Mühazirə MÖvzu 1 Epidemiologiya fənni, üsulları və inkişaf tarixi MÖvzu 2



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix06.06.2020
ölçüsü3,39 Mb.
#31611
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   34
Epidemiologiya pdf 1N BTK


Tarix. 
Hazırda vəziyyət yaxşılaşaraq xəstələrin sayı xeyli azalmış və artıq respublikamızda son 
illərdə  xəstəliyin  klinik  manifest  formaları  qeyd  olunmur  və  o  “Poliomielitsiz  ölkə”  sertifikatı  alan 
ölkələr sırasına qoşulmuşdur. 

1 nömrəli Bakı  Tibb Kolleci 
61 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
M
ÖVZU 29 
Viruslu hepatitlər 
 
Viruslu hepatitlər polietiologiyalı, geniş yayılmış kəskin və ya  xroniki, müxtəlif klinik əlamətlərlə 
davam  edən,  qaraciyərin  zədələnməsi  ilə  özünü  göstərən,  tək-tək,  qrupla  xəstələnmə  və  epidemik 
alovlanma şəklində qeyd edilən yoluxucu xəstəlikdir. Bu infeksiya ilə ancaq insanlar xəstələnirlər. 
Qısa tarixi  məlumat
Viruslu hepatitlər insanlara  qədim  zamanlardan  məlumdur. Elmi  tibbi 
ədəbiyyatda  bu  xəstəlik  haqqında  ilk  yazılı  məlumat  1629-cu  ilə  aiddir,  o  vaxta  qədər  bu  xəstəliyi 
sarılıqla gedən digər xəstəliklərdən ayırmırdılar. 
Hepatiti sərbəst nozoloji vahid kimi 1865-ci ildə Virxov təsvir etmişdir. Hepatitin yoluxucu təbiətli 
olması  haqqında  ilk  dəfə  1888-ci  ildə  S.P.Botkin  özünün  məşhur  “Klinik  mühazirər”ində  məlumat 
vermişdir.  ÜST  1964-cü  ildə  bu  xəstəliyi  2  qrupa  bölərək  “yoluxucu  hepatit”  və  “zərdab  hepatiti” 
adlandırmağı daha məqsədəuyğun hesab etdi. 
 
Viruslu A hepatiti (Hepatites A

Viruslu A hepatiti (VAH) viruslu hepatitlər qrupuna daxil olan sərbəst yoluxucu xəstəlikdir. 
Etiologiyası. 
Hepatit  A  virusu  (VAH)  ilk  dəfə  1978-1980-ci  illərdə  hüceyrə  kulturasında 
xəstənin qanı və nəcisindən alınmışdır.  ÜST-nın  ekspertlər qrupunun  məlumatına  görə,  A  hepatitinin 
törədicisi RNT tərkibli virusdur, Hepatovirus cinsinə aiddir. 
VAH 20
0
C soyuğa davamlıdır, 60
0
C temperaturda 4 saat ərzində sağ qalır,  98
0
C hərarətdə və 1,5 
atmosfer təzyiqində (avtoklavda) tez məhv olurlar. Xlorlu dezinfeksiyaedici maddələrə həssasdırlar. Belə 
ki, ətraf mühitdə nisbətən davamlıdır.Suda  3  aydan  10 aya qədər, ifrazatlarda 30 sutkaya qədər sağ qalır. 
Bu,  törədicinin  suda,  qida  məhsullarında,  çirkab  sularında  və  digər  ətraf  mühit  obyektlərində  həyat 
qabiliyyətini uzun müddət saxlamasını təmin edir. Virus 100
0
C temperaturda 5 dəqiqə ərzində inaktivasiya 
olunur; 0,5-1,0 ml/l dozada xlorun təsiri ilə pH 7,0 olduqda 30 dəqiqə ərzində sağ qalır. 
İnfeksiya  mənbəyi 
-  xəstə  şəxsdir  (xəstəliyin  istənilən  formaları  ilə:  sarılıqlı,  sarılıqsız, 
simptomsuz və inapparant); yoluxduruculuq dövrü - inkubasiya dövrünün son 7-10 günü, bütün sarı lıqönü 
dövr və sarılıqlı dövrün 2-3 günüdür. Virusun xronik gəzdirənliyi müəyyən edilməmişdir. 
Yoluxma  mexanizmi
:  fekal-oral  mexanizmdir,  su,  qida,  çirklənmiş  əşyalar  vasitəsilə  həyata 
keçir. Bu yoluxma yollarından hər birinin rolu müxtəlif şəraitlərdə fərqlənir. Su yolu, bir qayda olaraq, 
xəstəliyin alovlanmalarına səbəb olur. O keyfiyyətsiz sudan istifadə edən əhali kütləsini əhatə edir.  Qida 
alovlanmaları  ictimai  iaşə  obyektlərinin  heyəti  arasında  aşkar  edilməmiş  xəstələr  tərəfindən  qida 
məhsullarının törədicilərlə çirkləndirilməsi zamanı baş verir. Plantasiyaları çirkab suları ilə suvardıqda və 
ya  peyinlə gübrələdikdə törədicilərlə  çirklənmiş  meyvə və giləmeyvələrlə   də   yoluxmaq mümkündür. 
Təmas  -  məişət  yoluxma  yolu  bir  sıra  obyektlərdə  məsələn,  uşaq  məktəbəqədər  müəssisələrində, 
ailələrdə, hərbi hissələrdə sanitar-gigiyenik rejimin pozulması zamanı realizə oluna bilər. 
İnkubasiya  dövrü  orta  hesabla  15-30  gün  (7  gündən  50  günə  qədər)  təşkil  edir.  HA  virusu 
orqanizmdən inkubasiya dövründən etibarən ifraz olunur. Klinik əlamətlərin təzahür  etdiyi (şiddətlənmə) 
dövrdən  başlayaraq  virusların  orqanizmdən  xaric  edilməsi  azalır,  rekonvalessen  siya  dövründə  isə 
tamamilə dayanır. Xəstəlik 3 növə bölünür: 
a)  sarılıqlı; b) sarılıqsız; c) simptomsuz növləri. 3 aya qədər olan bütün uşaqlarda HA virusuna qarşı 
əkscisimlər  aşkar  edilir  ki,  o  da  anadan  uşağa  əkscisimlərin  cift  vasitəsilə  keçməsinin  nəticəsində 
meydana  çıxır.  Uşaq  kollektivlərində  xəstəliyin  məişətötəmas  yolu  ilə  yayılması  mühüm  əhəmiyyət 
daşıyır. Müəyyən şəraitdə əsas yoluxma amili kimi su və ya qida mühüm rol oynayır. 
VAH xəstəliyinin səviyyəsi fekal-oral mexanizmlə yayılan digər  bağırsaq  yoluxucu xəstəliklərinin 
yayıldığı  ərazilərə  uyğun  gəlmir.  Həddən  artıq  isti  rayonlarda  (Salyan,  Neftçala,  Sabirabad,  İmişli, 
Cəlilabad, Ağdam, Ağsu, Kürdəmir, Beyləqan, Saatlı, Ağcabədi, Biləsuvar və s.) 

1 nömrəli Bakı  Tibb Kolleci 
62 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
bağırsaq  yoluxucu  xəstəliklərinin  səviyyəsi  yüksək  olduğu  halda,  VAH  ilə  xəstələnmə  göstəricisi 
(əhalinin hər 100000 nəfərinə görə) 6,8-dən 100-ə qədər qalxmışdır. 
Azərbaycanda VAH xəstəliyinin epidemik prosesinin şiddətlənməsi avqust ayından başlayır, noyabr 
ayında ən yüksək zirvəyə çatır, yanvar ayından etibarən enməyə başlayır və nisbətən aşağı səviyyəyə düşür, 
belə vəziyyət növbəti ilin avqust ayına qədər qalır. Respublikada VAH xəstəliyinin 70-80%-i uşaqlar və 
yeniyetmələr  arasında  qeyd  edilir,  onların  arasında  xəstəlik  göstəricisi  1200-ə  çatır  ki,  bu  da ümumi 
respublika göstəricilərindən 3-4 dəfə şoxdur. 
Təbii həssaslıq yüksəkdir.VAH dünyada ən geniş yayılmış bağırsaq infeksiyalarına aiddir. ÜST- nın 
məlumatlarına əsasən hər il dünyada təqribən 1,4 mln hepatit A ilə xəstələnmə hadisəsi qeydə  alınır. 
Xəstəliyə  yay-payız  mövsümiliyi  xasdır.  Xəstələnmənin  artması  iyul-avqust  aylarında  başlanır, 
oktyabr-noyabr aylarında ən yüksək həddə çatır və sonra növbəti ilin birinci yarısında azalır. Əsasən 3 - 6 
yaşda olan uşaqlar xəstələnir, lakin son illər böyüklərin də xəstələnməsi müşahidə olunur. Şəhər və kənd 
əhalisi  arasında  xəstələnmə  praktik  olaraq  bərabərləşmişdir.  Ailə  ocaqları  nadir hallarda  qeydə  alınır. 
Xəstələnmənin  dövrlüyü  aşkar  edilmişdir:  ayrı-ayrı  ərazilərdə  xəstələnmənin  artması  3-10  ildən  bir, 
böyük ərazilərdə isə ümumilikdə 15-20 ildən bir baş  verir. 
Profilaktik və əks epidemik tədbirlər
Viruslu A hepatiti  fekal-oral  yoluxma mexanizmi ilə 
yayıldığından, ona qarşı bağırsaq yoluxucu xəstəliklər zamanı görülən tədbirlərdən istifadə edilir. Bununla 
belə,  hepatitin  hava-damcı  yolu  ilə  yayılması  da  nəzərə  alınmalı  və    buna    müvafiq    əlavə  tədbirlər 
görülməlidir.  Uşaq  müəssisələrində  bu  tədbirlərin  həyata keçirilməsi  xüsusilə  böyük əhəmiyyət  kəsb 
edir. Profilaktik tədbirlər digər bağırsaq infeksiyalarında olduğu kimi epidemik prosesin 2-ci  halqasına 
törədicinin  yoluxma  mexanizminə  qarşı  yönəldilmişdir.  A  hepatiti  zamanı təmas-məişət  yoluxma  yolu 
dominant deyil və yoluxma bilavasitə xəstələrlə təmas nəticəsində yox, su təchizatı sisteminin keyfiyyətcə 
qeyri-qənaətbəxş  olması  sayəsində  baş  verir.  Ona  görə  də  alovlanma  zamanı  ilk  növbədə  kollektivdə 
hamının zərərsizləşdirilmiş su ilə təmin olunması (su qaynama anından etibarən 3 dəqiqə qaynamalıdır) 
vacibdir.  Uşaq  müəssisəsində  alovlanma  baş  verdikdə törədicinin  təmas-məişət  yolu  ilə  ötürülməsinin 
qarşısının alınması üzrə aşağıdakı tədbirlər həyata keçirilməlidir: yeməkdən əvvəl və ayaqyoluna getdikdən 
sonra əllərin yuyulması, oyuncaqların və əldən-ələ  keçən digər əşyaların zərərsizləşdirilməsi məqsədilə 
müasir dezinfeksiya vasitələrinin işlədilməsi, mətbəx və yemək qablarının, mətbəx avadanlığının və s. tam 
zərərsizləşdirilməsi. Ən  mühüm profilaktik tədbir  əhalinin keyfiyyətli (yəni həm parazitlərin bakterial 
formalarından, həm də  davamlı viruslardan (enteroviruslar, A hepatiti virusu) təmizlənmiş) su ilə təchiz 
olunmasıdır. 
Viruslu hepatit olan xəstələr və ilk növbədə uşaq müəssisələrində xəstə  uşaqlar  mümkün qədər tez 
(xəstəliyin  ilk  günlərində)  aşkar  edilərək  xəstəxanaya  göndərilməlidirlər.  Xəstəliyin  erkən 
diaqnostikasında epidemioloji anamnez, klinik və laborator müayinələrin nəticələri böyük əhəmiyyət kəsb 
edir.  Xəstəliyin  klinikası  üçün səciyyəvi  cəhət  ondan ibarətdir  ki,  A  hepatitində  5  -7  gün davam edən 
prodromal  dövrdə əksər  xəstələrdə  hərarətin yüksəlməsi,  xəstəliyin  3-5  günündən başlayaraq dispeptik 
əlamətlər  (ögümə,  qusma,  qarında  ağrı)  və  sarılığın  kəskin  inkişaf  etməsi  qeyd  olunur.  Uşaq 
müəssisəsində  xəstəlik  aşkar  edildikdə  orada  45  gün  müddətində  karantin  qoyulur.  Təmasda  olanlara 
qammaqlobulin vurularsa, bu müddəti 21 günə qədər azaltmaq olar.  Bu  dövrdə  xəstələrin  üzərində tibbi 
nəzarət  qoyulur,  onunla  təmasda  olan  uşaqların  gündəlik  sidik  və  nəcislərinin  rənginə  fikir  verilir. 
Karantin  qoyulmuş  uşaq  qrupları  digərlərindən  (“sağlamlardan”)  təcrid  edilir.  Oyun  meydançasında, 
musiqi  dərsi  zamanı  və s.  bu uşaqların  bir  yerdə  olmasına  yol  verilmir.  Karantinə  alınmış  qruplardakı 
uşaqlara yemək  sonda  paylanır. Karantin qoyulmuş uşaq  müəssisəsinə  yeni  uşaq ancaq qammaqlobulin 
vurulduqdan  sonra  qəbul  edilə  bilər.  Bir  çox  hallarda  viruslu  hepatitin  davamlılığı  uzandığından  bu 
xəstəlikdən klinik sağalmış (rekonvalessent) şəxslər ətrafdakılar üçün təhlükəlidir, ona görə də onlar 6 
ay  müddətində  dispanser müşahidədə saxlanmalıdırlar. Qida müəssisələrində və onlara bərabər idarələrdə 
işləyənlər,uşaq  müəssisəsinə  və  məktəbə  gedən  uşaqlar  viruslu  hepatit  xəstəliyini  keçirdikdən  sonra 
yuxarıda göstərilən müddətdə  həkim nəzarəti altında saxlanıldıqdan  sonra öz işlərinə, tədris və ya tərbiyə 
müəssisəsinə davam edə bilərlər. Viruslu hepatit keçirmiş uşaqlar 3 ay ərzində ayrıca qab-qacaq və fərdi 
dəsmaldan istifadə etməlidirlər. 

1 nömrəli Bakı  Tibb Kolleci 
63 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Viruslu  A 
hepatitinin  yayılmasında  fekal-oral  yoluxma  mexanizmi  böyük  əhəmiyyət 
daşıdığından,xəstəliyin profilaktikasında sanitariya-gigiyena, cari və son dezinfeksiya  tədbirlərinin rolu 
böyükdür.  Xəstəyə  qulluq  zamanı  istifadə  edilən  əşyalar,  oyuncaqlar  və s.  2%-li  kalsiləşdirilmiş  soda 
məhlulunda  15  dəqiqə  müddətində    qaynatmaqla  və ya  3%-li  xloramin  məhluluna  30  dəqiqə  salmaqla 
zərərsizləşdirilir. Eyni məqsəd üçün yataq və alt paltarları 2%-li soda məhlulunda 15 dəqiqə müddətində 
qaynadılır.  Xəstənin  ifrazatı  ilə  çirklənmiş  paltarlar  3%-li  xloramin  məhlulunda  dezinfeksiya  edilir. 
Xəstənin  ifrazatı  isə  xlorlu  əhəngdə  (1l  ifrazata  200  qram  xlorlu  əhəng)  zərərsizləşdirilir.  Xəstənin 
yerləşdiyi otağın döşəməsi, orada olan bütün əşyalar 2%-li sabunlu soda məhlulu və ya 1%-li xloramin 
məhlulu ilə silinir. Xəstənin istifadə etdiyi əl-üzyuyan, ayaqyolunun döşəməsi və unitaz 3%-li xloramin 
və ya xlorlu əhəng məhlulunda islanmış əski ilə silinir. 
Hazırda viruslu A hepatitinə  qarşı öldürülmüş (inaktivasiya olunmuş)  vaksinlərdən istifadə  edilir. 
Vaksin həm epidemik göstərişlərə, həm də profilaktik məqsədlə yeridilə bilər. Əsasən risk qrupları: tibb 
işçiləri, MUM-un işçiləri,  su  təchizatı  və kanalizasiya  sistemində  çalışanlar, hiperendemik  ərazilərdə 
yaşayan və orada işləyən şəxslər, həmçinin xəstə ilə ocaqda təmasda olanlar vaksinasiya edilirlər. 
Epidemioloji nəzarət
VAH xəstəliyində epidemioloji nəzarətin əsas məqsədi ümumilikdə əhali 
arasında  xəstələnmənin  səviyyəsini  azaltmaq  və  ayrı-ayrı  əhali  qruplarında  xəstələnmələrin  qarşısını 
almaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı məsələləri həll etmək lazımdır: 
1.  əhalinin sosial-yaş qruplarının müəyyən edilməsi, onların arasında yüksək, orta və aşağı səviyyəli 
xəstələnmənin aydınlaşdırılması, sosial - yaş qruplarının illik xəstələnməyə təsirinin öyrənilməsi; 
2. törədicinin epidemik variantının əmələ gəlməsi və yayılması vaxtının müəyyən edilməsi; 
3. törədicinin əsas və aralıq yoluxma amillərinin aşkarlanması; 
4. epidemiya əleyhinə aparılan tədbirlərin keyfiyyətinin qiymətləndirilməsi; 
5. cari və perspektiv qərarların əsaslandırılması. 
Laborator diaqnostikası
Viruslu A hepatitininspesifik diaqnostikasında immun enzim 
reaksiyasından, immun elektron mikroskopiya üsulundan, radioimmunoloji reaksiyadan istifadə edilir. 
 
Viruslu E hepatiti (Hepatites E) 
Törədici 
- Hepeviridae ailəsinə Hepevirus cinsinə aid olan birsaplı RNT tərkibli virusdur. 
Virus ətraf mühitdə davamlıdır. 
Qısa tarixi məlumat
1980-ci ildə sarılıqla müşayiət olunan yeni  xəstəlik-nozoloji  növ məlum 
oldu. 
İnfeksiya mənbəyi 
kəskin, əsasən sarılıqsız və silinmiş formaları ilə xəstə şəxslərdir. Xüsusilə 
hamilə qadınlarda  xəstəliyin ağır  gedişi qeyd olunmuşdur. Hamiləliyin ikinci yarısında xəstəlik yüksək 
letallıqla nəticələnir. 
Yoluxma  mexanizmi 
-  fekal-oral  mexanizmdir,  yoluxma  yolu  əsasən  su  yoludur.  Bu  zaman 
bağırsaq  infeksiyalarında  iştirak  edən  amillər  böyük  rol  oynayır.  Viruslu  E  hepatitinin  alovlanmaları 
qəfləti,  “partlayış”  xarakterli  olması  və  qeyri-qənaətbəxş  su  təchizatına  malik  ərazilərdə  xəstələnmə 
göstəricilərinin  yüksək olması  ilə  fərqlənir.  Termiki cəhətdən  yaxşı zərərsizləşdirilməmiş  molyusk  və 
xərçəngkimilərin  qidada  işlədilməsi  nəticəsində  yoluxma  mümkündür. Törədicinin  təmas-məişət  yolu 
ailələrdə nadir hallarda aşkar edilir. İnkubasiya müddəti orta hesabla 30 gün  (14  gündən  60  günə qədər) 
təşkil edir. 
Klinikası
.  Sağ  qabırğaaltı  nahiyədə  ağrılar  və  qaraciyərin  böyüməsi  aydın  nəzərə  çarpır,  bu 
əlamətlər HA xəstəliyində nadir hallarda  olur.HA  xəstəliyindən  fərqli  olaraq, xəstələrin  bir qismində 
xəstəliyin ağır gedişi müşahidə edilir. Hamiləliyin 2-ci yarısında qadınlarda xəstəlik daha ağır keçir. 
VEH üçün aşağıdakı epidemioloji əlamətlər səciyyəvidir: əksərən böyüklərin,gənclərin (15 -30 yaş) 
xəstələnməsi; xəstələnmənin suya tələbatla əlaqəsi; ailə ocaqlarının çox az olması; ərazi  ocaqlılığı; HA 
xəstəliyindən 5-20 dəfə çox xəstələnmə qeyd edilən epidemik alovlanmaların olması. 

1 nömrəli Bakı  Tibb Kolleci 
64 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Epidemioloji nəzarət
VEH-nin bir çox epidemiyaları, bir qayda olaraq,  suyun xlorlaşdırılması 
qaydalarının  pozulması  nəcislə  çirklənmə  əlaməti  olan  təmizlənmiş  sudan  istifadə  olunması  ilə 
əlaqədardır.  Müasir  dövrdə  VEH  alovlanmasını  epidemioloji,  klinik  və  laborator  müayinələrin 
nəticələrinə  əsaslanaraq  təyin  edirlər.  VEH-nin  laborator  təsdiqi  zamanı  nəcisdə  VEH  virusunun 
antigenini aşkar etmək üçün immunferment reaksiyasından istifadə edilir. Təbii həssaslıq yüksəkdir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
65 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  30 
Leptospiroz (Leptospirosis) 
 
Leptospiroz  kəskin  yoluxucu  xəstəlik  olub  qaraciyərin,  böyrəklərin,  əzələlərin,  kapillyarların, 
mərkəzi sinir sisteminin zədələnməsi və dalğavari hərarət qalxmaları ilə səciyyələnir. 
İnfeksiya mənbəyi
Heyvanlar leptospirlərlə çirklənmiş sudan,qidadan və cinsi  yolla yoluxurlar. 
Yoluxma amili  sidik  və vaginal ifrazat  sayılır.İnfeksiya  mənbəyi tərəfindən  törədicilər  xəstəliyin  bütün 
dövrlərində ifraz edilir: törədicigəzdirmə 2,5 ilə  qədər  davam edir  (donuzlarda isə  bütün həyatı boyu). 
Leptospirlərin yayılmasında içməli su mənbələrinin suyu böyük əhəmiyyət daşıyır. Bu su mənbələrinin 
suyu törədicilərin ötürülməsində əsas yoluxma amili sayılır. 
Yoluxma  mexanizmi
.  Xəstə  və törədicigəzdirən  heyvan  leptospirləri  sidikləri  vasitəsilə  xaric 
edərək  öz  ifrazatları  ilə  suyu,  torpağı  və qida  məhsullarını  çirkləndirir.  Nəticədə  leptospirlər  təbiətdə 
dövran edir və su yolu, bəzən də qida vasitəsilə insanların yoluxmasına imkan yaranır.  Leptospirlər insan 
orqanizminə  tamlığı  pozulmuş dəridən  və ağız boşluğu, burun, gözlər,  həzm yolunun selikli  qişasından 
keçirlər. Yoluxmalar əsasən kənd təsərrüfatında işləyənlərdə ot biçimi zamanı, heyvandarlığın müxtəlif 
sahələrində  çalışanlar,  balıq  təsərrüfatı  işçiləri,  kömür  şaxtalarında,  düyü  plantasiyalarında  işləyənlər, 
deratizasiya  işləri  apararkən,  həmçinin  istirahət  zamanı  çayda  çimərkən,  yuyunarkən  təsadüfən  suyu 
udduqda baş  verir. 
Əhalinin  həssaslığı
.  Həm  kişilər,  həm  də  qadınlar  arasında  həssaslıq  və  xəstəliyin  klinik 
gedişinin ağırlıq dərəcəsi eynidir. Xəstəlik keçirdikdən sonra ömürlük humoral immunitet yaranır. 
Epidemik prosesin xarakteristikası
Xəstələnmə sporadik hallar və əsasən  yay mövsümündə 
qeydə alınan epidemik alovlanmalar şəklində təzahür edir. Sporadik xəstəliklər bütün il boyu əsasən peşə 
və  məişət  yoluxmaları  zamanı  qeydə  alınır.  Təbii  ocaqlarda  insanların  xəstələnməsi  əsasən  yay-payız 
mövsümünə  təsadüf  edir.  İnsanların  yoluxması  kənd  təsərrüfatı  işləri  görərkən,  yeni  məskunlaşan 
ərazilərin  tikintisi,ovçuluq,balıq  ovu,turist  səfərləri,təsadüfi  xırda  su  mənbələ-  rinin  suyunu  içmək, 
yuyunmaq  üçün  istifadə  olunması  və  ya  gəmiricilərin  ifrazatları  ilə  çirklənmiş  qida  məhsullarının 
işlədilməsi  zamanı  baş  verir.İstirahət  əhalinin  təbii  ocaqlarla  təmasda  olmasına  gətirib  çıxarır  və 
leptospiroz ocaqlarında insanların yoluxması üçün şərait yaranır. 
İnkubasiya dövrü 
2-20 gün, adətən 7 gün çəkir. 
Klinik  diaqnostikası
.  Leptospirlərin  toksiki  təsiri  və orqanizmin  sensibilizasiyası  nəticəsində 
qaraciyər, böyrək, ürək-damar və qanyaradıcı  sistemin funksiyalarının pozulması qeyd  olunur. Beləliklə, 
leptospiroz zamanı infeksion proses 2 mərhələdə gedir: leptospiremiya və toksiemiya. 
Təbii ocaqlar
. Leptospirozun təbii ocaqlarında gəmiricilər dəstəsi böyük əhəmiyyət daşıyır. 
Müasir dövrdə 58 növ gəmiricilərdə leptospirgəzdiriciliyi müəyyən edilmişdir. 
Hazırda  əhali  arasında  leptospirozla  xəstələnmənin  səviyyəsi  onun  iribuynuzlu  mal-qara  və 
donuzlarda  yayılmasından  asılıdır.  Leptospirozla  sporadik  xəstələnmə  bütün  il  boyu  baş  verə  bilər, 
epidemik  alovlanmalar  isə  əsasən  yay-payız  fəsillərində  qeyd  olunur.  Leptospirozun  aşağıdakı  tip 
alovlanmaları  ayırd  edilir:  1)  su  alovlanmaları  -  kənd  təsərrüfatı  heyvanlarının  çirkləndirdiyi  su 
mənbələrində çimdikdə, ondan  məişət və təsərrüfatda işlətmək üçün istifadə etdikdə yoluxma nəticəsində 
baş verir; 2) kənd təsərrüfatı alovlanması - xəstələnmələr ot biçimi, çəltik əkmə, eləcə də meliorasiya və 
irriqasiya  işləri  ilə  məşğul  olduqda  baş  verir;  3)  heyvandarlıq  alovlanması  -  xəstələnmələr  xəstə 
heyvanlara qulluq etdikdə, onları kəsib emal etdikdə baş verir. 
Bəzi  yerlərdə  leptospiroz  peşə  xarakteri  kəsb  edir.  Yaranma  səbəblərindən  asılı  olaraq  o,5  tipə 
bölünür:  1)  kənd  təsərrüfatı;  2)  ovçuluq;  3)  istehsalat;  4)  ekspedisiya;  5)  laborator.  Epidemioloji 
cəhətdən ən əhəmiyyətlisi kənd təsərrüfatı və istehsalat tipləridir. 
Laborator diaqnostikası
Leptospirozun laborator diaqnostikasını qoymaq üçün mikroskopik, 
bakterioloji, bioloji və seroloji üsullar tətbiq olunur. 

1 nömrəli Bakı  Tibb Kolleci 
66 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Əks  epidemik tədbirlər
.  Xəstələr  hospitalizasiya  olunurlar.  Ocaqlarda  dezinfeksiya  aparılır 
(bağırsaq infeksiyaları qrupu ocaqlarında olduğu kimi). Ocaqda su və qida məhsulları termiki emaldan 
keçirildikdən  sonra  istifadə  edilir.  Gəmiricilər  məhv  edilir,  qida  məhsulları  və  su  mənbələrinin 
çirklənmədən qorunması gücləndirilir, əhali arasında sanitar maarifi işi yerinə yetirilir. 
Profilaktik tədbirlər
Leptospiroz ocaqlarında hidrotexniki tədbirlər: bataqlıqların qurudulması, 
gəmiricilərlə  mübarizə,  suyun    və  qida  məhsullarının  gəmiricilərin  ifrazatları  ilə  çirklənməsinə  yol 
verilməməsi, şəxsi gigiyena qaydalarına riayət edilməsi (xüsusi  geyim,  rezin  əlcəklər və ayaqqabıların  
istifadəsi).  Spesifik  profilaktika  zamanı  öldürülmüş   vaksinlə  peyvənd aparılır.  Vaksinasiya epidemik 
göstəriş olduqda 7 yaşdan başlanır, arada 7 gün fasilə  verməklə  2 dəfəyə yerinə yetirilir. 2-2,5 ml dozada 
dəri altına yeridilir. Revaksinasiya 1 ildən sonra  edilir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
67 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  31 
Bruselyoz (Brucellosis) 
 
Bruselyoz 
-  zoonoz  infeksion-allergik  xəstəlikdir,  Brucella  cinsi  bakteriyaları  tərəfindən 
törədilir. Xəstəlik infeksion patologiyanın ümumi əlamətləri,həmçinin yerli zədələnmə əlamətləri, əsas 
etibarilə daima inkişaf edən dayaq-hərəkət aparatının zədələnməsi ilə səciyyələnir. 
Qısa tarixi məlumat
. XX əsrin əvvəllərində (1904-1907) Malta adasında aparılan tədqiqat işinin 
nəticəsində keçilər və insanların xəstələnməsi arasında epidemioloji əlaqənin  olduğu,  bu əlaqənin əhali 
arasında bruselyozun yayılmasında oynadığı rolu təyin edilmişdir. 
Törədici
Brusella cinsi müasir dövrdə 6 növü birləşdirir ki, onlardan yalnız 3-ü insanlar üçün real 
təhlükə  yaradır. Bruselyoz törədicilərinin 3  ekotiplərə  bölünməsi baş vermişdir:  1) B.melitensis- keçi 
(Bruce 1887-ci ildə  təsvir etmişdir); 2) B.abortus  bovis-buğa (1897-ci ildə  Banq təsvir etmişdir); 
3) B.abortus suis-donuz (1914-cü  ildə Traum təsvir  etmişdir). Brusellalar  çox  kiçik  ölçülü,  şarşəkilli, 
ovoid  və  ya  çöpşəkilli  formada  olan  mikroorqanizmlərdir;  onlar  anilin  boyalarının  hamısı  ilə 
rənglənirlər,  qram-mənfidirlər.  Bruselyozun  törədiciləri  orqanizmdən  kənarda  yüksək  davamlılığı  və 
həyat  qabiliyyətinin uzun  müddət  saxlanması  ilə səciyyələnir. Belə ki, onlar quru halda tozda, paltarda 
2  ay  ərzində  sağ  qala  bilərlər.  Duru  mühitlərdə  60
0
  temperaturda  onlar  30  dəqiqədən  sonra, 
qaynadıldıqda isə dərhal məhv olurlar. Birbaşa düşən günəş şüası onları 1neçə dəqiqə,səpələnmiş işıq isə 
7-8 gün və daha gec müddətdə öldürür. Brusellalar kimyəvi maddələrin təsirinə qarşı son dərəcə həssasdır. 
Adi  dezinfeksiya  vasitələrini  tətbiq  etdikdə  onlar  5  dəqiqə  ərzində  məhv  olurlar.  Brusellalar  yüksək 
dərəcədə invazivdirlər və orqa nizmə hətta zədələnməmiş selikli qişalardan da daxil ola bilirlər. Onlar üçün 
yüksək aqressivlik səciyyəvidir. Onlar hemotoksik xüsusiyyətlərə malikdirlər.Brusellalar hüceyrədaxili 
parazitlərə  aiddir,onlar  retikul-endotel  sistemin  hüceyrələrinin  daxilində    yaşayır  və  çoxalırlar,lakin 
hüceyrədən  kənarda  da  yerləşə  bilirlər.  Brusellalar  süddə  o  turşuyana  qədər,  yəni  1  -3  gün  həyat 
qabiliyyətini saxlaya  bilir. Süd məhsullarında, xüsusilə də   qaynadılmamış  süddən hazırlanmış yumşaq 
pendir  və  brınzada  brusellalar  1-3  ay  sağ  qalır.  Südü  qaynatdıqda  və  əti  termiki  emaldan  keçirdikdə 
brusellalar çox tez məhv olur. Adi dezinfeksiya vasitələri (xlorlu əhəng, hidrogen peroksid, siklik sıradan 
olan  üzvi  birləşmələr-fenol,  lizol,həmçinin  hazırda  istifadə  olunan  digər  preparatlar)  qəbul  olunmuş 
konsentrasiyada brusellaları qısa müddətdə (30 dəqiqəyə qədər)  öldürür. 
Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin