Mühazirə MÖvzu 1 Epidemiologiya fənni, üsulları və inkişaf tarixi MÖvzu 2



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix06.06.2020
ölçüsü3,39 Mb.
#31611
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
Epidemiologiya pdf 1N BTK


1 nömrəli Bakı  Tibb Kolleci 
73 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
məhdudlaşdırır, ancaq onların müdafiə təsiri yoxdur. Hüceyrə immuniteti toksoplazminlə aparılan dəri 
sınağı ilə müəyyən edilir. Ümumilikdə toksoplazmozda mmunitet az gərginlikli və davamsızdır. 
Epidemik prosesin təzahürləri. Toksoplazmoz 1çox ölkələrdə-Avropa,cənubi Amerika, Afrika, 
Asiya  və  Avstraliyada  qeyd  olunur  (10-30%).  Əslində,  bu  həqiqi  xəstələnməni  göstərmir.  İnsanların 
toksoplazmoza görə həssaslığı ümumidir. Ən çox kənd əhalisi yoluxur ki, bunu da onların şəhər əhalisinə 
nisbətən  heyvanlarla  daha  çox  təmasda  olması  ilə  izah    edirlər.  Sənəti  ilə  əlaqədar  (heyvandarlıq,  ət 
kombinatlarının  işçiləri,  ovçular  və  s.)  heyvanlarla  təmasda  olan  şəxslərdə  xəstəlik  əhalinin  digər 
qruplarına nisbətən çox qeydə alınır. 
İnkubasiya dövrü müxtəlifdir, onu müəyyən etmək invaziyalaşma ilə əlaqədar çox çətindir, ancaq 
15-20 gün sürməsi güman edilir. 
Klinik  əlamətləri.    Anadangəlmə  və  qazanılmış  toksoplazmoz  ayırd  edilir.Anadangəlmə 
toksoplazmoz o vaxt baş verir ki,  qadın hamiləlik dövründə ilk dəfə yoluxmuş olsun. Digər tərəfdən  bu 
parazitemiya baş vermiş qadınlarda  və cift zədələndikdə mümkündür. Bətndaxili yoluxma özünü təxminən 
25%  halda  yenidoğulmuşlarda  klinik  əlamətlərlə  göstərir.  Xəstələrin  vəziyyətinin  ağırlığı  daxil 
olmuşparazitin miqdarından asılıdır. 
Döl hamiləliyin  son  dövründə yoluxmuşdursa, xəstəliyin kəskin  forması inkişaf  edəcəkdir. Belə 
hallarda xəstəlik dalağın, qaraciyərin böyüməsi, miokardit, interstisial pnevmoniya, ensefalit əlamətləri və 
s.ilə müşayiət oluna bilər. Spesifik müalicə nəinki xəstəni müalicə edir, hətta belə ağırlaşmaların qarşısını 
alır.  Anadangəlmə  toksoplazmozda  getdikcə  artan  hidrosefaliya,  xorioretinit,  kəllədaxili  kalsifikatlar, 
daxili orqanlar tərəfindən müxtəlif dəyişikliklər (hepato və splenomeqaliya), habelə gözlərin zədələnməsi 
qeyd  edilir.  Anadangəlmə  toksoplazmozun  ayrı-ayrı  təzahürləri  sinir-psixi  pozğunluqlar,  qıcolmalar, 
uşaqların əqli inkişafdan geri qalması şəklində ola bilər. Qazanılmış toksoplazmoz (qida məhsulları ilə 
yoluxma)  çox  zaman simptomsuz,  yaxud subklinik keçir  və aşkarlanmamış qalır.  Klinik  cəhətdən  tam 
təzahür edən  toksoplazmoz  nadir hallarda yoluxmadan 3-10  gün sonra  prodromal  əlamətlərlə başlayır: 
ümumi zəiflik, əzələ ağrıları, uzunsürməyən ishal. 
Qazanılmış toksoplazmoz  klinik  təzahürlərin  müxtəlifliyi  ilə  xarakterizə  olunur.  Xəstəliyin  göz, 
serebral, limfadenopatik və ekzantemalıformaları ayırd olunur. Xəstəliyin kəskin mərhələsində titrətmə, 
qızdırma, səpki, limfadenopatiya, miokardit, interstisial pnevmoniya müşahidə  edilir, qaraciyər böyüyür. 
Dalaq  hiss ediləcək dərəcədə böyümür.  Kəskin mərhələdə ensefalomielit simptomları müşahidə edilir. 
Spesifik  terapiya  olmadıqda  xəstələrin  əksəriyyəti  bir  neçə  həftə  ərzində  ölür.  Qazanılmış  kəskin 
toksoplazmoz 
zamanı 
orqan 
və 
ya 
sistemlərin 
zədələnməsindən 
asılı 
olaraq 
limfadenopatik,visseral,serebral  və  göz  formaları  ayırd  edilir.  Böyüklərdə  toksoplazmoz  əsasən 
subklinik, latent infeksiya şəklində gedir. Kəskin gedişli hallara (ölümlə  nəticələnən) az rast gəlinir. 
Müalicə.  Toksoplazmoza qarşı 2  spesifik  preparat-xloridin (sinonimləri-primetamin, dara prim, 
tindurin)  və sulfanilamidlər  işlədilir.  Onlar  sinerqizmə  təsir  edərək  folin  turşusundan  foli  turşusunun 
sintezinə  imkan  vermir,  eləcə  də  P-aminobenzoy  turşusunun  metabolizminə  təsir  edir.  Xəstələr  bu 
preparatları yaxşı keçirir. Bəzən trombositopeniya və ya leykopeniya baş verir. Bu əlavə təsirin qarşısını 
almaq üçün xəstələrə  folin turşusu təyin  edilir ki,  bundan orqanizm   özündə  folin  turşusu  sintez  edir. 
Xloridin (daraprim) sulfadimezinlə birgə metranidazol istifadə edilir. 
Laborator diaqnostika. İnsan sağ ikən toksoplazmoz törədicisini aşkar etmək üçün  onurğa beyni 
mayesi, limfa düyünlərinin punktatı, biopsiya edilmiş limfatik düyünlər və badamcıqlar, dölyanı qişaların 
qalıqları və cift müayinə edilir. İmmunoloji müayinə üçün KBR,  HAR, İFR, habelə toksoplazminlə dəriiçi 
sınaq qoyulur. Dəriiçi sınaq hətta xəstəlikdən sonra ömürlük qalır. 
Profilaktik tədbirlər. Əsas şəxsi və ictimai gigiyena qaydalarına əməl etməkdir.Evdə it və pişik 
saxladıqda gigiyenik rejim ciddi gözlənilməli, xəstə izolyasiya və ya hospitalizasiya olunmalıdır. Ət və 
süd məhsullarını termiki işləmədən keçirməlidir. Xəstə şəxslər aşkar edildikdə müalicə olunmalıdırlar. 
Sanitar maarifləndirici tədbirləri aparılmalıdır. Xəstəliyin spesifik profilaktikası yoxdur. 
Əks  epidemik  tədbirlər.  Xəstələr  müalicəyə  cəlb  olunmalıdır.  Həmçinin  toksoplazmozun 
fəallaşması qeyd edilən hamilə qadınlar da müalicə olunmalıdır. Xəstələnmiş azqiymətli  heyvanlar məhv 
edilməlidir.  Xəstə  heyvanlar  saxlanan  təsərrüfatlarda  ümumi  zootexniki  qaydalar  gözlənilməli, 
deratizasiya aparılmalıdır. 

1 nömrəli Bakı  Tibb Kolleci 
74 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
MÖVZU 34 
 
 
İersinioz 
 
Etiologiyası. 
İersiniozun  törədiciləri: 
Versina,  enterokolitikadır.  Törədicilər  xarici  mühitdə    yaşama 
qabiliyyətinə malikdirlər. Belə ki, torpaqda 180 gün, açıq su hövzələrində 1  aya qədər, qaynanmış  suda 1 
ilə  qədər  sağ  qalır.  Törədicilərin  vacib xüsusiyyətlərindən  aşağı temperaturda  artıq  çoxala  bilməsidir. 
Onlar bir çox məhsullarda uzun müddət yaşaya bilirlər. Süddə 18 gün, yağda 145 gün,  çörək  və şirniyyat 
məhsullarında  16-24  gün  və  s.  onlar  yüksək  temperatura  həssasdırlar.  100
0
C  temperaturda  bir  neçə 
saniyəyə  məhv  olurlar.  Günəş  şüalarının  təsirindən  məhv  olurlar.  Nəm  mühitdə  (14  -18
0
C-də)  uzun 
müddət  qalır.  Dezinfeksiyaedici  məhlullar  1-3%-li  karbol  turşusu  (lizo),  süleymani  məhlulu  1:1000 
nisbətində iersiniozu məhv edir. Kalium permanqanatın 0,3-0,5% bakteriyaları 3 dəqiqəyə məhv edir. 
Epidemiologiyası
.  Xəstəlikdə  infeksiya  mənbəyi  heyvanlardır.  Ev  və  vəhşi    gəmiriciləri, 
donuzları,  buynuzlu  heyvanları, pişikləri,  itlərdir.  İnfeksiyanın  keçmə  mexanizmi  fekal-oraldır.  Keçmə 
yolları  ərzaqdan, xəstəlik  bəzən  su  vasitəsi  ilə  də yayıla bilər. Törədicilər orqanizmdən  nəcis ilə xaric 
olur. Orqanizmə isə çirklənmiş qida ilə daxil olur. Xəstəlik sporadik, bəzən də qrup  hallarında baş  verir. 
İersiniozun inkubasiya  dövrü 1-8 gündür. Xəstəliyin xəstəxana daxilində  yayılmasına  rast gəlinir. Belə 
hallarda infeksiya mənbəyi xəstə insanlardır. 
Profilaktika  və  mübarizə  tədbirləri
.  Xəstəliyin  yayılmasında  1-ci  yeri  termiki  emaldan 
keçməyən qida məhsulları (ət, süd, tərəvəz) soyuducuda saxlanılan qidalar tutur. 2-ci yeri su yolu tutur. 
Bu adətən heyvanların su içdiyi açıq su hövzələrindən istifadə etdikdə baş verir. Bəzən məişət-təmas yolu 
ilə  infeksiyanın  yayılmasına  təsadüf  edilir.  Xəstələr  klinik  göstərişə  görə  hospitalizə  edilir.  Bütün 
xəstəxanalarda  bakterioloji  müayinənin  cavabı mənfi  olduqdan  sonra  buraxılır.  Basil  gəzdirənlər  işdən 
azad  edilmədən  ambulator  müalicə  edilir.  Qida  blokunda  işləyənlər  müalicə  müddətində  başqa  işə 
keçirilir.  Xəstəlik  xüsusən  ağır  formada  keçirmiş  uşaqlar  dispanser  nəzarəti  altında  olmalıdırlar.  Bu 
adətən 21 gün olur. Əgər kliniki əlamətlər və şikayətlər müşahidə edilərsə, laborator müayinə edilir. Lazım 
gələrsə  hospitalizə  və müalicə  edilir.  Xəstəlikdən  sonra  şəxslər  işə  və uşaq  müəssisələrinə  sağlamlıq 
haqqında arayış təqdim etdikdən sonra buraxılır. Uşağı 3 ay peyvənddən azad edirlər. 
Xəstəlik zamanı  profilaktik və  əksepidemik tədbirlər epizotoloji nəzarətə əsasən  aparılır. 

1 nömrəli Bakı  Tibb Kolleci 
75 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  35 
Vəba (Cholera) 
 
Vəba 
-  insanın  kəskin  yoluxucu  xəstəliyidir.  Xəstəlik  mədə-bağırsaq  yolunun  fəaliyyətinin 
pozulması, daxili intoksikasiya, orqanizmin  su-duz  mübadiləsinin  pozulması,  susuzlaşma  və ürək  qan- 
damar sisteminin fəaliyyətinin zəifləməsi ilə təzahür edir. Klinik gedişinin ağırlığı, yüksək kontagiozluğu 
və pandemik yayılmağa meylliyi bu xəstəliyi təhlükəli yoluxucu xəstə- liklər sırasına daxil etməyə imkan 
verir. 
Qısa tarixi məlumat
Xəstəlik bir neçə minillik tarixə malikdir.Lakin  o,uzun  müddət  özü- nün 
qədim endemik ocağı lan Hindistandan kənarda müşahidə edilməmişdir. 
Vəbanın 1-ci pandemiyası  XIX əsrin əvvəlində - 1817-ci ildə Hindistanda başlayaraq bütün dünyaya 
yayıldı, ancaq 1823-cü ildə dayandı. 1826-cı ildə 2-ci pandemiya başlandı və 1837-ci ilə kimi davam etdi. 
3-cü pandemiya 1844-cü ildən 1859-cu ilə qədər davam etdi, 4-cü pandemiya  1865-ci ildən 1873-cü ilə 
qədər,  5-ci  pandemiya 1883-cü  ildən  1896-cı  ilə  qədər  davam etdi.  Bu  pandemiyalar  zamanı  vəba ilə 
kütləvi xəstələnmə Asiya, Avropa, Afrika və Amerika qitələrində yayılmışdı. 6 -cı pandemiya 1902-ci ildə 
başlamış, 1926-cı ilə kimi davam etmiş və Asiya, Afrika və Avropa qitələrini əhatə etmişdi. 7-ci pandemiya 
vəba vibrionlarının El-Tor  bio-tipi tərəfindən  törədilərək 1965-70-ci  illərdə  başlamışdır, 5  dövr ayırd 
edilir: 
1-ci  dövr 1960-1962-ci illəri əhatə edir. 2-ci  dövrdə pandemiyanın yayılması 1962-1967-ci illərə 
qədər davam edir. 3-cü dövrdə (1967-1976-cı  illər) vəbanın pandemiyası Orta və  Yaxın Şərqə, Afrika və 
Avropaya yayılmışdır. 4-cü dövr 1977-1990-cı illəri əhatə edir. 5-ci dövr 1991-ci ildən indiki dövrə qədər 
davam edir. 
Azərbaycanda vəba xəstəliyinin I epidemiyası 1823-cü ildə baş vermişdir. Növbəti 100 il ərzində 
vəbanın daha 10 epidemiyası olmuşdur. Epidemiyalar hər dəfə İrandan keçmişdir. Yalnız 1907-ci ildə 
şimaldan - Həştərxandan keçmişdir. Epidemiyalar 1926-cı ilə qədər davam edir. Bu ildən etibarən vəba 
xəstəliyi  qeyd  olunmur.  Azərbaycanda  1970-1972-ci  illərdə  vəba  xəstəliyinin  gətirilmə  halları  qeydə 
alınmışdır (42 xəstə). O İran, Hindistan, İordaniyadan gətirilmişdir.  Müasir dövrdə  hər il  vəba 27-43 
ölkədə aşkar olunur. Bu ölkələrin bəzilərində xəstəliyin yayılması ilk dəfə baş verir. 
Etiologiyası. 
Vəba xəstəliyinin törədicisi Vibrio cholerae ilk dəfə Kox tərəfindən 1883-cü ildə 
Hindistan  və Misir səfərləri  zamanı əldə edilmişdir. İnsanlarda əsasən 2 biotip xəstəlik törədir: klassik 
Vibrio  cholerae  və Vibrio  El-Tor.Vəba  törədicisi  vergüləbənzər  olduğu  üçün  vibrion  adlandırılmışdır. 
Uzunluğu 2-3 mkm, diametri 0,4-0,6 mkm ölçüdədir, bir uzun  kiprikciyə malikdir, çoxhərəkətlidir, spor 
əmələ gətirmir, Qram-mənfidir. Adi qələvi qidalı mühitlərdə yaxşı bitir (pH 7,8-8,0), aerobdur, jelatini 
əridir,  nişastanı  parçalayır,  indol  əmələ  gətirir,  nitratı  nitritə  çevirir.  Müasir  dövrdə  dünyada  vəba 
vibrionlarının 2 biovarı dövr edir -Vibrio cholerae (klassik) və El-Tor vəbası. 
O  -  antigenin  əsasında  yapon alimləri  3  serovar  ayırd  etmişlər:  Oqava, İnaba, Hikoşima.  El-Tor 
vəbası ilə törədilən pandemiya bütün ölkələrdə Oqava serovarı ilə başlamışdır. XX əsrin 90 -cı illərində 
Cənub-Şərqi Asiyada vəba xəstəliyinin alovlanmaları baş vermişdir. 
Vəba  vibrionları  ekzotoksin  (xolerogen)  və  endotoksin  ifraz  edir.  Vəba  vibrionu  somatik 
termostabil, ancaq Vibrio choleraeya məxsus O-antigeni və müxtəlif vibrionlar üçün ümumi kiprikcik H-
antigeninə malikdir. Vəba vibrionları xarici mühitdə davamlıdır. Suda bir neçə gündən bir  neçə həftəyə 
qədər,  qurumamış  nəcisdə  217  gün  saxlanılır.  Günəş  şüasına,  qurumağa,  dezinfeksiyaedici  maddələrə, 
xüsusilə turşulara həssasdırlar, qaynadıldıqda bir neçə dəqiqə ərzində məhv olurlar, ancaq dondurulduqda 
uzun müddət qalırlar. Vəba vibrionlarının yaşama  müddəti -  müxtəlif  qida məhsullarında bir neçə saatdan 
7 günə qədərdir.  Süddə, ət  məhsullarında  hətta artıb  çoxalırlar.  Məişət  əşyaları üzərində  - 14-20  saat, 
qaranlıqda - 24-34 saat salamat qalırlar. Qaynadılmamış suda 8-10
0
C-də El-Tor vibrionu 18 gün, soyuqda 
isə  daha çox yaşayır, çay buzunda yaxşı  qalırlar. Çirkab quyularında 2-3 gün, çirkab sularında 24-30 saat 
yaşayırlar. Dezinfeksiyaedici preparatlar - 1%-li xloramin, 1-2%- li xlorlu əhəng, 1%-li fenol ,3%-li lizol 
məhlulları törədiciləri 15-30 dəqiqə ərzində məhv edilirlər. 60
0
C-də 10 dəqiqə, 100
0
C-də dərhal məhv 
olurlar. 

1 nömrəli Bakı  Tibb Kolleci 
76 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
İnfeksiya  mənbəyi. 
Vəba  yalnız  insanlarda  müşahidə  olunur.  İnfeksiya  mənbəyi  xəstə  insan, 
rekonvalessent  -  törədicigəzdirən  və sağlam  törədicigəzdirən  hesab  olunur.  Yaşayış  yerlərinin  sanitar 
vəziyyətinin səviyyəsi və əhalinin sanitar savadlılığı, müalicə-profilaktik yardımın göstərilməsi həcmi nə 
qədər yüksək olarsa, törədicigəzdirənlərin sayı bir o qədər az olar. 
İnfeksiya  mənbəyinin  yoluxduruculuq  dövrü.  Törədicilərin  xəstə  orqanizmdə  yaşama  müddəti 
adətən, 1-2 həftə çəkir. Rekonvalessent törədicigəzdirmə adətən 7 gün, bəzən isə 3 həftə çəkir. Sağlam 
törədicigəzdirənlər vibrionları 5-14 gün ərzində ifraz edirlər. El-Tor vibrionu isə 7 ilə qədər də ifraz edilə 
bilər. Antibiotiklərlə müalicə zamanı törədicinin ifrazı 2 -3 gündən artıq olmur. Sağlam insanın yoluxması 
xəstəyə xidmət etdikdə, törədicigəzdirənlərlə təmasda olduqda,  açıq su  hövzələrinin suyunda çimdikdə 
və onlardan istifadə  etdikdə,törədicilərlə çirklənmiş  qida məhsullarını  qəbul etdikdə  baş verir. Tək-tək 
xəstəlik hallarının baş verməsi üçün 1 litr çay suyunda 75 vibrionun  olması kifayətdir. 
Yoluxma mexanizmi
Vəba xəstəliyi üçün fekal-oral yoluxma mexanizmi  səciyyəvidir. Qusuntu 
kütləsi, nəcis, çirklənmiş su, o cümlədən çirkab, hamam, çay, dəniz suları, soyuq içkilər, qida məhsulları, 
ilk  növbədə  süd,  həmçinin  çirkli  əllər,  məişət  əşyaları,  milçəklər  yoluxma  amilləri  hesab  olunur. 
Xəstəliyin yayılmasında su yolunun əhəmiyyəti daha böyükdür. 
1968-ci ildə vəbanın 7-ci pandemiyasının gedişi zamanı alınan materiallara əsaslanaraq ÜST-nın 
ekspertləri açıq su hövzələrini də sərbəst yoluxdurucu mühit hesab etdilər. 
Vəba vibrionları su ilə hidrobiontların orqanizminə düşərkən onların həzm kanalında artıb 
çoxalırlar. Bu məhsulların çiy halda və kifayət qədər bişirilmədən yeyilməsi zamanı yoluxma baş verir. 
Həssaslıq. 
Uşaqlar yaşlılara nisbətən daha çox xəstələnirlər. Xəstəlik keçirmiş şəxslərdə antibakterial 
və antitoksik davamlı (3 il davam edir) immunitet yaranır. Kişilər qadınlara nisbətən daha çox 
xəstələnirlər. Bu da onların əhalinin ən çox hərəkətli, yerdəyişən təbəqəsi olması  ilə bağlıdır. Peşədən 
və əmək fəaliyyətindən asılı olaraq, xəstələnmə və vibriongəzdirmə göstəriciləri arasında müəyyən 
asılılığın olması aşkar edilir. Vəbanın alovlanmaları, adətən, ilin isti dövrlərində baş verir və 
soyuqlar düşdükdə çox vaxt alovlanmalar dayanır. 
İnkubasiya dövrü 
1neçə saatdan 5 günə qədər adətən, 2-3 gün sürür. 
Xəstəliyin klinik  təzahürləri
Tipik hallarda vəba müxtəlif klinik formalarla xarakterizə 
olunur. 
1. Enterit-vəba enteriti tez-tez, ağrısız defekasiya ilə səciyyələnir, orada selik və qan yoxdur. 
2. Orta ağır forma-qastroenterit. Bu dövrdə defekasiyanın sayı 30-a çatır. “Düyü həlimi”nə bənzəyən 
ishala şiddətli qusma da qoşulur. 
3. Ağır, alhid forma - bu dövrdə ağır intoksikasiya simptomları üstünlük təşkil  edir. 
Ağır ildırım şəkilli vəba - bu zaman yoluxma anından  alhid formadan ölümün baş  verməsinə 
qədər olan müddət cəmi 14-18 saat təşkil edir. 
Vəbanın  klinik  -  patogenetik  təsnifatı  xəstənin  susuzlaşma  dərəcəsinə 
əsaslanmışdır: 
1-ci dərəcədə maye itkisi bədən çəkisinin 1-3%-ni; 
2-ci dərəcədə 4-6%; 
3- 
cü dərəcədə 7-9%; 
4- 
cü dərəcədə (alhid) – 15%-i təşkil edir. 
Daha  çox  I  və  II  dərəcəyə  rast  gəlinir  (70-85%).  Vəbanın  inkubasiya  dövrü  1gündən  6  günə 
qədərdir, çox vaxt 1-2 gün davam edir. Xəstəlik kəskin başlayır. Vəbanın ilk klinik əlaməti ishaldır, o 
qəflətən başlanır, çox vaxt axşam və səhərlər qeyd edilir. Defekasiyanın sayı xəstəliyin ağırlığından və 
növündən asılıdır. 
Profilaktika  və  mübarizə  tədbirləri. 
Vəbaya  qarşı  profilaktika  və  mübarizə  tədbirlərinin 
aparılması dövlətlərarası qəbul olunmuş beynəlxalq müqavilələrlə  qanuniləşdirilmişdir.  Belə tədbirlərin 
həyata keçirilməsi xəstəliyin endemik ocaqlardan kənara çıxmasına, eləcə də digər ərazilərə yayılmasının 
qarşısının alınmasına kömək göstərir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
77 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Xaricdən  gələnlər  və  ya  bizim  ölkədən  xaricə  gedib-qayıdanlar  xəstəliyi  ölkə  ərazisinə  gətirə 
bilərlər.  Bunu  nəzərə  alaraq,  xaricdən  gələnlərin  ölkə  ərazisində  qəbul  edildikləri  yerlərdə  karantin 
stansiyaları (mərkəzləri) təşkil edilmişdir. Bu mərkəzlərdə həmin şəxsləri və onların gəldikləri nəqliyyat 
vasitələrini  xüsusi tibbi-sanitariya  müayinəsindən keçirir,  sonra   müayinənin  nəticəsindən asılı olaraq 
müəyyən tədbirlər görürlər. Bütün bu tədbirlər haqqında beynəlxalq müqaviləyə müvafiq olaraq ÜST-nın 
nəşr etdirdiyi xüsusi dövri bülletenlərdə məlumat verilir. Həmin bülletenlərdə vəbanın dünya ölkələrində 
yayılma yerləri, xəstələnmə, letallıq göstəriciləri göstərilir. Karantin stansiyaları bu məlumatları nəzərə 
alaraq təhlükəli regionlardan xəstəliyin gətirilməməsi üçün tədbirlər görür. Belə ölkələrdən gələn şəxslər 
xüsusi otaqlarda bakterioloji müayinədən keçirilirlər. 
Xəstəliyin  yaranma  təhlükəsi  baş  verdikdə  Səhiyyə    Nazirliyinin  əmrləri,  təlimati-metodik 
göstərişlərinə əsasən vəba əleyhinə tədbirlər sistemi həyata keçirilir. 
Vəba ocaqlarında əhali arasında profilaktika məqsədilə kütləvi kimyəvi profilaktika  vasitələri 
özünü doğrultmamışdır. Belə ki, antibiotiklərin uzunmüddətli təsiri nəticəsində  bağırsağın  normal 
mikroflorasının elminasiyası disbakterioza gətirib çıxarır və vəbaya qarşı orqanizmin  həssaslığını 
artırır. Tetrasiklin və sulfanilamidlər (sulfadimezin) yalnız xəstə ilə sıx təmasda olan  şəxslərə  verilir. 
Vəbaya qarşı mübarizə tədbirləri arasında spesifik profilaktika xüsusi yer tutur. Bu  məqsədlə vəbaya 
qarşı hazırlanan öldürülmüş vaksindən və xolerogen anatoksindən istifadə olunur. Bunlar 50 - 70% 
peyvənd olunmuşların təhlükəsizliyini təmin edir. Peyvənd 7 yaşdan etibarən başlanır, dərialtına 7-10 
gün fasilə verməklə 2 dəfəyə vurulur. Revaksinasiya 1ildən sonra aparılır. Vəba ocağının  baş verməsi 
təhlükəsi olduqda bu xəstəliyin qarşısını almaq üçün epidemiya əleyhinə aparılacaq tədbirlərin operativ 
planı hazırlanır. Plan hazırlanarkən kəskin bağırsaq yoluxucu xəstəliklərinə  dair  məlumatların təhlili və 
əvvəllər aparılmış tədbirlərin səmərəliliyi; yaşayış yerlərinin sanitar-gigiyenik  vəziyyəti (təsərrüfat-
içməli su ilə təchizatın vəziyyəti, kanalizasiya və sanitar təmizləmə, su hövzələrinin sanitar mühafizəsi, 
sudan mədəni-məişət üçün istifadə edilməsinin şərait və xüsusiyyəti, əhalinin yerdəyişməsi və istehsalat 
fəaliyyəti, nəqliyyat əlaqələri və təbii-iqlim xüsusiyyəti, yerli adətlər) nəzərə alınmalıdır. 
Əks 
epidemik tədbirlər
. Xəstə və törədicigəzdirənlər dərhal vəba hospitalına  hospitalizə olunmalıdır. 
Xəstələrlə təmasda olanlar, KBİ keçirən şəxslər izolyasiya edilməli və ya  xəstəliyin maksimum 5 günü 
müddətində hospitalizasiya olunmalıdırlar. Belə şəxslər vəbaya görə  bakterioloji müayinədən 
keçirilirlər.Bakterioloji müayinə 1-ci sutka ərzində 3 dəfə aparılır.  Xəstələr  sağaldıqdan sonra təkrarən 
3 dəfə bakterioloji müayinə aparılmalı və müayinənin nəticəsi əgər hər dəfə  “mənfi” olarsa, o zaman bu 
şəxsləri xəstəxanadan evə buraxmaq olar. Qida müəssisələrinin işçiləri 5 dəfə 
bakterioloji müayinədən, 2 dəfə ödün müayinəsindən sonra evə yazılırlar. 
Xəstələrin,  törədicigəzdirənlərin,  təmasda  olanların,  KBİ  ilə  xəstələnən  xəstələrin 
hospitallaşdırılması  dezinfeksiya  mərkəzləri,  GEM-nin  şöbələri,  təcili  tibbi  yardım  tərəfindən  xüsusi 
nəqliyyat vasitəsilə aparılır. Törədicigəzdirənlər 3  ay ərzində dispanser  müşahidə altında saxla  nılır  və 
müayinəyə  cəlb  olunurlar:  1-ci  10  gündə  1dəfə,  sonralar  ayda  2  dəfə  ocaqda  profilaktik  (suyun 
xlorlaşdırılması) və ocaqlı dezinfeksiya (cari və son) aparılır. 
Açıq su hövzələrinin intensiv şəkildə mikrobla çirklənməsinin qarşısı alınmalı və insanların həmin 
yerlərdə sudan istifadəsi qadağan edilməlidir. 
Vəbanın  profilaktikasına  əhalinin  sanitar-gigiyenik  şəraitinin  və  sosial  -  iqtisadi  vəziyyətinin 
yaxşılaşdırılması,  o  cümlədən  keyfiyyətli  içməli  su  ilə  təmin  olunması,  çirkab  sularının 
zərərsizləşdirilməsi, yaşayış yerlərinin sanitar təmizlənməsi aiddir. 
İlk  vəba  xəstəliyi  hadisəsi  aşkar  olunduqda  həmin  ərazi  vəba  ocağı  elan  olunur.  Vəba  ocağının 
lokalizasiyası  və ləğv  edilməsi  sanitar-əksepidemik  komissiyanın  operativ  planı  əsasında  aparılır.  Bu 
kompleks planın tərkibinə tibbi və inzibati tədbirlər aid olub bütün  işin metodik rəhbərliyini  təmin edir. 
Karantin  fövqəladə  hallarda  qoyulur.  Bu  zaman  ərazinin    sərhədləri    konkret    epidemik    vəziyyətdən, 
sanitar-gigiyenik şəraitdən, təsir edən yoluxma amillərindən, əhalinin miqrasiyasından və digər ərazilərlə 
nəqliyyat əlaqələrindən asılı olaraq müəyyənləşdirilir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
78 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
MÖVZU 36 
 
 
Kampilobakterioz (Campylobakteriosis) 
 
Kəskin  infeksion  xəstəlik  olub  mədə-bağırsaq  sisteminin  zədələnməsi  ilə  gedir.  Törədiciləri 
kompilobakterialardır. Bunların 13-dən çox növü var. Ən çox kombilo jejoni, kombilo koli törədicilər 
günəş  şüalarına  və  quraqlığa  həssardırlar.  Çay  suyunda  4
0
C  temperaturda  bir  neçə  həftə,  25
0

nemperaturda torpaqda 4 gün, toyuq peyinində 30 gün qala bilər. 60
0
C temperaturda tez məhv olur. Xlorlu 
suda da tez məhv olurlar. 
Eritromisin, levomisin, stromisin bunları məhv edir. Törədicilər nazik bağırsaqda, bəzən isə yoğun 
bağırsaqda selikli qişasının iltihabına səbəb olurlar. 
Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin