4. Şərti-patogen mikroorqanizmlərin əmələ gətirdiyi toksikoinfeksiyalar
(bağırsaq
çöpü, enterokokk, protey və s.), göstərilən mikroorqanizmlərin ərzaqda külli miqdarda toplanması
nəticəsində baş verir. Bu da qidanı soyuq olmayan yerdə uzun müddət saxladıqda, qida bloku
antisanitariya vəziyyətində olduqda, məhsulun pis termiki emalı zamanı olur.
Şərti-patogen mikrobların geniş yayıldığını (onların tez-tez ərzaqda və xəstələrdə tapılması) nəzərə
alaraq, aşkar edilmiş mikroorqanizmlərin həmin xəstəliyin baş verməsində rolunu təsdiq etmir. Bunun
üçün məhsulun kütləvi yoluxması faktını təsdiq etmək lazımdır. Xəstələnmişlərdə həmin mikroba qarşı
antitellərin çoxalması daha üstün dəlildir ki, bu da 2.5-3 həftə intervalla aparılan təkrari seroloji müayinə
ilə təyin edilir.
Epidemioloji məsələ
Avqust ayında uşaq bağçasının qruplarından birinin uşaqları və personalı arasında kəskin qida
zəhərlənməsi alovlanması baş verib. Qida blokunun bütün uşaq bağçası üçün eyni olmasına baxmayaraq,
xəstəlik digər qruplarda müşahidə olunmayıb.
Təyin edilib ki, xəstəlik baş verməmişdən 3-4 saat əvvəl uşaqlar və personal bişmiş kremli tort
yeyiblər. Bu tortu uşaqlardan birinin anası bir gün əvvəl hazırlayıb və həmin tort 16 saata qədər 25
0
C
temperaturda mətbəxtdə qalıb. Tortun qalığında və xəstələnmişlərin qusuntu kütləsində qızılı
stafilokokkun kulturası aşkar edilib.
Alovlanmanın epidemioloji müayinə planını tərtib edin.
1 nömrəli Bakı Tibb Kolleci
205
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 35
Salmonellyozun profilaktikası
Dərsin məqsədi:
Salmonellyoz ocağının müayinəsinin aparılması . Salmonellyoz ocağında
profilaktik tədbirlərin aparılması üsulunun öyrənilməsi.
Dərsin planı:
1. Sporadik salmonellyoz ocağının sərbəst müayinəsi.Müayinənin nəticələrinin təhlili.
2. Salmonellyoz alovlanmalarının müayinə prinsiplərinin müzakirəsi.
3. Epidemioloji məsələnin həlli.
Dərsin qısa məzmunu -
Hal-hazırda salmonellyozların sporadik və qrupalı xəstəliklərini
ayırırlar. Lakin zahirən sporadik görünən ocaqlar əksər hallarda böyük olmayan ailədaxili
alovlanmalardır. Dərin, hər tərəfli müayinələr zamanı qeyd edilən xəstəlikdən əlavə, ocaqda tibbi
yardıma müraciət etməyən yüngül forması olan salmonellyozlu xəstələr üzə çıxarılır. Bundan irəli
gələrək, sporadik hadisələrin epidemioloji müayinəsini xəstənin ailəsində və onlarla birgə qidalanan
şəxslər arasında qeyd olunmayan xəstələrin üzə çıxarılması təşəbbüsündən başlamaq məqsədə
uyğundur. Belə xəstələrin üzə çıxarılması nəinki ocağın ölçüləri haqqında dəqiq təsəvvür yaradır, hətta
infeksiya mənbəyinin və yayılma yollarının təyin edilməsini asanlaşdırır. Axırıncıları aydınlaşdıran
zaman nəzərə almaq lazımdır ki, əksər hallarda infeksiya mənbəyi kənd təsərrüfatı heyvanları və ev
quşları, xeyli az sinantrop gəmiricilər, nadir hallarda isə vəhşi heyvanlar sayılırlar. İnfeksiya mənbəyi
insanlar da (xəstə və gəzdiricilər) ola bilər. İnfeksiyanın yayılma yollarına gəlincə, demək olar ki,
infeksiya ancaq alimentar yolla və yalnız müxtəlif xroniki xəstəlikləri olan kiçik yaşlı uşaqlar və yaşlı
şəxslər arasında infeksiya məişət-təmas və hava-toz vasitəsi ilə yayılması mümkündür.
Epidemioloji müayinə zamanı hər şeydən əvvəl infeksiyanın yayılmasında hansı ərzağın rol
oynadığını təyin etmək lazımdır. Bu məqsədlə xəstədən son 2 gündə nə ilə qidalandığını aydınlaşdırmaq
lazımdır. Həmin ərzağın nə vaxt və hansı miqdarda istifadə edildiyini öyrənmək lazımdır.
Təcrübə göstərir ki, salmonellyozlar ən çox ət məhsullarından, yumurtadan (əsasən üzən quşların),
nadir hallarda balıq, süd məhsullarından keçirlər. Tərəvəz və un məhsullarından keçməsi mümkündür,
lakin çox nadir hallarda təsadüf edilir.
Epidemioloji müayinə zamanı birinci növbədə epidemioloji əhəmiyyəti olan ərzağın mənşəyini
aydınlaşdırmaq lazımdır. Heyvanların məcburi kəsilməsi zamanı alınan məhsullara, əldən alınan və
üzərində nəzarət möhürü olmayan məhsullara xüsusi diqqət yetirmək lazımdır. Sonra ərzağın saxlanma
şəraitini, onların hazırlanma qaydasını və hazır xörəklərin saxlanma şəraitini aydınlaşdırırlar. Yadda
saxlamaq lazımdır ki, salmonellyozlarla yoluxmuş ərzaqlar normal orqanoleptik xassələrə malikdirlər.
Belə epidemioloji müayinənin nəticəsində infeksiyanın yayılmasında şübhə doğuran müəyyən qrup
ərzaq aşkar edilir. Bu məhsullardan nümunələr götürüb, bakterioloji müayinəyə göndərirlər.
Ət və ət məhsullarından nümunələri cəmdəyin müxtəlif yerlərindən götürürlər. Limfa düyünlərin
və borulu sümüklərin müayinəsi məqsədə uyğundur. Yağı, xamanı, marqarini, kremi 100 -200 q
miqdarında steril və ya yandırılmış qaşıqla götürürlər.
Əgər ərzaqdan və xəstələrdən alınan salmonellaların serotipləri uyğun gələrsə, onda infeksiyanın
yayılmasında həmin ərzağın rol oynadığına şübhə qalmır.
Ocağın müayinəsinin gedişində həll ediləcək növbəti məsələ ərzağın yoluxma mexanizmini və
ərzaqda törədicinin toplanmasına səbəb olan şəraitin aydınlaşdırılmasıdır. Ocağın müayinəsinin bu
mərhələsində baytar və qida sanitariyası üzrə ixtisasçıların köməyinə ehtiyac ola bilər. Müayinənin
prinsipi ondan ibarətdir ki, məhsulun tədarük yerindən istehlakçıya qədər olan bütün mərhələlərini
izləyərək, onun tədarük, daşınma, saxlanma və hazırlanma qaydalarında yol verilən bütün pozğunluqları
aşkar etməkdir.
Sanitar müayinəsi xarici mühit obyektlərindən nümunələrin götürülməsi ilə tamamlanır, məsələn
mətbəxt qablarından, ərzaq saxlanan yerdən və s. Ərzağın insanlar tərəfindən yoluxması imkanını
1 nömrəli Bakı Tibb Kolleci
206
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
nəzərə alsaq, onda ocaqda yaşayan şəxslər arasında əvvəllər mədə-bağırsaq pozğunluqlarının olub-
olmadığını aydınlaşdırmaq lazımdır. Əgər belə şəxslər üzə çıxarılarsa, onlar hər tərəfli kliniki- laborator
müayinəsinə məruz qalırlar. Eləcə də otaqda gəmiricilərin olub-olmadığını təyin edirlər. Bəzi hallarda
onları tuturlar və bakterioloji müayinəyə göndərirlər. Nəhayət, salmonellalarla yoluxmuş ev heyvanları ilə
təmas nəticəsində yoluxmanın baş verməsi imkanını nəzərə almaq lazımdır.
Kiçik yaşlı uşaqların və müxtəlif növ xəstəliklərdən zəifləyən şəxslərin xəstələnməsi zamanı
infeksiyanın məişət-təmas yolla yayılmasını fərz etmək olar. Bu hallarda epidemioloji müayinə qarın
yatalağı, dizenteriya zamanı aparılan müayinəyə uyğun aparılır.
Ocağın ləğv edilməsi üçün aparılan tədbirlərin tamdəyərli olmasını epidemioloji müayinə zamanı
yoxlamaq lazımdır. Bu zaman aşağıdakı hallar irəli gəlir. Salmonellyoz diaqnozunun təsdiq edilməsi üçün
xəstəliyin mümkün qədər erkən vaxtında nəcisin, qusuntu kütləsinin, qanın bakterioloji müayinədən və
xəstəliyin 8-9-cu günündən başlayaraq seroloji müayinədən istifadə edirlər. Kliniki və epidemioloji
göstərişlərə görə salmonellyozlu xəstələri hospitalizə edirlər. Sahə həkimi bu məsələni həll edir və
epidemioloqla razılaşdırır. Epidemioloji vacib obyektlərdə işləyən şəxslər mütləq hospitalizə olunurlar.
Xəstələri sağaldıqdan və gəzdiriciliyə görə nəcisi bir dəfə müayinə etdikdən sonra evə yazırlar
(epidemioloji vacib obyektlərdə işləyənləri, məktəbəqədər uşaq müəssisələrinə gedən uşaqları, eləcə də
2 yaşa qədər digər uşaqları evə yazmamışdan əvvəl iki dəfə müayinə edirlər). Müayinənin cavabı mənfi
olduqda onlar əvvəlki iş yerinə qayıda bilərlər.
Epidemioloji vacib obyektlərdə işləyənlər, məktəbəqədər uşaq müəssisələrinə gedən uşaqlar və
salmonellyozla xəstələnmişlər 3 ay dispanser müşahidəsi altında olurlar.
Epidemioloji məsələ
Yayda turistlərin düşərgəsində salmonellyoz alovlanması baş verib. Düşərgədə cəmi 200 turist var
ki, onlar da 8 qrupa bölünüb. Nahardan 1-2 saat sonra ancaq bir qrupun turistləri xəstələnib. Turistlərin
bütün qrupları ümumi yeməkxanada qidalanır. Xəstələnmə günü qrup, hansında ki, xəstəlik qeyd edilib,
ekskursiyadan gözlənilməyən yubanma üzündən nahara gecikib və günün qaydası üzrə
14.30 dəqiqə tələb olunan kimi deyil, təxminən saat 17-də nahar eləyiblər. Bu qrup üçün nahar mətbəxtdə
saxlanıb və paylanmadan əvvəl azacıq qızdırılmışdı.
Alovlanmanın epidemioloji mənşəyini təyin etmək üçün hansı müayinələr aparmaq lazımdır.
Alovlanmanın epidemioloji müayinə planını tutun.
1 nömrəli Bakı Tibb Kolleci
207
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 36
Vəbanın profilaktikası
Dərsin məqsədi:
Vəba xəstəliyinə şübhə olduqda aparılan tədbirlərin öyrənilməsi. Patogen qeyri-
vəba vibrionların (NAQ-vibrionlar, parahemolitik vibrionlar) törətdiyi xəstəliklər haqqında anlayış.
Dərsin planı:
1. Vəba xəstəliyinin profilaktikası, xüsusən epidemioloji müayinənin xüsusiyyətləri, ocaqda aparılan
tədbirlərin və vəbanın immunoprofilaktikasının öyrənilməsi.
2. Epidemioloji məsələnin həlli.
Dərsin qısa məzmunu -
Vibrionlar nəsli arasında patogenlik xüsusiyyətinə malik olan bir sıra
nümayəndələr var. Bu vibrionlara birinci növbədə həqiqi vəba vibrionları və El-tor biotipli vəba vtbrionları
aiddir. Eyni zamanda bəzi NAQ-vibrionları (qeyri-aqqlyutinasiyalı vibrionlar) və parahemolitik vibrionları
da bağırsaq xəstəliklərini törədə bilirlər. NAQ-vibrionları vəba vibrionlarına yaxındırlar, lakin antigen
quruluşlarına görə bir-birindən fərqlənirlər. Ona görə də onlar vəbanın O- zərdabı ilə aqqlyutinasiya
olunmurlar. Onlar dəniz və okean sularında yaşayaraq balıq və digər hidrobionlar vasitəsi ilə infeksiyanı
yayırlar.
Patogen vibrionlar arasında vəba vibrionları daha təhlükəlidirlər. Çünki, onlar ağır gedişli, bəzi
hallarda isə ölümlə nəticələnən, epidemik və hətta pandemiya halında tez yayılmaq xüsusiyyətinə malik
olan xəstəliklər əmələ gətirirlər.
Digər bağırsaq infeksiyalarından fərqli olaraq vəba hər yerdə yayılmır və periodik olaraq endemik
ocaqlardan (cənub və cənub-şərqi Asiya ölkələrində) yer kürəsinin əksər ərazilərinə gətirildiyinə görə,
vəbanın profilaktikasında xəstəliyin bir ölkədən (rayondan) digər ölkəyə yayılmasını xəbərdarlıq edən
tədbirlərin böyük əhəmiyyəti var.
Xarici mühitin sağlamlaşdırılması üçün aparılan sanitar-gigiyenik tədbirlərin (su təchizatı,
təmizləmə, şəxsi gigiyena və s.), eləcə də su təchizatı, açıq su hö vzələri, çirkab suları üzərində
müntəzəm nəzarətin olmasının vəbanın profilaktikasında əhəmiyyəti var və xəstəliyin gətirilməsi
hallarında bu tədbirlər infeksiyanın yayılmasına mane olur.
Xəstələrin və vibriongəzdiricilərin üzə çıxarılması
. Vəba xəstələrini vaxtında üzə
çıxarmaq üçün digər ərazilərdə vəba xəstəliyi, kəskin bağırsaq infeksiyalarının analizi, səbəbi bilinməyən
və bağırsaq infeksiyalarından ölən insanların meyitlərinin yarılması və bakterioloji müayinəsi, eləcə də
xarici mühitin yoluxması üzərində nəzarət haqqında alınan məlumatlar nəzərdə tutulmaqla epidemioloji
nəzarət təyin etmək lazımdır. Xəstəliyin kliniki gedişinin polimorfluğu, tez-tez yüngül formada keçməsi
(bağırsağın disfunksiyası) vəba xəstələrini vaxtında və tam üzə çıxarılmasını çətinləşdirir.
Bundan irəli gələrək vəba ocaqlarında, eləcə də bu infeksiyanın baş verməsi təhlükəsi olduqda,
bağırsağın disfunksiyası olan bütün xəstələri diaqnostik stasionarlara yönəldirlər. Antibiotiklərlə
müalicəyə başlamazdan əvvəl müayinə üçün material götürülür. Steril şüşə bankaya 10-20 ml həcmində
ifrazat yığırlar. Bankanın tıxacını ikiqatlı perqament kağızı ilə dolayırlar. Ödü duodenal zond vasitəsi ilə
alırlar.
Gəzdiriciliyə görə sağlam şəxsləri müayinə etdikdə materialı tampon və ya ilgəklə götürürlər.
Natrium xloridin izotonik məhlulunda isladılmış steril ilgəyi düz bağırsağa 8 -10 sm dərinliyə yeridirlər.
Bəzi hallarda materialı meyitlərdən götürürlər (öd kisəsi, nazik bağırsağın yuxarı, orta və aşağı
hissələrindən 10 sm uzunluğa qədər).
Vəba xəstəliyində epidemioloji müayinənin xüsusiyyətləri
. Vəba xəstəliyində
epidemioloji müayinəni aparmaq üçün epidemioloq və onun köməkçisindən ibarət qrup təşkil edilir.
Həmin qrup nəqliyyatla təmin edilir. Müayinə zamanı epidemioloji müayinə vərəqi (forma 357/ Y)
istifadə edilir ki, ora aşağıdakı əlavə məlumatlar daxil edilməlidir: xəstəliyin kliniki forması;
xəstələnməzdən 5 gün əvvəl xəstənin hara və nə vaxt getməsi; bu müddətdə xəstənin yanına gələnin
1 nömrəli Bakı Tibb Kolleci
208
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
olub-olmadığını (nə vaxt, haradan); antibiotik qəbul etməsi; su kəməri şəbəkəsində qəza baş verməsi
halları (nə vaxt, qəzanın növü); açıq su hövzələri ilə təmasın olub-olmaması (yeri, vaxtı, təmasın
xüsusiyyəti).
Xəstə ilə təmasda olan bütün şəxslər üzə çıxarılır, xüsusən də, ocağı tərk edənlər.Bu,həmin şəxslər
haqqında, onların getdikləri ərazinin GEM-nə xəbər vermək üçün lazımdır.
Xəstə ilə təmasda olan şəxslərin və xarici mühit obyektlərin müayinələrinin nəticələrindən alınan
məlumatlar, eləcə də antibiotiklərlə profilaktik müalicə aparılması haqqında məlumatlar epidemioloji
müayinə vərəqinə daxil edilir.
İnfeksiya mənbəyini və onun yayılma yollarını aşkar etməkdən əlavə, epidemioloji müayinənin
vəzifəsi ocağın sərhədlərinin təyin edilməsi, dezinfeksiya tədbirlərinin həcmi və ardıcıllığının təyini,
epidemioloji müayinəyə məruz qalan xarici mühit obyektlərinin təyin edilməsindən ibarətdir.
Vəba ocağının lokalizasiyası və ləğv edilməsi
. Xəstə və ya vibriongəzdirici üzə çıxarılan
ev, yaşayış məntəqəsi, inzibati ərazi vəba ocağı ola bilər. Ocağın lokalizasiyası və ləğv edilməsi üzrə işlərə
sanitar-əks epidemik xidmət rəhbərlik edir.
Ocağın ləğv edilməsi üzrə əsas konkret tədbirlər aşağıdakılardır:
1. Bütün xəstələrin və vibriongəzdiricilərin ixtisaslaşdırılmış stasionarlara hospitalizasiyası. Üç
bakterioloji müayinənin nəticələri mənfi olduqdan sonra xəstələnmişləri evə yazırlar və onlar bir il
müddətində dispanser nəzarəti altında olurlar;
2. Xəstə ilə təmasda olan bütün şəxslər təcrid olunurlar və 3 dəfə bakterioloji müayinəyə məruz qalırlar,
sonra isə onlara antibiotiklərlə profilaktiki müalicə aparırlar;
3. Xarici mühit üzərində bakterioloji nəzarət aparılır. Birinci növbədə su mənbələri (içməli və texniki su
kəmərləri, açıq su hövzələri) və çirkab suları, suvarılan talalardan material və s. müayinə edilir. Ocaq
ləğv edilənə kimi gündə nümunə götürülür. İnfeksiyanın yayılma yollarını dəqiqləşdirmək və əhali
arasında törədicinin dövr etməsini üzə çıxarmaq üçün bu müayinələr aparılır;
4. Ocaqda cari və son (yekunlaşdırıcı) dezinfeksiya, dezinseksiya, eləcə də sanitar-gigiyenik tədbirlər
aparırlar;
5. Ocaq daxilində və ondan kənarda infeksiyanın yayılmasını xəbərdarlıq etmək üçün məhdudlaşdırıcı
tədbirlər tətbiq edilir. Açıq su hövzələrində çimmək, balıq tutmaq və s. qadağan edilir, ocaqdan getmək
halları məhdudlaşdırılır.
Axırıncı xəstənin (vibriongəzdiricinin) hospitalizasiyasından 10 gün sonra və yekunlaşdırıcı
dezinfeksiya aparıldıqdan sonra ocaq ləğv olunmuş hesab edilir.
Vəbanın kimyavi profilaktikası
. Vəbanın kimyavi profilaktikasını xəstə (gəzdirici) ilə
təmasda olan bütün şəxslərə, bəzi hallarda isə ocaqda yaşayan bütün əhaliyə (qrupalı xəstələnmələr baş
verdikdə) aparırlar. Əvvəlcə, yerli ştammların antibiotiklərə qarşı həssaslığını təyin edirlər. Kimyavi
profilaktikanı böyüklərə sxem üzrə tetrasiklinlə 300000 BV dozada gündə 3 dəfə 4 gün müddətində
verirlər. Uşaqlara uyğun olaraq doza azaldılır.
Vəba əleyhinə aktiv immunizası
. Vəba xəstəliyi zamanı əmələ gələn vəziyyətdən irəli gələrək
Səhiyyə nazirliyi vəba əleyhinə peyvəndin aparılması və immunizasiyaya məruz qalan kontingentin təyin
edilməsi məsələsini həll edir. Peyvəndlər xolerogen-anatoksinlə aparılır. Xolerogen- anatoksin dəri altına
bir dəfə yeridilir. Preparat maye və quru halda buraxılır. Peyvəndi böyüklərə 0,5 ml dozada vururlar.
Uşaqlar üçün dozanı azaldırlar.
Epidemioloji məsələ
Yapon dənizində olan və yaxında yerləşən limana yönələn gəmidə vəba xəstəliyinə şübhəli 3 xəstə
var. Gəmi bir sıra xarici Uzaq Şərq limanlarına daxil olub və onlardan birindən su götürüb. Gəmidə 48
nəfər heyət və 38 nəfər sərnişin var. Gəmidə həkim, antibiotik və dezinfeksiya vəsaitlərinin ehtiyatı var.
Alovlanmanın ləğv edilməsi üçün tədbirlər planını tərtib edin.
1 nömrəli Bakı Tibb Kolleci
209
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
MÖVZU 37
Bruselyozun profilaktikası
Dərsin məqsədi:
Bruselyoz ocağının epidemioloji müayinə üsulunun, tibb və baytarlıq
xidmətlərinin təmas formalarının öyrənilməsi.
Dərsin planı:
1. Bruselyoz ocağının epidemioloji müayinəsi
2. Epidemioloji məsələnin həlli.
3. Bürne sınağının qoyulması.
Dərsin qısa məzmunu -
Epidemioloji müayinəni tibbi sənədlərin öyrənilməsindən başlamaq
məqsədəuyğundur (xəstəlik tarixi, ambulator vərəqə, dispanser müşahidəsinin vərəqi). Sənədlərin
öyrənilməsində məqsəd – xəstəliyin kəskin və ya xroniki formasının kəskinləşməsini aydınlaşdırmaqdır.
Xəstənin sənətinin və yaşayış yerinin böyük əhəmiyyəti var. Xəstənin yaşayış yerini bilməklə, həmin
yaşayış yerində kənd təsərrüfatı heyvanları arasında bruselyoz hadisələrinin olduğunu və ya xəstənin
bruselyoza görə əlverişli sayılan ərazidə yaşadığını tez aydınlaşdırmaq olar. Əgər xəstə bruselyozla
sənəti yoluxma imkanı olan müəssisələrdə işləyirsə, onda onun hansı istehsalat prosesində işlədiyini
aydınlaşdırmaq lazımdır. Belə hallarda bruselyoz zamanı epidemioloji müayinənin aparılması çətinlik
törətmir. Profilaktik tədbirlərin aparılmasında hansı səhvl ərin yoluxmaya səbəb olduğunu təyin etmək
lazımdır. Əsasən xəstənin komplekt qoruyucu paltarla, eləcə də əlcəklərlə təmin olunduğunu, qoruyucu
paltarların zərərsizləşdirildiyini, düzgün saxlandığını; xəstənin sanitar minimumu dərslərinin bildiyini;
bruselyoz əleyhinə peyvənd aldığını, axırınci peyvəndi nə vaxt aldığını (peyvənd anamnezini sənədlərə
əsasən təyin etmək) aydınlaşdırmaq lazımdır.
Əgər xəstənin yaşayış yerindən və sənətindən alınan məlumatlar yoluxmanın mexanizmini
aydınlaşdırmırsa, bu epidemioloji müayinənin aparılmasını çətinləşdirir (yəni xəstə bruselyoza görə
əlverişli ərazidə yaşayır, sənəti heyvanlarla və onlardan alınan məhsullarla əlaqədar deyil). Bu halda ya
aşkar edilməmiş bruselyoz ocağının, ya da infeksiya mənbəyi ilə təmasın olması haqqında ehtimal
yürütmək olar. Epidemioloji anamnezi toplayan zaman heyvanların doğum funksiyası haqqında
məlumatlara, xüsusən də xəstənin təmasda olduğu heyvanlarda bala salma, ciftin ləngiməsi, yaşamağa
qabil plmayan körpə heyvanların doğulmasına xüsusi fikir vermək lazımdır. Lakin bu yoluxmanın genezi
haqqında son nəticə vermək üçün kifayət deyil. Abortiv dölün bakterioloji müayinəsi, heyvanların seroloji
və allergen üsullarla müayinəsi əsasında baytar ixtisasçıları tərəfindən məlum olmayan bruselyoz ocağı
haqqında ehtimalın təsdiq edilməsi lazımdır. Xəstəlik başlanmazdan əvvəl (inkubasiya dövrü) heyvanlarla
və ya onlardan alınan məhsullarla 2 həftədən 2 aya qədər olan müddətdə təmas inkanını aydınlaşdırmaq
lazımdır.
Kənd təsərrüfatı heyvanları ilə hər hansı təmas formasını təyin etmək mümkün olmadıqda, qida
yolu ilə yoluxma imkanını müayinə etmək məsləhətdir. Hər şeydən əvvəl süd məhsulları vasitəsilə
yoluxmanı nəzərə almaq lazımdır. Birinci növbədə mal-qaradan istifadə olunan məhsulları (keçi südü,
brınza pendiri) təyin etmək lazımdır. Bu zaman həmin məhsulların hansı heyvandan alındığı
aydınlaşdırılır, lazım gəldikdə isə heyvanları baytar xidməti müayinə edir. Nəhayət, xəstəliyin nadir
təsadüf edən hava-toz yolla (məsələn, keçi yununu çırpdıqda) və su vasitəsi ilə yayılmasını yaddan
çıxartmaq olmaz.
Xəstə insan praktik olaraq infeksiya mənbəyi olmadığı üçün xəstələri kliniki göstəriş əsasında
hospitalizə edirlər (kəskin, xroniki formanın kəskinləşməsi zamanı).
Əgər xəstəlik heyvandarlar arasında qeyd edilibsə, onda bu ocaqda işləyən şəxslərin bruselyoza
qarşı şəxsi profilaktika qaydalarını yoxlamaq lazımdır: qoruyucu paltarlarla təmin olunması, onun
saxlanması və qorunması; işləyənlərin şəxsi gigiyena qaydalarına riayət etməsi; immunizasiyanın düzgün
aparılması.
Fənn: Epidemiologiya
Şöbə: “Tibb bacısı işi”
1 nömrəli Bakı Tibb Kolleci
210
Bruselyoza görə əlverişli təsərrüfatlarda peşəkar kontingent arasında bruselyoz xəstəliyi baş
verdiyi zaman həmin təsərrüfatda epizootoloji müayinənin aparılması zərurəti doğur. Bu haqda baytar
xidmətini xəbərdar edirlər. Bu halda təsərrüfat işçilərinin kliniki və sero-allergik müayinəsinin
aparılması, əvvəla, heyvandarların, bruselyozlu xəstələrin və bruselyoza görə sero-allergik reaksiyası
müsbət olan kliniki sağlam şəxslərin üzə çıxarılması məqsədəuyğundur. Ocaqda aparılan sonrakı
tədbirlərin həcmi epidemioloji müayinədən və epizootoloji nəticələrdən asılıdır.
Heyvanlar arasında bruselyoz xəstəliyi aşkar edildikdə təsərrüfat üzərinə baytar-sanitar nəzarəti
qoyulur və təsərrüfatın sağlamlaşdırılması həll edilir (heyvanların öldürülməsi, yoluxmuş heyvanların
sağlamlaşdırılması, heyvanların immunizasiyası). Bununla bərabər əksepidemik tədbirlər haqqında
məsələni həll edirlər – qoruyucu paltarlarla təmin edilməsi, insanların immunizasiyası (ancaq qoyun-
keçi bruselyozu ocağında aparıır).
Alimentar yoluxmanın aşkar edilməsi zamanı heyvanlardan alınan məhsulların
zərərsizləşdirilməsinə dair tədbirlərin aparılması vacibdir.
Dostları ilə paylaş: |