Dərsin qısa məzmunu -
Epidemioloji müayinǝ zamanı nǝzǝrǝ almaq lazımdır ki, göyöskürǝkdǝ
infeksiya mǝnbǝyi dövründǝn başlayaraq xəstə şǝxslərdir. Öskürǝk kataral tutmaları dövründǝ
törǝdicilǝrin ifrazı azalır vǝ belǝliklǝ, xǝstǝnin infeksiya mǝnbǝyi kimi tǝhlükǝli olması aradan qalxır.
Bǝzi xǝstǝlǝrdǝ tipik spazmatik öskürǝk nǝzǝrǝ çarpmır vǝ xǝstǝliyin kliniki ǝlamǝtlǝri bronxiti xatırladır.
Peyvǝnd olunanlar arasında belǝ xǝstǝlǝr çoxdur. Bǝzi xǝstǝlǝrdǝ öskürǝk olmaya da bilǝr. Bundan irǝli
gǝlǝrǝk tipik göy öskürǝk ǝlamǝtlǝri olan xǝstǝlǝrlǝ yanaşı xǝstǝnin ǝtrafında olan bronxiti, traxeya vǝ
digǝr yuxarı tǝnǝffüs yolları xǝstǝliklǝri olan şǝxslǝri aşkar etmǝk lazımdır. Belǝ hallarda diaqnozu
dǝqiqlǝşdirmǝk üçün bakterioloji müayinǝnin böyük ǝhǝmiyyǝti var. Uşaq müǝssisǝlǝrindǝ göyöskürǝk
alovlanmaları zamanı seroloji müayinǝdǝn dǝ istifadǝ etmǝk olar (aqlütinasiya reaksiyası, KBR).
Göyöskurəyin yüngül formaları evdə təcrid edilir. Ağır xəstələr, internatda, körpələr evində tərbiyə
alan uşaqlar və mənzil məişət şəraiti sanitar-gigiyenik baxımdan qeyri-kafi olan ailələrdə yaşayan uşaqlar
hospitalizasiya edilir. Xəstələr bakterioloji müayinə edilmədən xəstəliyin 31 -ci günündən və bakerioloji
müayinənən nəticəsi 2 dəfəf mənfi olduqda 25-26 gün sonra xəstəxanadan evə yazılır, ancaq tibbi nəzarət
altına alınırlar.
Hal-hazırda göyöskürǝyin profilaktikasında ǝsas tǝdbir AGDT vaksini ilǝ aktiv immunizasiyasıdır.
Ocağın müayinǝsi zamanı mütlǝq xǝstǝnin vǝ onun ǝtrafında olan 6 yaşına qǝdǝr uşaqların peyvǝnd
aldıqlarını sǝnǝdlǝr üzrǝ yoxlamaq lazımdır. Bu mǝlumatlar ǝsasında göy öskürǝyǝ qarşı monovaksindǝn
vǝ ya qammaqlobulindǝn istifadǝ etmǝk mǝsǝlǝsi hǝll olunur (vaksin almayan 1 yaşa qǝdǝr vǝ 1 yaşdan
yuxarı olan uşaqlara ya da peyvǝndi qurtarmamış uşaqlara vururlar).
Xǝstǝlǝrin təcridi yoxlanılır. Bu zaman aşağıdakı hallar nǝzǝrǝ alınır. Ailǝdǝ vǝ evdǝ yeni
döğulmuş, bir yaşa qǝdǝr olan uşaqlar vǝ göy öskürǝyǝ qarşı peyvǝnd almayan uşaqlar olanda xǝstǝlǝr
hospitalizasiya olunur. Kliniki göstǝrişi olan xǝstǝlǝr dǝ hospitalizasiya olunurlar.
Xǝstǝ ilǝ tǝmasda olan, xǝstǝliyi keçirmǝyǝn 7 yaşına qǝdǝr uşaqlara xǝstǝ ilǝ axırıncı tǝmas
vaxtından 14 gün müddǝtinǝ tibbi nǝzarǝt qoyulur. Əgǝr xǝstǝ evdǝ qalıbsa, onda tibbi nǝzarǝt 25 günǝ
qǝdǝr uzadılır. Mǝktǝbǝqǝdǝr uşaq müǝssisǝlǝrinǝ gedǝn uşaqların öskürdüyünü valideyinlǝrdǝn
soruşmaq lazımdır (infeksiyanın hǝmin müǝssisǝlǝrǝ gǝtirǝlmǝmǝsi üçün). Öskürǝn uşaqları hǝkim
nǝzarǝti altında evǝ göndǝrirlǝr. Tǝrbiyǝçilǝr mütlǝq tibb işçilǝrinǝ qrupda öskürǝn uşaqlar haqqında
mǝlumat vermǝlidirlər. Xǝstǝlǝri uşaq müǝssisǝlǝrindǝ təcrid edirlǝr. Axırıncı xǝstǝnin vǝ ya
basilgǝzdirǝnin immunizasıyasından sonra qrupa 14 gün müddǝtinǝ karantin tǝyin edilir. Xǝstǝlǝr olan
qrupda bütün uşaqları vǝ personalı basilgǝzdiriciliyǝ görǝ laborator müayinǝsini aparırlar. Müayinǝni 2
dǝfǝ aparırlar. Müsbǝt cavab aldıqda müayinǝ tǝkrar edilir. Göyöskürǝyǝ görǝ karantin olan qruplara ancaq
valideynlǝrin razılığı ilǝ peyvǝnd alan uşaqlar qǝbul oluna bilǝrlǝr. Qruplar arası izolyasiyanı
güclǝndirmǝk, otağın havasının vaxtaşırı dǝyişmǝk, uşaqların havada olma müddǝtini uzatmaq lazımdır.
Sǝhiyyǝ Nazirliyinin 2013.10.30, 121№ -li ǝmrinǝ ǝsasǝn AGDT-dǝn istifadǝ edilir (Adsorbsiya edilmiş
göyöskürǝk, difteriya, tetanus). Vaksin 2-3-4 aylığında AGDT 0,5 ml doza ǝzǝlǝ daxilinǝ vurulur,
revaksinasiya 18 aylığında aparılır.
Qamma-qlobulinlə passiv profilaktika xəstəlik başlanmazdan əvvəl 3 ml dozda 1 gün intervalla 2
dəfə vurulduqda yaxşı nəticə verir. İlk növbədə qamma-qlobulin xəstə ilə təmasda olumuş, həyatın 1-ci
aylarında olan və zəifləmiş böyük uşaaqlara vurulur.
1 nömrəli Bakı Tibb Kolleci
182
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Epidemioloji mǝsǝlǝ
Bağçaya getmǝyǝn 2 yaşlı uşaqda göyöskürǝyin orta ağırlıqlı forması aşkar edildi. Uşaq tǝlimata
görǝ öz yaşına uyğun AGDT vaksini ilǝ peyvǝnd edilmişdir. Xǝstǝnin atası zavodda nǝzarǝtçi işlǝyir. Anası
ibtidai sinif müǝllimǝsidir. Bacısının 5 yaşı var, uşaq baxçasına gedir. AGDT ilǝ peyvǝnd edilmişdir.
Xǝstǝnin ailǝsi yeni evlǝrdǝ, fərdi mǝnzildǝ yaşayır.
Ocağı lǝğv etmǝk üçün tǝdbirlǝr hazırlayın.
1 nömrəli Bakı Tibb Kolleci
183
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 23
Qızılca xəstəliyinin profilaktikası
Dǝrsin mǝqsǝdi:
Qızılca ocağının epidemioloji müayinǝ metodunun öyrǝnilmǝsi vǝ ocağın lǝğv
edilmǝsi üçün aparılan tǝdbirlǝr planının tǝşkili. Qızılca ǝleyhinǝ aktiv immunizasiyanın öyrǝnilmǝsi.
Dǝrsin planı:
1. Qızılca ocağında epidemioloji müayinǝnin aparılması vǝ müayinǝnin nǝticǝlǝrinin müzakirǝsi
2. Qızılca ǝleyhinǝ aktiv immunizasiyanın öyrǝnilmǝsi.
3. Epidemioloji mǝsǝlǝnin hǝlli
Dərsin qısa məzmunu -
İnfeksiya mǝnbǝyini aşkar etmǝk üçün rayon GEM-dǝ qeyd olunan
hadisǝnin yaşayış yerindǝn vǝ ya uşaq müǝssisǝlǝrindǝn alınan mǝlumatlarından başlamaq lazımdır. Əgǝr
xǝstǝliyin ǝvvǝllǝr qeyd olunan xǝstǝliklǝrlǝ ǝlaqǝsini tǝyin etmǝk mümkün olmazsa, onda infeksiya
mǝnbǝyini sorğu vǝ xǝstǝ ilǝ tǝmasda olanların müayinǝsi zamanı tapmaq lazımdır.
Qızılca zamanı infeksiya mǝnbǝyinin aşkar edilmǝsi bir tǝrǝfdǝn bu infeksiyada virusgǝzdiricilǝrin
olmaması vǝ virus ifraz olma dövrünün qısalması ilǝ yüngüllǝşir (inkubasiyanın axırıncı günü, prodromal
dövr, sǝpki ǝmǝlǝ gǝldikdǝn sonra birinci 4 gün (qızılcanın ağırlaşmaları olmadıqda 9-10 gün). Digǝr
tǝrǝfdǝn infeksiya mǝnbǝyi ilǝ qısa müddǝt ǝrzindǝ 1 otagda qaldıqda xǝstǝliyǝ tutulma imkanıni nǝzǝrǝ
almaq lazımdır. Mǝsǝlǝn: poliklinikanın gözlǝmǝ otağında, yolka şǝnliklǝrindǝ vǝ s. Xǝstǝnin ǝtrafında
infeksiya mǝnbǝyini aşkar etmǝk mümkün olmadıqda, belǝ qısa müddǝtli tǝmasın aydınlaşdırılmasına
fikir vermǝk lazımdır. Uşaq müǝssisǝlǝrindǝ qruplar arası izolyasiyaya fikir vermǝk lazımdır. Nadir
hallarda infeksiyanın hava ilǝ infeksiya mǝnbǝyi olan otaqdan ventilyasiya sistemi ilǝ digǝr otağa
keçmǝsi mümkündür. Onların qızılca keçirdiyini, ona qarşı aktiv immunizasiya olunduğunu vǝ onun
aparılma vaxtını (peyvǝnd anamnezi mütlǝq sǝnǝdlǝr üzrǝ yoxlanılır) aydınlaşdırmaq lazımdır.
Ocaqda aparılan ǝksepidemik tǝdbirlǝrin dolğun yerinǝ yetirilmǝsinǝ qiymǝt verdikdǝ aşağıdakı
hallar nǝzǝrǝ alınır. Sǝpki ǝmǝlǝ gǝlǝn gündǝn xǝstǝni 4 gün sonra təcrid edirlǝr (ağırlaşmalar olduqda
isǝ 10 gün). Təcrid ev şǝraitindǝ aparılır. Kliniki göstǝriş olduqda, ailǝdǝ 2 yaşına qǝdǝr uşaq olduqda,
sanitar-mǝişǝt şǝraiti ǝlverişsiz olduqda xǝstǝlǝri hospitalizasiya edirlǝr.
Ocagda dezinfeksiya aparılmır. Qızılca xǝstǝliyini keçirǝn, elǝcǝdǝ peyvǝnd alanlar xǝstǝ ilǝ
tǝmasda olduqda onlara qarşı heç bir tǝdbir aparılmır. Xǝstǝliyi keçirmǝyǝn vǝ peyvǝnd almayanlar xǝstǝ
ilǝ tǝmasda olduqda 8 gündǝn 17 günǝ qǝdǝr (tǝmasda olan gündǝn) uşaq müǝssisǝlǝrinǝ buraxılmırlar
(qamma–qlobulin alan uşaqları 21 gün). Tǝmasda olan qrup üzǝrindǝ tibbi nǝzarǝt tǝyin edilir. Nǝzarǝt
zamanı termometriya, dǝri vǝ selikli qişanın müayinǝsinǝ (Filatov-Koplik- Belski lǝkǝlǝri, konyuktivit)
fikir vermǝk lazımdır. Xǝstǝ ilǝ tǝmasda olan qrupun uşaqlarına qızılca ǝleyhinǝ aktiv immunizasiya
aparırlar (yǝni, xǝstǝliyi keçirmǝyən, nǝ dǝ peyvǝnd almayan 10 aydan yuxarı uşaqlara). 3 aydan 10 aya
qǝdǝr, elǝcǝ dǝ aktiv immunizasiyaya ǝks göstǝrişi olan 10 aydan yuxarı uşaqlara 1,5 - 3 ml dozada
qamma-qlobulin vurulur.
Karantin qrupundan uşaqları digǝr qruplara keçirmǝk olmaz. Onlar üzǝrindǝ tibbi nǝzarǝt qoymaq
lazımdır. Xǝstǝliyi keçirmǝyǝnlǝrǝ vǝ peyvǝnd olmayanlara qızılca ǝleyhinǝ peyvǝnd vurulur.
Qızılca əleyhinə aktiv immunizasiya
Hal-hazırda qızılca ǝleyhinǝ ǝsas profilaktiki tǝdbir diri vaksinlǝ aktiv immunizasiyadır. Bu
məqsədlə Səhiyyə nazirliyinin 2013.10.30. 121№-li əmrinə əsasən QPM-qızılca, parotit və məxmərəyə
qarşı peyvənd istifadə edilir.
Peyvǝndlǝri ǝks göstǝrişi olmayan 12 aylıq uşaqlara, revaksinasiya isə 6 yaşında alırlar. Xǝstǝliyi
keçirǝn uşaqlara peyvǝnd vurulmur (sǝnǝdlǝr bunu tǝsdiq edirsǝ).
İmmunizasiyada diri quru vaksindǝn istifadǝ edirlǝr. İstifadǝ etmǝzdǝn ǝvvǝl onu gutuda olan
hǝlledici ilǝ qarışdırırlar.
1 nömrəli Bakı Tibb Kolleci
184
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
Peyvǝndlǝr 2 üsulla aparılır:
1. 0,5 ml. dozada dǝrialtına xüsusi hǝlledici ilǝ qarışdırılmış halda.
2. 0,1 ml. dozada dǝriiçǝrisinǝ (iynǝsiz inyektor vasitǝsilǝ). Hǝlledicinin miqdarını 5 dǝfǝ azaldıb
vaksinlǝ qarışdırırlar
Vaksinanı qaranlıq, temperatur-4ºC-də vǝ ya aşağı temperaturda saxlayırlar. Hǝll edilmiş
vaksinanı otaq temperaturunda 2 saat saxlamaq olar. Onu işıqdan qorumaq lazımdır.
Bǝzi uşaqlarda vaksinadan sonra qızdırma vǝ qızılcayabǝnzǝr ǝlamǝtlǝr baş verir. Bu zaman
peyvǝnd alan şǝxslǝr yataqda uzanmalı vǝ simptomatik müalicǝ almalıdırlar.
Epidemioloji mǝsǝlǝ
Uşaq poliklinikasının ümumi qǝbul otağında qızılca ilǝ xǝstǝ uşaq aşkar edilib. Burada xǝstǝdǝn
başqa daha 20 uşaq var idi. Onların 5-i qızılca keçirmişdir. 11 uşağ 3 il 2 ay bundan ǝvvǝl qızılcaya qarşı
peyvǝnd edilmişdir. Peyvǝnd almayan 4 uşağın ikisi 1 il 8 aylıq, ikisi 3 -4 yaşındadırlar.
Poliklinikanın işindǝ çatmamazlığı aşkar edin. Ocaqda tǝdbir aparın.
1 nömrəli Bakı Tibb Kolleci
185
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 24
Məxmərək xəstəliyinin profilaktikası
Dǝrsin mǝqsǝdi:
Mǝxmǝrǝk ocağının epidemioloji müayinǝ üsulunun öyrǝnilmǝsi vǝ ocağın
lǝğv edilmǝsi üçün aparılan tǝdbirlǝr planının tǝşkili. Mǝxmǝrǝk ǝleyhinǝ aktiv immunizasiyanın
öyrǝnilmǝsi.
Dǝrsin planı:
1. Mǝxmǝrǝk ocağında epidemioloji müayinǝnin aparılması vǝ müayinǝnin nǝticǝlirinin müzakirǝsi.
2. Mǝxmǝrǝk ǝleyhinǝ aktiv immunizasiyanın öyrǝnilmǝsi.
3. Epidemioloji mǝsǝlǝnin hǝlli.
Dərsin qısa məzmunu -
Qızılcavari mǝxmǝrǝk. Bu xǝstǝlik ǝvvǝllǝr yüngül formada
keçdiyindǝn onun epidemioloqiya vǝ profilaktikasına az fikir verilirdi. Lakin son zamanlar müǝyyǝn edilib
ki, 3 aylıq hamilǝlik dövründǝ qadın bu xǝstǝliyǝ yoluxsa ya döl mǝhv olur ya da uşaq doğulduqda
potologiya müşahidǝ edilir. Anadan yoluxmuş uşaq uzun müddǝt virus ifraz edir vǝ infeksiya mǝnbǝyinǝ
çevrilir.
Bu xǝstǝliyǝ görǝ epidemioloji muayinǝ apardıqda onun epidemioloji qanuna uyğunluğunu bilmǝk
lazımdır.
İnfeksiya mǝnbǝyi ola bilǝr:
1. Anadangǝlmǝ qızılcavari mǝxmǝrǝklǝ xǝstǝlǝnmiş uşaqlar:
2. Hamilǝlik dövründǝ qızılcavari mǝxmǝrǝklə xǝstǝlǝnmiş analardan doğulan kliniki sağlam uşaqlar:
3. Sǝpkinin ǝmǝlǝ gǝldiyi vaxdan 21 gün müddǝtindǝ mǝxmǝrǝkli xǝstǝ 7 – 13 gün:
4. Sǝpkinin ǝmǝlǝ gǝlmǝsinǝ qǝdǝr inkubasion dövrdǝ olan xǝstǝ:
5. Atipik formalı mǝxmǝrǝkli xǝstǝ:
6. Sağlam virus gǝzdiricilǝr.
İnkubasiya dövrü ǝsasǝn 15-20 gündür. Virus yalnız otaq daxilindǝ hava damci yolu ilǝ yayılır.
Özündǝn sonra möhkǝm immunitet yaradır.
Ocaqlara gedǝrǝk təmasda olanları müayinǝ edǝrkǝn dǝri örtüyünǝ vǝ limfa vǝzilǝrinə fikir verilir.
Boyun arxası vǝzilǝrin böyümǝsi daha çox olur. Sǝpki olmadıqda, yalnız limfa vǝzilǝri böyüdükdǝ vǝ qısa
müddǝtli qızdırma olduqda diaqnoz qanın analizi ilǝ tǝsdiq edilir.
Mǝxmǝrǝkdǝ neitropeniya, limfopeniya olur vǝ plazmatik hüceyrǝlǝr vǝ Tyurka hüceyrǝsi ǝmǝlǝ
qǝlir. Təmasda olanlardan ǝn ǝsas hamilǝ qadınlara fikir verilir, onlara 20 ml qǝdǝr qamma-qlobulin
vurulur.
Hal-hazırda MDB ölkələrində QPM (öldürülmüş epidemik parotit, diri qızılca vı məxmərək
ştampları) istifadə edilir. İlk vaksin 12 aylığında aparılır, revaksinasiya isə 6 yaşında parılır.
Xəstəliyin qarşısını almaq üçün udlağın burun nahiyyyəsindən ifraz olunan möhtəviyyat 3 -5%-li
fenolvə ya xloramin məhhlulu ilə dezinfeksiya edilir. Qab-qacaq, alt paltar, burun dəsmalı və tənzif
maska qaynadılır. Xəstə və ona qulluq edənlər şəxsi gigiyenaya əməl etməlidirlər.
Mǝxmǝrǝk keçirǝn hamilǝ qadında hamilǝliyin pozulması kimi mǝsǝlǝ qoyulur. Hal hazırda
məxmərəyin profilaktikasında (RUVAX) parotid-məxmərəy vaksini,(RUDİVAX) məxmərəy vaksinindən
istifadə edilir.Vaksin qizlara 11-13 yaşlarinda, hamilə qadinlara isə hamiləlikdən 3 ay əvvəl vurulmalıdir.
1 nömrəli Bakı Tibb Kolleci
186
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 25
Vərəm xəstəliyinin profilaktikası
Dǝrsin mǝqsǝdi:
Vǝrǝm dispanserlǝrinin vǝ GEM-in vǝrǝmǝ qarşı apardığı profilaktik işlər
ilə tanış olmaq. Vǝrǝm ocağının müayinǝsi.
Dǝrsin planı:
1. Vǝrǝmǝ qarşı profilaktik işin ǝsas istiqamǝtlǝrinin öyrǝnilmǝsi (xǝstlǝrin üzǝ çıxarılması üsulu,
onların qeydiyyatı, təcridi vǝ dispanserizasiyası, oçaqlarda aparılan tǝdbirlǝr).
2. Vǝrǝmǝleyhinǝ dispanserlǝ tanışlıq (qurluşu, rejimi, profilaktik işin tǝşkili).
3. Rentgen – flyoroqrafik qurğuya baxış vǝ tǝlǝblǝrin flyuroqrafiyası.
4. Basilyar vǝrǝm oçağına getmǝk vǝ ''vǝrǝm ǝleyhinǝ dispanserin sahǝ tibb bacısının kartasının''
doldurulması.
Dərsin qısa məzmunu -
Vǝrǝm infeksiyası nǝticǝsindǝ ǝhalinin ǝlilliyinə vǝ ölümünə sǝbǝb
olduğu üçün xǝstǝliyin profilaktikası vǝ müalicǝsi ilǝ mǝşğül olan tibbi müǝssisǝlǝri yaradıldı (vilayət,
şǝhǝr, rayon vǝrǝm dispanserlǝiri).
Vǝrǝmǝ qarşı mübarizǝdǝ GEM–lǝr dǝ mǝşğul olurlar. Onlar vǝrǝmǝ qarşı müǝssisǝlǝrin rejiminin
sistematik kontrolunu hǝyata keçirirlǝr, “tǝcili bildiriş” vǝrǝqǝsini (forma №58) almaqla basilyar
xǝstǝlǝri nǝzǝrǝ alırlar. Oçaqların epidimioloji müayinǝsini aparırlar, bu oçaqların kartotekasını
düzǝldirlǝr vǝ vǝrǝmǝ qarşı aparılan immunoprofilaktik işlǝrǝ rəhbǝrlik edirlǝr. Vǝrǝmin
profilaktikasında müalicǝ–profilaktik müǝssisǝlǝr dǝ rol oynayır (poliklinika). Bu müǝssisǝlǝr xǝstǝlǝri
aşkar edir vǝ vǝrǝmǝ qarşı immunizasiya aparırlar. Vǝrǝm xǝstǝliyindǝ infeksiya mǝnbǝyi heyvanlar da
olduğu üçün bǝzi tǝdbirlǝr baytar hǝkimlǝri tǝrǝfindǝn aparılır. Vǝrǝm xǝstǝliyinin profilaktikasında
ümumi gigiyenik tǝdbirlǝr müəyyǝn rol oyayır: ǝhalinin normal yaşayışla tǝmin edilmǝsi, yaşayış
mǝntǝqǝlǝrinin yaşıllaşdırılması, idman, havanın tǝmizliyini tǝmin edǝn tǝdbirlǝr.
I. Vǝrǝm xǝstǝsinin aşkar edilmǝsi vǝ onların dispanserizasiyası.
1. Xǝstǝlǝr sahǝ hǝkimi vǝ feldşlǝri, sǝhiyyǝ mǝntǝqǝlǝrinin vǝ uşaq müǝssisǝlǝrinin tibb işçilǝri
tǝrǝfindǝn aşkar edilir. Əsasǝn qrip, bronxit, pnevmaniya xǝstǝliyini tez-tez keçirǝn şǝxslǝrǝ fikir vermǝk
lazımdır.
2. 12 yaşına qǝdǝr olan uşaqlar arasında vərǝm xǝstǝlǝrinin aşkar edilmǝsi, Mantu sınağının cavabına
ǝsasǝn olur.
3. Vǝrǝm dispanserlǝri tǝrǝfindǝn tǝşkil edilǝn kütlǝvi flyuroqrafik müayinǝlǝr vasitǝsilǝ xǝstǝlǝrin
aşkar edilmǝsi. Uşaq mǝktǝbǝqǝdǝr müǝssisǝlǝrin vǝ mǝkǝtǝb işçilǝrin, elǝcǝ dǝ heyvandarlıq
fermalarının işçilǝri ildǝ 2 dǝfǝ, qida müǝssisǝlǝrinin işçilǝri vǝ 12 yaşdan yuxarı olan mǝktǝblilǝr ildǝ 1
dǝfǝ, digǝr ǝhali qrupları 2 ildǝ bir müayinǝ edilirlǝr.
Aşkar edilǝn xǝstǝ ftiziator tǝrǝfindǝn hǝr tǝrǝfli müayinǝ seliyin tǝkrari müayinǝsi ilǝ aparılır
(traxeya, bronxun vǝ mǝdǝnin yuyuntu suları). Əsasǝn material flotasiya üsulu ilǝ müayinǝ edilir.
Yaxmaları lyuminisent üsulu ilǝ müayinǝ edirlǝr.
Vǝrǝmǝ qarşı dispanserlǝr xǝstǝlǝri vǝ basilyar xǝstǝlǝrlǝ tǝmasda olanları dispanserizasiya edirlǝr.
Müayinǝnin periodikliyi xǝstǝnin hansı qrupaya aid edildiyi ilǝ tǝyin edilir.
I qrupa – aktiv formalı (basilyar) vǝrǝm xǝstǝlǝri.
A qruppası – uzun müddǝtli kompleks müalicǝ olunanlar. Bu xǝstǝlǝr ayda bir dǝfǝ dispanserǝ
gǝlirlǝr.
B qruppası – ağciyərindǝ fǝaliyyǝtdǝ olan xroniki prosesli xǝstǝlǝr. Bunlar dispenserǝ iki ayda
bir dǝfǝ, kimya terapiya dövründǝ isǝ hǝr ay gǝlirlǝr
II qrupa – törǝdicisi müşahidǝ edilmǝyǝn sönmüş aktiv formalı xǝstǝlǝr. 3 ayda bir dǝfǝ, kimya
terapiya dövründǝ isǝ hǝr ay nǝzarǝt edilirlǝr.
III qrupa – müvǝffǝqiyyǝtli müalicǝdǝn sonra aktiv olmayan formalı vǝrǝm xǝstǝlǝri. Bu
qrupaya şübhǝli olan 3 yaşına qǝdǝr uşaqlar da aid edilirlǝr. 6 ayda bir dǝfǝ nǝzarǝt aparılır.
IV qrupa – bura basilyar xǝstǝ ilǝ ailǝ daxili təmasda olanlar aiddir (uşaq vǝ yeniyetmǝlǝr ilǝ
1 nömrəli Bakı Tibb Kolleci
187
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
mǝnzil daxili). Ailədaxili təmasda olan uşaq vǝ yeniyetmǝlǝr ildǝ 4 dǝfǝ, mǝnzildaxili təmasda olan
böyüklǝr, elǝcǝ dǝ uşaq vǝ yeniyetmǝlǝr ildǝ iki dǝfǝ dispanserǝ gǝlirlǝr. Təmasda olanlar tǝmas müddǝti
qurtardıqdan iki il sonra nǝzarǝt altında olurlar.
II. Ocağın epidemioloji müayinǝsi vǝ ocaqlar üzǝrindǝ nǝzarǝt
. Epidemioloji müayinǝ
zamanı xǝstǝ haqqında olan anket mǝlumatlardan ǝlavǝ aşağıdakıları aydınlaşdırmaq lazımdır. Xǝstǝnin
digǝr ailǝ üzvülǝrindǝn təcrid olunması, otağın vǝziyyǝti; ailǝ üzvülǝrinin sayını, yaşını vǝ sǝnǝtini
göstǝrmǝk, elǝcǝ dǝ bu evdǝ yaşayan digǝr ailǝlǝr haqqında; xǝstǝdǝ ayrıca yataq paltarlarının, dǝsmalın,
qabın olması vǝ onların cari dezinfeksiya olunduğunu; xǝstǝnin seliyinin zǝrǝrsizlǝşdirilmǝsini, xǝstǝnin
sanitar biliyinin sǝviyyǝsi vǝ onda zǝrǝrli adǝtlǝrin (papiros çǝkmǝ vǝ spirtli içkilǝrdǝn istifadǝ etmǝk)
olub–olmadığını aydınlaşdırmaq.
Müayinǝ zamanı sağlamlaşdırıcı tǝdbirlǝrin hǝcmi vǝ ardıcıllığı tǝyin edilir. Mǝsǝlǝn: xǝstǝ ilǝ
tǝmasda olanların müayinǝsi vǝ kimyaprofilaktikası, cari dezinfeksiya üsulları haqqında instruktaj vǝ s.
Vǝrǝm ocaqları GEM işçilǝri tǝrǝfindǝn sistematik yoxlanır. Yoxlamanın periodikliyi ocağın
kateqoriyası ilǝ tǝyin edilir.
I kateqoriya – burda uşaqlar, hamilǝ qadınlar var vǝ xǝstǝlǝr rejimi gözlǝmirlǝr. Belǝ ocaqlar üç
ayda bir dǝfǝ yoxlanılır.
II kateqoriya – xǝstǝ ilǝ təmasda olanlar arasında uşaqlar yoxdur, mǝnzil şǝraiti kafidir, lakin
xǝstǝlǝr rejimi gözlǝmirlǝr. Belǝ ocaqlar 6 ayda bir dǝfǝ yoxlanılır.
III kateqoriya – bu ocaqlarda mǝnzil şǝraiti yaxşıdır, xǝstǝlǝr rejimǝ ciddi ǝmǝl edirlǝr. Belǝ
ocaqlar ildǝ 1 dǝfǝ yoxlanılır. Yǝni anadanolmuş uşaqları vaksinasiya prosesi qurtardıqdan sonra (6 aydan)
buraxılır.
Vǝrǝmǝ qarşı peyvǝnd
- Vǝrǝmǝ qarşı immunizasiya diri vǝrǝm vaksini (BSJ) ilǝ aparılır.
Vaksinasiya doğum evlǝrindǝ uşağın 4-7-ci günü aparılır
Vaksinasiya və revaksinasiya təlimata əsasən müxtəlif ay və yaşlarda aparılır. Vaksin bazunun
yuxarı üçdə bir hissəsinə dəriiçi üsul ilə vurulur.
1 nömrəli Bakı Tibb Kolleci
188
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 26
Su çiçəyi və təbii çiçək xəstəliklərinin profilaktikası
Dərsin məqsədi:
Uşaq kollektivlərində su çiçəyi ocağının epidemioloji müayinə üsullarının
öyrənilməsi, təbii çiçəyə qarşı profilaktika tədbirləri ilə tanışlıq.
Dərsin planı:
1. Uşaq kollektivində su çiçəyi ocağının epidemioloji müayinəsi.
2. Aktın tərtibi və ocağın müayinə nəticələrinin müzakirəsi.
3. Təbii çiçək peyvəndinin vurulma texnikası ilə tanışlıq.
Dərsin qısa məzmunu -
Su çiçəyi geniş yayılmış uşaq infeksiyalarındandır. Xəstəliyin geniş
yayılması və ona qarşı yüksək həssaslığın olması xəstəliyin hava-damcı yolla yayılması ilə izah olunur. Su
çiçəyi alovlanmaları məktəbəqədər uşaq müəssisələrində, həm də xəstəxanadaxilində müşahidə edilir.
Uşaq müəssisələrində su çiçəyi alovlanmalarının epidemioloji müayinəsinə
aşağıdakı məsələlər aiddir:
1. İnfeksiyanın uşaq müəssisələrində keçmə mexanizmini aydınlaşdırmaq, bu infeksiyanın gətirilməsi
üçün imkan yaradan profilaktiki işlərdə olan səhflərin aşkar edilməsi;
2. Uşaq kollektivində infeksiyanın yayılma dinamikasını izləmək və sonrakı yoluxma zəncirini təyin
etmək;
3. İnfeksiyanın bir qrupdan digər qrupa yayılma səbəblərini aydınlaşdırmaq;
4. Gələcəkdə belə alovlanmaların qarşısını almaq üçün tədbirlər təşkil etmək.
Epidemioloji müayinə zamanı bu infeksiyanın epidemioloji xüsusiyyətlərini nəzərə almaq lazımdır.
İnfeksiya mənbəyi ancaq xəstə insandır. Xəstəlik başlanmazdan 6-7 saat əvvəl xəstə virus ifraz edir.
Xəstəliyin 5-ci günü, axırıncı təzə əmələ gələn səpkidən xəstə infeksiya mənbəyi sayılmır,
virusgəzdirənlik olmur. Su çiçəyi hava-damcı yolla yayılır. Otaqlar yaxşı izolyasiya olmadıqda viruslar
bir otaqdan digərinə yayıla bilər. Xəstəlikdən sonra davamlı immunitet əmələ gəlir. Məişət
immunizasiyası müşahidə edilmir. Epidemioloji müayinəni infeksion xəstəliklər jurnalında olan bütün
xəstəliyə tutulanların, xəstəlik başlanan tarixdən və uşağın getdiyi qrupdan başlamaq lazımdır. Bu zaman
infeksiyanın bir qrupu və ya bir neçə qrupu əhatə etdiyi aydınlaşır. Axırıncı halda ayrı-ayrı qruplarda su
çiçəyinin baş vermə ardıcıllığı aydınlaşır. Yoluxma dövrünü və inkubasıya müddətini nəzərə almaq,
infeksiyanın yayılma ardıcıllığını təyin etmək lazımdır.
Xəstəliyin belə analizi zamanı bir neçə xəstəlik dalğaları (əsasən 2 -3) aşkar edilir: əvvəlcə birinci
xəstələnmə, sonra inkubasiya müddətinə uyğun olan interval (inkubasiya dövrü 11-23 gün, orta hesabla
14-17 gün) bir neçə təzə xəstələnmə sonra yeni interval və yeni xəstələnmə dalğası.
İnfeksiyanın iki əsas yayılma imkanını nəzərə almaq lazımdır:
1. Qruplararası izolyasiyanın lazımi qaydada olmaması nəticəsində infeksiyanın bir qrupdan digər qrupa
keçməsi, bu imkanı aydınlaşdırdıqda uşaq müəssisələrinin planını təşkil etmək, qrupların yerləşməsini
göstərmək, qəbul etdikdə, gəzməyə apardıqda, musiqi dərslərində və s. müxtəlif qruplu insanların görüşmə
imkanını yoxlamaq lazımdır.
2. Müxtəlif yeni qruplaşmalarda, uşaqları köçürdükdə, infeksiyanın bir qrupdan digərinə keçməsi.
Alovlanmalar zamanı belə dəyişmələrin olub-olmadığını aydınlaşdırmaq lazımdır.
Müayinənin nəticələri akt formasında sənədləşdirilir və bunun üzərinə qrafiki məlumatların əlavə
edilməsi məsləhətdir (müəssisənin planlaşdırma sxemi, gün və qruplar üzrə xəstəliyin qrafiki).
Ağır kliniki gedişinə və həm də tez yayılmasına görə təbii çiçək xüsusi təhlükəli infeksiyalara
aiddır. Hal-hazırda xəstəlik qeyd olunmur. Lakin bakterioloji silah kimi təhlükəli olduğuna görə, bu
məqsədlə aşağıdakı tədbirlər aparılır:
Tibb işçisi təbii çiçək və ya şübhəli xəstə müəyyən edərsə bu haqda öz rəhbərliyinə məlumat
verməlidir. Təcili olaraq epidemiyaya qarşı tədbir hazırlanmalıdır. Tibb müəssisəsinin rəhbəri hadisə
|