilə müayinəsindən istifadə edilir. Müalicədən sonra kontrol nəcis
analizi 2-3 həftədən sonra aparılır.
Müalicə:
Difezil, vermoks, naftamon, oksigen işlədilir.
Profilaktika:
Tükbaş isti və nəm iqlimli rayonlarda yayılıb.
Profilaktika və mübarizə tədbirləri
askaridozda olduğu kimidir.
1 nömrəli Bakı Tibb Kolleci
96
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 51
Enterobioz
Nematodlara aid olan bizquyruq (Enterebius vermikularis)
tərəfindən törədilən
xəstəlikdir. Hər yerdə geniş yayılıb. Xüsusən uşaqlar arasında çox rast gəlir. Gigiyenik rejimə yaxşı əməl
olunmayan uşaq kollektivlərində yoluxma dərəcəsi 30% və daha çox ola bilər. Bizquyruğun dişisi 0,9 -
1,2 sm, erkəyi 0,5 sm uzunluqda olur. Ağ rəngli olub quyruq tərəfi itidir.
Həyat dövrəsi:
Yalnız insanda nazik bağırsağın aşağı hissəsində və yoğun bağırsağın yuxarı
hissəsində parazitlik edir. Bizquyruğun bədəni boyunca içərisi yumurta ilə dolu uşaqlıq ağarır.
Erkəklərində quyruq hissə içəriyə qatlanır. Onun dişisi bağırsaqda yumurta qoymur. Uşaqlığında
yumurtalar inkişaf etdikdən sonra dişi bizquyruq yoğun bağırsağın aşağı hissəsinə enir və aktiv surətdə
anusdan çıxır. (adətən gecələr) Parazit perianal nahiyyədə içərisində inkişaf etməyə başlamış sürfə olan
5-15000 yumurta qoyur. 4-6 saat ərzində sürfələr yetişir və invazion olur. Belə invazion yumurtaları
udduqda insan yoluxur.
Enterebiozda sürfələrin miqrasiya mərhələsi olmur. Bizquyruğun düz bağırsaqdan çıxması
qaşınmaya səbəb olur və bu zaman yumurtalar dırnaqaltına, əllərə, döşəkağlarına, daha sonra ərzağa,
oyuncaqlara, qab-qacağa düşür. Buradan ağıza düşür və udulur. Bağırsaqda yumurtadan sürfə çıxır və yaşlı
mərhələyə qədər inkiaşf edir.
Bizquyruğun ömrü 1-2 aydır. Lakin şəxsi gigiyena qaydalarına əməl etmədikdə daim öz-özünü
yoluxdurma (autosuperinvaziya) baş verir. Parazit insanda 1 neçə ay, bəzən 1 neçə il parazitlik edə bilər.
Yumurtaların yetişməsi 90- 100% rütubətdə 22-400C temperaturda da ola bilər. İnvazion yumurtalar 3
həftəyə qədər yaşayır. Xəstədən təmasla yoluxma baş verdiyi üçün enterebioz təmas helmintozlarına aid
edilir.
Diaqnoz:
Xəstə uşaqlar və ya onların valideynləri çox zaman kiçik, sapabənzər qurdların-
bizquyruğun ifraz olunduğunu müşahidə edirlər. İfraz olunan helmintə baxışla diaqnoz qoymaq olar.
Laborator üsullardan ən mühümü perianal nahiyyədən götürülmüş materialın yumurtalara görə
mikroskopiyasıdır.
Diaqnostikanın dəqiqliyi üçün 2-3 gün fasilə ilə 3 dəfə müayinə aparıllmalıdır. Nəcis analizi
aparılmır, çünki bizquyruğun dişisi adətən bağırsaqda yumurta qoymur. Müalicənin səmərəliliyini
yoxlamaq üçün 2 həftə sonra 7 gün fasilə ilə 3 dəfə analiz aparılır.
Profilaktika:
Enterebiozun makroocaqları: uşaq bağçası, məktəb, mikroocaqları: uşaq
bağçasında qrup və ya ailə sayılır (Şulmana görə). Şəhərin rayon və qəsəbələrini əhatə edən ocaqlar isə
R. Çobanova görə ərazi mikraocaqları sayılır.
Müalicə:
Piperazin, naftamon, vermoks, pirantel, və s. işlədilir. Müalicə gigiyenik rejimə ciddi
əməl olunmaqla aparılır. Dırnaqlar qısa kəsilir, əllər sabunla yuyulur, yatmazdan əvvəl uşağa balaqları
rezinli trusi geyindirilir. Səhər yataq dəstlərinə ütü çəkilir. Otaqda nəm üsulla təmizləmə aparılır.
Oyuncaqlar qaynadılır. Şəxsi gigiyena qaydalarına ciddi əməl olunması, yaşayış binalarının təmiz
saxlanması enterebioz əleyhinə profilaktik tədbirlərdir.
1 nömrəli Bakı Tibb Kolleci
97
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 52
Nematodlar sinfi: Strongiloidoz. Trixinelyoz
Stronqiloid (Stronqyloides stercoralis)
- kiçik, sapvari nematod olub, 2-3 mm.
uzunluğundadır. Sərbəst yaşayan nematodlardan parazit formaya keçid formasıdır və sərbəst yaşayan
parazit nəsli kimi mürəkkəb inkişaf dövrü keçir. Azərbaycanda yayılmışdır. Parazit nazik bağırsağın yuxarı
hissələrində, bəzən öd və mədəaltı vəzin axacaqlarında yaşayır. Hər bir dişi fərd gündə təqribən 50
yumurta qoyur.
Yumurtadan hələ bağırsaqda ikən qeyriinvazion sürfələr çıxır. Onun ön tərəfi küt, arxa tərəfi isə
sivridir. Sürfənin udlağı xarakterik olan 2 qovuğa malikdir.
Həyat dövrəsi
: insan nəcisi ilə torpağa düşən qeyri-invazion sürfələr 1-4 gün ərzində invazion
sürfələrə çevrilirlər. İnvazion sürfənin udlağı silindrik olub, bədənin yarısını tutur. Bəzi hallarda qeyri-
invazion sürfələr sərbəst yaşayan erkək və dişi fərdlərə çevrilir. Bunlar torpaqda uzun müddət yaşayır və
qeyri-invazion sürfələrin yeni nəsillərini əmələ gətirir. İnsan invazion sürfə ilə çirklənmiş qida ilə,
xüsusən meyvə- tərəvəzlə və ya aktiv surətdə sürfə dəridən keçdikdə yoluxur. Dəridən keçmə yolu əsas
keçmə yoludur. Hər iki halda sürfələr qanla ağciyərlərə miqrasiya edirlər. (ankilostom sürfələri
kimi).Burada, həm də bronxlarda və traxeyada inkişaf edəcək hətta cinsi yetkin helmintə çevrilə bilirlər.
Onların mayalanması ağciyərlərdə və ya bağırsaqda gedir. Sonra dişilər bağırsağın selikli qişasına daxil
olurlar, erkəklər isə bağırsaqdan xaric olurlar. Bu birbaşa inkişaf yoludur. 3-cü inkişaf yolu nəcisin
bağırsaqda bir sutkadan çox ləngiməsi zamanı (yəni qəbizlikdə) baş verir. Bu zaman qeyri-invazion
sürfələr invazion formaya keçir və bağırsaq selikli qişasından qan damarına daxil olur. Yəni qida ilə ağızdan
və dəri vasitəsi ilə yoluxma ilə yanaşı bağırsaqdaxili yoluxma (autosuperinvaziya) müşahidə edilə bilər.
Alveoldan bronxa, oradan isə seliklə ağız boşluğuna düşən sürfələr seliyi udduqda bağırsağa düşür
və cinsi yetkin formaya qədər inkişaf edirlər. Stronqiloidin orqanizmində inkişafı 17-27 gün çəkir.
İnvazion sürfələr 11-160C temperaturda 39 günə qədər yaşayır. Onlar qurudulduqda,
dondurulduqda və düz düşən günəş şüası təsirindən məhv olurlar.
Klinika:
Stronqiloidin törətdiyi xəstəyə stronqiloidoz deyilir. Xəstəliyin erkən mərhələsində
hərarət artır, dəridə qaşınma, məxmərək, ağciyərlərdə eozinofil infiltratlar meydana çıxır. Bağırsaq
mərhələsində zəiflik, baş ağrıları,ishal, qarında, qaraciyər və öd kisəsi nahiyyəsində ağrı, arıqlama
müşahidə olunur.
Diaqnoz:
Erkən mərhələdə qanda yüksək eozinofiliya nəzərə alınır, miqrasiya edən sürfələrin
təyini üçün bəlğəm mikroskopiya edilir.
Bağırsaq mərhələsində diaqnozu təyin etmək üçün duodenal möhtəviyyat və nəcisdə sürfələr
axtarılır. Lazım gəldikdə 5-7 gün fasilə ilə 3-5 analiz aparılır.
Profilaktika və mübarizə tədbirləri:
xəstələrin aşkarı və müalicəsi, şəxsi gigiyena qaydalarına
əməl edilməsi, torpağın nəcislə çirklənmədən qorunması vacibdir.
1 nömrəli Bakı Tibb Kolleci
98
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 53
Trixinelyoz
Növləri və quruluşu: Trixinella (Trichinella spiralis) -
Uzunluğu 1-3 mm olan
müxtəlifcinsli kiçik diridoğan nematoddur. Yaşlı helmintoz ətyeyən və hər şey yeyən heyvanların,
həmçinin insanın nazik bağırsağının selikli qişasında inkişaf edir.
Hal-hazırda belə hesab edirlər ki, trixinellaların 4 növü var və onların 2 növü insanda qeydə alınıb:
Trichinella spiralis; adətən donuzlarda, itlərdə, pişiklərdə, gəmiricilərdə, bəzi hallarda atlarda parazitlik
edir, hər yerdə rast gəlir. Trichinella nativa- ən çox vəhşi heyvanlar (canavar, tülkü, ayı, qaban, porsuq və
s.) arasında rast gəlir. Avrasiya və Şimali Amerika təbii şəraitində yayılıb
Həyat dövrəsi:
Dişi trixinella 3-6 həftə ərzində çoxlu miqdarda diri sürfələr doğur, onlar
.bağırsaq divarından qana və limfaya keçir, orqanizmin hər yerinə yayılır və sahibin eninəzolaqlı əzələsində
çökür. Burada sürfələr spiral şəklində burulur, 3 -4 həftədən sonra onların ətrafında birləşdirici
toxumadan 0,2-0,6 mm ölçülü kapsul əmələ gəlir. Kapsul vaxt keçdikcə qalınlaşır və daşlaşır. Sürfələr
həyat qabiliyyətini uzun illər saxlayır. Yeni sahibin mədəsinə düşdükdə sürfələr kapsuldan azad olur, nazik
bağırsağın selikli qişasına daxil olur və artıq 2 həftədən sonra yaşlı, cinsi yetkin trixinellaya çevrilir.
Trixinellanın sirkulyasiyası vəhşi və ev heyvanları arasında onlar bir-birini yedikdə baş verir. İnsan yaxşı
bişməmiş ev və vəhşi heyvanların (qaban, it, porsuq, nutriya, dəniz məməliləri) ətindən yedikdə
yoluxur.Həmçinin at ətindən də yoluxma qeydə alınıb.
Klinik şəkli:
Trixinellalar insanda trixinelyoz adlı xəstəlik törədirlər. İnkubasiya dövrü 7 gündən
4-5 həftəyə qədərdir. Xəstəlik kəskin başlayır. Hərarət yüksəlir, sifətdə və göz qapaqlarında, bəzən
bədəndə şişkinlik, əzələlərdə ağrı, allergik səpkilər meydana çıxır. Xəstəlik bir həftədən bir neçə həftəyə
qədər çəkir, bəzən ölümlə nəticələnir. Qanda əksər hallarda eozinofiliya olur.
Diaqnoz:
Eyni bir yeməkdən qrupla xəstələnmə zamanı trixinelyozun klinik diaqnozunu qoymaq
çox asandır. Bütün hallarda mütləq laborator müayinə aparılmalıdır. Trixinelyoza şübhə olduqda, yoluxma
törətməsi güman olunan ət qalıqları müayinə olunur. Lazım gəldikdə xəstənin əzələsi biopsiya edilir.
Əzələlərdə trixinellalar trixinelloskopiya və ya əzələlərin əriməsi üsulları ilə aşkar edilir. Ətin
müayinəsinə aid məlumatlar olmadıqda seroloji reaksiyalar (KBR, HPR – həlqəvi presipitasiya
reaksiyası, HAR və s.) çox bacibdir. Reaksiyalar yoluxmadan 3 həftə sonra müsbət olur. Antitellərin
maksimal miqdarı adətən yoluxmadan sonrakı 4-12-ci həftələrdə müşahidə edilir. Yüksək titr və ya təkrari
reaksiyalar zamanı titrin artması diaqnostik məna kəsb edir. Bəzi yoluxmuşlarda trixinelyozun
simptomsuz gedişini nəzərə alaraq qrupla xəstələnmələrdə və ocaqda xəstələrlə bərabər yoluxmuş ətdən
istifadə etmiş bütün şəxslər laborator müayinə olunmalıdır.
Müalicə:
Xəstə qospitalizasiya olunur. Tiabendazol (vermoks) 2-4 gün işlədilir. Həmçinin
simptomatik müalicə aparılır.
Profilaktika və mübarizə tədbirləri:
Heyvanlar arasında trixinelyoz hər yerdə yayılıb, lakin
donuzçuluqla məşğul olan yerlərdə daha çox rast gəlir. Qalan yerlərdə insanlar arasında trixinelyoz nadir
hallarda rast gəir və əsasən yoluxma vəhşi heyvan əti vasitəsilə baş verir. Baytar- sanitar tədbirlər mühüm
əhəmiyyət kəsb edir.
1 nömrəli Bakı Tibb Kolleci
99
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 54
Ankilostomidoz
Bu ad altında 2 invaziya birləşdirilib: ankilostomidoz (törədicisi onikibarmaq bağırsaq əyribaşı və
ya ankilostoma-Ancylostoma duodenale) və nekatoroz (törədicisi-Amerika əyribaşı və ya nekator-
Necator americanus). Ankilostomidozlar bütün tropik və subtropik bölgələrdə geniş yayılıb.
Azərbaycanda Lənkəran, Şəki, Zaqatala bölgələrində rast gəlir. Ankilostomidlər (əyribaşlar) kiçik ölçülü
(5-15 mm) helmintdirlər. Onların ağız kapsulu var. Orada ankilostomda 4 diş, nekatorda 2 kəsici lövhə
görmək olar.
Həyat dövrəsi:
Ankilostomidlər onikibarmaq bağırsaqda parazitlik edirlər. Əyribaşlar bağırsaq
divarına yapışaraq dişləri və kəsici lövhələri ilə onu zədələyir və qan sorur. Bu zaman onlar qanın
laxtalanmasına mane olan maddə ifraz edir. Əyribaşlar bağırsaqda qansorma yerlərini tez-tez dəyişərək
özlərindən sonra qanaxma verən kiçik zədələnmələr qoyur. Nəticədə anemiyaya səbəb olurlar. Nəcislə
ətraf mühitə düşən yumurtada əlverişli şəraitdə qeyri-invazion sürfələr inkişaf edir, yumurtadan çıxır və
torpaqda üzvi qalıqlarla qidalanaraq sərbəst həyat sürürlər. Bir neçə müddətdən sonra onlar invazion
sürfəyə çevrilirlər. Sonuncu qabıqdəyişmədən qılaf kimi kutikula qalır. Ankilostoma sürfələri udulduqda
və ayaqyalın gəzdikdə, yaşıl otun üzərinə çılpaq uzandıqda və s. hallarda dəridən orqanizmə daxil olur.
Nekator sürfələri isə yalnız dəri və ağızın selikli qişasından daxil olur.
Orqanizmə dəridən daxil olan sürfələr qana keçərək ağciyərlərə miqrasiya edirlər. Oradan, alveola,
sonra bronxa düşür və udlaqda seliklə birgə udularaq bağırsağa çatır. Udulan ankilostoma sürfələri isə
miqrasiyasız inkişaf edirlər. Sahibin bədənində sürfələr 2 dəfə qabıqdəyişməklə cinsi yetkin helmintə
çevrilir.
Nəcisdə ankilostoma yumurtaları yoluxduqdan 6 həftə sonra görünür. Ankilostomanın ömrü 4 -5 il,
nekatorun ömrü 10-15 ilə qədərdir.
Dostları ilə paylaş: |