Diaqnoz:
Ankilostoma və nekator yumurtaları bir-birindən fərqlənmir. Buna müvafiq olaraq
ankilostomidoz diaqnozu qoyulur.
Torpaqda ankilostoma yumurta və sürfələrinin inkişafı üçün yüksək temperatur və rütubət olmalıdır.
Əyribaşın yumurtası 14-37
0
C temperaturda inkişaf edir.nQuru iqlimdə ankilostomidlər suvarılan
torpaqlarda rast gəlir. Sürfələrin inkişafı üçün peyinlə zəngin yumuşaq torpaq əlverişlidir. Sürfələr
torpaqda temperatura davamlıdır. İnvazion sürfələr isə əlverişli şəraitdə torpaqda 2-3 ay salamat qalırlar.
Profilaktika:
Ankilostomidozların
epidemiologiyası
digər
geohelmintozların
epidemiologiyasına oxşardır. Kənd yerlərində invaziya ocaqları askaridoz və trixosefalyoz ocağına uyğun
formalaşır. Ocaq bir kənddən ibarət olub həyətlərin (mikroocaqların) cəmindən ibarətdir. İntensiv
ocaqlarda əhalinin yoluxması 10% və daha çox olur.
Ankilostoma ilə invaziya ərzaq kimi istifadə olunan təzə tərəvəz, meyvələr vasitəsilə baş verir.
Xüsusən onlar zərərsizləşdirilməmiş nəcislə gübrələndikdə yoluxma artır.
Ankilostomidozlara qarşı əsas mühafizə torpağın nəcis çirklənmədən qorunmasıdır. Ocaqda bütün
əhali yoxlanılır. Müalicə üçün navtamon işlədilir. Əgər yoluxma 10%-dən çoxdursa, ildə 2 dəfə (qışda
və yayda) kütləvi dehelmintizasiya aparılır. Bundan başqa sanitar abadlıq, şəxsi gigiyena qaydalarına ciddi
əməl etmək də ankilostomidozlar əlehinə əsas profilaktik tədbirlərdir.
1 nömrəli Bakı Tibb Kolleci
100
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 55
Səpkili yatalaq
Səpkili yatalaq
- antroponoz rikketsioz yoluxucu xəstəlikdir və txansmissiv yoluxma mexnizmi
ilə ötürülür. Bu, kəskin infeksion xəstəlik olub, mərkəzi sinir sisteminin intoksikasiyası, vaskulitlərin və
xırda damarların trombovaskulitlərinin əmələ gəlməsi, rozeolyoz-petexial səpkilərlə səciyyələnir.
Səpkili yatalağın törədicisi
- Provaçek rikketsiyalarıdır (Rickettsia Provazeki), qram- mənfi,
hərəkətsiz mikroorqanizmlərdir, hüceyrədaxili parazitlərdir. Törədici ətraf mühitdə havanın
temperaturundan və rütubətindən asılı olaraq müəyyən müddət qalır. Rikketsiyalar nəm mühitdə tez ölür,
qurumuş şəkildə uzun müddət sağ qalırlar. Bitlərin nəcisində (hansı ki, paltara düşür) törədici həyat
qabiliyyətini və patogenliyini 3 ay və daha çox saxlayır. 56°C-də 10 dəqiqə, 100°C-də 30 saniyə ərzində,
dezinfektantların təsiri altında sürətlə məhv olur.
İnfeksiya mənbəyi
- səpkili yatalaqla və Brill xəstəliyi ilə xəstə şəxsdir. İnsan inkubasiyanın son
2-3 günündən etibarən, bütün qızdırma dövründə və bədən temperaturu düşdükdən 2-3 gün (az hallarda 7-
8 gün) sonra yoluxdurucu olur. Bəzi hallarda rikketsiyalar keçirilmiş xəstəlikdən sonra orqanizmdə uzun
müddət (10-40 il) sağ qala bilər, nəticədə əvvəllər xəstəlik keçirmiş şəxslərdə təkrar, residiv, səpkili
yatalaq (Brill xəstəliyi) inkişaf edə bilər.
Yoluxma mexanizmi
- transmissiv mexanizmdir, canlı keçiricilər, əsas etibarilə paltar biti
(Pediculus corporis/vestimenti), az hallarda - baş biti (Pediculus capitis) vasitəsilə həyata keçir. Yoluxmuş
şəxsin qanını sorduqda bitin orqanizminə düşmüş rikketsiyalar onun həzm yolunun epitel qişasında
çoxalırlar, epitel qişanın hüceyrələrini dağıdır və bitin bağırsaq boşluğuna düşürlər. Yoluxmuş qanı
sorduqdan 4-5 gün sonra bit artıq özü yoluxdurucu olur. Hər növbəti qan sorma zamanı bitin
orqanizmindən rikketsiyalarla dolu nəcis xaric edilir ki, bu da bitin dişləməsi zamanı qaşınma nəticəsində
yaranmış yerdə (yarada) qalır. Həmin nahiyəni qaşıdıqda rikketsiyalar insanın özü bilmədən orqanizmə
yeridilir və yoluxma baş verir. Bitlər rikketsiyaları həyatının sonuna qədər xaric edirlər. Lakin yoluxmuş
və xəstə bitlərdə yaşama müddəti 15-18 günə qədər qısalır. İnfeksiyalaşmış material gözün
konyunktivasına və tənəffıis yollarının selikli qişasına düşdükdə səpkili yatalaqla yoluxmaq mümkündür.
Həssaslıq
çox yüksəkdir. Nəzərə almaq lazımdır ki, xəstəlik uşaqlarda yüngül formada keçə bilər
və ona görə xəstəlik aşkar edilməyə bilər. Postinfeksion immunitet uzunmüddətlidir.
Epidemik prosesin xüsusiyyətləri
. Səpkili yatalaq hər yerdə yayılmışdır, lakin XX əsrin
sonunda epidemik xəstələnmə əsas etibarilə Afrika, Asiya, Latin Amerikası ölkələrində qeydə
alınmışdır. Risk qruplarına xidmət dairəsi işçilərini aid edirlər: bərbərxana, hamamxana, camaşırxana,
nəqliyyat, müalicə-profilaktik müəssisələrin işçiləri və s. Səpkili yatalaq üçün qış-yaz mövsümiliyi
xarakterikdir. Hər iki cinsin nümayəndələri və bütün yaş qruplarında olan şəxslər xəstələnirlər. Rusiya
ərazisində səpkili yatalaq tək-tək hallarda və təkrar xəstəlik kimi - Brill xəstəliyi şəklində qeydə alınır.
Tibdə səpkili yatalağa müxtəlif adlar verilmişdir: "aclıq yatalağı", "dustaqxana yatalağı", "bitli yatalaq". Bu
adlar xəstələnmənin səviyyəsi ilə sosial-iqtisadi şərait: insanların kütləvi miqrasiyası, sıxlılıq, maddi
durumun pisləşməsi, aşağı sanitar mədəniyyət, bitlilik arasında əlaqə olduğunu göstərir ki, bunların
nəticəsində epidemik prosesin fəallaşması və səpkili yatalaqla xəstələnmənin yüksəlməsi
baş verir.
İnkubasiya müddəti
6 gündən 23 günə qədər, adətən, 10-12 gün təşkil edir.
Klinikası.
Xəstəlik kəskin başlayır, temperatur sürətlə 40-41°C-yə qədər yüksəlir. Xəstələr
kəskin baş ağrıları, yuxusuzluq, zəiflik sinir-psixi fəallığın artmasından, qıcıqlanma hissiyyatından
şikayətlənirlər. Xəstənin üzü şişmiş, qırmızı, gözün sklerası inyeksiyalı, əsnək hiperemiyalıdır, dilin
kökündə qansızmalar müşahidə olunur.
1 nömrəli Bakı Tibb Kolleci
101
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Səpki əvvəlcə xəstəliyin 4-6-cı günü döşdə, kürək, qarın nahiyəsində əmələ gəlir, sonra ətraflara
yaydır. O, polimorf rozeolyoz-petexial xarakterdədir. Dalaq böyümüşdür. Sağaldıqda qızdırma xəstəliyin
2-ci həftəsində dayanır.
Tam sağalma zamanı qalıq əlamətləri olmur. Hazırda letallıq çox yüksəkdir. Keçmişdə isə səpkili
yatalaqdan ölüm 5-30% təşkil edirdi. Hazırda birincili səpkili yatalaq halları daha qısa və yüngül
klinikaya malikdir.
Müalicə:
Tetrasiklin və ya levomisetin, simptomatik vasitələrlə aparılır.
Laborator diaqnostikası.
Qan zərdabında əkscisimləri aşkar etmək məqsədilə rikketsiyaların
AR, KBR, DHAR istifadə olunur.
Profilaktik və əksepidemik tədbirlər.
Ocaqda əksepidemik tədbirlər xəstə aşkar edilən andan
başlanır, xəstə mütləq hospitalizasiya olunur. Gələcəkdə epidemioloji anamnezin dəqiqləşdirilməsi
aparılır: ətrafdakılar arasında infeksiya mənbəyinin, pedikulyozlu şəxslərin aşkarlanması, həmçinin
(xəstənin yaşından asılı olmayaraq) əvvəllər bu şəxsin səpkili yatalaq keçirməsi aydınlaşdırılır.
Pedikulyoz aşkar edildikdə eyni vaxtda insanların, onların paltarı və mənzili sanitar işləmədən
keçirilir. Dezinfeksiya məqsədilə işlədilən kimyəvi vasitələr müxtəlifdir və obyektdən asılı olaraq seçilir.
Xəstə ilə təmasda olanlar üzərində 25 gün ərzində tibbi müşahidə qoyulur ki, bu zaman sutkada 2
dəfə gündəlik termometriya aparılır. 3 ay əvvəl qızdırma ilə müşayiət olunan istənilən xəstəlik keçirmiş
şəxslərdə qan zərdabının rikketsioz diaqnostikumu ilə Seroloji müayinəsi (KBR, PHAR) aparılır.
Aparılan əksepidemik tədbirlər epidemik prosesin hər 3 zəncirinə qarşı yönəldilmişdir. Xəstə
mütləq hospitalizasiya olunur və onun haqqında GEM-ə təcili bildiriş göndərilir. Yoluxma mexanizminə
münasibətdə pedikulyozlu şəxslərin sanitar işlənməsi, onların paltarlarının, yataq dəstinin
dezinseksiyası, həmçinin mənzilin dezinseksiyası aparılır.
Profilaktik işdə əsas diqqət pedikulyozun qarşısının alınmasıdır. Baxış zamanı təkcə bitlərin
deyil, həmçinin onların tüklərə yapışmış və ya paltarlara qoyulmuş (tikiş yerləri, kəmər yerində və s.)
yumurtalarının, sürfələrinin aşkarlanmasına çalışmaq lazımdır. Sürfələr (sirkə) xırda ağımtıl rəngdədir.
Potensial cəhətdən ən əhəmiyyətli obyektlər və kontingentlər - uşaq kollektivləridir.
Məktəbəqədər uşaq müəssisələrində pedikulyoza görə baxış hər gün; məktəblərdə - ildə 4 dəfə (hər
tətildən sonra), seçmə olaraq - hər ay; uşaq sanatoriyalarında -uşaq qəbul edildikdə, həftədə 1 dəfə və
sanatoriyadan getdikdə; məktəb-internatlarda - həftədə 1 dəfə aparılır. Ahıllar və qocalar üçün
intematlarda müayinələr ayda 2 dəfə, stasionarlarda -qəbul edildikdə və 10 gündən bir, poliklinik
qəbulda - göstərişə əsasən aparılır. Yataqxanalarda yaşayanlar - sanitar mədəniyyət və gigiyenik
vərdişlərdən asılı olaraq qəbul edildikdə baxış aparılır.
Pedikulyozun epidemik ocağında 1 ay ərzində müşahidə qo-yulur ki, orada pedikulyoza görə baxış
10 gündə 1 dəfə aparılır. Səpkili yatalağın spesifik profilaktikasında epidemik göstərişə görə səpkili
yatalaq vaksini istifadə edilir.
1 nömrəli Bakı Tibb Kolleci
102
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 56
Brill xəstəliyi
Brill xəstəliyi klinik-epidemioloji baxımdan səpkili yatalağın müxtəlif növü olub, əvvəllər səpkili
yatalaq keçirmiş insanlar arasında sporadik şəkildə rast gəlinir, qısa müddətli olması və xoşxassəli gedişi
ilə fərqlənir.
Törədici.
Səpkili yatalaqda olduğu kimidir.
İnfeksiya mənbəyi
. Keçmişdə (10-14 il əvvəl) səpkili yatalaq keçirmiş şəxsdir. Orqanizmdə
törədicinin uzun müddət latent şəkildə qalması güman edilir; infeksion proses müxtəlif interkurrent
xəstəliklərin, stress amillərinin, psixi pozğunluqların, doğuşların və s. təsiri altında fəallaşır.
İnfeksiya mənbəyinin yoluxduruculuq dövrü
. Brill xəstəliyində rikketsiemiyaya 10 dəfə
az hallarda rast gəlinir, nəinki səpkili yatalaqda, və 5-8 gündən çox sürür.
Yoluxma mexanizmi və yolları
. Brill xəstəliyi keçirilmiş səpkili yatalağın residivi sayılır.
Brill xəstəliyi ilə xəstənin qanını sormuş bitlər törədicini səpkili yatalaqda olduğu kimi ötürə bilərlər.
İnkubasiya müddəti müəyyən edilməmişdir.
Klinikası
. Brill xəstəliyi yüngül gedişlidir, 7-12 günə qədər çəkir, xəstəliyi simptomları səpkili
yatalağı xatıladır, ancaq səpkilər daha xırda, əsasən rozeolyoz xarakterli, boldur. İntoksikasiya əlamətləri
səpkili yatalağa nisbətən daha zəif nəzərə çarpır; qocalarda damar pozğunluqlarına meyillik vardır.
Nəticəsi qənaətbəxşdir.
Laborator diaqnostikası
. Səpkili yatalaqda olduğu kimidir.
Profilaktik və əksepidermik tədbirlər
. Səpkili yatalaqda aparılan tədbirlər həyata keçirilir.
1 nömrəli Bakı Tibb Kolleci
103
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 57
Malyariya
Məzmun:
Malyariya transmissiv-qızdırma ilə keçən yoluxucu xəstəlikdir. Törədicisi
ibtidailərdir-Plasmodium-lardır. İnsanda xəstəliyin törədicisi kimi bunun 4 növü iştirak edir.
Qısa tarixi məlumat
: Malyariya qədim xəstəlikdir. Xəstəliyin törədicisi 1880 -ci ildə
Əlcəzairdə fransız həkimi Laveran tərəfindən tapılmışdır. 1897-ci ildə Hindistanda ingilis həkimi Ross
xəstəliyin ağcaqanadlar vasitəsilə yoluxmasını müəyyən edir. 1898-ci ildə İtalyan zooloqu Qrassi bunların
Anofeles cinsinə məxsus olduqlarını aydınlaşdırır.
Azərbaycanda inqilabdan əvvəl malyariya geniş yayılmışdı və minlərlə insan tələfatına səbəb
olurdu. İnqilabdan sonra bu xəstəliyə qarşı planlı mübarizə başlanır və nəticə etibarilə 1960 -cı ildə
xəstəlik təcrübi olaraq ləğv edilir.
Etiologiyası və yayılması
: Hazırda bu xəstəlik subtropik və tropik iqlimi olan (Avropa və
ABŞ-dan başqa, orada əsasən ləğv edilmişdir) ölkələrdə geniş yayılmışdır.
Xəstəlik ən çox Afrika (Keniya, Uqanda, Həbəşistan, Nigeriya və s.), Asiya (Hindistan, Pakistan,
Malayaziya, Hind-Çin, İndoneziya və s.), Sakit okeanın bəzi cənub-qərb adalarında (Filippin), Çində,
Cənubi Koreyada, Türkiyədə, İraqda, Əfqanıstanda, Meksika, Braziliya, Venesuela və Kolumbiyada qeyd
edilir.
Malyariyanın törədiciləri
- malyariya plazmodiləri Protozoa tipinə, Sporozoa sinfinə,
Haemosporidia dəstəsinə, Plasmodidae ailəsinə və Plasmodium cinsinə aiddir.
İnsanlarda xəstəliyin etiologiyasında parazitin 4 növü iştirak edir: Plasmodium malariae-
dördgünlük malyariyanın törədicisi; Plasmodium falciparum-tropik malyariyanın törədicisi; Plasmodium
ovale-üçgünlük tipli malyariya törədicisi və Plasmodium vivax iki yarım növə malikdir.
Plasmodium vivax vivax və Plasmodium vivax hibernans. Birinci yarım növ qısa inkubasiyaya malik,
ikinci yarım növ isə uzun inkubasiya dövrü olan xəstəlik törədir. Uzunburun meymunlara məxsus bəzi
malyariya törədicilərinə də insanlar həssasdırlar.
Malyariyanın törədicisi 2 inkişaf dövrü keçirir:
1.
Qeyri-cinsi inkişaf dövrü - bu şizoqoniya adlanır və özü də iki mərhələdə;
a. Qaraciyər hüceyrələrində (toxuma və ya eritrositlərdən kənar şizoqoniya);
b. Eritrositlərdə (eritrositar şizoqoniya) keçir.
2.
Ağcaqanadın bədənində gedən cinsi inkişaf isə sporoqoniya dövrü adlanır.
Toxuma şizontları bir neçə min merozoitlərə bölünürlər. Belə güman edilir ki, Pl.falciparum
toxuma şizoqoniyasını ancaq bir dəfə ilə tamamlayır. Qalan növ plazmodilərdə isə toxuma şizoqoniyası
təkrar olunur, bu isə öz növbəsində müxtəlif vaxtlarda, xəstəliyin residivlərinin baş verməsinə səbəb olur.
İnkubasiya dövrünün axırında toxuma merozitləri eritrositlərə daxil olaraq eritrositar şizoqoniya başlayır,
onun bu dövrü Pl.malariae-də 72 saat, qalan növlərdə isə 48 saat davam edir. Bundan sonra şizoqoniyanın
son məhsulları olan merozoitlər qana düşür. Bunların bir qismi tələf olur, bir hissəsi təzədən eritrositlərə
daxil olaraq inkişaflarını təkrar edir, digər qismi isə cinsi hüceyrələrə qametositlərə çevrilirlər.
Sonralar ağcaqanadlar bu şəxsləri dişlərkən qametositlər onların mədəsinə daxil olub, qametə qədər
yetişir, bundan sonra erkən və dişi qametlər arasında mayalanma gedir, mayalanmış parazit ziqota
mədənin divarlarını deşib, onun xaricinə keçir və oositə çevrilir. Onların daxilində sporozoitlər inkişaf
edir. Sonradan oositin xarici qişası partlayır və nəticədə onun daxilindəki sporozoitlər ağcaqanadın
bədəninə yayılır, əsasən isə onun tüpürcək vəzilərində toplanırlar. Belə ağcaqanad insanı dişlədikdə
tüpürcək ilə onları qana keçirir, beləliklə də, insanın yoluxması baş verir.
Klinikası:
Xəstəlikdə inkubasiya dövrü törədicinin növlərindən asılı olaraq müxtəlifdir. Tropik
malyariyada inkubasiya dövrü 11-14-gün (orta hesabla 12 gün), üçgünlükdə 14-15 gün (orta hesabla 1 4
gün), PL. Ovale törədən malyariyada 14-20 gün (orta hesabla 14 gün) və dördgünlük malyariyada 25-35
gündür (orta hesabla 30 gün).
1 nömrəli Bakı Tibb Kolleci
104
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Malyariya tutması titrətmə ilə başlanır, sonra xəstənin hərarəti yüksəlir (39°C-40°C və bir az da
artıq). Baş ağrıları və yanğı hissi başlayır, sonra xəstə tərləyir və bir neçə saatdan sonra onun hərarəti
birdən-birə düşür.
Xəstəliyin əvvəlində tutmalar, qaraciyərdən merozoitlərin bir neçə gün ərzində müxtəlif vaxtda qana
daxil olması nəticəsində gündə qeyd edilir. Tezliklə tutmalar dövru şəkil alır: üçgünlük malyariyada
günaşırı (hər 3-gün), dördgünlük malyariyada iki gündən bir (hər IV gün). Tropik malyariyada tez-tez uzun
tutmalar baş verir (eyni zamanda müxtəlif yaşlı plazmodilərin inkişafı nəticəsində).
Malyariya ilə ilk dəfə xəstələndikdən sonra erkən, sonra isə gec residivlər baş verir. Malyariyaya
bütün insanlar həssasdırlar. İmmunitet hər növ törədiciyə qarşı əmələ gələrək zəif və az müddətlidir. Ona
görə də malyariya ilə hər dəfə yoluxmaqla təkrarən xəstələnmək mümkündür.
Qan köçürmə və ya hemoterapiya nəticəsində baş vermis malyariya əvəllər hərarətin bir qədər
yüksəlməsi ilə özünü göstərir, sonralar bu xəstəliyə xas olan tutmalar qeyd edilir. Malyariyanın bütün
formalarında kliniki sağlam adamlarda parazit gəzdirmə qeyd edilə bilər.
Malyariyaya görə endemik olan rayonlarda xəstəliyi dəfələrlə keçirmiş adamlar arasında hərarətsiz
parazit gəzdirmə daha çox qeyd edilir.
İnfeksiya mənbəyi:
Malyarya xəstəliyinin yeganə invaziya mənbəyi qanında parazitin cinsi
formaları olan (xəstə və ya parazit gəzdirən) insanlardır. Bunlardan da Anopheles ağcaqanadı yoluxaraq
bədənlərində parazitin cinsi inkişafı keçirdikdən və bu inkişafın son məhsulu olan sporozotlar əmələ
gəldikdən sonra onları sağlam şəxslərə yoluxdururlar. Qısa inkubasiya dövrlü 3 günlük malyariya zamanı
xəstə yoluxduqdan 15 gün sonra, uzun inkubasiyalı 3 günlük malyariyadan sonra isə ancaq 9-11-ci aylardan
sonra ağcaqanadların mənbəyi ola bilər; 4 günlük malyariyada insan yoluxduqda 40-45 gün sonra
ağcaqanadları yoluxdura bilər; tropik malyariya zamanı isə yoluxduqdan 24-25 gün sonra ağcaqanadlar
üçün invaziya mənbəyi ola bilər. Tropik malyariyada əvvəlki iki növ malyariyadan fərqli olaraq qematosid
gəzdirən xəstələrin əksəri yoluxmadan 8-10 ay sonra parazitdən azad olunurlar.
Yoluxma mexanizmi:
İnsanın yoluxması malyariya parazitləri olan ağcaqanadların dişləməsi
nəticəsində, xəstə və ya parazit gəzdirən donorun qanı köçürüləndə baş verir. Ana bətnində olan döl
malyariyalı (və ya parazit gəzdirən) anadan da yoluxa bilər. İnfeksiya Anopheles cinsinə mənsub olan dişi
ağcaqanadlar vasitəsilə, onların bədənində parazitin cinsi inkişafından sonra keçirilir. Ağcaqanadlarda
sporozoitlərin (cinsi inkişafın son məhsulu) inkişafı 7-14 gün çəkir. Sporozoitlər dişi ağcaqanadın
tüpürcək vəzlərində 1,5-2 aydan çox qalmır.
Epidemioloji xüsusiyyətləri:
Bu və ya başqa ərazidə malyariyanın yayılması müxtəlif növ
parazitlərin bioloji xassələrindən, keçirici Anopheles ağcaqanadlarının bioloji və ekoloji
xüsusiyyətlərindən və xarici mühit amillərindən (havanın temperaturu, göl və gölməçələrin olması və s.)
asılıdır.
Malyariya xəstəliyinin davam müddəti törədicinin növündən asılıdır. 3 günlük (hər iki forma)
malyariyanın törədicisi orqanizmdə 2-2,5 ilə qədər qala bilər (yoluxma baş verdikdən sonra). Bu müddət
ərzində xəstəlikdə residivlər baş verir. Məlum olduğu kimi xəstəlik ən çox yayın axırında qeyd edilir,
sentyabr ayında maksimuma çatır. Xəstələrdə klinik əlamətlər çəkiləndən sonra (öz-özünə və ya müalicə
nəticəsində) 2-2,5 ay müddətində ilkin residivlər baş verir. Residivlər dalğası qurtarandan sonra
xəstələrin yarısı müalicəsiz də sağalır, qalan yarısında 5 ay davam edən latent dövrü başlanır, bu dövr qış
aylarına düşür. Sonrakı ilin martından avqustuna kimi (8-13 ay yoluxmadan sonra) gec, yubanmış residivlər
baş verir, bunlar ən çox may ayında qeyd edilir. Residivlərin başlanması təbiətdə, keçiricilərin fəal
dövrünə təsadüf edir. Payızda residiv tutmaları az qeyd edilir. Malyariyanın davamlı ocaqları hər il xəstəlik
baş vermis ərazilərdə saxlanılır.
Malyariyanın yoluxdurucularına gəlincə, qeyd etmək lazımdır ki, Rusiyada bunların 9 növü,
Azərbaycanda 7 növü qeyd edilir: 1)A.obifurcatus; 2)A.maculipennis; 3)A.superpiktus; 4)A.plumerm;
5)A.hurcanus; 6)A.pulcherrinis və s. Onların epidemioloji cəhətdən ən əhəmiyyətlisi A.maculipennis-
dir. Bu ağcaqanad növü geniş yayılmışdır. Ağcaqanadlar daldalandığı yerdən hava qaralandan sonra
1 nömrəli Bakı Tibb Kolleci
105
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
çıxaraq qidalanmaq üçün insanların üzərinə qonur və qan sorurlar, sonra isə külək tutmayan yerdə
oturaraq sorduğu qanı həzmə verirlər, ondan sonra ağcaqanad su hövzəsinə gedib yumurta qoyur.
Profilaktika və mübarizə tədbirləri:
Malyariyaya qarşı mübarizə tədbirləri dövlət
əhəmiyyətli tədbirlər sırasına daxil edilərkən planlı surətdə aparılır. Dövlət planına əsasən malyariya ilə
mübarizə səhiyyə idarələri, təsərrüfat təşkilatları və əhaliyə həvalə edilmişdir.
Müasir dövrdə bizim ölkədə malyariyanın profilaktikasında aparılan tədbirlər aşağıdakılardan
ibarətdir.
Mübarizə tədbirləri əsasən 5 hissədən ibarətdir:
1. Malyariya ilə xəstə və parazit gəzdirənləri aşkar etmək üçün epidemioloji nəzarət, ocaqların
epidemioloji müayinəsi;
2. Malyariya ilə xəstə və parazit gəzdirən tapıldıqda tədbirlər (xinosit və ya xloridin, delaqil və
primaxinlə etiotrop və residivlərə qarşı müalicə; kimyəvi profilaktika; dispanser müşahidəsi);
3. Malyariya keçiriciləri üzərində müşahidə və onlara qarşı mübarizə;
4. Anofilogen göllərin əmələ gəlməsinə qarşı tədbirlər;
5. Kadrların hazırlanması.
Qeyd edilən tədbirlər xəstəliyin mənbəyini zərərsizləşdirmək, ağcaqanadları qırmaq və insanları
ağcaqanadların hücumundan qorumaq məqsədi güdür.
Malyariyanın ləğv edilməsindən sonra onun yenidən baş verməsinin və yayılmasının qarşısını
almaq məqsədilə xəstələrin erkən aşkar olunması və onların vaxtında və tam müalicə edilməsi xüsusilə
mühüm yer tutur.
Bu məqsədlə vaxtaşırı həyətlər üzrə yoxlamalar aparılır, aşkar edilmiş hərarətli və malyriyaya
şübhəli şəxslərdə mütləq malyariyaya görə müayinə edilməlidirlər. Aşkar edilmiş malyariyalı xəstələr və
ya parazit gəzdirənlər mütləq xəstəxanada müalicə edilməlidirlər. Xəstələr tam müalicə edildikdən sonra
dispanser müşahidəsində saxlanılmalıdırlar.
Malyariyanın endemik ocaqlarına gedən şəxslərə profilaktik məqsədlə kimyəvi preparatlar verilir.
Çox vaxt bu məqsədlə delagildən, xloridindən, tindurindən və başqalarından həftədə bir və ya iki dəfə
istifadə edilir. Əgər axırıncı yerli xəstədən 2 il ərzində xəstəlik baş verməzsə, ocaq sağlamlaşdırılmış
hesab edilir.
Malyariyaya qarşı mübarizədə anofelogen su mənbələrindən müayinəsi keçiricilər üzərində
müşahidə və onlara qarşı mübarızə tədbirləri aparılmasının böyük əhəmiyyəti var. Bu işlər su
hövzələrinin pasportlaşdırılmasından başlanır. Bütün su hövzələri üçün pasport doldurulur.
Ağcaqanadlarla mübarizə üçün 3 cür tədbir həyata keçirilir: a)ağcaqanadların inkişaf etdikləri su
mənbələrinin ləğv edilməsi; b)su hövzələrində onların sürfələrinin məhv edilməsi; v)qanadlanmış
ağcaqanadların qırılması. Bu məqsədlə xırda və böyük hidrotexniki işlər görülür. Xırda hidrotexniki
tədbirlər yaşayış məntəqəsində və onun 3 km ətrafında xırda su gölməçələrinin qurudulması və ya oradan
suyun axıdılması, kiçik çay və arxların kənarlarının bitkilərdən və lildən təmizlənməsini nəzərdə tutur.
Böyük hidrotexniki tədbirlər zamanı ərazinin suyunun axıdılması ilə qurudulması nəzərdə tutulur.
Ağcaqanadların sürfələrini məhv etmək üçün kimyəvi zəhərlərdən, neftdən. Çəltik sahələrinin
fasiləli sulanması, su hövzələrinə qambuziya balıqlarının buraxılmasından istifadə edilir. Ondan əlavə
təmas inseksidlərindən də istifadə edilir. Qanadlanmış ağcaqanadlarla mübarizə üçün yaşayış yerlərində
dezinseksiya aparılır.
Ağcaqanadlardan qorunmaq üçün pəncərələr torla bağlanır, miçətkənlərdən və repelentlərdən -
ağcaqanadları hürküdən vasitələrdən istifadə edirlər.
Hal-hazırda malyariyanın profilaktikasında xaricdən xəstəliyin gətirilməsi qarşısının alınmasının
böyük əhəmiyyəti vardır.
Malyariyaya qeyri-sağlam ölkələrdən gələnlər CEM-in parazitoloji şöbəsində və yaşadığı ərazi
poliklinikasında xüsusi jurnallarda qeydə alınırlar. Belə şəxslərin gəlməsi haqqında məlumatı GEM
portların sanitar kontrol şöbələrindən alır. Sənədlər CEM-ə göndərilir. Ocaqda xəstəni əhatə edən
|