Mühazirə MÖvzu 1 Epidemiologiya fənni, üsulları və inkişaf tarixi MÖvzu 2



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix06.06.2020
ölçüsü3,39 Mb.
#31611
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   34
Epidemiologiya pdf 1N BTK


1 nömrəli Bakı  Tibb Kolleci 
174 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  18 
Ərazinin sanitar mühafizəsi 
 
Dərsin məqsədi: 
Karantin xəstəlikləri, onların ölkə ərazisinə gətirilməsinin və yayılmasının 
qarşısının alınması üzrə ərazinin sanitariya mühafizəsi qaydalarının öyrənilməsi. 
Dərsin planı: 
1. Beynəlxalq tibbi sanitariya qaydaları. 
2. MDB ərazisinin sanitariya mühafizəsi qaydaları. 
3. Sanitariya mühafizə planının tərtibi. 
Dərsin qısa məzmunu 
Ticarətin  inkişafı,  dəniz,  dəmiryol  və  başqa  nəqliyyat  vasitələrinin  meydana  gəlməsi,  müxtəlif 
ölkələr arasında əlaqələrin artması bütün dünyada epidemioloji vəziyyətin gərginləşməsinə səbəb olurdu. 
Müxtəlif yoluxucu xəstəliklərin pandemik yayılması təhlükəsini törədirdi. Ona görə də belə xəstəliklərə 
qarşı beynəlxalq sanitariya qaydalarının müəyyənləşdirilməsi fikri yarandı ki, o da tibb sahəsində müasir 
beynəlxalq əlaqələrə gətirib çıxartda. 
Ümumdünya Səhiyyə Təşkilatının  (ÜST)  bütün  üzvləri  (cənubi  Afrika respublikası, Avstraliya və 
Sinqapurdan başqa) qaydaların yerinə yetirilməsinə ciddi əməl etməyi öhdələrinə götürmüşlər. 
Qaydalar 
bütün ölkələrdən dövlət səhiyyə idarələrinin  aşağıdakı  hallarda  ÜST-ə təcili (24 saat 
ərzində) məlumat verməyi tələb edir: 
1. xəstəliklərin insanlar arasında baş verməsi (gətirilmə və ya yerli xəstələnmə  hadisələri); 
2. Sarı qızdırma virusunun ağcaqanadlarda və onurğalılarda tapılması, vəhşi və sinantrop gəmiricilərin 
taun mikrobları ilə yoluxması haqqında; 
3. yoluxmuş ərazinin sərhədlərinin müəyyən edilməsi haqqında; 
4.  xəstəliyin mənbəyi və yayılma şəraiti, xəstələrin və ölənlərin sayı, epidemiya əleyhinə aparılan 
tədbirlər haqqında; 
5. yoluxmuş rayonun infeksiyadan azad olunması  haqqında. 
ÜST alınan məlumatın tezliklə yayılması üçün məsuliyyət  daşıyır. 
“Beynəlxalq  tibbi sanitariya qaydaları”ndan (burada  yalnız taun, vəba  və  sarı  qızdırmaya tədbirlər 
nəzərdə  tutulmuşdur)  fərqli  olaraq,  “MDB  ərazisinin  sanitariya  mühafizəsi  qaydaları”  nəinki  karantin 
xəstəliklərinə (taun, vəba, təbii çiçək, sarı qızdırma), həmçinin xaricdən gətirilməsi və yayılması mümkün 
olan yoluxucu xəstəliklərə - Lass, Ebol, Marburq kontagioz virus hemorragik qızdırmaları; malyariya və 
ağcaqanadlarlə  yayılan  təhlükəli xəstəliklər (denge qızdırması, yapon ensefaliti) və s. (səpgili və qayıdan 
yatalaq, qara yara, bruselyoz, dabaq, manqo, melioidoz, quduzluq, psittakoz) aiddir. 
Qaydalar digər ölkə və ərazilərdən yuxarıda qeyd edilən xəstəliklərin gətirilməsinin qarşısını almaq 
üçün MDB ərazisinin sanitariya mühafizəsinin ümumi dövlət tədbirlər sistemidir. Qeyd  etmək lazımdlr 
ki, MDB ərazisinin sanitariya mühafizəsi profilindən, yerləşməsindən  və s. səbəblərdən asılı olmayaraq 
bütün müalicə-profilaktika və sanitariya-epidemiya əleyhinə mübarizə idarələrinin əsas vəzifəsidir. 
Sanitariya-karantin tədbirləri (daha doğrusu, milli səviyyədə epidemioloji nəzarət) MDB-nin  bütün 
ərazisində daim aparılır, ilk növbədə bu iş beynəlxalq dəniz və çay limanlarında, aeroportlarda, sərhədi 
keçən dəmiryol və avtomobil yollarında, eləcə də xaricdən gələn nəqliyyat vasitələri üzərində aparılır. Bu 
tədbirləri hayata keçirmək üçün dövlət sərhədindəki məntəqələrdə MDB Səhiyyə Nazirliyi yerli GEM-
lərin  nəzdində  sanitariya-karantin  şöbələri  (SKŞ  –  beynəlxalq  dəniz  və çay  limanlarında),  sanitariya-
karantin  məntəqələri  (SKM  –  beynəlxalq  aeroport  və  avtomobil  yollarında,  sərhəd  dəmiryol 
stansiyalarında) yaradır. 

1 nömrəli Bakı  Tibb Kolleci 
175 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Qaydalara əsasən, sərhədi keçdikdə SKŞ və SKM aşağıdakı tədbirləri görür: 
1.  xaricdən gələn və xaricə gedən (ancaq MDB-dən gedənlər üçün)  nəqliyyat vasitələri, heyət, sərnişinlər 
və yüklər tibbi baxışdan keçirilir, bununla yanaşı, səyahətçilər sorğu-sual edilir, lazım gələrsə, onlar tibbi 
müayinədən keçirilir; 
2.  sanitariya  sənədlərinin  olması  və düzgün  doldurulması  yoxlanılır  (peyvəndlər  haqqında  beynəlxalq 
şəhadətnamə, dəniz sanitariya bəyannaməsi, baş təyyarə bəyannaməsinin sanitariya  hissəsi, deratizasiya 
və ondan azad olmaq haqqında şəhadətnamə); 
3. karantin xəstəlikləri  ilə  xəstələnənlərin (xəstəliyə  şübhəli  şəxslərin)  aşkar edilməsi, eləcə  də təcrid 
olunması və ya tibbi nəzarətə alınmalı şəxslərin aşkar edilməsi; 
4. nəqliyyat  vasitələri,  yük və baqajın (göstəriş  olarsa)  dezinfeksiya,  dezinseksiya  və deratizasiyasının 
təşkili. 
Karantin xəstəliklərinin zoonoz ocaqlarının ləğv edilməsi üçün nəzərdə tutulan işləri SKŞ  və digər 
tibb  idarələri  əvvəlcədən  hazırlanmış  tədbirlər  planı  əsasında  aparırlar.  MDB  ərazisində  karantin 
xəstəliklərinin  gətirilməsinin  və  yayılmasının  qarşısını  almaq  üçün  sanitariya  mühafizə  planı  tərtib 
edildikdə  nəzərə  almaq  lazımdır  ki,  onlar  profilaktik  və  epidemiya  əleyhinə  tədbirlərə  ayrılmalıdır. 
Profilaktik  tədbirlər  karantin  infeksiyalarının  baş  verməsindən  əvvəlki  dövrdə  aparılır.  Epidemiya 
əleyhinə tədbirlər MDB ərazisinə karantin infeksiyasının gətirildiyi və yayıldığı dövrdə aparılır. Tədbirlər 
kompleks  planlaşdırılmalıdır.  Onların  həyata  keçirilməsində  iştirakı  lazım  olan  bütün  tibb  və  kənar 
idarələr nəzərə alınmalıdır. Hər tibb idarəsi karantin infeksiyalarının salamatlıq dövrü və xəstəliyin ölkə 
ərazisinə gətirilməsi dövrünə uyğun operativ plan tərtib edir. Bu planlar müəssisənin rəhbəri tərəfindən 
təsdiq  edilir və GEM-lə  razılaşdırılır.  GEM bütün karantin tədbirlərinin təşkil  edilməsi  və aparılmasını 
həyata keçirməyə məsuldur. 
Bəzi hallarda qrupşəkilli və təkrari xəstəliklər zamanı müvafiq ölkənin icra orqanları və  ya səhiyyə 
orqanlarının təqdimatına əsasən karantin – əksepidemik, gigiyenik və inzibati tədbirlər kompleksi qoyulur 
ki, bu da infeksiyanın ocaqdan kənara çıxmasının qarşısını alır. Bu qərar SN ilə razılaşdırılır. 
Karantin qoyulan andan əksepidemik, müalicə işinə rəhbərlik və  bütün  fəaliyyət  növlərinin təşkili 
müvəqqəti  fəaliyyət  göstərən  orqana  –  Sanitar  Əksepidemik  Komissiyaya  (SƏK)  verilir.  SƏK-  nın 
vəzifələri  müxtəlifdir.  Bunlara təşkilati  tədbirlər,  əksepidemik  və  müalicə  işi  daxildir.    Bundan  başqa, 
karantin zonasından  çıxan bütün nəqliyyat magistrallarında müvəqqəti  sanitar-nəzarət və nəzarət-buraxılış 
postları təşkil olunur. Onları DİN orqanları ilə birlikdə yerli səhiyyə orqanları, Rabitə Nazirliyinin, mülki 
aviasiyanın tabeçiliyində olan tibb müəssisələri yaradırlar. 
Bütün  əksepidemik tədbirlər yoluxucu xəstəlik ocağının ləğv edilməsinə qədər aparılır. Karantinin 
götürülməsi  icra  orqanlarının  rəyi,  dövlət  subyektlərinin  qərarı  ilə  həyata  keçirilir.  Bu  qərar  səhiyyə 
orqanlarının təqdimatı əsasında qəbul olunur. 

1 nömrəli Bakı  Tibb Kolleci 
176 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  19 
Qrip xəstəliyinin profilaktikası 
 
Dǝrsin  mǝqsǝdi: 
Nǝzǝri  dǝrslǝrdǝ  qrip  vǝ  kǝskin  respirator  xǝstǝliklǝrindǝn  alınan  biliyin 
möhkǝmlǝndirilmǝsi.  Qrip  xǝstǝliyinin  artması  dövründǝ  sǝnaye  müǝssisǝlǝrindǝ  aparılan  profilaktik 
tǝdbirlǝrlǝ tanışlıq. Qripin intranazal immunizasiyası ilǝ tanışlıq. 
Dǝrsin planı: 
1.  Qrip vǝ yuxarı tǝnǝffüs yolunun kǝskin xǝstǝliklərinin epidemioloqiyası vǝ profilaktikasının 
öyrǝnilmǝsi. 
2. Sǝnaye müǝssisǝlǝrindǝ qrip xǝstǝliyi artan fǝsillǝrdǝ aparılan tǝdbirlǝrlǝ tanışlıq. 
3. Qripǝ qarşı peyvǝnd apararkǝn tǝlǝbǝlǝriniştirakı. 
Dərsin qısa məzmunu - 
Qrip vǝ kǝskin respirator  xǝstǝliklǝr /KRX/  insanlar arasında  ǝn  çox 
yayılmış infeksion xǝstǝliklǝrdəndir. Epidemioloji nöqteyi-nǝzǝrdǝn qrip KRX–dǝn böyük epidemiyalar 
vermǝsi ilǝ fǝrqlǝnir. 
Qrip  epidemiyaları olmayanda  KRX qrip  xǝstǝliyindǝn 5-10  dǝfǝ yüksǝk  olur.  KRX-  paraqrip 
virusları, adenoviruslar, renoviruslar vǝ s. infeksion agentlǝri törǝdir. 
Qrip  vǝ  KRX-ǝ  qarşı  profilaktiki  tǝdbirlǝr  hǝmişǝ  aparılır.  Xüsusǝn  dǝ  xǝstǝliklǝrin  yüksǝlişi 
zamanı  tǝdbirlǝr  güclǝndirilir.  Hǝmin  tǝdbirlǝrin  müxtǝlif  ǝhali  qrupları  arasında  tǝşkilinin  (uşaq 
kollektivlǝri, müalicǝ müǝssisǝlǝri, mǝktǝb, sǝnaye müǝssisǝlǝri vǝ s.) öz xüsusiyyǝtlǝri var. 
Bu  tǝdbirlǝr  aşağıdakılardır.  Qrip  vǝ  KRX-i  olan  şǝxslǝr  işǝ  buraxılmamalıdırlar;  sǝnaye 
müǝssisǝlǝrində qrip alovlanmaları zamanı xǝstǝlǝrin üzǝ çıxarılması üçün sanitar  postları  tǝşkil edilir. 
Sǝhiyyǝ mǝntǝqǝsinin  personalı  vǝ Qırmızı  Xaç cǝmiyyǝtinin aktivistlǝri tǝrǝfindǝn  sexlǝrdǝ  aparılan 
sistematik müayinǝlǝri zamanı xǝstǝlǝr üzǝ  çıxarılır. 
Tibbi muǝssisǝlǝrin otaqları bakterisid ultrabǝnövşǝyi lampalarla 1kv.m sahǝyǝ 1 vatt hesabı ilǝ 
şualandırmaq (BUF–15 vǝ ya BUF-30) mǝqsǝdǝuyğundur. 
Qrip alovlanmaları dövründǝ ǝstǝlǝrǝ qulluq  edǝn  tibbi  personal  ağzı  vǝ  burnu  bağlayan  4 qatlı 
tǝnzifdǝn  ibarǝt  maskada işlǝmǝlidirlǝr.  Maskaları  hǝr  4  saatdan    bir  ya  dǝyişmǝk,    ya   da ütülǝmǝk 
lazımdır. Qripli  xǝstǝlǝri  evdǝ təcrid  edirlǝr.  Kliniki  sağalmadan sonra izolyasiya qurtarır (virusların 
ifrazı  7-8  gün olur).  Müǝssisǝlǝrin  sexlǝrindǝ  lazım  olmayan  ǝşyalarla  yeri  tutmaqdan  çǝkinmǝk,  iş 
yerindǝ  havanın  tozlanması  ilǝ,  yellǝ,  temperaturun  kǝskin  düşüb-qalxması  ilǝ  mübarizǝ  aparmaq 
lazımdır.  Bu  tǝtbirlǝrin  kǝskin  respirator    xǝstǝliklǝrin  profilaktikasında  böyük  ǝhǝmiyyǝti  var. 
Mikroorqanizmlǝrǝ  öldürücü  tǝsir  göstǝrǝn  günǝş  işığının  istehsalat  yerinǝ  maksimal  keçmǝsi  üçün 
pencǝrǝlǝr tǝmiz  olmalıdır. Qriplǝ tǝkrari xǝstǝlǝnmǝ olduqda  sexlǝrdǝ  döşǝmǝlǝrin 0,5  %  -li  xlorlu 
ǝhǝngin duruldulmuş mǝhlulu ilǝ yuyulması hǝyata keçirilir. 
Qrip alovlanmaları dövründǝ büfetlǝrdǝ, zavodların  yemǝkxanalarında  mǝtbǝxt qablarını 
yuduqdan sonra isti su ilǝ yaxalayırlar, bıçaq vǝ çǝngǝllǝri isǝ qaynadırlar. 
Sanitar–maarifi işlǝri geniş aparılır. Hal-hazırda qripin profilaktikasında aktiv immunizasiyanın 
böyük ǝhǝmiyyǝti var. 
Diri vaksinlǝr monovaksin (A-2 monovaksini, B–monovaksini/) vǝ kombinǝ edilmiş vaksin (A2 
və B divaksini) şǝklindǝ hazırlanır. 
Birinci  növbǝdǝ  tibb  işçilǝrini,  ǝhaliyǝ  qulluq  edǝnlǝri,  iri  sǝnaye  müǝssisǝlǝrinin  işçilǝrini 
immünizasiya  edirlǝr.  Vaksinasiyanı  2  dǝfǝ  1  ay  fasilǝ  etmǝklǝ  aparırlar.  İmmunizasiyanın  üsulu 
intranazaldır. Peyvǝndlǝr hǝr il tǝkrar olunur. 
Aktiv  immunizasiyadan  ǝlavǝ,  qrip  xǝstǝliyinin  yüksǝlişi  dövründǝ  seroprofilaktika,  kimya 
profilaktika  vǝ interferon ilǝ profilaktika aparırlar. Qrip ǝleyhinǝ  zǝrdabı qrip virusu ilǝ immunizasiya 
edilmiş  heyvanın  qanından  hazırlayırlar  vǝ  qurudulmuş  şǝkildǝ  buraxırlar.  Zǝrdab  12  yaşdan  yuxarı 
şǝxslǝrǝ vurulur. Epidemiya dövründǝ onu intranazal yolla xǝstǝliyin birinci 2 günü, gündǝ  2 -3 dǝfǝ, hǝr 
burun  keçǝcǝyinǝ  0,25  q  dozada,  sonralar  isǝ  hǝr  3  gündǝn  bir  verilir.  Bǝzǝn  zǝrdabı  sulfanilamid 
preparatları ilǝ birlikdǝ verirlǝr. 

1 nömrəli Bakı  Tibb Kolleci 
177 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Hal–hazırda qripin profilaktikasında kimyəvi preparatlardan  remontadin,  midantandan  vǝ 
oksalin məlhəmindən istifadǝ edirlǝr. 
İnterferondan gündǝ 2 dǝfǝ, hǝr burun keçǝcǝyinǝ 5 damcı yeridirlǝr. 
Preparatdan yöluxma qorxusu olana qǝdǝr istifadǝ edirlǝr. 

1 nömrəli Bakı  Tibb Kolleci 
178 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  20 
Difteriya xəstəliyinin profilaktikası 
 
Dǝrsin mǝqsǝdi: 
Difteriya ocağının müayinə üsulunun vǝ ocağın lǝğv edilmǝsi üçün aparılan 
tǝdbirlǝrin  öyrǝnilmǝsi.  Bakterioloji  müayinǝ  üçün  ǝsnǝkdǝn  vǝ  burundan  yaxmaların  götürülmǝsi 
texnikasının vǝ Şik reaksiyasının qoyulmasının öyrǝnilmǝsi. 
Dǝrsin planı: 
1.  Difteriya ocağının epidemioloji müayinǝsi, xǝstǝ ilǝ tǝmasda olan şǝxslǝrdǝn gǝzdiriciliyǝ görǝ 
müayinǝ üçün materialın götürülmǝsi. 
2. Şik reaksiyasının qoyulma qaydası. 
3. Epidemioloji mǝsǝlǝnin hǝlli. 
Dərsin  qısa  məzmunu  - 
İnfeksiya  mǝnbǝyini  aşkar  etmǝk  üçün  rayon  GEM-indən  alınan 
mǝlumatdan  başlamaq  lazımdır.  Əgǝr  alınan  mǝlumat  düzgün  deyilsǝ  vǝ  xǝstǝnin  ǝtrafında  xǝstǝlik 
hadisǝlǝri  qeyd  olunmayıbsa  onda  infeksiya  mǝnbǝyini  epidemioloji  müayinǝ  zamanı  aşkar  etmǝk 
lazımdır. Xǝstǝlǝrdǝn başqa  difteriya xǝstǝliyindǝ infeksiya mǝnbǝyi rekonvalisentlǝr, xǝstǝliyi keçirmiş 
vǝ sağlam basil gǝzdirǝnlǝr ola bilǝr. İnfeksiya mǝnbǝyini aşkar etmǝk üçün bakterioloji müayinǝ yeganǝ 
üsuldur.  Bundan  irǝli  gǝlǝrǝk  xǝstǝ  ilǝ  təmasda  olanların  burnundan  vǝ  ǝsnǝyindǝn  götürülmüş 
materialdan yaxmalar hazırlamaq lazımdır. 
İnfeksiyanın  yayılma  yollarını  tǝyin  etdikdǝ  nǝzǝrǝ  almaq  lazımdır  ki,  difteriya  xǝstǝliyi  ǝksǝr 
hallarda hava-damcı yolu ilǝ, nadir hallarda isǝ hava- toz, təmas-mǝişǝt vǝ qida vasitǝsilǝ yayıla bilǝr. 
Mǝişǝt  yolu  haqqında  o  vaxt  şübhǝlǝnmǝk  olar  ki,  infeksiyanın  yayılmasında  müxtǝlif  ǝşyaların  rol 
oynadığı tǝsdiq edilsin. 
Uşaq müǝssisǝlǝrindǝ ocaq aşkar  edildikdǝ qrup arası izolyasiyanı vǝ ümumi oyuncaqların olmasını 
yoxlayırlar. 
Difteriyada  epidemioloji  müayinǝnin  ǝsas  elementi  xǝstǝnin  vǝ  onlarla  təmasda  olan  uşaqların 
peyvǝnd  anamnezinin  yoxlanmasıdır.  Bu  zaman  sǝnǝdlǝrə  ǝsaslanan  göstǝricilǝrdǝn  istifadǝ  etmǝk 
lazımdır. Xǝstǝ vǝ təmasda olanların peyvǝnd aldığını immunizasiya sxeminin pozulub-pozulmadığını, 
hansı doza peyvǝnddǝn istifadǝ edilməsi, preparatın seriyası, axırıncı peyvǝndlə xǝstǝlǝnmǝ arasındaki 
müddǝti aydınlaşdırmaq lazımdır. 
Ocaqda aparılan ǝks epidemik tǝdbirlǝrin dolğun yerinǝ-yetirilmǝsini yoxladıqda aşağıdaki hallar 
irǝli keçir.  Xǝstǝliyǝ  şübhǝ  olduqda  xǝstǝlǝri  diaqnostika  şöbǝsindǝ  diaqnoz  tǝsdiq  olunduqdan  sonra 
onlar  difteriyalı  xǝstǝlǝr  olan  şöbǝyǝ köçürülür.  Sağaldıqdan  sonra 2  hǝftǝ 2  gün intervalla burun  vǝ 
ǝsnǝkdǝn alınan yaxmaların  bakterioloji  müayinǝsinin  cavabı  mǝnfi olduqda xǝstǝni  stasionardan  evǝ 
yazırlar.  Əgǝr  xǝstǝ  ilǝ  təmasda  olanlara  axırıncı  müddǝtdǝ  Şik  reaksiyası  qoyulmayıbsa,  onda  4 
yaşından yuxarı uşaqlara vǝ yeniyetmǝlǝrǝ Şik reaksiyasını qoymaq mǝslǝhǝtdir. 
Reaksiyanın cavabı şübhǝli vǝ (+) olan şǝxslǝrǝ ADT preparatı ilə bir dǝfǝ ǝlavǝ peyvǝnd edirlǝr. 
Reaksiyanın cavabı müsbǝt vǝ kǝskin (+) olan şǝxslǝr 2 dǝfǝli peyvǝnd alırlar. Ocaqda dezinfeksiya işlǝri 
aparılır.  Uşaq  müǝssisǝlǝrindǝ  difteriya  olduqda  7  gün karantin  qoyulur.  Sǝhiyyǝ  nazirli  2013.10.30, 
121№  -li  ǝmrǝ  ǝsasǝn  AGDT-  vaksini  vǝ  ADT-anatoksini,  AD  anatosininden  istifadə  istifadǝ  edilir. 
(Adsorbsiya edilmiş göy öskürǝk, difteriya, tetanus). Vaksin 2 -3-4 aylığında AGDT 0,5 ml. ǝzǝlǝ daxilinǝ 
vurulur. II revaksinasıya DT ilə 6 yaşında aparılır. 18 aylığında GDT vaksini ilə aparılır. Vaksinasiya və I 
revaksinasiya poliomielit peyvəndi  ilə  eyni  vaxtda aparılır. II revaksinasıya DT ilə 6 yaşında aparılır. Bu 
zaman QPM peyvəndi və vitamin A ilə eyni vaxtda aparılır. 
AGTD vaksini ilə peyvənd apardıqda yerli və ümumi reaksiyalar baş  verirş  Yerli  reaksiya  preparat 
vurulan  yerdə  qızartı  və infiltirat  əmələ  gəlməsi  ilə  özünü  göstərir.  Ümumi  reaksiya  nasazlıqhissi  və 
hərarətin artmasi (37.5oC orta reaksiya; 38.60C və çox yüksək reaksiya) özünü göstərir. 
Nadir  hallarda  qeyri-adi  reaksiya  yaranır  (şok,  qicolma,  allergik  səpkilər).  Belə  reaksiya  baş 
verdikdə  təkrari  peyvənd  uşaq  həkimi  ilə  məsləhətdən  sonra  aparıla  bilər.  Şok  baş  verdikdə  0.03  -1 
adrenalin, kofein, kardiamin, qızdırıçı əməliyyat, oksigenlə nəfəs vermək, hormonal dərmanlar təyin 

1 nömrəli Bakı  Tibb Kolleci 
179 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
edilir. 
Difteriyanın profilaktikasında difteriya toksigen ştamlarını gəzdirənlər və xəstələrə dair aparılan 
tədbirlərin böyük əhəmiyyəti var. 
Xəstəyə  və  xəstəliyə  şübhəlilərə  difteriya  əlehinə  zərdab  vururlur:    əsnək  difteriyasının 
lokalizasiyalı  formasında 10.000-20.000 MV  zərdab,  subtoksiki  formada -40.000-50.000 MV, toksiki 
formalarda isə 50.000-120.000 MV, Qırtlaq difteriyasında 40.000-50.000 MV zərdab vurulur. 
Difteriya ocağında cari və son dezinfeksiya aparılır. 
Qab-qacağı zərəsizləşdirmək üçün onları 2 % soda məhlulunda 15 dəqiqə ərzində qaynadır  və ya 
1% xloramin məhlulunda saxlayırlar. Alt və yataq paltarı, dəsmalla 15 dəqiqə qaynatmaqla və ya 3% 
xlaramin məhlulunda 1-1.5 saat islatmaqla, üst paltarı isə deskamerada dezinfeksiya edilməlidir, Uüaq 
müəssisələrində  azqiymətli  oyuncaqlar,  kitablar  və  şəkillər  yandırılır.  Qalan  oyuncaqlar  isə  1%-li 
xloramin  məhlulunda  1  saat  muddətində  isladılır.  Divar,  döşəmə,  qapı,  pəncərə  və  mebeli  0.5%-li 
xloramin məhlulu ilə silməklə dezinfeksiya edirlər. 
 
Epidemioloji  mǝsǝlǝ 
 
Poliklinikaya xǝstǝliyin 3-cü günü yüngül nasazlıq, boğazında  ağrılardan  şikayǝtlǝri  olan  10 yaşlı 
uşaq gǝtirmişlər. Angina diaqnozu qoyulandan sonra uşağı mǝktǝbdǝn ayırdılar. Əsnǝyindǝn götürülmüş 
materialdan 2 gün sonra mitis tipli toksigen difteriya çöplǝri tapıldı. 
Epidemioloji müayinǝ zamanı müǝyyǝn edildi ki, xǝstǝlǝnmǝdǝn 4  gün  ǝvvǝl  uşaq valideyinlǝri ilǝ 
birlikdǝ  qonşu  rayona  qohumlarına  qonaq  getmişdi.  Qohumlarının  uşaqları  «angina»  ilǝ  xǝstǝ  imiş. 
Xǝstǝlǝnǝn uşağın ailǝsindǝ 3 böyük (nǝnǝsi-təqaüdçü, atası- baytar feldşeri, anası -kolxozda hesabdar) 
vǝ bir  uşaq baxçasına gedǝn 4 yaşlı qız uşağı var. Xǝstǝlǝnǝn yaşına uyğun, onun bacısı 1 il 1 aylığında 3 
dǝfǝ AGDT vaksini almışlar. Xǝstǝliyin epidemiologiyası haqqında öz fikrinizi söylǝyin, ocağı lǝğv etmǝk 
üçün nǝ etmǝk lazım olduğunu göstǝrin. 

1 nömrəli Bakı  Tibb Kolleci 
180 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
MÖVZU 21 
 
 
 
Skarlatina xəstəliyinin profilaktikası 
Dǝrsin mǝqsǝdi: 
Skarlatina ocağının epidemioloji müayinǝ üsullarının öyrǝnilmǝsi vǝ ocağın 
lǝğv edilmǝsi üçün planın tǝşkili. 
Dǝrsin planı: 
1.  Tǝlǝbǝlǝrin  sǝrbǝst  olaraq  evdǝ  skarlatina  ocağını  vǝ  ya    müǝllimin  rǝhbǝrliyi  altındǝ  uşaq 
müǝssisǝsindǝ olan skarlatinǝ ocağının müayinǝsi. Müayinǝnin nǝticǝlǝrinin təhlili. 
2. Epidemioloji mǝsǝlǝnin hǝlli 
Dərsin qısa məzmunu - 
İnfeksiya mǝnbǝyini aşkar etmǝk üçün GEM- dǝ geyd olunan hadisǝnin 
yaşayış  yerindǝn vǝ ya  onun iş yerindǝn (tǝhsil, uşaq müǝssisǝsi) alınan mǝlumatdan başlamaq lazımdır. 
Xǝstǝlik  aşkar  edilǝn  dövrdǝ,  bundan  başqa  skarlatina  infeksiyası  qeyd  edilmǝyibsǝ  onda  infeksiya 
mǝnbǝyini xǝstǝnin evindǝ vǝ ǝgǝr uşaq müǝssisǝsinǝ gedirsǝ, orada axtarmaq lazımdır. Xǝstǝ vǝ tǝmǝsda 
olan şǝxslǝrlǝ kliniki müayyinǝ vǝ sorğu aparmaq lazımdır. Əsasǝn ǝsnǝyǝ, burun- udlağa vǝ dǝriyǝ fikir 
vermǝk lazımdır. 
İnfeksiya mǝnbǝyi xǝstǝlǝrlǝ bǝrabǝr hǝm rekonvalissentlǝr, hǝm dǝ sağlam batsilgǝzdirǝnlǝrdir. 
Bu  zaman  inkubasiya  dövrünü  nǝzǝrǝ  almaq  lazımdır.  Xǝsǝtikdǝ  inkubasiya  dövrü  1  gündǝn  2  gün 
arasında  olur.  Əksǝr  hallarda  6-7  gün  davam  edir.  Xǝstǝlik  hava-damcı  yolu  ilǝ  yayılyr.  Uşaq 
müǝssisǝlǝrindǝ qruplar arası  izolyasiya rejimini  yoxlamaq lazımdır.Nadir  hallarda  skarlatina  mǝişǝt- 
təmas vǝ gida vasitǝsilǝ yayıla bilǝr. Xǝstǝ ilǝ tǝmasda olanların hamısını aşkar etmǝk lazımdır. 
Ocaqda aparılan ǝksepidemik tǝdbirlǝrin düzgün yerinǝ  yetirilmǝsinǝ  giymǝt verdiktǝ aşağıdakı 
hallar nǝzǝrǝ alınır. Skarlatinalı xǝstǝlǝri kliniki vǝ epidemioloji göstǝrişlǝrǝ görǝ hospitaliza edirlǝr. 
Bura adddir: 
1. ailǝvi yataqxanalarda  yaşayanlar; 
2.  8-yaşına qǝdǝr olan uşaqlarla, skarlatina keçirmǝyǝnlǝr, uşaq müǝssisǝsindǝ, cǝrrahiyyǝ, doğum 
şöbǝlǝrindǝ, süd istehsalında işlǝyǝnlǝrlǝ birlikdǝ kommunal evlərdǝ yaşayanlar; 
3. xǝstǝni skarlatina keçirməyǝn uşaqlardan ayırmaq imkanı olmadıqda. Qalan hallarda xǝstǝlǝri evdǝ 
təcrid edirlǝr. 
Bu  zaman  xǝstǝ  ayrı  otaqda  yerlǝşdirilir,  qab-qacağı,  dǝsmalı,  oyuncaqları  ayırmaq  lazımdır. 
Xǝstǝlǝrin təcridi 10 gün davam edir (hǝm stasionarda, hǝm dǝ  evdǝ). Xǝstǝ olan otaq  tǝmiz yığışdırılır. 
Əgǝr xǝstǝdǝ ağırlaşma olarsa onda rekonvalissensiya dövrü uzanır. Buna görǝ dǝ təcrid 25-30 günǝ qǝdǝr 
uzanır. Uşaq müǝssisǝlǝrinǝ gedǝn uşaqlar skarlatina xǝstǝliyi keçiribsǝ,  12  gün ǝlavǝ təcrid olunurlar. 
Əlavǝ təcrid uşaq müǝssisǝlǝrindǝ, cǝrrahiyyǝ vǝ doğum şöbǝlǝrindǝ, süd istehsalında işlǝyǝn, xǝstǝliyi 
keçirǝn  şǝxslǝrǝ  dǝ aiddir.  Xǝstǝ ilǝ tǝmasda  olanlar üzǝrindǝ tibbi  nǝzarǝt 7 gündür. Əgǝr  xǝstǝ  evdǝ 
izolyasiya olubsa 17 gün olur. Nǝzarǝt  zamanı  termometriya, ǝsnǝyin vǝ dǝrinin müayinǝsi nǝzǝrǝ alınır. 
Skarlatina ocağında aşkar edilǝn anqinalı xǝstǝlǝr təcrid olunmalıdırlar. 
Uşaq müǝssisǝlǝrində skarlatina xǝstǝliyi baş verdikdǝ xǝstǝ  qurupdan  çıxardılır,  qrupda  7 günlük 
karantin elan edilir vǝ uşaqlar üzǝrinǝ nǝzarǝt qoyulur. Əgǝr  qrupda tǝkrari xǝstǝlǝnmǝ halları baş verirsǝ, 
onda xǝstǝliyi keçirmǝyǝnlǝrǝ qamma-qlobulin yeridilir (3 yaşına qǝdǝr olan uşaqlara 3ml, 3-7 yaşlı zǝif 
uşaqlara 6 ml). İnfeksiyaya qarşı rezistentliyi artırmaq üçün karantin qrupların uşaqlarına vitamin C ilǝ 
vitaminizasiya aparmaq  mǝslǝhǝtdir. 
 
Epidemioloji  mǝsǝlǝ 
Uşaq  müǝssisǝsindǝ  qǝbul zamanı 4  yaşlı uşağın hǝrarǝtinin yüksǝlmǝsi  vǝ dǝrisindǝ  sǝpki aşkar 
edildi. Xǝstǝ uşağa  skarlatina diaqnozu  qoyuldu.  Uşaq evǝ göndǝrildi. Xǝstǝnin ailǝsindǝ: atası (teplovoz 
maşinistidir), anası (depo tibb mǝntǝqǝsindǝ tibb bacısıdır), qardaşı (1-ci  sinif şagirdidir) skarlatina ilǝ 
xǝstǝlǝnmǝyib. 
Xǝstǝnin evindǝ vǝ uşaq müǝssisǝsindǝ hansı tǝdbirlǝr aparmaq lazımdır? 

1 nömrəli Bakı  Tibb Kolleci 
181 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  22 
Göyöskürəyin  profilaktikası 
 
Dǝrsin mǝqsǝdi: 
Göyöskürǝk ocağının müayinǝ metodunun öyrǝnilmǝsi vǝ ocağın lǝğv 
edilmǝsi üçün tədbirlərin təşkili. 
Dǝrsin planı: 
1. Göyöskürǝyin-epidemioloji qanuna-uyğunluqlarının vǝ profilaktik prinsiplǝrinin tǝhlili. 
2. Göyöskürǝk ocağının epidemioloji müayinǝsi. 
3. Epidemioloji mǝsǝlǝnin hǝlli. 
Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin