İnkubasion dövr:
1-5 gündür. İnfeksiya mənbəyi kənd təsəsrrüfatı heyvanları, quşlar bə basil
gəzdirənlərdir. Ən çox quşlar (göyərmin, qarğa) yoluxurlar. Heyvanlardan isə donuz, iri buynuzlu
heyvanlar yoluxurlar.
Yoluxma mexanizmi tetal, oraldır
. Yoluxma yolu qida (ət və süd məhsulları, meyvə- tərəvəz)
su yolu ilə yayılırlar. Bəzən təmas yolu ilə də yoluxmaq mümkündür.
Epidemioloji qanunauyğunluq
. Əsas etibarı toyuq əti istifadəsində çox təsadüf edilir.
Xəstəlik yay, payız aylarında olur.
Profilaktika mübarizə tədbirləri
. Bunun üçün baytar-sanitar tədbirləri gücləndirmək lazımdır.
Bu məqsədlə xəstə və heyvan və quşları müalicə edirlər, ya da məhv edirlər. Bundan əlavə, heyvanların
qidasına xüsusi fikir verməlidirlər. Heyvan və quş kəsilən müəssisələrdə sanitar-gigiyenik qaydaların
yerinə yetirilməsinə diqqət ayırmaq lazımdır. Qida müəssisələrində işləyənlər kampilobakterioza
yoluxubsa, sağaldıqda 1 ay dispanser müşahidəsində olmalıdırlar. Xəstəxanadan evə yazılmazdan əvvəl
2 dəfə bakteroloji müayinənin cavabı mənfi olmalıdır.
1 nömrəli Bakı Tibb Kolleci
79
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 37
Tibbi parazitologiya. Helmintologiya haqqında anlayış
Parazitlərin bioloji xüsusiyyətlərindən və onların yoluxma yollarından asılı olaraq 3 əsas qrupa aid
edilir.
Geohelmintozlar, təmas (kontagioz) və biohelmintozlar
Təbii iqlim amillərinin və sosial iqtisadi şərtlərin məcmuyu helmintozların tropik və subtropik
iqlim qurşaqlarında daha çox yayılmasını aid edir. Lakin, bununla yanaşı inkişaf etmiş ölkələrdə
xəstələnmə faizi daha çox aşağıdır. Helmintozlar üçün xəstəliyin yavaş inkişaf etməsi bəzən
uzunmüddətli kompensasiyası ilə müşayət olunan xronik xəstəlikdir.
ÜST ekspertlərinin fikrincə insan orqanizmində helmintozlarının fərdlərinin sayı adətən artmır.
Bu isə, helmintozları virus, bakterial xəstəliklərdən və mikozlardan xeyli fərqləndirir.
Patoloji prosesin inkişafına törədicinin orqanizmə daxil olma yolu və dəridən insan orqanizminə
helmintin adaptasiya dərəcəsi parazit populyasiyasının sıxlığı yanaşı gedən “sahibin” vəziyyəti ilə bağlı
olan digər amillər təsir göstərir.
Helmintlərin bir çox növlərində parazitlik etmək üçün ən xoşa gələn yol həzm yollarıdır. Bu zaman
hər bir növ onun müəyyən şöbələrində lakolizasiya edir. Askaridlər, ankilotuzlar, enli lentcə, nazik
bağırsağın proksomal şöbələrində onun aşağı 1/3 hissəsində.
Tükbaşqurd
– yoğun bağırsaqda yerləşir. Törədicinin boşluq və toxuma helmintozlara aid edilir.
Kəskin mərhələdə miqrasiya edən sürfənin antigenlərinə qarşı ümumi allergik reaksiya ilə şərtlənən
patoloji dəyişiklər üstünlük təşkil edir. Xronik mərhələdə inkişaf edən pozğunluqların və onunla bağlı
yaranan klinik təzahürlərin xarakteri müəyyən dərəcədə qidalanmanın sayı ilə təzahür olunur. Bu
mərhələdə metobolik cəhətdən dəyərli maddələrin, zülalların, yağların, karohidratların, vitaminlərin,
mineral maddələrin parazitlər tərəfindən udulma şərtlərin normal tənzimlənməsinin və bağırsaqda qidanın
pozulma nəticəsində sahib orqanizmdə mübadilə proseslərinin dəyişilməsi baş verir.
Orqan və sistem zədələnmələrinin xüsusən də helmintozlar zamanı ən vacib səbəblərdən biri
immun zədələnmə sayılır. İmmun cavabın stimulizasiyası ilə yanaşı helmintlər immun – supressiv təsir
göstərir. Bağırsağa sestozlar bir çox hallarda simptomsuz keçir. Yalnız yetkin buğumların defakasiya
zamanı və özbaşına xaric edilməsi şəklində təzahür edir.
Helmintozların təsnifatı.
Helmintozları törədən qurdların çoxluğu bu xəstəlikləri təsnif etmək
zərurətini doğurur. Helmintozların təsnifatı törədicilərin marfologiyasına və epidemioloji
xüsusiyyətlərinə əsasən tərtib edilmişdir. İnsanda helmintlərin əsasən 2 tipi parazitlik edir. Yastı qurdlar
və girdə qurdlar (dairəvi və ya yumru) qurdlar. İnsanda daha tez-tez rast gələn helmint növləri aşağıdakı
siniflərə aid edilir. Termatodlar və ya sorucular. Sestodlar və ya letşəkilli qurdlar. Nematodlar və ya girdə
qurdlar.
Beləliklə, bütün helmintlər 3 sinfə bölünür:
1. Trematodozları törədən sorucu qurdlar
2. Sestadozları törədən lentvari qurdlar
3. Nematodozları törədən qurdlar
Geohelmintozların
törədiciləri düz yolla aralıq sahibsiz inkişaf edir. Onların yumurtaları
əsasən torpaqda yetişir və insanın yoluxması invazion yumurtaları və ya sürfələri udmaqla ya da fəal
sürətdə onların dərisini deşib keçməsi baş verir. Geohelmintlərə askarida, tükbaş, bizquyruq aiddir. Bu
helmintlər yoluxmuş insan başqaları üçün bilavasitə təmas yolu ilə yoluxma mənbəyi deyildir
(bizquyruqdan başqa).
Biohelmintozların
törədiciləri bir və ya bir neçə ara sahibin iştirakı ilə inkişaf edir. İnsanın bu
helmintlərə yoluxması orqanizmdə sürfə olan ara sahibdən qida kimi istifadə etdikdə və digər yollarla
baş verir. Yoluxma xəstə heyvanlarla təmas zamanı yumurtaları udmaqla baş verir.
1 nömrəli Bakı Tibb Kolleci
80
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Biohelmintozlara bütün sorucular, lentşəkilli qurdlar və bəzi girdə qurdlar aiddir. Biohelmintlər arasında
cirtdan zəncir qurdu xüsusi yer tutur ki, onun inkişafı həm ara sahiblə, həm də onsuz gedir. Ona görə də
himenolipedoz təmas yolu ilə də xəstədən sağlama yoluxur. Beləliklə təmas yolu ilə keçən helmintozları
ayrıca bir qrup halında ayırmaq olar. Onlara enterebioz, himenolipedoz və sisti – serkoz aiddir.Helmintlər
insan orqanizminin demək olar ki, bütün üzv və toxumalarında parazit həyat keçirir. Prinsipcə bütün
helmintlərin inkişaf dövrü yumurta, sürfə - imoqo sxemi üzrə gedir. Parazitin imoqo- forması-son
definitiv sahibin bədənində qalır. Propaqotiv formaları, yumurta və sürfələri və ya xarici mühitdə, ya da
aralıq əlavə sahibin orqanizmində invaziv formaya qədər inkişaf edir.
Nemotodozlar
iki cinslidir: erkək və dişi. Sestodozlar və trematodozlar və hermofroditdir.
Nematodozlarda xüsusi əzələ, həzm, sinir, ifrazat və cinsi orqanlar sistemi inkişaf etmişdir. Onlar əsasən
həzm sisteminin xəstəliklərini törədirlər. Sestodozlar baş və bədən hissələrindən ibarətdir. Başdan uzaq
olan buğumlar helmint yumurtası ilə dolu olur. Parazit baş tərəfi ilə burada olan yarıqlar, qarmaqlar və ya
sormaclar vasitəsi ilə bağırsağın divarına rəbt olur.
Sestodozlar
qan-damar və tənəffüs sistemlərindən məhrumdur. Trematodozların morfoloji
cəhətdən quruluşu digər qrup helmintlərə nisbətən sadədir. Onların həzm sistemi primetiv olub
bədənlərinin ön hissəsində 2 sormac vardır. biri ağız dəliyini əhatə edir, o biri isə qarın hissəsindədir.
Sorucu parazitin sahibindən yapışması üçündür.
Helmintlər bir sıra ardıcıl inkişaf tsikli keçirir. Bu zaman cinsi yetkin formalar əsas sahibin
orqanizmində parazitlik edir. Qeyri-yetkin formaları isə ətraf mühitdə inkişaf edir. İnsan həm əsas, həm
də aralıq sahib ola bilər İnkişaf tsikli insanın iştirakı olmadan başa çatması mümkün olmayan helmintlər
helmintoantroponozların törədicilərinə aiddir. İnsandan asılı olmadan mövcud olan helmintlər
helmintozların törədicilərinə aiddir.
1 nömrəli Bakı Tibb Kolleci
81
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 38
Trematodlar sinfi: Opistorxoz, Fassiolyoz
Helmintlər çoxhüceyrəli parazit orqanizmlər olub, Scolecidlərə aiddir. Skolesidlər 2 tipə bölünür:
¾ Yastı -Plathelminthes ¾ Girdə -Nemathelminthes Yastı qurdlar tipinə aiddir: ¾ Trematodlar və ya
sorucular sinfi ¾ Sestodlar və ya lentvari qurdlar sinfi Girdə qurdlar tipinə Nematodlar (girdə qurdlar)
sinfi aiddir. Sestodlar sinfi lent qurd və teniyalara bölünür. Sxematik olaraq insan orqanizmində tez-tez
rast gələn helmintləri belə təsvir etmək olar: Trematodlar (sorucular) sinfinin nümayəndələri kiçik ölçülü,
yastı lanset və ya yarpaqşəkilli bədən quruluşuna malikdirlər və buğumları yoxdur. Bütün nümayəndələri
biohelmintdir. Trematodların çox hissəsi hermafroditdir. Parazitlərin 2 sormacı var. Onlardan biri ağız
boşluğunu, ikincisi isə qarın boşluğunu əhatə edir. Qarın sormacı tutma orqanı olub, qidalanmaya aidiyyəti
yoxdur (buna görə də termatodları ikiağızlılar adlandırmaq düz deyildir). Trematodların törətdikləri
xəstəliklərə trematodozlar deyilir. İndi isə trematodların nümayəndəsi olan opistorx barədə qeyd edək.
Opistorx (Opisthorchis felineus)
1884-cü ildə ilk dəfə Sibirdə pişikdə tapılıb. Buna görə
də pişik və ya Sibir sorucusu adlandırılıb.1891-ci ildə isə Vinoqradov insanda aşkar edib. Opistorxun
bədəni lansetşəkilli olub, 1 sm-ə qədər uzunluqdadır. Bədənin ön hissəsində 2 sormacı, arxa hissəsində
2 iri 4 və ya 5- qanadlı toxum kisəsi vardır. Orta hissəni tünd rəngli uşaqlıq tutub və içərisi yumurta ilə
doludur. Yumurta solğun-sarı və ya bozumtul rəngli olub, uzunluğu 26-30 mkm-dir. Yaxşı görünən
nazik qişası var. Bir qütbündə qapaqcıq görünür. Həyat dövrəsi Opistorx (yunanca opisthen-arxada,
orchis- toxumluq deməkdir) insanın, itin, pişiyin, donuzun və vəhşi heyvanların qaraciyərində, öd
kisəsində və mədəaltı vəzdə parazitlik edir. Bu helmintin yumurtası bağırsağa ifraz olunur və oradan
da nəcislə ətraf mühitə düşür. Onların növbəti inkişafı ancaq su hövzələrində mümkündür. Su
ilbizlərinin (Bithyna) bədəninə düşən (yumurtanı udduqda) yumurtadan sürfələr – serkarilər inkişaf
edir. Bu inkişaf 2 aya qədər çəkir. Sonra serkarilər ilbizi tərk edərək suya düşürlər və aktiv surətdə karp
balıqlarının bədəninə daxil olurlar. Burada onların əzələsində invazion sürfəyə - metaserkariyə
çevrilirlər. Metaserkarilər qişa ilə örtülü olur. Sürfənin ölçüsü 0,23-0,37 mm olur. Metaserkarilər insan
üçün 6 gündən sonra yoluxucu olur. İnsan çiy, kifayət qədər termiki emal olunmamış, az duzlanmış
balıqdan qəbulu yoluxur. İnsan bağırsağında sürfə qişadan azad olur, ümumi öd və pankreas axacağı
ilə qaraciyərə, öd kisəsinə, mədəaltı vəzə daxil olur. Bir aydan sonra parazit cinsi yetkinliyə çatır və
yumurta ifraz etməyə başlayır. Opistorx insan orqanizmində bir neçə il parazitlik edə bilər. Klinik
şəkli. Opistorx insanda opistorxoz xəstəliyi əmələ gətirir. Patogenezin əsasını allergiya yaradan
sensibilizasiya, xüsusən xəstəliyin erkən dövründə mədə-bağırsaq sisteminə reflektor təsir, öd
yollarının mexaniki zədələnməsi, axacaqların parazitlə tutulması nəticəsində öd durğunluğu təşkil edir.
Opistorxozun erkən mərhələsi yoluxmuş balıq qəbulundan 2-4 həftə sonra başlayır. Bu zamaz ümumi
allergik reaksiya, temperaturun qalxması, baş, əzələ, oynaq ağrıları, qaşınan dəri səpkiləri,
astmatik bronxit, limfa düyünlərinin böyüməsi müşahidə edilir.
Növbəti (xroniki) mərhələdə sağ qabırğaaltı və epiqastral nahiyyələrdə müxtəlif irradiasiyalı
ağrılar, qaraciyər və öd kisəsinin böyüməsi, qaraciyər, öd yolları, mədəaltı vəzi, mədə zədələnməsi
simptomları, sinir sisteminin funksional pozğunluğu müşahidə edilir.
Diaqnoz.
Öddə, duodenal mayedə, nəcisdə opistorx yumurtasının tapılmasına əsaslanır. Nəcis
müayinəsində Qoryaçev, Kato üsullarından istifadə edilir. Nəzərə almaq lazımdır ki, müalicədən sonra
uzun müddət opistorx yumurtası ifraz olunur. Buna görə də müalicənin səmərəliliyini bilmək üçün
kontrol analizlər 3-4 aydan sonra aparılır. Opistorxozun erkən mərhələdə (hələ nəcisdə opistorx
yumurtası tapılmayanda) dolayı əlaməti qanın eozinofiliyasıdır. Müalicə Stasionar şəraitdə xloksillə
aparılır.
Profilaktika və mübarizə tədbirləri
. Çiy, yaxşı bişməmiş balıq qəbul etmək olmaz. Əhali
arasında sanitar-maarifi işitəşkil olunmalıdır. Əhaliyə biməlidir ki, opistorx sürfələri balıq qaynadıldıqda
və ya kiçik tikələrlə qızardıldıqda (ən azı 20 dəqiqə), soyuq hisləmədə ancaq
1 nömrəli Bakı Tibb Kolleci
82
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
qurudulmuş (qaxac edilmiş) balıqdan istifadə etdikdə məhv olur. Hətta uzun müddət dondurulma sürfələri
məhv etmir.
Su nəqliyyatında işləyənlər və balıqçılar arasında, sahilboyu zonada yaşayan əhali arasında
opistorxun aşkara çıxarılması və müalicəsi məcburidir. Su hövzələri nəcislə çirklənmədən qorunmalıdır.
Yadda saxlamaq lazımdır ki, çay suyunda 0-5S temperaturda opistorx yumurtaları bir neçə ay
salamat qalır.Metaserkariləri aşkar etmək üçün skalpellə balığın beli boyu dəri yarılır, nazik əzələ qatı
kəsilir və mikroskop altında 10-20 dəfə böyüdülməklə baxılır.
Metaserkarilər təzə balıqda yaxşı təyin olunurlar, çünki bu zaman sürfələr əsas fərqləndirici
əlamətləri olan hərəkətliliklərini saxlayırlar. Yadda saxlamaq lazımdır ki, balıqda insan üçün təhlükəli
olmayan digər oxşar helmint sürfələri də aşkar edilə bilər.
1 nömrəli Bakı Tibb Kolleci
83
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 39
Fassiolyoz
İnsanda qaraciyər sorucusunun 2 növü parazitlik edir:
1. Fassiola hepatika –Adi fassiola
2. Fassiola qiqantica –Nəhəng fassiola
Adi fassiola 2-3 sm ölçülü, yarpaqvari formadadır. Nəhəng fassiola 7 sm-ə qədər ölçülü, uzunsov
formadadır. Hər ikisinin daxili quruluşu oxşardır. Bədənin ön səthində 2 sormacı vardır. Bağırsağın 2
güclü şaxə şəklində olması xarakterikdir. Toxumluqlar və yumurtalıqlar çoxşaxəlidir. Uşaqlıq çətir
şəklində olub, bədənin ön hissəsındə yerləşir.
Parazitin yumurtası iri, 130-145 mkm ölçülü, oval formadadır, qapaqcığı vardır. Sarı və ya qəhvəyi
rənglidir.
Həyat dövrəsi
. Fassiolalar iri və xırdabuynuzlu malqaranın, bəzi hallarda isə insanın
qaraciyərində, öd yollarında parazitlik edir. İnsan orqanizmində 3-5 il ömür sürür. İfrazatla xaric olan
yumurta suya düşdükdə ondan sürfə çıxır və su ilbizinin bədəninə daxil olur və inkişaf edir. Sonra sürfələr
(serkarilər) ilbizi tərk edərək suya düşür və qişa ilə örtülərək su bitkilərinə çökür. Bu vəziyyətdə onlar
2-3 ilə qədər qala bilərlər. Bu su bitkilərini yedikdə və ya göldən və digər açıq su mənbələrindən su
içdikdə insan və heyvan yoluxur. Ağızdan bağırsağa düşən sürfə qarın boşluğuna keçir. Buradan qaraciyərə
və öd yollarına daxil olur. Sürfənin ikinci keçmə yolu, qapı venası yolu - hematogen yoldur. Parazit 3-4
aydan sonra cinsi yetkin formaya çatır və yumurta ifraz etməyə başlayır. Göstərilən 2 növ fassiolanın
törətdiyi xəstəlik fassiolyoz adlanır. İnsan yoluxduqdan sonra xəstəliyin kəskin miqrasion fazası inkişaf
edir. Bu zaman temperatur yüksəlir, qarında kəskin ağrılar baş verir. Səpkilər, tənəffüsün çətinləşməsi və
boğulma hissi baş verir, qaraciyər böyüyür. Xəstəlik xronik mərhələyə keçdikdə, xəstələri qaraciyər
nahiyyəsində ağrı, ürəkbulanma narahat edir, qaraciyər adətən böyümüş olur. Laborator diaqnostika
çətindir, çünki adi zənginləşdirmə üsullarında fassiola yumurtaları üzə çıxmır. Buna görə də çökdürmə
üsulundan istifadə edir və çöküntü nümunəsi müayinə edilir. Fassiola yumurtasının nəcisin və 12 barmaq
bağırsaq möhtəviyyatının mikroskopiyasında tapılması insanın yoluxmasını hələ sübut etmir. Bu
yumurtalar heyvan qaraciyəri yedikdə bağırsaqa təsadüfən düşə bilər («tranzit yumurtalar»). Belə hallarda
heyvan qaraciyəri yeməyi qadağan etməklə müayinəni 5-7 gündən sonra təkrar edirlər. Fassiolyoz isti
iqlim olan yerlərdə, o cümlədən Azərbaycanda yayılmışdır.
Profilaktika və mübarizə tədbirləri
: Heyvanlarda fassiolyozun baş verməsinə qarşı aparılan
baytartəsərrüfat tədbirləri əsasdır. Yabanı su bitkilərinin çiy şəkildə istifadəsi, xüsusən heyvan suvarılan
yerdən su içmək qadağandır.
1 nömrəli Bakı Tibb Kolleci
84
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 40
Dikroselioz
Son illər bir sıra amillərin təsiri nəticəsində, dikroselioz, fassiolyoz kimi az rast gəlinən
helmintozlar daha çox aşkar edilməyə başlayıb. Belə ki, son iki ilə yaxın dövr ərzində laboratoriyaya
muraciət edən ambulator xəstələr arasında 17 nəfərdə dikroselioz xəstəliyinin törədicisi olan
lansetəbənzər dicrosellum (Dicrocellum Lanceatum) helmintinin yumurtaları aşkar edilib. Halbuki,
əvvəlki 10 ildə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə daxil olan statistic məlumatların
təhlili göstərmişdi ki, ölkəmizin əksər rayonlarında iri və xırda buynuzlu ev heyvanları arasında aşkar
edilən bu xəstəlik Azərbaycanda insanlar arasında qeydə alınmamışdı.
Etiologiya.
Dikroselioz xəstəliyinin törədicisi olan lansetəbənzər helminin (D.Lanceatum)
bədəninin uzunluğu 8-10 mm, eni 1,2-2,5 mm ölçüdədir. Yumurtası asimmetrik formadadır, tünd
qəhvəyi pərdə ilə əhatə olunmuşdur, bir ucunda isə qapaqcıq qeyd edilir.
Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişsir ki, D.Lanceatumun yumurtaları xaricə mühitə
nisbətən davamlıdır və -5
0
C temperaturda, buzun daxilində 6,5 ay sağlam qala bilər. -70
0
C-də onlar yalnız
36 saatdan sonra tələf olur. Təbii şəraitdə, qış aylarında, yumurtalar otaqlarda ümumiyyətlə sağlam qalır.
Müəyyən edilmişdir ki, helmintin sürfələri malyuskaların daxilində qış aylarında tələf olmur, yalnız
onların inkişafı dayanır və baharda ilbizlər qış yuxusundan ayıldıqdan sonra yumurtalarda yenidən inkişaf
davam edir.
Lakin, yüksək temperaturda lansetəbənzər helmintin yumurtaları tez tələf olur. Birləşmiş
sürfələrdə olan metaserkahilər havanın +22-32
0
C istiliyində 27-38% rütubətlilikdə və 1,5 saatdan sonra
tələf olur. Serkarilərin maksimal yaşama müddəti havanın rütubətliliyi 80 -95% olduqda 12 gündür.
Ümumiyyətlə, xarici iqlim şəraitindən asılı olaraq, ilbiz və qarışqalarda dikseliumların inkişafı və
yaşama müddəti müxtəlif olur.
Epidemiologiyası.
İnsanlar arasında dikroselioz az öyrənilmiş helmintozdur. Bu xəstəlik zamanı
invaziya mənbəyi əsasən iri və xırda buynuzlu, eləcə də digər ot yeyən ev heyvanları və çox ehtimal ki,
insandır. Helmintin əsas sahibləri kimi, həmin canlıların nəcisi ilə xaricə ifraz edilən dikkrosellum
yumurtaları əvvəlcə aralıq sahib olan yerüstü molyusklar (ilbizlər) tərəfindən udulur. İlbizlərin
qaraciyərində inkişaf edən helmint yumurtasından sürfələr (serkarilər) yetişir. Xaricə çıxmış serkarilər
(sistalar) helmintin əlavə sahibi sayılan qarışqalar tərəfindən udulur və burada əmələ gələn metaserkarilər
1-2 ay inkişaf etdikdən sonra, onlardan yoluxdurma qabiliyyətli cütlüklər yetişir. Belə qarışqalar ot, su və
s. ilə birgə əsas sahiblər (iri və xırda buynuzlu heyvanlar, eləcə də insan) tərəfindən qəbul edildikdə,
dikroseliozla yoluxma baş verir.
İnsanın və heyvanın mədəsində düşmüş metarserkarilər 5-7 gündən sonra portalqan sisteminə,
qaraciyərə və oradan öd kisəsinə keçir. Burada 7 gün inkişaf etdikdən sonra cinsi yetişmiş helmintlər
əmələ gəlir.
Beləliklə, D.Lanceatumun helmintləri bir çox xırda və iri buynuzlu otyeyən heyvanların, o
cümlədən həm vəhşi, həm də ev heyvanlarının, eləcə də insanın qaraciyərində öd axarında və öd
kisəsində yerləşərək, xəstələnməyə səbəb olur. Son sahibin orqanizmində parazitin yaşama müddəti bir
neçə (2-5) il davam edir.
Hazırda dikroselioz bir çox ölkələrdə heyvan və insanlar arasında qeyd edilir. Azərbaycanda
helmintin son sahibini əsasən otyeyən iri və xırda buynuzlu ev heyvanları, donuz, at, pişik, sünbülqıran,
ev və çöl dovşanları və başqa canlılar təşkil edir. Helmintin aralıq sahibi çoxsaylı yerüstü ilbizlər, əlavəm
sahibləri isə qarışqaların müxtəlif növləridir.
Patogenezi.
Parazitlərin qaraciyərdə, öd axarlarında, öd kisəsində yerləşməsi və onların
miqrasiyası və orqanizmin toxumalarına mexaniki təsir edir. Bununla yanaşı, onların metabolit
məhsullarının sensebilizə edici təsiri nəticəsində xəstələrdə toksiki və allergik əlamətlər baş verir.
İntensiv yoluxma nəticəsində isə orqanizmdə kəskin pozuntular, ağır dəyişiklər, hətta ölüm halları da baş
verə bilir.
1 nömrəli Bakı Tibb Kolleci
85
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Klinikası.
Müəyyən etdiyimiz 7 dikroseliozlu xəstənin hamısında qaraciyərin böyüməsi və ağrılı
olması 3 xəstədə öd yollarının diskineziyası müşahidə edilirdi. Bir intensiv yoluxmalı xəstədə bədən
hərarətinin yüksəlməsi(38-39
0
) və qaraciyər nahiyəsində tutma şəkilli kəskin ağrılar qeyd edilirdi. Digər
xəstələr isə dispeptik əlamətlərdən – iştahanın pozulması, ağzın acı və quru olması, öyümə, bəzən qusma,
eləcə də baş ağrısı və baş gicəllənməsindən şikayət edirdilər.
Diaqnostikası.
Xəstənin nəcisinin Fyulleborn üsulu ilə müayinə edilməsi nəticəsində
D.Lanceatum yumurtaları aşkar edildikdə, dikroseliumun tranzit yumurtasını müəyyən etmək məqsədi ilə
xəstənin qidalanma rasionundan heyvanların qaraciyəri kənar edilir və bundan 5 gün sonra aparılmış
təkrar koproloji müayinə də dikroselium yumurtası göstərdikdə, diaqnoz təsdiq olunur.
Laboratoriyada lansetəbənzər helmintlərin yumurtaları aşkar edilmiş 17 nəfərdən yalnız 7 -də
təkrar müayinə zamanı dikroselioz təsdiq edilmişdir.
Abşeron sakinləri olan bu xəstələrin 1-i çox mərtəbəli evdə 6-sı isə həyət evlərində yaşadıqlarını
və yay aylarında qarışqalarla daimi təmasda olduqlarını bildirmişlər. Çox ehtimal ki, onlar helmintin
sürfələri ilə yoluxmuş qarışqaları təsadüfən (qida, su və s. vasitəsilə) qəbul etmişlər.
Qalan 10 xəstənin nəcisində təkrar müayinədə yumurta aşkar olunmadığından onlarda xəstəlik
müəyyən edilməmişdir.
Müalicəsi.
Dikroseliozun Xloksil preparatı ilə (Emetin, Timolsolarsol ilə birgə),
heksoxloretanla,həmçinin Prazikvantel preparatı ilə müalicəsi mümkündür.
Dostları ilə paylaş: |