Mühazirə MÖvzu 1 Epidemiologiya fənni, üsulları və inkişaf tarixi MÖvzu 2



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix06.06.2020
ölçüsü3,39 Mb.
#31611
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   34
Epidemiologiya pdf 1N BTK


Epidemiologiyası
.  Bruselyoz  bütün  qitələrdə,əsasən  heyvandarlığın  inkişaf  etdiyi  ölkələrdə 
yayılmışdır.  Xəstələnmənin  epidemioloji  xüsusiyyətləri  müəyyən  dərəcədə  törədicinin  növ 
mənsubiyyətindən, epidemik ocağın aktivliyindən və kütləviliyindən asılıdır. 
İnfeksiya mənbəyi
Brusellalar insan  üçün  təhlükəli  olub  heyvanların,praktik  olaraq yalnız ev 
heyvanlarının,  xüsusilə  də  otyeyən  cütdırnaqlıların  -  keçi,  qoyun,  iribuynuzlu  mal-qara,  həmçinin 
donuzların  parazitləri  sayılır.  Yoluxmuş  heyvanlarda  törədici  bağırsaq  divarının  limfa  sistemində 
toplandıqdan sonra yayılmış (generalizə olunmuş) infeksion proses (bakteriemiya)  inkişaf  edir ki, bu da 
bir çox toxumaların, xüsusilə də  cinsiyyət üzvləri, süd vəziləri, həmçinin bəzən oynaqların zədələnməsinə 
gətirib  çıxarır.  Heyvanlarda  bruselyoz  infeksiyası  çox  vaxt  simptomsuz  keçir,  yəni  həm  heyvan 
populyasiyasında, həm də insan üçün infeksiya mənbəyi kimi zahirən sağlam fərdlər iştirak edə bilər. İnsan 
üçün daha virulent növ olan B.melitensisin əsas sahibləri keçilər və qoyunlar olduğu üçün hamısından  çox 
məhz xırdabuynuzlu mal-qaranın yoluxmuş  fərdləri təhlükəlidir. Lakin  bəzən B.melitensisin iribuynuzlu 
mal-qaraya  miqrasiyası  müşahidə  olunur,  belə  hallarda  insanın  bu  cür  heyvanlardan  yoluxması  və 
xəstələnməsi ehtimalı tamamilə real vəziyyət alır. İnsan bruselyoz zamanı infeksiya mənbəyi kimi iştirak 
etmir. Bruselyoz-zoonozlar qrupundan olan tipik infeksiyadır. Bruselyozun  törədicisi  xəstə heyvanların 
nəinki balalaması  (quzulama,  buzovlama  və  s.)  dövründə, həm də  onların normal ifrazatları ilə (südü, 
sidiyi,  nəcisi)  xaric  edilir.    Balasalan    heyvanlarda brusellalar  doğuş  yollarının  patoloji  ifrazatlarında, 
onların südündə və sidiyində uzun müddət (15 aya qədər) aşkar edilir. 
Yoluxma  yolları
.  Ev  heyvanları  arasında  epizootik  proses  bruselyozun  fekal-oral  yoluxma 
mexanizminin sayəsində saxlanır, lakin cinsi yolu da istisna etmək olmaz. İnsan bruselyozla əsas 

1 nömrəli Bakı  Tibb Kolleci 
68 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
etibarilə alimentar yolla-törədicilərlə yoluxmuş süd və süd məhsullarını istifadə etdikdə,həmçinin qidada 
kifayət  dərəcədə  termiki  emaldan  keçirilməmiş  və  ya  çiy  ətdən  istifadə  etdikdə  yoluxur.  Sənəti  ilə 
əlaqədar heyvanlarla təmasda olan insanların (baytarlar, zootexniklər, heyvandarlar, sağıcılar, çobanlar və 
s.) təmasla yoluxması qeyd edilir. Təmas yoluxması adlanan belə yoluxma törədicilərlə çirklənmiş əllər 
vasitəsilə ağız boşluğunun selikli qişasına törədicilərin daxil edilməsi  zamanı  baş verir. Beləliklə, sənəti 
xəstələnmə  də  həmçinin  həzm  yolu  vasitəsilə  yoluxma  ilə  bağlıdır.  Dəri  örtüklərinin  tamlığının 
pozulmasına  gətirib  çıxaran  mikrotravmalar    zamanı    bruselyozla    yoluxma  istisna  olunmur.  Təmas 
yoluxması xüsusilə doğuş, abortar, ölmüş və ölü doğulmuş quzu balalarının dərisini soyduqda realizasiya 
olunur.  Çiy  süd  məhsulları,  ət  və  bruselyozlu    qoyun    və    keçilərdən  alınmış  xammal  daha  böyük  
epidemioloji  əhəmiyyət  daşıyır.Süddə    və  turş  süd  məhsullarında  brusellalar  uzun  müddət  həyat 
qabiliyyətlərini saxlayır (10 gündən 40 günə qədər və daha çox). Bruselyozlu heyvanlardan alınmış ət və 
ət məhsullarında törədicilər 30 gündən 45 günə qədər və daha çox  saxlanır. Yoluxma yolları bunlardır: 
alimentar-termiki emaldan keçməmiş süd  məhsulları vasitəsilə, təmas. 
Patogenez və  patoloji anatomiya
İnsanda bruselyoz infeksiyasının patogenezi hazırki dövrdə 
axıra qədər öyrənilməmişdir. Brusellalar orqanizmə dəridən və selikli qişalardan keçir, infeksiyanın giriş 
qapılarından limfa yolları vasitəsilə yayılır və regionar limfa düyünlərində çökürlər. Xəstəliyin başlanğıc 
dövründə iltihabi  dəyişikliklər  spesifik  xarakter almayaraq ocaqlı  və diffuz  alternativ-nekrobiotik  və ya 
kəskin ekssudativ-produktiv proseslər formasında təzahür edir.Bu zaman daxili orqanların parenximatoz 
elementləri,  adətən,  degenerativ-nekrobiotik  dəyişikliklərə  məruz  qalır.  Orqanizmin  allergizasiyası 
yüksəldikcə iltihabi  dəyişikliklər  qranuloma-  toz-spesifik  xarakter alır. Bruselyoz xəstəliyinin  inkişafı 
prosesində  spesifik  və  qeyri-spesifik  dəyişilmiş  toxumalar  əvvəlcə  çapıqlaşmaya,  sonra  isə  sklerotik 
proseslərə  məruz  qalır.  Bruselyoz  zamanı  patomorfoloji  dəyişikliklər  bütün  orqan  və  toxumalarda 
müşahidə  edilir,  lakin  bu  dəyişikliklər  daha  çox  sinir  sistemində,limfa,qan-damar  və  birləşdirici 
toxumalarda  üstünlük  təşkil  edir.  Xəstəliyin  kəskin  inkişaf  mərhələsində  parenximatoz  orqanların 
keçiriciliyinin  artması  və sonradan  distrofiyası    nəticəsində  daxili  orqanların  seroz  iltihabı  1-ci  yerdə 
durur. Ardıcıl olaraq limfa düyünlərində,dalaqda,qaraciyərdə və digər orqanlarda retikulyar hüceyrələrin 
hiperplaziyası  inkişaf  edir.  Bu  dəyişikliklər  bruselyoz  infeksiyasının  kəskin  generalizasiyasının 
təzahürüdür  və  iltihabi  hiperergik  xarakter  alır.  Bruselyozun  yarımkəskin  mərhələsində  müxtəlif 
orqanlarda əsasən həmin infeksiya üçün səciyyəvi sayılan qranulomaların yaranması  ilə meydana çıxan 
produktiv iltihab aşkar  olunur. Produktiv-iltihabi proseslər çox vaxt distrofik dəyişikliklər və sirkulyator 
pozğunluqlarla uyğunlaşır. Bruselyozun xronik gedişli mərhələsində çapıqlaşma əlamətləri  və sklerotik 
proseslərin inkişafı ilə təzahür edən produktiv xarakterli proseslər üstünlük təşkil edir. Bruselyoza xas 
patomorfoloji dəyişikliklərin böyük rəngarəngliyində həmin infeksiya üçün səciyyəvi xüsusiyyət yayılmış 
xarakterli infeksion-allergik vaskulit hesab olunur. 
Klinikası. 
Bruselyoz infeksiyası zamanı inkubasiya dövrünün  müddəti  dəqiq  təyin edilməmişdir, 
xəstələrin əksəriyyətində o, 2-3 həftə təşkil edir,lakin 4-7 həftəyə qədər, bəzən isə daha çox uzana bilər. 
Bruselyozla xəstələnmə bir  halda kəskin,  digər  halda tədricən  başlayır.  Bruselyozlu  xəstələrin  başlıca 
şikayətləri  oynaqlarda,  əsas  etibarilə  aşağı  ətraflarda  yerdəyişən  xarakterli  ağrılar,  ümumi  zəiflik,  tez 
yorulma, baş ağrısı, tərləmə ilə əvəzlənən titrəmə,iştahanın azalması, yuxunun pozulması və s. olmuşdur. 
Xəstəliyin ən çox rast gəlinən və nisbətən davamlı klinik əlaməti - orqanizmin temperatur reaksiyasıdır. 
Bruselyoz  zamanı temperatur əyriləri müxtəlif ola  bilər. Uzunmüddətli subfebril temperatura daha çox 
rast gəlinir. Bruselyozla  xəstə hamilə   qadınlarda  çox  vaxt anemiya, hidrops, nefropatiya inkişaf  edir. 
Dayaq-hərəkət aparatının zədələnməsi bruselyoz üçün səciyyəvi əlamət sayılır. Ağrılar yaranır ki, bu çox 
vaxt oynaqlarda obyektiv dəyişikliklər olmadan da üzə çıxır. 
Laborator diaqnostikası
Kəskin bruselyozlu xəstələrin qanının ümumi müayinəsi zamanı həm 
leykositlərin  normal  miqdarı,  həm  də  az  nəzərə  çarpan  leykopeniya  aşkar  edilə  bilər.  Bruselyozun 
laborator diaqnostikası aşağıdakı metodlarla aparılır: 1) bakterioloji, 2) seroloji, 3) allergik dəri sınağı. 
Bruselyozun törədicisinin kulturasının alınması diaqnozun qoyulmasında mühüm rol oynayır. 

1 nömrəli Bakı  Tibb Kolleci 
69 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Törədiciləri qandan, sümük iliyindən, irindən,  oynaqdaxili  mayedən,  dalağın  punktatından,  nəcisdən və 
s.ayırd etmək olar. 
Həssaslıq. 
İnsan orqanizminin brusellalara qarşı həssaslığı  yüksəkdir  və  bunu laboratoriyadaxili 
yoluxmalarla bağlı xəstələnmələrin baş verməsi təsdiq edir. Yalnız  ciddi əksepidemik rejimin aparılması 
sayəsində  laboratoriya  işçilərinin  yoluxması  qeydə  alınmır.  Bruselyoz  zamanı  yaz-yay  dövründə 
mövsümilik  xəstələnmənin  artması  ilə  təzahür  edir.  Daha  kəskin  mövsümilik  xəstələnmənin  sənəti 
xarakterini (qaramalın abortları və doğuşlar dövründə iş) əks etdirir. Əgər  qida yolu nəticəsində  yüksək 
xəstələnmə  (insidentlik)  qeyd  olunursa,  onda  mövsümilik  bir  o  qədər  nəzərə  çarpmır  və  epidemik 
prosesin aktivləşməsi il boyu müşahidə olunur. Bruselyozla yüksək xəstələnmə həmçinin  ət emal edən 
və süd məhsulu istehsal edən müəssisələrin, xüsusilə  də ilkin xammal emalı sexlərinin işçiləri arasında 
müşahidə  olunur.  Kənd  əhalisinin  xəstələnməsi  şəhərlilərə  nisbətən  yüksəkdir.  Uşaqlar  böyüklərə 
nisbətən az xəstələnir. 
Bruselyozda  risk  amilləri
.  Bruselyoz  zamanı  risk  amillərinə  şəxsin  heyvandarlıq  təsərrü 
fatlarında, az hallarda fərdi təsərrüfatlarda qaramala qulluq və s.ilə bağlı işlərdə çalışması  (peşəsi) aiddir. 
Həmçinin qaynadılmamış, xüsusilə də keçi südündən istifadə, süddən hazırlanmış brınzadan istifadə risk 
amilləri sayılır. 
Epidemioloji nəzarət
Bruselyoz zamanı epidemioloji  nəzarət  iri  və  xırdabuynuzlu qaramalın, 
az halda-donuzların sayı üzərində epizootoloji nəzarət üzrə sanitar-baytarlıq nəzarətinin məlumatlarından 
birbaşa  asılıdır.  Buna  görə  də    sanitar-epidemioloji  xidmətlə    baytarlıq    xidməti  arasında  sıx  əlaqə 
olmalıdır. Müayinənin baytarlıq xidməti ilə birgə aparılması zamanı nəticələrin dürüstlüyü xüsusilə artır. 
Bu  zaman  o  cümlədən  heyvanlara  allergik  sınaqlar  qoyduqda    və    onların  qanında  əkscisimlər  aşkar 
edildikdə epizootik vəziyyət dəqiqləşdirilir. 
Profilaktikası. 
Bruselyozun  profilaktikasına  tibbi,  sanitar-baytarlıq  və  təsərrüfat  tədbirləri 
daxildir. Bruselyoz tipik zoonoz infeksiya sayılır və ona görə onunla  mübarizə  infeksiya mənbəyinin ilk 
növbədə ev  heyvanları arasında,  xüsusilə qoyunlar, keçilər,  iribuynuzlu  mal-qara,  həmçinin  donuzlar 
arasında  məhv  edilməsinə  yönəldilməlidir.  Kənd  təsərrüfatı  heyvanları arasında  bruselyoz  ocaqlarının 
zərərsizləşdirilməsi və ləğv edilməsi, həmçinin xəstəliklə  yoluxmuş sürünün və ayrı-ayrı təsərrüfatların 
sağlamlaşdırılması üzrə tədbirlər, habelə bruselyozla yoluxmuş  təsərrüfatlarda heyvanlara xidmət edən 
insanlar arasında da bruselyozun yayılmasının qarşısının alınmasına  kömək edir. 
Bruselyozla  mübarizədə qida yoluxmalarının profilaktikası  xüsusilə  böyük əhəmiyyət  daşıyır.  Bu 
yoluxmada  daha  çox  iştirak  edən  süd  və  süd  məhsullarına  aiddir.  Bruselyoza  görə  qeyri-sağlam 
təsərrüfatlardan alınmış süd mütləq pasterizasiya olunmalı (70
0
 temperaturda 30 dəqiqə ərzində) və ya 
qaynadılmalıdır.  Təzə  (qaynadılmamış)  qaymağı  qidada  və  ya  kərə  yağının,  xamanın  və  digər  süd 
məhsullarının  emalında  yalnız  onların  pasterizasiyasından  sonra  istifadə  etmək  olar.  Temperaturla 
təsirdən başqa, çiy süddən hazırlanmış məhsulları müəyyən müddət ərzində saxlamaqla zərərsizləşdirmək 
olar. Belə ki, çiy keçi südündən hazırlanmış brınza pendiri üçün 60 gündən az olmayaraq saxlanma müddəti 
təyin edilmişdir, çünki aşkar olunmuşdur ki, brusellalar  brınzada  2 -ci ayın sonunda məhv olur. Pendirin 
hazırlanması zamanı da onların saxlanma müddətlərinə dair müvafiq tədbirlər tətbiq olunur. Bruselyozlu 
heyvanlardan  alınmış  ət  yalnız  onu  tam  bişirdikdən  və  ya  qızartdıqdan  sonra  istifadə  edilir.  Su 
mənbələrinin çirklənmədən mühafizəsini həyata keçirmək  və yalnız qaynadılmış suyu işlətmək lazımdır. 
Tərəvəz  və  giləmeyvələr  də  brusellalarla  çirklənə  bilər.  Bununla  əlaqədar  olaraq,  bostanda  torpağın 
gübrələnməsi üçün peyini yalnız onun 3 ay ərzində öz- özünə çürüməsindən sonra istifadəyə icazə verilir, 
bu  zaman  brusellalar  məhv  olur.  Hamilə  qadınlar  yoluxmuş  və  ya  yoluxma  ehtimalı  olan  heyvanlara 
qulluqla əlaqədar bütün növ işlərə,həmçinin istər heyvandarlıq təsərrüfatlarında, istərsə də ət, yun, dəri-
gön 
sənayesi  müəssisələrində  onlardan  alınmış  xammalla  təması  ola  biləcək  işlərə 
buraxılmamalıdırlar.Əgər bu və ya digər səbəblər üzündən xəstə heyvanlarla təmas baş verirsə, onda şəxsi 
profilaktika tədbirləri içərisində törədicinin daxil olmasının qarşısının alınması üçün əllərə xüsusi diqqət 
vermək lazımdır: rezin əlcəklərdən, qolçaqdan istifadə olunması və əllərin dezinfeksiyaedici vasitələrlə 
zərərsizləşdirilməsi. 

1 nömrəli Bakı  Tibb Kolleci 
70 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Sanitar  maarifi  işinin  yerinə  yetirilməsi  bruselyozun  profilaktikasının  mühüm  şərti  sayılır. 
Bruselyozla  mübarizədə  spesifik  profilaktikanın  həyata  keçirilməsi  böyük  rol  oynayır.  Bruselyoz 
əleyhinə  profilaktik  vaksinasiya uşaqlara  epizootik  göstərişlər  olduqda 7  yaşından  başlayaraq aparılır. 
Postvaksinal  immunitet  nisbidir,  peyvəndlənmiş    kontingentlərin  yenidən  yoluxma  ehtimalı  istisna 
edilmir. Ocaqlarda profilaktik tədbirlərin bütün kompleksi  xəstəliyin  tam ləğv edilməsinə qədər yerinə 
yetirilməlidir,  onun  əsas  meyarı  heyvanların  bruselyoza  görə  sağlam  olması  və  insanların 
xəstələnməməsidir. 
İnsanlar  arasında  bruselyozun  profilaktikası  sanitar-baytarlıq  tədbirlərinin  xarakteri  ilə  bağlıdır. 
Başqa  sözlə,  yalnız  ev  heyvanları arasında  bruselyozun  effektiv  profilaktikasının  aparılması  sayəsində 
insan populyasiyasında da xəstəliyə görə salamatlıq əldə etmək olar.  Lakin  qaramal  sürüsündə, xüsusilə 
qoyunçuluqda xəstəliyə görə salamatlığın əldə olunması elə də asan məsələ deyil. İqtisadi cəhətdən inkişaf 
etmiş  ölkələrdə,  tamamilə  bruselyozdan  azad  olmuş  ölkələrdə,  hətta  təsərrüfatlarda  brusellalarla 
yoluxmuş  bir  heyvan  belə  aşkarlanarsa,  onda  bütün  sürünün  məhv  edilməsi  strategiyası  həyata 
keçirilmişdir.  Maliyyə  baxımından  çətin  olmasına  baxmayaraq,  bu  tədbir  həm  heyvanlar  və  insanlar 
arasında salamatlığın əldə edilməsi baxımından, həm də iqtisadi nöqteyi-nəzərdən ən effektiv tədbir hesab 
edilir. 
İnsanlar arasında bruselyozun profilaktikası məqsədilə sanitar-əksepidemik  xidmət  tərəfindən süd 
məhsullarının zərərsizləşdirilməsi sistemi üzərində,həmçinin qaramalın kəsimi və öldürülməsi üzərində 
nəzarəti  təmin  etmək  vacibdir. Bruselyoza  görə  qeyri-qənaətbəxş  epizootik vəziyyətdə risk  qruplarının 
(zootexniklər, baytarlar, heyvandarlar, çobanlar və  s.)   diri   BA-16    vaksinlə  peyvənd edilməsi  və süd 
məhsulu  üzərində  nəzarət  gücləndirilir.  BA-16  vaksini  ilə  pey-vənddən  sonra    orqanizmin  kəskin 
allergizasiyası üzündən hazırda irimolekulyar allergen antigen komponentlərindən azad edilmiş kimyəvi 
vaksinlər işlənib hazırlanır. 

1 nömrəli Bakı  Tibb Kolleci 
71 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
MÖVZU 32 
 
 
Ornitoz 
 
Ornitoz-zoonoz  qrupuna  daxil  olan  təbii  ocaqlı  kəskin  yoluxucu  xəstəlikdir.  Qızdırma,  ümumi 
intoksikasiya,  ağciyərin,  sinir  sisteminin  zədələnməsi,  qaraciyər  və  dalağın  böyüməsi  ilə  xarakterizə 
olunur. 
Etiologiyası. 
Xəstəlik  törədiciləri-Chlamydia  ornithosis  (psittaci)  viruslarıdır.  Onlar  xarici 
mühitin, fiziki və kimyəvi amillərin  təsirinə  davamlıdırlar:  quruluğa  və  aşağı  temperatura davamlıdırlar 
(-20
0
C temperaturda  - 10 ay, -70
0
C - 2 ildən çox qalır), 2%-li xloramin məhlulunun təsirindən 24-27 
saatdan sonra məhv olurlar. Yüsək temperaturun təsirinə həssasdırlar (70
0
C və daha yüksək temperaturda 
ölürlər). 
Epidemiologiyası
İnfeksiya mənbəyi - vəhşi  və ev quşlarıdır. Hal-hazırda ornitozun törədiciləri 
quşların  150  növündə  aşkar  edilmişdir.  İnsanlar  ev  quşlarından  (xüsusən  ördək,  hinduşka),  otaq 
quşlarından (tutu quşu, kiçik oxuyan quşlar) və xüsusən də göyərçinlərdən (onların 30 -80%-i yoluxur) 
yoluxurlar. Quşlar uzun müddət virusgəzdirici olurlar. Xəstə insanlar ətraf mühit üçün  təhlükəli deyillər. 
İnfeksiyanın keçmə mexanizmi:  infeksiya əsasən hava-damcı  və  hava-toz  vasitəsi ilə, eləcə də  alimentar 
yolla da (xəstələrin 10%-də) yayılır. Yoluxmuş quşlara qulluq etdikdə, kəsdikdə, emal etdikdə, yoluxmuş 
tükdən  və lələkdən  istifadə  etdikdə,  termiki  emaldan  keçməyən  yumurtanı  yedikdə,  törədici  ağızın  və 
gözün selikli  qişasına  düşür. İnkubasiya dövrü  -  6-14    gündür, lakin 25-30  günə qədər  də uzana bilər. 
İmmunitet - xəstəliyi keçirdikdən sonra, davamsız immunitet əmələ gəlir. Epidemioloji qanunauyğunluq - 
xəstəlik  dünyanın  hər  yerində    geniş    yayılmışdır.  Xəstəliyin  istehsalat,  məişət,  ovçuluq  və laborator 
alovlanmalarını  ayırd  edirlər.  Xəstəliyin  istehsalat  alovlanmaları  quşçuluq  fermalarında,  quşçuluq 
fabriklərində,  quşçuluq kombinatlarında, onlar kəsilən  yerdə,  əsasən  yaz və payız aylarında qeyd edilir. 
Ornitoza  qarşı  həssaslıq  yüksəkdir.  Həmin  yerlərdə  əsasən  qadınlar  işlədiyinə  görə,onlar  daha  çox 
xəstələnirlər. 
Profilaktika və  mübarizə tədbirləri
Mütləq ev quşları arasında ornitozla  mübarizə aparmaq 
lazımdır.  Xəstə  quş aşkar edilmiş quşçuluq təsərrüfatına 6 ay müddətinə karantin elan  edilir. Ornitozla 
xəstə olan bütün quşlar müalicə olunurlar (14-21 gün müddətində 1t yemə 200q tetrasiklin qatılır), ya da 
həmin  yerdə onlar kəsilir  və tükləri təmizlənir,  əti  termiki emaldan keçirtdikdən  sonra  qidada istifadə 
edirlər.  Tükü  və  lələyi  ya  yandırırlar,  ya  da  105
0
C  temperaturda  30  dəq.  müddətində  buxarla  cari 
dezinfeksiya  edirlər.  Karantin  təsərrüfatlarından  alınan  yumurtalar  termiki  emaldan  keçdikdən  sonra 
ictimai  qidalanma  obyektlərinə  göndərilir.  Karantin  təsərrüfatlarında  cari  dezinfeksiya  işləri  aparılır. 
Personal  xüsusi  paltarla,  eynəklə  və  maskalarla  təmin  edilir.  Xəstələrin  hospitalizasiyası  kliniki  və 
epidemioloji  göstərişlərə əsasən  yerinə  yetirilir.  Xəstəliyə  şübhə doğuran şəxslər  30  gün tibbi  nəzarət 
altında saxlanılır. 
Təcili profilaktika 10 gün ərzində keçirilə bilər. 

1 nömrəli Bakı  Tibb Kolleci 
72 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  33 
Toksoplazmoz (Toxoplasmosis) 
 
İnvazion  xəstəlik  olub,polimorf  klinik  şəklə  malikdir,böyüklərdə  əksər  hallarda  simptom-  suz 
gedir. 
Etiologiyası.  Törədicisi-ibtidai  Toxoplasma  gondii  sporlular  sinfinə  aiddir,hüceyrədaxili 
parazitdir.  Ölçüləri  -  eni  2-4  mkm,  uzunluğu  7  mkm,  narıngi  dənəsi  (aypara)  formasındadır.  Həssas 
orqanizmdə  toksoplazmalar müxtəlif forma alır və toxumaların hüceyrələrinə daxil  olur,  orada boylama 
bölünmə ilə 2  hissəyə  bölünür və çoxalırlar. Təkrar bölünmələr nəticəsində  hüceyrədə  qız parazitlərin-
psevdosistaların  toplanması  baş  verir.  Çoxsaylı  bölünmədən  sonra  psevdosistalar  sahibin  dağılmış 
hüceyrəsindən  xaricə  çıxır.  Azad  olmuş  parazitlər  yeni  hüceyrələrə  daxil  olur  və  tsikl  yenidən 
təkrarlanır.Bununla  bərabər,çoxalma  tumurcuqlanma  ilə  də  gedir.  Pişiklər  ailəsinin  nümayəndələrində 
toksoplazmalar cinsi çoxalma tsikli keçirir və oosistalar əmələ gəlir. İnvaziyalaşmış pişik nəcislə birlikdə 
külli  miqdarda oosistalar  xaric  edir.  Bəzən  oosistaların  sayı milyarda çatır.  Həmin  oosistalar  torpağın 
əlverişli  temperatur  və  nəmliyi  şəraitində  2-5  gün  müddətində  sporosistalara  çevrilir.  Bir  oosistadan 
hərəsində 4 sporozoit olan 2 sporosista əmələ gəlir. Onlar həyat qabiliyyətlərini bəzən 2 ilə qədər saxlaya 
bilirlər. 
Sporozoitlər torpaqdan müxtəlif heyvanlar və quşların bağırsağına düşür, onların ekosistalaşması 
başlayır və intensiv şəkildə selikli epitel hüceyrələrə yayılırlar. Sonradan taxizoitlərə çevrilir, limfa və 
qan damarlarına keçərək bütün orqanizmə yayılır və intensiv çoxalmağa başlayırlar. Sonra taxizoitlərin 
çoxalma prosesi  yavaşıyır, toxuma sistası  əmələ  gəlir. Bu sistaya  əkscisimlər daxil  ola  bilmir. Yetkin 
toxuma  sistasında minlərlə  yavaş  inkişaf  edən bradizoitlər  olur,  bunlar uzun illər  və bəzən  də  sahibin 
bütün ömrü boyu sağ qala bilir. 
Toksoplazmozun xronik və latent formaları zamanı sahibin toxumalarında (baş beyin, ürək və skelet 
əzələsi,göz toxuması, bəzən ağciyərlər, uşaqlıq divarları) həqiqi sistalar əmələ gəlir.  Onlar dairəvi və ya 
bir qədər oval olurlar. Ölçüləri içəridə yerləşən parazitlərin  sayından (bir neçə fərddən 3 - 5mln qədər) 
asılı olaraq 5 mkm-dən 100-150 mkm-ə qədər çatır. Oosistalarda olan parazitlər əkscisimlərin təsirindən 
və kimyəvi terapevtik preparatlardan müdafiə olunurlar. Lakin sistanın  divarı dağıldıqda toksoplazmalar 
azad  olur  və  patoloji  prosesin  inkişafına  səbəb  olurlar.  Yoluxmuş  və  ölmüş  heyvanların  orqanlarında 
toksoplazmaların həyat qabiliyyəti 20
0
C temperaturda 3 gün ərzində saxlanır, 4-10
0
C-də 18 gün,45
0
C-
də 15 dəqiqədən sonra, 50
0
C-də isə ani məhv olurlar. 1%-li duz turşusunda 1 dəqiqə, 1%-li formalində - 
20 dəqiqə, 1%-li fenolda -10 dəqiqədən sonra ölürlər. Oosistalar ətraf mühitdə qalmağa çox davamlı olub, 
6-8 aya qədər həyat qabiliyyətini saxlayırlar. 
İnvaziya  mənbəyi.  Toksoplazmoz  həm  ev,  həm  də    sinantrop  heyvanlarda  (it,  pişik,  donuz, 
iribuynuzlu qaramal, at, keçi, qoyun, dovşan, toyuq, hind toyuğu, göyərçin, siçan, siçovul), həmçinin vəhşi 
heyvanlarda  (gəmiricilər  -  qum    siçanı,  gəlincik,  dələ;  meymunlar  və  s.)  aşkar  olunub.  İnsan üçün  ev 
heyvanları (itlər  və pişik)  daha təhlükəli  sayılır.  Heyvanlarda toksoplazmoz  daha  çox  parazitgəzdirmə 
(simptomsuz forma) şəklində gedir, ancaq klinik ifadə olunan formalara  da  rast gəlinir. 
İnvaziya  mənbəyinin  yoluxduruculuq  dövrü.  Toksoplazmozun  törədicisi,  xüsusən  də  sista 
formasında  insan  və heyvanların  orqanizmində  uzun  müddət  saxlana  bilər.  Heyvanların  orqanizmindən 
toksoplazmalar kəskin dövrdə intensiv şəkildə  nəcis, sidik, selik, süd vasitəsilə,balasalma zamanı döl və 
dölyanı maye ilə ifraz olunurlar; latent formalarda törədicinin ifrazı dəyişkən xarakterdə gedir. 
Yoluxma  mexanizmi  və  yolları.  Toksoplazmoz  zoonoz  infeksiyadır,  insana  3  yolla  keçir: 
general-bitki  məhsulları,  ksenotrop  -  ət  məhsulları  ilə,  vertikal,  yaxud  bətndaxili.  Toksoplazmozla 
yoluxma  qida  məqsədilə  kifayət  qədər  termiki  işlənməmiş  ət  və süd  məhsullarının  istifadəsi  zamanı, 
heyvanlara qulluq etdikdə zədələnmiş dəri örtüyü və ya selikli qişalardan, heyvanların dərilərini soyduqda, 
əti  emal  etdikdə  və s.  zamanı  baş verir.  Hava-damcı  mexanizmi  tam  sübut  edilməyib.  İnsandan-insana 
toksoplazmoz anadan dölə transplasentar yolla da ötürülür. 
Həssaslıq və immunitet. Toksoplazmozda həm humoral, həm də hüceyrə immuniteti inkişaf edir. 
Əmələ gəlmiş əkscisimlər orqanizmdə prosesin inkişafını qeyri-steril immunitet nəticəsində 

Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin