Mühazirə MÖvzu 1 Epidemiologiya fənni, üsulları və inkişaf tarixi MÖvzu 2



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix06.06.2020
ölçüsü3,39 Mb.
#31611
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
Epidemiologiya pdf 1N BTK


1 nömrəli Bakı  Tibb Kolleci 
114 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Taunun  baş  verməsi  imkanı  insanın  təbii  ocaqda  olmasından  və  ya  epizootik  ocaqlara  getməsi 
faktından aslıdır,  ona  görə  də  sənəti ilə  əlaqədar təbii-ocaqlarla  bağlı olan insanlar (çox  vaxt kişilər) 
xəstələnirlər - çobanlar, ovçular, baytarlıq işçiləri və s. 
Taunun inkubasiya dövrü  
72 saatdan 150 saata (3-6 günə)  qədər  davam  edir,  əksər hallarda 
3 sutkadan  çox deyildir. Müstəsna hallarda xəstəliyin bir sıra formalarında inkubasiya dövrünün qısalması 
mümkündür. 
Taunun klinik mənzərəsi 
pasiyentin yoluxma üsulundan asılı olaraq diferensiasiya olunur. 
Bir qayda olaraq, xəstəliyin gedişinin aşağıdakı formaları ayırd edilir: 
1.  Lokal forma  (dəri, bubon və dəri-bubon) 
- bu formada taun çöpü  xarici  mühitə  praktik olaraq 
düşmür. 
2.  Yayılmış (generalizə olunmuş)  forma  (birincili və  ikincili-septik) 
mikrobun ətraf mühitdə 
passiv  yayılması,  birincili-ağciyər,  ikincili-ağciyər  və bağırsaq  forma  isə  mikrobun  bolluca  ifrazı  ilə 
səciyyələnir. 
Щяссаслыг. 
Тулйаремийа тюрядиъисиня гаршы инсанын щяссаслыьы олдугъа йцксякдир: кюнцллцляр 
цзяриндя мцяййян едилмишдир ки,инфексийанын манифест фомасына сябяб олан инфексион доза 25-50 
микроб ядяди тяшкил едир. хястялик кечирдикдян сонра инсанларда давамлы иммунитет ямяля эялир. 
 
Diaqnoz. 
Müasir  şəraitdə  taunun  diaqnostikasında  epidemioloji  anamnez  mühüm  rol  oynayır. 
Dəqiq diaqnozun  qoyulması  bakterioloji  müayinələrin aparılması  yolu ilə həyata  keçirilməlidir. 
Bunun   üçün  material  kimi   limfa  düyününün   irinli  möhtəviyyatı,  bəlğəm,  xəstənin  qanı,  fistula və 
xoraların ifrazatı götürülə bilər. 
Laborator  diaqnostika.  Spesifik  flüoressent  antizərdab  vasitəsilə  aparılır  ki,  onunla  xoraların 
möhtəviyyatı, limfa düyünlərinin punktatı, qanlı aqarda alınmış kulturalar rənglənir. 
Taun  şübhə  yarandıqda  təcili  şəkildə  rayonun  gigiyena-epidemiologiya  mərkəzini 
məlumatlandırırlar.  Təcili  bildiriş  vərəqəsini  infeksiyadan  şübhələnən  həkim  doldurur.  Onun 
göndərilməsini  isə  bu  xəsənin  aşkar  edildiyi  müəssisənin  baş  həkimi  təmin  edir.  Xəstə  təcili  surətdə 
infeksion stasionarın boksuna hospitalizasiya olunmalıdır. 
Taunun profilaktikası
Taun zamanı həyata keçirilən əksepidemik  tədbirlər.  Taunla xəstələrin 
yaranmasının real təhlükəsi olduqda tədbirlərin iki istiqamətdə aparılması nəzərdə tutulur: 
1. infeksiyanın kənardan gətirilməsinin qarışısının alınması; 
2. təbii  ocaqlarda  profilaktik  və əksepidemik  tədbirlər.  Törədicinin  kənardan  gətirilməsinin  qarşısının 
alınması  üzrə  tədbirlər  xaricdən  ölkəyə  gələn  sərnişinlər  və daxil olar  yüklər  üzərində  daimi  nəzarətin 
aparılması əsasında tərtib edilir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
115 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Taunun  təbii  ocaqlarında  profilaktik  və  əksepidemik  tədbirlər  izləmə  məlumatlarının  əsasında 
həyata  keçirilir  və  ocaq  fəallaşdıqda  ocaqda  daimi  olan  və  ya  ora  gedən  şəxslərin  EV  ştammından 
hazırlanmış diri vaksinlə vaksinasiyasını nəzərdə tutur. 
1.  Preparat  davamlı  müdafiəni  təmin  edir,  lakin  peyvənd  olunanlar  arasında  xəstələnmə  halları 
mümkündür,  ona  görə  izolyasiya,  karantin  (dezinfeksiya  da  daxil  olmaqla)  tədbirlərinin  aparılmasını 
nəzərə almaq lazımdır. 
2.  Geniş  çöl  deratizasiya  və  dezinseksiya  tədbirləri  yalnız  fövqəladə  hallarda  (güclü  epizootiya  və 
epidemik prosesin real yaranması təhlükəsi zamanı) aparılmalıdir. 
Xəstə  şəxs  ətrafdakılar  üçün  təhlükəli  olmasına  baxmayaraq  hospitallaşdırılır.  Mənzildə 
dezinfeksiya, dezinseksiya və deratizasiya lazım gəldikdə isə bütün  yaşayış  məntəqəsəində deratizasiya 
aparılır. Kütləvi peyvəndlər epidemioloji göstərişə əsasən həyata keçirilir. 
 
 

1 nömrəli Bakı  Tibb Kolleci 
116 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  62 
Tulyaremiya 
 
Tulyaremiya 
-  kəskin  infeksion  təbii-ocaqlı  zoonoz  xəstəlikdir,  toksik-allergik,  az  hallarda 
septik  xarakterli,  ümumi  intoksikasiya,  qızdırma,  limfa  düyünlərinin,  dərinin,  selikli  qişaların, 
ağciyərlərin (infeksiyanın "giriş qapısından" asılı olaraq) zədələnməsi ilə təzahür edir. 
İlk dəfə tulyaremiya 1910-cu ildə  ABŞ-ın qərbində Tulyare  dairəsində aşkar edilmişdir 1911-ci 
ildə  Q.Mak-Koy  və  Ş.Çennon  törədicini  ayırd  etmiş  və  onu  Bacterium  tularensis  adlandırmışdır. 
G.Frensis  (1921)  törədicini  daha  dərindən  tədqiq  etmiş,  insanlarda  xəstəliyi  aşkar  etmiş  və  xəstəliyi 
tulyaremiya adlandırmağı təklif etmişdir. 
1926-cı ildə V.A.Bıçkov əməkdaşları ilə birgə  Rusiyada tulyaremiya, törədicisini ayırd  etmişdir. 
1941-1942-ci illərdə B.Y.Elbert  və N.A.Qayski tərəfindən törədicinin zəiflədilməsi üzrə  işlər aparılmış, 
sonra diri, zəiflədilmiş vaksin təklif olunmuşdur. 
Tulyaremiyanın  törədicisi. 
Törədici  F.tularensis  Francisella  cinsinə  aiddir.  F.tularensis 
fermentativ xüsusiyyətlərinə və patogenlik dərəcəsinə görə 3 yarımnövə bölünür: qeyri-arktik (amerikan), 
orta asiya və qolarktik. Sonuncuya 3 bioloji variantlar aiddir: yapon biovarı, biovar I Ery s (eritromitsinə 
həssas) və biovar II Ery r (eritromitsinə rezistent). 
Tulyaremiyanın  antigen  strukturu  bütün  kulturalarda  eynidir  və  somatik  və  qişa  antigenləri  ilə 
təmsil olunmuşdur, sonuncu virulentliyi təmin edir və allergik reaksiya törədir. Hesab edilir ki, amerikan 
yarımnövü ən yüksək patogenliyə malikdir. 
Tulyaremiyanın  törədicisi  ətraf  mühitdə
,  xüsusilə  də    aşağı    temperaturlarda  yüksək 
davamlılıq göstərir, suda yaxşı saxlanır, qurumaya dözümlüdür (tam quruduqda və toza çevrildikdə həssas 
heyvanların ifrazatlarında uzun müddət sağ  qalır). 
Tulyaremiya  zamanı infeksiya mənbəyi
Tulyaremiya törədicisi ilə spontan yoluxma hələlik 
145  heyvan növündə aşkar  edilmişdir. Lakin  xırda siçanabənzər  gəmiricilər,  ondatra və dovşanlar real 
epizootik, bəzən isə epidemik əhəmiyyət kəsb edə bilər. 
Təbii  şəraitlərdə 
iksod  gənələrinin 
yoluxması  aşkar    edilmişdir,  onların  orqanizmində 
tulyaremiya törədicisi toplana və qeyri-müəyyən uzun müddətdə  sağ qala bilər. Beləliklə, iksod gənələri 
nəinki törədicinin sirkulyasiyasını təmin etmir (transmissiv yoluxma mexanizmi), həm də F.tularensis-in 
başlıca rezervuarı sayılır. 
Tulyaremiyanın  yoluxma  yolları  və  yoluxma  mexanizmi.  Tulyaremiya  insana  təmas,  peroral, 
inokulyasiya və inhalyasiya mexanizmləri ilə ötürülür. 
Tulyaremiyanın  xoralı-bubon  və  bubon  forması 
transmissiv,  həmçinin  təmas 
yoluxmasında  (ov  zamanı  öldürülmüş  dovşanların,  ondatra  cəmdəyinin  kəsilməsi)  müşahidə  olunur. 
Ağciyər  forması  (pnevmoniya,  bronxopnevmoniya)  hava-toz  yoluxma  yolunda  inkişaf  edir.  Bu  yol 
həmçinin konyunktivanın zədələnməsinə gətirib çıxarır. Tifoid (abdominal) forma qida və su yoluxma 
yolunda müşahidə olunur. 
İnkubasiya müddəti 
1 gündən 3 həftəyə qədər, əsas etibarilə 3-7  gündür. 
Klinikası
. Xəstəliyin formasından asılı olmayaraq,  tulyaremiya kəskin, prodromal dövr olmadan 
daşlayır,  yüngül  titrətmə,  temperaturun  tezliklə  38-39
0
C-yə  qədər  yüksəlməsi,  əzginlik,  əzələ  əğrıları 
qeyd edilir. Asteniya limfadenitlərin – bubonların yaranması ilə müşayiət  olunur. 
Laborator  diaqnostikası
.  Xəstədən  törədicini  bilavasitə  ayırd  etmək  çətindir,  ona  görə  də 
diaqnozu  bakterioloji təsdiq etmək üçün heyvanlarda bioloji sınaq qoyulur. Material kimi qan, bubonların 
möhtəviyyatı,  bəlğəm,  dəri  xoralarının,  həmçinin  selikli  qişaların  ifrazatı  istifadə  olunur.  İmmunoloji 
metodlardan  AR istifadə olunur ki, onu həm sınaq şüşəsində, həm  də əşya şüşəsində qoyurlar. Bundan 
başqa,  QDHAR  yüksək  həssaslığa  və  spesifikliyə  malikdir.  Xəstəliyi  keçirmiş  şəxslərdə  titr  1:5000-
1:10000 çatır. Həmçinin KBR-dən istifadə edilir. Tulyaremiyanın ekspress- diaqnostikasında İFR tətbiq 
edilir. Xəstənin, xəstəliyi keçirmiş və ya peyvənd olunmuş şəxslərin 

1 nömrəli Bakı  Tibb Kolleci 
117 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
immunoloji  müayinəsi  zamanı tulyarinlə dəri-allergik  sınaq  (DAS) effektiv nəticə  verir. Sınaq  dəriiçi 
qoyulur və müsbət nəticə xəstəliyin 3-5-ci günündən əldə olunur. Sınağın cavabı 24-48 saatdan sonra 
qiymətləndirilir. 
Gənələrin  hücumundan  qorunmaq    üçün  fərdi  müdafiə  vasitələrindən  -  hermetik  paltar  və 
repellentlərdən istifadə olunur. 
Həmçinin  aşağıdakı  tədbirlər  həyata  keçirilir:  su  mənbələrinin,  qida    və  kənd  təsərrüfatı 
məhsullarının gəmiricilərdən  qorunması, tarlalarda  və  yaşayış  məntəqələrində aqrotexniki və ümumi- 
sanitar tədbirlərin aparılması; əhalinin sanitar maarifi. 
Əhalinin spesifik profilaktikası 
diri dəriüstü tulyaremiya  vaksini  ilə  aparılır. Tulyaremiyaya 
görə  qeyri-sağlam  enzootik  ərazilərdə  yaşayan, həmçinin epidemioloji yoluxma riskinə  məruz  qalanlar 
planlı şəkildə peyvənd edilirlər. Peyvəndə 7 yaşdan yuxarı şəxslər cəlb olunurlar, təkrar revaksinasiya 5 
ildən sonra aparılır. 
Xəstə  şəxs  ətrafdakılar  üçün  təhlükəli  olmamasına  baxmayaraq,  hospitalaşdırılır.  Mənzildə 
deratizasiya, dezinfeksiya və deratizasiya, lazım gəldikdə isə bütün yaşayış məntəqəsində deratizasiya 
aparılır. Kütləvi peyvəndlər epidemioloji göstərişə əsasən həyata keçirilir. 
Həssaslıq. 
Tulyaremiya  torədicisinə  qarşı  insanın  həssaslığı  olduqca  yüksəkdir:  könüllülər 
üzərində  müəyyən  edilmişdir  ki,  infeksiyanın  manifest  formasına  səbəb  olan  infeksion  doza  25-50 
mikrob ədədi təşkil edir. Xəstəlik keçirdikdən sonra insanlarda davamlı immunitet əmələ gəlir. 
Epidemik prosesin xüsusiyyətəri
Tulyaremiya  ocaqları Şimali  Amerika,   Asiya   və Avropa 
ölkələrində  qeyd  olunmuşdur.  Həmçinin  təbii  ocaqlar  Rusiyada  müşahidə  edilir  ki,  burada  baş  verən 
xəstələnmələr sporadik xarakter daşıyır. 
Tulyaremiya ilə xəstələnmə qeyr-peşəkar və ya peşə xarakterli ola bilər. 
Qeyri-pe
şəkar xəstələnmələrə 
sinantrop gəmiricilərlə (ev siçanları və s.) bağlı olan məişət 
tipini aid  etmək olar. Bu zaman başlıca yoluxma amilləri kimi törədicilərlə çirklənmiş  qida məhsulları, 
həmçinin xəstə dovşanların əti və suyu iştirak edir. Quyu suyu ilə yoluxma qışda, bulaq suyu  ilə yoluxma 
isə  yaz və yayda baş verir. Əhalinin bütün qrupları,  o  cümlədən  peşəsindən, cinsindən  və yaşından asılı 
olmayaraq kənd əhalisi cəlb olunur. 
Peşə xəstəlikləri xəstələnmə 
kənd təsərrüfatı işləri, ovçuluq, xüsusilə də  xəzli heyvan ovçuluğu 
və laboratoriya işləri ilə bağlıdır. 
Kənd təsərrüfatı tipli aqrotexniki işlərin  düzgün həyata keçirilməməsi nəticəsində təzahür edir ki, 
bu  zaman  ot  tayalarının  gəmiricilərlə  məskunlaşması  və  onların  ifrazatları  ilə  çirklənməsi  baş  verir. 
Yoluxma tərəvəz yığımı, dənin səpilməsi, samanın daşınması zamanı, əsas  etibarilə  inhalyasion yolla və 
əksər hallarda kənd təsərrüfatı işçilərinin prosesə cəlb olunması ilə meydana çıxır. 
Ovçuluq 
– təsərrüfat tipi əsasən dovşan, köstəbək ovlanması və ondatra yetişdirilməsi ilə bağlıdır. 
Yoluxma  ovçuluq  mövsümündə  təmas  və  peroral  yolla,  yayda  isə  həmçinin  transmissiv  (gənələrin, 
həşəratların dişləməsi) baş verir. Yoluxma amilləri heyvanların dərisi və  cəmdəyidir. 
Laborator  yoluxma 
tipli  peyvənd  olunmamış  şəxslərdə  baş  verir.  Bundan  başqa,  həmçinin 
səngər tipli ayırd edilir. Bu, müharibə dövründə səngərlərin, istehkamların qazılması zamanı müşahidə 
olunmuşdur. 

1 nömrəli Bakı  Tibb Kolleci 
118 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
M
ÖVZU 63 
Viruslu  B Hepatiti (VBH) 
 
Törədici 
-  ikisaplı  DNT-tərkibli,  Hepadnavirus  qrupundan  olan  virusdur,  3  antigeni  vardır: 
HBsAg, HBcAg və HBeAg. 
Virus  ətraf  mühitdə  olduqca  davamlıdır,  termostabildir,  qan  zərdabının  adi  inaktivasiyası 
metodlarında və konservantlar əlavə edildikdə dağılmır. Avtoklavda zərərsizləşdirmə  nəticəsində (120°C 
temperaturda)  virus 45  dəqiqədən  sonra,  quru isti  hava ilə  sterilizasiya  zamanı (180 
0
C temperatur)  60 
dəqiqədən sonra, 60°C isə 10 saatdan sonra məhv olur. HBsAg aşağı  temperaturda  uzun müddət: qan 
zərdabında 4°C-də 6  aya qədər, dondurulmuş  qan preparatlarında -20°C-də - 15-20  il, qurumuş plazmada 
- 25 ilə qədər  qalır.  Qan  zərdabı ilə çirklənmiş yataq ləvazimatlarında antigen otaq temperaturunda 3 ay 
ərzində aşkar edilir. O, dezinfektantlara qarşı davamlıdır. 
İnfeksiya mənbəyi 
- xəstələr və virusgəzdirənlərdir. Viruslu B hepatiti xəstəliyinin əsas mənbəyi 
xəstə insandır (subklinik, kəskin, xroniki şəkildə, gizli dövrdə). Ətrafdakılar üçün yoluxduruculuq dövrü 
inkubasiya dövrünün  son həftələrindən etibarən xəstəliyin ilk əlamətlərindən  2- 8 həftə  əvvəl meydana 
çıxır, kəskin və xronik formalarda xəstəliyin sonuna qədər saxlanır. 
Hepatit  B  virusu  (HBV
)  Deyn  hissəciyi  olaraq  diametri  42  nm-dir,  HBAg  determinantını 
daşıyan xarici örtükdən ibarətdir. 
Qan  zərdabından  başqa, HBsAg tüpürcəkdə, sidikdə, spermada, uşaqlıq yolu ifrazatında, prodromal 
dövrdə və sarılığın birinci 2 həftəsində hepatitli xəstələrin nəcisində tapılır. 
Müayinələr göstərir ki, HBsAg dondurlmuş  qan zərdabında öz patogenliyini 20 ilə  qədər saxlayır. 
Hepatit B virusu -20°C soyuğa davamlıdır, 56°C hərarətə 24 saat ərzində davam gətirir, 85 - 100°C-də 
antigenlik xüsusiyyətini itirir, 3-5%-li fenol, 3 %-li xloramin təsirindən məhv olur. 
Viruslu B hepatitinin törədicisi (HBV) HEPADNA virus ailəsinə (hepadnoviruslar) aid olan DNT -
tərkibli virusdur. 
Yoluxma  mexanizmi
.  Təbii  (əmas,  şaquli)  və  süni  (artifisial)  ola  bilər.  Yoluxma  yolları  isə 
müxtəlifdir:  cinsi,  ransplasentar,  parenteral  (inyeksion,  transfuzion,  ransplasentar).  Tö  rədicilərlə 
çirklənmiş tibbi avadanlıq, tibbi əməliyyatlar, kəsiklər, yaralar, tatuirovka və s. daxil ola bilər. 
Viruslu hepatitinin B törədicisinin yayılmasında cinsi yoluxma yolu böyük rol oynayır: müxtəlif 
məişət  əşyalarının (üzqırxma  dəsti,  diş  şotkaları,  manikür dəsti  və  s.) virusla  çirklənməsi  nəticəsində 
təmas-məişət yolu realizasiya ola bilər. 
B hepatiti zamanı kontakt yoluxma mexanizmi realizasiya olunur  ki, bu zaman dəri  örtüklərinin və 
selikli qişaların mütləq zədələnməsi nəticəsində  virusun qan, orqanizmin digər mayeləri ilə ötürülməsi 
başa düşülür. 
Təbii yoluxma yolları birbaşa cinsi əlaqə zamanı, törədicinin anadan dölə şaquli yolla ötürülməsi 
zamanı, doğuşlar vaxtı və ya ondan sonra, həmçinin herminativ yolla (yumurta hüceyrənin yoluxmuş 
spermatozoidlə infeksiyalaşması) realizasiya  olur.  virusla yoluxma birbaşa  (öpüşlər)  və dolayı  məişət 
təmasları (xəstə ilə ümumi diş fırçaları, hamam lifləri, dəsmallar və s.) zamanı baş verir. 
Beləliklə, Hepatit  B  virusu  (HBV)  üçün  aşağıdakı  yoluxma  yolları səciyyəvidir: 
1. parenteral və dəri vasitəsilə; 
2. vertikal (bətndaxili – anadan uşağa); 
3. cinsi əlaqə vasitəsilə; 
4. ailədaxili yolla. 
HB virusu (HBV) ilə yoluxma təhlükəsi olan kollektivlər: 
1. tibb işçiləri; 
2. homoseksualistlər; 
3. narkomanlar; 

1 nömrəli Bakı  Tibb Kolleci 
119 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
4. dəfələrlə qan köçürülən adamlar; 
5. immun çatışmazlığı olanlar; 
6. HbsAg-ni müsbət olan analardan doğulmuş uşaqlar; 
7. qapalı kollektivlər. 
Patogenezi  və  klinikası
.  HB  virusu  ilə  yoluxduqda  immun  sitolizlə  birgə  hepatositlərin 
zədələnməsi baş verir, belə ki, qaraciyərin zədələnməsi və xəstəliyin xronik hala keçməsi sahibin immun 
cavabından  asılıdır. 
Belə ki, VHB-da inkubasiya dövrü, adətən, 40-180 gündür. Xəstəliyin klinik əlamətləri tədricən 
inkişaf edir. Sarılıqdan əvvəl ən çox «dispeptik» vəziyyət qeyd edilir. 
Diaqnostikası
1. Anamnezin  öyrənilməsi; 
2. Qanın biokimyəvi müayinəsi; 
3. Qaraciyərin biopsiyası, lazım olduqda laporoskopiyası (qaraciyərdə gedən iltihabın mərhələlərini və 
fəallığını öyrənmək məqsədilə). 
Profilaktika və  mübarizə tədbirləri
. Profilaktik tədbirlər spesifik  və  qeyri-spesifik olmaqla 
2 yerə bölünür. Spesifik profilaktika bütün uşaq əhalisi arasında HV-yə qarşı vaksinasiyanın aparılmasıdır. 
Respublikamızda Milli peyvənd təqviminə əsasən uşaqlar  doğulduqdan  12 saat ərzində, 2, 3 və 4 aylığında 
vaksinasiya edilirlər. 
Peyvənd  üçün  gen-mühəndisliyi  nəticəsində  əldə  olunmuş  rekombinant  vaksindən  istifadə  edilir. 
Hazırda HV-yə qarşı 2 vaksin tətbiq olunur: Enceriks-B (Smit-Kleyn firması, Belçika) və "Virion" vaksini 
(Tomsk, Rusiya). Preparatlar maya göbələkləri üzərində gen mühəndisliyi  metodu  ilə alınmışdır. 
Qeyri-spesifik profilaktika tədbirlərinə infeksiya mənbəyinə münasibətdə görülən tədbirlər (qan, 
plazma, sperma donorları arasında, profilaktika məqsədilə risk qruplarının müayinəsi zamanı infeksiya 
mənbəyinin  erkən  aşkarlanması),  yoluxma  mexanizminin,  yoluxma  yollarının  və  amillərinin 
intensivliyinin  məhdudlaşmasına  yönəldilmiş  tədbirlər  (cinsi  əlaqələr  zamanı,  məişət  yolu  ilə 
yoluxmanın qarşısının alınması üzrə tədbirlər) aiddir. 
Son illər HB-nin spesifik profilaktikası sahəsində xeyli nailiyyətlər qazanılmışdır. İmmunoqlobulin 
və vaksin əldə edilmişdir. Vaksinin əsasını təmizlənmiş protektiv  xassəli   HBsAg təşkil edir. HBsAg-i 
virusgəzdirən  donorların  qan  plazmasından  və  ya  HBsAg  istehsal  edən  rekombinant  göbələk  (maya) 
ştamlarından gen mühəndisliyi vasitəsilə alınır. Onlardan məşhur ABŞ vaksini Heptarax B (Merk, Şarp, 
Ev) və Fransa vaksininin Hepas B (Paris  Paster  İnstitutu)  adını çəkmək lazımdır. 
 
Viruslu  C Hepatit (VCH) 
Törədici 
- RNT-tərkibli virus hissəciyidir, Flaviviridae ailəsinə, Hepacivirus cinsinə aiddir. 
Virusun 30-dan artıq geno-tipləri və subtipləri vardır. 
Etiologiyası. 
Viruslu C hepatitinin (VCH) törədicisi lipoidli  superkapsidi olan bir  saplı RNT- 
tərkibli kiçik virusdur. HC virusu 1989-cu ildə kəşf edilmişdir. 
İnfeksiya  mənbəyi 
-  xəstəliyin  kəskin  və  xronik  forması  ilə  xəstə  və  ya  virusgəzdirəndir. 
Yoluxmuş şəxslərin qan zərdabı və plazması xəstəliyin klinik əlamətləri meydana çıxmazdan bir neçə 
həftə əvvəl və xəstəliyin bütün dövründə (xronik mərhələ) yoluxdurucudur. 
Yoluxma  mexanizmi
.  Hepatit  C-nin  törədicisinin  yayılmasında    başlıca  yoluxma  yolu  - 
parenteral yoldur və əsasən narkotik preparatların venadaxili yeridilməsi zamanı realizasiya olunur. Cinsi 
və məişət yoluxma yolu viremi-yanın səviyyəsinin aşağı olması nəticəsində  az  əhəmiyyət daşıyır. 
VCH antroponoz yoluxucu xəstəliklərə aiddir. Hepatit C-də inkubasiya dövrü 2 həftədən 26 həftə 
(35-140 gün) arasında dəyişir. Xəstəlik əlamətsiz, kəskin, sarılıqla və sarılıqsız keçir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
120 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Diaqnostikası. 
Geldə presipitasiya, ikili  immundiffuziya, immunoelektrofez,  immun  elektron 
mikroskopiya, mikroskopik,  hemaqqlütinasiya, passiv hemaqqlütinasiya,  bərk geldə radioimmunoloji, 
enzimnişanlama, immun flüoressensiya üsullarından istifadə edilir. 
Bir  qayda  olaraq,  aminotransferaza  və  aldolazanın  aktivliyi  və  bilirubinin  səviyyəsinin  artması 
müəyyən edilir. 
 
Hepatit  D (Delta-infeksiya) 
 
Törədici 
- delta-agent təksaplı RNT molekuluna malikdir, onun xarici qişası viruslu B hepatitin 
törədicisinin səthi antigeni (HBs-antigen) ilə qurulmuşdur. 
İnfeksiya  mənbəyi
.  İnsan  orqanizmində  viruslu  hepatit  B  olmadıqda  viruslu  hepatit  D-yə 
yoluxmaq mümkün deyildir, viruslu hepatit D və B-də infeksiya mənbəyi eynidir. 
Yoluxma mexanizmi 
B hepatitinə oxşardır. 
Təbii  həssaslıq 
B  hepatiti  ilə  xəstələrin  və  ya  virusgəzdirənlərin  olması  ilə  müəyyən  edilir. 
Delta-virus  infeksiyasının  iki  əsas  variantı  ayırd  edilir:  B  hepatiti  virusu  və  delta-virusla  eynianlı 
yoluxma anında delta-antigenlə birgə kəskin B hepatiti inkişaf edir. 
İnkubasiya  dövrü 
6  həftədən  6  aya  qədər  uzanır.  Əsas  epidemioloji  təzahürləri  viruslu  B 
hepatitində  olduğu  kimidir.  aparılan  əksepidemik  və  profilaktik  tədbirlər  də  B  hepatitində  həyata 
keçirilən tədbirlərdən fərqlənmir. 

1 nömrəli Bakı  Tibb Kolleci 
121 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  64 
Qarayara 
 
Qara yara (anthrax, bədxassəli  karbunkul,  antraks)  
-  kəskin  bakterial antropozoonoz 
infeksiyadır, intoksikasiya, dərinin  seroz-hemorragik iltihabı,  limfa düyünlərinin və daxili orqanlarının 
zədələnməsi ilə səciyyələnir, dəri və ya septik formada gedir, təbii ocaqlılığa malikdir, sürətlə yayılır və 
ağır gedişi ilə fərqlənir. 
Етиолоэийасы
Гара йара  щяля Щиппократын вя Галенин дюврцндян «антракеза» (йунанъа 
«антщраъис» - кюмцр, дяри хоралы карбункулун гартмаьынын гара рянэи) ады иля мялум иди. Шяргдя 
ону  «иран  алову»  адландырмыш  вя  дяфялярля  гядим  вя  шярг  йазычы  вя  алимляринин  ясярляриндя 
хатырланмышдыр. 
Роберт Кохун тядггатлары илк дяфя бу дящшятли хястялийин бактериал мяншяли олмасыны сцбут 
етди,  онун  гара  йарайа  щяср  олунмуш  мягаляляри  1876 -1877-ъи иллярдя Бреслау Университетинин 
патологу Йулий Конгеймын дястяйи иля няшр олунмушдур. 
Törədici.  Bacillus  anthracis 
–  Bacillus  cinsinə  Bacillaceae  ailəsinə  aid  olan  hərəkətsiz 
qrammüsbət aerob bakteriyadır. 
Ölçüsü  5-10x1-1,5  mkm  bərabərdir.  Qara  yara  basilləri  ətli-peptonlu  mühitlərdə  yaxşı  bitirlər, 
kapsul və somatik antigeni vardır və ekzotoksin ifraz etməyə qabildir. Ekzotoksin zülal kompleksindən 
ibarətdir və ödemin yaranmasında iştirak edən protektiv və letal komponentdən təşkil olunmuşdur. 
Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin