Mühazirə MÖvzu 1 Epidemiologiya fənni, üsulları və inkişaf tarixi MÖvzu 2



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə28/34
tarix06.06.2020
ölçüsü3,39 Mb.
#31611
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   34
Epidemiologiya pdf 1N BTK


1 nömrəli Bakı  Tibb Kolleci 
189 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
haqqında yuxarı orqanlara məlumat verməli (səhiyyə və icra hakimiyyətinə), xəstəni təcili  olaraq boksda 
və ya xəstəxananın şöbəsində, ayrıca binada və ya binanın izolyasiya olunmuş hissəsində yerləşdirirlər. 
Xəstənin  izolyasiya  yerində  və  ya  sahəsində  heç  bir  şəxs  olmamalıdır.  Sahənin  özü  yaşıllıqla  əhatə 
olunmalıdır. Xəstə xəstəxanaya mütləq peyvənd almış tibb işçisi vasitəsilə müşayət olmalıdır. İşlənmiş 
nəqliyyat mütləq xəstəxananın sahəsində dezinfeksiya olunmalıdır. Şübhəli şəxslər observasiya olunur. 
Hal-hazırda xəstəliyə qarşı immunizasiya aparılmır. 

1 nömrəli Bakı  Tibb Kolleci 
190 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
MÖVZU 27 
 
 
Epidemik parotitin profilaktikası 
 
Dǝrsin mǝqsǝdi: 
Epidemioloji müayinǝ üsulunun öyrǝnilmǝsi  vǝ  epidemik parotit  ocağında 
ǝks epidemik tǝtbirlǝrin tǝyini. 
Dǝrsin planı: 
1. Epidemik parotitin ǝsas qanunauyğunluqlarının tǝhlili. 
2. Uşaq müǝssisǝsindǝ epidemik parotit ocağının epidemioloji müayinǝsi. 
3. Müayinǝnin nǝticǝlǝrinin tǝhlili. 
Dərsin qısa məzmunu - 
Epidemik parotit hava-damcı yolu ilə geniş  yayılan   virus  
etiologiyalı infeksiyadır. Əsasǝn uşaqlar, yeniyetmǝlǝr arasında olur. 
Uşaq  müǝssisǝlǝrindǝ  epidemik  parotit  ocağının  müayinǝsinǝ  aşağıdakı 
mǝsǝlǝlǝr aiddir: 
1. İnfeksiyanın uşaq müǝssisǝlǝrinǝ hansı yolla daxıl olduğunu aydınlaşdırmaq vǝ hǝmin infeksiyanın 
daxil olmasına kömǝk edǝn profilaktiki işlǝrdǝ olan sǝhvlǝri aşkar etmǝk. 
2.  Uşaq kollektivindǝ infeksiyanın yayılma dinamikasını izlǝmǝk vǝ sonrakı yoluxma zǝncirini tǝyin 
etmǝk. 
3. İnfeksiyanın bir qrupdan digǝr qruplara yayılma sǝbǝblǝrini aydınlaşdırmaq. 
4.  Gǝlǝcǝkdǝ belǝ alovlanmaların qarşısını almaq üçün tǝdbirlǝr tǝşkil etmǝk.Bu zaman parotitin 
epidemioloji xüsusiyyǝtlǝrini nǝzǝrǝ almaq lazımdır 
Xǝstǝlik  başlanandan  birinci  9  gün  müddǝtindǝ  infeksiya  mǝnbǝyi  xǝstǝlǝrdir.  Bǝzi  halarda 
inkubasiya dövrünün axırında xǝstǝ ǝtrafdakıları yoluxdura bilǝr (axırıncı 6 günü). Nǝzǝrǝ  almaq lazımdır 
ki,  infeksiya  mǝnbǝyi  tǝkcǝ  parotitin  tipik  klinik  ǝlamǝtlǝri  olan  xǝstǝlǝr  deyil,  hǝm  dǝ  tüpürcǝk 
vǝzilǝrinin  böyümǝsi  müşahidǝ edilmǝyǝn, lakin  orxit,  ciddi  meningit ǝlamǝtlǝri ilǝ  gedǝn infeksiyalı 
xǝstǝlǝr dǝ ola bilǝr. Tǝcrübǝ köstǝrir ki, infeksiyanı uşaq müǝssisǝlǝrinǝ  atipik forması olan xǝstǝlǝr 
gǝtirirlǝr,  limfadenit  diaqnozu qoyulan şəxşlər. Bǝzi hallarda isǝ  yoluxma virusgǝzdirǝnlǝrdǝn  dǝ keçə 
bilǝr. 
İnfeksiyanın  kollektivǝ  xǝstǝ  tǝrǝfindǝn  gǝtirilmǝsini  tǝyin  etmǝk  mümkün  olmadıqda  bu 
mǝlumatları nǝzǝrǝ alaraq tibbi sǝnǝdlǝr ǝsasında (uşağın inkişaf tarixi, ambulator kartası) 
«limfadenit»  vǝ  infeksiyanın  digǝr  atipik  formaları  olan  xǝstǝlǝrlǝ  infeksiyanın  yayılması  imkanını 
öyrǝnmǝk lazımdır. 
İnkubasiya  dövrü  9  gündǝn  24  günǝ  qǝdǝr,  ǝksǝr  hallarda  isǝ  16-22  günǝ  qǝdǝr  davam  edir. 
İnfeksiyanın yayılma yollarını analiz etdikdǝ nǝzǝrǝ almaq lazımdır  ki, parotit  ancaq hava-damcı yolu ilǝ 
yayılır vǝ yayılma ancaq infeksiya mǝnbǝyi olan otaqda baş verir. Bundan irǝli  gǝlǝrǝk infeksiyanın bir 
qrupdan digǝr qruplara yayılma sǝbǝbini aydınlaşdırmaq lazımdır.  Ocaqda aparılan tǝdbirlǝr  tam yerinǝ 
yetirilmǝsini yoxladıqda aşağıdakı hallar nǝzǝrǝ alınmalıdır: xǝstǝlik  başlanandan 9 günǝ qǝdǝr xǝstǝlǝr 
təcrid  olunmalıdırlar;  xǝstǝlǝr  evdǝ  təcrid  olunurlar,  ayrı-ayrı  hallarda  isǝ  hospitalizǝ  olunurlar; 
xǝstǝlǝrlǝ tǝmasda olanlar təmas başlanandan 21 günǝ qǝdǝr uşaq kollektivl ǝrindǝn izolyasiya olunurlar. 
Ocaqda cari dezinfeksiya işlǝri aparılır. 
Xəstəliyə  qarşı  spesifik  profilaktikada  2013.10.30  121№-li  Səhiyyə  Nazirliyinin  əmrinə  əsasən 
QPM  vaksinindən  istifadə  edilir.  İlk  vaksin  uşaqlara  12  aylığında  vurulur.  Revaksinasiya  6  yaşında 
aparılır. 

1 nömrəli Bakı  Tibb Kolleci 
191 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  28 
Meninqokokk infeksiyasının profilaktikası 
 
Dǝrsin  mǝqsǝdi:   
Meninqokokk    infeksiyası  ocağının epidemioloji müayinǝ üsulunun 
öyrǝnilmǝsi vǝ ocağın lǝğv edilmǝsi üçün tǝdbirlǝrin tǝşkili. 
Dǝrsin planı: 
1.  Meninqokokk infeksiyası ocağının epidemioloji müayinǝsi (evdǝ vǝ ya uşaq müǝssisǝlǝrindǝ). 
Aparılmış müayinǝnin nǝticǝlǝrinin müzakirǝsi vǝ ocaqda aparılan tǝdbirlǝrin qiymǝtlǝndirilmǝsi. 
2.  Ocaqda  tibbi nǝzarǝtin aparılmasında vǝ bakterioloji müayinǝ üçün material götürülmǝsindǝ 
tǝlǝbǝlǝrin sǝrbǝst işi. 
3. Epidemioloji mǝsǝlǝnin hǝlli. 
Dərsin məzmunu - 
Alınan mǝlumatlar ǝsasında aydın olur  ki, bu xǝstǝlik sporadikdir, yoxsa ki, 
ǝvvǝllǝr  qeyd  olunan  meninqokokk  infeksiyası  ocağındakı  xǝstǝlərdǝn  biridir.  Ocağa  axırıncı  dǝfǝ 
getdikdǝ  xǝstǝnin  ǝvvǝllǝr  qeyd  olunan  meninqokokk  infeksiyalı  xǝstǝlǝrlǝ  necǝ  ǝlaqǝdǝ  GEM-dǝn 
olduğunu aydınlaşdırmaq lazımdır (basilgǝzdirǝnlǝrlǝ). Mǝsǝlǝn: yataqxanada 1 otaqda qaldıqda, iş zamanı 
(tǝhsil zamanı) 1 otaqda olduqda vǝ s. xǝstǝnin  infeksiya mǝnbǝyi sayılan şǝxslǝrlǝ tǝmasın hansı forma 
vǝ dǝrǝcǝsini dǝqiqlǝşdirmǝk mǝqsǝdǝ uyğundur. 
Əgǝr xǝstǝnin ǝtrafında meninqokokk infeksiyası hadisǝlǝri qeyd edilmǝyibsǝ, onda onun ǝtrafında 
vaxtında  nǝzǝrǝ  alınmayan  xǝstǝlǝri  aydınlaşdırmaq  lazımdır.  Bu  zaman  meninqokokk  infeksiyasının 
müxtǝlif klinik formalarını yadda saxlamaq lazımdır. 
Bunların arasında ǝsas variantlar ayrıla bilǝr: 
1. Meninqokokk nazofarinqiti-xǝstǝliyin tez-tez tǝsadüf edilǝn forması; 
2.  Meninqokoksemiya, xarakterik ǝlamǝtlǝri temperaturun qalxması hemorragik sǝpkilǝr, nadir hallarda 
artritlǝr olur. Bǝzǝn bǝdxassǝli gedişǝ malikdir (çox kǝskin meninqokokk sepsisi, tez-tez gizli formada 
gedir); 
3. Meningitlər, meninqoensefalitlǝr-bu formalar mǝrkǝzi sinir sisteminin zǝdǝlǝnmǝsi ilǝ gedir. 
Ocağı epidemioloji müayinǝ etdikdǝ (yaşayış otaqlarında) ocağın sanitar vǝziyyǝtini, xüsusǝn dǝ 
yaşayış  otaqlarında  ǝhalinin  sıxlığını  (yataqxana,  internatda),  rütubǝtliyini,  temperaturunu  öyrǝnmǝk 
lazımdır. 
Ocaqda  aparılan  tǝdbirlǝrǝ  qiymǝt  verdikdǝ  aşağıdakıları  nǝzǝrǝ  almaq  lazımdır.  Meningit, 
meninqokokksemiyalı  xǝstǝlǝr  hospitalizasiya  olunurlar.  Kliniki  sağalmadan  vǝ burun-udlaq  seliyinin 
müayinǝsinin cavabı 2 dǝfǝ (-) olduqda  xǝstǝni evǝ yazırlar. Müayinǝni  antibiotiklǝ  müalicǝ qurtarandan 
3 gün sonra, 1-2  gün fasilǝ vermǝklǝ aparırlar.  Xǝstǝliyi keçirǝnlǝr  uşaq müǝssisǝlǝrinǝ  vǝ bağlı tǝhsil 
müǝssisǝlǝrinǝ  bakterioloji  müayinǝnin cavabı (-)  olduqdan sonra  buraxıla bilǝr.  Müayinǝ stasionardan 
evǝ yazıldıqdan  sonra  aparılır.  Meninqokokk  nazofarinqiti  olan  xǝstǝlǝri  evdǝ təcrid  edirlǝr,  elǝcǝ  dǝ 
göstǝriş  olduqda  hospitalizasiya  edirlǝr.  Bir  dǝfǝli  bakterioloji  müayinǝ  apardıqdan  sonra  onları  evǝ 
yazırlar. Xǝstǝ aşkar edilmiş uşaq mǝktǝbǝqǝdǝr müǝssisǝlǝrdǝ vǝ bağlı kollektivlǝrdǝ 10 gün müddǝtindǝ 
tibbi nǝzarǝt tǝyin edilir. Bu müddǝt ǝrzindǝ kollektivǝ yeni uşaqları, müvǝqqǝti gǝlmǝyǝnlǝri, elǝcǝ dǝ 
uşaqların bir qrupdan digǝr qrupa  keçirmǝk olar. Xǝstǝ ilǝ tǝmasda olan şǝxslǝr 2 dǝfǝ (3-7 gün fasilǝ 
ilǝ) bakterioloji müayinǝyǝ mǝruz qalırlar. Müayinǝ olunan şǝxslǝri epidemioloq tǝyin edir. 
Uşaq  mǝktǝbǝqǝdǝr  müǝssisǝlǝrdǝ  vǝ  bağlı  tǝhsil  müǝssisǝlǝrindǝ  aşkar  edilǝn  basilgǝzdirǝnlǝr 
kollektivdǝn  ayrılır  vǝ  müalicǝyǝ  mǝruz  qalırlar  (levomisetinlǝ  4  gün  müddǝtindǝ  gündǝ  4  dǝfǝ, 
basilgǝzdirǝnlik  davam  etdikdǝ  isǝ  iki  kurs  müalicǝ  eritromisinlǝ  vǝ  ya  ampisillinlǝ  aparılır).  Uşaq 
müǝssisǝlǝrindǝ ǝlverişsiz şǝrait olduqda (sıxlıq, külli miqdarda xǝstǝlǝrin olması) xǝstǝ ilǝ sıx ǝlaqǝdǝ 
olan uşaqlar mümkün qǝdǝr tez olaraq 3 ml plasentar qamma-qlobulin yeridirlǝr. Uşaq müǝssisǝlǝrindǝ 
meninqokokk  infeksiyası  baş  verdikdǝ  axırıncı  xǝstǝlik  hadisǝsindǝn  sonar  1  ay  myddǝtinǝ  bütün 
profilaktiki peyvǝndlǝr dayandırılır. 
Ocaqda cari dezinfeksiya işlǝri aparılır. 

1 nömrəli Bakı  Tibb Kolleci 
192 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
Hal-hazırda xǝstǝliyǝ qarşı kimyǝvi vaksin hazırlanıb. Buna polisaxorid vaksini (A,S qrupları) 
aiddir. 
Epidemioloji  mǝsǝlǝ 
 
1  yaş  yarımlı  uşağa meninqokokk  infeksiyası  diaqnozu  qoyulub.  Uşağın  atası-  mantyor,  anası – 
atelyedǝ işlǝyir. Qardaşı 3 yaş 2 aylıqdır, uşaq bağçasına gedir. Uşaq ailǝsi  ilǝ  fǝrdi  evdǝ  yaşayır. Ocağı 
lǝğv etmǝk üçün hansı tǝdbirlǝr görmǝk lazımdır? 

1 nömrəli Bakı  Tibb Kolleci 
193 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  29 
Qarın yatalağının və paratif A, B-nin profilaktikası 
 
Dərsin məqsədi: 
Qarın yatalağı ocağının epidemioloji müayinə yollarının öyrənilməsi. 
Ocağın ləğv edilməsi üçün tədbirlər planının hazırlanması. 
Dərsin planı: 
1. Qarın yatalağı ocağının müayinəsi. 
2. Müayinənin nəticələrinin müzakirəsi. 
3. Epidemioloji məsələnin həlli. 
Dərsin qısa məzmunu - 
Ocağı müayinə (xəstə və onun qohumları ilə sorğu, müayinə)  etməzdən 
əvvəl GEM-də olan sənədlərlə tanış olmaq lazımdır. 1-cisi, hal-hazırda şəhərdə xəstəliyin sporadik, ya da 
epidemik alovlanma şəklində olub-olmamasını təyin etmək lazımdır. Məlum olduğu kimi bu alovlanmalar 
su  ya da qida xarakteri daşıyır.Əgər  müayinə alovlanma  dövründə  aparılırsa, güman etmək  olar ki,  bu 
hadisə həmin alovlanmanın bir fraqmentidir. Buna görə həmin hadisə ilə infeksiyanın ümumi yayılma yolu 
arasında  əlaqənin  olduğunu  təyin  etmək  lazımdır.  2  -cisi,  GEM-in  yoluxucu  xəstəliklər  jurnalının  və 
gəzdiricilərin kartotekasının məlumatları əsasında xəstənin yaşayış yerində, ya da iş yerində (təhsil) qarın 
yatalağı hadisələri  və ya gəzdiricilik qeyd  olunduğunu təyin   etmək lazımdır.  Xəstənin  əhatəsində  olan 
şəxslər arasında törədici gəzdiricilərin üzə çıxarılması çətinlik törədir. Gəzdiriciliyə görə müayinə üçün 
nəcis,  sidik,  öd  bakterioloji  müayinəyə  göndərilir.  Köməkçi  üsul  kimi  Vi-hemaqqlütinasiya  reaksiyası 
qoyulur (xroniki gəzdiricilərdə Vi-antitelləri aşkar edilir). Əgər xəstənin əhatəsində olan şəxslər arasında 
gəzdiricilər  və ya xəstə aşkar edilərsə, onun infeksiya  mənbəyi kimi rol  oynadığını həmin xəstədən  və  
gəzdiricidən alınan kulturaların faqotipajı yolu ilə təsdiq etmək olar. Faqotiplərin uyğun gəlməsi, xəstə 
ilə aşkar edilən gəzdirici  arasında  əlaqənin olmasını təsdiq edir. 
Epidemioloji  analizin  məlumatlarına  əsasən  infeksiyanın  yayılma  amillərini  təyin  etmək  üçün 
laborator  müayinəyə məruz  qalan xarici  mühit obyektlərini  (1-ci  növbədə su  və ərzağın) təyin  edirlər. 
Nümunələr  seçilir  və laboratoriyaya göndərilir. Müayinənin  nəticələrinə qiymət  verdikdə aşağıdakıları 
nəzərə almag lazımdır: a) müayinə olunan obyektdən törədicilərin xaric olması həmin obyektin (məsələn, 
su, ərzaq) infeksiyanın yayılmasında  əsas amil olduğunu qöstərir; b) müayinə  olunan obyektdə törədicinin 
tapılmaması  həmin  obyektin  infeksiyanın  yayılmasında    rolu  olmadığını  göstərmir.  Çünki,  nümunə 
götürən zaman törədici olmaya da bilər, lakin yoluxma zamanı  törədici həmin obyektdə vardır;  c) pis 
sanitar  göstərici  (məsələn,  koli-titr  aşağı  olduqda)  infeksiyanın  yayılmasında  həmin  obyektin  2-ci 
dərəcəli olduğunu göstərir. 
Epidemioloji müayinənin  əsas məqsədindən biri olan infeksiyanın gələcəkdə  yayılması imkanının 
təhlilini ocağın ləğv  edilməsi üzrə tədbirlər  planını tərtib  etdikdə  nəzərə almaq lazımdı. Həmin  planda 
xəstənin  sənəti, onun  və ailə üzvlərinin şəxsi qiqiyena qaydalarına riayət etdiyini  dəqiq aydınlaşdırmaq 
lazımdır.  Evdə və işdə  xəstə  ilə  təmasda  olan  şəxslərin  siyahısı  tərtib  edilir.  Su və qida obyektləri  ilə 
əlaqəsi  olan  şəxslərə  xüsusi  fikir  verilir.  Xəstənin  və  onunla  təmasda  olan  şəxslərin  qarın  yatalağı 
əleyhinə peyvənd alıb-almadığını, ya da nə vaxt aldığını təyin edirlər. 
Ocağı  müayinə  etdikdə  onun  sanitar  vəziyyətinə,  su  mənbəyinin  yerləşməsinə,  təmizləmə 
qurğularına, ocaqda milçəklərin olmasına fikir verirlər. 
Alınan  məlumatlar əsasında ocağın ləğv edilməsi üzrə tədbirlər  planı  tərtib edilir: 
1.  xəstələri mütləq hospitalizə edirlər. Xəstəliyi keçirənləri kliniki sağalmadan 17 gün sonra evə yazırlar. 
Temperatura normalaşdıqdan sonra 5-ci, 10-cu, 15-ci gün nəcisin və sidiyin bakterioloji müayinəsi, 10-
cu  gün  ödü  də  müayinə  edirlər.  Evə  yazılmazdan  əvvəl  üç  gün  dalbadal  faq  verilir.  Stasionardan  evə 
yazıldıqdan sonra xəstəni dispanser nəzarətinə götürürlər; 

1 nömrəli Bakı  Tibb Kolleci 
194 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
2.  xəstə  ilə  təmasda  olanlar  üzərində  xəstə  izolyasiya  olan  gündən  21-23  günə  qədər  tibbi  nəzarət 
(gündəlik  sorğu  və  termometriya)  təyin  edilir.  Təmasda  olanlardan  biri  xəstələnən  kimi  onu  kliniki 
müayinə edirlər və ondan bakterioloji analiz üçün (hemokultura) qan götürürlər. 
Xəstə ilə təmasda olanlar bir dəfə, əgər onlar epidemioloji vacib olan obyektlərdə işləyirlərsə, onda 
iki dəfə bakterioloji müayinədən (nəcis və sidik) keçirlər. Özü də həmin şəxslər  müayinənin cavabı gələnə 
gədər işdən kənar edilirlər. 
Xəstə ilə əlaqədə olanlara faq verilir (təlimata əsasən). Ocaqda dezinfeksiya, milçəklər olduqda isə 
dezinseksiya işləri aparılır. 
Qarın  yatalağı  və  paratiflərə  qarşı  aktiv  immunizasiya
.  Qarın  yatalağı  və  paratifin 
spesifik profilaktikası planlı şəkildə və epidemioloji göstərişə əsasən həyata keçirilir. Planlı peyvəndə  7 
yaşından yuxarı, 60 yaşına qədər kişilər və 55 yaşına qədər qadınlar cəlb edilirlər. İmmunitetin yaranma 
müddətini nəzərə alaraq, peyvəndi mövsümi yüksəlişdən 3-4 həftə  əvvəl  aparmaq lazımdır. Ona görə də 
bir  çox  yerlərdə  peyvəndi  aprel,  may  və  iyun  aylarında,  ya  da  payız  fəslində  başlayırlar.  Peyvəndlər 
müxtəlif  sənətli  şəxslər  üçün  aparılır.  Məsələn:  qida  müəssisələrində,  su  mənbələrində,  təmizləmə 
qurğularında işləyənlər üçün, bəzi kateqoriyalı tibb işçiləri üçün və  s. 
Bundan başqa peyvəndlər o ərazinin əhalisinə vurulur ki, həmin ərazidə xəstəlik göstəricisi 100 
min  əhaliyə  10-dan  çox  olsun,  xəstəlik  göstəricisi  100  min  əhaliyə  5-dən  10-a  qədər  olarsa,  seçmə 
immunizasiya aparılır. 
Peyvəndlər  epidemioloji  göstəriş  əsasında  aparılır.  Bu  məqsədlə  spirtdə  quru  vaksinindən  və 
VİANVAK- Vi-polisaxarid duru vaksinindən istifadə edilir. Peyvənd  olunanlar   üzərində  nəzarət qoyulur 
və onlar 64 №-li formada qeydə alınırlar. 
 
Epidemioloji  məsələ 
 
Qarın yatalağı alovlanması sentyabr ayında M. fəhlə qəsəbəsində baş verib. Sentyabrın 11-dən 24-
nə kimi 33 nəfər xəstələnib. Epidemioloji müayinənin nəticəsində təyin edilib ki, xəstələnənlər arasında 
14 uşaq (4 yaşdan 16 yaşa qədər), heç yerdə işləməyən 13 nəfər şəxs (əsasən evdar qadın və təqaüdçilər) 
və  müxtəlif  müəssisə  və  idarədə  işləyən  6  nəfər  var.  Xəstələnmişlərdən  29  nəfəri  qəsəbənin  şərq 
hissəsində  yaşayırlar  və  eyni  şaxta  tipli  quyunun  suyundan  istifadə  edirlər.  Müxtəlif  səbəblər  üzrə 
xəstələnmişlərin  qalan 4  nəfərindən  ikisi  qəsəbənin  alovlanma  baş vermiş  hissəsində  olmuş  və həmin 
sudan  istifadə  etmişlər.  Təxminən  bütün  xəstələnmiş  şəxslər  çiy  su  içib.  Müəyyən  edilib  ki,  həmin 
quyunun suyundan 350  nəfərə  qədər  adam istifadə  edib. Həmin   quyunun  suyunu istifadə  edən  ərazidə 
yaşayan  əhalinin  sorğusunun  aparılması,  əvvəllər  tif-paratif    xəstəliklərini    keçirmiş  7  nəfərin  üzə 
çıxarılmasına imkan verib. 
Alovlanma  baş  vermiş  ərazidə  şambo  tipli  ayaqyolları  üstünlük  təşkil  edir. 
Alovlanmanın öyrənilməsi və ləğv edilməsi üzrə tədbirlər planını tərtib edin. 

1 nömrəli Bakı  Tibb Kolleci 
195 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  30 
Dizenteriyanın  profilaktikası 
 
Dərsin məqsədi: 
Dizenteriya ocağının epidemioloji müayinə üsulunun öyrənilməsi. Ocağın 
ləğv edilməsi üçün tədbirlər planının tərtib edilməsi. 
Dərsin planı: 
1.  Dizenteriyanın epidemiologiyasının əsas qanunauyğunluqları, onun profilaktika prinsiplərinin və 
ocaq əleyhinə tədbirlərin (təhlili) müzakirəsi. 
2. Tələbələr tərəfindən sərbəst olaraq dizenteriya ocağının epidemioloji müayinəsi. 
3. Epidemioloji müayinənin nəticələrinin təhlili və epidemioloji məsələnin həlli. 
Dərsin qısa məzmunu - 
Epidemioloji  müayinəni  yoluxucu  xəstəliklərin  qeydiyyat jurnalından 
və kartotekadan (ev, uşaq müəssisələri üzrə  kartoteka)   başlamaqda  məqsəd,   yaxın vaxtlarda xəstənin 
ətrafında  dizenteriya  xəstəliyinin  qeyd  olunmasını  müəyyənləşdirməkdir.  Dizenteriyanın  kliniki 
gedişinin  polimorfluğunu epidemioloji  müayinəni  apardıqda nəzərə almaq lazımdır.  Xəstəlik çox  vaxt 
yüngül  formada  keçir  və  salmonellyoz,  koli-enterit  və  ya  qeyri-infeksiya  mənşəli  bağırsaq 
infeksiyalarından  kliniki  differensiyasiya  etmək  mümkün olmur.  Xəstənin  ətrafında  bağırsaq  xəstəliyi 
olan  bütün  xəstələri  və  ya  yaxın  vaxtlarda  xəstəliyi  keçirmişləri  üzə  çıxarmaq    lazımdır.  Diaqnozu 
dəqiqləşdirmək üçün həmin şəxslər hərtərəfli kliniki və laborator müayinəsinə məruz qalmalıdırlar. 
Laborator  diaqnostikanın  əsas  üsulu–nəcisin  bakterioloji  müayinəsidir.  Müayinənin  nəticəsi 
müəyyən dərəcə müayinənin üsulundan, əsasən də materialın necə götürülməsindən asılıdır. 
Kəskin  dizenteriyalı  xəstələrdən  başqa,  xroniki  dizenteriyadan  əziyyət  çəkən  şəxslər  (əsasən 
kəskinləşmə dövründə) də  infeksiya mənbəyi ola bilərlər. Xüsusən Fleksner dizenteriyası zamanı xroniki 
xəstələrin  rolu  böyükdür.  Xroniki  dizenteriyalı  xəstələri  sənədlərdəki  məlumatların  öyrənilməsindən 
əlavə,  ocaqda  yaşayan  bütün  şəxslərlə  hərtərəfli  sorğu  aparmaqla,  onların  keçmişdə  dizenteriya, 
bağırsağın disfunksiyası olduğunu aydınlaşdırırlar. 
Bakterioloji müayinədən əlavə, xroniki dizenteriyanın diaqnostikası üçün seroloji müayinələr və 
dizenterin ilə sınaq tətbiq edilir. 
Dizenteriya xəstəliyində kəskin və xroniki forması olan xəstələrdən əlavə, gəzdiricilər də infeksiya 
mənbəyi ola bilərlər. Lakin onların epidemioloji əhəmiyyəti böyük deyil. 
İnfeksiyanın yayılma  yollarını aydınlaşdıran zaman bağırsaq  infeksiyalarının  yayılmasında olduğu 
kimi dizenteriyanın  da məişət-təmas,  su,  qida, milçəklərin  köməyi  ilə  keçməsi  imkanını nəzərə  almaq 
lazımdır. Belə ki, Fleksner dizenteriyası zamanı infeksiya əsasən su yolu ilə, Zonne dizenteriyası isə qida 
yolu ilə, xüsusən də süd məhsulları ilə (süd, xama və s.) yayılır. Epidemioloji müayinə zamanı xəstənin 
hansı  sudan  (qaynamış  və  ya  qaynamamış,  hansı  mənbələrdən)  istifadə  etdiyi  yoxlanılır.  Xəstənin 
qidalanması da müfəssəl öyrənilir. Epidemioloji baxımdan şübhəli  məhsul  və sudan götürülən nümunələr 
bakterioloji müayinəyə göndərilir. 
Epidemioloji müayinəni  tamamlamaq üçün stasionara (hospitalizə edilmiş xəstə və ya xəstə uşağın 
anası ilə söhbət aparmaq üçün), xəstə uşaq gedən uşaq müəssisəsinə və ya xəstə şəxsin işlədiyi müəssisəyə 
getmək, qohumları və qonşu ailələrlə söhbət aparmaq vacibdir. 
Ocaqda aparılan tədbirlərin  düzgün və tamdəyərliliyini yoxlayan zaman aşağıdakı 
vəziyyətləri nəzərə alırlar: 
1. Kliniki və epidemioloji göstərişlər əsasında xəstənin hospitalizasiya və ya evdə təcrid məsələsi fərdi 
həll edilir; 
2. Əgər ocaqda yaxın vaxtlarda dizenteriya ilə xəstələnmiş şəxslər üzə çıxarılıbsa, onların stasionardan 
evə yazılması və sonrakı dispanser nəzarəti müddətini yoxlamaq lazımdır; 
3.  Sənəti göstərilməklə xəstə ilə təmasda olan şəxslərin siyahısı tərtib edilir (uşaqlar üçün uşaq 
müəssisələrinə getmə faktı göstərilir); 

1 nömrəli Bakı  Tibb Kolleci 
196 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
4.  Xəstə  evdə  olana  qədər  ocaqda  cari,  hospitalizasiyadan  sonra  isə  sonuncu  (yekunlaşdırıcı) 
dezinfeksiya tədbirləri aparılır; 
5. Əgər dizenteriya xəstəliyi məktəbəqədər uşaq müəssisəsinə gedən uşaqda aşkar edilibsə, onda həmin 
müəssisənin bütün uşaqları üzərində tibbi nəzarət təyin  edilir. Epidemioloqun  sərəncamına  görə  bütün 
uşaqlar və personal  bir  dəfə  bakterioloji  müayinədən  keçir.  Xəstəliyin  eyni  vaxtda bir  neçə  qrupda baş 
verməsi zamanı qrup və qida blokunun  personalı (müayinələrin sayını epidemioloq təyin edir) bakterioloji 
müayinə  olunmalıdırlar.  Törədici  gəzdiricinin  və  ya  axırıncı  xəstənin    izolyasiyasından  sonra  7  gün 
müddətində  və müayinə dövründə yeni uşaqların  qəbulu,  bir qrupdan digər  qrupa keçirilməsi,  eləcə  də 
digər uşaq müəssisəsinə keçirilməsi yalnız epidemioloqun icazəsi ilə ola bilər. 
 
Epidemioloji  məsələ 
 
Məktəbəqədər  uşaq  müəssisəsinə  getməyən  5  yaşlı  uşağa  kəskin  dizenteriya  diaqnozu  qoyulub. 
Epidemioloji müayinə zamanı xəstənin ailəsinin 4 nəfərdən ibarət olduğu təyin edilib: xəstə uşaq, körpələr 
evinə gedən 2 yaşlı qardaşı, anası – pivə satıcısı, atası – zavodda çilingər. Bütün ailə üzvüləri sağlamdır. 
Üç otaqlı abad evin iki otağında həmin ailə yaşayır. Üçüncü otaqda 3 nəfərdən ibarət ailə, yəni iki nəfər 
böyük şəxs və uşaq kombinatının bağçasına gedən 2 yaşlı uşaq yaşayır. 4 ay əvvəl həmin uşaq “dispepsiya” 
və bir həftə bundan sonra bağırsağın yüngül disfunksiyasını keçirib. 
Epidemioloji  müayinənin  hansı istiqamətdə aparılmasını  göstərin  və ocağın  ləğv edilməsi üçün 
tədbirlər planını tərtib edin. 

1 nömrəli Bakı  Tibb Kolleci 
197 
Fənn: Epidemiologiya 
Şöbə: “Tibb bacısı işi” 
 
 
 
MÖVZU  31 
İbtidailərin əmələ gətirdiyi xəstəliklərin profilaktikası 
 
Dərsin məqsədi: 
Tələbələri parazitlərin morfologiyası və amöbiaz, balantidiaz, toksoplazmoz və 
lyambliyoz zamanı aparılan laborator müayinə üsulları, eləcə də  bu  invaziyalarla mübarizə  prinsipləri ilə 
tanış etmək. 
Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin